Ardını oxu...
Hal-hazırda Sumqayıt Şəhər Səhiyyə Şöbəsində və bu şöbənin tabeliyində fəaliyyət göstərən səhiyyə müəssisələrində baş alıb gedən biabırçılıqların, özbaşınalıqların, həddi-hüdudu bilinməyən anarxiyanın, süründürməçiliklərin varlığı Azərbaycan media qurumlarının, sosial şəbəkə istifadəçilərinin, geniş xalq kütləsinin, aktiv zümrənin və s. əsas müzakirə etdiyi mövzulardan biridir desək, heç də yanılmarıq. Sumqayıt səhiyyəsinin bu qədər “dilə-dişə düşməsi”nin əsas səbəbi, bəlkə də bu şəhərin paytaxt Bakıdan az da olsa aralı məsafədə yerləşməsidir. Amma, media üzərindən apardığımız araşdırmalardan, ümumi müşahidələrimizdən, bəzi şəhər sakinlərinin söz-söhbətlərindən aydın olur ki, Sumqayıt səhiyyəsinin daha çox “dərdə düşməsinə” səbəb, bu şöbəyə rəhbərlik edən Səkinə xanım Sadıqovanın ruhi xəstə olması, normal tibbi təhsilə malik olmaması, idarəçilik işlərini bacara bilməməsi, kadr təyinatlarında ciddi səhvlərə yol verməsi, qohumbazlıq, dosbazlıq amilini daha çox öndə tutması, şəxsi maraqlarının həlli naminə istənilən qanunsuzluqlara qol qoyması və s. kimi halların varlığıdır. Belə bir səbəblərdəndir ki, bu gün Sumqayıt Şəhər Səhiyyə Şöbəsində çoxsaylı problemlər yaşanır, hər cür özbaşınalığa, haqsızlığa, soyğunçuluğa qol qoyulur. Adicə bir faktı qeyd edək ki, şöbə müdiri Səkinə Sadıqovanın normal tibbi təhsilə malik olmayan bacısı Sədaqət həkim, bu gün Sumqayıt səhiyyəsində əməlli-başlıca “at oynadır”. Söylənilənlərə görə ona bu qədər “volya”nı bacısı Səkinə Sadıqova verib. Şöbə müdirinə isə “volya”nın Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində vəzifə sahibi olan Rəşad müəllim tərəfindən verildiyi bildirilir. Amma, onu da qeyd etmək yerinə düşər ki, əgər Rəşad müəllim Səkinə Sadıqovaya himayədarlıq edirsə, onu da bilmək lazımdır ki, narazı sakinlərə himayədarlığı isə, onların vətəndaşı olduqları dövlət edir. O halda sual oluna bilər ki, bu Rəşad müəllim nə dərəcədə təsir imkanına, hansı gücə malikdir ki, hal-hazırda Sumqayıt səhiyyəsini “tarmar edən” Səkinə Sadıqovanın qol qoyduğu qanunsuzluqlara göz yumulur?. Faktdır ki, bu dövlət səhiyyə müəssisəsində ədalətli yoxlamalar aparılarsa, o halda şöbə müdirinin həbsi yüz faiz qaçılmaz olacaq.

Düşündürücü hal odur ki, Sumqayıt səhiyyəsinə rəhbərlik edən xanım şöbə müdiri orda-burda danışır ki, mənə Allah-Təala tərəfindən vergi verilib. O halda ortaya belə bir sual çıxır ki, əgər ona vergi verilibsə, niyə və hansı səbəbə görə Səkinə Sadıqova təcili-tibbi yardım maşınlarının yanacağını, ehtiyat hissələrini və s. satıb “həzmi-rabedən” keçirir? Belə bir səbəbdən də, canüstə olan xəstələri vaxtında səhiyyə müəssisələrinə çatdırmaq olmur? Bəzi şəxslər arasında dolaşan söz-söhbətlərə görə xanım şöbə müdiri ruhi xəstədir və Səkinə Sadıqovanın şöbə müdiri vəzifəsinə təyinatı, məhz qol qoyulan cinayət əməllərindən biridir. Sual oluna bilər ki, bu gün ölkəmizin ən böyük şəhərlərindən birinin səhiyyə şöbəsinə rəhbərlik edən Səkinə Sadıqovanın əməlləri ilə bağlı, görəsən cənab səhiyyə naziri Teymur Musayev heç düşünürmü?

Digər tərəfdən, səbəb nədir ki, Hesablama Palatası bir dəfə də olsun belə, Səkinə Sadıqovanın külli miqdarda dövlət vəsaitlərini hara xərclənməsi haqda ondan hesabat tələb etmir? Faktdır ki, bu gün Şəhər Səhiyyə Şöbəsinin müdiri özünün düşüncə tərzinə uyğun olan şəxsləri ətrafına yığmış və o, həmin şəxslərin vasitəsilə dövlətin ayırdığı vəsaitləri talan etməklə məşğul olur. Məsələn, xanım şöbə müdiri Oqtay adlı şəxsi özünə hüquqi məsələlər üzrə müavin təyin edib. Oqtayın əmisi qızı isə, rəfiqəsi Qızılgülü şöbədə vəzifəyə təyin etdirib. Hal-hazırda Səkinə Sadıqovanın rəfiqələrindən biri, hansı ki, Sumqayıt şəhərində adı rüşvət qalmaqallarında hallanan Sevinc xanım, Səhiyyə Şöbəsinin kadrlar şöbəsində müavin vəzifəsini daşıyır. Faciə odur ki, Səkinə Sadıqova tibb bacısı ixtisasına sahib olan qızına ilk əvvəl Odlar Yurdu Universitetində təhsil verdirir və daha sonra onu M.A.Qasımov adına Respublika Klinik Xəstəxanasında həkim vəzifəsinə təyin etdirir. Bundan başqa, Səkinə Sadıqovanın bacısı Sədaqət Əfəndi, demək olar ki, bu gün Sumqayıt şəhərindəki bütün xəstəxanaları idarə edir. Bəli, normal tibbi təhsili olmayan, əvvəllər isə Vərəm Dispanserində işləyən Sədaqət həkim, hal-hazırda Sumqayıtdakı 3 saylı Poliklinikada həkim vəzifəsində çalışır. Buna baxmayaraq o, şəhər səhiyyəsini əməlli-başlıca “barmağına dolayır”. Bu gün şöbə müdiri Səkinə Sadıqova həddini o qədər aşıb ki, onun “müntəzir əmrləri”ni yerinə yetirmək istəməyən baş həkimlər işdən çıxarılır, bəzən isə onların rəhbərlik etdikləri xəstəxanaları şöbələrə çevirir. Hansı ki, belə bir səlahiyyət yalnız Səhiyyə Nazirinə aid olsa da, Səkinə Sadıqova qanunun tələbinə əhəmiyyət vermir və istədiyi vaxt belə bir addımını atır. Bir kimsə də ona “qaşın üstə qara var” demir.

Bu xanım Səhiyyə Şöbəsinə müdir təyin olunduqdan sonra, dövlətin ayırdığı büdcə vəsaitləri hesabına özü üçün bahalı maşınlar, neçə-neçə mənzillər alır, həddi-hüdudu bilinməyən ölçüdə var-dövlətə sahib olur. Hətta, onun son vaxtlar yeni inşa olunmuş hündür mərtəbəli binalardan yeni mənzillər aldığı da söylənilir. Hələ bunlar harasıdır? Kimsə Səkinə Sadıqovanın qol qoyduğu çoxsaylı qanunsuzluqları tam dəqiqliyi ilə eşidərsə, yəqin ki, o halda həmin şəxs şoka deyil, birbaşa “şökə” düşməli olacaq. Sual oluna bilər ki, görəsən şöbə müdiri vəzifəsini daşıyan bu xanım daha hansı vəzifə sahiblərinə güvənir ki, o, arxayınlıqla belə bir əməlləri törədir?

Hal-hazırda Sumqayıt Şəhər Səhiyyə Şöbəsində baş verənləri, çoxsaylı narazılıqları əsas tutaraq belə bir qənaətə gəlmək olar ki, hal-hazırda Sumqayıt səhiyyəsində rüşvətxorluğa, korrupsiyaya, hər cür əyintilərə və s. qarşı həyata keçirilən ciddi mübarizə tədbirləri sıfır həddindədir. Belə bir səbəbdən də, şəhərin bütün səhiyyə müəssisələrində “bezpredel” ab-hava hökm sürür. Deməli, şəhərin səhiyyə ocaqlarında əmələ gələn bu cür ab-havanı aradan qaldırmaq üçün “qara maskalılar”ın şəhərin Səhiyyə Şöbəsinə baş çəkmələrinə zərurət yaranıb. Yoxsa, … Yazıda adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik.

Problemlərin varlığını diqqətdə saxlayıb, yenidən mövzuya qayıdacağıq.

deryaz.az
 
Ardını oxu...
Bugünlərdə "Hürriyyət"in redaksiyasına müraciət edən Bakı şəhəri, Xətai rayonu, məhəllə 1197, Həsən Salmani, ev 1b, mənzil 75 ünvanında qeydiyyatda olan Bəhram Əlövsət oğlu Yolçuyev 2013-cü ildə mülkiyyətində olan əkinə yararlı təsərrüfat təyinatlı torpaq sahəsinin qanunsuz olaraq zəbt edildiyini, tanımadığı şəxslər tərəfindən mənimsənilərək fərdi yaşayış evinin inşa edildiyini bildirib.

Belə ki, pozulmuş hüquqlarının bərpası məqsədiylə müxtəlif tələblərlə aidiyyəti üzrə məhkəmələrə müraciət etdiyini vurğulayan Bəhram Yolçuyevin sözlərinə görə, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi ona məxsus olan torpaq sahəsinə başqa şəxslərin adlarına saxta sənəd verib: "Mən Abşeron rayon 2 saylı dövlət notariat kontorunun 22.05.2007-ci il tarixli, 4ə-5-782 nömrəli "Alıcı və Satıcı arasında bağlanmış alqı-satqı müqaviləsi" ilə dövlət aktına əsasən Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən sahəsi 0,673778 ha olan torpaq sahəsini əldə etmişəm. Alqı-satqıdan sonra keçmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin əməkdaşları tərəfindən dövlət aktında qeyd olunan torpaq sahəsi akta və Mehdiabad qəsəbəsinin islahat xəritəsinə uyğun şəkildə naturada mənə təhvil verilib. Təxminən, 2014-cü ilin əvvəllərində tanımadığım şəxslər mülkiyyətimdəki əkinə yararlı təsərrüfat təyinatlı torpaq sahəsini zəbt edərək fərdi yaşayış evi inşa ediblər. Pozulmuş hüquqlarımın bərpası üçün müxtəlif tələblərlə aidiyyəti üzrə məhkəmələrə müraciət etmişəm. Məhkəmə araşdırmaları zamanı məlum olub ki, torpaq sahəmdən 2269 metr aralıda, Binəqədi-Novxanı yolunun kənarında yerləşən, Yaşar Məmməd İsgəndərov oğlu xüsusi mülkiyyətində olan 0,38 ha torpaq sahəsinin 0,28 hissəsini 13.02.2013-cü il tarixdə bağışlama müqaviləsi əsasında bacısı Sevil Məmməd qızı İsgəndərovaya bağışlayıb, həmin torpaq sahəsinə dair Sevilin adına çıxarış və plan ölçü sənədi verilib. Plan ölçü sənədi tərib edilərkən Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən saxtakarlığa yol verilərək, Sevilin adına tərtib olunmuş plan ölçü sənədində torpaq sahəsinin koordinatları, ölçüləri və konfiqurasiyası tamamilə fərqli şəkildə tərtib olunaraq mənim mülkiyyətimdə olan torpaq sahəsinə işlənib. Elə həmin dövrdə də mülkiyyətimdə olan və Sevilin adına işlənmiş 0,28 ha torpaq sahəsi 2-3 sot hissələrə bölünərək ayrı-ayrı şəxslərə satılıb və məhkəmə qərardadı ilə tikinti aparılmasının qadağan edilməsinə baxmayaraq, təsərrüfat təyinatlı torpaq sahəsində qanunsuz olaraq fərdi yaşayış evləri və yarımçıq tikililər inşa edilməklə torpaq sahəm yararsız hala salınıb".

Şikayətçi iddia edir ki, onun torpaq sahəsinin plan ölçü sənədi də dövlət aktında göstərilən koordinatlardan kənara, yəni digər dövlət aktlarına əsasən qonşuların müliyyətində olan torpaq sahələrinin üzərinə işlənib: "Onu da bildirim ki, tərəfimdən cavabdehlər Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə, İsgəndərova Sevil Məmməd qızına, Babayev Nemət Asif oğluna, Piriyev Əbülfət Salah oğluna, Mustafayev Kamran Qasım oğluna, Səfərova Minəvər Şahvələd qızına, Orucov Əlövsət Həsən oğluna, Ağazadə Rəşad Fərhad oğluna, Fətullayev Xəzər Vaqif oğluna, Əkbərov Faiq Ramiz oğluna, Babayev Baba Ədalət oğluna, Məmmədov Sahib Şamil oğluna, Hüseynov Sənan Rafiq oğluna, maraqlı şəxslər Abşeron rayonu 1 və 2 saylı notariat kontorlarına qarşı "daşınmaz əmlakın alqı-satqı müqavilələrinin, çıxarışların və torpaq sahəsinin planı və ölçüsü sənədlərinin ləğv edilməsi, torpaq sahəsində cavabdehlər tərəfindən inşa edilmiş özbaşına tikililərin cavabdehlərin vəsaiti hesabına sökülərək əvvəlki vəziyyətinin bərpa olunması və mülkiyyətimdə olan torpaq sahəsinin cavabdehlər tərəfindən boşaldılaraq mənə təhvil verilməsi tələbinə dair" iddiam Abşeron Rayon Məhkəməsinin 5 mart 2019-cu il tarixli qətnaməsi ilə təmin edilib. Bundan başqa, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 dekabr 2019-cu il tarixli qətnaməsi ilə həmin qətnamədən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Abşeron Rayon Məhkəməsinin qeyd etdiyim qətnaməsi ləğv edilib və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilib. Ali Məhkəmənin Mülki Kollegiyasının 28.07.2020-ci il tarixli qərarıyla isə cavabdeh Babayev Nemət Asif oğlunun kassasiya şikayəti qismən təmin edilib, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 dekabr 2019-cu il tarixli qətnaməsi kassatorun mübahisələndirdiyi hissədə (İsgəndərova Sevil Məmməd qızının adına verilmiş çıxarışın etibarsız hesab olunması, onun Babayev Nemət Asif oğluna satmış olduğu torpaq sahəsinə dair əqdin etibarsızlığı və həmin torpağa dair sonradan həyata keçirilmiş əqdlərin və çıxarışların etibarsızlığı, həmin torpaq sahəsində inşa edilmiş tikililərin sökülməsi, əvvəlki vəziyyətə bərpa edilməsi, torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi hissəsində) ləğv edilib və işə həmin hissədə apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınıb. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23.09.2020-ci il tarixli qərardadı ilə cavabdehlərin apellyasiya şikayətləri qismən təmin edilib, Abşeron Rayon Məhkəməsinin 5 mart 2019-cu il tarixli qətnaməsi qismən ləğv edilib".

Nəzərinizə çatdıraq ki, bundan sonra Bəhram Yolçuyev Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən İsgəndərova Sevil Məmməd qızının adına verilmiş 18 fevral 2013-cü il tarixli 0144613 saylı çıxarışın və buna müvafiq olaraq 16.02.2013-cü ildə tərtib edilmiş 3080130046544 saylı reyestr nömrəli "torpaq sahəsinin plan və ölçü" sənədinin ləğv edilməsi tələbi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edib: "Sumqayıt İnzibati Məhkəməsinin 2 aprel 2021-ci il tarixli qərardadı ilə Babayev Baba Ədalət oğlu, Orucov Əlövsət Həsən oğlu, Babayev Nemət Asif oğlu, Fətullayev Xəzər Vaqif oğlu, Ağazadə Rəşad Fərhad oğlu, Əkbərov Faiq Ramiz oğlu, Abdullayeva Afaq Əziz qızı, Hüseynov Sənan Rafiq oğlu, Məmmədov Sahib Şamil oğlu və Zeynalov Samir Sürəddin oğlu iş üzrə üçüncü şəxslər qismində məhkəmə icraatına cəlb edilib. Onu da qeyd edim ki, həmin məhkəmənin 13.04.2022-ci il tarixli qərarı ilə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən İsgəndərova Sevil Məmməd qızının adına verilmiş çıxarış və "torpaq sahəsinin plan və ölçü" sənədi ləğv edilib. Lakin Ali Məhkəmənin 06.05.2022-ci tarixli qərarı ilə cavabdehlərin kassasiya şikayəti təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 dekabr 2021-ci il tarixli qərarı ləğv edilib və iddiam mümkün sayılmayıb. Həmin qərarda iddiamın mümkünsüzlüyü əsaslandırılmayıb, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(085)-21/2019 saylı qərarı nəzərə alınmayıb. Halbuki, həmin qərarla mübahisəli yerin dövlət aktına əsasən ərazisinin yerquruluşu (bölgü) layihəsinə mənə məxsus olması öz təsdiqini tapıb, bu səbəbdən də mülkiyyətimdə olan torpaq sahəsinin mərz nişanlarının qoyulması, qonşu torpaq mülkiyyətçilərinin adları göstərilməklə naturada mənə tanıdılması öhdəliyi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə həvalə edilib. Həmin qərar qanuni qüvvəsini alsa da, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin əməkdaşları tərəfindən bu günədək icra olunmur".

Şikayətçinin sözlərinə görə, Ali Məhkəmənin hakimləri barəsində ədalətsiz qərar çıxarmaqla dövlət orqanlarının bu iş üzrə cinayətlərini, saxtakarlıqlarını, onun təsərrüfat təyinatlı torpaq sahəsinin təyinatının qeyri-qanuni yolla dəyişdirilməklə qanunsuz yaşayış evləri inşa edilməsinə göz yummalarını ört-basdır etməyə çalışıb: "Bu səbəbdən də "Hürriyyət" qəzeti vasitəsi ilə müvafiq qurumlara müraciət edərək, xahiş edirəm ki, ədalətsizliyə yol vermiş, məni 10 ildən artıq müddət ərzində məhkəmələrdə süründürən hakimlər və reyestr xidmətinin qanunsuzluğa yol vermiş işçiləri barəsində ciddi tədbir görülməsində və mülkiyyət hüququmun bərpa olunmasında köməklik göstərsinlər. Həmçinin, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(085)-21/2019 saylı qərarı ilə yerquruluşu (bölgü) layihəsinə əsasən və 25.06.2007-ci il tarixli seriya MH 0011477 saylı çıxarışa uyğun olaraq mülkiyyətimdə olan 0,673778 ha torpaq sahəsinin mərz nişanlarının qoyulması, qonşu torpaq mülkiyyətçilərinin adları göstərilməklə naturada mənə tanıdılması öhdəliyinin cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin üzərinə həvalə edilməsi barədə qərarının da bu günə kimi icra edilməməsini nəzərə alaraq, həmin qərarın da icra edilməsinə köməklik göstərsinlər".

"Hürriyyət"
Ardını oxu...
DogruXeber.az: - Azərbaycanda büdcədən maliyyələşən bir çox təşkilatların sifarişçi olduqları dövlət satınalmaları və xərclərinin şişirdilməsi barədə mətbuatda dəfələrlə yazılıb.

Dövlət vəsaitlərinin izafi xərclənməsi, görülən işlərin smetalarının şişirdilməsi və müxtəlif adlar altında mənimsənilməsi daha çox təhsil sahəsində fəaliyyət göstərən qurumlarda baş verir.

Qlobal.az-ın əldə etdiyi məlumata görə xərcləri şişirdilən, büdcədənkənar vəsaitləri təkrar işlər üzrə sənədlərdə xərcləyən təşkilatlardan biri də Astara Pedoqoji Kollecidir.

Saxta MMC-lərlə “əməkdaşlıq”

Qeyd edək ki, Astara Pedoqoji Kolleci 2019-cu ildən indiyədək xeyli sayda dövlət satınalmaları keçirib.

Kollecin “Abadlıq xidməti”, “cari təmir” lotları üzrə əməkdaşlıq etdiyi şirkətlər fəaliyyət profilləri bəlli olmayan, dövlət satınalmalarında qaranlıq məqsədlərlə istifadə olunan təşkilatlar olub.

Məsələn, Astara Pedoqoji Kollecinin 2019-cu ildə 43.950 manatlıq sifariş verdiyi “R AND X” Məhdud Məsuliyyətli Cəmiyyəti barədə heç bir məlumat yoxdur. Bu şirkətin “otkad” məqsədi ilə yaradıldığı, dövlət satınalmalarında sifarişçi olan təşkilatlarla “otkad” etdiyi vurğulanır.

“R AND X” Məhdud Məsuliyyətli Cəmiyyətinin hazırda dövlətə olan vergi borcu 4 milyon manatdan artıqdır. Bu isə şirkət haqqında olan iddiaları daha da gücləndirir.

Astara Pedoqoji Kollecinin digər satınalmaalrında qalib elan etdiyi təşkilatlar da “R AND X” MMC kimi qaranlıq fəaliyyətlə məşğuldurlar.

Bu şirkətlərin – “Həsənzadə -2012” və “S,M,K” MMC-lərin fəaliyyət profilləri barədə məlumat yoxdur.

Həmçinin bu şirkətlərin də dövlətə külli miqdarda vergi borcu var.

Kollecdə büdcədənkənar vəsaitlər hansı adla silinir?

Astara Pedoqoji Kollecinin büdcədənkənar vəsaitləri müxtəlif adlar altında mənimsənildiyi bildirilir.

Abadlıq işləri, inventarların və təsərrüfat mallarının alınması istiqamətində xərclər şişirdilir, əksər hallarda isə ümumiyyətlə alınmır.

Kolleclə bağlı iddialardan biri isə xeyli sayda texniki və təsərrüfat sahəsində çalışan işçilərin işə gəlmədiyi, kollecdə bu yönümlü işləri bir neçə işçinin görməsidir.

Qeyd edək ki, Astara Pedoqoji Kollecinin direktoru Ağababa İbrahimovdur.

O, 2017 –ci ilin fevralın 1-dən Astara Pedaqoji Kollecinə rəhbərlik edir.

Qarşı tərəf məsələyə mövqe bildirmədi. //Qlobal.az//
Ardını oxu...
DogruXeber.az: - Ali Attestasiya Komissiyasının hazırkı eksperti: “AAK lüzumsuz bir qurumdur...Kimsə bu orqanın guya mənfi halların qarşısını aldığınpı düşünürsə, yanlış düşünür... Onun bundan sonra təkmilləşdirilməsi isə dağılmaqda olan avtomobilə təzə motor qoyulması kimi şeydir”

Bir riyakarı ifşa etdiyim üçün mənə irad tutan dostlara: Mən – doğmam olsa belə – ümumi və milli maraqlara zidd davranıb şəxsi marağını təmin edənlərə, həqiqətə tüpürən, riyakarlığa, satqınlığa, münafiqliyə, müftəxorluğa, dəstəbazlığa “hə” deyən varlıqlara nifrət edirəm. Yazdıqlarımda akademşəbəkənin iftira qutusu olan şəxs kimi şayiələrə, yalanlara deyil, faktlara əsaslanıram. Belələrini “üz üzdən utanar”, ya “işim keçir” prinsipi üzrə ifşa etməkdən çəkindiyimiz üçün bu gündəyik.
Dəfələrlə şahidi olmuşam ki, bir professorun fəaliyyəti sabahımızı məhv edir. Etiraz etmişəm, əsəb xərcləmişəm, bir neçə dosentlə bu haqda danışanda hamısı deyib ki, o professor mənə çörək verib, mən onun haqqında yaxşı sözdən başqa heç nə deyə bilmərəm. Alimizm nə dövlət, nə millət tanıyır. Onun tanıdığı cib və xəyanətdir.
Görün, bu qəbil alimlər nə qədər zərərlidirlər və dövlət, xalq , ölkə üçün nə qədər böyük təhlükələr yaradırlar.

Ardını oxu...

Ardını oxu...

Birmənalı olaraq deyirəm ki, ölkəni inkişafa qoymayan beyinləri qarınlarında olan mövcud alim təfəkkürüdür. Böyük akademik fəalkətin içindəyik!
Mən iftira qutusunun özünə yaraşdırdığı və iç üzünü bir qədər işıqlandıran sözlərini öz səhifəmdən skrin edib buraya qoymuşam. Adam mənim səhifəmdə provokasiya ilə məşğul olur, arxada gizli sövdələşməyə gedir, ləğvi üçün gəncləri səfərbər etdiyi qurumda işə düzəldikdən sonra başlayır 180 dərəcə dönməyə. Bu nə əxlaqdır?! Məlum hərəkətini qınayanda akademşəbəkənin humanitar qanadına qısılıb haqqa qarşı hücuma keçir. Hətta son yazısında İsa Həbibbəylini köməyə çağırır, yalmanaraq deyir ki, bu İdris Abbasovu şərləyək tutduraq, canımız qurtarsın, rahat bağ-bağatlarımızın sayını artıraq, maşınımızı təzələyək, millət balalarını rahat istismar edək və s. Bir adamın neçə sifəti olar?!
2018-ci ildə İnstitutun iclasında İsa Həbibbəylinin xoşuna gəlmək üçün bir qadın və bir kişi qoçu üstümə hücum çəkmiş, hətta məni döyməklə və üzə dirənib şərləməklə hədələmişdirlər. Bu şər əməllərinə görə, akademik vitse-prezident onların hər ikisini vəzifə ilə təltif etmişdir. Hətta akademik, həmin vaxt dostları və yaxınlarının işlədiyi müvafiq quruma əli girdiyi və sözü keçdiyi üçün qadın üçün yeni qurum yaratdırmış və onu da sədr təyin etdirmişdir. İndi zavallı iftira qutusu elə bilir ki, mənə böhtan deyəcək, Həbibbəyli ona da bir “xələt” verəcək, necə ki, AAK sədri riyakarlığını dəyərləndirib. Belə riyakarlıqla məşğul olan alimə hansı dövlət bel bağlaya bilər?
Xatırladıram ki, o şəxs heç vaxt mənim maraq dairəmdə olmayıb, sadəcə, 2020-ci ildə mələk donunda səhifəmə girib iblisanə zərərli fəaliyyətlə məşğul olması ilə diqqətimi cəlb edib. Haqqımda vaxtilə xoş sözlər deyib. Amma bu, prinsipə xəyanət etməyə haqq qazandırırmı? Onun haqqında nələr demirlər mənə. Deyirəm ki, mənə maraqlı deyil. Mən şahidi olduğum və adamın alim qiyafəsinə girib pis nümunə olan hərəkətlərini ifşa edirəm. Yoxsa deyirlər ki, Misir Mərdanov onu Təhsil Nazirliyində "gəlirli" bir şöbənin müdiri qoyubmuş və iftira qutusu orada 1 milyon mənimsədiyinə görə 4 ili tamam olmamış nazirlikdən qovulub. Deyirəm ki, mən belə şeylərə inanmıram, çünki nə şahidlik etmişəm, nə şərik olmuşam, nə də əlimdə rəsmi sənəd var. Amma müdafiə etdiyiniz bu zərərli qutu riyajkarlığını faktla ifşa etdiyim üçün heç bir fakta söykənməyən iftiralar yağdırır. Müsahibim deyir ki, sən də de, yalançının atasına lənət! Nə deyirəm? Olsun!
...Bəlkə də psevdoalim donuna girib incitdiyiniz, iztirab yaşatdığınız Vətən övladlarına Allahın yazığı gələcək və xain niyyətləriniz tezliklə tar-mar olacaq.
Düzdür, təkbaşına, maddi cəhətdən kasıb həyat tərzi yaşamaqla ayaqda durmaq və pislik sürüsünü ifşa etmək çox çətindir. Amma bu işdə göydə Allaha, yerdə Azərbaycan Dövlətinə, onun Rəhbərinə və Konstitusiyasına inandığım üçün heç bir zərərli şəbəkəyə qoşulmadan böyük ümidlərlə yoluma davam edirəm.
2015-ci ildən Nəzəri dilçilik şöbəsinin müdiriyəm. Bu, çoxlarını narahat edir. Axı ən çox müzakirə bu şöbədə olur. İdris Abbasovun nə özü rüşvət alır, nə də başqalarına imkan verir ki, gəlib “əməlli-başlı” şöbə müdirliyi etsinlər. Köks ötürürlər ki, Abbasov kimi “səfehin əlkütlüyü” ucbatından 10 minlərlə manat əllərindən çıxır. Mən onların bu niyyətini alimliklə deyil, çaqqallıqla eyniləşdirirəm. Bu ənənəni davam etdirən qəlbsizlər Vətən uğrunda şəhid olan cavan balalarımızın ruhundan utanmırlarsa, belələrinə insan demək günahdır. Elmdə ilk növbədə bu mənəviyyatsızlığın qarşısı alınmalıdır. Milli mənəviyyatımızı korlayan rüşvət çaqqallarının qarşısının alınması üçün bəlkə nömrələnmiş pullardan istifadə olunmalıdır?! Çünki bu nataraz yola dadananlar üçün Vətəni və insanlığı satmaq 2x2 qədər asandır.
Xatırladım ki, akademiya institutlarında elmlər doktoru, şöbə müdiri ilə baş elmi işçinin maaşı eynidir, yəni mən şöbə müdir olsam da, olmasam da, eyni 660 manat maaşı alacağam. Mənim üçün adımın şöbə müdiri, ya baş elmi işçi yazılmasının heç bir təfavütü yoxdur. Sual: Bəs niyə şöbə müdiri olmaq üçün əldən-ayaqdan gedirlər? Bax, bu məqamın üzərində düşünmək lazımdır.
Mahiyyət etibarilə, institutda şöbə müdiri olmaq elmi tədqiqat işinin rəhbəri olmaq, maaşdan, yaxşı işinə görə mükafatdan başqa, heç bir gəlir güdməməkdir. Reallıq isə bambaşqadır. Şəxsi maraq naminə bu müdirliyin başını o qədər böyüdürlər ki, bəs deyirsən, icra başçısıdır. Mən elmdə bu murdar reallığa qarşı çıxmışam və çıxacağam da.
Dissertant, doktorant mövsümünün başlanması akademşəbəkə üzvləri üçün ideal qazanc və millət balaları üzərində feodalsayağı nüfuz fürsətidir və vasitəsidir. İndi İnstitutda 115 dissertant və doktomüdafiə üçün növbədə gözləyir. Necə deyərlər, növbə nə qədər uzun olsa, bir o qədər yaxşıdır.
Və alimizmi ifşa etmək missiyası mən yetimin bəxtinə düşüb. Elmi mühitdə nələr görmədim, İlahi?! Şahidi olduqdan sonra anladım ki, bu gün ölkədə alim zümrəsi XIX əsr ruhani zümrəsindən 10 dəfə təhlükəlidir.
Qeyd 1. Akademşəbəkənin 70 yaşlı “Fəttah ağa”sı tənqidlərimin təmənnalı olduğunun zənn edir ). Ay “Fəttah ağa”!, maraqlansan, görərsən ki, mən özümü dərk edəndən bəri nə qədər çətin və məşəqqətli, iztirablı və stresli olsa da, oxuduğum, xidmət etdiyim, təhsil aldığım, işlədiyim yerlərdə haqsızlıqlara qarşı susmamışam, nöqsanları dilə gətirməkdə ömrümdən pay verməyi əsirgəməmişəm. Sən isə canına qulluq etməkdə, ağaların kimi əsəblərini qorumaqda, yüz mövqe dəyişməkdə pis nümunəsən!
Bu yolda sağlığım tükənsə də, ölümlə görüşsəm də, müftəxor, yal üçün mənəvi dəyərlərimizi hərraca qoyan, dolayısilə körpələrimizin qanını içən alim-üləmanın yolunu tutmamışam və tutmayacağam da. İstəklərimdə maksimum ölçülü qalacağam!
Qeyd 2. 68 yaşına qədər susub bir kəlmə səhifəsində tənqid yamayan adam necə olur ki, 2020-ci ildə birdən-birə səhifəmdə peyda olur və başlayır doktorant və dissertantları əsl hədəfdən yuayındırmağa?! Təbii ki, bu iftira qutusunun bəd niyyəti sonradan məlum olur. Doktorantlar qanunsuz qərarın ləğvini və tezliklə haqlarına qovuşmalarını tələb etdikləri halda, bu iftiraçı provokator bundan sui-istifadə edərək gəncləri əsl hədəfdən yayındırmağa, mümkünsüz bir istiqamətə təhrik etməyə çalışır. Saf insanların bu iftira qutusunu müsbət xarakterizə etdiyini nəzərə alıb mən də ona öz feysbuk səhifəmdə ehtiramla, nəzakətlə cavab verir və yazdıqlarını silib səhifəmdən rədd etmirdim. Necə deyərlər həyama qısılmışdım. Görünür, həyasızların qarşısında həyaya qısılmaq böyük səhv imiş. Mən həbilərə, əlilərə, vəlilərə – dostum, qohumum olsa belə – antimilli əməllərinə, ictimaiyyəti, dövləti, xalqın təcrübəsiz balalrını aldatdıqlarına görə güzəştə gedə bilmərəm. Ona görə pisniyyətli, antimilli, vicdansız, fürsətcil, alim adına xəyanət edən şəxslərəüzümü tutub deyirəm: Mənə “yaxşılıq” etməyin! O yaxşılığınız başınıza dəysin!

İdris Abbasov - Professor
Azərbaycan Milli Elmlər Akademiyasının
Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri
DİA.AZ

Ardını oxu...
 
3 il əvvəl  həbs edilən iş adamı  maddi və mənəvi ziyana görə təzminat tələb edəcək?... 
Demək olar ki, hər gün ölkəmizin məhkəmə-hüquq  sistemi ilə bağlı bir neçə rüsvayçı fakt oxumasaq olmur. 
Bir məsələni anlamaq lazımdır ki, bu tip məsələlərə illər öncə, zamanında Ulu Öndər dəqiq diaqnoz qoyub: “Dövlət iki  şeydən sarsılar: Günahkar cəzasız qalanda, Günahsız cəza alanda”. Ey Ulu Öndərin ucaltdığı bayrağın altında oturanlar. Ey Heydər Əliyevin şəkilini başının üstündən asanlar. Ey iki sözdən birində dövlət, dövlətçilik deyənlər.... 
Başa düşürsünüzmü, Ulu Öndər dövlətin sarsılmasının konkret səbəbini göstərib. Ey Ulu Öndərin hesabına vəzifə qazananlar, loru dildə desək, onun çörəyini yeyənlər ! Niyə, Ulu Öndərin min bir əziyyətlə qurduğu dövləti sarsıdırsınız..? 
Hər gün oxuyuruq ki, Azərbaycan məhkəməsi  filankəsin müsadirə olunmuş neçə milyonluq əmlakını geri qaytardı... Soruşan yoxdur ki, məhkəmə bu qədər əmlakı niyə müsadirə etmişdi və bu gün niyə geri qaytarır..? 
Bunun bir açıqlaması, əsaslandırlması olmalıdır ee... Əgər yuxarı instansiya məhkəməsinin qərarı ədalətlidirsə, niyə ədalətsiz qərar qəbul edən aşağı instansiya məhkəməsinin hakimi, müstəntiq və s cəza almır..? 
Bu gündə oxuyuruq ki, 10 il cəza alan  iş adamı 3 il həbsxanada olandan sonra bəraət alıb. Bəraət ee....BƏRAƏT... 
Külli miqdarda mənimsəmə və vergiləri ödəməkdən yayınmaqda təqsirli bilinərək 10 il azadlıqdan məhrum edilmiş “Güllübulaq” (indiki ERBİ-H) MMC-nin keçmiş rəhbəri Füzuli Adıgözəlov barəsindəki hökmdən verilmiş şikayətə baxılıb. Bakı Apellyasiya Məhkəməsində şikayət istintaq aparılmaqla yenidən araşdırılıb. Təqsirləndirilən şəxsin vəkili şikayəti əsaslandırarkən müvəkkili barəsindəki ittihamlarda dəqiq və inandırıcı dəlil və sübutlar olmadığını, birinci instansiya məhkəməsinin hökmünün ƏSASSIZ olduğunu deyib. 
Vəkil çıxışında müvəkkilinin zərərçəkmiş qismində tanınmış şirkətin rəhbəri olduğunu xatırladaraq onun öz şirkətindən “oğurluq etməsinin” real görünmədiyini deyib. Hakim İbrahim İbrahimlinin sədrlik etdiyi məhkəmə heyəti müdafiə tərəfinin çıxışlarını, apellyasiya şikayəti dəlillərini tədqiq etdikdən sonra təqsirləndirilən şəxsin bəraətinə qərar veriblər. Füzuli Adıgözəlov GÜNAHSIZ elan olunaraq dərhal məhkəmə zalından azadlığa buraxılıb. Qərarda bəraət almış şəxsin maddi və mənəvi ziyana görə iddia qaldırmaq hüququ olduğu qeyd olunub. 
Xarırladaq ki, Füzuli Adıgözəlov 3 il əvvəl- 2020-ci ildə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs olunub. İttihama görə, Füzuli Adıgözəlov 2011-2015-ci illərdə Türkiyədən müxtəlif məhsullar idxal edib, “Güllübulaq” MMC-yə məxsus 1 milyon 885 min manat hesabına həmin malların dəyərini və gömrük rüsumlarını ödəyib, lakin malların satışından əldə etdiyi gəlirdən Cəmiyyətə ödəniş etməyib. 
Bundan başqa, Füzuli Adıgözəlov 2011-2015-ci illər ərzində 8 milyon 396 min manat məbləğində vergini dövlət büdcəsinə ödəməkdən qəsdən yayınmaqda ittiham olunub. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 213.2.2-ci (külli miqdarda vergiləri ödəməkdən yayınma) maddələri ilə ittiham irəli sürülüb. Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İlham Mahmudovun sədrliyi ilə araşdırılıb. Hökmə əsasən Füzuli Adıgözəlov verilmiş ittihamlarla təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilib. Bəs indi niyə hakim İlham Mahmudovdan soruşan yoxdur ki, sən günahı olmayan bir şəxsə necə 10 il cəza vermişdin..? 
Biz nə “Güllübulaq”ı, nə də onun sahibini tanımırıq. Bizi dövlətin Ulu Öndər demişkən, sarsılması narahat edir, cənablar....
P.S. Görəsən, Füzuli Adıgözəlovun həbsdən azad olunmasında kimin barmağı olub? 

Ardını oxu...
 
Haqqında bəhs edəcəyimiz Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası barəsində qısa məlumat verək. 
Məlumat üçün bildirək ki, 1930- cu ildə Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Zaqafqaziya Dövlət Cismani Mədəniyyət  İnstitutu yaradılıb. 1936-cı ildən bu ali məktəb Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutu kimi fəaliyyətini davam etdirmişdir. Müstəqil, müasir Azərbaycanın idman hərəkatında irəliləyiş 1997-ci ildən – İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsindən sonra baş verib. İdman sahəsində xeyli dünya səviyyəli uğurlarımız olub. 1998-ci ildə institutun bazasında Milli Olimpiya Akademiyası yaradılıb, 1 il sonra respublika ali təhsil ocağı Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına çevrilib. Uzun müddət  İdman Akademiyasına millət vəkili, boksyor Ağacan Abiyev rəhbərlik edib. 
Onu da qeyd edək ki, Suraxanıdan deputat olan Ağacan müəllim, İdman Akademiyasında yüksək nailiyyətlər əldə etdi. 
Sözün qısası, 2015-ci ildə boksyor Ağacan Abiyev hansısa səbəbdən rektor vəzifəsindən azad edildi. Və  2015-ci ildə  akademiyaya  yeni rektor təyin olundu. Bu Hacıyev Fuad Hacı oğludur. Gəlin görək, Fuad Hacıyev kimdir, nəçidir..? 
Fuad Hacıyev Odessa YEYİNTİ  Sənayesi Texnologiyası İnstitutunu bitirib. “Mühəndis-texnoloq” olan Fuad Hacıyev bir müddət Gömrük Komitəsində çalışıb, 23 dekabr 2015-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru təyin edilmişdir. 
Təsəvvür edirsiniz, yeyinti texnoloqu və  İdman Akademiaysının rektoru… 
Təzə rektor təhsilin keyfiyyətini yüksəltmək, mühüm yeniliklər həyata keçirmək əvəzinə akademiyada ''yeyinti''dən başladı. Fuad Hacıyev çoxillik pedaqoji təcrübəyə malik şəxsləri işdən çıxarıb yerinə özünə yaxın bildiyi naşı adamları təyin edib. Əlbəttə, qarşılığında nəsə  olmaqla. İdmana heç bir dəxli olmayan şəxslər akademiyada vəzifə tutdular. Çünki Fuad Hacıyev özü elm və təhsil adamı olmadığı üçün ona problem yarada biləcək bu cür elmi tədbirlərə meyilli deyildir. O, ancaq müəllimləri attestasiya ilə hədələyir. Rektor imtahanların suallarını gizli saxlayır, tələbələrə ''gəlir mənbəyi'' kimi baxır. Yəni bu adam hər şeyə gəlir mənbəyi kimi baxır. 
İndi isə gələk əsas məsələyə. Deməli, hər şeyə gəlir mənbəyi kimi baxan  rektor Fuad Hacıyev tələbələrə də  gəlir mənbəyi kimi baxıb. Belə ki, mediada yayılan xəbərdən bəlli olur ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rəhbəri Fuad Hacıyev və onun biznes ortağı olan ATEF MMC-nin direktoru Talıb Əlixanbəyovun cinayət əməllərinə yol verərək   akademiyanın tələbələrinin adına saxta alqı-satqı  aktları tərtib ediblər. Və nəticədə  xeyli sayda tələbənin adına yüz minlərlə vergi ödəmələri gəlib. Guya hansısa tələbə ATEF-ə 21 ton mis satıb. Soruşan yoxdur ki, tələbə hara mis alveri hara..? 
Bu işlərin həyata keçirilməsinə isə Fuad Hacıyevin  yaxın adamı olan və mis alveri ilə məşğul olan Kazım adlı şəxs rəhbərlik edib. Məqsəd bilirsiniz nədir…? 
Buyurun tanış olun. ATEF MMC-nin direktoru Talıb Əlixanbəyov, İdman Akademiyasının rəhbəri Fuad Hacıyev. Bu şəxslırin bütün biznesinin əlaqələndiricisi kimi tanınan Kazım müəllim. Bunların birgə törətdikləri əməllərin bölüşdürücüsü olan vergi işçisi və mühasibatlar. Bunların hər birinə qarşı hazırlanacaq yazının nəticə etibarilə Hüquq Mühafizə Orqanlarına göndərilməsi məqsədəuyğundur.
Dövlət büdcəsinə vergidən yayınmaq. Indi gördünüzmü akademiya rektoru ilə  zavod direktoru hansı cinayətlərə əl qoyublar. Hazırda məsələ Suraxanı Rayon Məhkəməsində araşdırılır. Bizi izləyin.

Ardını oxu...
Hurriyyet.az-a müraciət edən Cəlilabad rayon sakini Namiq Ərşət oğlu Qənbərov 27 ildir vərəm xəstəsi olduğunu, 2-ci qrup əlil kimi pensiya aldığını, lakin artıq pensiyasının dayandırıldığını bildirməklə yanaşı, Cəlilabad Rayon Xəstəxanasında yaşanan özbaşınalıqdan şikayətlənib.

Hərbi xidmət dövründə vərəm xəstəliyinə düçar olduğunu iddia edən şikayətçinin sözlərinə görə, bu il fevral ayının 22-də Cəlilabad Rayon Xəstəxanasının mühafizəçisi ona güc tətbiq edib, divara çırpıb və nəticədə ağzından qan gəlib: "Son günlər xəstəliyim lap ağırlaşıb, asmam da var. Ailəm 5 nəfərdən ibarətdir, lakin heç bir yerdən gəlirimiz yoxdur. Oğlum 44 günlük Vətən Müharibəsi iştirakçısıdır, 2 şəhid vermişik. Amma məmurlar bizi məhv edir. Cəlilabad Rayon Xəstəxanasında özbaşınalıq baş alıb gedir. Belə ki, fevralın 22-də xəstəxanada mühafizəçi məni divara vurub, ağzımdan qan gəlib. Təcili yardım iynə ilə qanı dayandırdı".

Cəlilabad Rayon Polis Şöbəsinin isə buna əhəmiyyət vermədiyini deyən Namiq Qənbərov bildirib ki, pulu və adamı olmadığından izahatı ona xəsarət yetirən mühafizəçinin xeyrinə dəyişiblər: "Bundan başqa, Cəlilabad Rayon Xəstəxanasının işçiləri də mənə hədə-qorxu gəlirlər. Mən ağır xəstəyəm, odur ki, gücüm ancaq etiraz əlaməti olaraq aclıq aksiyası keçirməyə çatır".

Hurriyyet.az
 
DİA.AZ: - "Şikayətim "Mərcan" toyuqlarındandır". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Ləman Əhmədova adlı istifadəçi giley edir.

Ardını oxu...

Daha sonra narazı vətəndaş yazır: "Toyuğun paketindən az qala özü boyda buz parçası çıxır çəkini artırmaq üçün. Buz parçası paketin içindən çıxıb yəni aldığım mağazalıq da deyil, sırf Mərcan şirkəti ilə bağlıdır.

Paylaşdım ki hər kəsin xəbəri olsun, bu toyuqlardan almayın".

Ardını oxu...

Qeyd edək ki, L.Əhmədovanın paylaşımı sosial şəbəkədə geniş müzakirə olunub. İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərfi də dinləmıəyə hazırıq...
 
Ardını oxu...
Haqqında bəhs edəcəyimiz Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası barəsində qısa məlumat verək.
Məlumat üçün bildirək ki, 1930- cu ildə Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Zaqafqaziya Dövlət Cismani Mədəniyyət İnstitutu yaradılıb. 1936-cı ildən bu ali məktəb Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutu kimi fəaliyyətini davam etdirmişdir. Müstəqil, müasir Azərbaycanın idman hərəkatında irəliləyiş 1997-ci ildən – İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsindən sonra baş verib. İdman sahəsində xeyli dünya səviyyəli uğurlarımız olub. 1998-ci ildə institutun bazasında Milli Olimpiya Akademiyası yaradılıb, 1 il sonra respublika ali təhsil ocağı Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına çevrilib. Uzun müddət İdman Akademiyasına millət vəkili, boksyor Ağacan Abiyev rəhbərlik edib.
Onu da qeyd edək ki, Suraxanıdan deputat olan Ağacan müəllim, İdman Akademiyasında yüksək nailiyyətlər əldə etdi.
Sözün qısası, 2015-ci ildə boksyor Ağacan Abiyev hansısa səbəbdən rektor vəzifəsindən azad edildi. Və 2015-ci ildə akademiyaya yeni rektor təyin olundu. Bu Hacıyev Fuad Hacı oğludur. Gəlin görək, Fuad Hacıyev kimdir, nəçidir..?
Fuad Hacıyev Odessa YEYİNTİ Sənayesi Texnologiyası İnstitutunu bitirib. “Mühəndis-texnoloq” olan Fuad Hacıyev bir müddət Gömrük Komitəsində çalışıb, 23 dekabr 2015-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru təyin edilmişdir.
Təsəvvür edirsiniz, yeyinti texnoloqu və İdman Akademiaysının rektoru…
Təzə rektor təhsilin keyfiyyətini yüksəltmək, mühüm yeniliklər həyata keçirmək əvəzinə akademiyada ''yeyinti''dən başladı. Fuad Hacıyev çoxillik pedaqoji təcrübəyə malik şəxsləri işdən çıxarıb yerinə özünə yaxın bildiyi naşı adamları təyin edib. Əlbəttə, qarşılığında nəsə olmaqla. İdmana heç bir dəxli olmayan şəxslər akademiyada vəzifə tutdular. Çünki Fuad Hacıyev özü elm və təhsil adamı olmadığı üçün ona problem yarada biləcək bu cür elmi tədbirlərə meyilli deyildir. O, ancaq müəllimləri attestasiya ilə hədələyir. Rektor imtahanların suallarını gizli saxlayır, tələbələrə ''gəlir mənbəyi'' kimi baxır. Yəni bu adam hər şeyə gəlir mənbəyi kimi baxır.
İndi isə gələk əsas məsələyə. Deməli, hər şeyə gəlir mənbəyi kimi baxan rektor Fuad Hacıyev tələbələrə də gəlir mənbəyi kimi baxıb. Belə ki, mediada yayılan xəbərdən bəlli olur ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rəhbəri Fuad Hacıyev və onun biznes ortağı olan ATEF MMC-nin direktoru Talıb Əlixanbəyovun cinayət əməllərinə yol verərək akademiyanın tələbələrinin adına saxta alqı-satqı aktları tərtib ediblər. Və nəticədə xeyli sayda tələbənin adına yüz minlərlə vergi ödəmələri gəlib. Guya hansısa tələbə ATEF-ə 21 ton mis satıb. Soruşan yoxdur ki, tələbə hara mis alveri hara..?
Bu işlərin həyata keçirilməsinə isə Fuad Hacıyevin yaxın adamı olan və mis alveri ilə məşğul olan Kazım adlı şəxs rəhbərlik edib. Məqsəd bilirsiniz nədir…?
Buyurun tanış olun. ATEF MMC-nin direktoru Talıb Əlixanbəyov, İdman Akademiyasının rəhbəri Fuad Hacıyev. Bu şəxslırin bütün biznesinin əlaqələndiricisi kimi tanınan Kazım müəllim. Bunların birgə törətdikləri əməllərin bölüşdürücüsü olan vergi işçisi və mühasibatlar. Bunların hər birinə qarşı hazırlanacaq yazının nəticə etibarilə Hüquq Mühafizə Orqanlarına göndərilməsi məqsədəuyğundur.
Dövlət büdcəsinə vergidən yayınmaq. Indi gördünüzmü akademiya rektoru ilə zavod direktoru hansı cinayətlərə əl qoyublar. Hazırda məsələ Suraxanı Rayon Məhkəməsində araşdırılır. Bizi izləyin.
 //gundelik-baku.com//
Ardını oxu...
DİA.AZ: - Ucar şəhəri Ü.Hacıbəyov küçəsi ev 12 sakini Səlimov Elsevər Ağası oğlu tərəfindən ölkə rəhbərliyinə müeaciət ünvanlayıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciəti olduğu kimi təqdim edirik:

"Bu şikayətimdə yazıb sizə bildirirəm ki, Ucar rayon Kommmunal Müəssisələri Kombinatının (komxozun) müdiri Asəm Kərimovun yarıtmaz fəaliyyəti nəticəsində Ucar rayonunun mərkəzi küçələri natəmizliyə qərq olub ağaclar quruyub, parklar yararsız hala düşüb.
Asəm Kərimov uzun müddət tikinti malları maqaziniində işləyib.Ucar rayon icra başçısı Mənsur Məmmədov villasını təmir etdirən zaman həmin maqazindən nisiyə götürdüyü 30 min manatlıq malların pulunun əvəzinə ilk olaraq Asəm Kərimovu Ucar rayonu Qarabörk kənd icra nümayəndəsi təyin etdi. Bundan bir neçə il sonra isə Ucar rayon Kommunal Müəssisəsləri Kombinatına (komxoz) müdir vəzifəsinə təyin etmişdir.

Asəm Kərimovun bir amalı var nəyin bahasına olur-olsun gəlir əldə etməkdir.Bu səbəbdən rayonun küçələri zibilliyə qərq olub təmizlik işləri vaxtlı-vaxtında aparılmır.Təqdim etdiyim videoda aydın görünür ki, Ucar rayon komxozunun binası uçub dağılır, həyəti yarasız vəziyyətdədir, təmizlik işləri aparılmır.
Təqdim etdiyim foto şəkillər Ucar şəhəri Heydər Əliyev Mərkəzinin parkıdır.Daha doğrusu baxımsızlığa görə xarabaya dönmüş yerdir.Parkdakı ağacların demık olar ki, 80 % -i susuzluğa görə quruyub. Azca külək əsən kimi qurumuş ağaclar aşır. Aşan ağaclar günlərlə parkda qalsada götürülmür.Parkın tualeti şəkildə gördüyünüz kimi tam yararsız antisanitariya şəraitində olsada təmizlənmir, krantı sınıb.Parkda quruyan ağacları icra başçısı kəsməyə icazə vermir ki, biabırçı şəkildə görsənəcək.Parkın tikintiləri uçub dağılır, atraksionun dam örtüyü sınıb. Parkda bir neçə yerdə böyük zibil yığıntısı qalaqlanıb heç vaxt təmizlənmir. Parkda ərazisində Heydər Əliyev Mərkəzi binası, Yeni Azərbaycan Partiyasının binası, Tarix Diyarşünaslıq Muzeyinin və Gənclər Evinin binaları yerləşir. Həmin binaların hamısı demək olar ki, qəzalı vəziyyətdədir.Gəlib binalara ətraflı baxanda bunu aydın görmək olur.Hansı ki, həmin binaların hamısı yeni inşa edilib 2015-ci il tarixdə istifadə edilir.Tikintiyə ayrılmış pullar həmin dövrün icra başçısı Yaşar Məmmədov və tikintini aparan şirkət tərəfindən talan edildiyi üçün binalar qəzalı vəziyyətdədir. Binaların bir neçı yerdən artıq uşması prosesi başlayıb. İcra başçısı Mənsur Məmmədov bunla qətiyyən maraqlanmır.
Parkın belə baxımsız vəziyyətdə saxlanılması xarabaya döndərilməsi Heydər Əliyevin adına hörmətsizlikdir.Heç bir rayonda belə acınacaqlı vəziyyət yoxdur.
Xahiş edirəm komissiya yaradılsın Ucar rayonunda Heydər Əliyev Mərkəzinin parkına baxış keçirilsin və korrupsiyaya başı qarşımış vəzifəli şəxslərin barəsində ciddi tədbirlər görülsün.

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
"Aqroservis" ASC-nin Şəmkir Regional Nümayəndəliyinin Ağstafa rayon bölməsinin əmək müqaviləsinə xitam verilmiş mühəndis-mexaniki İsgəndərov Qədir İsgəndər oğlu, sədr Elmin Rəhimovdan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov cənabına şikayət edib.

Faktinfo.az saytına göndərilən məlumatda deyilir:

Hörmətli cənab nazir!

Sizi Kənd Təsərrüfatı Naziri təyin olunmağınız münasibətilə təbrik edirəm,naliyyətlər arzulayıram.Arzu edirəm şəxsinizə göstərilən etimadı doğrultmaq üçün əzmlə çalışarkən,uğurlar sizinlə olsun!

Hörmətli Məcnun müəllim!

20.12.2022-ci il səhər saatlarında "Aqroservis" ASC-nin Şəmkir Regional Nümayəndəliyinin Ağstafa bölməsində anbardar vəzifəsində işləyən Əliyev Emin Şahin oğlu işə gecikib.Günorta saatlarında isə Emin Əliyev gözlənilmədən işdən gedib.Emin Əliyevin hər iki hərəkəti nəzərə alınmaqla,Ağstafa bölməsinin müdiri Cavanşir Əmrahov tərəfindən akt tərtib olundu,4 nəfər akta qol çəkdi, onlardan biri də mən oldum.

Onu da bildirim ki, ilin sonu, bayram qabağı olduğundan bölmə müdiri Cavanşir Əmrahovdan xahiş etdim ki, aktı elektron variantda "Aqroservis" ASC-yə göndərməsin. Təkidlərim nəticəsiz qaldı, bölmə müdiri aktı göndərdi. Bundan bir az sonra "Aqroservis" ASC-dən bölmə müdirinə zəng gəldi,ondan haqqımda təqdimat yazılması istənilirdi. Cavanşir Əmrahov "Qədir İsgəndərovdan deyil, bəlkə Emin Əliyevdən təqdimat yazılmasını istəyirsiniz" desə də,bölmə müdirindən mənim təqdimatını tez yazması istənildi. Bir az sonra təkrar bölmə müdirinə zəng edildi. Bu dəfə zəng edən "Aqroservis" ASC-nin kadrlar şöbəsinin müdiri Elnur müəllim idi. O, telefonda "sədrin göstərişidir" - deyərək, Cavanşir Əmrahovdan tez-tələsik mühəndis-mexanikin təqdimatını yazması tələb edildi.

Təqdimat 17:35 yazılıb göndərildi, iş saatının qutarmasına baxmayaraq,"Aqroservis" ASC 18:21 dəqiqədə mənimlə bağlanmış əmək müqaviləsinə xitam verdi. Bir neçə gün sonra iştirakım olmadan Ağstafa bölməsinin müdiri Cavanşir Əmrahov və anbardar Emin Əliyev "Aqroservis" ASC-yə çağrıldılar. Tərəflər barışdırıldı.Onu da qeyd edim ki,anbardar Emin Əliyevin atasının Kənd Təsərrüfatı nazirinin müşaviri ilə yaxın dostluq əlaqələrinin olması fikri var idi. Onun bir müddətdən sonra "Aqroservis" ASC-nin Ağstafa bölməsinin müdiri olmasına dair söhbət də dolaşırdı. Bunu bölmə müdiri Cavanşir Əliyev bilirdi. Buna görə hər iki şəxs uzun müddət idi ki, çəkişirdi. Yaranan narazılıqdan olunan şikayət düzgün araşdırılmadı, idarədə yeganə kənd təsərrüfatı mütəxəssisi olmağım nəzərə alınmadı, təqaüd yaşıma 3 il qalmış mühəndis-mexanik vəzifəsindən kənarlaşdırıldım.Deyilənlər və danışılanlar düz çıxdı, bir müddət əvvəl anbardar Emin Əliyevin "mən istəsəm sizin hamınızı bu idarədən çıxartdıraram" fikri təsdiqləndi. Digər tərəfdən də, adamın Kənd Təsərrüfatı Nazirliyində, "Aqroservis" ASC-də müdafiəçilərinin olduğu bir hadisədə müəyyənləşdi.

Şikayətçi əlavə edir:" 4 aya yaxındır ki,sabiq KTN İnam Kərimov başda olmaqla,digər aidiyyatı şəxslərə teleqramlar vurub,məktub ünvanlamışam,hələ ki heç bir cavab yoxdur.Məcburiyyətdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına, daha sonra vitse prezident Mehriban Əliyevaya teleqram göndərməli oldum.

Hörmətli Məcnun müəllim!

"Aqroservis" ASC-nin sədri Elmin Rəhimov 40 ilin kənd təsərrüfatı mütəxəssisinin təqaüd yaşına 3 il qalmış bağlanmış əmək müqaviləsinə xitam verməklə bir daha subut etdi ki,onları mütəxəssis,işinin bilicisi vəs. müsbət göstəricilər maraqlandırmır.Onu və "Aqroservis" ASC-də hüquqşünas komandasını ölkənin ərzaq təhlükəsizliyi,idxaldan aslılıq kimi meyyarlar ümumiyyətlə maraqlandırmır.O,mütləqi-hakimdi,kimi istəsə işdən çıxardar,kimi istəsə işə götürər.Bunu öz timsalımda gördüm və "Aqroservis" ASC-nin rayon bölmələrindən haqsız işdən çıxardılan şəxslərin timsalında müşahidə etdim.Əminəm siz bu kimi maneə və əngəl yaradan şəxslərlə işləməli olsanız müəyyən kriteriyaları nəzərə almış olacaqsınız.

Cənab nazir!

Onu da qeyd edim ki,2017-ci ilin fevral ayının 17-dən "Aqroservis" ASC-nin Şəmkir Regional Nümayəndəliyinin Ağstafa bölməsində mühəndis-mexanik, həmin ilin oktyabr ayından Ağstafa bölməsinin müdiri vəzifəsini icra etmişəm.2021-ci ilin dekabr ayında tutduğum vəzifədən məni azad edib,2022-ci ilin fevral ayında təkrar mühəndis-mexanik vəzifəsinə qaytarıblar.20.12.2022-ci il tarixində mühəndis-mexanik vəzifəsindən də kənarlaşdırdılar.

Hazırda işsizəm, "Aqroservis" ASC-nin Şəmkir Regional Nümayəndəliyinin Ağstafa bölməsində mühəndis-mexanik vəzifəsinə də hələ ki, heç kimi təyin etməyiblər.Xahiş edirəm mənim qanunsuz və səbəbsiz yerdən işdən çıxardılmağımın araşdırılmasına göstəriş verin,işimə bərpa olunmağıma köməklik göstərin.

Diqqətinizə görə təşəkkür edirəm.

Hörmətlə,İsgəndərov Qədir İsgəndər oğlu saytına göndərilən məlumatda deyilir:

Hörmətlə,İsgəndərov Qədir İsgəndər oğlu
 //Faktinfo.az//

Dünyapress TV

Xəbər lenti