Ardını oxu...
"Türkiyə vətəndaşı olan dostumla "OMD" adlanan xəstəxanada oldum. Gördüklərim birmənalı olaraq dəhşət idi". DİA.AZ bildirir ki, bu barədə jurnalist Savalan Talıblı "OMD" kimi tanınan K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda rastlaşdığı mənzərədən bəhs edərək bildirib.

"Orada çalışan tibb bacıları və xadimələr xəstələrdən beş manat almaqdan ötrü dəridən-qabıqdan çıxırlar" deyə etirazını ifadə edən S.Talıblı yazır:

"Hərəsinin öz qiyməti var. Tibb bacıları 10 manat , xadimələr 5 manat. Bu qiymətləri kim müəyyən edib. Oradakı fırıldağa diqqət yetirin. Xəstənin yanına valideyin buraxılmır.

Tibb bacıları xəstəni özü gətirir və səndən bir dəfə pulu "qapazlayıb alır". Ardınca da xadimə gəlir. O da səni "qapazlayır"... Bu biabırçılığın qabağını alan olacaqmı? Dövlət xəstəxanalarında hələ də bu cür özbaşınalıqlar var".

İddia olunanlarla bağlı teref.az olaraq bütün aidiyyatı qurum və şəxsləri dinləməyə hazırıq...
Ardını oxu...
Yaşlı nəsil gözəl bilir ki, 30 il əvvəl nəinki rayonlarda, hətta paytaxt Bakı şəhərində az sayda otellər ( o vaxt mehmanxana deyilirdi ) var idi. Ancaq son illər otel biznesi sözün həqiqi mənasında çiçəklənir. Hər məmurun ən azı 2-3 oteli var. Ən dəhşətlisi odur ki, bu otellər öz təyinatına uyğun deyil, başqa məqsədlə istifadə edilir...bu heç kimə sirr deyil...
Təsəvvür edirsiniz Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sabiq rəhbərlərindən birinə məxsus otelin əməkdaşı deyir ki, bura turist-zad gəlmir....
Bura məmurların, məmur övladlarının gizli görüş yeridir, qiymətlər də Fransanın otellərindən baha. Tanışlarımızdan biri də deyir ki, sabiq vergilər naziri Fazil Məmmədova məxsus “Excelsior Hotel” oteldə çalışırdım. Almaniyadan olan qonaq səhər yeməyinə bir yumurta, 5 qara, 5 yaşıl zeytun və nəsə istədi. Hesabın 200 dollar olduğunu deyəndə öz dilində nəsə dedi...hiss etdim ki, ən ağır söyüşdür.
Bəli, çoxları deyir ki, guya otel biznesi turuzmi inkişaf etdirmək üçündür. Özünüzü aldatmayın. Yenə tanışlarımızdan biri deyir ki, İsmayıllıya gələn Yapon turist təbii ehtiyacını ödəmək üçün tualet tapa bilmədiyi üçün şalvarını....
Sözün düzü, biz də ölkəmizdə turizmin inkişafı üçün otel biznesinin inkişafını istəyirik. Qoy ölkəmizin ən mənzərəli, səfalı yerlərində otellərimiz olsun, turistlər gəlsin. İndi ölkəmizdəki otellərin qısa bir siyahısına nəzər salaq: “Guba Olympic Complex” “Guba Olympic Complex”də ən sərfəli otaq qiyməti 60 AZN-dir. “Shane Hotel Quba” “Shane Hotel Quba”da standart otağın qiyməti 90 AZN-dir. “Shahdag Hotel Guba” “Shahdag Hotel Guba”da standart otaq 90-100 AZN-ə təklif edilir. “Cənnət Bağı Hotel” “Cənnət Bağı Hotel”də standart otaq 92 AZN. “Qala Qonaq Evi” “Qala Qonaq Evi”ndə bir gecəlik qonaqlamaq üçün 39 AZN ödəmək lazımdır. “Xınalıq Qonaq Evi” “Retro Otel Quba” “Retro Otel Quba”da dincəlmək istəyənlər üçün ikinəfərlik standart otaqlar 60 AZN-dən təklif edilir. “Terrace Otel Guba”da “Terrace Otel Guba”da standart 2 nəfərlik otağın qiyməti 70 AZN-dir. “Quba Rixos Otel” “Quba Rixos Otel”də 2 nəfərlik otaq üçün 177 AZN ödəniş etmək lazımdır. Bu qısa siyahıya nəzər salanda bir cümlə diqqətimizi cəlb elədi: İKİ NƏFƏRLİK YATAĞIN QİYMƏTİ... Hamısında belə yazılıb. Məgər otelə gələnlər ancaq 2 nəfər olur..? Bəlkə 3 nəfər gəldi...
Sözün qısası, otellərin təyinatı ilə bağlı çox dərinə getmək istəmirik... Belə otellərdən biri də “Macəra Otel”dir. “Macəra Otel” Qubanın ən gözəl guşələrindən olan Çənlibel gölünün yaxınlığında yerləşir. Standart otaqlarının ölçüsü 16-20 kvm aralığındadır. Qış aylarında 60, yay alarında 70 AZN-ə təklif edilən İKİNƏFƏRLİK otaqlar gözəl mənzərə önündə yerləşir. Hazırda “Məcəra Otel”in 57 nömrəlik 4 ulduzlu korpusu inşa edilir, VİP, DELUX, FAMİLY nömrələr yeni oteldə istifadəyə veriləcək.
Onu da qeyd edək ki, “Məcəra” təkcə Qubada deyil, Şəkidə və başqa məkanlarda fəaliyyət göstərir. Və bu oteli MACARA GROUP VƏ SAF CATERİNG GROUP işlədir. Bu otellə bağlı adları hallanan hüquqşünas Eldar, Ağa, Zaur adlı şəxslərin kimlikləri və saf cateringdən olan narazılıqlar barədə növbəti yazıda geniş bəhs edəcəyik. Bizi izləyin. //gundelik-baku.com//
 
Ardını oxu...
2023-cü ilin martında AQTA tərəfindən 76 sahibkarlıq subyektinin “Qida təhlükəsizliyi qeydiyyatı” ləğv edilib. Onlardan biri də “Payım” ticarət markası ilə kolbasa və sosiskalar istehsal edən “Al-Sana” MMC-dir.

Sələfilərin nümayəndələri olan “Al-Sana” sahiblərindən biri – Ramil Soltanov Mədinə şəhərində dini təhsil alıb. Uzun illər əvvəl bu müəssisənin əlindən “halallıq” sertifikatı alınsa da, bu günlərə qədər MMC halal adı altında məhsullar istehsal edirdi.

Hələ 1 il öncə sözügedən müəssisədə aparılan yoxlama zamanı məlum olmuşdu ki, “Al-Sana” MMC-də istehsal edilmiş məhsulların üzərindəki etiketlərdə kərə yağı və qoyun əti qeyd edilsə də, istehsal zamanı bitki və bitki spred yağından istifadə edilir.

Tribunainfo.az xəbər verir ki, eyni zamanda müəssisədə qoyun əti aşkar olunmamış, qoyun ətinin alınmasını təsdiq edən sənədlər və minimum keyfiyyət və təhlükəsizliyini təsdiq edən müvafiq müşayiətedici sənədlər təqdim olunmamışdı. Hətta müəssisənin hazır məhsul anbarına keçirilən baxış zamanı məhsulların müəyyən qisminin üzərində məhsulun istehsal və son istifadə tarixlərinin qeyd edilmədiyi, bəzilərində isə taraların üzərində yazılmış tarixlə məhsulun üzərində qeyd edilmiş tarix arasında uyğunsuzluq olduğu müəyyən edilmişdi.

Yoxlamalar zamanı “Al-Sana” MMC-nin ət, qida əlavələri, ədviyyatlar və qablaşdırma materialları halal qaynaqlardan alınmalı olduğu halda, müxtəlif fiziki şəxslərdən əldə etdiyi müəyyən edilmişdi. Məsələn, həm mal, həm də toyuq əti rayonlardakı ayrı-ayrı fiziki şəxslərdən alınır. Həmin fiziki şəxslər halal qaynaqlar hesab edilmir. Uzun illər müəssisədən halal sertifikatı alınsa da, son günlərə qədər MMC halal adı altında məhsullar istehsal edib, satıb.

Hətta müəssisədə istehsal edilmiş bişmiş, bişmiş hisə verilmiş, yarım hisə verilmiş kolbasa məhsullarından və sosiskalardan götürülən nümunələrin laboratoryada müayinəsindən sonra məhsullarda uyğunsuzluqlar aşkar edilmişdi.

Dəfələrlə nöqsanlar aşkarlanan bu müəssisənin sahibləri məhsullarını market və mağazalarda sata bilmədikdə isə digər yollara əl atıblar. Bir neçə il öncə Bakı şəhər sakinləri -“Al-Sana” MMC-nin satış meneceri Vüqar Namazov və sürücü Kamil Mehdiyev 200 kiloqrama yaxın istifadəyə yararsız və müddəti bitmiş “Fitnes” kolbasa və sosiska məmulatlarını satarkən saxlanılmışdı. Hazırda metro çıxışlarında, bazarların qarşısında açıq şəkildə, adsız və istehsal tarixi qeyd edilmədən satışa çıxarılan, keyfiyyəti və tərkibi məlum olmayan kolbasa və sosiskalar sözügedən MMC-nin istehsalıdır.

Məsələn, “Marka” şirkəti olaraq fəaliyyət göstərən firma da məhsullarını “Al-Sana” MMC-nin dəfələrlə nöqsanlar aşkarlanmış sexində istehsal edir. Halallılq sertifikatı almayan bu müəssisə məhsullarını halal adı altında satır. Halbuki həmin kolbasa və sosiskaların heç biri halal deyil, əksəriyyərinin tərkibi xəstə və ya ölmüş hər hansısa heyvana aiddir.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 

Ardını oxu...

 Cəbrayıl rayon Mahmudlu kənd uşaq Musiqi Məktəbi Bakı şəhərində Binəqədi rayonu ərazisində fəaliyyət göstərir. Məktəbə uzun illər rəhbərlik etmiş Elman müəllim dünyasını dəyişdikdən sonra onun yerinə qızı Gülnar xanım təyin edilib, artıq neçə illərdir ki sözügedən Uşaq Musiqi Məktəbinə Bakı Humanitar Texnikumunun /Kollec/ məzunu olan Gülnar xanım rəhbərlik edir. Maraqlı biradsıdır ki, heç bir ali təhsili olmayan xanım direktoru bu vəzifəyə kim və hansı yolla təyin edib və onun arxasında kimlər dayanır?!

Onu da qeyd edək ki Musiqi Məktəbi fəaliyyət göstərmək üçün üçmərtəbəli,,villanı,, kirayələyib. 

 Musiqi təhsili müəssisələrində digər xoşagəlməz hallar da olmaqdadır ki, bununla bağlı da lazımi məlimatlar əldə edildikcə ictimaiyyətin diqqətinə çatdırılacaq.

Odur ki, bizimlə qalın və Musiqi Məktəbi ilə bağlı hansısa məlumatlarınız olarsa yorumlarda yazmağı unutmayın. Nəzərinizə çatdırırıq ki, yazacağınız şərhlər xalqımızın, millətimizin, eyni zamanda dövlətimizin Musiqi təhsilinə verdiyi böyük dəyərə lazımi dəstək verəcəkdir.

xeberfakt.az

 
 

Ardını oxu...
DİA.AZ: - "Aqrar Universitet (keçmiş AKTI) yarandığı yüz il müddətində ölkəmizdə kənd təsərrüfatının inkişafına öz müəllim və professor heyyətinin peşəkar fəaliyyəti əsasında yetişdirdikləri mütəxəsiz ordusunun xidmətləri sayəsində çox böyük tövhələr vermişdir.Uzun illər şanlı yol keçmiş, dəfələrlə dövrünün layiqli mükafatlarını almışdır". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalənin ƏVVƏLİ BURADA: İki nazirliyin BİR DƏRDİ: ADAU... - İLGİNC İDDİALAR...

Məqalədə daha sonra bildirilir: "İndi bu cür çıxılmaz idarəetmə şəraitinə düşmüş professorlar və gənc alim düşərgəsi kimə ümid etsin, bir məsləhətləşmə üçün kimə ürəyini açsın?

* Tədris işləri üzrə prorektor Əhməd Məlikov - əlinə qələm-dəftər alıb rektorun və "gizli ajan" Bəşir Bağırzadənin tapşırığı ilə onsuz da problemləri başından aşıb-daşan müəllimlərin dərslərinə girir. Müəllimləri NƏZARƏT ADI ALTINDA, əslində təhqir edən Əhməd Məlikovun yanına hansısa ADAU işçisinin dərdini və problemlərini demək üçün gedəndə isə "mən kiməm deyir".

* Elmi işlər üzrə prorektor Azad İbrahimov - özünü rektor kimi aparır. Gənc alimlərin inkişafına hər vasitə ilə mane olmağa çalışır. Müraciət etdikdə ancaq olmayan qanunlardan danışır, hər kəsi acılayır.

İni biz kimə müraciət eetməliyik: bütün bu özbaşınalıqlara göz ymması bir yana, rəvac verən rektora?"

DİA.AZ bildirir ki, məqalənin sonunda ADAU çalışanları adından Prezident İlham Əliyevə xitab olunaraq ADAU-dakı neqativ vəziyyətin durdurulması üçün mdaxilənin zəruriliyi vurğulanır. Məqalədə deyilir:

"Hörmətli Cənab Prezident! ADAU-nin professor və müəllim heyəti olaraq ADAU-da baş verən özbaşınalıqları gördükcə müəllimlik və aqrar sahəyə olan sevgimiz ölməyə başlayıb. Ömrümüzü aqrar sahəyə həsr etmişik, onun inkişafına, kadrların yetişməsinə, tələbələrin daha da çox elimi olmaları üçün bütün universitet işçiləri olaraq əlimizdən gələni etmişik.

Amma indi tələbələrimizə aqrar sahəni yox agentliyi, xəyanəti rəhbərlik öyrədirsə, tələbənin əli ilə müəllimlik peşəsini ləkələyirlərsə, artıq bura təhsil ocağı deyildir.

Cənab Prezident, inanırıq ki, ən qısa zamanda ölkənin əsas aqrar təhsil ocağında tüğyan edən özbaşınalığın durdurulması naminə müvafiq tapşırılqarınızı verəcəksiniz. Öncədən təşəkkür edirik".

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Ardını oxu...
Tərtər Rayon İcra Hakimiyyətinin (RİH) başçısının müavini, RİH-in Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Abbas Cavadov Tərtər rayonu üzrə “DOST İş Mərkəzi” MMC-də yaşıllaşdırma sahəsində çalışan fəhlələri nalayiq sözlərlə təhqir və təhdid edir.
Bu barədə 56 yaşlı fəhlə Aydın Şahverdiyev Pravda.az-a ünvanladığı şikayətində bildirib.

Onun şikayətini təqdim edirik: “Martın 30-da rayonda aparılan abadlıq işləri çərçivəsində Tərtər Rayon Mərkəzi Xəstəxanasının qarşısında işləyirdik. Bizə tapşırılan işi görürdük. İşimizi icra başçısının birinci müavini Elvin Umudovun tapşırığına uyğun “DOST İş Mərkəzi” MMC-nin nümayəndəsi Saleh müəllim bölür. Bizim idarəmiz Dövlət Məşğulluq Agentliyinə baxır. Abbas Cavadov ora gələrək məni nalayiq sözlərlə təhqir etdi, özü söz-söhbət yaratdı. Mənə dedi ki, qudurmusan, sənin başını əzdirərəm, məhv etdirərəm. Etirazımı bildirdim ki, fəhləyəm, sən məni niyə təhqir edirsən. O, heç kimlə yola getmir. Dərdi nədir, bilmirik. Bundan əvvəl də belə hallar yaşanıb. Onda da etirazımı bildirmişdim. Saleh müəllim də ona tapşırıb ki, fəhələlərlə düzgün rəftar etsin. Başqaları ilə də bu cür davranır. Məni təhqir etdiyi vaxt yanımızda iki briqada, xəstəxananın da qarşısında camaat var idi, şahiddirlər, hamı gördü.

Abbas Cavadov mənə təpik atdı, söyüş söydü. Bizi ayırdılar. Əsəbdən əsirdim. Elə həmin an “102” xidmətinə zəng etdim. Məni polis şöbəsinə çağırdılar. Qəsəbəyə baxan nümayəndələr dedilər ki, Abbas Cavadov icra işçisi olduğu üçün məsələyə prokurorluq baxır. Martın 31-də Tərtər rayon prokuroru ilə görüşmək istəsəm də, o, tədbirdə idi. Müavini ilə də görüşə bilmədim. Polis şöbəsi məni məhkəməyə göndərdi ki, gedib ərizəni orada yazım. Məhkəmə də geri qaytardı ki, burada belə ərizə yazılmır. Latın əlifbasında yaza bilmədiyim üçün xahiş etdim ki, ərizəni yazmağıma köməklik göstərsinlər. Polis tərəfindən heç bir tədbir görülmədi. Həmin vaxtdan Abbas Cavadovu görməmişdik. O, aprelin 12-də yenə gəldi, traktorçu ilə də mübahisəsi oldu. Bizi niyə təhqir etməlidir? Birinci Qarabağ döyüşçüsüyəm. Vətən müharibəsində qəsəbədə zirzəmidə qalıb, yaralılara kömək etmişik, həlak olanların dəfnlərində iştirak etmişik. Hörmətli Prezidentimiz icra başçılarına, icra nümayəndələrinə həmişə tapşırıq verir ki, vətəndaşları incitməsinlər. Bu adam dövlət məmurudur, fəhləyə niyə təpik atmalıdır?”

Vətəndaşın şikayəti ilə bağlı Abbas Cavadovun da mövqeyini öyrənmək üçün Pravda.az-ın əməkdaşı onunla əlaqə yaratmağa çalışıb. Tərtər RİH-in Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsindən əməkdaşımıza deyilib ki, A.Cavadov ərazidədir, ancaq saat 15:00-dan sonra əlaqə yarada bilərik. Lakin A.Cavadovla deyilən saatda da əlaqə yaratmaq mümkün olmayıb.
Ardını oxu...
 
 

Anar Kərimovun dövründə Elnur Əliyevin əli ilə Gəncə Dövlət Filarmoniyasına direktor təyin olunan Rəşad Yusifov Filarmoniyada keçiriləcək tədbirlərə yüksək qiymətlər oxuyur. Çox qəribədir ki, necə olur ki, DTX Mədəniyyət nazirliyində yoxlamalar apardı, Elnur Əliyev əvvəl həbs olunur, daha sonra ev dustaqlığına buraxılır, onun qohumu olan, elə onun əli ilə əvvəl əmlak komitəsində işləyən, daha sonra isə ADAU-nun məzunu olan Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov işdən azad olunur.

 

Cənnətovun qohumu olan Rəşad Yusifov hansıki oda Elnur Əliyevin əli ilə filarmoniyaya direktor təyin olunub, o qalıb işləyir. Redaksiyaya müraciət edən Elvira Zeynalova deyirki, Ulu Öndərin 100 illik yubileyi ilə bağlı filarmoniyanın direktoru Rəşad Yusifovla görüşdüm, əvvəl tədbirin keçirilməsi üçün 1500 manat istədi, sonra 1200, sonda 1000 manat istədi, mən dedimki bu təşəbbüslə keçirilən tədbirdi, burada uşaqlardan böyüyə qədər hamı təmənna güdmədən iştirak edərək Ulu Öndərə sayqısını göstərmək üçün bir araya gəlib. Sonuc olaraq biləndə ki, pul olmayacaq dedi ki, bəs nazirliyə yazın biz bu kimi tədbirləri pulsuz keçirə bilmirik.

Məndən qısa arayış: Rəşad Yusifov sabiq baş prokurorun müavini olan Rüstəm Usubovun bacısı qızının oğludu. ADAU-nun iqtisadiyyat fakultəsini bitirib. Bir gün olsun belə dövlət işində çalışmayıb. Birdən birə Samir Cəfərov kimi şəxsiyyətdən sonra hər hansı musiqi təhsili olmayan birini işə almaq, özüdə bir başa direktor, vəzifəsinə?

Əvvəllər çayçı işlədən bu özünü iş adamı necə oldu ki, bu qədər mühüm bir posta gətirildi? Milyonlarla vəsait qoyulan , şəxsən Prezident İlham Əliyevin açılışında iştirak etdiyi, hər hansı musiqi təhsili olmayan bu kadrın arxasındakı güc kimdirki, Ulu Öndərin yubileyi üçün təşəbbüskarlıq edib münasibət bəsləyənlərə pul oxusun? Həəə, bu özündən razının arxası olan Rüstəm Usubov hələdə bu gün söz sahibidir. Təbii ona görədə DTX-nın mədəniyyət nazirliyi tərəfindən apardığı yoxlamalardan kənarda qalan bu çayçı işlədən bu gün Ulu Öndərin yubileyi müqabilində 1500-1000 arası bazarlıq yapır. Yeri gəlmişkən bir məsələyədə diqqətinizi çəkim. Əli İnsanovun zamanında onun çox yaxını olan Gəncə səhiyyəsinin müdiri Həsrətin həyat yoldaşı Rüstəm Usubovun bacısıdır.

Redaksiydan: Qarşı tərəflərin mövqeyini dərc etməyə hazırıq.

Hurriyyet.az


 

XalqXeber.Az
Ardını oxu...

Hakimlərin baxdığı işi oxumaması və məlumatsız olaraq məhkəmə istintaqı aparması, hətta qərar qəbul edərkən qanunsuz olaraq sədrə məruzə edib məsləhət-icazə alması barədə dəfələrlə məlumatlar eşidirik...

Bu da tipik nümunə: TURAN Agentliyi belə bir yazı ilə çıxış edib. Agentlik yazır: "Fotoşəkildəki belə hakimlərdən biridir - Bakının Xətai Rayon Məhkəməsinin hakimi Pərviz Zamanlı. O, 4 aydır çoxmənzilli bina sakinlərinin ("Yasamal-15" MMMC) SOCAR şirkətinin "Azəriqaz" İB-yə qarşı iddiası ilə məşğul ola bilmir (ya da istəmir). Söhbət sakinlərə istifadə etmədikləri qaz üçün borc yazılmasından (1500 manatdan çox) gedir. Bunu təsdiq edən sənədlər məhkəməyə təqdim edilib. Bununla belə, 4 iclasda (2023-cü ilin yanvarından aprelin 11-nə qədər) Pərviz Zamanlı iddiaçıya eyni sualı verir: "Siz nə istəyirsiniz? Tələblərinizə dair arayış təqdim edin". Aprelin 11-də keçirilən sonuncu iclasda sakinlərin iddiasının surəti hakimə göstərilib. İddiada ağ kağızın üzərində qara hərflərlə onların "Azəriqaz"dan mövcud olmayan borcu silməsinin tələb edilməsini istədikləri yazılıb. Hakimin buna reaksiyası, yumşaq desək, qəribə olub: "Bu sənəd bizdə yoxdur", deyə əlində iddia ərizəsini tutan hakim təəccüblə bildirib. Yəni hakim etiraf edib ki, o, dörd aydır baxdığı işlə bağlı iddianı oxumayıb! Səhvə yol verdiyini hiss edən hakim sakinlərin ona tələbin iddiada əksini tapdığını xatırladan bir nümayəndəsindən zalı tərk etməyi t tələb edib. Bu arada, hakim iclasa 15 dəqiqə gecikən və soruşmadan zala keçib yerinə oturan "Azəriqaz" İB-nin nümayəndəsi ilə kifayət qədər mehriban danışırdı. "Azirqaz"ın hüquqşünasının iştirak etməməsindən açıq-aşkar "narahat olan" hakim iki dəfə köməkçisinə "Gör Rəşad haradadır?" deyə sual edib. Rəşad gəldikdən sonra işi baxılması üçün Kommersiya Məhkəməsinə göndərməyi təklif edib, baxmayaraq ki, bu məhkəmə artıq iddiaya baxıb və onu Xətai Rayon Məhkəməsinə qaytarıb. Daha sonra hakim sakinlərin şikayətinin mahiyyəti ilə əlaqəsi olmayan suallar verməyə başlayıb. Və o, dördüncü iclasda da heç bir qərar qəbul etməyib, qərarın aprelin 27-də açıqlanacağını bildirib. O, əlavə edib ki, iş Ali Məhkəməyə göndərilməlidir (?). Xətai Rayon Məhkəməsindəki macəralar bununla bitmir. Belə ki, məhkəmənin elektron portalında Pərviz Zamanlının baxdığı işlər arasında bu işlə bağlı məlumat yoxdur (!), baxmayaraq ki, artıq aprelin 12-də keçirilən digər iclaslar haqqında hesabatlar var... Bəs Xətai Rayon Məhkəməsində nə baş verir?"

Artıq məlum olur ki, nə baş verir. Lakin belə hallar yolverilməzdir və şübhəsiz ki, sonda qəbul edilən qərar da ədalətsiz, yaxud mübahisəli olmalıdır. Hansı ki, qanuna görə, hakim qərar qəbul edərkən özünün daxili inamına istinad etməlidir. Bu halda hakim daxili inamına necə güvənib qərar qəbul edə bilər ki, o, işlə tanış deyil, mübahisənin predmetini bilmir...

A.Məmmədli
 //tezadlar.az//
Ardını oxu...
Nə prokurorluq, nə məhkəmə rüşvət, şər-böhtan məmuruna qarşı şikayətlərə baxır
ƏƏSMN -in keçmiş şöbə müdiri Əli Qüdrət oğlu Axundovun “əlil, tənha və ahıllara sosial xidmətin təşkili”ndə rüşvət metodlarından yararlanmasını, “əlil mənzilləri”ni, avtomobilləri”ni qanunsuz müəyyən edilmiş rüşvət haqqı qarşılığında satmasını basında işıqlandırmağımdan 20 ildən çoxdur ziyan çəkirəm. Təsəvvür edin, bir ayağı olmayan Qarabağ əlilinə o biri ayağının da kəsiləcəyindən sonra avtomobillə təmin oluna biləcəyi “xidməti” təklif edilmişdi. Mən də hökumətin “qeyri -hökumət” qurumları kimi 3-5 manata susmayacaqdım ki ! Yalnız Qarabağ əlilinin hüququnun təmin ediləcəyi halda susacağımı, gözümü yumacağımı desəm də, indiki “üzr videoları”na ekvivalent “təkzib” istənildi. Özü də əlilin hüququnun tanınmaması ilə birgə. Təbii ki, imtina edildi və “Azadlıq”ın redaktoruna ( Rövşən Hacıbəyli) şirnikləndirici təkliflər, hədə -qorxu da sonuc vermədi. Əli Axundov Qarabağ əlilləri və şəhid ailələrinin sosial müdafiəsinə ayrılan pullardan “bir kisə” götürüb “düşdü hakim partiyanın mətbu orqanlarının canına”. Ləğv edilmiş Qarabağ Əlillər Cəmiyyətinin yerində yaradılan “qeyri -hökumət” təşkilatının sədri Mehdi Mehdiyevi də özünə “ƏƏSMN əməkdaşı” kimi həmyazar edən Əli Axundov “Yeni Azərbaycan” , “Səs” və s. KİV-də məni – 1-ci dərəcəli Qarabağ əlilini “ədalət adına görülən işlərə ədalətsiz münasibət”də suçladığından , Səbail məhkəməsində şərəf və ləyaqətin müdafiəsi ilə bağlı qaldırdığım iddiaya baxılmasından imtinanı apellyasiya və ali instansiyalar da qüvvədə saxladı. Hakim partiyanın mətbu orqanına, vəzifəli şəxslərinə qarşı iddia yolverilməzdi(r)! (?). Mən hüquq müstəvisində çıxış etdiyim halda, qarşı yan qanunsuz mənzil, avtomobil verdikləri Qarabağ əlillərini 1-ci dərəcəli Qarabağ qazisinə qarşı qızışdırıcı hərəkətlərə səfərbər etdilər. Hüquq mühafizə orqanları “qızışdırıcılıq xidməti”nə də hüquq qiyməti vermədilər. Əli Nağıyev nazir postundan gedənə kimi bütün güzəşt və hüquqlarım “girovluqda , işğalda” qaldı. Təsəvvür edin, Prezident Heydər Əliyevin dediyi kimi, onun özünə də “gücü çatan”, millət vəkili, akademik Cəlal Əliyevin deputat sorğusuna da hörmətsizlik edildi .
… Nizami RİH-ə başçı təyin edilən Tahir Budaqov keçmiş həmkarı Əli Axundovu ictimai – siyasi şöbənin müdiri təyin etməsilə köhnə qərəz sürür. İndi də Ombudsmana, AMEA -ya, ali dövlət hakimiyyəti orqanlarına haqqımda yalan bilgi verilir. Hətta məhkəmənin mənə verdiyi otaqları borclu Nizami RİH başqasına satıb, qanunla nəzərdə tutulan torpaq hüququma və s. qadağa qoyulub. Məhkəmə təminatı hüququma qadağadan heç danışmağa dəyməz.
Nizami məhkəməsində Əli Axundovun “Yeni Azərbaycan” qəzetində yaydığı şər – böhtana görə xüsusi ittiham qaydasında verdiyim şikayətlərə on ilə yaxındır baxılmır. Öncə şikayət baxılması üçün aidiyyatı üzrə Yasamal məhkəməsinə göndərildi, CPM-in tələblərinə uyğun olaraq aidiyyatı üzrə göndərilən işə baxılması məcburi olduğu halda, təqsirləndirilən Əli Axundov məhkəməyə rüşvət verib şikayətimi it-bata saldırdı. Nə apellyasiya və ali instansiya məhkəmələri, nə də Məhkəmə Hüquq Şurası qeyri-prosessual ilişgiyə qiymət verdi .
Nizami məhkəməsinə yenidən verdiyim şikayət isə elə it-bata salınıb ki, heç bir qərar verilməyib. Beşillik şikayətlərim də sonuc vermir. Məsləhətçi Ceyhun Bayramov gah şikayətin yolverilməzliyini, gah imzalanmadığını bildirir. Bəyəm cinayət işinə məhkəmə baxmır, məsləhətçi cinayət işinə hakim təyin olunub ? Bəlkə Əli Axundovun toxunulmazlıq hüququ var? Hər halda, başqa nəsə fikirləşmək olmur. .
Özüm yazdım, imzamla doğrulayıram :
Məğrur Bədəlsoy
Teref.az
Ardını oxu...


 
Ardını oxu...
Bakıda fəaliyyət göstərən “Şərq Bazarı” kompleksinin bərpa və yenidənqurma işləri ilə bağlı qalmaqal yaşanır. Kompleks ötən il istifadəyə verilib və ölkə başçısı İlham Əliyev obyektin açılışında iştirak edib. Lakin bərpa və yenidənqurma işlərini həyata keçirən subpodratçı şirkətlər – “MV Group” MMC, “MECC” MMC və “İdea Yapı” MMC pullarını ala bilmir.
Qaynarinfo xəbər verir ki, bu barədə şirkətlərin nümayəndələri aprelin 13-də keçirdikləri mətbuat konfransında bildirib.
“MV Group” MMC-nin layihə rəhbəri Fatih Turan bu məsələdə “6-cı mərtəbə” MMC-ni ittiham edib. Onun sözlərinə görə, “6-cı mərtəbə” MMC layihədə podratçı şirkət olub: “Biz də bu şirkətlə müqavilə imzalayıb işə başlamışıq. Lakin hələ də pulumuzu ala bilmirik. Müxtəlif bəhanələrlə gördüyümüz işin haqqı ödənilmir. Bundan başqa, layihənin icrasında bizdən asılı olmayan səbəblər üzündən gecikmələr olub. Bu gecikmələrə görə ziyan çəkmişik. Ödəniş olunmalıdır. Lakin “6-cıl mərtəbə” MMC ümumiyyətlə bu barədə danışmaq istəmir. Layihənin icrası dövründə inşaat materiallarının qiymətində artım olub. Bu da nəzərə alınmır. Halbuki, “6-cı mərtəbə” MMC bütün bunlara görə sifarişçidən ödənişləri alıb. Yəni, bizim əsas sifarişçidən narazılığımız yoxdur. Pulumuzu verməyən “6-cı mərtəbə” MMC-dir”.
O, həmçinin qeyd edib ki, “6-cı mərtəbə” MMC yubanmaya görə işin daha sürətli görülməsini tələb edib: “Təsəvvür edin ki, 24 saat işləmişik. Üstəgəl, bu yubanma bizim, eyni zamanda digər şirkətlərin işinə də müəyyən problemlər yaradıb. Bəzən bir yeri bir neçə dəfə təmir etmək məcburiyyətində qalmışıq. Gecikmələrə səbəb isə metal konstruksiya işini görən podratçı ilə digər podratçı şirkət, yəni “6-cı mərtəbə” şirkəti olub. Müqavilədə nəzərdə tutulan işi icrası 9 ay gecikdirilib. İş olmasa da, “6-cı mərtəbə” bizdən, yəni subpodratçı şirkətlərdən işçilərin daim inşaat ərazisində olmasını tələb edib. Yəni mütəxəssislər və fəhlələr görməsə də, biz onlara maaş ödəmişik, yemək xərclərini qarşılamışıq”.
“MECC” MMC-nin direktor köməkçisi Salman Salmanzadənin sözlərindən isə aydın olub ki, “6-cı mərtəbə” MMC-nin onlara nə az, nə çox 1 429 330 AZN borcu var.
Salman Salmanzadə və Fatih Turanının sözlərinə görə, dəfələrlə “6-cı mərtəbə” MMC-nin rəhbərliyi ilə bu məsələ müzakirə olunub: “30-a yaxın görüşümüz olub. Hər dəfə bir bəhanə gətiriblər. Bizi günahkar çıxarmaq istəyirlər. “6-cı mərtəbə” MMC-nin prezidenti Atəş Təhməzli hər dəfə eyni şeyi deyir. Qısası, bu müzakirələrin heç bir nəticəsi olmayıb. Ona görə də məsələni ictimailəşdirmək qərarına gəldik”.
“İdea Yapı” MMC-nin direktor köməkçisi Hüseyn Yıldırımcanın sözlərinə görə, “6-cı mərtbə” şirkətilə təmsilçisi olduğu şirkət arasında 2 milyon 702 min 689 manat dəyərində müqavilə bağlanıb: “10 ay ərzində avans ödəmələri edilməyib, təsdiq edilmiş layihə sifarişçi tərəfindən yenilənib, inşaat sahəsində işlərin görülməsi gecikdirilib. Gecikmə nəticəsində malların qiymətləri artıb, layihənin yenidən işlənməsi ilə əlaqədar gözlənilən zamanda işçiləri əmək haqqı və yemək xərcləri, gücləndirilmiş iş şərtlərinə görə işçilərin xərcləri qarşılanmır. Gecikmələrə görə ödənişləri ödəməkdən imtina edir. “6-cı mərtbə” şirkəti müqavilə şərtlərini vaxtında yerinə yetirilmədiyi üçün “İdeya Yapı” MMC-yə 1 milyon 278 min 929 manat dəyərində zərər dəyib”.
İş adamları deyib ki, problemlə əlaqədar ölkə rəhbərliyinə, eyni zamanda məhkəməyə müraciət etmək niyyətindədirlər.
“6-cı mərtəbə” MMC 9 may 1994-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN-dir. Şikrətin qanuni təmsilçisi Nəbiyev Yunis Nəbi oğludur. Açıq mənbələrdə Yunis Nəbiyev barəsində hər hansı məlumat yoxdur.
“6-cı mərtəbə” MMC-nin adı ilk dəfə gündəmə 2021-ci ildə gəlib. “Şərq Bazarı” komplkesinin bərpası və yenidəqurma işlərində çalışan fəhlələrə mediaya müarciət edərək pullarını ala bilmədiklərini deyiblər. Onlar bu məsələdə şirkətin prezidenti Atəş Təhməzlini ittiham ediblər.
İddialara görə, Atəş Təhməzli Azərbaycan Qida Təhlükəsizliyi (AQTA) Agentliyinin sədri Qoşqar Təhməzovun qardaşıdır. Onun digər qardaşı Fərhad Təhməzov isə Mənzil İnşaat Dövlət Agentliyinin (MİDA) tabeliyində fəaliyyət göstərən “MİDA” MMC-nin direktorudur.
Ardını oxu...
Ardını oxu...
 

Dünyapress TV

Xəbər lenti