Nurlana Quliyeva  narkotikə görə həbs olunan qardaşını müdafiə etmək üçün polisləri şantaj etmək istəyir.... 
Vəkillik institutu ( təsisatı) sivil cəmiyyətdə əsas  qurumlardan biridir. Sivil dünyada məhkəmə-hüquq  sistemini  vəkillik institutu olmadan təsəvvür  etmək mümkün deyil. Ancaq etiraf  etməliyik ki, uzun müddət  birgə yaşadığımız  sovet məkanında vəkillik formal  səciyyə daşıyıb. Ona görə də, müstəqillik əldə etmiş  Sovet Sosialist Respublikalarında vəkillik qurumları neçə illər idi ki, “makler”likdən o tərəfə keçə bilmirdi. 
Bunu açıq deməliyik ki, vaxtilə vəkil tərəflər arasında “bazarlıq” üçün vasitə olub. Son illər cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə məhkəmə-hüquq sistemində  islahatlara start verilib. Və bu istər-istəməz vəkillik fəaliyyətinə də təsir edir. 
Azərbaycan Respublikası Vəkillər Kollegiyası da son illərdə ölkədə aparılan məhkəmə-hüquq sistemindəki  islahatların nəticəsi olaraq  cəmiyyətdə tədricən ciddi qəbul olunmağa başlayıb. Obyektivlik naminə qeyd edək ki, Vəkillər Kollegiyasının sədri hörmətli Anar Bağırovun bu istiqamətdə  fəaliyyəti də danılmazdır. Ancaq nə edək ki, rəhmətlik Mirzə Cəlil demişkən, hələ də, “Bəlkə də qaytyardılar...”  xülyası ilə yaşayan vəkillərimiz də az  deyil. Belə vəkillərdən biri də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nurlana Quliyevadır. Məlumat üçün onu da qeyd edək ki, Nurlana Quliyeva həm də özünü ictimai-siyasi  xadim kimi də cəmiyyətə sırıyıb. Belə ki, Nurlana Quliyeva vəkillik fəaliyyətindən əlavə həm də 2020-ci ildə  15 saylı Yasamal birinci seçki dairəsindən deputatlığa namizəd olub. 
Bir az pafoslu səslənsə də qeyd etməliyik ki, vəkilin əsas missiyası ƏDALƏT-in tərəfində durmaq, ƏDALƏT-lə dost olmaq, HAQQ-la, HÜQUQ-la birgə “yatıb-durmaq”dır. Vəkil Nurlana Quliyeva isə ƏDALƏTİ, HAQQ və HÜQUQU, ümumiyyətlə, yaxına buraxmır. Nurlana Quliyeva nəinki məhkəmə prosesində, hətta istintaq zamanı özünü çox aqressiv aparır, qarşı tərəfi şantaj etməkdən, qarşı tərəfə hədə-qorxu gəlməkdən, özünün müdafiə etdiyi tərəfin əvəzindən suallara belə cavab verməkdən çəkinmir. 
Hətta Nurlana xanım yüksək qonorar müqabilində müdafiə etdiyi dələduzların törətdikləri cinayətləri görməzdən gəlib və qadınlığından istifadə edərək, vəkillik qaydalarını pozaraq qarşı tərəfi üzləşdirmə zamanı hər hansı bir cinayəti törətməyə vadar edir. Bu vəkil sanki özünü müstəntiq, prokuror və hakim kimi aparır. Hətta hansı zalda olmasından asılı olmayaraq burda qanun mənəm deyir. Nurlana Quliyeva özünü məhkəmə prosesində  sosial şəbəkədəki ( fb ) kimi aparır. Yəni bu adam vəkillik missiyasını anlaya bilmir. Hələ  bunlar nədir ki.... 
Son günlər redaksiyamıza daxil olan məlumata görə, vəkil Nurlana Quliyevanın qardaşı polis əməkdaşları tərəfindən Yasamal rayonunda narkotiklə bağlı həbs olunub. Əlbəttə, yaxın, doğma şəxslərin bir-birini istənilən situasiyada müdafiə etmək istəyi başa düşüləndir. Bu mənada  biz Nurlana xanımı başa düşürük. Amma, bu  ümumi dəyərlərə, qanunlara zidd olmamalıdır. Belə ki, daxil olan məlumata görə, adi vəkil olan Nurlana Quliyeva vəkil həmkarlarına deyir ki, gedin yazın ki, polislər qardaşımın cibinə  nəşə  qoyaraq həsb ediblər. 
Bax, bir daha deyirik ki, biz bacının öz qardaşını müdafiə etməsini insan kimi anlayırıq. Amma  bu müdafiə dövlətin polis orqanlarında çalışanları şantaj etməsi hesabına olmamalıdır. 
Axı, birincisi, o polis də kiminsə qardaşı, kiminsə əri, kiminsə oğlu və atasıdır. 
İkincisi, sənin şantaj etmək istədiyin polislər sənin qardaşından fərqli olaraq Azərbaycan cəmiyyətinin asayişini qoruyur, ay vəkilə-xanım Nurlana... 
Biz polisi deyil ee, cəmiyyətimizi və dövlətimizi müdafiə edirik. Biz bir media olaraq bu məsələdə Vəkillər Kollegiyasının sədri hörmətli Anar Bağırovun fikrini bilmək istəyərdik. 
Ümid edirik ki, yazdıqlarımız Vəkillər Kollegiyasının sədri hörmətli Anar Bağırov tərəfindən xoş məram kimi qəbul ediləcək və ciddi tədbirlər görüləcək.