Ardını oxu...
Qərar ictimai rəyindir: DYP rəsinin təbrikini çərçivələdib binadan asan məhkəmə sədri həmin qurumla bağlı ədalətli rəy verə bilərmi?..

DogruXeber.az: - Azərbaycanda məhkəmə sahəsində hərtərəfli islahatlaırn aparılmasına baxmayaraq, bu sistemdə xidmət edən hüquq insanlarının şəxsi mənafelərini güdərək atdıqları addımlar ölkə rəhbərliyinin ədalətli dövlət quruculuğu siyasətini zərbə alıtna almaqla yanaşı, vətəndaşların hüquq sisteminə güvənini də sarsmaqdadır.

Təsadüfi deyil ki, hər il işində yol verdiyi nöqsanlara görə bir çox hakimin vəzifəsinə vaxtından əvvəl xitam verilir, onlar haqqında müəyyən tədbirlər görülür.

"DogruXeber.az" poliqon.az-a istiandən bildirir ki, cəmiyyət tərəfindən fəaliyyəti müsbət qiymətləndirilməyən hakimlərdən biri də Binəqədi Rayon Məhkəmsinin sədri Araz Kazımovdur. Bu günə qədər Araz Kazımov haqqında mətbuatda çoxsaylı vətəndaş şikayətləri işıqlandırılıb, barəsində müxtəlif iddialar səsləndirilib. Lakin redaksiyamıza daxil olan foto Araz Kazımovun məhkəmə sədri kimi tərəfsizliyinə və ədalətinə qeyd etdiyimiz iddialar işığında kölgə salır.

Ardını oxu...

Belə ki, fotoda Bakı Şəhər Dövlət Yol Polsi İdarəsinin rəisi Rəşid Piriyevin Araz Kazımovu təbrik etdiyi mətn yer almaqdadır. Maraqlısı isə budur ki, Araz Kazımov həmin təbriki çərçivələdib məhkəmə binasından asdırıb. Belə olan halda, DYP ilə bağlı şikayətlərə ən çox baxılan məhkəmə olan Binəqədi Rayon Məhkəməsindən mövcud şikayətlərə tərəfsiz baxılması və qərar verilməsi məsələsi gündəmə gəlir.

 
Ardını oxu...
 Füzuli rayon Təhsil Şöbəsi ilə bağlı  daxil olan neqativ materiallar bitib tükənmək bilmir.
Qısa məlumat üçün qeyd edək ki, Füzuli rayon Təhsil Şöbəsinin tabeliyində  79 ümumtəhsil məktəbi, 1 İnternat tipli Gimnaziya, 2 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Həmin məktəblərin 15-i Bakı şəhəri, 5-i Sumqayıt şəhəri, 1-i Şirvan şəhəri, 2-si Sabirabad rayonu, 5-i İmişli rayonu, 7-si Beyləqan rayonu, 44-ü isə rayon ərazisində fəaliyyət göstərir. 2019-2020-ci tədris ilində ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı 13929 nəfər, pedoqoji işçilərin sayı 2159 nəfər olub. 
İndi təsəvvürünüzə gətirin ki, 2 mindən artıq sayı olan pedoqoji kollektivə Ramella Şaumyan qızı rəhbərlik  edir. Ramella Şaumyan qızı ilə bağlı bizim bir media olaraq heç bir şəxsi  problemimiz yoxdur. Sadəcə, Ramella Şaumyan qızının Gəncə Dövlət Universitetini bitirməsi ilə bağlı  diplomun saxta olub-olmadığı  və  diplomda Ramellanın atasının adının nə olduğu barədə dəfələrlə sual etsək də, sualımıza  cavab almamışıq. 
Görəsən, Ramella Şaumyan qızı niyə atasının adını gizlədir..? Biz bir media olaraq  Ramella Şaumyan qızının diplomunda və nikah sənədində atasının adının ŞAUMYAN olduğunu qeyd edirik. 
Əgər belə deyilsə, qoy, Ramella Şaumyan qızı sənədlərini ortaya qoysun. Əslində bu məsələ ilə hüquq-mühafizə orqanları məşğul olmalı, Şaumyan adının necə dəyişib Şahin olmasına aydınlıq gətirməli idilər. Axı, bu cinayət əməlidir. Həm də axı, Ramella Şaumyan qızı sıradan biri deyil e,  2 min nəfərlik pedoqoji kollektivə rəhbərlik edir. Necə rəhbərlik etməsi barədə də çox yazılıb. Biz bu barədə uzun-uzadı yazmaq istəmirik. 
Sözün qısası, Füzuli Təhsil şöbəsində  baş verənlər, məktəbin ərazisinin mal-qara üçün örüş yerinə çevrilməsi, müəllimlərin məzuniyyət pulundan 100 manat tutulması, məktəb direktorlarından hər ay  5 min manat pul tələb edilməsi  və s. barədə mediada kifayət qədər yazılıb. 
Təsəvvür edirsiniz, məktəb direktorundan hər ay 5 min manat... Yazıq məktəb direktoru məcburdur ki, hər müəllimdən 30-40 manat tutsun ki, bu pulu ödəyə bilsin... Müəllim yazıq nə maaş alır ki, hər ay 30-40 manat direktora pul versin... 
Problem təkcə örüş yeri ilə bitmir ee. Yəni məktəbin həyətini  mal-qara üçün örüş yerinə çevirməklə məsələ bitsəydi dərd  yarı idi... Ramella Şaumyan qızı öz yaxın çevrəsinə deyir ki, mən filankəsin qohumuyam və onun verdiyi 200 min manatın hesabına  bu vəzifəyə gəlmişəm və pulumu çıxartmalıyam. Təsəvvür edirsiniz, hər məktəb direktorundan 5 min manat. 
Deməli,  70 məktəbdən  ayda ( 5 min x 70 )  350 min manat rüşvət. Bu hələ harasıdır..? Məktəblərin cari təmiri adı ilə saxta tenderlər  keçirilir və Təhsil şöbəsinin müdirinə  xeyli  miqdarda  “otkat”  verilir. Burada  bir  STOP. 
Belə ki, möhtəbər mənbədən daxil olan məlumata görə, Füzuli Təhsil Şöbəsinin tabeçiliyindəki  70-dən artıq  məktəblə bağlı  rüşvətin alınmasına, bölünməsi məsələsinə Ramella Şaumyan qızının həyat yoldaşı  Tofiq Hüseynov rəhbərlik edir. Yaxşı olar ki, hüquq-mühafizə orqanları  Tofiq Hüseynovu sorğu-sual edərək bu məsələyə aydınlıq gətirsinlər. Sonda  məlumat üçün onu da qeyd edək ki, Ramella Şaumyan qızı Məmmədova 15.11.1958-ci ildə Füzuli rayonunun Qoçəhmədli kəndində anadan olub. Füzuli şəhəri, Puşkin 19 ünvanda pasport qeydiyyatındadır. 
Ramella  Şaumyan qızı 1984-cü ildə Tofiq Hüseynov ilə rəsmi nikaha girib. Bütün sənədlərdə, o cümlədən nikah sənədində və diplomunda Ramellanın atasının adı Şaumyan göstərilib.  2009-cu ildə isə sənədlərini saxtalaşdırıb və atasının Şaumyan adını Şahin edib.

 
Ardını oxu...
 
Uca Allah belə buyurur: “Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi (cənnət ruzisi) əta olunur. Onlar Allahın Öz mərhəmətindən onlara bəxş etdiyi nemətə (şəhidlik rütbəsinə) sevinir, arxalarınca gəlib hələ özlərinə çatmamış (şəhidlik səadətinə hələ nail olmamış) kəslərin (axirətdə) heç bir qorxusu olmayacağına və onların qəm-qüssə görməyəcəklərinə görə şadlıq edirlər. Onlar Allahdan gələn nemət və mərhəmətə görə, həm də Allahın möminlərin mükafatını puça çıxarmayacağına görə sevincək olurlar.”( Ali-İmran, 3/169-171.)


Tanrı şəhidi bu cür qiymətləndirdiyi halda, onun məmur bəndələrinin şəhidlərə, şəhid ailələrinə, qazilərə etdiyi hörmətsizliklərinə, saymazlıqlarına qoymağa ad tapmaq mümkünsüz olur.

Uzun danışmayacam.

Fotoya diqqət !

Ardını oxu...

"DogruXeber.az" bildirir ki, bu foto sosial şəbəkələrdə yayılıb.

Yəqin ki, məzarın üstü dağılsa da cırılmış parçanın kənarlarına diqqətlə baxdıqda yağışdan, günəşdən rəngi solmuş bayrağımız olduğunu anladınız. Hansı ki, o məzarda uyuyan oğlan, ikinci vətən müharibəsində o bayrağı daha ucaltmaq, 30 ildir həsrət qaldığımız torpaqlarımızda asmaq üçün qəhrəmancasına döyüşdü, canını fəda etdi.

Amma, bu gün onun bu vəziyyətdə olan məzarı kənd sakinləri tərəfindən çəkilib, sosial şəbəkələrdə paylaşılır və aşağısında da bu sözlər yazılır:

"Bu gördüyünüz məzar heç bilirsiniz kimin məzarıdır?
Bu məzarda yatan oğlan, mənfur ermənilərlə döyüşüb şəhid olan Azərbaycan oğludur.
Bu günkü kimi yadımdadır. Həmin bu şəhidimizin anası bu məsələ ilə bağlı dəfələrlə DSMF-yə, sonra isə Prezident aparatına gəlmişdir. Müraciətdə şəhidin anası bildirirdi ki, oğluma şəhidlik statusu verin və birdə mən kasıbam mənə və oğluma hörmətiniz varsa gəlin balamın qəbrinin üstünü götürün.
Amma bu şəhid anasına hələ ki, heç bir yardım edilməyibdir.
Ünvan.Masallı rayonu. Mollaiba kəndi .Babayeva Sürəyya müəllimə.Şəhidin anasıdır."

Bəli, bu birinci növbədə Masallı rayon İcra Hakimiyyəti başçısı Araz Əhmədovun, ikinci növbədə Araz Əhmədovun sayəsində bütün Azərbaycanın məsuliyyətsizliyi və utancıdır.

Yeri gəlmişkən, Araz Əhmədovun özünün də birinci Qarabağ savaşının iştirakçısı olduğu deyilir.

O döyüşün, o qanın-qadanın içindən çıxmış bir insanın - icra başçısının şəhid məzarına və Azərbaycan Bayrağına qarşı bu biganəliyi, "ögey" münasibəti sosial şəbəkələrdə çox böyük səs-küyə səbəb olub.

Torpaq uğrunda oğul vermiş ananın o məzara dikilmiş məzəmmətedici baxışları ürəkləri dağladığı qədər, üzləri də qızardır. Təbii ki, bunu dərk edənlər üçün.

Qeyd edək ki, Masallı rayon İcra Hakimiyyətinin məsələyə münasibətini öyrənmək üçün aparat strukturunun rəsmi internet səhifəsində qeyd edilən nömrələrinin demək olar hamısına zəng etsək heç bir dəstəyi qaldıran olmadı.

Biz, sosial şəbəkələrdə "populyar" olan bu görüntülərlə bağlı Masallı rayon İcra Hakimiyyətinin də mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

DogruXeber.az
Ardını oxu...
Ekspert: “Layihələndirmə ilə bağlı 1 ildə 2 müqavilə imzalanıb”

"Regionların 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı" Dövlət Proqramında Gəncə şəhərində İdman sarayının tikilməsi də yer alıb. Ancaq 2023-cü ilə qədər tikilməli olan saray hələ ki, hazır deyil.

Bu barədə məlumatı iqtisadçı ekspert Toğrul Vəliyev öz Telegram kanalında yazıb.

İdman sarayının tikintisinin həyata keçirilməsi Gəncə Şəhər İcra Hakimiyyətinə həvalə edilib.

“Yalnız 2020-ci ilin aprel ayında “Başak Proje və Dizayn” MMC şirkəti ilə İdman sarayının layihələndirilməsinə dair müqavilə imzalanıb. 2020-ci ilin iyununda prezident İlham Əliyev İdman sarayının tikintisinin davam etdirilməsi üçün İcra Hakimiyyətinə 3.8 milyon manat vəsait ayırdı. Sentyabrda isə şəhər İcra Hakimiyyəti “Rövşən Oğuz Qrup” MMC ilə Gəncə İdman sarayının tikintisinə dair dəyəri 1.8 milyon manat olan ilk müqaviləni imzaladı”.

İqtisadçı deyir ki, bütün bunlardan sonra, 2021-ci ilin aprelində eyni şirkətlə layihələndirməyə dair ikinci müqavilə imzalanıb.

Rəsmi məlumatlardan aydın olur ki, Gəncə Şəhər İcra Hakimiyyəti ilə “Başak Proje və Dizayn” MMC arasında layihələndirmə işlərinə görə ümumilikdə 818 milyon 400 manatlıq müqavilə imzalanıb.

Bu iş üzrə “Rövşən Oğuz Qrup” MMC ilə dəyəri 70 milyon 863 min manat olan 7 müqavilə imzalanıb.

“Müqavilə imzalanarkən istifadə olunan satınalma üsulu isə “Bir mənbədən satınalma” idi. Ya bu şirkət həmin xidmətlər üzərində xüsusi hüquqlara malik idi, ya da tələbat təcili idi. İdman sarayının tikintisi xüsusi bacarıq və spesifikasiya tələb edirmi? Hər bir halda layihənin başlamasından 6 il və 70 milyon manat keçsə də, İdman sarayının tikintisi hələ də davam edir” - Toğrul Vəliyev bildirib.

Gəncə Şəhər İcra Hakimiyyətindən Abzas Media-ya bildiriblər ki, məsələ ilə bağlı məlumatlı şəxslər Heydər Əliyevin ildönümü ilə bağlı tədbirdə olduqlarına görə, hazırda sualları cavablandıra bilmirlər.
Ardını oxu...
Nurlana Əliyeva Bakı Slavyan Universitetini məhv edəndən sonra yeni təyin olunan rektor vaxtilə Azərbaycan Dillər Universitetində dekan kimi işləyən, tələbələrin “dərisini soymaq” üzrə püxtələşən, keçmiş rektorlardan birinin “pul yığanı” kimi tanınan, adı rüşvət hallarında tez-tez hallanan və ən əsası Elm və Təhsil naziri Emin Əmrullayevə arxalanan Anar Nağıyev Bakı Slavyan Universitetini viran qoymaq istiqamətində mətin addımlarla irəliləməkdədir.
Adının çəkilməsini istəməyən mənbəmizin redaksiyamıza verdiyi məlumata görə Anar Nağıyev rektor təyin olunduğu gündən bu günə qədər Azərbaycan Dillər Universitetindən BSU-ya xeyli sayda bacarıqsız və səriştəsiz kadrları toplamaqdadır. Belə kadrlardan biri də, Magistr dərəcəsi olmayan, insanlarla kommunikasiya qura bilməyən, Elçin adlı şəxsi özünə müşavir təyin edib. Qeyd olunan şəxsin heç bir xarici dil biliyi olmaması və xəritədə slavyan ölkələrini göstərə bilməməsinə baxmayaraq müəyyən şirinlik qarşılığında bu vəzifəyə təyin edildiyi deyilir. Onun daha geniş fəaliyyəti barədə Dillər Universitetindən kifayət qədər məlumat əldə etmək mümkündür.
Rektorun daha bir “uğurlu” təyinatı isə yenicə BSU-nun Həmkarlar ittifaqı təşkilatının sədri təyin olunan Əzim adlı şəxs olduğu deyilir.
Əzim müəllim kimdir?
Əzim müəllimin BSU-da prorektorlarla bir cəbhəyə qoyulması heç də təsadüfi deyil. Rektorla olan dostluğuna görə illər boyu görmədiyi günləri görən bu şəxs həm də rektorun qara kassası adını aldığı bildirilir. Universitetdə müxtəlif vəzifələrə təyin olunmaq üçün mütləq Əzimlə nahar yeməyi yemək labüddür.
Özünü Psixoloq kimi kollektivə sırıyan bu şəxsin vaxtilə ADU-da idman müəllimi kimi işlədiyi və ona BSU-da iki xidməti otaq və limitsiz səlahiyyət verildiyi deyilir. Belə ki, o istədiyi auditoriyaya daxil olub müəyyən “çatışmazlıq və nöqsanları aşkar etməklə” məşğuldur. Rektoru bir an belə tək buraxmadığı, rektorla işə gəlib onunla işdən getdiyini, səhərlər koridorun başlanğıcında onu gözlədiyi deyilir.
Əzim müəllimin nöqsan aşkar etməkdən əlavə kadr axtarışı aparma funksiyaları da mövcuddur. Bir müddət əvvəl ADU-nun sonuncu kurs tələbələri arasında müəyyən məbləğ müqabilində BSU rektorunun köməkçisi vəzifəsinə namizəd axtarışında olduğu da bildirilir. Amma bu axtarış hələki heç bir nəticə verməyib.
Adının çəkilməsini istəməyən mənbəəmizin redaksiyamıza verdiyi məlumata görə Anar Nağıyev sanki rektor yox yüksək ranqlı bir məmur kimi fəaliyyət göstərməkdədir. Dövlət başçısının məmurların qarşısında qoyduğu tələb və tapşırıqları heçə sayan rektor nəyinki heç bir universitet əməkdaşını, hətta vətəndaşları belə qəbul etmir. Qəbula gələn valideynlər saatlarla universitetin foyesində gözləyib daha sonra narazı şəkildə universitetin binasını tərk etdiyini bildirirlər.
Hələ problemlər bununla bitmir. Rektorun qəbul otağında hərgün sıxlıq müşahidə olunur. Qəbul otağının qarşısında illərini bu universitetə vermiş professorlar, müəllimlər və şöbə müdirləri saatlarla növbədə gözləyir. Professor və yaşlı müəllim heyəti onlara bu rəhbərlik tərəfindən hörmət edilməməsindən narazılıq edirlər. Onlar qeyd edirki, hazırki “rektorat” bizə keçmiş rektor Nurlana Əliyevanın qəbul otağını xatırladır. Dəyişən heçnə yoxdur .Yəqin içəridə daha “vacib işlərlə məşğuldur” deyə qeyd edirlər.
Universitet əməkdaşlarının verdiyi məlumata görə rektorun işə gəlməsi və koridorlarda gəzməsi də ayrı bir dastanı xatırladır. O dastanı ki, sanki hansısa ölkənin şahı koridorda hərəkət edir, hələ koridorla hərəkət edən əməkdaşların onu görüb kənara çəkilib başlarını aşağı dikməsi ayrı bir fəlakətdir. Rektorun bundan zövq alırmış kimi heç üzlərinə də baxmadan otağına çəkilməsi təəssüf hissi doğurur. Maraqlıdır ölkə prezidenti cənab İlham Əliyev prezident olmasına baxmayaraq daima vətəndaşların arasında sadəliyi ilə göz önündə,xalqın içində yer alır.
Bəs kiçik bir universitetin rektoru olan Anar Nağıyev özünü niyə belə böyük vəzifəli şəxs kimi aparır?
Təbii ki, suallar çoxdur, amma bunlar cavab tapmaq olduqca müşkül məsələdir.
Əməkdaşlar qeyd edir ki rektor eyni zamanda onları aldadıb. Onların sözlərinə görə hələ 2021-ci ildə universitet elmi şurasında maaşların artırılması ilə bağlı qərar verdiyini elan etməsinə, bununla mətbuatda özünü reklam etdirməsinə baxmayaraq hələ də maaş artımından söhbət belə getmir. Maliyyə şöbəsindən, baş mühasibin istəmədən dediyi sözlərə görə rektor yalnız özünün, yaxın ətrafının, işə yeni qəbul etdiklərinin, dekan və şöbə müdirlərinin maaşını artırması bildirilir.Dövlət başçısının imzaladığı sərəncamların eləcə də tapşırıqların BSU-ya aid edilməməsindən narazı olduqlarını bildirirlər.
Daha sonra qeyd edirlər ki, hal-hazırda Anar müəllimin başı biznesə o qədər qarışıb ki, təhsil yaddan çıxıb. Magistr təhsili olmayan əməkdaşlara dərs saatı paylayır, qocaman müəllimləri isə ya əmək məzuniyyətinə yola salır, ya da ştatını azaldır, bir sözlə professor-müəllim heyətini “cavanlaşdırmaqla” yanaşı həm də “ağdamlaşdırır”. Belə ki, BSU-da hər hansı vəzifəyə təyin olunmaq üçün Ağdamlı olmaq əsas faktor kimi götürülür. İstər işə qəbul, istər vəzifəyə qəbul olmaq üçün Ağdamlı olmaq üstünlük hesab olunur.
Mənbə:”AzerTaym.az”
 
Ardını oxu...
Sözün düzü, uzun illər sabiq səhiyyə nazirləri işləmiş Əli İnsanovun və Oqtay Şirəliyevin Azərbaycan səhiyyəsini bərbad günə qoyduğu hamıya bəllidir. Cəmiyyət üzvləri düşünürdü ki, bəlkə səhiyyə sahəsində islahatlar aparılar, müsbət dəyişikliklər baş verər. Amma..
Əmması odur ki, min təəssüf ki, Səhiyyə Nazirliyinə alternativ yaradılan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və onun tabeçiliyindəki “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi Şəxs (TƏBİB) olub-qalan səhiyyə ocaqlarını da sıradan çıxardılar.
Bu azmış kimi təcrübəli, peşəkar tibb işçiləri yaş həddi və digər səbəblərdən vəzifələrindən uzaqlaşdırıldı və onları səriştəsiz şəxslər əvəz elədi.
Bir soruşan yoxdur ki, Səhiyyə Nazirliyi varsa, TƏBİB nədir, yaxud əksinə..? Vətəndaşlar bu iki qurumun arasında qalıblar. İslahat adı altında TƏBİB-in çıxardığı oyunlar səhiyyə sferasını xaraba günə qoyub.
Təsəvvür edirsiniz, doğum evi ilə diş poliklinikası birləşdirilib eyni şəxsə tabe edilib. Yəni rayonlardakı onlarla səhiyyə müəssisəsi birləşdirilərək Tibbi Mərkəzlər yaradılıb. Belə yeni qurumlardan biri də Sabunçu Tibb Mərkəzidir.
Qısa məlumat üçün qeyd edək ki, Sabunçu Tibb Mərkəzi 3 saylı Şəhər Klinik Xəstəxanasının əsasında yaradılıb.
Onu da qeyd edək ki, 3 saylı Klinik Xəstəxananın təməli 1893-cü ildə qoyulmuşdur. Çarpayı sayı-586, işçi sayı -1164 və 24 şöbə fəaliyyət göstərir.
İndi təsəvvür edin ki, bu boyda xəstəxanaya Sabunçu rayonu ərazisindəki doğum evlərini, uşaq poliklinikalarını və s birləşdirib Tibbi Mərkəz yaradıblar. Və bir ay öncə TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov Mərkəzin direktoru vəzifəsinin icrasını Cahangir Həsənova həvalə edilib. O, buna qədər həmin tibb müəssisəsində direktor müavini olub.
Sabunçu Tibb Mərkəzində baş verən qanunsuz əməllər, saxta əlillik sənədləri, hərbi xidmətdən azad olmaq üçün “neqodnu” arayışları və daha nələr barədə ölkə mediasında kifayət qədər yazılıb. Vaxtilə 3 saylı şəhər Kliniki Xəstəxanasının Travmotologiya şöbəsinin müdiri olan İlgar Qaracayev Mərkəzdə at oynatması, qohum-əqrəbasını başına toplayaraq ailə biznesi qurması barədə də kifayət qədər yazılıb.
İndiki yazının personajları isə o qədər də “tanınmayıb”, məqsədimiz onlar barəsində müfəssəl məlumat verməkdir. Deməli, Sabunçu Tibb Mərkəzinin Baş tibb bacısı olan Roza Məmmədova mərkəzdə əsas fiqurlardan biridir. 53 yaşlı Roza Məmmədova hər yerdə deyir ki, indiyədək 7 baş həkimi yola salmışam, mənə kimsə heç nə edə bilməz.
Ümumiyyətlə, Tibbi Mərkəzdə bütün qara işləri Roza-Mürsəl-Gəray üçlüyü həyata keçirir. Şua-diaqnostika şöbəsinin müdiri olan Mürsəl Əliyev pulu olmayan xəstələrdən lazımsız arayışlar, sənədlər tələb edir. Mürsəlin ən yaxın qohumu olan Gəray isə Tibbi Mərkəzdə Mühafizənin rəisidir. Gəray öz əsas işi olan mühafizədən başqa xəstəxanada olan bütün işləri görür. Mürsəl Əliyev Rozanın vasitəsilə işə düzəlib. Hələ sabiq baş həkim Fikrət Zeynalovun dövründə xəstəxanaya 3 dopler Uzi rentgen aparatı verilib. Mürsəl və Roza dövlətin puluna alınan tibbi avadanlıqları özəl xəstəxanalara satıblar.
Təsəvvür edirsiniz, dövlətin xəstələrə ayırdığı ərzaq və qida məhsulları hər gün Rozanın, Mürsəlin, Gərayın evinə daşınır. Kimsə onlara irad bildirəndə deyirlər ki, bizə kimsə toxuna bilməz. Yuxarıda qeyd etdiyimiz kimi, Mürsəl Əliyev rentgen şöbəsini sanki bazara çevirib. Və qazandığı pulların hesabına ağ rəngli son model Range Rover avtomobili alıb.
Oğlu isə qəbul şöbəsində həkim işləyir. Roza-Mürsəl-Gəray üçlüyünün yaxınlarından olan Heyran Quliyeva, Məmməd Mövsümzadə də az qazanmırlar. Belə ki, Heyran Quliyeva da, Mövsümzadə Məmməd də xəstəxanada skopiya rentgen işinə baxırlar və 1 dəqiqəlik işə görə, 10-15 manat tələb edirlər.
Yeri gəlmişkən, Mövsümzadə Məmmədin 65 yaşı tamam olsa da, onu kimsə işdən çıxarmır. Mərkəzin şöbə müdiri İlqar Qaracayev barəsində mediada kifayət qədər yazıldığı üçün onun barəsində qısa informasiya ilə kifayətlənirik.
Belə ki, İlqar Qaracayev Qaradağ rayon Hərbi Çağırış xidmətinin çağırışçısı olan Nihad adlı şəxsdən Nöfəlin vasitəçiliyi ilə 600 manat pul almışdı. Bir həftə sonra Nihad pulunu tələb etdikdə İlqar demişdi ki, mən Nihada pul verə bilmərəm, mən pulu Nöfəldən almışam, Nofəl gəlsin pulu götürsün. Nofəl də gəlib pulu götürüb. İlqar Qaracayev yenə köhnə əməllərini davam etdirir, əlillik dərəcəsi satmaqla məşğuldur. Və işi çətinə düşən kimi qaçır məzuniyyətə. Amma deyirlər axşamlar gəlib sənədləri yoxlayır. İlqar Qaracayevin şöbəsində 2 palata var ki, gününü 10 manata satırlar. Və satmaq işinə İlqar Qaracayev şəxsən özü baxır. Sabunçu Tibb Mərkəzi ilə bağlı daha bir maraqlı məlumat var. Məlumata görə, hazırda Suraxanıda 12 saylı poliklinikanın baş həkimi Günel xanımı Mərkəzə baş həkim gətirmək istəyirlər.
Amma nə qədər böyük əziyyət çəkilsədə bu məsələnin baş tutması qeyri mümkündür. Çünki, xəstəxananın həyətində baş vermiş mitinqlə bağlı Günel xanımın adı çox yerdə hallandı. Bu başqa bir yazının mövzusudur. Onu da bildirək ki, Günel xanımın həyat yoldaşı hüquq-mühafizə orqanlarında işləyir. //gundelik-baku.com//
 
Ardını oxu...
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) ilə qurumun keçmiş işçisi arasında məhkəmə çəkişməsi gedir.

Qaynarinfo xəbər verir ki, ƏƏSMN-in tabeliyində fəaliyyət göstərən Dövlət Əmək Müfəttişliyinin keçmiş işçisi Şeyx-Zadə Afət Vilayət qızı işdən çıxarılmasını əsassız hesab edərək nazirliyi məhkəməyə verib.

Afət Şeyx-Zadə Sahil Babayev nazir təyin olunandan sonra işdən çıxarılıb. Birinci instansiya məhkəməsinin qərarı onu qane etmədiyinə görə apellyasiya şikayəti verib.

Şikayət artıq icraata götürülüb. İşə Bakı Apellyasiya Məhkəməsində Şərafət Məmmədovanın sədrlik etdiyi hakimlər kollegiyası tərəfindən baxılacaq.

Araşdırmalrımız zamanı məlum olub ki, bundan əvvəl də Afət Şeyx-Zadə ilə nazirlik arasında məhkəmə çəkişməsi olub. İddia olunur ki, ƏƏSMN onun əlillik dərəcəsini ləğv edib. Bildirilir ki, Afət Şeyx-Zadə ikinci qrup əlil olub. Nazirlik isə onun ikinci qrup əlillik dərəcəsini üçüncü qrupla əvəz edib. Afət Şeyx-Zadə məhkəmə yolu ilə əlillik dərəcəsinin bərpa etdirə bilib.

Bundan başqa, Afət Şeyx-Zadə nazirlikdə xəsarət alıb. Bu barədə o, "Twitter” hesabında qeyd edib: "Mənin əmək nazirliyində aldığım xəsarəti niyə gizlətdiniz? Prokurorluq təsdiqləməsəydi, yenə təhqiqatdan boyun qaçırardınız. Özünüz qanun pozuntusuna yol verirsiniz”.

Afət Şeyx-Zadənin nazirlikdə hansı şəraitdə xəsarət alması, ümumiyyətlə, bu olayın detalları haqqında bilgi yoxdur.

O məlumdur ki, ƏƏSMN-nin keçmiş işçisi ilə nazirlik arasında ciddi problem var.

Qeyri-iş günü olduğundan məsələ ilə bağlı nazirliklə əlaqə saxlamağımız mümkün olmayıb. Detalları öyrənmək üçün Afət Şeyx-Zadə ilə əlaqə saxlamaq cəhdlərimiz baş tutmayıb.
 

Ardını oxu...


Göyçay rayon sakinləri tərəfindən cənab Prezidentə və bir surəti də Mədəniyyət Naziri cənab Adil Kərimliyə ünvanlanan müraciətdə deyilir:

"Cənab Prezident! Yazaraq bildirmək istəyirik ki, Göyçay Rayon İcra Hakimiyyəti tərəfindən haqsızlığa məruz qalan, problemləri həll edilməyən biz vətəndaşların etdiyi haqlı müraciətlər Mədəniyyət Nazirliyi Göyçay Bayraq Muzeyinin direktoru, "jurnalist" Fatimə Mövsüm tərəfindən yalanlanmağa çalışılır. Həmin qadının sosial şəbəkə hesablarında haqqımızda şər və böhtan paylaşımlar edilir. Hətta o, şəxsi həyatlarımıza belə müdaxilə etməkdən çəkinmir. Belə ki:
1) Mən Göyçay rayonu Ulaşlı-Şıxlı kənd sakini İsmayılova Kəmalə Ağasəf qızı Göyçay Rayon İcra Hakimiyyəti haqq və hüquqlarımı pozmaqda idi. Məhz ona görə də videomüraciət edərək ölkə başçısından və aidiyyəti orqanlardan kömək istədim. Bundan sonra özünü "jurnalist" adlandıran Fatimə Mövsüm adlı şəxs dərhal Göyçay Rayon İcra Hakimiyyəti başçısı Natiq Ağayevin müdafiəsinə keçdi. Mənim haqqımda həqiqətə uyğun olmayan video hazırlayaraq haqq və hüquqlarımı ayaqlar altına aldı.
2) Bildirmək istəyirəm ki, mən Rəhimli Elnur Nazim oğlu şəhid qardaşıyam. Göyçay Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İkram Vəliyev mənə şəhərin Heydər Əliyev prospektində köşk istifadə etməyim üçün yer vermişdi. Lakin bir müddət sonra Natiq Ağayev Göyçaya İcra başçısı təyin olundu. O, məndən köşkün yığışdırılmasını tələb etdi. Mən də özümü videoya çəkərək şikayətimi ictimailəşdirdim. Bunun ardınca Fatimə Mövsüm adlı "mədəniyyət işçisi" və ya "jurnalis" mənim yalançı olduğum haqda video material hazırladı. Özünü İcra başçısı Natiq Ağayevin vəkili qismində ortaya atan F. Mövsümə məxsus "Facebook" hesabındakı paylaşımların altından mənim barəmdə təhqir və nüfuzu ləkələyən şərhlər yazılmağa başladı.
3) Mən Göyçay rayon sakini Məmmədov Cavid İkram oğlu 10 ildir onkoloji, övladım isə anadangəlmə serebral iflic xəstəsidir. Corab sata-sata pul yığıb Göyçay Çayının ətrafından 4000 (dörd min) manata torpaq almışdım. Tikintiyə başlayar-başlamaz Göyçay Rayon İcra Hakimiyyəti sözün həqiqi mənasında xirtdəyimi çökdü. Haqq səsimi yuxarı instansiyalara yetişməsi üçün yazılı və videomüraciətlər etdim. Göyçay Baraq Muzeyinin direktoru Fatimə Mövsüm özünə məxsus sosial şəbəkə hesablarında məni yalançı, dırnağarası yazarların əlaltısı adlandırdı. Haqqımda yalan və iftira dolu paylaşımlar etdi.
4) Mən Məmmədova Südabə Nəzimi qızı yuxarıda adı keçən Məmmədov Cavid İkram oğlunun həyat yoldaşıyam. Həyat yoldaşımın paylaşdığı yazıların linklərini özümün açdığım Facebook sosial şəbəkə hesabımda paylaşmışdım. Mədəniyyət Nazirliyinin nəzdində olan Göyçay Bayraq Muzeyinin direktoru Fatimə Mövsüm adlı qadın öz vəzifəsini kənara qoyub, Natiq Ağayevin müdafiəsinə keçərək mənim və həyat yoldaşım haqqında insanı gözdən salan, şərəf və ləyaqəti alçaldan, həqiqətə uyğun olmayan video səsləndirdi. Guya bizlər dırnaqarası yazarların əlaltılarıyıq. Onun sosial şəbəkələ hesablarının altında saxta profillərlə şəxsi həyatımızdan bəhs edən nalayiq şərhlər yazıldı.
Mən Göyçay rayon sakini Səmədov Məhəmmədəli Azər oğlu 1-ci qrup hərbi əlil və eyni zamanda ictimai fəalam. Yuxarıda müraciət edən şəxslər məndən öz şikayətlərini ictimailəşdirməyimi xahiş etmişdilər və mən də öz növbəmdə heç bir təmənnasız onlara kömək etdim. Göyçay Rayon İcra Hakimiyyəti başçısı Natiq Ağayev haqqında ölkə rəhbərliyinə və aidiyyəti orqanlara ünvanlanan müraciətlərdən sonra icra başçısının göstərişi ilə Göyçay Bayraq Muzeyinin direktoru Fatimə Mövsüm adlı "jurnalis" mənim şərəf və ləyaqətimi alçaldan, şər və böhtan xarakterli video paylaşdı. Videoya əsasən, məni dırnaqarası yazar adlandırdı. Eyni zamanda səsləndirdiyi videoda mənim "Məhəmmədəli Səmədov" Facebook sosial şəbəkə hesabımı göstərərək məni "reket yazar" adlandırmağa başladı. Bundan əlavə, guya şikayətçi vətəndaşları mən tovladaraq başdan çıxarır və Göyçay Rayon İcra Hakimiyyəti başçısı Natiq Ağayev haqqında qərəzli paylaşımlar edirəm. Bu, açıq-aşkar yalan və mənim susdurulmağım üçün Göyçay Rayon İcra Hakimiyyətinin qurduğu "möhtəşəm" bir oyundur.
Cənab Prezident! "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Azərbaycan Respublikasının Qanununun aşağıdakı maddələrinə əsasən, 8.1. Dövlət qulluqçularının fəaliyyəti insanların hüquq, azadlıq və qanuni maraqlarının təmin olunmasına (qorunmasına və müdafiəsinə) xidmət etməlidir.
8.2. Dövlət qulluqçusu insanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyə biləcək qərarlara və hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir.
Hər çətinliyin çıxış yolunu Allahın iznilə Sizə müraciət etməkdə görən Göyçay sakinləri olaraq çox xahiş edirik, Göyçay Bayraq Muzeyinin direktoru Fatimə Mövsümün öz səlahiyyətlərinə aid olmayan məsələlərə qanunsuz müdaxilə etdiyinə görə onun vəzifən xaric edilməsi və cəzalandırılması üçün Mədəniyyət Nazirliyinə tapşırıq verəsiniz. Ümid edirik ki, Fatimə Mövsümün paylaşımları ilə bizi gözdən salan və ləkələyən Göyçay Rayon İcra Hakimiyyəti haqqında da ciddi tədbirlər həyata keçirəcəksiniz. Sizə təşəkkürlərimizi bildiririk."


İmzalar;

İsmayılova Kəmalə Ağasəf qızı (0515744403)

Rəhimli Elnur Nazim oğlu (0505444536)

Məmmədov Cavid İkram oğlu (0776078295)

Məmmədova Südabə Nəzimi qızı

Səmədov Məhəmmədəli Azər oğlu (0506539713)
PAYLA

Ardını oxu...
DİA.AZ: - Azərbaycan Dövlət Aqrar Universitetində cərəyan edən qanun pozuntuları ilə bağlı DİA.AZ-a yeni məlumatlar göndərilib. Məqalədə deyilirdi: "Universitetdə fermaların və heyvanların sataraq ləğv etməyin ixtisaslı tələbənin yetişməsində maneə yaradacaq dedikdə Zəfər Qurbanov universitetin maddi imkanı fermada iri buynuzlu və xırda buynuzlu heyvanların saxlamasına imkanı yoxdur ona görə də heyvanların hamısın sataraq ferma təsərrüfatını Zəfər Qurbanov dayandırdı..."

Məqalənin əvvəli burada: ADAU ilə bağlı yeni iddialar... - Prezident bu ali təhsil ocağına NİYƏ BAŞ ÇƏKMİR?

Məqalənin davamında bildirilir: "Ay aqrar sahədən və idarəçilikdən bixəbər Zəfər Qurbanov, bəs sən rektor əvəzi təyin olunmamışdan əvvəl sabiq rektor İbrahim Cəfərov bu fermalrı necə saxlayırdı, iri buynuzlu və xırda buynuzlu heyvanların yemlərini necə alırdı?

İbrahim Cəfərov heyvandarlıqdan da əlavə quşçuluğun inkişafı və tələbələrin ixtisası üzrə öyrənməsi üçün əlindən gələni edirdi. Baytarlıqda oxuyan tələbələri dərsdən sonra aylıq əməkhaqqı verərək həm işlədirdi, həm də pul qazandırırdı. Sabiq rektor İbrahim Cəfərovun dönəmində həm işçilərin sayı çox idi, həm də tədris olunan fənlər üzrə təsərrüfat sahələri çox idi.

Ardını oxu...
İbrahim Cəfərovun dövründə alınan texnika... İNDİ YOXDUR!

Zəfər Qurbanov, aqrar təhsil ocağı nə neft çıxan quyu deyil, nə də qurğu. Burada aqronom-tələbə torpaqla, bitkiylə, baytar-tələbə heyvanlarla, mühəndislər isə aqrar texnikalarla məşğul olmalıdır ki ixtisaslı tələbə olsunlar. Kənd təsərrüfatına aid texnikalardan hasnı respublikaya gələrsə onun bir nümunəsi aqrar təhsil ocağına göndərilib. Amma indi universitetin balasına verilən 3 traktoru Zəfər Qurbanov necə yoxa çıxarıbsa, traktorların yerin bilən də yoxdur. Adını da qoydular ki, bəs büdcədən vəsait gedir saxlanmasına... satın getsin".

Davamı mütləq olacaq...

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...


Ardını oxu...
İnfeksion qəbul şöbəsini baglayıb, infeksion xəstələrin qəbulu isə terapiya və cərrahi qəbul şöbələri kimi fəaliyyət göstərən ACİL şöbəsində aparılır.

"Azərbaycan Reallığı"na daxil olan məlumatda bildirilir ki, Belə olan halda təsəvvür edin ki, hava-damcı, xüsusi təhlükəli, mə'də-bagırsaq və virus hepatitli xəstələr dediyimiz Acil şöbəsində terapevtik və cərrahi xəstələrlə kontaktda olur, infeksiyaların və xəstəxana daxili infeksiyaların artmasına gətirib çıxarır. Çox maraqlıdır, KTM- də ümümən 5 qəbul şöbələri olub həmişə. Terapiya,cərrahiyyə, dogum, toksikoloqiya və infeksiya şöbələri. Könül doktor gələndən ancaq infeksion qəbul şöbəsini baglatdırıb - niyə?

Bilinmir. Əgər bu islahat eləmək istəyirsə, onda terapiyanı tosikoloqiya ilə,dogumu da cərrahiyyə ilə birləşdirmək elmivə struktur cəhətdən daha məqsədəuygundur. Nəinki infeksion qəbul şöbəsini baglayıb, infeksion xəstələri terapevtik və cərrahi qəbul şöbəsində qəbul edib,insaları infeksiya ilə yoluxdurmaq ,hara sıgışar. Bu həm cinayətdir,həm də günah.

Ümumiyyətlə İnfeksiya ilə baglı qərarı möhtərəm-cənab prezidentimiz göstəriş verə bilər müvafiq orqanlara. Çünkü infeksiya PARTLAMAMIŞ BOMBADIR!. Könül doktor isə ürəyi nə istəyir onu edir. 2-ci cinayəti işi infeksion reanimasiya şöbəsinin baglanması olub.

Yuxarıda sadalıqlarım infeksion reanimasiya şöbəsinə də eyni ilə aiddir. İnfeksion ağır xəstələr ümumi reanimasiyada (Su çiçəyi, Qızılca, Meninqitlər, Virus hepatitləri vı.s.) müalicə alıb, digər xəstələri və tibbi heyyəti də yoluxdururlar. BOTULİZM-diaqnozlu xəstələri isə Toksikoloqiya şöbəsində müalicə edirlər. Axı toksikoloq-infeksionist deyil. Könül deyir ki, nə fərqi var ki, hər iki xəstəlikdə zəhərlənmə olur.

Bunun acı nəticəsini bu yaxınlarda Toksikoloqiya şöbəsində cavan ana,müəllimə, riyaziyyat litseyində işləyən xanım BOTULİZM -dən öldü. Çünkü hər sahənin öz mütəxəsisi var. Onsuzda Botulizm və digər agır infeksion xəstələr, hansı ki reapevtik və toksikoloji şöbədə müalicələrini İNFEKSİONİSTLƏR yazırlar. İnfeksion qəbul şöbəsini bagladıgı üçün qəbul olunan infeksion xəstələr hamısı infeksionistlərin son qərarına əsasən qoyulur. Korpuslar arasında ki, məsafəni, hava şəraitini nəzərə alsaq nə lazımdır bu cür işləmək.

İnfeksionistlər ACİL şöbəsinin həkimi sayılmır və ona görə də əlavə əməkhaqqı almırlar (bəlkə təbib verir,könülün cibinə gedir) İnfeksionist stasionar şöbənin həkimidir və ona görə 1 vahid əməkhaqqı alırlar, bəs onda o həkimlər niyə acil şöbəsinin işini görməlidirlər?!

Onda ölkədə vərəm dispanserlərini birləşdisinlər, bir yerdə olsun bəsdidə. Və yaxud bəyəm respublikada Semaşkodan başqa xəstəxana yoxdu, heç bir yerdə infeksion xidməti İFLİC etməyiblər. Diqər misal-bəyəm ölkədə TAUN VƏ CÜZAM xəstəliyi var!? Ancaq son tələblərə cavab verən TAUN ƏLEYHİNƏ STANSİYA VƏ CÜZAM MƏRKƏZLƏRİ VAR Kİ İŞÇİLƏRİ 1,8 VAHİD əməkhaqqı alırlar-zərərli sahə oldugu üçün.

İnfekisiya ilə baglı qərarı yalnız ölkə rəhbəri verə bilər!. Arada şöbədə virus hepatitli xəstələr Su çiçəyinə tutulmuşdular ki, bu da xəstəxana daxili infeksiyanın olması deməkdir. Xəstəxanada EPİDİMİOLOJİ XİDMƏT ZERODUR. 3 infeksion korpusdan biri fəaliyyət göstərir ki, onun da bir mərtəbəsində Müvəqqəti saxlananlar üçün Covid testlər ğötürürlər, 2-ci mərtəbəsində isə vaksinasiya üçün istifadə olunur.

Daxili işlər nazirliyin hospitalı var-bəyəm o müvəqqəti saxlananlardan orda Covid testi götürmək olmaz. Semaşko həmişə elitar xəstəxana olub. Niyə Covid vaksinasiya burda olmalıdır-bəyəm bura poliklinikadır ki? Bunların arxasında çirkli milyonların silinməsi gedir, bu da könülə sərf edir.

İnfeksion korpusun birini tamam daxilini söküb-hemodializə uygun təmir elədilər və hemodializ şöbəsi elədilər, adını da qoydular kikönül doktor islahat aparır. Hemodializin köhnə yerində nə qədər korpuslar var idi ki, onlar o tip xəstələr üçün istifadə edə bilərdilər. Konkret İNFEKSİYA xidmətini İFLİC EDİB-BİLƏRƏKDƏN bütün bunlar ölkəyə, dövlətə, dövlətçiliyə XƏYANƏTDİR.

Könül kabinetina fitnes qurğuları quraşdırıb. Semaşko olub mini Mingəçevir. Orda onunla yaxın münasibətdə işləyən xanımları gətirib Semaşkoya. Hamısı da yüksək maaşlar alırlar. 2-5 min arası.

Qarşı tərəfin də mövqeyini işıqlandıramağa hazırıq.

 

Dünyapress TV

Xəbər lenti