Ardını oxu...
Təkrarçılıq olsa da qeyd etməyə məcburuq ki, paytaxt və bölgələrdə fəaliyyət göstərən Yanacaq Doldurma Məntəqələri ciddi problemə çevrilib.
Apardığımız qısa araşdırma zamanı bəlli oldu ki, 2019-cu ilin sonlarında Azərbaycanda avtomobillərin sayı 1,4 milyon ədəd olub. Yəqin ki, hazırda təxminən 2 milyon civarında olar. Bu 2 milyon avtomobil və üstəgəl digər avtonəqliyyat vasitələri demək olar ki, hər gün benzin və digər yanacaq almalıdırlar.
Yəni söhbət 2 milyon sürücünün hər gün qarşılaşdığı problemdən gedir. YDM-lərdə əsasən sürücüləri yanacağın həcmində aldadırlar.
İkincisi, yanacağın keyfiyyətsiz olması istər-istəməz avtomobillərin xarab olmasına gətirib çıxardır. Üstəlik keyfiyyətsiz yanacaq həm də ətraf mühit üçün ciddi ekoloji problemlər yaradır. Gördünüzmü, YDM-lər sözün həqiqi mənasında ciddi problem mənbəyidir. Ölkəmizdə yanacaq doldurma biznesi ilə məşğul olan şirkətlərdən biri də qonşu Rusiyaya məxsus olan LUKoil şirkətinə aid YDM-lərdir.
Media üzərindən apardığımız qısa araşdırma zamanı bu şirkətə məxsus YDM-lər barədə nə qədər sürücü şikayətinə rast gəldik. Bu YDM-lər sürücülərə qarşı sözün həqiqi mənasında soyğunçuluq edirlər.
İndi gəlin, sürücülərin Lukoil-in YDM-ləri barədə şikayətlərinə nəzər salaq. Şikayətçi deyir ki, Maşın bazarının yaxınlığında, "Su Səsi" restoranı ilə üzbəüz yeni və müasir tipli LUKOİL yanacaqdoldurma məntəqəsində yanacağın həcmində məni dəfələrlə aldadıblar. Mən bu barədə şirkətin əməkdaşına iradımı bildirəndə cavab veriblər ki, “yəqin aşağı skorosnan vurublar, ona görə benzinin həcmi az olub.
Şikayətçi deyir ki, mən belə həyasızlıq görməmişəm. Şikayətçi hətta LUKoil-un prezidenti Vahid Ələkbərova üz tutaraq nəzakətli formada deyir ki, kasıb təbəqənin cibinə girmək yaxşı hal deyil... Yazıq şiakyətçi hətta dövlət qurumlarına səslənir: “ Çox hörmətli aidiyyatlı dövlət və hökümət qurumları! Tək LUKOİL deyil, bir çox YDM- lərdə insanlar aldadılır. Hər gün, hər saat, hər dəqiqə! Buna bir əncam qılın!!!” Başqa bir sürücü yazır ki, Sədərək ticarət mərkəzinin yaxınlığında yerləşən “LUKOİL” yanacaq doldurma məntəqəsində şəxsi avtomobilimə benzin vurdum, amma qısa vaxtdan sonra benzin yoxa çıxdı, uçub getdi və məlum oldu ki, avtmobilimə hava qarışıq benzin vurublar. Belə şikayətlər o qədərdir ki, yazmaqla bitən deyil.
Sonuncu şikayət isə “Şamaxinka” deyilən ərazidə LUKoil-ə məxsus olan YDM barəsindədir. Şikayətçi həmin YDM-də həcmdə aldadıldığını, benzinin keyfiyyətsiz olduğunu qeyd edir. Bütün bunlar azmış kimi, YDM-in əməkdaşları da sürücülərə qarşı nəzakətsiz davaranırlar. Ümumiyyətlə xırda araşdırma zamanı bəlli oldu ki, LUKoil-ə məxsus YDM-lərin sahibləri bu işə çox məsuliyyətsiz yanaşırlar.
Təsəvvür edirsiniz, “Lukoil”in benzin daşıyan maşını Qəbələdə turist bazasının yaxınlığında aşıb, sürücü ölüb, xoşbəxtlikdən partlayış olmayıb. İndi bu şirkət və onun YDM-ləri barədə özünüz nəticə çıxardın. //gundelik-baku.com//
Ardını oxu...
Gəncə- Daşkəsən Regional Təhsil İdarəsi
Goranboy – Naftalan rayonları üzrə Təhsil Sektorunun tabeliyində olan Rus Borisi kənd tam orta məktəbində aşağıda qeyd etdiyim nöqsanlar, saxtakarlıqlar, qanunsuzluqlar, məktəb direktorunun vəzifəsindən sui istifadə halları mövcuddur:
1. Azərbaycan bölməsi 8- ci sinifdə iki nəfər şagird olmaqla iki bacı təhsil alması üçün adları jurnalda qeyd edilmişdir. Bu şagirdlər məktəbə gəlmir, dərslərdə iştirak etmirdilər. Bu sinifdə dərs deyən müəllimlər şagirdləri görmədikləri halda mövzuları sinif jurnalına yazaraq, biliklərini qiymətləndirirdilər.
08.12.2022- ci il tarixində Goranboy – Naftalan rayonları üzrə Təhsil Sektorunun məsləhətçisi Mirabbas Məmmədov Rus Borisi kənd tam orta məktəbində ciddi araşdırmalar apardı. Həqiqətən də Azərbaycan bölməsinin 8- ci sinfində şagirdlərin olmamasını, olmayan şagirdlərə müəllimlərin biliklərinin qiymətləndirilməsinin, sinif jurnalında mövzular yazıldığının şahidi olaraq qeydiyyat etdi və həmin siniflərdə dərs deyən müəllimlərin izahatlarını aldı.
15.10.2022- ci il tarixindən 08.12.2022- ci il tarixinə kimi olan günlərin əməkhaqqısı bu sinifdə dərs deyən müəllimlərdən tutulması üçün Goranboy – Naftalan rayonları üzrə Təhsil Sektorunun mühasibatlığına arayış təqdim etdi. Məsləhətçi Mirabbas Məmmədovun dediyinə görə 8- ci sinif bağlandı.
QEYD: bu məsələni araşdırmaq üçün 8- ci sinfin bağlanması əmrini, 15.10.2022- ci il tarixindən 08.12.2022- ci il tarixinə kimi olan günlərin müəllimlərdən həqiqətən əməkhaqqılarının tutulması sənədlərini, məsləhətçi Mirabbas Məmmədovdan müəllimlərdən aldığı izahatları araşdırmaq lazımdır;
2. Məsləhətçi Mirabbas Məmmədov bu məktəbdə mövsümü olan ocaqçı ştatında olan ocaqçıların işdə olmamalarını aşkarladı;
3. Azərbaycan bölməsi 9- cu sinifdə oxuyan bir nəfər şagird ümumiyyətlə məktəbə gəlmir, dərslərdə iştirak etmir, Gəncə şəhərində yaşayır, şagirdin əmisi Dövlət Yol Polisində çalışır ( DYP) adını jurnala yazdırıblar, müəllimlər həmin şagirdi görməsələr də biliyini qiymətləndirirlər;
4. Rus bölməsinin Çinarə adlı 11- ci sinif şagirdi Naftalan şəhərində yaşayır, məktəbə gəlmir, dərslərdə iştirak etmir, biliyi müəllimlər tərəfindən qiymətləndirilir;
5. Məktəbin kitabxanaçısı 20 ilə yaxındır ki, orta təhsilli kimi kitabxanaçı işinə qəbul olunub. Rus Borisi kənd tam orta məktəbində üç nəfər məktəb direktorları : Mixail, Malik, Xəqani müəllimlərin dövründə kitabxanaçı orta təhsilli kimi işə başlayıb, orta təhsilli kimi əməkhaqqı alıb.
Məktəbə direktor vəzifəsinə təyin edilən Roman Səfərəliyev bir neçə müddətdən sonra həmin bu kitabxanaçının təhsilini orta təhsildən dəyişdirərək ALİ təhsilli kimi əmrləşdirərək ali təhsilli əməkhaqqı almasına şərait yaradıb.
2023- cü ilin yanvar ayının əvvəllərində bu məsələdən xəbər tutan məsləhətçi Mirabbas Məmmədov kitabxanaçını qəbul etmiş, ali təhsil sənədinin gətirməsini, ali təhsil sənədini gətirənə kimi əməkhaqqısının ali təhsilli kimi deyil orta təhsilli kimi alacağını kitabxanaçının diqqətinə çatdırıb.
Məsləhətçi Mirabbas Məmmədovun deməsinə görə kitabxanaçı ali təhsil sənədini təqdim edə bilmədiyi üçün kitabxanaçının əməkhaqqısı 2023- cü ildən bu günə kimi yenidən orta təhsilli kimi hesablanır.
QEYD : məktəb direktoru kitabxanaçını ali təhsilli kimi işə qəbul olunması barəsində əmrini, ali təhsil haqqında sənədini təqdim etməsə mühasibatlıq kitabxanaçının orta təhsilli əməkhaqqısını ali təhsilli kimi hesablaya bilməz, kitabxanaçının adına ali təhsilli kimi əməkhaqqı yazıla bilməz;
6. Məktəbin rus bölməsinin Saşa ( əsl adı Andrey ya Aleksandr olmalıdır) adlı müəlliminin 34 saat dərs saatı, bir sinfin sinif rəhbərliyi var. Qeyri ixtisaslı pedaqoji kadrdır. Bu müəllim iş günlərində bir neçə günlük 2022- ci ilin oktyabr ayında sərhəddi keçərək xaricə getmişdi. Məktəb direktoru bu müəllimin xaricdə olduğu müddətdə olan günləri üçün əməkhaqqını tutmamış, adına əməkhaqqı yazmış, müəllim özü də xaricdən qayıtdıqdan sonra dərs dediyi siniflərdə sinif jurnallarına mövzuları öz xətti ilə yazmışdır;
7. Məktəb direktoru Roman Səfərəliyev ali təhsilli tarix müəllimidir, rus bölməsində tarix fənnini tədris edir. Tarix fənni ilə yanaşı qanunsuz olaraq informatika fənnindən olan dərs saatlarını da götürüb tədris edir, əməkhaqqı alır.
İnformatika fənnini tədris etməsi üçün ” Müəllimlərin İşə Qəbulu İmtahanında ” iştirak etməli, bu fənni tədris etməsi üçün uğur qazandıqdan sonra informatika fənnini tədris edə bilər. İmtahanda iştirak etmədən qanunsuz olaraq adına informatika fənnindən olan dərs saatlarını da əmrləşdirib , əməkhaqqı alır.
Yuxarıda qeyd etdiyim nöqsanları, saxtakarlıqları, qanunsuzluqları Goranboy – Naftalan rayonları üzrə Təhsil Sektorunun məsləhətçisi Mirabbas Məmmədov araşdırıb, məlumatlıdır.
Sizdən xahiş edirəm nəzarətinizə götürəsiniz, obyektiv araşdırılma aparılmasına, günahkarların layiqli cəza almalarına, əməllərinə hüquqi qiymət verilməsinə TAPŞIRIQLAR verəsiniz.
IHörmətlə, Goranboy rayon sakini Eminov Neman Bayram oğlu
dunyaninsesi
Ardını oxu...
Bir neçə gün öncə "Hürriyyət"in redaksiyasına müraciət edən Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi 1A, mənzil 23 ünvanında yaşayan Nağı Bayram oğlu Məmmədov, Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimovun qardaşı, ATV-nin keçmiş rəhbəri Tağı İbrahimova məxsus olan "Global SF" MMC tərəfindən dələduzluğa məruz qaldığını, daha dəqiq desək, adıçəkilən şirkətin mənzil satmaq adı ilə onun 129 min manatını mənimsədiyini bildirib.

Belə ki, uzun illər Rusiya Federasiyasında yaşadığını, Azərbaycana gəldikdə isə burada adıçəkilən şirkətin başına olmazın oyunlar açdığını deyən Nağı Məmmədovun sözlərinə görə, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-486/2020 saylı 14.02.2020-ci il tarixli icra sənədinə əsasən borclu "Global SF" MMC-dən ümumilikdə 129290 manat məbləğində pul vəsaiti tutularaq ona və həyat yoldaşı Zeynəb Eynulla qızı Məmmədovaya ödənilməlidir: "Mən və həyat yoldaşım iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişik ki, "Global SF" MMC-nin bizə 129290 manat manat borcu var. Bakı Apellyasiya Məhkəməsi isə öz növbəsində, xeyrimizə qərar çıxarıb. Həmin qərarda deyilir ki, borclu "Global SF" MMC-dən ümumilikdə 129290 manat məbləğində pul vəsaiti tutularaq mənə və həyat yoldaşıma ödənilməlidir. Həmin icra sənədi icra olunması üçün icraya yönəldilib, lakin Yasamal Rayon İcra Şöbəsi bu günə qədər sənədi icra etməkdən boyun qaçırır. Onu da qeyd edim ki, həmin icra işi üzrə mənim və həyat yoldaşımın əvvəlki nümayəndəsi Hidayət Hüseyn oğlu Hüseynli olub. Biz "Global SF" MMC-nin icra sənədini qəsdən icra etməməsi ilə bağlı dəfələrlə müxtəlif instansiyalara şikayətlər etmiş, tələbin onun əmlakına yönəldilməsi barədə icra tədbirlərinin görülməsini tələb etmişik. Ancaq "Global SF" MMC-dən həmin borc məbləğinin alınması mümkün olmayıb. Bununla belə 2021-ci ilin təxminən, may-iyun aylarında "Global SF" MMC adımızdan və imzamız görüntüsü ilə üzərində 29.04.2021--ci il tarixi qeyd olunan və Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru I dərəcəli ədliyyə qulluqçusu Bəhruz Bayramova ünvanlanan ərizə təqdim edərək iddia edib ki, guya bizə olan borcunu tam şəkildə ödəyib. Və bununla da tələb edir ki, icra üzrə icraata xitam verilsin. Biz isə öz növbəmizdə, həmin ərizədən məlumatsız olduğumuzu, "Global SF" MMC-dən heç bir pul vəsaiti almadığımızı, borclu təşkilatın və onun rəhbərliyinin, eləcə də borclu tərəfdən hər hansı digər şəxsin bizə pul vermədiyini israrla bildirdik. Eyni zamanda, həmin ərizənin saxtalaşdırıldığını qeyd edib bununla bağlı Yasamal Rayon Prokurorluğuna şikayət etdik. Qeyd etdiyim kimi, bizim bu icra işində faktiki hüquqi xidmət göstərən nümayəndəmiz Hidayət Hüseyn oğlu Hüseynli olub. Odur ki, mən ondan belə bir sənədin necə ortaya çıxdığını soruşmuş, pulu almadığımız halda belə bir sənədin nə məqsədlə tərtib edildiyini izah etməsini tələb etmişəm. Çünki mən uzun müddət Rusiyada yaşamışam və latın əlifbası ilə yazıb-oxumağı bacarmıram. Adımdan bütün şikayət və digər sənədləri Hidayət Hüseyn oğlu Hüseynli tərtib edib, mənsə ona inanıb həmin sənədləri oxumadan imzalamışam. Bir məqamı da nəzərinizə çatdırım ki, "Global SF" MMC-nin rəhbəri ilə eyni kənddən olan Hidayət Hüseyn oğlu Hüseynli ilə görüşdükdə o, sözügedən sənədi tərtib etmədiyini, bundan xəbəri olmadığını bildirmiş, daha sonra isə mübahisə zəminində özündə olan bu işə aid bəzi sənədləri gözümün qarşısında məhv edərək, onun məzmununu məndən gizlədib. Onun bu hərəkəti məndə bu sənədin Hidayət Hüseyn oğlu Hüseynli tərəfindən bilərəkdən bu cür məzmunda tərtib edilməsinə, onun məni məhz "Global SF" MMC-nin sifarişi ilə aldadaraq belə bir sənədi imza etdirməsinə əsaslı şübhələr yaradıb".

"Global SF" MMC və Yasamal Rayon İcra Şöbəsi ilə mübarizə apararaq haqlı olduğunu məhkəmə qaydasında təsdiq etdiyini vurğulayan Nağı Məmmədov beləcə işin təkrar başlanmasına nail olub: "Lakin "Global SF" MMC-nin və Yasamal Rayon İcra Şöbəsi ilə əlbirliyinin yaratdığı çətinliklər hələ irəlidə imiş, mən isə bunu bilmirmişəm. Belə ki, iş təkrar icra şöbəsinə qayıtdıqdan sonra əsl süründürməçiliklə rastlaşdım. Yasamal Rayon İcra Şöbəsi məhkəmə sənədini icra etmir. "Global SF" MMC-nin rəhbərini, əsl sahiblərini şöbəyə dəvət etmir, onlardan məhkəmə qərarını icra etməyi tələb etmir, adıçəkilən şirkətin əmlaklarına həbs qoyulmur, borclu məhkəmə qərarını icra etməyə məcbur edilmir. Görəsən, Yasamal Rayon İcra Şöbəsi niyə belə üzgörənlik edir? Nə üçün "Global SF" MMC-nin nazı ilə oynayır? Və hansı məqsədlə bizi illərdir ki, süründürür? Cavabı çox sadədir! Bildirim ki, "Global SF" MMC ölkədə məşhur bir ailənin - İbrahimovlar ailəsinin şirkətidir. Belə ki, Hacı İbrahim, Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimov, Tağı İbrahimov, Sahib İbrahimov - bu adlar hamıya tanışdır. Bax, bizi bu ailənin üzvləri aldadıb əlimizdə olan-qalan pulumuzu alıblar. Məhkəmədə min-bir əzab-əziyyətlə, onların yalan və böhtanına qarşı səbrlə mübarizə aparıb haqqımızı tanıtmışıq. Lakin bu ailə şirkəti illərdir ki, haqqımızı qaytarmır. "Global SF" MMC hər cür qərəzli davranışa, saxtakarlığa və böhtana əl ataraq pulumuzu, bizdən mənimsənilən 129 min manatını ödəməkdən yayınır".

Beləliklə, Nağı Məmmədov "Hürriyyət" vasitəsiylə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə, birinci vitse-prezident Mehriban Əliyevaya, Prezidentin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərova, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevə, Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbova, ədliyyə naziri Fikrət Məmmədova, Milli Məclisin sədri Sahibə Qafarovaya, ombudsman Səbinə Əliyevaya və Yasamal Rayon İcra və Probasiya şöbəsin rəisi Pərviz Zəkəriyəyevə müraciət edərək, onlardan məsələnin ciddi şəkildə araşdırılmasını, Dövlət adından çıxarılmış məhkəmə qərarlarının icrasının təmin edilməsi və ona qarşı dələduzluq edən şəxslər barəsində müvafiq tədbir görülməsi ilə əlaqədar göstəriş verilməsini xahiş edib.
Ardını oxu...
İcra başçılarının torpaq mülkiyyəti hüququ toxunulmazdır və dövlət tərəfindən qorunur! (?)
Bələdiyyə torpaqlarının idarə edilməsinin , bələdiyyələrin özü kimi, icra hakimiyyət(lər)inin müstəsna “hüquq”larından olmasını bilməyən yoxdur. Bir ölkədə ki bələdiyyə sədri icra başçısına “rüsum” qarşılığında “seçilə” , hansı özünüidarəetmədən danışmaq olar? Onda qala, bələdiyyə torpaqlarının idarəetməsi ola? ! Hələ bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən ədliyyə orqanının qanunvericiliyin tələblərindən xəbərsizliyini, torpağın icra hakimiyyətinə verilməsini bələdiyyənin müstəsna hüququ kimi sırımasını demirik.
Heydər Əliyev fondunun sosial proqramlarından, aztəminatlı ailələrin, əlil, qazi, şəhid ailələrinə diqqət və qayğısından hamı bilgilidir. Ölkədə o məktəb, o uşaq bağçası yoxdur ki, Fondun vəsaiti ilə yenidən tikilməsin , bərpa olunmasın. Elə əlilliyi olan şəxslərin, sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial təminatları ilə bağlı da layihələri gerçəkləşdirməkdə Heydər Əliyev fondunun xidməti misilsizdir. Nə yazıq, icra hakimiyyəti orqanları sosial layihələrdən də şəxsi maraqları naminə yarararlanırlar. Ağsuda olduğu kimi.
Torpaq hüququ “Torpaq islahatı haqqında” , “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” və digər qanunvericilik aktları ilə doğrulanan mülkiyyət hüququdur və Azərbaycan Respublikasının Konstitusiyasına görə, bu hüquqa qadağa qoyula bilməz. Torpaq uğrunda savaşda əlil və şəhid olanların isə bu hüquqdan , necə deyərlər, ikiqat, əlavə güzəştlə yararlanmaları da qanunla doğrulanıb. İndi təsəvvür edin, Ağsu rayonu, Pirhəsənli kəndinin yeganə zabit 1-ci dərəcəli Qarabağ əlilinin nəinki ikiqat torpaq hüququ təmin olunub, əksinə, istifadəsində olan torpaq sahəsi də RİH başçısının, Pirhəsənli kənd icra nümayəndəliyinin və bələdiyyəsinin vəzifə səlahiyyətlərindən sui-istifadəsinin qurbanına çevrilib. Ağsu RİH bu boyda rayonda uşaq bağçası tikməyə yer “tapmayıb” , Pirhəsənli kəndinin yeganə torpaq sahəsi ayrılmayan yeganə zabit 1-ci dərəcəli Qarabağ qazisinin torpağını özünün uşaq bağçası biznesinə ayırıb. Özbaşınalığa, qanunsuzluğa, qərəzə, şərəfsizliyə baxın, torpaq uğrunda canını qoyan qaziyə nəinki torpaq hüququ tanınır, hətta istifadəsində olan torpaq da şəxsi bizneslərinə, Göyçay regional ədliyyə idarəsinin sədri Elnur Əsədovun bildirdiyi kimi, müstəsna hüquq kimi ayrılır! (?) Özü də Heydər Əliyev fondunun vəsaiti hesabına.
Xəbər verdiyimiz kimi, sözügedən bağça biznesi çöküb. Nədən 60 yerlik uşaq bağçasına verməyə bir nəfər də olsun uşaq tapılmır . Allah sənə rəhmət eləsin, Mirzə Cəlil, “bu kənddə heç yerli – dibli uşaq olmayıb”.
Milli Məclis sədrinin göstərişi ilə Ağsu prokurorluğuna göndərilən 1-ci dərəcəli Qarabağ qazisinin şikayətinin araşdırılması prokurorluqdan Göyçay regional ədliyyə idarəsinə, oradan da Pirhəsənli bələdiyyəsinə yönləndirilib. Bələdiyyə də 05.04.2023-ci ildə ədliyyə idarəsinə bildirib ki, kəndin yeganə zabit 1-ci dərəcəli Qarabağ qazisinin torpaq hüququ olmayıb, yoxdur və olmayacaq. Çünki bələdiyyə “müstəsna hüququndan” yararlanıb, torpaq sahəsini icra başçısının 60 yerlik uşaq bağçası biznesinə ayırıb. Bu biznes çöksə də, torpağın yiyəsi yenə icra başçısıdır. Azərbaycan Respublikasında icra başçılarının torpaq mülkiyyəti hüququ toxunulmazdır və dövlət tərəfindən qorunur .Qarabağ qazisinin hüquqsuzluğu kimi ...
Məğrur Bədəlsoy
Ardını oxu...
 

Ardını oxu...
“ASAN xidmət” mərkəzlərinin yaradılması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən son illər dövlət idarəçiliyinin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində həyata keçirilən islahatlardan biridir. Bu mərkəzlər dövlət orqanları tərəfindən göstərilən dsaymətlərin vahid və formada həyata keçirilməsini təmin edən qurumlardır. “ASAN xidmət” mərkəzləri dövlət qulluqçularının fəaliyyətində əhaliyə münasibətdə vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşmanın formalaşdırılmasına, ölkədə dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə xidmət edir.

Mərkəzlərimizin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında qurulub. “ASAN xidmət” mərkəzlərinin yaradılmasında məqsəd vətəndaşların əlavə xərclərinin və vaxt itkisinin azalması, vətəndaşlara münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl edilməsinə nail olunması, peşəkarlıq səviyyəsinin artırılması, dövlət strukturlarına etimadın daha da gücləndirilməsi, şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, elektron xidmətlərdən daha geniş istifadə olunması, bu sahədə aparılan institusional islahatların səmərəliliyinin artırılmasıdır.
Lakin “ASAN xidmət”in sıralarına düşən “təsadüfi” adamlar bu qurumun qarşısına qoyulan vəzifələrin öhdəsindən axıra kimi gələcəyinə, cəmiyyət arasında nüfuzunu sonadək qoruyub saxlaya biləcəyinə şübhələr doğurur. Belə “təsadüfi” şəxslərdən biri də “ASAN Xidmət”in Bakı şəhəri Yasamal rayonunda fəaliyyət göstərən 3 saylı filialının notariat xidmətində hüquqşünas vəzifəsində işləyən Əliyeva Nüşabə Akif qızıdır. O, “SSM Hüuquq-Servis” MMC-nin icraçı direktoru işlədiyi vaxt öz qulluq mövqeyindən istifadə edib qabaqcadan əlbir olduğu bir qrup şəxslə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxslərə ziyan və xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Belə ki, o, “SSM Hüquq-Servis” Məhdud Məsuliyyətli Cəmiyyətinin icraçı direktoru işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə etməklə Hacıyev Səbuhi Səxavət oğlu və qeyrisi ilə qabaqcadan əlbir olan bir şəxs halında Cəfərova Çimnaz Aydın qızının əmlakını ələ keçirmə məqsədi ilə etibarından sui-istifadə edib onu Gigiyena və Epidemiologiya Mərkəzinə işə düzəlməsinə köməklik göstərəcəyi adı ilə aldadaraq 23 yanvar 2016-cı ilə tarixdə Bakı şəhəri Nizami rayonu Azadlıq prospekti 80-b saylı ünvanda yerləşən “SSM Hüquq-Servis” MMC-nin ofisində həmin dövrün məzənnəsi ilə 2408 manat təşkil edən 1500 ABŞ dolları və 1600 manat pulunu ələ keçirib zərərçəkmiş şəxs Cəfərova Çimnaz Aydın qızına ümumi 4008 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Əliyeva Nüşabə Akif qızı təkrarən “SSM Hüquq-Servis” MMC-nin icraçı direktoru işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə etməklə Hacıyev Səbuhi Səxavət oğlu və qeyrisi ilə qabacadan əlbir olan bir qrup şəxs halında Ağamalıyeva Qətibə Nəriman qızının əmlakını ələ keçirmə məqsədi ilə etibarından sui-istifadə edib onun qızı Kərimova Səidə Yəhya qızını uşaq bağçasına müdirə vəzifəsinə işə düzəılməsinə köməklik göstərəcəyi adı ilə aldadaraq 11 fevral 2016-cı il tarixdə MMC-nin ofisində 15020 manat pulunu ələ keçirib zərərçəkmiş şəxs Ağamalıyeva Qətibə Nəriman qızına 15020 manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 fevral 2018-ci il tarixli 1(101)-220/2018 nömrəli məhkəmə hökmü ilə Əliyeva Nüşabə Akif qızı və Hacıyev Səbuhi Səxavət oğlu AR CM-nin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib dövlət və bələdiyyə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə üç il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. Azadlıq məhrum etmə cəzası hissəsində AR CM-nin 70-ci maddəsi tətbiq edilməklə cəzaları şərti hesab edilmişdir. Onlara bir il sınaq müddəti təyin edilmiş, öz davranışları ilə islah olunmalarını sübut etmək vəzifələri qoyulmuşdur. Barələrində xüsusi müsadirə tətbiq edilməmişdir. Onların barəsində çıxarılmış məhkəmə hökmünün bunca humanist olması törətdikləri cinayət nəticəsində zərərçəkmiş şəxslərə dəymiş ziyanların tam ödənilməsi, zərərçəkmiş şəxslərin sonucda onlardan şikayətçi olmaması ilə, təqsirləndirilən şəxslərə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinin onların ailələrini ciddi məhrumiyyətlərə düçar edə biləcəyi ilə izah olunmuşdur.

Göründüyü kimi, Əliyeva Nüşabə Akif qızının bioqrafiyası “ASAN Xidmət”in nüfuzu, müsbət imici ilə tərs mütənasibdir.
 //aktualxeber.az//
 
Ardını oxu...
Tovuz Suvarma Sistemləri İdarəsindən ŞİKAYƏT
Tovuz rayon Dondar quşçu kənd sakini Vəliyev Həzi Abbasəli oğlu tərəfindən məktub göndərilib.
Faktinfo.az saytının elektron poçtuna göndərilən məktubda Tovuz rayon Suvarma Sistemləri İdarəsinin rəisi Nəsrəddin Aslanovdan şikayət olunur,Həzi Vəliyev suvarma sezonunda taxıl sahəsini suvara bilməməsindən bəhs edir.

Şikayətçi:"Bildirirəm ki, mən özümə məxsus taxıl sahəsini suvara bilmirəm.Səbəb nədir? Bu suala aidiyyatı qrumlar Tovuz rayon Suvarma Sistemləri İdarəsinin rəisi Nəsrəddin Aslanovdan cavab almalıdırlar.Deyə bilərəm ki,Tovuz çayı üzərində 2 su anbarı var.Hər 2 anbarın müdiri Nəsrəddin müəllimdir.Yuxarıdakı anbar bizim əraziləri suvarmaq üçündur. Digər anbar isə oliqarxların sahələrini suvarmaq üçün nəzərdə tutulub.Nəsrəddin Aslanov rəyyətin əkin sahələrini suvarmaq üçün anbarda su yığılan kimi sevincək olur.

Belə ki,sadə insanlar üçün nəzərdə tutulan anbarda su yığılan kimi,suyu gecə ilə buraxırlar digər anbara.Hər dəfə bir bəhanə ilə "anbarın qapısı yaddan çıxıb açıq qalıb,su axıb gedib" kimi fikirlər səsləndirirlər və əslində su gedib çıxır imkanlı şəxslərin sahələrini suvaran anbara.Həmin anbar vasitəsi ilə də özlərinin 1000 hektarlarla ərazilərini suvarırlar.Bizdən də 1hektar ərazini suvarmaq üçün 20-50 manat pul alırlar.Halbuki,dövlət rüsumu heç 5 manat deyil."

Şikayətçi onu da bildirir ki,ona və şəhid övladı,qardaşı oğlu Vəliyev Sərxan İlyas oğluna növbə çatanda nədənsə kanalda su qurtarır.Tovuz rayon Suvarma Sistemləri İdarəsinin rəisi Nəsrəddin Aslanov deyə bilər ki,anbarda su yoxdu problem də buradan qaynaqlanır,su olanda verəcəm.Ona bəri başdan cavab olaraq bildirirəm ki,su olanda niyə vermirdin və ya taxılın suvarılma müddəti ötdükdən sonra mən neynirəm verilən suyu.

"Biz mətbuat vasitəsi ilə uzun illərdir davam edən bu haqsızlığın ictimailəşdirilməsini istəyirik.Eləcə də bu haqsızlığın qarşısının alınmasında Azərbaycan respublikasının prezidenti İlham Əliyev cənablarından kömək etməsini xahiş edirik",-deyərək Həzi Vəliyev qeyd edir.

Faktinfo.az məsələyə münasibət öyrənmək üçün Tovuz rayon Suvarma Sistemləri İdarəsinin rəisi Nəsrəddin Aslanovla əlaqə yaratmağa çalışıb.İdarə rəisinə edilən davamlı zənglərə cavab verilməyib.Qarşı tərəfin mövqeyini də dərc edə bilərik.
 //Faktinfo.az//
Ardını oxu...
RegionXəbərlərocom.az-ın elektron poçtuna İmişli rayon Qulubəyli kənd sakini Nağıyev Qalib Qaraseyid oğlu tərəfindən şikayət məktubu daxil olub.Narazı vətəndaş mətbuat vasitəsi ilə ölkə başçısına şikayətini çatdırır.

Cənab Prezident şikayətim İmişli rayon Qulubəyli kənd tam orta məktəbin direktoru Mirsahib Tağıyev barəsində və direktorun qanunazidd cinayət tərkibli əməllərini müdafiə edən Mil-Muğan Regional Təhsil idarəsinin müdiri Rəşad Musayev haqqındadır.

Şikayət ərizələrimdə göstərdiyim faktlar əsasında Mil-Muğan Regional Təhsil idarəsi tərəfindən İmişli rayon Qulubəyli kənd tam orta məktəbində aparılan yoxlama zamanı məktəb direktoru Mirsahib Tağıyevin yeddi illik fəaliyyəti dövründə çoxsaylı cinayət tərkibli kobud qanun pozuntuları aşkar olunsada onun barəsində qanuna müvafiq tədbir görülməmişdir. Mil-Muğan Regional Təhsil idarəsinin müdiri Rəşad Musayev direktor M.Tağıyevin cinayət tərkibli əməllərinin üstünü ört-basdır etmək məqsədilə Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən direktora töhmət verilmişdir.Əslində mövcud vəziyyət nəzərə alınmaqla "a" bəndi deyil.Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "ç" bəndində göstərildiyi kimi əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə ləğv edilməliydi. Müraciətimdə göstərdiyim faktlarla əlaqədar Baş Prokurorluğa surəti isə mənə ünvanlanmaqla Elm və Təhsil Nazirliyinin Aparatına göndərilmiş məktubda göstərilir ki, "cinayət əməlləri olan faktların aşkar olunacağı təqdirdə müvafiq sənədlərin hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilməsi xahiş olunur"

Belə olan təqdirdə direktorun cinayət tərkibli əməllərini təsdiq edən sənədlər niyə hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilmir?

2021-ci ilin əvvələrində Mirsahib Tağıyev İmişli şəhər 1 saylı tam orta məktəbində boş qalmış direktor vəzifəsinə görə direktorların diaqnostik qiymətləndirilməsində iştirak etsədə heç bir bal toplaya bilməmişdir.Direktor M.Tağıyev ən adi elementar sualları belə cavablandırmaq iqtidatında deyildir.

Bu ilin mart ayının sonlarında həftə ərzində ayrı-ayrı vaxtlarda Oulubəyli kənd tam orta məktəbində dərs vaxtı şagirdlər arasında mübahisə yaranmış, nəticədə bir nəfər şagirdin qolu sınmış digər şagird isə baş nahiyəsindən xəsarət almışdır

Direktor M.Tağıyev baş vermiş hadisə ilə əlaqədər hüquq-mühafizə orqanlarına məlumat verməmişdir.Bakı şəhərində xəstəxanada əməliyyat olunan şagirdin həkimi hadisə barədə daxili işlər orqanlarına məlumat vermişdir.

Cinayət tərkibli qanun pozuntularının bir qismi aşağıdakılardır

1. Mirsahib Tağəyev işlədiyi 7 il müddətində tədris edilməyən dərnəkdə fərdi məşğələ saatlarının müəllimə dövlət büdcəsindən əmək haqqının ödənilməsi dərs saatlarının diaqnostik qiymətləndirmə nəticələrinə uyğun olaraq bölüşdürülməsi kimi hallar mövcud olmuşdur

2. Məktəbdə olan vakant boş dərs saatları müəllimlərin işə qəbul üzrə müsabiqəyə çıxarılmayaraq müəllimlər arasında bölüşdürülərək qanunsuz olaraq onların dərs saatlarına əlavə olunmuşdur.

3.İllər keçsədə direktor M.Tağıyevin sayəsində məktəbdə dərs jurnalları və proqramlarının mövzularının saatları qətiyyən uyğun gəlmir hər müəllim dərs proqramını öz bildiyi kimi tərtib edir hətta bir çox müəllimlər keçmiş illərin proqramlarından da istifadə edirlər.

4.Məktəbdə summativ qiymətləndirmələr düzgün aparılmır müəllimər özləri hazırlayıb şkaflara yığırlar.

5.Məktəbə qədər müəssisələrindən isə heç danışmağa dəyməz, heç bir iş yoxdur olmamışdır. Məktəbin müəllimi də şagirdi də məhz direktor Mirsahib Tagiyev özü olmuşdur.

6.Məktəbdə şagirdlərin bir qismi dərsə gəlmir.Rayon mərkəzinə müəllim yanına dərs öyrənməyə gedən şagirdlər istisna olmaqla qalanlarının bilik səviyyəsini yox dərəcəsindədir .

7.Daxil olan inventar və materialların uçotu kitabı əsas vəsaitlərin qeydiyyat kitabı qəsdən korlanmış, məktəb daxilində invertar və materialların paylanmasının ucotu kitabı isə yoxdur

Xahiş edirəm Maliyyə Nazirliyinin Dövlət maliyyə nəzarəti xidməti tərəfindən məktəbdə yoxlama aparılsın .

Xahiş edirəm müraciətim barəsində qanunamüvafiq tədbir görülsün

RegionXəbərləricom.az olaraq yazıda adları keçən şəxslərində mövqeyini dərc etməyə hazırıq...

RegionXəbərləricom.az
Ardını oxu...
Göyçay rayonu Məlikkənd kənd sakini Aprel döyüşləri iştirakçısı Mahmudov Sənan Gündüz oğlu tərəfindən ünvanlanan müraciətdə deyilir:

"Göyçay Rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin əməkdaşları Rəşad Cavadov, Tahir Eminov və Şahin Muradov məni Azərbaycanda yaşamağıma peşman edərək intihar həddinə çatdırıblar. Belə ki, gündəlik muzdlu işlərdə çalışaraq qəpik-qəpik pul yığıb, bu ilin avqust ayında "VAZ" 2106 markalı avtomobil almışam. Lakin, avtomobili aldığım vaxtdan etibarən yuxarıda adlarını qeyd etdiyim YPX əməkdaşları əsassız olaraq məni gözüm çıxdıya salmağa başladılar. Tez-tez onlar məni saxlayır, guya idarə etdiyim avtomobildə konstruksiya dəyişikliyi olduğu iddia edirdilər. Heç bir şey tapa bilmədikdə isə "5-10 manat hörmət elə, get" - deyərək rüşvət verməyimi istəyirdilər. Ancaq mən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 312-ci maddəsində bildirildiyi kimi, rüşvət verməyin məsuliyyət daşımaq olduğunu nəzərə alaraq onlara heç nə vermirdim. Məhz buna görə də bu gün, yəni 17.04.2023-cü tarixdə saat 10:57 radələrində məni şəhərin Nizami küçəsində saxlayaraq avtomobildən düşməyimi istədilər. Mən də öz növbəmdə bütün sənədlərimin qaydasında olduğunu və avtomobilimdə konstruksiya dəyişikliyi olmadığını bildirərək haqqımı tələb etmək üçün onlara öz etirazımı bildirdim. Bu zaman onlar fiziki zorakılıq göstərərək məni təhdid etdilər və olduqca kobud səslənən sözlər işlətdilər. Beləliklə də mənə içərisindəkindən xəbərsiz olduğum hansısa sənədə zorla imza atdıraraq avtomobilimi "Rəisin əmridir", - deyib Göyçay Rayon Polis Şöbəsinə apardılar. Halbuki bu, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 309-cu maddəsinə əsasən, vəzifə səlahiyyətlərini aşma hesab edilir. Bəlkə də onlar həqiqətən də "Rəisin əmridir", deməsində haqlıdırlar. Çünki Göyçay Rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin rəisi Vüsal Həsənov demək olar ki, hər gün rayon ərazisində öz şəxsi avtomobili ilə gəzib-dolaşaraq şikarlarını axtarır. Gözünə xoş görünməyən avtomobillər barəsində YPX əməkdaşlarına məlumat verərək həmin şəxsləri polis bölməsinə aparmaları üçün tapşırıq verir. Bunu tək mən iddia etmirəm, sakinlərin əksəriyyəti bilir. Yoxlama aparsanız şahidi olacaqsınız.
Müraciətin əvvəlində bildirdiyim kimi, fəhləlik edərək maddi ehtiyaclarımızı qarşılayıram. Özüm də Aprel döyüşləri iştirakçısıyam. Bu ayın 11-də övladım dünyaya gəlib. Hazırda ailəmin zəruri ehtiyacı olduğu halda, əsassız bəhanələrlə avtomobilimi polis şöbəsində saxlayaraq 150 (yüz əlli) manat cərimə yazıblar. Hansıki bir daha vurğulayıram ki, avtomobilimdə konstruksiya dəyişikliyi etməmişəm və necə almışamsa, elə həmin vəziyyətdədir.
Sizdən çox xahiş edirəm, Vüsal Həsənov başda olmaqla, adlarını qeyd etdiyim YPX əməkdaşları haqqında ciddi tədbirlər görülməsi, əsassız yazılmış 150 (yüz əlli) manat cərimənin silinməsi və mənim təhlükəsizliyimin təmin edilməsi üçün tapşırıq verəsiniz. Ümid edirəm ki, müraciətimə dərhal baxaraq lazımi tədbirlər görüləcəkdir. Sizə çox minnətdarlığımı bildirirəm."
Teref.az olaraq şikayət məktubunda toxunulan iddialarla bağlı bütün maraqlı tərəflərin mövqeyini dinləmçəyə hazırıq!
Teref.az

Ardını oxu...


Ötən yazılarda bildirdiyimiz kimi, AQTA-nın aprelin 6-da kolbasa və sosiska istehsalçısı olan nüfuzlu şirkətlərinə qarşı «Səlib yürüşü»nün əsl səbəbi bəlli oldu… Budur, AQTA istehsalçıları stressə salan məlum məlumatında yazırdı: «…İstehlakçılara müraciət edirik ki, satış şəbəkələrində təhlükəsizlik göstəricilərində uyğunsuzluq aşkarlanan bu kolbasa-sosiska məhsulu partiyalarını istehlak etməsinlər!!!».

Təbii ki, bu məsləhətin fəlsəfəsi təqdirəlayiqdir. Lakin sonradan məlum olanda ki, AQTA dünən kolbasa və sosiskalarını yeməməyi tövsiyyə etdiyi şirkətləri bir gün sonra, özü də məhz istehlakçılardan xəbərsiz olaraq, təmizə çıxarması təəssüf hissi doğururdu.

İndi keçirik faktlara: AQTA «M&T" Ltd şirkətinin də adını əvvəl qara siyahıya salmışdı. Bu barədə ilk dəfə yayımlanan, yəni ictimailəşdirilən cədvəldə şirkət barədə AQTA yazırdı: «M&T» Ltd firması, "Sevimli Dad" əla növ südlü sosiska, 05.02.2023-də-ki laborator analizdə üzərində mal əti bəyan edilsə də, tərkibində mal DNT-si aşkarlanmayıb».

Təsəvvür edirsinizmi, belə çıxırdı ki, şirkət bizə mal əti sosiskasını satır, alırıq, özümüz və uşaqlarımıza bu südlü deyilən sosiskadan yedirdirik, AQTA-nın araşdırmasından sonra bəlli olur ki, içində mal ətindən əsər-əlamət yoxdur… Nəticədə, istehsalçı bu anti-reklamdan təbii ki, istehsalçı infarkt keçirməli, istehlakçı isə şok keçirməlidir!!!

Amma və lakin… Bir gün sonra məlum olur ki, AQTA istehlakçı etibarına xəyanət edib. Bu da sonradan xəlvəti olaraq AQTA tərəfindən həmin «qara siyahı»ya edilən düzəliş: ««M&T» Ltd firması, "Sevimli Dad" əla növ südlü sosiska, 05.02.2023-də aparılmış laborator analiz. Üzərində mal və donuz əti bəyan edilsə də, tərkibində yalnız donuz DNT-si aşkarlanıb».

Bu qədər də qanunsuzluq və etibara xəyanət olarmı???

Bəs bunlar niyə və nədən baş verib??? Bu barədə növbəti yazıda təqdim ediləcək. Çünki AQTA-dan redaksiyamızın elektron poçtuna sensasion məlumatlar göndərilib…

«Təzadlar»ın Araşdırma Qrupu

Ardını oxu...Son illər Azərbaycanda tikinti şirkətlərinin sayı kəskin azalsa da, onların dələduzluq əməllərindən əziyyət çəkən vətəndaşların sayı azalmayıb.

Çünki hakimiyyətdə, hüquq mühafizə orqanlarında güclü himayəçiləri olan MTK rəhbərləri nə haqqını oğurladıqları vətəndaşların pulunu, əmlakını verir, nə də cinayət məsuliyyətinə cəlb edilirlər.

2000-ci illərin əvvəlindən bu günədək yüzlərlə tikinti şirkəti bir mənzili bir neçə nəfərə satmaqla, vətəndaşların payçı olduqları əmlakı mənimsəməklə, pilot layihələrdə ağılasığmayan digər fırldaqlarla böyük sərvət qazanıblar. Bəzilərinin yolu qısa müddətdə həbsxanadan keçsə də, törətdikləri cinayətlərə görə adekvat cəza almayıblar. Himayəçiləri hələ də güclü olan MTK rəhbərləri isə öz çirkin oyunlarını davam etdirilər.

Təxminən bir ay əvvəl mediada qalmaqallı tikinti maqnatlarından biri, “İnşaat konstruksiyaları” MMC-nin rəhbəri Rauf Əliyevin Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanlıdğı yazılmışdı. Amma bir həftə sonra onu müəmmalı şəkildə həbsdən azad ediblər, amma illərdir süründürdüyü vətəndaşların problemi həll edilməyib.

Rauf Əliyevin rəhbərlik etdiyi MTK Bakının bir sıra bahalı yerlərində çoxmərtəbəli binalar tikərək satıb. Amma onun layihələrinin heç biri qalmaqalsız, mübahisiz yekunlaşmayıb. Bəziləri ümumiyyətlə öhdəliklərə zidd olaraq istifadəyə verilməyib, çünki mənzillər sahibdən əlavə bir neçə nəfərə satılıb. Məsələn, Nizami rayonu, Mehdi Abbasov küçəsi, 2538 ünvanında yerləşən komplekslə bağlı qalmaqal mediada dəfələrlə işıqlandırılıb. Belə ki, tikintisi 2017-ci ilin avqustundan başlayan bina layihədə 15 mərtəbli nəzərdə tutulsa da, Rauf Əliyev tikinti normalarını kobud şəkildə pozaraq onu bir qədər “ucaldaraq” 18 mərtəbəyə çatdırıb. “İnşaat Konstruksiyaları” MMC müqavilədə binanı 2019-cu ilin avqustun 8-də təhvil verilməsini öhdəsinə götürüb. Amma bu tarixdən uzun müddət sonra mənzil sahibləri R.Əliyevin qanunsuzluqlarına etiraz edərək MMC-nin qarşısında etiraz aksiyaları keçirirdi. Sakinlər bildiriblər ki, tikinti maqnatı vədlər versə də heç biri özünü doğrultmayıb, üstəlik bir mənzili bir neçə nəfərə sataraq dələduzluq edib. Təəssüf ki, vətəndaşların hüquq mühafizə orqanlarına, yerli icra hakimiyyətinə çoxsaylı müraciətləri də nəticəsiz qalıb. Rauf Əliyevin Yasamal rayonu, Şərifzadə küçəsi, 571-ci məhəllə, ev 33 ünvanında tikintiyi 17 mərtəbəli binada da eyni problemlər yaşanıb. Bu tikinti ona məxsus olduğu bildirilən “Dərəçiçək” MMC tərəfindən həyata keçirilib. Ötən ilin noyabrında yerli mətbuata müraciət edən sakinlər bildiriblər ki, sözgedən binanın tikintisi 2009-cu ildən başlasa da yekunlaşmayıb. Nəticədə yüzlərlə sakin isə evsiz-eşiksiz, ümidsiz vəziyyətdə qalıb, onların hüquq mühafizə orqanlarına, Prezident Administrasiyasına çoxsaylı müraciətləri də cavabsız qalıb. Payçılardan biri mətbuata açıqlamasında deyib ki, 2009-cu ildə “Dərəçiçək” MTK-nın tikdiyi binadan mənzil almaq üçün rəsmi müqavilə bağlayaraq bir dəfə 98 min ABŞ dolları, sonra isə 80 min manat pul köçürüb və bu ödənişləri Rauf Əliyev öz imzası və möhürü ilə təsdiq edib. 13 ildən sonra məlum olub ki, MTK rəhbəri həmin vətəndaşa məxsus mənzilləri başqasına satıb. Bu əməllərə baxmayaraq Rauf Əliyev dövlət tərəfindən dəstəklənən pilot layihələr də yol tapa bilib. Medianın yazdığına görə, ona məxsus şirkət tərəfindən pilot layihələri çərçivəsində Xətai rayonu, Mehdi Mehdizadə küçəsində yerləşən 2 saylı arxitekturalı bina sökülüb. Binada yerləşən 46 mənzilin sakinləri “İnsəşaat Konstruksiyaları” MMC ilə alqı-satqı müqavilələri bağlayaraq evlərini tərk ediblər və kirayə mənzillərə köçürülüblər. Sakinlərə bildirilib ki, onların mənzillərinin yerində “pilot layihə” çərçivəsində yeni 18 mərtəbəli yaşayış binası inşa ediləcək və onlara da həmin binada mənzillər veriləcək. Medianın yazdığına görə hələ 2018-ci ildə “İnşaat Konstruksiyaları” MMC-nin vəzifəli şəxslərinin qanunsuz hərəkətlərlə vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrinə və özbaşına tikinti işləri aparmalarına əsaslı şübhələr müəyyən edildiyindən Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 222-1.1-ci (özbaşına tikinti işləri aparma) maddələri ilə cinayət işi başlanıb. Amma 5 ildir ki, Rauf Əliyev məsuliyyətə cəlb olunmayıb. Bundan əlavə, məhkəmə sözgedən şirkəti İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) təqsirli bilərək 20 min manat cərimə edilməsi barədə qərar çıxarıb. Beləliklə, maraqlı sual yaranır, bu qədər qanunsuzluğun, şikayətlərin müqabilində R.Əliyev niyə məsuliyyətə cəlb edilmir?

 

Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, MTK rəhbərinin “krışası” keçmiş Baş prokuror Zakir Qaralov olub. Məhz onun dəstəyi ilə aldadılan, haqqı əlindən alınmış sakinlərin şikayətləri nəticəsiz qalıb. Bunun müqabilində R.Əliyev də Qaralova borclu qalmayıb, tikidiyi binlardan ona onlarla mənzil verib. Eyni zamanda Baş prokurorun “tapşırdığı” bir prokurorluq əmədaşına da bahalı mənzil bağışlayıb. Görünür, Z.Qaralov vəzifədən getsə də hakimiyyətin müəyyən dairələrində təsir imkanlarını saxlayır, əks təqdirdə barəsində bu qədər ittihamlar olan MTK rəhbəri niyə azadlıqda olsun ki?! Qeyd edək ki, “İnşaat Konstruksiyaları” MMC-nin intern ünvanı – “inshaat-konstruksiyalari.az” və “Faceook” səhifəsi bir neçə ildir istifadəsizdir.

R.Əliyevlə əlaqə saxlamaq isə mümkün deyil.

İttihamlarla bağlı onun mövqeyini və hüquq mühafizə orqanlarının açıqlamasını dərc etməyə çalışacağıq. //Gununsesi.info// 

Dünyapress TV

Xəbər lenti