Ardını oxu...
Vasif Talıbovun Dövlət Vergi Xidmətində çalışan qohumu Natiq Əliyev və iş ortağı, Bəylər Əyyubovun qohumu Mahir Xudiyev iş adamına təzyiq göstərirlər

Bakı şəhər sakini Hüseynova Alidə Bəhman qızı tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi deyir ki, qardaşı Namazov Tapdıq Bəhman oğlu 2018-ci il sentyabr ayının 1-də qanunsuz olaraq 10 il müddətinə həbs olunub və artıq 5-ci ildir türmədədir. Onun sözlərinə görə, bir müddət sonra eynilə qardaşı oğlu Namazov Emin Tapdıq oğlu da qondarma ittihamlarla azadlıqdan məhrum olunub və 3 illik məhbəs həyatından sonra, təxminən 1,5 il əvvəl azadlığa çıxıb.

Alidə Hüseynova deyir ki, qardaşının və qardaşı oğlunun qanunsuz həbsində keçmiş Vergilər Nazirliyinin, indiki İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşları Mahir Xudiyev və Natiq Əliyev günahkardırlar. Yeri gəlmişkən, N.Əliyevin hazırda Dövlət Vergi Xidmətinin Nərimanov filialında çalışdığı bildirilir...

Şikayətçi xanımın məlumatına görə, qardaşı oğlu Emin Namazov “OMAKS-3” Mənzil-Tikinti Kooperativinin təsisçisidir. “OMAKS-3” MTK 2008-ci ilin 5 fevral tarixində Vergilər Nazirliyinin Bakı şəhər Vergilər Departamentinin Kommersiya Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsi tərəfindən qeydiyyata alınıb və E.Namazov şirkətin təsisçisi və direktoru təyin edilib. Tapdıq Namazovun isə bu şirkətlə heç bir rəsmi əlaqəsi olmayıb, heç bir maliyyə arayışında adı keçməyib. Onun həbsinə səbəb, sadəcə, Emin Namazovun atası olması olub.

Alidə Hüseynova bildirir ki, Bakı şəhəri İcra Hakimiyyətinin 26.04.2012-ci il tarixli, 170 saylı sərəncamı ilə “OMAKS-3” MTK-ya Yasamal rayonu, A.Salamzadə küçəsi 593-cü məhəllədə 1 girişli, 10 mərtəbəli, 54 mənzildən ibarət yaşayış binası tikməyə icazə verilib. Binaya sərəncam alanda artıq onun üç yerüstü mərtəbəsi inşa edilib və 2012-ci ilin sərəncamı ilə sadəcə torpağın təyinatı dəyişdirilib, yaşayış binası olub.

Qeyd edək ki, Emin Namazovun atası Tapdıq Namazov da sahibkar olub, uzun illər ərzində çoxlu sayda müəssisələr qurub, yüzlərlə Azərbaycan vətəndaşını işlə təmin edib və heç bir zaman kiməsə qarşı haqsızlıq etməyib. Sonradan o, bir sahibkar kimi Vergilər Nazirliyində işləyən, özlərini Prezident İlham Əliyevin və Prezidentin Mühafizə Xidmətinin rəisi Bəylər Eyyubovun yaxın qohumu kimi təqdim edən Əliyev Natiq Əli oğlu və Xudiyev Mahir Bilman oğlunun Emin Namazova məxsus MTK-ya qurduğu oyuna düşüb. Bu oyun isə Natiq Əliyevin qardaşı Raiq Əliyevin əli ilə qurulub.
Ardını oxu...
Tapdıq Namazov

Belə ki, T.Namazovun 2011-ci ildən şərikli iş birliyində olduğu Raiq Əliyevə 80 000 (səksən min) manat borcu yaranıb. Bu məsələni “yoluna qoymaq” üçün qardaşı Natiq Əliyev və onun iş yoldaşı Mahir Xudiyev Tapdıq Namazovla əlaqə yaradıblar. Sahibkar borcunun əvəzinə Yasamal rayonu, A.Salamzadə küçəsi 593-cü məhəllədə oğlu Emin Namazovun tikdiyi binadan mənzil verə biləcəyini deyib. Tərəflər razılaşıb, 26 və 27 saylı mənzillər 102 500 manata Raiq Əliyevin adına sənədləşdirilib. Həmin vaxt M.Xudiyev və N.Əliyev binanın nə səbəbdən yarımçıq qaldığını soruşanda Tapdıq Namazov həm Vergilər Nazirliyindən, həm də Fövqəladə Hallar Nazirliyindən imkan verilmədiyini bildirib. Natiq Əliyevlə Mahir Xudiyev Emin Namazovun tikdiyi 54 mənzilli binanın 26 mənzilini (1.6 milyon manatlıq) onların, qohumlarının, yaxınlarının adına keçirmək şərtilə kömək edəcəklərinə, yəni tikintiyə “krışalıq” edəcəklərinə söz veriblər. Nəticədə onlar binanın hər m2-ni 470 manatdan yazdırmaqla, qohum-əqrabalarının, dost-tanışlarının adına tam ödəniş olduğunu göstərən maliyyə arayışları alıblar. Beləliklə, 2015-ci ildə 26 mənzil bir günün içində Mahir Xudiyev və Natiq Əliyevin qohumları arasında bölüşdürülüb.

Şikayətçi deyir ki, həmin mənzillər ümumilikdə 14 nəfərin adına rəsmiləşdirilib, bunlardan 7 nəfər M.Xudiyevin, digər 7 nəfər də N.Əliyevin qohumu olub. Onun sözlərinə görə, Natiq Əliyev Naxçıvan MR Ali Məclisinin sabiq sədri Vasif Talıbovun qohumu, yəni həyat yoldaşınını dayısı qızı ilə evlidir. Bu səbəbdən də, “Naxçıvan xanı”nın qılıncının dalı da, qabağı da kəsən dönəmdə onun da hər yerdə, bütün rəsmi qurumlarda sözü keçib. Beləliklə, “OMAKS-3” MTK-ya “krışalıq” etməyin qarşılığında Yasamalda tikilən binanın 13 mənzilinə sahiblənib. Digər 13 mənzil də, yuxarıda qeyd etdiyimiz kimi, ortağı M.Xudiyevə çatıb.

A.Hüseynovanın sözlərindən belə anlaşılır ki, Vasif Əliyevin Naxçıvandakı hökmranlığı sona yetsə də, qohumu Natiq Əliyev hələ də müəyyən qurumlarda, hətta Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində söz sahibidir. Məhz bu səbəbdən, müstəntiq Ziyafət Quliyev vasitəsilə hələ də qardaşı oğlu Emin Namazova təzyiq göstərir, ona hədə-qorxu gəlir.

Şikayətçinin sözlərinə görə, T.Namazovun işi üzrə keçirilən Apellyasiya Məhkəməsi zamanı Natiq Əliyev qanunsuz yolla sahib olduğu evlərdən 3-nü (Onlardan biri qardaşının, ikisi isə əmisi oğlunun adınadır) yazılı ərizə ilə geri qaytarıb, yəni həmin mənzillərdən könüllü şəkildə imtina edib. Guya bununla Tapdıq Namazova göməklik etmək, dəymiş zərəri aşağı salmaq niyyətində olub. Buna baxmayaraq, o, indi həmin evləri geri almaq üçün müxtəlif yollarla Emin Namazova təzyiq göstərir. “Məhkəməyə özü ərizə təqdim etsə də, indi Eminə təzyiq göstərir ki, həmin mənzillər geri ver. O da deyir ki, özün məhkəməyə ərizə təqdim etmisən, indi niyə istəyirsən? Üstəlik də, hazırda məhkəmə gedir, hakim nə qərar versə, ona da əməl olunacaq. Lakin Natiq Əliyev evi ala bilmədiyi üçün yenidən Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət etdirib. Özü isə Ziyafət Quliyevə göstəriş verib ki, Emini çağır, təzyiq elə, hədə-qorxu gəl”, - deyə A.Hüseynova bildirir.

Şikayətçi deyir ki, 05 yanvar 2017-ci il tarixində də Mahir Xudiyev və Natiq Əliyev A.Salamzadə küçəsi 593-cü məhəllədə yerləşən hündür mərtəbəli yaşayış binasının tam hazır olmadığını görərək, adlarına maliyyə arayışları yazdırdıqları şəxslərin adından kollektiv surətdə şikayət ərizəsi yazdıraraq Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət ediblər. Nəticədə bu qurumda T.Namazov barəsində cinayət işi açılıb və yekunda iş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Orada isə hakim Samir İmamverdi oğlu Əliyev Tapdıq Namazovun vəkillərinin təqdim etdiyi sübutlara baxmayaraq, 26 avqust 2019-cu il tarixində onu 10 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Bu hökümlə razılaşmayan Tapdıq Namazov 1-ci İnstansiya Məhkəməsinin hökmündən Apellyasiya şikayəti verib. Apellyasiya Məhkəməsi isə həbs müddətini 8 ilə endirib. Hazırda işə Ali Məhkəmədə baxılır. Alidə Hüseynova deyir ki, məhkəmənin ədalətli qərar verəcəyinə və istər qardaşı, istər də qardaşı oğlu barəsində qanunsuz çıxarılan hökmün qüvvədən düşəcəyinə inanır.

Hazırladı: KƏNAN

Redaksiyadan: Mövzu ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

 
Ardını oxu...
 
Nurlana Quliyeva  narkotikə görə həbs olunan qardaşını müdafiə etmək üçün polisləri şantaj etmək istəyir.... 
Vəkillik institutu ( təsisatı) sivil cəmiyyətdə əsas  qurumlardan biridir. Sivil dünyada məhkəmə-hüquq  sistemini  vəkillik institutu olmadan təsəvvür  etmək mümkün deyil. Ancaq etiraf  etməliyik ki, uzun müddət  birgə yaşadığımız  sovet məkanında vəkillik formal  səciyyə daşıyıb. Ona görə də, müstəqillik əldə etmiş  Sovet Sosialist Respublikalarında vəkillik qurumları neçə illər idi ki, “makler”likdən o tərəfə keçə bilmirdi. 
Bunu açıq deməliyik ki, vaxtilə vəkil tərəflər arasında “bazarlıq” üçün vasitə olub. Son illər cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə məhkəmə-hüquq sistemində  islahatlara start verilib. Və bu istər-istəməz vəkillik fəaliyyətinə də təsir edir. 
Azərbaycan Respublikası Vəkillər Kollegiyası da son illərdə ölkədə aparılan məhkəmə-hüquq sistemindəki  islahatların nəticəsi olaraq  cəmiyyətdə tədricən ciddi qəbul olunmağa başlayıb. Obyektivlik naminə qeyd edək ki, Vəkillər Kollegiyasının sədri hörmətli Anar Bağırovun bu istiqamətdə  fəaliyyəti də danılmazdır. Ancaq nə edək ki, rəhmətlik Mirzə Cəlil demişkən, hələ də, “Bəlkə də qaytyardılar...”  xülyası ilə yaşayan vəkillərimiz də az  deyil. Belə vəkillərdən biri də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nurlana Quliyevadır. Məlumat üçün onu da qeyd edək ki, Nurlana Quliyeva həm də özünü ictimai-siyasi  xadim kimi də cəmiyyətə sırıyıb. Belə ki, Nurlana Quliyeva vəkillik fəaliyyətindən əlavə həm də 2020-ci ildə  15 saylı Yasamal birinci seçki dairəsindən deputatlığa namizəd olub. 
Bir az pafoslu səslənsə də qeyd etməliyik ki, vəkilin əsas missiyası ƏDALƏT-in tərəfində durmaq, ƏDALƏT-lə dost olmaq, HAQQ-la, HÜQUQ-la birgə “yatıb-durmaq”dır. Vəkil Nurlana Quliyeva isə ƏDALƏTİ, HAQQ və HÜQUQU, ümumiyyətlə, yaxına buraxmır. Nurlana Quliyeva nəinki məhkəmə prosesində, hətta istintaq zamanı özünü çox aqressiv aparır, qarşı tərəfi şantaj etməkdən, qarşı tərəfə hədə-qorxu gəlməkdən, özünün müdafiə etdiyi tərəfin əvəzindən suallara belə cavab verməkdən çəkinmir. 
Hətta Nurlana xanım yüksək qonorar müqabilində müdafiə etdiyi dələduzların törətdikləri cinayətləri görməzdən gəlib və qadınlığından istifadə edərək, vəkillik qaydalarını pozaraq qarşı tərəfi üzləşdirmə zamanı hər hansı bir cinayəti törətməyə vadar edir. Bu vəkil sanki özünü müstəntiq, prokuror və hakim kimi aparır. Hətta hansı zalda olmasından asılı olmayaraq burda qanun mənəm deyir. Nurlana Quliyeva özünü məhkəmə prosesində  sosial şəbəkədəki ( fb ) kimi aparır. Yəni bu adam vəkillik missiyasını anlaya bilmir. Hələ  bunlar nədir ki.... 
Son günlər redaksiyamıza daxil olan məlumata görə, vəkil Nurlana Quliyevanın qardaşı polis əməkdaşları tərəfindən Yasamal rayonunda narkotiklə bağlı həbs olunub. Əlbəttə, yaxın, doğma şəxslərin bir-birini istənilən situasiyada müdafiə etmək istəyi başa düşüləndir. Bu mənada  biz Nurlana xanımı başa düşürük. Amma, bu  ümumi dəyərlərə, qanunlara zidd olmamalıdır. Belə ki, daxil olan məlumata görə, adi vəkil olan Nurlana Quliyeva vəkil həmkarlarına deyir ki, gedin yazın ki, polislər qardaşımın cibinə  nəşə  qoyaraq həsb ediblər. 
Bax, bir daha deyirik ki, biz bacının öz qardaşını müdafiə etməsini insan kimi anlayırıq. Amma  bu müdafiə dövlətin polis orqanlarında çalışanları şantaj etməsi hesabına olmamalıdır. 
Axı, birincisi, o polis də kiminsə qardaşı, kiminsə əri, kiminsə oğlu və atasıdır. 
İkincisi, sənin şantaj etmək istədiyin polislər sənin qardaşından fərqli olaraq Azərbaycan cəmiyyətinin asayişini qoruyur, ay vəkilə-xanım Nurlana... 
Biz polisi deyil ee, cəmiyyətimizi və dövlətimizi müdafiə edirik. Biz bir media olaraq bu məsələdə Vəkillər Kollegiyasının sədri hörmətli Anar Bağırovun fikrini bilmək istəyərdik. 
Ümid edirik ki, yazdıqlarımız Vəkillər Kollegiyasının sədri hörmətli Anar Bağırov tərəfindən xoş məram kimi qəbul ediləcək və ciddi tədbirlər görüləcək.
Ardını oxu...
Bakıda insanları aldadaraq pul alıb güzəştli şərtlə onlara ipoteka kreditilə ev veriləcəyini vəd edən şirkətlə bağlı polisə şikayət daxil olub. Şikayətçilərin sayı 30-dan çoxdur. Vətəndaşlara dələduzluq yolu ilə atılan pulun məbləği isə 250 min manatdan çoxdur.
Söhbət Xətai rayonu ərazisindəki Ağ Şəhər Mərkəzi, Bulvar küçəsində fəaliyyət göstərən “Evimiz İpoteka” MMC şirkətindən gedir. “Evimiz İpoteka” MMC şirkətinin təsisçisi Əmrahov Vüqar Rasim oğludur. Ancaq ev almaq istəyən vətəndaşlarla müqaviləni Əmrahov Ramin Rasim oğlu bağlayıb. Onun köməkçisi, sənədləri qəbul edən şəxs isə Günel Əmirova olub. Sosial şəbəkədə yayılan videodan da göründüyü kimi vətəndaşların polisə şikayətindən sonra Ramin Əmrahov və onun dəstəsi ofisi tərk edərək qaçıblar.
Videoda şikayətçi Günel Vəliyeva deyir ki, Ramin Əmrahov mənə dedi ki, sənə 4 faizlə güzəştli ipoteka krediti düşür və məndən 15 min manat pul istədi.
Şikayətçi sonra deyir ki, mən pulu Ramin Əmrahova verdim və müqavilə imzaladıq. Alqı-satqıya 2-3 gün qalmış Ramin telefona cavab vermədi, onda bildim ki, bu adam dələduz imiş...
Başqa bir şikayətçi Cəlal Şükürovun sözlərinə görə, sözügedən şirkətin rəhbərliyi fırıldaqlıqla məşğuldur.
Cəlal Şükürovun şikayətini olduğu kimi təqdim edirik: “Nişanlıyam, 24 yaşım var. Mənzilə ehtiyacımız olduğu üçün valideynlərimlə birgə “Evimiz İpoteka” MMC şirkətinə üz tutduq. Mənzili anamın adına ipoteka ilə almaq istəyirdik. Çünki müəllimlərə 4 faizlik güzəşt tətbiq olunduğu bildirildi. Anam müəllimədir. Mən öz adıma 8 faizlə ala bilərdim. Fevral ayının 2-də şirkətin direktoru Əmrahov Ramin Rasim oğlu ilə müqavilə bağladıq. 7 min manat ödəniş etdik. Şirkətin təsisçisi Əmrahov Vüqar Rasim oğludur. Ancaq bütün müqavilələri Ramin adlı şəxs bağlayır.
Qısası, fevralın 18-dən bu günə qədər həmin şəxs zənglərimizə baxmır. Müqavilə bağladığımız yerə də dəfələrlə baxdıq, ancaq heç kimi tapa bilmədik. Valideynlərinin qapısına gedəndə onlar “bizim belə bir övladımız yoxdur” dedilər. Yəni övladları ilə əlaqəni kəsiblər, həmin şəxs valideynlərinin yanında görəsən o dərəcə hörmətini itiribmi? Sonradan bizə məlum oldu ki, bu şirkət ümumi 30 şikayətçidən təxminən 250 min manata yaxın vəsait mənimsəyib. Bütün aidiyyəti qurumlara müraciət etmişik, cavab gözləyirik”.
Başqa bir şikayətçi Cahid İsmayılov isə deyir ki, güzəştli ipoteka krediti ilə mənzil almaq üçün Ağ Şəhərdəki “Evimiz İpoteka” MMC şirkətindən gedib. Və orada Əmrahov Ramin Rasim oğlu ilə söhbət eləyib, 6 min manat verərək, müqavilə bağlayıb. Sonradan Ramin telefonlara cavab verməyib. Başqa bir şikayətçinin əmisi oğlu Şükürov İlqar bildirir ki, yaxın qohumlarının üçü Samid, Niyaməddin, Arif bunlar da 22 min manat pulu “Evimiz İpoteka” MMC şirkətinin rəhbərinə veriblər. Amma bu günə qədər nə evdən, nə də ki puldan heç bir xəbər yoxdur.
Sözün qısası, 30-dan artıq vətəndaşımız dələduz dəstənin qurbanına çevrilib. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, bu işlə əlaqədar araşdırma aparılır və ictimaiyyətə əlavə məlumat veriləcəkdir. Biz isə öz növbəmizdə, məsələnin cəmiyyət üçün aktuallığını nəzərə alaraq gündəmdə saxlayacağıq. Bizi izləyin.
 //gundelik-baku.com//
 
Ardını oxu...
Səhliyalı MMC-nin “1000 Bərəkət Halal Nemət” markası ilə istehsal etdiyi kolbasa və sosiskaların tərkibi saxtalaşdırılır.

Sarkazm.az xəbər verir ki, bu barədə sosial şəbəkədə video yayılıb.

Sözügedən videoda adı çəkilməyən və Səhliyalı MMC-nin istehsal etdiyi kolbasa və sosiskaların tərkibinə insan orqanizminə zərərli qatqılar əlavə edildiyi bildirilir.

“Səhliyalı MMC kolbasa və sosiska istehsalında Avstriyadan gətirdiyi müasir avadanlıqları və xaricdə təcrübə keçən mütəxəsissləri reklam etməklə insanları aldadır. Həmin istehsal şirkəti “1000 Bərəkət Halal Nemət” markası altında istehsal etdiyi kolbasa və sosiskaları ölmüş və iylənmiş heyvan ətindən hazırlayır. Bu proses Xırdalan şəhərində baş verir. Belə ki, Xırdalan şəhərində taxta sexinin ərazisi hasara alınaraq ölmüş heyvanlar, at, eşşək cəmdəkləri yığılırdı. Bu qanunsuzluğa yüksək cinli bir polis zabiti himayədarlıq edirdi. Həmin vaxt Səhliya MMC-nin Xırdalan şəhərində iki istehsal sexi var idi.” – deyə videoda bildirilir.

Həmin videoda həmçinin bildirilir ki, Səhliyalı MMC xarici ölkələrdən üfünət iyi verən heyvan əti alır.

“Səhliyalı MMC ərəb ölkələrindən üfünət iyi verən və iylənmiş ət alır. Ətdən üfünət iyini yox etmək üçün onun tərkbinə müxtəlif ədvalar və digər zərərli maddələr vurur. Bununla da, üfünət iyini aradan qaldırır. Səhliyalı MMC öz rəsmi saytında ət məhsullarının hardan aldığını göstərmir. Səhliyalı MMC-nin Qafqaz Müsəlmanlar İdarəsindən aldığı halallıq sertifikatı da saxtadır” – deyə videoda qeyd edilir.

Məsələ ilə bağlı Səhliyalı MMC-nin mətbuat xidmətinin rəhbəri İlkin Mustafayev ilə əlaqə saxladıq. Yayılan video ilə bağlı heç bir fikir bildirmədi. Səsləndirilən ittihamları nə təsdiq, nə də təzkib etdi. Buna rəğmən Səhliyalı MMC-nin söz haqqını tanıyaraq yayılan video ilə bağlı mövqeyini dərc etməyə hazırıq.

Həmin videonu təqdim edirik:

 
Ardını oxu...
Səhliyalı MMC-nin “1000 Bərəkət Halal Nemət” markası ilə istehsal etdiyi kolbasa və sosiskaların tərkibi saxtalaşdırılır.

Teref.az yazdığına görə, Sarkazm.az xəbər verir ki, bu barədə sosial şəbəkədə video yayılıb.

Sözügedən videoda adı çəkilməyən və Səhliyalı MMC-nin istehsal etdiyi kolbasa və sosiskaların tərkibinə insan orqanizminə zərərli qatqılar əlavə edildiyi bildirilir.

“Səhliyalı MMC kolbasa və sosiska istehsalında Avstriyadan gətirdiyi müasir avadanlıqları və xaricdə təcrübə keçən mütəxəsissləri reklam etməklə insanları aldadır. Həmin istehsal şirkəti “1000 Bərəkət Halal Nemət” markası altında istehsal etdiyi kolbasa və sosiskaları ölmüş və iylənmiş heyvan ətindən hazırlayır. Bu proses Xırdalan şəhərində baş verir. Belə ki, Xırdalan şəhərində taxta sexinin ərazisi hasara alınaraq ölmüş heyvanlar, at, eşşək cəmdəkləri yığılırdı. Bu qanunsuzluğa yüksək cinli bir polis zabiti himayədarlıq edirdi. Həmin vaxt Səhliya MMC-nin Xırdalan şəhərində iki istehsal sexi var idi.” – deyə videoda bildirilir.

Həmin videoda həmçinin bildirilir ki, Səhliyalı MMC xarici ölkələrdən üfünət iyi verən heyvan əti alır.

“Səhliyalı MMC ərəb ölkələrindən üfünət iyi verən və iylənmiş ət alır. Ətdən üfünət iyini yox etmək üçün onun tərkbinə müxtəlif ədvalar və digər zərərli maddələr vurur. Bununla da, üfünət iyini aradan qaldırır. Səhliyalı MMC öz rəsmi saytında ət məhsullarının hardan aldığını göstərmir. Səhliyalı MMC-nin Qafqaz Müsəlmanlar İdarəsindən aldığı halallıq sertifikatı da saxtadır” – deyə videoda qeyd edilir.

Məsələ ilə bağlı Səhliyalı MMC-nin mətbuat xidmətinin rəhbəri İlkin Mustafayev ilə əlaqə saxladıq. Yayılan video ilə bağlı heç bir fikir bildirmədi. Səsləndirilən ittihamları nə təsdiq, nə də təzkib etdi. Buna rəğmən Səhliyalı MMC-nin söz haqqını tanıyaraq yayılan video ilə bağlı mövqeyini dərc etməyə hazırıq.

Həmin videonu təqdim edirik:

 
Ardını oxu...
Quba rayonunun ikinci Nüqədi kəndinin yaxınlığında yerləşən Macara İstirahət Mərkəzi demək olar ki, kənd sakinlərinin gününü göyə sovurub.
Belə ki, şəkildə göstərilən yol kənd sakinlərinin üzünə bağladıqları azlıq edirmiş deyə kanalizasiyasının axıntılarını kəndiçilərin həyətyani ərazilərini suvardıqları suya buraxırlar.
Əlavə olaraq onun da şahidi olduq ki, illərdir Qubalıların istirahət etdikləri və istifadə etdiyi Çənlibel Gölünü də sakinlərin əlindən alaraq onlar üçün pullu xidmət yaradaraq rayon sakinlərinin narazılıqlarına səbəb olublar.
SOCAR da kiməsə məxsus olduğu bildirilən Macara İstirahət Mərkəzi Qubalıların kütləvi narazılıqlarına səbəb olacaq addımlarını atmaqda davam edir. Bunun üçün də lazımı qurumların hərəkətə keçməsini Qubalılar səbirsizliklə gözləyirlər.
Nəsimi Quliyev
Teref.az
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
 

Abutalıbovun “qara mühasib”ində cəmlənən milyardlar dövlətə qaytarılmalıdır... 
Haqqında bəhs edəcəyimiz Hacıbala Abutalıbov 1995-2000-ci illərdə  Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı işləyib. 2001-ci ilin yanvar ayından 2018-ci ilədək Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. 21 aprel 2018-ci ildə Azərbaycan Respublikası Baş nazirinin müavini təyin edilib və hazırda təqaüdçüdür. 
Birinci onu qeyd edək ki, adi fizika alimi olan və şəhər təsərrüfatından, tikintidən, inşaatdan  başı çıxmayan Hacıbala Abutalıbov Bakı şəhərinin tarixinə elə bir zərbə vurub ki, bunu heç vaxt aradan qaldırmaq mümkün olmayacaq. Bunu qoyaq  bir kənara. 
Təsəvvür edirsiniz, 18 il paytaxt Bakının rəhbəri olan Hacıbala Abutalıbov dövlətdən milyardları götürüb. Və bu gün sakit həyatını yaşayır... 
Təsəvvür edirsiniz, 2018-ci ildə işdən çıxacağını bilən Hacıbala Abutalıbov 12 sahibkarı aldadaraq onlardan 100 MİLYON MANAT pul alıb və  sonra vəzifəsi ilə vidalaşıb. Həmin aldanmış sahibkarlar neçə ildir ki, Hacıbala Abutalıbovu  TUTMAĞA çalışırlar. 
Bütün bu işlərin mərkəzində bir fiqur var, hal-hazırda milyardlarla dəyəri olan varidata malik olaraq, indiki halda öz kefinə baxan, Bakı Şəhər İcra Hakimiyyətinin “Qlavbuxu”, yəni “Baş mühasibi”... Özü də “Qara mühasibi...” Xahiş edirik, səhv salmayın, söhbət Bakı ŞİH-nin maliyyə İdarəsindən getmir... Söhbət şəhər meriyasının “qara  mühasibat”lığından gedir. İstər-istəməz ortaya sual çıxır ki, 18 ildə Bakının meri olan Hacıbala Abutalıbovun “qara mühasibi”, “qara kassiri” kim olub ki, həmin şəxsin əlində olan varidat hesabına Qarabağı bütöv tikib qurtarmaq olar..?
Əgər dövlət qurumları həqiqətən  bu məsələni ciddi və obyektiv araşdırmaq istəsə, biz  Hacıbala Abutalıbovun “qara kassiri”  barədə bildiklərimizi  dövlətçiliyimiz naminə bölüşə bilərik. Ki, dövlətdən oğurlanan və hazırda  “POÇT PULU”  deyilən şərti HESABDA olan milyardlar dövlətimizə qaytarılsın. Tez-tez  deyirmişlər ki, “poçta”  3, sonra 5, daha sonra 10.... “Poçta” daxil olan pulları müəyyən etmək lazımdır... Amma bu pulların hamısı həmin "qara kassa"nın özündə cəmləşib.
Biz hələ Hacıbala Abutalıbovun yüz milyonluq mülkləri barədə danışmaq istəmirik. 
Buyurun bu əmlakın bir qisminə nəzər salın: Nərimanov rayonundakı Yaşıl bazar və Keşlə bazarı. Füzuli  küçəsi 39 ünvandakı “sürüşən bina”nın birinci mərtəbəsi. Qış parkındakı Zanbaq, İnnab və Palıd kafe-restoranları. Bakıxanov küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsindəki Sütiş restoranı. Nəsimi rayonu 647 –ci məhəllədə yaxını Səmayə Abdullayevanın adına sənədləşdirilmiş 103 kvadratmetrlik sahə. Nərimanov rayonunda, Yusif Vəzir Çəmənzəminli küçəsində Səmayə  Abdullayevanın adına sənədləşdirilmiş 113 kvadratmetrlik sahə. Yasamal rayonu, “Ovçular evi” yerində salınan parkdakı “Özsüd” restoranı. Nizami rayonundakı Mehdi Abbasov küçəsində “Bakelektrikşəbəkə”nin anbarları və qarajını da özəlləşdirilib və hazırda icarə əsasında obyekt işləyir. Bakı Avtovağzal Kompleksinin qarşısında 3 mərtəbəli restoran. Rəşid Behbudov küçəsində, XDU-nin yanında 7 mərtəbəli Biznes mərkəzi. Hüseyn Cavid bağındakı çay evi. Nərimanov rayonunda Bakı şəhər Ticarət Departamentinin yerləşdiyi inzibati bina. Binəqədi rayonunda Heydər məscidinin yanındakı çoxmərtəbəli Mərasim evi. Balaxanı qəsəbəsində bir zavod. Yasamal rayonunun Qurban Xəlilov küçəsində, Vergilər Xidmətinin arxasındakı parkda bir neçə kafe. Və oğlu İsrafilin Londonda, Türkiyədəki 100 milyonluq mülkləri... 
Bəli, əlahəzrət məntiq deyir ki, Hacıbala Abutalıbovun bütün gizlinləri ortaya çıxmalıdır. Bu Hacıbala Abutalıbovun haqqında bildiklərimizin cüzi bir hissəsi. 
Gəlin görək, Hacıbala Abutalıbovun "qara mühasibi" olan təhsilsiz qohumunu vəzifəyə yerləşdirən bu şəxs kimdir? Bu şəxs kimdir ki, 800 manata yaxın məvaciblə Bakı şəhərinin ən görkəmli yerlərində böyük məbləğdə hesablanan mülklərə malikdir? Azərbaycanın əksər rayonlarında villalara, böyük torpaq sahələrinə sahiblənib. Külli miqdarda nəğd pula malikdir. Onlarla adamın həbsinə nail ola bilib. Əli Rüstəmovun adından necə istifadə edir? 
P.S. Bu və ya digər faktların daha dərindən araşdırılaraq, cəmiyyətə çatdırılması vətəndaşlıq borcumuzdur.
Ardını oxu...
AMEA Mətbuat və informasiya şöbəsi məlumat yayıb: "AMEA-dakı maliyyə pozuntuları 2011-2012-ci illəri əhatə edir ... Belə ki, 15.07.2011-ci il tarixli tender müqaviləsi üzrə 3 531 523 manat, 30.11.2012-ci il tarixli tender müqaviləsi üzrə isə 3 407 545 manat ödənişlər edilsə də, bu tender müqavilələrinin icrası tamamlanmamışdır."
AMEA rəhbərliyinə sualım: madam ki, araşdırma 2011-2012-ci illəri əhatə edir, onda 29 may 2012-ci ildə ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə Dilçilik İnstitutunun maddi-texniki bazasının möhkəmləndirilməsi və dilçiliyin inkişafı məqsədilə ayırdığı 2 000 000 (iki milyon) manatın taleyinə aydınlıq gətiriləcəkmi? Mən hələ sonrakı illərdə ayrılan və yoxa çıxan külli miqdarda qrantları demirəm.
08.04.2021

İdris Abbasov
AMEA Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, professor
DİA.AZ

Dünyapress TV

Xəbər lenti