Gədəbəy Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin baş həkimi Etibar Hüseynov əvvəlcədən planlaşdırdığı fikri həyata keçirmək üçün 06.07.2023 tarixdə xəstəxananın tibb bacısı Hacıyeva Vüsalə Əfraim qızını öz iş otağına çağıraraq, ona “pis təklif” etmişdir, müqavimət gördükdə ona zor tətbiq edərək müqavimətini qırmağa çalışmış, qollarından tutaraq qeyri etik hərəkətlər etmiş, onu zorakılığa məruz qoymuşdur. Vüsalə Hacıyeva Etibar Hüseynova müqavimət göstərmiş, onun əlindən çıxaraq dəhlizə qaçmış və 102 qaynar xəttinə zəng vuraraq yardım istəmiş və şikayət etmişdir. Bundan başqa zərərçəkmiş Vüsalə Hacıyeva Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsindən zorakılq əlamətləri haqqında rəy alaraq Gədəbəy Rayon Polis Şöbəsinə təqdim etmişdir. Baş həkim Etibar Hüseynovun bu qeyri-etiq əməli haqqında nə Səhiyyə Nazirliyində nə də ki, DİN-də heç bir tədbir görülmür….. Görmək fikirləri də yoxdur.
Səsləndirilən ittihamlarla bağlı maraqlı tərəflərin də mövqeyini dərc edə bilərik. Mənbə:Fb İCTİMAİ NƏZARƏT “QƏRB REGİON TV” V.Axmedov. /dunyaninsesi.az/