Binə Bazarındakı “Mədinə” restoranı dövlət qanunlarına məhəl qoymur Binə bazarında “Mədinə” adlı restoran fəaliyyət göstərir. Bazarın 4 və 5-cı sıralarından bu restorana giriş var. Çox maraqlıdır ki, sözügedən restoran deyəsən dövlət qanunları ilə deyil, bazarın sahibi Kəbirə xanımın qanunları ilə işləyir. Azinforum.az-ın əməkdaşları gündəlik minlərlə adama xidmət edən bu ictimai iaşə obyektində maraqlı hallar aşkar ediblər. Nə qədər qəribə olsa da, restoranda adi menyu belə yoxdur. Restoranı işlədənlər yeməklərin qiymətini müştərinin üzünə baxıb deyirlər. Yəni “damara baxıb, qan almaq” prinsipi ilə işləyirlər. Çünki nə menyu var, nə də yeməklərin üzərində qiymət. Bir sözlə, kənardan gələn müştərilərlərə bir, bazarda alver edənlərə isə tam başqa qiymət deyilir. Restoran eyni zamanda nağdsız ödənişləri də qəbul etmir. Bir az dirəşən müştəriyə kartdan-karta ödəniş etmək təklif olunur. Hesab edirik ki, əlaqədar qurumlar mütləq mənada “Mədinə” adlı bu restoranla bağlı tədbir görməlidir.
Azərbaycanda əhalinin 2009-cu il siyahıyaalınmasına əsasən verilən məlumatlarda görə Goranboy rayonunun Alpout kəndində 1229 nəfər əhali yaşayır. Son 13 ilə kənd əhalisinin sayındakı artım barədə məlumat əldə edə bilmədik. Amma əhalisinin o qədər də çox olmadığı bu kəndin orta məktəbində çox böyük oyunlar getməsi barədə məlumatlar əldə etmişik.
Belə ki, Alpout kəndindəki Ə.İsgəndərov adına tam orta məktəbin bir qrup müəllimi redaksiyamıza müraciət edərək, uzun illərdir işlədikləri təhsil ocağında baş alıb gedən özbaşınalıqların və qanunsuzluqların media vasitəsi ilə Elm və Təhsil naziri Emin Əmrullayevin və digər səlahiyyətli qurumların diqqətinə çatdırmağımızı xahiş edirlər.
Müəllimələr bildirirlər ki, 09.03.2023-cü il tarixdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun bir neçə nəfər əməkdaşı məktəbdə olublar və bir sıra nöqsanlar aşkar ediblər. Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun müdiri Xəyal Məmmədov məktəbdə baş verən ciddi nöqsanlarla bağlı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin rəhbərliyini məlumatlandırıb. Direktor idarəyə çağırılaraq söhbət aparılıb. Bundan sonra məktəbin direktoru Nuridə Ağayeva “səhhəti” ilə əlaqədar olaraq tutduğu vəzifədən azad edilməsi xahişi ilə Elm və Təhsil naziri Emin Əmrullayevin adına ərizə yazıraq Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyevə təqdim edib. Sözügedən idarənin rəhbərliyi isə nədənsə məktəb direktorunun ərizəsini Elm və Təhsil nazirliyinə təqdim etməyərək bir neçə gün keçdikdən sonra Nuridə Ağayevaya töhmət verib vəzifəsində saxlayırlar. Arada keçən bu bir neçə gündə nələr baş verib ki, idarə müdiri fikrini dəyişib Müəllimlər bildirilər ki, nazirin adına yazılmış ərizə necə olur ki, it bata düşür. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin dəftərxanasında bu ərizə hansı səbəblərdən qeydiyyata alınmayıb, nazirliyə göndərilməyib. Bunun səbəbini müəllimlər bilməsə də biz öyrənə bilmişik. Bu barədə sonra. Bəs Nuridə Ağayeva nədən “səhhəti” ilə əlaqədar olaraq tutduğu vəzifədən azad edilməsi xahişi ilə naziri Emin Əmrullayevin adına ərizə yazıb?
Müəllimlərin verdiyi məlumata görə Alpout kəndi orta məktəbinin yuxarı sinfində 4-5 şagirdin adı Elm və Təhsil Nazirliyi Ümumi Təhsil Müəssisələrinin İnformasiya Sistemində (ÜTİS) olsa da, sinif jurnalında olmayıb. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun əməkdaşları da bunu əsas gətirərək Nuridə Ağayevadan “səhhəti” ilə əlaqədar olaraq tutduğu vəzifədən azad edilməsi ilə bağlı ərizə alıblar. Amma Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin rəhbərliyi isə, sadəcə töhmətlə kifayətlənərək direktoru işində saxlayıb.
Sonradan direktor sinif rəhbərlərini məcbur edərək həmin şagirdlərin adlarını jurnalın axırıncı sıralarına yazdırıb. Fənn müəllimlərini isə hədə qorxu yolu ilə məcbur edib, həmin şagirdlərə əvvəlki tarixlərə qiymət yazdırıb.
Müəllimlərin bildirdiyinə görə məktəbdə qanunsuzluqlar bununla bitmir. Əsas məsələ kiçik bir kənd məktəbində bu qədər qanunsuzluqların baş verməsi deyil. Əsas məsələ, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyevin bunları görməzdən gəlməsidir. Axı onun ən başlıca vəzifəsi tabeçiliyində olan orta ümümi təhsil müəssisələrindəki nöqsanları aradan qaldırmaq, bölğədə tədrisin keyfiyyətini yaxşılaşdırmaq olmalıdır. Amma Anar Qədiməliyev nə edir? Başdan ayağa nöqsan içində olan bir məktəbin direktoruna əvvəlcə tutduğu vəzifəsindən azad olunması ilə əlaqədər nazirin adına ərizə yazdırır, sonra töhmət verib işində saxlayır. Bəs aşkar olunan çoxlu ciddi noqsanlar? Onlar kimlərin ayağına yazıldı? Göründüyü kimi işin içində bir müəmma var. Elə məktəbin müəllimlərini də maraqlandıran məhz budur.
Biz Alpoud kənd məktəbin direktoru Nuridə Ağayevanın vəzifəsində qalması üçün kimlərə ağız açmasından da, nə qədər xərcə düşməsindən də təxminən xəbərimiz var . Görəsən bu işlərdən Elm və Təhsil naziri Emin Əmrullayevin necə, xəbəri varmı? Yoxsa Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyevin bunları özbaşına edir. Direktora nazirin adına ərizə yazdırır, sonra töhmət verib işində saxlayır. Belə çıxmırmı ki, Anar Qədiməliyev nazirin adından sui-istifadə edir?
Teref.az yazır ki, sosial şəbəkə istifadəçisi Orxan Baxış öz sosial şəbəkə səhifəsində 2 oğlunu müharibəyə göndərmiş atanın harayını paylaşıb. İki oğlunu imkanı olsa belə müharibədən saxlamayaraq döyüşə göndərən ata məmur biganəliyindən və yekəbaşlığından yazır. Yazının nöqtə və vergülünə əl dəymədən oxuculara təqdim edirik: Zəhmət olmasa yazını səbirlə sonacan oxuyun. 2 dəqiqə vaxt ayırıb bunu oxuyasınız ... "Öz əlimlə 2 oğlumu məhf etdim..... Birinci oğlum Elvar Şahverənli.Birinci Qarabağ müharibəsi iştirakçısı. İkinci oğlum Şamxal Şahverənli. Vətən müharbəsi iştirakçısl.Müharibə veteranı.Bir neçə medal sahibi..... Hər ikisi işsiz. Hər ikisi heç olmaya psixoloji müayinəyə möhtac.Hər ikisi lori dildə desək yarımçıq... Birinci oğlum Elvar Şahverənlinin səngərlərdə böyrkləri çürüdü.Öz hesabıma 2 dəfə əməliyyat olundu. İkinci oğlum Şamxal Şahverənli bir neçə rayonlarımızın alınmaslnda fəal iştirakçı.Bir çox orden və medallar sahibi....Ağır psixoloji duruma düşdü.5 ay Türkiyədı şəxsi hesabıma müalicə etdirdim Mən hər iki oğlumu xidmətdən yaylndlra bilərdin Buna güclü imkanım var idi.Saxta bilet və sair. Məni məhf edən güclü vətənpərvər olmam oldu.Hər şeyim vətınə qurban dedim. Mən vətənə 2 igid əskər verdim Vətənsə mənə 2 yarımçıq can.... Əzizlərim məni əsəb edən bilirsizmi nədir? Məmur alçaqlıqlarl..... Bu yaxınlarda 2 ci oğlum Şamxal Şahverənlinin işlə təmin olunması barədə Prezidentə məktub ünvanladıq.Məktubumuzu Məşğulluq İdarəsinin Lənkəran Astara regional idarəsinə göndərdilər.Oglumla bərabər Lənkəran Şəhərində bu başsız Məşğulluq idarəsinin rəisinin qəbulunda olduq.Məşğulluq idarəsinin rəisi köntpv bir şəxs idi . Söhbət əsnasında bilirsiz oğluma nə dedi....Cəhənnəmki Qarabağ veteranısan mənum işim var sizə verəm Əvvala görəsən bizim zonada bir kiçi tapılmadıki bu gəlmə bu işə tıyin olundu. Sonradan öyrəndumki bu əndirbazi bir nazirin qohumudur.Odur çıxarkən bu məmura belə dedim " sizdə suç yox,arxalı köpəy hürəyən olar " Yolumuzu saldıq Yardımlı rayon məşqulluq idarəsinə.Çünki oğlum Yardımlı uçotunda idi. Oradada cavabımız qısa və konkret oldu. Oğluma dedilərki sən hələ evlənməmisən,ailəli deyilsən biz səni məşqulluqa ala bilmərik..... Mən bir reallığdan yazdım.istər inanın istər inanmayın. Mənim oğlanlarımın suçusa məmur övladı kimi dünyaya gəlməmələri idi. Nurlan Mingecevirli" Teref.az olaraq aidiyyətli orqanların reaksiyasını gözləyiri! Teref.az
Unudulmaz dahi rəssam Rəşid Şerif bir karikatura çəkmişdi və adını belə qoymuşdu: "Əcəb epoxaya düşmüşük!"
"Rahatlığın məkanı" MMC Yasamalda tikdiyi yaşayış kompleksinə kanalizasiya çəkir və yolları dağıdıb, töküb. Şəkildəki açıq kanalizasiya quyusunu görəndə Rəşid Şerifin o məşhur karikaturası düşür. Şəhərimiz onsuz da yarımadada yerləşir; giriş-çıxışlar azdır. Şimal və şimal-qərb tərəflərdən gələn yolun bir qolu da burdan keçir: 1 saylı Vərəm Əleyhinə Dispanserin qarşısından. Yəni Müzəffər Həsənov küçəsindən.
Onsuz da dünyanın düz vaxtı bu küçədə tıxac olur; indi bayramdır deyə seyrəklik var. Adi vaxtlarda buralardan keçib getmək əsl məşəqqətdir. Üstəgəl "Rahatlığın məkanı" MMC adlı tikinti şirkəti burda söküntü işləri ilə məşğul olub. Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun "mübarək" imzası ilə icazəni alıb ki, camaata zülm eləsin. Yolu dağıdıb, kanalizasiya xətti çəkiblər. Mübarək imza sahibləri, kim bilir, bu kanalizasiya icazəsindən nə qədər "bəhrələnib" və özünü də, özgələri də Şerifin dediyi həmin o "epoxa"ya salıb. Hansı məmur bu kanalizasiya olayından nə qazanıb, nə yeyib, nə səfa sürüb, məlum. Ancaq naməlum olan budur ki, o yol söküntüsü nə vaxt düzələcək? Bu tıxaclı küçənin başına açılan bu oyun nə vaxt bitəcək?!
Adı tikinti, özü, deyəsən, söküntü şirkəti olan o MMC-nin adını təsisçiləri "Rahatlığın məkanı" qoyublar. Rahatlığın məkanı budursa, gör, indi bu şirkət sahiblərinin düşüncəsinə görə narahatlığın məkanı nə olar! MMC - məhdud məsuliyyətli cəmiyyət deməkdir. Bu şirkətin məsuliyyət anlayışı və hissi nəinki məhdud ölçüdədir, hətta belə görünür ki sıfırın altındadır. Bir neçə saata, lap uzağı bircə günə söküb-çəkib-tikib gedə biləcəyi işdir, günlərlə acı bağırsaq kimi uzadır. Qazdığı yeri yüngülcə torpaqlayıb çıxıb gedib. Sürücülər açıq kanalizasiya quyusundan və şinləri doğraya biləcək dərəcədə sərt asfalt kəsiklərindən yan qaçmaq üçün öz avtomobillərini o yana-bu yana səyridir. Təbii ki, qəza vəziyyətləri yaradırlar. Səkilərdə yeriyən piyadaların həyatına və sağlamlığına təhdid sovururlar. Bunu edən şirkət isə heç nə olmamış kimi öz rahatlığının məkanında dincəlir. Asdığı reklam lövhəsində hələ yarımçıq tikintisində aşağı kredit faizləri ilə rahat mənzillər vəd edir. Yolların halına baxın: bir kanalizasiya xəttini bu cür "məhdud məsuliyyətlə" çəkən - küçəni söküb qoyub gedən, gör indi o binaları necə məsuliyyətsizcəsinə "tikib" qoyub gedəcək! "Mübarək" imzalı, aşağı ayarlı məmurları, "başsız" başçıları "yuxarı" "faiz"lərlə yemləyərək...
Millət bu cür şəhər quldurlarından, görəsən, nə vaxt canını qurtaracaq?! Kim bilirsə, desin.
Dənizkənarı Bulvarın ərazisində fəaliyyət göstərən çox sayda atraksion yığışdırılıb. Onların yerində indi kafe və restoranlar yerləşir.
“Xezerxeber.az”ın məlumatına görə, bir neçə il əvvəl ərazidə 40-a yaxın atraksion olub.
Məsələyə münasibət bildirən Dənizkənarı Bulvar İdarəsindən qeyd ediblər ki, ərazidən çıxarılan atraksionlar başqa yerdə quraşdırılacaq. Ancaq çəkiliş zamanı bununla bağlı hər hansı hazırlıq işlərinin görülməsini müşahidə etmədik. Övladlarını bulvarda istirahətə gətirən valideynlər isə bildirdilər ki, bulvarda uşaqların istirahət edəcəyi məkanların ləğv edilməsini yox, saylarının artırılmasını istəyirlər.
Məsələ ilə bağlı “Xəzər Xəbər”in sorğusuna cavab verən Dənizkənarı Bulvar İdarəsi sədrinin müşaviri Könül İmamverdiyeva bildirib ki, həmin atraksionların istismar müddəti bitdiyi üçün sökülüb. “Yaxın gələcəkdə bulvar ərazisində yeni atraksionların quraşdırılması gözlənilir. Hazırda yeni atraksionların quraşdırılması ilə bağlı investorlarla danışıqlar aparılır”, - deyə o vurğulayıb.
""Azəriqaz" İB RQİİ-nin fəaliyyət göstərdiyi regionlardan aldığım məlumatı sizinlə bölüşürəm". DİA.AZ bildirir ki, bu açıqlama ilə Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı çıxış edib.
"Problem eyni, deməli, tapşırıq da eynidir? Yazmaq bizdən, yerində araşdırmaq da sizlərdən" deyə əlaqədar şəxs və qurumlara xitab edən M.Qəhrəmanlının müraciətini dia.az olaraq təqdim edirik:
" "Azəriqaz" İB-də qaz itgisinin “aşağı salınması” məqsədilə Metrologiya və Nəzarət şöbəsinin tapşırığı ilə regionlarda qaz sayğaclarının yoxlanılması başlanılır. Bunun üçün regionlara müəyyən "qruplar" göndərilib. Üzərlərinə müəyyən “öhdəlik” ( sayğaca müdaxilə, cərimələr, uçotdan kənar qaz vəs) də qoyulub. : Bayram günlərində(niyə Ramazan bayramında?) işə cəlb olunduqları üçün “qrupun” hər üzvünə124 man. ikiqat əmək haqqı və 52 man.ezamiyyə xərci ödəniləcək.(yəqin ki,adı da olacaq istehsalat zəruriyyəti ilə) Düşünürəm ki, cərimə və müdaxilə tapıntıları üçün də əlavə “mükafat” da olar
Narahatçılıq: -qeyri qanuni cərimələrin tədbiqi (sayğaca müdaxilə,uçotu pozulmuş qazlar və s).saxta sənədlərin tərtibi ,saxta akt , mühəndis və abonentin əvəzinə imzaların olmasıdır. Uçotsuz qazlarda labarotiriya rəyinin olmaması ,bu işlərin hamısının saxta imzalarla həyata keçirilməsi və s. !? Bunula əlaqadar ekspertimizin təklifini və mövcud qaydaları diqqətinizə çatdırıram.
Belə ki: -Mülkü geyimdə olan şəxslər sayğac yoxlaya,ona toxuna ,müvafiq sənədləşdirmə apara bilməzlər. Bu halda ərazi üzrə cavabdeh qaz nəzarətçisinin də iştirakı təmin olunmalıdır. -Sayğac istehlakçının(abonentin) iştirkı ilə yoxlanmalı,bütün qüsurlar(əgər varsa) abonentə göstərilməlidir.Tərtib olunan hər hansı sənədə abonentin qolu olmalıdır".
Məsələ diqqətimizdədir. İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı qurum və şəxsləri dinləməyə hazırıq...
Bura Nəsimi rayonunda yerləşən Mirəsədulla Mirqasımov küçəsidir. Bina sakini Lyudmila Ağayeva deyir, “İnvestor” MMC Tikinti Şirkəti onun yaşadığı binanı sökməyə hazırlaşər. Lakin, o, ş irkətin təklif etdiyi şərtlərlə razı deyil.
Şikayətçinin sözlərinə görə “İnvestor” MMC ona sahəsi hazırkı evinin sahəsindən daha kiçik mənzil təklif edib.
Lyudmila Ağayevanən yaşadığı evə sağ və soldakı mənzillər sökülərkən evinin dam örtüyü zədələnib. Buna görə də evinin divarlarında artan rütubət şikayətçiyə maddi zərər vurub. Həmçinin şikayətçi deyir ki, tikinti şirkətinin Ədalət adlı əməkdaşı ona xəsarət yetirib.
Lyudmila Aağayeva məsələ ilə bağlı Nəsimi rayon 20-ci polis bölməsinə şikayət edib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Toplum Tv-yə bildirilib ki, faktla bağlı araşdırma aparılır.
Şikayətçi deyir, onu evdən çıxarmaq üçün tez-tez evə gələn kommunal xidmətləri kəsirlər.
“İnvestor” MMC-nin sözçüsü Zaur Rəsulzadə deyir ki, şikayətçinin evində işığın, qazın kəsilməsindən xəbərdardır:
“Bilirəm kəsirlər, amma bunlar böyük pul istəyirlər axı. Bu şirkətin də təqsiri yoxdur axı. Yüz əlli ailədən, orada iyirmi ailə qalıb. Qalan hamısı razılaşıb. O biri ailə də, bax bu Lyudmilagildir, nə bilim orada birisi vardı, onlar deyirlər ki, bizə bir milyon pul verin. Yaxşı, bunlar milyoner olmaq istəyirlər şirkətin hesabına, bəs şirkət? Şirkət onsuz da dayandırmaq istəyir işlərini neçə vaxtdır. Sadəcə götürdüyü öhdəliyə görə, o yüz iyirmi ailəyə görə bu tikintini tikir. “
Hüquqşünas Ramil Süleymanov deyir, istənilən halda vətəndaş kommunal xidmətlərdən məhrum edilə bilməz. Bu özü də məhkəmə predmeti yaradır.
Lyudmila Ağayeva bu ittihamın absurd olduğunu, evinin qarşılığında elə öz evi dəyərində mənzil istədiyini bildirib. Hazırda məsələ ilə bağlı Nəsimi Rayon məhkəməsində prosesə baxılır. Bununla belə şikayətçi məhkəmənin şirkətin əleyhinə qərar çıxaracağına inanmadığını bildirir.
Balakən rayon sakini Mamedov Qüdrət Həmid oğlu redaksiyamıza müraciət edərək bildirir ki, özünü əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin dostu kimi təqdim edən Abbasov Elburus Hüseyn oğlu tərəfindən dələduzluğa məruz qalıb. Qüdrət Mamedov 17 sentyabr 2022-ci il tarixində "Hüseyn Kəndli Fermer Təsərrüfatı" MMC ilə "birgə fəaliyyətə dair müqavilə" imzalayıb. Belə ki, Qüdrət Mamedov sözügedən MMC-nin rəhbəri Elburus Abbasova məxsus 100 ha torpaq sahəsini 97 min manat müqabilində 1 illik icarəyə götürüb. O daha sonra həmin torpaq sahəsində qarğıdalı əkmək məqsədilə 78 min manat məbləğində pulu qış gübrəsi (amafoz) alınması, texniki xərclər, torpağın əkinə hazırlanması, və s. üçün xərcləyib: "Elburus Abbasov mənimlə tez-tez görüşdü. Bir neçə dəfə onunla razılaşmaq istəmədim. Mənə nazir dostlarının olduğunu, bu işə köməklik edəcəklərini dedi. Bundan sonra onunla müqavilə imzalamaq qərarına gəldim." Lakin şikayətçi deyir ki, "Hüseyn Kəndli Fermer Təsərrüfatı" MMC-nin sahibi Elburus Abbasov və sözügedən MMC-nin əməkdaşları tərəfindən səpinin aparılmasına imkan verilmir. Qüdrət Mamedov bildirir ki, buna səbəb kimi Elburus Abbasovun başqa bir pambıq zavodu ilə ötən ilin dekabr ayında müqavilə bağlamasıdır. Aprelin 22-də yenidən səpin işlərinin aparılması üçün sahəyə gedən Qüdrət Mamedovun qarşısını sözügedən MMC-nin rəhbəri Elburus Abbasov və onun əməkdaşları kəsib. Bu dəfə isə Elburus Abbasov müqavilə şərtlərinin pozulmasına səbəb kimi "2 ayda 3 nazirin dəyişməsi"ni göstərib. Qüdrət Mamedov probleminin həlli üçün ölkə başçısından kömək istəyir. Deyir ki, 175 min manat pulu dələduzluqla mənimsənilib: "Mən istədim ki, iş görəm, dövlətə faydam dəysin, mən də qazanım, burada işləyənlər də, dövlət də. Bu gün çıxılmaz vəziyyətdəyəm. Borc-xərc götürüb iş qurmaq istədim, daha da ziyana düşdüm. Ölkə başçısı tez-tez çıxışlarında fermerlərə dövlətin dəstəyindən danışır. Mən də bu dəstəkdən istəyirəm ki, aidiyyatı dövlət qurumları bu işdə mənə kömək eləsin."
DİA.AZ: - "Sabiq nazir İnam Kərimov Ali Məhkəməyə sədr təyinatından sonra rektor əvəzi Zəfər Qurbanov rektor keçmək üçün başqa alternativ variantlar axdarmağa başlayıb". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.
Məqalənin davamında deyilir: "Bəşir Bağırzadə hansı qanuni işdən danışır ki, üç müəllim Bakıda öz işləri məşğul olur, amma eyni zamanda Azərbaycan Dövlət Aqrar Universitetində adlarına dərs yükü var?
Zəfər Qurbanov hansı üzlə deyir ki," mən olan yerdə rüşvət ola bilməz"? Cənab rektor, sənin idarəçiliyin altında dekan Famil Nəsibov HƏBS OLUNDU... Məhkəmə qərarı ilə işindən azad edildi... Və ya hazırda "işi xod gedən", hər tələbədən 2 min manat alaraq elmi işlərini yazdıran kafedra müdürü Zahir Ələsgərovun əməllərindən kimə deyəsən?
Hələ fakültələrdə qiyabi şöbəni ayırıb ayrıca şöbə yaratmaq istəyən Zəfər Qurbanov şöbəni ayırmamış qiyabi şöbəyə dekan axtarır. Qiyabi şöbəyə dekanı isə Bəşir Bağırzadə axtarır. Sanki şöbə dekanlığı Bəşir Bağırzadə tərəfindən hərraca çıxarılıb... Dekan olmaq istəyənlərin təkliflərini öyrənib Zəfər Qurbanova çatdırır...
Yəqin ki burdada kim çox pul versə, həmin şəxs dekan olacaq.
Universitetdə rəsmən özbaşınalıq höküm sürür..."
Yazının davamı MÜTLƏQ OLACAQ...
Yazıda iddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
DİA.AZ: - Bakıda neçə müddətdir ki, Xəzərin sahillərinin sıravi vətəndaşlara açılması uğrunda az qala bir XALQ HƏRƏKATI müşahidə olundu ki, bu proses nəhayətdə öz nəticəsini verdi. Belə ki, ayrı-ayrı məmurlar, imkanlı şəxslər tərəfindən qanunsuz olaraq zəbt olunan və sıravı vətəndaşa bağlı tutulan Xəzər sahillərinin özbaşına hasarlanmasının həm qarşısı alındı, həm qanunları pozaraq inşa edilmiş, hasarlar, obyektlər müvafiq dövlət qurumlarının müdaxiləsi ilə yerlə-yeksan olundu.
İndi isə anoloji problemin Mingəçevir şəhərində də yaşandığı bildirilir. Burada isə vətəndaşların havasına, suyuna həsrət qaldığı Kür çayı və onun sahilləridir. DİA.AZ bildirir ki, bunun bağlı həyəcan təbili çalan ictimai fəal Elman Nəbiyev artıq məsələ ilə əlaqədar Prezident İlham Əliyevə də müraciət etdiyini bildirir.
Narazı vətəndaşın açıqlamasını dia.az olaraq olduğu kimi təqdim edirik: "Hörmətli Mingəçevir şəhər sakinləri, mən Cənab prezidentə elektron qaydada müraciət yazmışam.
"Qonaq evi"nin qarşı tərəfi, kür çayının (keşmiş kümbəz restoranı olan ərazi) sağ sahilinin bağlı saxlanılmasını, əhalinin isə o əraziyə ehtiyacı olmasını qeyd etmişəm.
Bəzən illərlə qonaq evinin boş qalmasına baxmayaraq qarşı tərəf bağlı saxlanılır, hamımız yaxşı bilirik ki, Göygöldə tikilən hotellər də sakinlərin üzünə illərlə bağlı saxlanıldı və Cənab prezident onu bildi, açılması üçün göstəriş verdi, inanıram ki, buranın da bağlı saxlanılmasından Prezidentin xəbəri yoxdur.
Yay aylarında insanlar kür qırağında gəzinti üçün sakit bir ərazi tapa bilmirlər, Ağsaray hotel sahibi təxminən 1km-rə yaxın ərazini zəbt edib, otelin xidmətindən istifadə etməyənləri çay sahilinə buraxmır,sahil parkında isə kür çayının içini zəbt etməklə məşğuldur.
Bütün bunları Cənab prezidentin diqqətinə çatdırmaq hamımızın vətəndaşlıq borcudur".
Məsələ diqqətimizdədir. Məsələ ilə bağlı dia.az olaraq bütün aidiyyatı qurum və şəxsləri dinləməyə hazırıq...