Ardını oxu...
Göyçay Rayon Suvarma Sistemləri İdarəsinin ekskavator sürücüləri işdən çıxarılıb.

Sürücülərdən biri, Fəqan Şirinov Meydan TV-yə bildirib ki, onu Əmək Məcəlləsinin 70-ci maddəsinin C bəndi ilə işdən çıxarıblar. Çünki öz ərizəsi ilə işdən çıxarılma tələbi ilə razılaşmayıb. Şikayətçinin sözlərinə görə, uzun müddətdir həmin idarədə sürücü kimi işləyirlər. İşdən çıxarılan digər 2 nəfər kimi o da indiyədək nöqsana yol verməyib.

“İdarənin əvvəlki müdiri Şakir Əhmədov təqaüdə göndərildi. Onun yerinə Orxan Mahmudov təyin edildi. Mahmudova qədər ekskavatorların yağı və filterləri idarənin hesabına dəyişdirilirdi. Biz yeni müdirə yağ və filterlərin təcili dəyişdirilməsini, əks halda 300 min manat qiyməti olan texnikaların sıradan çıxacağını bildirdik. O isə bizi məcbur etdi ki, yağı və filteri öz vəsaitimiz hesabına dəyişək”,- şikayətçi deyib.

F.Şirinovun sözlərinə görə, 6 sürücü Meliorasiya və Su Təsərrüfatı ASC-yə müraciət edib. Onlara problemlərinin tez bir zamanda həll olunacağı vəd edilib:

“Səhəri gün Orxan Mahmudovun göstərişi ilə idarədə iclas keçirildi və bizə öz ərizəmizlə işdən çıxmağımız təklif olundu. Heç birimizin əlavə qazanc yeri yoxdur, öhdəmizdə azyaşlı övladlarımız var. Amma baş idarəyə problemləri həll edəcəyini vəd edən Mahmudov əvəzində bizi işdən çıxardı”.

Şikayətçilər bildiriblər ki, Mahmudov 3 aydır müdir təyin edilib, artıq bir neçə qohum-əqrəbasını işə götürüb. Filter və yağın verilməməsinə etiraz edən işçiləri isə işə gəlməməkdə günahlandırıb.

Sürücülər bildiriblər ki, ötən ayın 7-dən 15-nə kimi işə çıxıblar. Texnikaların nasazlığı səbəbindən işləmədikləri günlərin pulu əməkhaqqına hesablanmayıb:

“Yeni müdir deyir ki, günəmuzd çalışırsız, işləmədiyiniz günün pulu hesablanmır. Halbuki indiyə kimi normal maaş almışıq, əmək müqaviləmiz də vaxtlı-vaxtında uzadılıb. Şikayətdən sonra həmkarlar qurumunun iclazı oldu, bizə dedi ki, səsinizi çıxarmayın, problemlər həll olunacaq. İclasda bir neçə nəfərə töhmət verdi, iclasdan sonra 3 nəfəri işdən çıxardı”.

İşçilər ASC-nin sədri Zaur Mikayılovdan baş verənləri nəzarətə götürmələrini və tədbir görmələrini istəyiblər.

Göyçay Rayon Suvarma Sistemləri İdarəsindən Meydan TV-yə bildiriblər ki, müdir hazırda yerində deyil və sualları yalnız o cavablandıra bilər. Bununla belə, Mahmudovun heç kimlə intriqa aparmadığını, sürücüləri isə keçmiş rəhbərlik tərəfindən öyrədildiyini, qanunsuz işə çıxmadıqlarını bildiriblər.

Meliorasiya və Su Təsərrüfatı ASC-dən məsələni araşdıracaqlarını deyiblər.

Ardını oxu...
2019-cu ildən Sumqayıt Səhiyyə şöbəsinin müdiri, hazırda Sumqayıt Tibb Mərkəzinin ( Publik Hüquqi Şəxs) direktoru olan Səkinə Sadıqova barəsində ölkə mediasında o qədər yazılıb ki, ona görə də uzun-uzadı yazıb oxucunu yormaq istəmirik. Ancaq xatırlatma üçün qeyd edək ki, “özünü vergili” hesab edən, hətta ruhi dispanserdə bir müddət “dincələn” Səkinə Sadıqova 300 mindən artıq əhalisi olan Sumqayıt şəhərinin səhiyyəsini iflic vəziyyətinə qoyub. Bu qadının özbaşınalığı, az qala manyak səviyyəsində rüşvətxorluğu barəsində bütün Sumqayıt sakinləri danışır.
Təsəvvür edirsiniz, Səkinə Sadıqova onun qanunsuz tapşırıqlarını eşitməyən baş həkimlərin şöbəsini ləğv edir, şəhərdəki istədiyi xəstəxananı başqa xəstəxana ilə birləşdirir, hansısa baş həkimi təqaüdə göndərir və s. Yəni Sumqayıt şəhər səhiyyəsində bir “bespredel” hökm sürür. Bu hələ harasıdır..?
Səkinə Sadıqova o boyda şəhər səhiyyəsini özəl obyekti kimi işlədir, bütün sahələrə “tarif” qoyub. Məsələn,
1. Təcili yardımda sürücü işə düzəlmək - 10000 AZN
2. Tibb bacısı işə düzəlmək - 3000-5000 AZN
3. Həkim işə düzəlmək - 5000 AZN
4. Tibb müəssisələrindən köcürmə - 3000 AZN
Bir sözlə, Səkinə Sadıqova Sumqayıt səhiyyəsində əməlli-başlı bazar açıb. Bütün bunlar azmış kimi, Səkinə Sadıqova tabeçiliyində olan Şəhər Təcili Yardım Stansiaysına ayrılan benzini, sürtkü yağlarını, avtomobil ehtiyyat hissələrini satır və deyir ki, qoy sürücülər ehtiyyat hissələrini və benzini öz ciblərindən alsınlar. Məhz buna görə də, aparılan yoxlamalar nəticəsində əldə olunan faktlar onu göstərir ki, Səkinə Sadıqova rəhbərlik etdiyi bütün müəssisələrdə böyük saxtakarlıqlara yol verib. Təkcə bir faktı qeyd edə bilərik ki, bir neçə gün öncə, prokurorluğun Səkinə Sadıqovanın tabeçiliyində olan, Sumqayıt Səhiyyəsinin Təcili Yardım qarajında aparılan yoxlama zamanı yol verilən yeyintilərə görə, 300 000 manat çatışmamazlıq aşkarlanıb. Bu fakta görə, həmin qarajın rəhbərliyinin həbs olunacağı bildirilir. Qaraj müdirinin qohumları bildirir ki, əgər qarajın müdiri həbs olunsa, Səkinə Sadıqova bizə cavab verməli olacaq. Bizə də araşdırmalarımız nəticəsində bəlli oldu ki, qarajda baş vermiş korrupsiya hallarına görə, cavabdeh Səkinə Sadıqovadır. O Səkinə Sadıqova ki, öz rəhbərlik etdiyi təşkilatda bacısı, bacısı qızı, qohum-əqrəbası, yəni ailə təsərrüfatı yaradıb. Bu korrupsiya halı deyilmi?
Səkinə Sadıqovanın keçirdiyi saxta tenderlərdən qazandıqları, dövlət tərəfindən xəstəxanalara ayrılan dərman preparatlarını öz malı kimi apteklərdə satdırması barədə kifayət qədər yazılıb. Sonra da deyir ki, dövlət xəstələrə dərman vermir.
Sözün qısası, bu yolla Səkinə Sadıqova son bir neçə ildə oliqarxa-milyonçuya çevrilib, bahalı maşınlar, bahalı mənzillər sahibi olub. Səkinə Sadıqovanın savadsız bacısını, qızını səhiyyə sistemində həkim kimi çalışdırması və daha nələri təkrar yazmağa ehtiyac görmürük.
Yeri gəlmişkən, Səkinə Sadıqovanın özünə təmtəraqlı ad günü keçirməsi, belindəki antikvar kəmərin qiymətinin 713 min dollar olması, şəkillər çəkib paylaşması, özünü cavanlaşdırması və s barədə çox yazılıb. Bu adamdan bir dəfə soruşan yoxdur ki, sən yüksəkçinli dövlət məmurusan, yoxsa, modelyer..? Dəyəri 713 min dollar olan kəməri sən hansı pulla almısan..? Əlbəttə, aldığı rüşvətlər və etdiyi korrupsiya əməlləri hesabına.
Biz hələ Səkinə Sadıqovanın dövlət tərəfindən Sumqayıt Səhiyyəsinə verilən 100 kompüterin içini-platasını sökərək qiymətli əlvan metal kimi satmasından bəhs etmirik... Bütün bunları qoyaq bir kənara və gələk əsas mətləb üstünə. Belə ki, bir müddət əvvəl mediada Maliyyə Nazirliyi və Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Sumqayıt şəhər səhiyyəsində yoxlama apardığı və orada 6 milyon 427 min manat yeyinti olduğu barədə rəsmi məlumat yayılmışdı.
Daha dəqiq desək, faktla bağlı Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin üç maddəsi ilə Səkinə Sadıqova barəsində cinayət işi qaldırılıb. Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Amma təəssüf ki, bu günədək Səkinə Sadaıqova barəsində konkret tədbir görülməyib. Belə ki, vəzifəli şəxs barəsində cinayət işi açılıbsa, o vəzifəsindən uzaqlaşdırılmalıdır kİ, yeni cinayətlərə yol verməsin. Məsələn, hazırda Səkinə Sadıqova tabeçiliyində olan 7 Sağlamlıq Mərkəzinin, 18 tibb müəssisəsinin, Təcili Yardım Stansiyasının rəhbərlərindən pul yığır ki, dəymiş ziyanı ödəsin. Bu özü böyük cinayət əməlidir.
Sözün qısası, Səkinə Sadıqovanın həmişə dediyi kimi TƏBİB-in rəhbərliyi, o cümlədən İcbari Tibbi Sığorta Dövlət Agentliyinin şöbə müdiri Rəşad Çobanov və departament rəhbəri Araz Nəsirov Səkinənin dalında möhkəm durublar. Hətta Səkinə Sadıqova son vaxtlar deyir ki, mən iqtidarda olan YAP-ın Sumqayıt təşkilatının sədr müaviniyəm, mənə heç kim heç nə edə bilməz... Səkinəyə deyən lazımdır ki, deyəsən mollanın duasına inanan qadın kimi sən də araxanı hara gəldi dirəyirsən... Məgər YAP-ın üzvü olmaq kimlərisə cinayətdən sığortalayır..? Yazı çapa hazırlanarkən Sumqayıt Tibb Mərkəzində baş verən yeyintilərin və korrupsiya hallarının Hesablama Palatası tərəfindən açıqlanması bir daha onu göstərdi ki, Səkinə Sadıqovanın törətdiyi cinayətlərin miqyası o qədər böyükdür ki, onu həbssiz ərsiyəyə gətirmək mümkün deyildir. Hesablama Palatasının açıqlamasını olduğu kimi dərc edirik.
Sumqayıt Tibb Mərkəzində baş verən korrupsiya hallarının acı nəticəsi...
Sumqayıt Tibb Mərkəzində (Mərkəz) ayrılmış dövlət vəsaitinin və digər dövlət əmlakının idarə olunmasının, o cümlədən tibbi xidmətlərin göstərilməsinin qüvvədə olan hüquqi aktların tələblərinə uyğunluğunun qiymətləndirilməsi məqsədilə aparılmış auditlə 2021-2022-ci illər əhatə olunub.
Hesablama Palatasından verilən xəbərə görə, bu dövrdə Mərkəzin daxilolmaları 108,5 mln. manat, xərcləri isə 107,6 mln. manat təşkil edib, bu illərdə 13,7 mln. manat dəyərində dərman, sarğı ləvazimatları və materialları Mərkəzə əvəzsiz olaraq verilib.
Tibb müəssisələrinin fəaliyyətini xarakterizə edən göstəricilərin müqayisəsi icbari tibbi sığorta sisteminin tətbiqindən əvvəlki dövrdə daha çox xidmət təqdim edildiyini göstərir. Mərkəzin əhatəsində olan tibb müəssisələri üzrə ambulator və stasionar xidmət sayı 2019-cu ildə 2022-ci illə müqayisədə orta hesabla 2 dəfə çox olub. Göstərilmiş xidmət sayında azalma çarpayı sayının sabit qalması və ştat sayının təxminən 10,0% artımı şəraitində baş verib ki, bu da tibbi sığorta sisteminin sığorta prinsipləri üzrə tam tətbiqində və işlək vəziyyətinin təmin edilməsində əsas və vacib şərtlərdən biri olan xəstəliklər üzrə hesabatlılıq (statistika) sisteminin əvvəlcədən hazırlanmaması ilə əlaqələndirilə bilər.
Qeyd olunmalıdır ki, 17 tibb müəssisəsini və 1 idarəetmə aparatını özündə birləşdirən Mərkəzin tərkibində yalnız 7 xəstəxana icbari tibbi sığorta çərçivəsində dəyəri ödənilən xidmətlər göstərib, həmin xidmətlər hesabına 2021-ci ildə 6,4 mln. manat və 2022-ci ildə 13,7 mln. manat məbləğində vəsait daxil olub. Bu vəsait həmin illər üçün saxlanma xərclərinin müvafiq olaraq 18,6%-ni və 33,6%-ni təşkil edib.
Mərkəzin sığorta sisteminə daxil olduğu 2021-ci ilin aprel ayından 2022-ci ilin sonunadək göstərilmiş 1454656 sayda xidmətin 32,1 mln. manat dəyərinin ödənilməsi məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müraciət edilib, Agentlik tərəfindən 243496 sayda xidmətin 5,1 mln. manat dəyərinin ödənilməsindən imtina olunub, qəbul olunmuş xidmətlərin dəyərinin isə yalnız 74,8%-i ödənilib.
Tibbi xidmətlərin göstərilməsi prosesində fəaliyyət əsasən dəyəri daha az olan xidmət istiqamətləri üzrə təşkil edilib, göstərilmiş xidmətlərin bir hissəsinin haqqının ödənilməsindən müxtəlif, o cümlədən texniki səbəblərdən imtina olunsa da, imtina səbəblərinin dəqiqləşdirilməsi və aradan qaldırılması, eləcə də bu istiqamətdə məsuliyyətin müəyyənləşdirilməsi üzrə tədbirlər həyata keçirilməyib. İmtina edilmiş xidmətlər üzrə dəyəri daha böyük olanların xidmətlərin payı çox olub.
İcbari tibbi sığorta sisteminə daxil olmayan xidmətlər üzrə tariflərin TƏBİB tərəfindən müəyyənləşdirilməsinin gecikdirilməsi, eləcə də sığorta olunmayanlar üzrə göstərilmiş xidmətlər üzrə vəsaitin alınmaması potensial və faktiki gəlir arasında fərqin artmasına səbəb olub.
Mərkəzin kadr potensialı da fəaliyyətə tam uyğunlaşdırılmayıb, islahatlar prosesində çarpayı sayının 13 vahid artırılması fonunda ştat sayı 464,75 artırılıb, ümumilikdə ştat sayının artımının əsas hissəsi funksional fəaliyyətlə məşğul olmayan qeyri-tibbi heyətin hesabına təmin edilib. Qeyri-tibbi heyətin sayının artımına və payının çox olmasına tibb müəssisələrinin mühafizəsi məqsədilə ştat sayının artımı, eləcə də bir sıra, o cümlədən rəhbər vəzifələr üzrə ştat sayının çox saxlanılması təsir göstərib. Bu amillər isə əməyin ödənişi ilə bağlı xərclərin də artımına gətirib çıxardıb.
Qeyd olunanlar, həmçinin Mərkəz tərəfindən xüsusilə qeyri-tibbi heyət üzrə vakant yerlərin tutulmasına diqqət yetirilməsi tibbi kadrların rasional idarə olunması və keyfiyyətli xidmətin təqdim edilməsində riskləri formalaşdırmaqla yanaşı gəlirlərin artırılması imkanlarının da genişlənməsinə şərait yaratmayıb. Mərkəzin cəmi ştat sayı ümumi ştat sayının 10,5%-i, cəmi xərclərin təxminən 5,0%-i idarəetmə aparatı və mərkəzi mühasibatlığın payına düşüb.
Beləliklə də, maliyyə və kadr resurslarının idarə olunmasına bu cür yanaşma xidmət göstərən tibb müəssisələrinin, son nəticədə isə tibbi sığorta sisteminin gələcək maliyyə dayanıqlılığına təsir edəcəyi ehtimallarını artırır.
Qeyd edilib ki, göstərilmiş xidmətlərə dair hesabatlılığın təmin olunmasında da bir sıra nöqsanlara yol verilmiş, istifadə edilən elektron məlumat bazasının və təqdim olunan rəsmi statistik məlumatın göstəriciləri arasında uyğunsuzluq olub, Mərkəz tərəfindən tətbiq edilən elektron sistemdə məlumatlara sonradan düzəliş və əlavələrin edilməsinin mümkün olması nəticəsində ilkin olaraq qeydiyyata alınmış məlumatların sonradan dəyişdirilməsi hallarına yol verilib.
Mərkəzin fəaliyyətindəki nöqsanların bir qismi də dövlət satınalmaları ilə bağlı olub. Yerinə yetirilməyən iş və xidmətlər üzrə vəsait ödənilməsi hallarına, həmçinin tələb olunan və faktiki təmin edilən mallar üzrə keyfiyyət göstəricilərində uyğunsuzluqlara yol verilməklə tibbi xidmətin göstərilməsi ilə bağlı maddi-texniki təminat potensialının tam istifadə olunmamasına və əlavə dövlət vəsaitinin istifadəsinə şərait yaradıb, eləcə də satınalmaların nəticəliliyinə mənfi təsir göstərib. Belə ki, haqqı ödənilmiş tibbi cihaz və avadanlıqların tam təhvil verilməməsi hallarına yol verilib, eləcə də təmir işləri üzrə bağlanmış müqavilələr çərçivəsində görülməyən işlər üzrə vəsait icra edilib.
Nəzarət mexanizmlərinin tətbiq edilməməsi aktivlərin uçotunun düzgün aparılmaması, mühasibat uçotunun aparılması prinsiplərinin pozulması, eləcə də, gəlir və xərclərlə bağlı hesablarda uyğunsuzluqlara səbəb olub. Qeyd edilənlər ümumilikdə maliyyə hesabatlarında fərqlərə və təhriflərə yol açmaqla maliyyə vəziyyətinin düzgün qiymətləndirilməsində risk amillərini formalaşdırıb. Bunu biz demirik, Səkinə Sadıqova Hesablama Palatası deyir. Bizim barəmizdə Hüquq Mühafizə Orqanlarında işləyən dostlarına da şikayət etmişdin. Biz yenə etika naminə həmin şəxslər barəsində, cənab Prezidentə müraciət etmirik. Amma həmin şəxslərə bildiririk ki, imkan verin cənab Prezidentimizə sədaqətlə xidmət edək. Axı, cənab Prezident hər çıxışında bildirir ki, mətbuat bizim köməkçilərimizdir, imkan verin kömək edək. O ki qaldı, Səkinə Sadıqovanın YAP-da müavin olması məsələsinə ay Səkinə Sadıqova, hazırda YAP-ın üzvü olan 7-8 icra başçısı, bir neçə nazir həbsxanada sənin yolunu gözləyirlər...
Ümid edirik ki, yaxın zamanda milyonlarla dövlət vəsaitini mənimsəyən Səkinə Sadıqova barəsində, hüquq-mühafizə orqanları öz sözünü deyəcək. Səkinə Sadıqova isə yenə də dəmir barmaqlıqlar arasından hüquq-mühafizə orqanlarında işləyən, dostlarının vasitəsilə bizə hədə-qorxu dolu mesajları göndərəcək.
P.S. Gorun çatlasın ay Ramiz, səndə nələr var imiş.

Gündəlik Bakı
Ardını oxu...
Elsun Xudaverdiyev DSMF-nin Qazax-Tovuz regional filialına müdir təyin olunandan sonra həmin regionala daxil olan rayonlarda(Tovuz, Qazax, Ağstafa) DSMF sahəsində saxtakarlıq tüğyan edir. Əsasən də Ünvanlı Sosial Yardımda. Hazırda vəziyyət elədir ki, rüşvətini ver, sosial yardımını al. Eyni hal sosial pensiya sahəsində də aktivdir.

Aztəminatlı ailələr qalıb kənarda, maddi durumu yaxşı olan, rüşvət verməyə gücü çatan sosial yardım alır. Bir müddət əvvəl Tovuz rayonunda onlarla saxta sosial yardım alanların siyahısını dərc etmişdik. DSMF məsələyə reaksiya verdi, yoxlama aparıldı. Həmin şəxslərin əksəriyyətinin saxta sosial yardım aldığı müəyyən edildi və sosial yardımları vaxtından əvvəl dayandırıldı. Lakin bu saxtakarlığa yol verənlər barədə hüquqi addım atılmadı. Görünür cəzasızlıq yeni saxta sosial yardım alanların siyahısının formalaşmasına rəvac yaradıb.

Tovuzda yenidən bir qrup vətəndaşa saxta sosial yardım təyin edilib. Bunlar arasında Rusiyada işləyənlər, adına bir neçə maşın olanlar, villada yaşayanlar, dövlət təminatı olanlar və s. var. Onlardan bir neçəsini təqdim edək:

1. Abdıyeva Günay Mehman qızı. G.Abdıyeva Tovuzun Alakol kəndində həyat yoldaşı, qayınatası, qayınanası ilə birlikdə yaşayır. Saxta sosial yardım alması üçün Günay xanımı İbrahim Hacılı kəndinə yazıblar. Ailə tərkibini saxtalaşdırıblar və İbrahim Hacılı kəndində tək yaşadığını qeyd ediblər. Bununla da, saxta sosial yardım almasına şərait yaradılıb.

2. Ələkbərova Ceyhunə Famil qızı. C.Ələkbərova Tovuzun İbrahim Hacılı kəndində yaşayır. Qayınatasının maşını var, həyat yoldaşı Rusiyada işləyir. Ceyhunə xanımın da ailə tərkibi gizlədilib. Xanım və iki övladı Qovlar qəsəbəsində yaşadığı qeyd edilərək saxta sosial yardım təyin etdiriblər.

3. Hüseynova Ülviyyə Fəxrəddin qızı. Ailəlidir. Həyat yoldaşı Rusiyada işləyir. Ülviyyə xanım qayını, qayının həyat yoldaşı, qayınatası və iki övladı ilə Tovuzun Düz Qırıqlı kəndində eyni evdə yaşayır. Ailə tərkibi gizlədilib. Ülviyyə xanımı iki övladı ilə birlikdə ata evinə yazmaqla saxta sosial yardım təyinatına müvəffəq olublar.

4. Məmmədova Gültəkin Şahin qızı. Tovuzun Alakol kəndində həyat yoldaşı, qayını, onun ailəsi, qayınanası ilə eyni evdə yaşayır. Onun yaşayış yerinin Alakol kənd icra nümayəndəliyi ilə üzbəüzdə yerləşən boş evə yazmaqla sosial yardım almasını təşkil ediblər.

5. Əsgərov Rəfail Əsgər oğlunun da ailə tərkibində oğlu Əsgərov Nazirin adı gizlədilib və sosial yardım alır. Gizlədilmə səbəbi odur ki, Əsgərov Nazir Rəfail oğlu Alakol kəndində Ocaq restoranında işləyir.

6. İsayeva Nərminə Yaqub qızı. N. İsayeva da saxta sosial yardım alır. Belə ki, dövlət təmanatında olan şəxslər sosial yardım ala bilməz. Bunlara həbsdə, uşaq evlərində, əsgərlikdə olanlar daxildir. Nərminə xanımın övladı İsayev Rəcəb Amin oğlu əsgərlikdədir və dövlət təmanatında olmasına baxmayaraq onu sənədləşmədə şagird kimi qeyd edərək saxta sosial yardım təyin etdiriblər.

7. Həsənova Hava. Düz Qırıqlı kənd sakinidir. 57 yaşında 3 uşaqlı ana kimi saxta sosial pensiyaya çıxarıblar. Halbuki Hava xanımın adına yararlı torpaq sahəsi var. Qanunla sığorta uçot nömrəsi, VEÖN-i, iş yeri olan şəxsə sosial pensiya şamil edilmir. Siyahı çox olsa da, burda dayandıraq.

Hazırda Tovuzda sosial yardım alan aztəminatlı ailələrin sosial yardımı kəsilir. Onların əvəzinə rüşvət verənlər təyinata göndəriləcəyi planlaşdırılır. Villada yaşayan sosial yardım alır, daxmada yaşayanların sosial yardımı min bir bəhanə ilə kəsilir. Eyni zamanda növbəlilik prinsipi pozulur. İki ayına razı olanları növbədən kənar təyinata göndərirlər və vaxtından əvvəl təsdiq edilir. Haqqı olanlar isə aylarla növbəsini gözləyir.

Əldə etdiyimiz məlumata görə, Tovuz, Qazax, Ağstafa rayonlarında saxta sosial yardım almaq üçün yardımın iki ayını DSMF-nin 2 saylı Qazax-Tovuz Regional Filialına verməlisən. Bu işə də həmin idarədə dövlət qulluğu imtahanından keçməyən və işdən kənarlaşdılan işçilər baxır. Kənarda ofis açmaqla makler xidməti göstərirlər.

DSMF-nın Gədəbəy rayon şöbəsinin keçmiş müdiri Elsun Xudverdiyevə sürücü işləyən İsfəndiyar Qələndərov hazırda DSMF-nin 2 saylı Qazax-Tovuz Regional Filialında müdir işləyən E.Xudaverdiyevə qeyri-rəsmi işçi kimi xidmət edir. Əvvəllər Tovuzun kəndlərindəki sosial yardım düzəldən maklerlə əlbir olaraq saxta sosial yardım düzəltdirirdi. İndi bu işini bir az rəsmiləşdirib. Tovuz rayon icra hakimiyyətinin yaxınlığında ofis açaraq saxta sosial yardım düzəltmə xidməti göstərir. Tovuzda da günü-gündən saxta sosial yarım alanların sayı artır. Hazırkı statistikaya görə Tovuz rayonu sosial yardım alanlara uyğun olaraq kasıblıq həddi 8.2 faizdir. Amma Tovuzdan qat-qat kasıb olan rayonlar kasıblıq həddi 2, 3 faizdir. Gədəbəydə kasıblıq 3.6 faizdir, Daşkəsəndə kasıblıq həddi 4.1 faizdir, Lerikdə kasıblıq həddi 2.2 faizdir.

Ardını oxu...
Tovuzda 3146 nəfər sosial yardım alır, 175000 nəfər əhalisi var. Ölkə üzrə ailə sayı orta hesabla 4.6 nəfər nəzərdə tutulur. 3146×4.6=14.471,6.

14.471,6:175000=0,0826948571.

0,0826948571×100=8,26948571.

Bu hesabla Tovuz rayonunda yoxsulluq həddi 8.2 faizdən artıqdır.

Eyni üsulla hesablayanda Lerikdə yoxsulluq həddi 2.2 faizdir.

Ardını oxu...
Göründüyü kimi Sahil Babayev Tovuzdan qat-qat kasıb rayonlar olan Gədəbəyin, Daşkəsənin, Lerikin kasıb əhalisinin sosial yardım haqqını Tovuzun varlı əhalisinə verir.


Qeyd edək ki, Prezident İlham Əliyev ölkə üzrə yoxsulluq həddini 5 faiz olduğunu elan edib.

Sahil Babayev həmin 5 faizi bu formada tamamlayır. Üstəgəl həmin tamamlanmadan milyonlar silinir və dövlət büdcəsində qara dəlik yaradılıb. Belə ki, varlı əhaliyə rüşvətlə normadan artıq sosial yardım paylanılır, kasıb əhaliyə isə normadan az sosial yardım verilir. Nəticədə kasıb əhalinin az alması, varlı əhalinin çox almasının ortaq məxrəci 5 faiz tamamlayır.

Qərb bölgəsində DSMF-nin iki filialı yerləşir:
1. DSMF-nin 1 saylı Qazax-Tovuz regional filialı. Rəhbəri Adil Cəfərovdur. Şəmkirdə yerləşir. Şəmkir, Gədəbəy, Daşkəsən rayonlarını əhatə edir.
2. DSMF-nin 2 saylı Qazax-Tovuz regional filialı. Rəhbəri Elsun Xudaverdiyevdir. Tovuzda yerləşir. Tovuz, Qazax, Ağstafa rayonlarını əhatə edir.

Eyni bölgədə və eyni ölkədə yerləşməsinə baxmayaraq bu iki idarədə qanunlar fərqlidir. Sahil Babayev bu idarələrə ayrı-ayrılıqda səlahiyyət verib.
Belə ki, DSMF-nin tabeçiliyində yeni idarə yaradıldı. Həmin idarə sosial yardıma müraciət edənlərin maddi-məişət şəratinin müayinəsi ilə məşğuldur. Ümumrespublika üzrə sosial yardımın yoxlanılmasını həyata keçirir. Tək Tovuz rayonun yerləşən DSMF-nin 2 saylı Qazax-Tovuz regional filialında yoxlaya bilmir. Sahil Babayevin göstərişi ilə həmin idarə özü, yəni Elsun Xudaverdiyev yoxlayır və təyinata göndərir. Lakin DSMF-nin 1 saylı Qazax-Tovuz regional filialında elə deyil, yoxlama Bakıdan gəlir. Görünüdüyü iki idarədə fərqli qanun icra edilir. Elsun Xudaverdiyevin şəxsi münasibətləri qanunlardan üstün tutulur. Bununla da, Tovuzda əksəriyyəti saxta olmaqla 3146 nəfərin sosial yardım almasına yaşıl işıq yandırır.

Qeyd edək ki, bir neçə gün bundan öncə DSMF-nin sədri Himalay Məmişov saxta sosial yardım alanlardan danışdı. Saxta sosial yardım düzəldən maklerləri tənqid etdi. Nədənsə H.Məmişov saxta sosial yardım düzəldənlərə və maklerlərə şərait yaradanlardan danışmadı , ya da danışmaq istəmədi.

H.Məmişovun sözügedən çıxışını təqdim edirik:

Zaur Qənbərov/Sarkazm.az
 
 
 
Ardını oxu...
Həkimlər deyir ki, TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi arasında çəkişmə xəstəxanalaradək ayaq açıb.

“Bölgələrdə ciddi həkim çatışmazlığı var. Səhiyyə Nazirliyinin dövründə müasir tibbi avadanlıqlar alınıb. Amma avadanlıqları toz basıb, çünki işlədə biləcək kadrlar yoxdur”.

Bunu Meydan TV-yə adlarının mətbuatda açıqlanmasını istəməyən bir neçə həkim deyib. Həkimlərin sözlərinə görə, maaş az olduğundan, o cümlədən xüsusilə kəndlərdə tibb məntəqələri qəzalı vəziyyətə düşdüyündən rayonlara, kəndlərə işləməyə gedən yoxdur:

“TƏBİB bu problemi aradan qaldırmaq əvəzinə bir-iki ay əvvəl xarici ölkələrdə çalışan azərbaycanlı həkimlərin simpoziumunu keçirdi. Həmin tədbirdə iştirak edən onlarla şəxsin bütün xərcləri qarşılandı, milyonlarla manat vəsait silindi. Halbuki ölkədə ciddi dərman çatışmazlığı var, şəkərli diabet xəstələrindən dərmanla bağlı hər gün şikayətlər daxil olur. Desmopressin, insulinin dozası kifayət etmir”.

Rayonların birindəki tibb ocağının rəhbərliyində təmsil olunan həkim qeyd edib ki, TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi arasında çəkişmə xəstəxanalaradək ayaq açıb. Həkimlərdən biri danışıb ki, sənəd yazmaqdan xəstə qəbul etməyə vaxt qalmır:

“Bir xəstəxana ay ərzində neçə dəfə yoxlanar? TƏBİB yoxlayır, sonra agentlik yoxlama aparır. Birinin tapşırığını digəri qəbul etmir. Məzuniyyətdə olan həkimə təbii ki, bonuslar hesablanmır, yalnız maaş verilir ki, bu da olduqca cüzi məbləğdir”.

Narazılıqlardan biri də poliklinikalarda iş saatının 6-dan 8-dək artırılmasıdır. Baş tibb bacılarına 2 saat əlavə işdə olmaları tapşırılıb. Həkim deyib ki, xəstə olmadığı halda işdə otururlar, halbuki təcili xəstə qəbulu təcili tibbi yardım xidmətinin işidir:

“Təcili tibbi yardım həkimlərinə isə avtomobildə gözləməyi tapşırıblar, guya həkim məntəqədə olanda çağırışa gecikir. Kameralarla nəzarət edirlər”.

Həkimlərdən biri danışıb ki, təkcə cənub bölgəsində onlarla həkim və tibb bacısına ehtiyac var. 3 həkimin işi birinə yüklənib, ancaq bunun qarşılığında maaşlar yüksək deyil. Lerik Rayon Mərkəzi Xəstəxanasında cərrah da daxil olmaqla 47 həkim və 60 tibb işçisi, Astara rayonunda 50 həkim ştatı boşdur.

TƏBİB-dən isə Meydan TV-nin sorğusuna cavab olaraq bildirilib ki, dövlət tibb müəssisələrinin idarə edilməsini və bu sahədə nəzarəti həyata keçirən TƏBİB-in tibb müəssisələrində 17 minə qədər həkim, 58 minə qədər tibb işçisi çalışır.

Hazırda dövlət tibb müəssisələrinə xaricdə təhsil alan və çalışan həkim-mütəxəssislərin cəlb olunmasına hesablanan “Tibb müəssisələrində ixtisaslı kadr çatışmazlığının aradan qaldırılmasına dair 2022-2023-cü illər üçün Proqram” çərçivəsində müxtəlif ixtisas üzrə 100-dək həkim-mütəxəssis tibb müəssisələrində fəaliyyət göstərir.

Eyni zamanda, dövlət strategiyamıza uyğun olaraq, gənc kadrların potensialını gücləndirmək, onlara özlərini inkişaf etdirə biləcək bir meydan vermək, gənc həkim mütəxəssislərin Azərbaycan səhiyyəsinə qazandırılması üçün TƏBİB Azərbaycan Tibb Universiteti ilə birgə əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində universitetin yuxarı kurs tələbələri tabeliyimizdəki tibb müəssisələrində işlə təmin olunur.

Stimullaşdırma tədbirlərinə gəlincə, həkimlərin vəzifə öhdəliklərinin xarakterindən və müvafiq həkim ixtisası (vəzifəsi) üzrə pasiyent müraciətinin qeydiyyatı xüsusiyyətlərindən asılı olaraq həkimlərə həvəsləndirici əlavələr sabit aylıq həvəsləndirici əlavələr və ya işin nəticələrinə görə aylıq həvəsləndirici əlavələr şəklində verilir.

TƏBİB-in tabeliyindəki Lerik Rayon Mərkəzi Xəstəxanasında 94 həkim ştatından 43-ü tutulub, 51-i vakantdır. 206 orta tibb işçisi ştatından isə 151-i tutulub, 55-i vakantdır.
 
Ardını oxu...
Bəli, səhv eşitmədiniz, hörmətli oxucular.Söhbət yaxın keçmişdə respublikamızda Semaşko xəstəxanası adı ilə tanınan dünənin nüfuzlu tibb ocağından gedir.Vaxtilə ölkə əhalisinin əksəriyyəti səhhəti ilə bağlı üzləşdiyi problemin həlli üçün məhz Semaşko xəstəxanasına üz tuturdular.Buna nail olmaq isə heç də asan deyildi.Əlbəttə, ilk növbədə yüksək ixtisaslı tibbi personal, keyfiyyətli tibbi xidmət, insanlara diqqət və qaygılı münasibət idi bu axının səbəbi . Hal hazırda isə Təcili Tibbi Yardımdan bir gündür 70 xəstə daxil olur,bu qədər insana baxmaq üçün cəmi bir həkimin ayrılması əslində əsil faciədir.Bu əslində heç mümkün olan iş deyil.Daxil olan xəstələrə getmək üçün adicə korvolol və ya buz belə tapılmır.Biz hansı əsrdə yaşayırıq, ilahi? Yeri gəlmişkən bu günlərdə baş vermiş avtomobil qəzası hadisəsi ilə bağlı bir məsələni də qeyd etmək yerinə düşərdi.
Həmin avtomobil qəzası nəticəsində zərər çəkmiş bir şəxs təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə gətirilib.
Mərkəz də nə mərkəz.Adi ambulatoruya ondan min dəfə keyfiyyətli xidmət göstərər pasiyentlərə desək,səvə yol verdiyimizi zənn eləməyəsiniz, hörmətli oxucular.
Travma almış, özündə olmayan,az qala bəlkə də stress yaşamış bir insana xəstəxanada ən yüksək tibbi xidmət göstərilməli, müayinə və müalicəsinə xüsusi diqqət yetirilməlidir.
Amma Tibbi Mərkəzdə çalışanlardan belə diqqət və qayğı görmək çox müşkül məsələdir .Təsəvvür edin ki,gün ərzində təcili tibbi yardım maşını ilə Mərkəzə ən azı 70 xəstə gətirilir.Onlar tibbi xidmət göstərməkdən ötrü isə cəmi bir həkim ayrılıb.İndi özünüz deyin, bir həkim bu sayda insana hansı tibbi yardım edə bilər? Deməli agır xəstələr arasında həyatını itirmiş olanlar heç də az olmayacaq və olmur da.
Gətirilən xəstənin yarasına qoymaga nə buz, nə də ki,adicə korvolol tapılmayıb.Bunları ən ucqar kəndlərimizin ən kasıb evinin qapısını döyüb istəsən, həmən gətirib vardım göstərər.Bu o deməkdir ki, burada insanlar taleyin ümidinə buraxılıb.Mərkəğzdə təcili tibbi yardım işinin səviyyəsi sıfra bərabərdir.Utancverici ,bağışlanmaz haldır.
Bu da hələ hamısı deyil.Xəstə KT və digər müayinələrdən keçib.Onun alın sümüyünün sag hissəsində sınıq,sol hissəsində isə qanama oldugu aşkarlanıb.Belə vəziyyətdə olan xəstələr yataq rejimində olmalıdır.Amma nədənsə həkimlər zərərçəkənə bunu bildirməyi və ona ayaq üstdə olmagı qadağan etməyi unudurlar.Təkcə agrıkəsici vurmaqla işlərini bitmiş hesab ediblər.
Qəribə burasıdır ki, həkim rəyində Xatirə həkim “yenilik”icad edib.Analiz kağızında xəstənin vəziyyətinin nə yerdə olduğunu göstərən qeydlərə necə deyərlər “əl gəzdirib”, və orada qeyd olunanların tam əksini yazıb . Məsələn, acıq beyin travmasını qapalı beyin travması kimi qeyd esib.Bunun adına təhrifmi, sui-istifadəmi , qəsdən rəsmi sənədə müdaxilə etməkmi deyək, bilmirəm.Bu, cinayət tərkibli əməl deyilmi?Onun belə bir addım atmaqda məqsədi nədir? Yoxsa… qəzanı törədən sürücüyə “yazıgı”gəlib? Yəqin ki, Tibbi Mərkəzdə tezliklə həkimin niyə belə bir addım atmasının səbəbinə aydınlıq gətirilər.
Qarşı tərəfin mövqeyin də dərc etməyə hazırq. //aktualxeber.az//
Ardını oxu...
Gədəbəy Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin baş həkimi Etibar Hüseynov əvvəlcədən planlaşdırdığı fikri həyata keçirmək üçün 06.07.2023 tarixdə xəstəxananın tibb bacısı Hacıyeva Vüsalə Əfraim qızını öz iş otağına çağıraraq, ona “pis təklif” etmişdir, müqavimət gördükdə ona zor tətbiq edərək müqavimətini qırmağa çalışmış, qollarından tutaraq qeyri etik hərəkətlər etmiş, onu zorakılığa məruz qoymuşdur.
Vüsalə Hacıyeva Etibar Hüseynova müqavimət göstərmiş, onun əlindən çıxaraq dəhlizə qaçmış və 102 qaynar xəttinə zəng vuraraq yardım istəmiş və şikayət etmişdir.
Bundan başqa zərərçəkmiş Vüsalə Hacıyeva Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsindən zorakılq əlamətləri haqqında rəy alaraq Gədəbəy Rayon Polis Şöbəsinə təqdim etmişdir.
Baş həkim Etibar Hüseynovun bu qeyri-etiq əməli haqqında nə Səhiyyə Nazirliyində nə də ki, DİN-də heç bir tədbir görülmür….. Görmək fikirləri də yoxdur.
Ardını oxu...
Ardını oxu...
Səsləndirilən ittihamlarla bağlı maraqlı tərəflərin də mövqeyini dərc edə bilərik.
Mənbə:Fb İCTİMAİ NƏZARƏT “QƏRB REGİON TV” V.Axmedov.
/dunyaninsesi.az/

Ardını oxu...
DİA.AZ: - Ucar rayon sakinləri tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Ucar rayonunda icra başçısı Mənsur Məmmədov və onun müavini Vaqif Mehdiyevin törətdikləri vəzifə cinayətlərinə görə işsiz gənc və sağlam insanlar işlə təmin oluna bilmirlər.Hansı ki, iş yerləri olan kimi bu korrupsioner cütlük öz qohum-tanışlarını ora təyin etdirirlər. Ucarda gənc, sağlam və əmək qabiliyyətinə malik olan insanlar işsiz olduqları üçün acınacaqlı vəziyyətdə yaşayırlar. Ancaq imkanlı, qoca və xəstə adamlar “DOST” İş Mərkəzinin əmək müqaviləsi ilə Ucar rayon Kommunal Müəssisələri Kombinatında adları işdə gedir özləri bir gündə olsun işə gəlmədən hər ay maaş alırlar.Buna isə şəraiti icra başçısı Mənsur Məmmədov və onun müavini Vaqif Mehdiyev yaradırlar ki, bu korrupsiya cinayətidir.

İcra başçısının qohumu Ucar rayon sakini 2-ci dərəcəli əlil Ələkbərov Şahlar Xəlil oğlunun və onun həyat yoldaşı İsrayılova İradə Əvəz qızının hər ikisinin 68 yaşları var.Bu qoca yaşında ciddi xəstə olan ər və arvad “DOST” İş Mərkəzinin əmək müqaviləsi ilə Ucar rayon Kommunal Müəssisələri Kombinatında adları işdə gedir. Ancaq özləri bir gündə olsun işə gəlməyib qanunsuz davamiyyət yazılıb hər ay maaş alırlar.Eyni vaxtda bu ər və arvad həmdə qocalığa görə təqaüddə alırlar.Həmçinin qeyd edim ki, Şahlar Ələkbərov ciddi xəstə olmaqla 2-ci dərəcəli əlildir həyat yoldaşı İradə İsrayılova da sağalmaz xəstəliyin daşıyıcısıdır.

Ələkbərov Şahlar Xəlil oğlu "Serebral ateroskleroz, araxnoidit,ataksiya vestilubyar pozğunluq, şəkərli diabet orta ağır forma şəkərli diabet,xroniki pilonefrit xəstəliyi diaqnozu ilə Ucar rayon Mərkəzi Xəstəxanasıda qeydiyyata alınmışdır.

Serebral ateroskleroz hərəkət pozğunluqlarla, ifliclər, əzələ zəifliyi, koordinasiya pozğunluqları, qeyri-iradi hərəkətlərlə xarakterizə olunan ruhi xəstəlikdir. Belə xəstələrdə əqli debillik, hərəkət qabiliyyəti və yaddaşları pozulmuş olur.Araxnoidit, ataksiya vestbulyar pozğunluğu beyinin və ya onurğa beyinin hörümçək toruna bənzər qişasının iltihabıdır.İradi hərəkətlərdə tez-tez koordinasiya pozulması, kəmağıllılıq baş verir. Pielonefrit isə böyrək iltihabı xəstəliyidir.

Həmçinin İsrayılova İradə Əvəz qızının bronxial astma infeksion allergik forma, hipertoniya xəstəliyi 2 st sağ əlin yuxarı 1/3-nin, sol dirsək büküşünün, bazunun ön səthinin və sol yanaqda yanaqdan sonrakı keloid çapığı diaqnozu ilə Ucar rayon Mərkəzi Xəstəxanasında dispanser qeydiyyatda olması həmin sağlamlıq haqqında tibbi arayışda qəsdən, qanunsuz olaraq göstərilməyib, gizlədilib.
Belə ciddi xəstələrin “DOST” İş Mərkəzinin əmək müqaviləsi ilə Ucar rayon Kommunal Müəssisələri Kombinatına işə qəbul edilməsi özü cinayət hesab edilir.Həttda bu iki nəfər qeydiyyatda olan xəstə şəxslərə Ucar rayon Mərkəzi Xəstəxanası tərəfindən sağlamlıq haqqında arayış verilib.Həmin arayışda onların xəstəlikləri gizlədilərək sağlam kimi qeyd ediliblər.

Bu qoca, xəstə olan ər və arvadın imkanları çox genişdir oğlanları Bakı şəhərində bizneslə məşğul olurlar, rayondakı evləri möhtəşəm villadır.Ancaq Ucar rayonunda çoxlu sayda kasıb gənc və sağlam insanlar var ki, işsizdilər.Hansı ki, onlar belə sosial işlərə cəlb edilməlidirlər. Qeyd etdiyim faktlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Ucar rayonuna ezam olunmuş əməkdaşlarının 2023-cü ilin iyun ayında apardıqları yoxlama zamanı subut olundu.
Ancaq indiyə qədər heç bir tədbir görülməyib.Çünki 68 yaşlı qoca ər-arvad Ucar rayon İcra Hakimiyyəti başçısının müavini Vaqif Mehdiyevin yaxın qohumlarıdır. Buna görə qoca və xəstə olan bu ər və arvad 68 yaşında işə qəbul olunub işə gəlmədən hər ay qanunsuz maaş alsalarda nazirlikdə onların qarşısında acizdir.

Prezident cənab İlham Əliyev “DOST” İş Mərkəzini yaratdı ki, Respublikada kasıb imkansız cavan və sağlam insanlar işlə təmin olunub işləyib ailələrini dolandıra bilsinlər.Çox təssüf ki, Mənsur Məmmədov və Vaqif Mehdiyev cütlüyü öz maraqlarını prezidentin dövlət maraqlarından üstün tutub “DOST” MMC-ni imkansız işsiz Ucar sakinlərinə düşmən etdilər.

İcra başçısı Mənsur Məmmədov və onun müavini Vaqif Mehdiyevin cinayət əməlləri bununla bitmir.Onların bütün fəaliyyəti başdan ayağa korrupsiya cinayətidir, talançılqdır, qohumbazlıqdıq və özbaşınalıqdır ki, ciddi araşdırlmasına zərurət var.
Cənab Prezident sizdən xahiş edirik şikayətimizdə göstərdiyimiz faktları obyektiv araşdırıb “DOST” İş Mərkəzinin Ucar rayonunda fəaliyyətini, korrupsiyaya bulaşdırmış icra başçısı Mənsur Məmmədovun, onun mavini Vaqif Mehdiyevin və bu işdə onlarla əlbir olan nazirliyin əməkdaşlarının barəsində ciddi tədbirlər görəsiniz".

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Ardını oxu...
"'Azercell' bütün işlərimi yarımçıq qoydu. 10 manat kontur yükləmişəm nömrəmə... Kartımdan pul çıxıldı, amma kontur yüklənmədi". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında narazı vətəndaş gileyini ifadə edib.

Şikayətçi daha sonra yazır: "10 dəqiqə keçdi, gördüm reaksiya gəlmir. Zəng elədim "*1111" nömrəsinə... guya ki problemi deyəcəm. Bu biri nömrəmdə olan kontur da qurtardı. Heç kimə düşə bilmədim. 4 dəqiqə xətdə gözlədim. Əlavə 1 manat da yüklədim ki, bəlkə düzələ.

Xeyrı olmadı... Bank sağ olsun... operativ cavab verdi, əlaqə saxladım dedilər, bizdən ödəniş uğurludur. Bir sözlə, biabırçılıq...

Mənim bütün işim zənglə idi. Hamısı qaldı belə.

Ayıb olsun. Biri pis vəziyyətdə olsa, zəng eləmək lazım olsa, bilin ki son pulunuzu "Azercell"ə yükləməyin. Çox belə məsuliyyətsiz operatordur".

İddia olunanlarla bağlı teref.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Ardını oxu...
Şamaxı rayonundan olan İkinci Qarabağ müharibəsi vetreranı Ömərli Şərəfxan Ağadadaş oğlu Azinforum.az-a müraciət edərək “Qayalı” marketlər şəbəkəsinin Şamaxı filialının işçiləri tərəfindən mağazada döyüldüyü barədə məlumat verib. Müharibə veteranı redaksiyamıza aldığı xəsarətləri əks etdirən fotoları da təqdim edib. Onun sözlərinə görə, baş verənlərlə bağlı Şamaxı Rayon Polis İdarəsinə müraciət edib. Ömərli Şərəfxan əlaqədar qurumlardan bu işin obyektiv araşdırılmasını xahiş edir.
Bu iddialarla bağlı biz “Qayalı” ticarət şəbəkəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlkin Şirinovun da mövqeyini öyrəndik. Biz bu mövzu ilə bağlı obyektiv mövqe tutaraq hər iki tərəfin mövqeyini təqdim edirik. Qoy doğru nəticəni vətəndaşların özü çıxarsın:

Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
“Badamdar şossesində, Bəyoğlu şadlıq sarayı yaxınlığındakı ağaclıq ərazidə 20-dən artıq eldar şamını qurudublar ki, orada obyekt tiksinlər. İndidə ərazini hasara alıblar”.

AzToday.az xəbər verir ki, bu barədə “Ecofront” məlumat yayıb.

“Ecofront”un yaydığı görüntülərdən aydın olur ki, ağaclar qəsdən qurudulub. Ümid edirik ki, aidiyyati qurumlar ana təbiətə qarşı edilən cinayət faktı ilə bağlı adekvat tədbirlər görəcək…

Görüntüləri təqdim edirik:
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 

Dünyapress TV

Xəbər lenti