Şəkiİ Regional  Mədəniyyət idarəsinin başı niyə bəladadır...
Hər dəfə min bir bəhanə ilə sözügedən bölgənin mədəniyyət işçilərinin vəzifə maaşları aylarla gecikdirilir. Sanki bu idarənin keçmiş rəhbəri Mirvari xanım işdən gedərkən bütün ruzi-bərəkəti də özüylə aparıb. Belə ki, onun yerinə kimi təyin edirlərsə altı ay, bir il belə işləyə bilmir. Və işlədiyi müddətcə yalnız problemlərlə üzləşir desək, yanılmarıq. Bu ilin mart ayı ərəfəsində bu mövzuya qayıtmışdıq. Belə ki, bir neçə ayın vəzifə maaşlarını ala bilməyən mədəniyyət işçiləri, hətta Novruz bayramı ərəfəsində kasıb təbəqədən sayılan kənd mədəniyyət evlərinin işçiləri maaşsız qalmışdılar. Sağolsunlar nazirliyin işçiləri məsələyə müdaxilə etdikdən sonra maaşlar verildi. Mirvari xanımdan sonra Tərlan, Azər müəllim xeyli işlədilər. Daha sonra Ağaəli adlı bir nəfər bir müddət bu vəzifəni icra etdi. Bu gün yenə də, bu vəzifəni başqa adam idarə edir, həm də, müvəqqəti. Nargilə Qafarova da, rəisin səlahiyyətlərini müvəqqəti icra etməyə gəlib, həm də necə gəlib???Bu artıq ayrı bir mövzudur, buna da, ayrıca bir yazı yazacağıq. Görünən odur ki, hər dəfə rəis dəyişilən zaman mütləq bir problem yaşanır, bu dəfə yenə də, mədəniyyət işçilərinin vəzifə maaşları gecikdirilir. Deyirlər ki, struktur dəyişikliyi olmalıdır. Ay qadan alım struktur dəyişikliyi edirsən et, əvvəlcə bu kasıbların maaşlarını verin, sonra nəyi dəyişirsinizsə dəyişin dəəəə, bəlkə bu pulları faizlə,sələmə buraxırsınız????????Hamı bilir ki, mədəniyyət sahəsinin işçiləri ən az maaş alanlardandır,bu insanların övladları bu ayı ac qalmalıdır ki, mədəniyyət sahəsində struktur dəyişkənliyi gedir?!Mədəniyyət naziri Əbülfəz Qarayev vəzifəsindən azad olunduğu gündən bu sahədə də, problemlər bitmir ki, bitmir.
Mən bir ziyalı kimi, araşdırmaçı jurnalist kimi deyə bilərəm ki, burada günah Mədəniyyət nazirinin üzərinə düşür. Anar Kərimov təyin olunduğu gündən min bir problemlər yaşandı. Sonunda korrupsiya, həbslər vəs. Bundan sonra yeni Mədəniyyət naziri Adil Kərimli təyin olundu. Maaşlar verilmir, bu sadə kəndlinin günahı nədir bilmirəm?!!!! Bəlkə yenə də, yeyinti üçün yollar axtarılır, bəlkə də, yenə korrupsiya və həbslər olacaq?Onu da bilmirəm, ancaq nə olursa olsun insanları ailəsini dolandıracaq çörək puluyla imtahan etmək Prezident İlham Əliyevin daxili siyasətinə qarşı çıxmaqdır. Prezident İlham Əliyev Ali Baş komandan kimi Bizə Zəfər yaşatdı, Qarabağımızı azad etdi, bütün dünya tərəfindən ona xüsusi simpatiya olunan bir vaxtda, cənab Prezidentin təyin etdiyi məmurlar naxələf çıxırlar?! Xalqı dövlətdən narazı salmaqla Siz nə düşünür və kimə işləyirsiniz??? Nargilə Qafarova gəldiyi gündən yalnız yerli mədəniyyət idarə rəhbərlərinə barmaq silkələməklə yaddaşlarda qalmağa başlayıb, uçub tökülməkdə olan heç olmasa bir mədəniyyət müəssisəsi haqqında öz nazirinə yardım üçün müraciət etsəydi, yerlərdə sadə insanların da, sevgisini qazanardı.
Cənab Nazir, hörmətli Adil müəllim, müraciətim sizədir, Siz hüquq sahəsini gözəl bilirsiniz, güman ki, hesab-kitabdan da, pis deyilsiniz. 300 azn maaş alan ailə başçısı bu günkü bahalıqla ailəsini güclə dolandırdığı bir vaxtda bu sahənin işçilərinin maaşlarını niyə vaxtında vermirsiniz? Necə olur ki, Qəbələ rayonundan bura Regional Mədəniyyət idarəsinə rəis göndərirsiniz?Məgər bu bölgədə bir nəfər belə savadlı mədəniyyət işçisi yoxdur?, əgər bu belədirsə bütün mədəniyyət müəssisələrini bir əmrlə bağladın, kimə lazımdır savadsız işçilər? Nəzərinizə çatdırım ki, Şimal-qərb bölgəsində, məhz mədəniyyət sahəsində elə savadlı insanlar vardır ki, nazir belə ola bilərlər. Vəzifə elə şeydir ki, bu bir taleh quşudur, qonur insanın başına. Odur ki, Siz və yerlərə təyin etdiyiniz Nargilə xanım kimi rəis əvəziləri bu təbəqənin insanlarına hörmətlə yanaşın.
Mən dəqiq bilirəm ki, 300 azn lə yaşamağın, xeyir-şərə getməyin, geyinməyin, xəstələnməyin vəs. nə olduğunu Sizin kimi məmurlar bilmirlər.
Sizi Dövlət başçımızın apardığı daxili siyasətə kölgə salmamağa dəvət edirəm. Ən azından bunu bir Ziyalı, Veteran YAP-çı kimi sizdən tələb edirəm. Ailələrini güclə dolandıran təbəqənin hissiyatları ilə oynamaq dövlətimizin siyasətinə ziddir.
Əlmaniz Ələkbərli
Azərbaycan Yazıçılar Və Jurnalistlər Birliyinin Üzvü.
Azərbaycan Yazıçılar Birliyinin Şimal-qərb regional Bölməsinin sədri.
Yazı Əlmaniz Ələkbərlinin səhifəsindən götürülüb..
Teref.az
 

Bölmənin digər xəbərləri

11 May 2025 Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... - BU NƏDİ BELƏ?..
10 May 2025 "Mənim kimi neçə ailənin çörəyini kəsiblər..." - NARAZILIQ VAR...
10 May 2025 Məktəb direktorunun səs yazısı yayıldı – Araşdırma başladı (Video)
10 May 2025 "Belə pis cıxmasın, hara gedib o pullar?" - JURNALİST BAŞÇIDAN SORUŞUR...
09 May 2025 Dələduzla hakim arasında nə kimi əlaqə var? - ŞİKAYƏT
09 May 2025 20 manatlıq şirkət necə milyonluq tenderin qalibi olur: İcbari Tibbi Sığortanın 3 "dostu" - İcazə verin şübhələnək...
09 May 2025 "Yeni Klinika" aylardır tibb işçilərinin bonus ÖDƏNİŞLƏRİNİ VERMİR
09 May 2025 ADY-də 'Kurtlar Vadisi': Rövşən Rüstəmovun işçiləri racon kəsir, haqq alır... - İTTİHAM VAR...
09 May 2025  AYNA indi də marketlərin qabağında BƏND alıb... - İstədiklərini edirlər...
08 May 2025 Təhsil siyasəti, yoxsa ticarəti ? - VİDEO
08 May 2025 Gülsüm Əliyeva həkim deyilmiş: Qanunsuz əməliyyat etdiyi "VMR" klinikası isə...
08 May 2025 Müğənni Vüsal Əliyev uşaqlıq dostundan aldığı borcu on ildir niyə qaytarmır? - İTTİHAM VAR..
08 May 2025 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xidmət rəisinin atası və onun məşhur lombardı cərimələndi
08 May 2025 Daha bir başçının adı QALMAQALDA... - HƏBS OLUNUR?
08 May 2025 Biləcəridə Bələdiyyə binasında şikayətçiləri qovdular- Video
08 May 2025 «Gold Residense» MMC XALQLA ÜZ-ÜZƏ... - "Ümidimiz Prezidentdir..."
08 May 2025 DÖVLƏT İMTAHAN MƏRKƏZİNDƏ NƏLƏR BAŞ VERİR? - Təhsil eksperti elə ittihamlar səsləndirir ki...
08 May 2025 Kanalizasiya suları içində itib-batan Sulutəpə... - VİDEO
07 May 2025 Gömrük Komitəsi ilə bağlı ŞOK İDDİA: 97 min “borc” QALMAQALI? - DETALLAR
07 May 2025 Ağdamda direktor şagirdi dərsə buraxmır - direktorun yalanını ifşa etdiyinə görə

Dünyapress TV

Xəbər lenti