Qısa məlumat üçün qeyd edək ki, Füzuli rayon Təhsil Şöbəsinin tabeliyində  79 ümumtəhsil məktəbi, 1 İnternat tipli Gimnaziya, 2 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Həmin məktəblərin 15-i Bakı şəhəri, 5-i Sumqayıt şəhəri, 1-i Şirvan şəhəri, 2-si Sabirabad rayonu, 5-i İmişli rayonu, 7-si Beyləqan rayonu, 44-ü isə rayon ərazisində fəaliyyət göstərir. 2019-2020-ci tədris ilində ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı 13929 nəfər, pedoqoji işçilərin sayı 2159 nəfər olub. 
İndi təsəvvürünüzə gətirin ki, 2 mindən artıq sayı olan pedoqoji kollektivə Ramella Şaumyan qızı rəhbərlik  edir. Ramella Şaumyan qızı ilə bağlı bizim bir media olaraq heç bir şəxsi  problemimiz yoxdur. Sadəcə, Ramella Şaumyan qızının Gəncə Dövlət Universitetini bitirməsi ilə bağlı  diplomun saxta olub-olmadığı  və  diplomda Ramellanın atasının adının nə olduğu barədə dəfələrlə sual etsək də, sualımıza  cavab almamışıq. 
Görəsən, Ramella Şaumyan qızı niyə atasının adını gizlədir..? Biz bir media olaraq  Ramella Şaumyan qızının diplomunda və nikah sənədində atasının adının ŞAUMYAN olduğunu qeyd edirik. 
Əgər belə deyilsə, qoy, Ramella Şaumyan qızı sənədlərini ortaya qoysun. Əslində bu məsələ ilə hüquq-mühafizə orqanları məşğul olmalı, Şaumyan adının necə dəyişib Şahin olmasına aydınlıq gətirməli idilər. Axı, bu cinayət əməlidir. Həm də axı, Ramella Şaumyan qızı sıradan biri deyil e,  2 min nəfərlik pedoqoji kollektivə rəhbərlik edir. Necə rəhbərlik etməsi barədə də çox yazılıb. Biz bu barədə uzun-uzadı yazmaq istəmirik. 
Sözün qısası, Füzuli Təhsil şöbəsində  baş verənlər, məktəbin ərazisinin mal-qara üçün örüş yerinə çevrilməsi, müəllimlərin məzuniyyət pulundan 100 manat tutulması, məktəb direktorlarından hər ay  5 min manat pul tələb edilməsi  və s. barədə mediada kifayət qədər yazılıb. 
Təsəvvür edirsiniz, məktəb direktorundan hər ay 5 min manat... Yazıq məktəb direktoru məcburdur ki, hər müəllimdən 30-40 manat tutsun ki, bu pulu ödəyə bilsin... Müəllim yazıq nə maaş alır ki, hər ay 30-40 manat direktora pul versin... 
Problem təkcə örüş yeri ilə bitmir ee. Yəni məktəbin həyətini  mal-qara üçün örüş yerinə çevirməklə məsələ bitsəydi dərd  yarı idi... Ramella Şaumyan qızı öz yaxın çevrəsinə deyir ki, mən filankəsin qohumuyam və onun verdiyi 200 min manatın hesabına  bu vəzifəyə gəlmişəm və pulumu çıxartmalıyam. Təsəvvür edirsiniz, hər məktəb direktorundan 5 min manat. 
Deməli,  70 məktəbdən  ayda ( 5 min x 70 )  350 min manat rüşvət. Bu hələ harasıdır..? Məktəblərin cari təmiri adı ilə saxta tenderlər  keçirilir və Təhsil şöbəsinin müdirinə  xeyli  miqdarda  “otkat”  verilir. Burada  bir  STOP. 
Belə ki, möhtəbər mənbədən daxil olan məlumata görə, Füzuli Təhsil Şöbəsinin tabeçiliyindəki  70-dən artıq  məktəblə bağlı  rüşvətin alınmasına, bölünməsi məsələsinə Ramella Şaumyan qızının həyat yoldaşı  Tofiq Hüseynov rəhbərlik edir. Yaxşı olar ki, hüquq-mühafizə orqanları  Tofiq Hüseynovu sorğu-sual edərək bu məsələyə aydınlıq gətirsinlər. Sonda  məlumat üçün onu da qeyd edək ki, Ramella Şaumyan qızı Məmmədova 15.11.1958-ci ildə Füzuli rayonunun Qoçəhmədli kəndində anadan olub. Füzuli şəhəri, Puşkin 19 ünvanda pasport qeydiyyatındadır. 
Ramella  Şaumyan qızı 1984-cü ildə Tofiq Hüseynov ilə rəsmi nikaha girib. Bütün sənədlərdə, o cümlədən nikah sənədində və diplomunda Ramellanın atasının adı Şaumyan göstərilib.  2009-cu ildə isə sənədlərini saxtalaşdırıb və atasının Şaumyan adını Şahin edib.