Cənab Behbudov, bir bu əlilləri də dinlə...
Ölkəmizdə dövlət uşaq müəssisələrində tərbiyə alan və 18 yaşı tamam olduqdan sonra bu müəssisələri tərk edən valideyn himayəsindən məhrum, kimsəsiz gənclərin yaşayış sahəsi ilə təmin olunması işlərinə Azərbaycan Prezidenti cənab İlham Əliyevin həmin gənclərə xüsusi diqqət və qayğısı, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü əsasında başlanılıb.

Bu məqsədlə Nazirlər Kabinetinin müvafiq sərəncamı əsasında dövlət büdcəsindən vəsait ayrılmaqla, dövlət uşaq müəssisələrinin hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunları üçün Abşeron rayonunun Masazır qəsəbəsində ilkin mərhələdə 13 mərtəbəli, 120 mənzilli yaşayış binası və infrastruktur obyektləri inşa olundu. Sonrakı mərhələlərdə isə əlavə olaraq hər biri 120 mənzilli daha 2 yaşayış binası tikildi.

Sözügedən aşayış binaları Nazirlər Kabinetinin 2015-ci il 30 mart tarixli 90 nömrəli qərarı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin nəzdində dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün «Məzun evi» Sosial Müəssisəsi kimi fəaliyyət göstərir və Abşeron rayonu, Masazır kəndi, “Duz zavodu” yolu, 2-ci massiv, ev 1 ünvanda yerləşir. 2015-ci il 7 oktyabr tarixli 320 nömrəli qərarla müəssisənin Nizamnaməsi təsdiq edilib. Nizamnaməyə uyğun olaraq, Təhsil Nazirliyi tərəfindən dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş, yaşayış yeri olmayan məzunları barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunan siyahı əsasında həmin məzunlar öz istəkləri nəzərə alınmaqla «Məzun evi»nə yerləşdirilirlər. Bununla əlaqədar onların hər biri ilə Dövlət Sosial Təminat Xidməti arasında müddət göstərilmədən yaşayış sahəsinin əvəzsiz istifadə müqaviləsi bağlanılır.

«Məzun evi»ndə hər bir məzuna bir mənzil təqdim olunur. Onların kommunal xərcləri ilk 6 ay müddətində dövlət büdcəsi hesabına ödənilir. Binada məskunlaşan və dövlət, bələdiyyə və özəl ali və orta ixtisas təhsili müəssisələrində əyani təhsil alan 23 yaşınadək şəxslərin kommunal xərclərinin isə onların təhsil aldığı müddətdə dövlət büdcəsi hesabına ödənilməsi təmin olunur. Məzunlar onlara əvəzsiz olaraq istifadəyə verilmiş yaşayış sahəsini dəyişmək, özgəninkiləşdirmək, kirayəyə və ya digər şəxsin istifadəsinə vermək hüquqlarına malik deyillər.

Bütün mənzillər lazımi mebel, inventar və avadanlıqla, mətbəx avadanlığı və yataq dəstləri ilə təchiz edilmiş, normal yaşayış üçün müasir şərait yaradılmışdı. Amma indi…

Məzunun mənzildən istifadə hüququnu itirməsi “gözlə qaş arasındadır”. Belə ki, mənzil müqavilənin şərtlərini pozmaqla istifadə edildikdə, məzunun səhlənkarlığı və ya məsuliyyətsizliyi səbəbindən mənzil mühüm təhlükəyə məruz qaldıqda, mənzil üçüncü şəxslərin istifadəsinə verildikdə, mənzili əvəzsiz istifadəyə götürmüş subay məzun vəfat etdikdə, müəssisənin direktoru tərəfindən edilən xəbərdarlığa baxmayaraq, müəssisənin daxili intizam qaydalarını ay ərzində təkrar pozduqda müqaviləyə xitam verilir. Misal üçün, sakin binanın liftini səhlən karlıq səbəbndən xarab edərsə, mənzildən qovula bilər. .

Bəs elə isə Müəssisə rəhbərliyinin məsuliyyəti nələrdən ibarətdir və ondan məsuliyyət soran varmı? İndi faktiki olaraq, 13 mərtəbəli bu binaların liftləri işləmir.

Dəryaz qəzetinin redaksiyasına müraciət edən sakinlər problemləri ilə bağlı məqalə hazırlamaq üçün bizi məzun evinə dəvət etdi. Masazır qəsəbəsinə, həmin ünvana gedib sakinlərlə həmsöhbət olduq. Sakinlərdən Qəniyev İlqar Yusif oğlu deyir ki, binaların birində hər iki blokun liftləri, ikincisində iki blokun birinin liftləri, üçüncüdə isə blokların ya sərnişin lifti, ya da yük lifti işləmir: “Bəzisinin kart sistemi, bəzisinin əyləc qurğusu nasazdır, ya da avtomatı yanıb. Xəstəmiz, şikəstimiz var. Düşürüb-çıxara bilmirik. Xəstənin üstünə təcili yardım çağırırıq, həkimlər yuxarı mərtəbəyə qalxmaqdan imtina edirlər. Sabah bir fövqəladə hadisə olsa, bunanı necə tez tərk edə biləcəyik?”

Sakinlər deyirlər ki, Müəssisə rəhbərliyinə, Sosial Xidmətlər Agentliyinə, Fövqəladə Hallar Nazirliyinə müraciətlər etsələr də , problem həll olunmur. Bildirilr ki, liftlərə servis xidməti göstərəcək şirkət artıq tender əsasında müəyyənləşib. Ancaq Sosial Xidmətlər Agentliyi həmin şirkətə pul köçürməlidir ki, işçiləri gəlib liftləri təmir eləsinlər.

Əlil arabasında gəzən sakin Anar İbayev bildirir ki, ondan savayı binada Bahar, Gülbəniz, Fazil adlı hətta şəhid anası olan əlil qonşuları da var ki, başqa şəxslərin köməyi olmadan lifti düşüb-çıxa bilmirlər.

Cənab Behbudov, bir bu əlilləri də dinlə...

Təsəvvür edin, liftin işləməməsi bizim üçün nə deməkdir? Aptekə, dükana getmək üçün biz kimə ağız açaq? Ya lifti düzəltsinlər, ya da bizə əl tutacaq sağlam sosial işçilər ayırsınlar. Sosial Xidmətlər Agentliyinə müreaciət edəndə də boynumuza minnət qoyurlar ki, bəs, Allahınıza şükür edin, başqaları evsiz-eşiksiz, küçədə qalıblar”.

Sosil Xidmətlər Agentliyinə isə Vüqar Behbudov rəhbərlik edir. Hələ “Məzun evi” layihəsi başlayanda onun adı məzunlar arasında ayrtı-seçkilik etməkdə, korrupsiyada hallanırdı. Amma necə oldusa, nazir Sahil Babayev Vüqar Behbudovu Agentlik direktoru vəzifəsinə irəli çəkdi.



Müşahidə etdik ki, binanın həndəvərində əlil arabaları ilə bloklara giriş-çıxış üçün nəzərdə tutulan xüsusi piyada yolların döşəməsi sökülmüş, məhəccərləri “yoxa çıxmışdır”. Binanın ətrafında zibillər daşınmır, antisanitariya hökm sürür.

Binanın ətrafını basan zibil qoxusundan baş çatlayır.

Mövzunu davam etdirəcəyik

Cənab Behbudov, bir bu əlilləri də dinlə...
Cənab Behbudov, bir bu əlilləri də dinlə...

Deryaz.az
 

Bölmənin digər xəbərləri

27 Noyabr 2024 Mürsəl İbrahimovun “X5” sevdalı işçisi... - O GÖRÜNMƏZDİRMİ?
27 Noyabr 2024 Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
27 Noyabr 2024 Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu
27 Noyabr 2024 ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
26 Noyabr 2024 “Şəkər Zavodu metal alveriylə məşğuldur” - BU NƏDİ BELƏ?..
26 Noyabr 2024 Elnur Cabbarov videosunu yayan işçisinin ərini həbs etdirib - TƏFƏRRÜAT
26 Noyabr 2024 "Kristal Abşeron"un "Aznet"lə soyğunçu monopoliyası: ...
26 Noyabr 2024 Avtopark müdiri İdarə rəisi Samir Cəbrayılovun özbaşına əməllərindən Prezidentə müraciət etdi
26 Noyabr 2024 Sumqayıtda antisanitariya: "Zibil qabları günlərlə daşınmır" - FOTO
26 Noyabr 2024 Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? – FOTO/VİDEO
26 Noyabr 2024 Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
26 Noyabr 2024 Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
25 Noyabr 2024 Xalqa qarşı açılan AYNA-lı: indi də bu qurumun əməkdaşları ağac dalında gizlənib...
25 Noyabr 2024 Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... - İLGİNC FAKTLAR...
25 Noyabr 2024 Burda müştərini rəsmən QARƏT EDİRLƏR - BU NƏ HESABDIR?
25 Noyabr 2024 Mürsəl İbrahimovun menyusunə Xidmətin Nərimanov idarəsində “X5” rüzgarı əsir...
25 Noyabr 2024 Mərkəzi Aran Təhsil İdarəsinin Yevlax hissəsində aləm dəyib bir-birinə.
25 Noyabr 2024 Aptek müdürü işçisini vəhşicəsinə döydü - anbaan VİDEOLAR
25 Noyabr 2024 Ucar rayonunun qaziləri Ucar RMX-ndan Prezidentə şikayət etdilər - ŞİKAYƏT -VİDEO
25 Noyabr 2024 Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...

Dünyapress TV

Xəbər lenti