Ardını oxu...
Haqqında bəhs edəcəyimiz Sumqayıt Dövlət Universiteti ( SDU ) barəsində qısaca məlumat verək. Sumqayıt Dövlət Universiteti Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsidir. Universitetin tarixi 1962-ci ildən başlayır. Həmin il bu ali məktəb SSRİ Nazirlər Sovetinin qərarına əsasən Azərbaycan Neft və Kimya İnstitutunun filialı olaraq yaradılmışdır.1975-ci ilə qədər filial kimi fəaliyyət göstərmiş, 1975–1992-ci illərdə isə Ali Texniki Təhsil Məktəbi adı altında tədrisini davam etdirmişdir. 1992-ci ildən Azərbaycan Sənaye İnstitutu adlandırılıb. Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2000-ci il tarixli fərmanı ilə Azərbaycan Sənaye İnstitutunun bazasında Sumqayıt Dovlət Universiteti yaradılmışdır. Universitetdə 7 fakültə mövcuddur: İndi isə bu qısa məlumatdan sonra keçək əsas mövzuya.
Deməli, SDU-də baş verən qanunsuzluqlar, rüşvət halları o dərəcəyə çatmışdır ki, 2013-cü ilin dekabr ayının 16-da Prezidentin sərəncamı ilə Sumqayıt Dövlət Universitetinin rektoru Nadir Qəhrəmanov tutduğu vəzifədən azad olundu. Bundan sonra Azərbaycan Respublikası Təhsil nazirinin əmri ilə SDU-nun tədris işləri üzrə prorektoru vəzifəsinə təyin olunmuş Elxan Hüseynova bu ali təhsil müəssisəsində rektor vəzifəsinin müvəqqəti icrası da həvalə edilmişdi. Nəhayət 5 mart 2014-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Elxan Hüseynov Sumqayıt Dövlət Universitetinin rektoru təyin edildi. Yəni hamı gözləyirdi ki, Nadir Qəhrəmanovdan sonra Elxan Hüseynov SDU-da ciddi islahatlar aparacaq. Amma heç kim demirdi ki, axı, Elxan müəllim elə Nadir müəllimin “sağ əli” olub dəə…
Nə isə, zəlzələdən, ya vəlvələdən Elxan Hüseynov SDU-nun rektoru oldu və 10 ildir bu vəzifədədir. İndi gəlin görək, Elxan Hüseynov özü kimdir, nəçidir, haradan gəlib…
Elxan Hüseynov Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirib. 1985-ci ildə Azərbaycan Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə edib. 1991-1995-ci illərdə Bakı Dövlət Universitetinin fəlsəfə kafedrasının dosenti, 1995-ci ildən BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, 1999-2002-ci illərdə isə birinci prorektor - tədris işləri üzrə prorektor vəzifələrində çalışıb. 8 avqust 2002-ci ildə ona Azərbaycan Respublikasının Fövqəladə və Səlahiyyətli Səfiri dərəcəsi verilib və 15 yanvar 2010-cu ilə qədər Azərbaycan Respublikasının Türkmənistandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.
Təsəvvür edirsiniz, bu adamın nəinki 1 gün, heç 1 saat da diplomatik təcrübəsi olmayıb və birdən Fövqəladə və Səlahiyyətli Səfir olub. Bu adam heç olmasa, XİN-də, yaxud hansısa səfirlikdə 3-4 ay çalışsaydı, nəsə başa düşmək olardı.
Sözün qısası, keçmiş “pasol” Elxan Hüseynov gəlib olud SDU-nun rektoru. Yuxarıda yaxdığımız kimi hamı düşünürdü ki, yeni rektor islahatlara başlayacaq və s. Amma… Amması odur ki, Elxan Hüseynov rektor olan kimi “bazarlığa” başladı, Universitetdə özbaşınalıqlar sanki ayaq tutub yeridi. Təzə rektor təcrübəli professor-müəllim heyətini uzaqlaşdıraraq BDU-dakı dost-tanışlarını SDU-ya transfer elədi. Bu isə universitetin bir çox müəllimlərinə öz iş yerlərini itirməklə başa gəldi. Halbuki onların arasında uzun illər boyu öz vəzifələrini namus və vicdanla yerinə yetirmiş peşəkarlar əksəriyyət təşkil edirdi. Bu hələ harasıdır..? Təzə rektor imtahanların qiymətini artırmağa başladı, necə deyərlər, “köhnə bazara təzə nırx” qoydu.
Qısaca onu qeyd edək ki, rektor Elxan Hüseynov qiyabiçilərin imtahan qiymətlərini 2-3 dəfə qaldırdı, xaricdən tələbə transferlərinin qiyməti 15-dən yuxarı qalxdı…yəni təzə rektor sabiq rektor Nadir müəllimin dədəsinə rəhmət oxutdirmağa başladı…
Təsəvvür edirsiniz, rektor Elxan Hüseynov təkcə qış sessiyasında 500-600 götürür. Rektor tapşırıb ki, qəsdən imtahanlara elə suallar salın ki, tələbələr kəsilsinlər və… yəni kəsirə görə bir tələbə SDU-nun büdcəsinə 174 manat və üstəlik imtahan üçün nəsə verməlidir… Bunlar hələ cinayət əməllərinin cüzi hissəsidir… Təzə rektor SDU-da keçirilən tenderlərdən milyonlar qazanıb. Soruşan yoxdur ki, tenderlərə ayrılan 2 milyon manata yaxın dövlət vəsaiti hara xərclənib..? Guya bu pul cari təmir, dəftərxana, abadlıq və s adı altında mənimsənilib.
Təsəvvür edirsiniz, rektor dövlət imtahanını 800-ə qaldırıb. Bütün bu cinayət əməllərini rektor təkcə həyata keçirə bilməzdi. Bu işdə rektorun ən yaxın adamları bu şəxslərdir: İqtisadiyyat və İdarəetmə fakültəsinin dekanı Aynurə Yəhyayeva. Bu xanım BDU-dan gəlib… Elxan Hüseynovun SDU-dakı ən yaxın adamlarından biri də köməkçisi Faiq Şirinovdur. Rektorun tapşırıqlarını o həyata keçirir… Elxan Hüseynova yaxın olan şəxslərdən biri də Universitetin Tədris Metodiki Mərkəzinin direktoru İsabala Qurbanovdur… Elxan Hüseynovun ən yaxın adamlarından biri də Tədrisin Təşkili və Təlim Texnologiyaları üzrə prorektor Talıbov Natiq Həsən oğludur. Bütün bunlar azmış kimi rektor gah deyir ki, tələbə oğlanlar saqqalını qırxdırsın, gah deyir ki, tələbə qızlar hicabını soyunsun…. Bu “pasol” rektordan soruşan yoxdur ki, sənə tələbənin başının içi lazımdır, yoxsa onun saqqalı….
Sözün qısası, Korrupsiyaya qarşı Mübarizə İdarəsi mütləq yolunu SDU-dan salmalıdır…
P.S. Növbəti sayımızda Universitetdə ödənişli təhsil alan tələbələrin 51 faizdən artıq olması, təhsil haqlarından qeyri-qanuni istifadə edilməsi, hansı illərdə hansı kollec direktorlarının Elxan Hüseynova hesabat verməsi və tədris faizləri haqqında yazı dərc edəcəyik. Bizi izləyin... //gundelik-baku.com//Ardını oxu...

P.S. Növbəti sayımızda Universitetdə ödənişli təhsil alan tələbələrin 51 faizdən artıq olması, təhsil haqlarından qeyri-qanuni istifadə edilməsi, hansı illərdə hansı kollec direktorlarının Elxan Hüseynova hesabat verməsi və tədris faizləri haqqında yazı dərc edəcəyik. Bizi izləyin... //gundelik-baku.com//

Ardını oxu...
 
Pul verə bilməyib imtahandan kəsilən və intihar edən tələbəyə görə rektor cavab verməlidir...
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi SDU-da əməliyyat keçirməlidir... 

P.S. Növbəti sayımızda Universitetdə ödənişli təhsil alan tələbələrin 51 faizdən artıq olması, təhsil haqlarından qeyri-qanuni istifadə edilməsi, hansı illərdə hansı kollec direktorlarının Elxan Hüseynova hesabat verməsi və tədris faizləri haqqında yazı dərc edəcəyik. Bizi izləyin...
 
Ardını oxu...
 
Mahir Abbaszadə də Eyfeldə şəkil çəkdirib, Kənd Təsərrüfatı naziri olmaq istəyirdi…   
Deməli, vəzifəyə, özü də yüksək vəzifəyə təyin olunmaq üçün yüksək fərdi keyfiyyətlərin, yüksək təhsilin, üstəlik peşəkarlığın, hətta yüksək təcrübən olmalıdır ki, sənə hansısa yüksək vəzifə etimad edilsin. Hətta əlavə şərtlər də lazımdır. Çox təəssüf ki, son 30-35 ildə elə təsadüfi adamlar yüksək vəzifələrə təyin olundu ki...bütün meyarlar pozuldu. Bir də gördün ki, institutda riyaziyyat müəllimi işləyən Rəhim Qazıyev sabah ölkənin müdafiə naziri oldu və s. Sonra tarix müəllimi olan Hüseynqulu Bağırov əvvəl Ticarət Naziri, sonra isə Ekologiya Naziri oldu. Bu tendensiya bu gün də davam edir. Biz dəfələrlə yazmışıq ki, Muxtar Babayev filosofdur, bu adam necə Ekologiya Naziri ola bilər..? 
Lap son yazılarımızda tarix müəllimi olan Vüqar Süleymanovun ANAMA-ya, yəni Mina Təmizləmə Agentliyinin İdarə Heyətinə sədr  təyin olunmasını yazmışdıq. Axı, tarix müəllimi nə bilir ki, hərbi sursatla necə davranmaq olar..? 
Bütün bunları yazmaqda məqsədimiz odur ki, bu cür hallar başqalarında da LAYİQ OLMADIQLARI kürsülərdə oturmağa həvəs yaradır. Bu Dövlətçilik üçün, Dövlət üçün qorxulu haldır. 
Təsəvvür edirsiniz, bəzi məmurlar məclislərdə yaxın zamanda icra başçısı, hətta nazir olacaqları barədə dostlara, tanışlara  ANONS verirlər. Bunlara başa salan yoxdur ki, həmin vəzifələrə  təyinat birbaşa Prezident İlham Əliyevin müstəsna  səlahiyyətində olan məsələdir. Sən haradan bilirsən ki, səni o vəzifəyə təyin edəcəklər..? Deməli, sən cənab Prezidentin müstəsna səlahiyyətlərinə müdaxilə edirsən... 
Belə məmurların bir neçəsi barədə yazmağı düşünürük. Məlumdur ki, qısa müddət, daha dəqiq desək  10 gün ( 4-10 aprel  2023 ) Kənd Təsərrüfatı Naziri vəzifəsi boş qaldı. Bu 10 gündə kimlər özünü bu postda görmədi, kimlər gecələr yuxuda həmin kresloda oturdu və nələr vəd verdilər... Belələrindən biri də Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin ( AQTA ) sədri Qoşqar Təhməzli idi. 
Qısa məlumat üçün qeyd edək ki, Qoşqar Təhməzli 1994-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Sanitariya və gigiyena fakültəsini bitirib. Gigiyena və Epidemiologiya Mərkəzində həkim, 1997–2004-cü illərdə qidalanma şöbəsinin müdiri, 2004–2005-ci illərdə "Nəbz" Tibb mərkəzinin baş direktoru, 2008–2016-cı illərdə isə "Medeks" MMC-də baş direktor vəzifələrində çalışıb. Bu adamın əsas işi xaricdən  tibbi avadanlıqlar gətirib satmaq olub. Özü də yalandan deyir ki, guya 1992-ci ildə Azərbaycan Respublikasının azadlığı və ərazi bütövlüyünün müdafiəsi uğrunda Qarabağda gedən döyüşlərdə fəal iştirak etmiş, "Müharibə veteranı" statusuna layiq görülüb. Bu adam AQTA sədri olandan sonra qida sahəsində heç bir ciddi irəliləyiş olmadı. Bu adamın qardaşı Ataş Təhməzovun adı mediada dövlət çevriliçində hallanıb, digər qardaşı MİDA-nın rəhbəri Fərhad Təhməzovun adı 5 dəqiqədə 5 milyonluq sosial mənzillərin satılmasında hallanıb. 
İndi özünüz təsəvvür edin ki, belə bir  KEÇMİŞƏ malik olan Qoşqar Təhməzli hər yerdə deyirdi ki, Kənd Təsərrüfatı Nazirliyi  DƏRYA-dır, OKEAN-dır, mən yaxın günlərdə Kənd Təsərrüfatı Naziri olacam və bütün qohum-əqrəbamı yağ-bal içində saxlayacam və s... Bu adama deyən lazımdır ki, sən nazir olsaydın, cəmiyyət deyil, Vejnəli İlahi kişinin qohumları, əmin Spartak, Genanlıdən olan bibin Teyyubə yağ-bal içində yaşayardı... Və son nəticədə Qoşqar Təhməzli Kənd Təsərrüfatı Naziri ola bilmədi. İndi neçə aydır ki, Qoşqarın gəmisi dəryada batıb, elə hey düşünür ki, görəsən, bu gizli planı kimlər pozdu..? Kimlər Qoşqar Təhməzlinin üzərindən qara xətt çəkdi..? 
Onu da qeyd edək ki, Kənd Təsərüfatı Naziri olmaq uğrunda  təkcə Qoşqar Təhməzli deyil, onun dostu, Millət Vəkili Mahir Abbaszadə də bir-birindən xəlvət, gizli nazir olmaq uğrunda  planlar qurmuşdu. 
Mahir Abbaszadə haqqında qısaca onu qeyd edək ki, o, 1975-ci ildə Laçın rayonunun Güləbird kəndində anadan olub. 1997-ci ildə Bakı Dövlət Universitetini iqtisadi nəzəriyyə müəllimi ixtisası üzrə bitirmişdir. Sonra Güzdəkdə daş karxanasında işləyib və sonra müxtəlif banklarda çalışıb, 2015, 2020-ci illərdə Ramiz Mehdiyevin xeyir-duası ilə Milli Məclisin deputatı olub. Guya Allah qoymasa ehtiyatda olan zabitdir. Əslində bu adam fərari olub, hərbi qulluqda olmayıb və bütün bunları gizlədir. Hansı ki, bu adam qanunla 3 övladı olmadığı üçün bu gün də hərbi qulluğa çağırıla bilər. Hansı ki  başqa deputatlar bu örnəyi ortaya qoyublar. 
Beləliklə Mahir Abbaszadə 2018-ci ildə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru vəzifəsinə təyin olunub. Və neçə illərdir ki, məcburi köçkünlərin hesabına milyonlara sahib olub, dövlətin ayırdığı vəsaiti mənimsəyib. 
Deməli, Qoşqar Təhməzli kimi Mahir Abbaszadə də hər yerdə deyirdi  ki, yaxın günlərdə Prezident məni Kənd Təsərrüfatı naziri təyin edəcək. Bu adama başa salan yoxdur ki, sənin Prezidentin adından danışmağın, onun müstəsna səlahiyyətlərinə müdaxilə etməyin, sənə baha başa gələ bilər… Dövlət idarəçiliyi sənin üçün Parisdə Eyfel qülləsində arvad-uşaqla şəkil çəkdirmək, poz vermək deyil. Ağlını başına yığ, layiq olduğun yerdə otur… 
Mahir Abbaszadəyə deyən lazımdır ki, yığmısan keçmiş OMON-çuları (Vüqar) başına, vaxtilə Ulu Öndərə qarşı çıxanları toplamısan ətrafına, məqsədin nədir..? Bəlkə… Deyəsən Məcburi Kömkünlərin Fondundan qazandığın zəhmətsiz gəlirlər səni havalandırıb haa…? Mahir Abbaszadə, bir müddət əvvəl Xəzər Sığorta yaratmaq istəyiridin…Nə oldu  sonu… Sənə belə deməmşdik, amma indi sənə sonuncu dəfə deyirk ki, Prezidentin adından danışma…. Gedib Eyfeldə şəkil çəkdirib paylaşırsan, seçicilərin isə 1 çaynik çay almağa pul tapmırlar…. Prezidentimiz Şuşadakı sonuncu çıxışında media ilə fikirlərini söylədi və gələcək yolumuzu müəyyən etdi. 
İndi papağını qoy qabağına, Mahir Abbaszadə, düşün… Eyfel qülləsindəki ailəvi şəkillərini paylaşıb seçicilərini qəzəbləndirmə…

Ardını oxu...
 
Göyçay rayon sakinləri tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Göyçay rayon Suvarma Sistemləri İdarəsinin müdiri vəzifəsini icra edən Orxan Mahmudov nəhəg idarəni az müddətdə çox zəiflədib bərbad vəziyyətə gətirib.
Orxan Mahmudovun yarıtmaz idarəçiliyindən bezən əməkdaşların bir neçəsi artıq öz ərizələri ilə işdən çıxırlar.Artıq bir neçə texnika sürücüsüz qalıb.Nəticədə də rayonda suvarma işləri iflic olub.Göyçayın kəndlərinin əksəriyyətində suvarma kanalları lildən, koldan -kosdan, qamışdan təmizlənmədiyi üçün əkinlərin suvarılmasına çətinliklər yaranıb.Əksər kəndlərdə sakinlər əkin üçün su tapmırlar.
Rayonun Mallı-Şıxlı, Çərəkə, Qaraman, Bığır, Müskürlü, Yeniarx, Hacağabəyli, Xəlitli və digər kəndlərin suvarma kanllarını kol-kos, lil-qamış basıb deyə su ötürücülüyü azalıb.
Orxan Mahmudov isə bu barədə tədbir görmək əvəzinə qabaqcıl təcrübəli işçiləri oradan uzaqlaşdırıb yerinə bu sahəyə aidiyyatı olmayan təcrübəsiz özünə yaxın adamları gətirib idarədə anarxiya yartmışdır.
Artıq texnikalar əvvəlki müdirin dövründə olduğu kimi şəxsi təsərrüfatlarda özəl işlərə cəlb edilir.Çnüki xaltura yolu ilə əldə olunan pulun doxsan faizi Orxan Mahmudova çatır.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri
cənab Zaur Mikayılov bu faktları obyektiv araşdırıb təcili tədbirlər görməli bu sahəyə aidiyyatı olmayan bazar alverçisi olan Orxan Mahmudovu Göyçay rayon Suvarma Sistemləri İdarəsindən rədd etməlidir".

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Teref.az-ın poçtuna daxil olmuş şikayət məktubunu ictimaiyyətə təqdim edirik:
Hörmətli redaksiya, Astara təhsilində son baş verənlər və şəhər 6 saylı məktəbin direktoru ilə bağlı bir çox saytlarda gedən məlumatlarla yəqin ki, tanışsınız və xüsusi bir şərhə ehtiyac görmürük. Nümunə: https://musavat.com/news/astara-seher-6-sayli-orta-mektebde-katibe-ile-direktor-arasinda-qalmaqal_952330.html

Sözügedən xəbər və məlumatlardan ciddi əndişələnən direktor, etirazçı işçilərin ən cəsarətlisini, məhkəmə vasitəsilə susdurmaqdan başqa çarə düşünməyib və bunun üçün "lazım olan prosedurları" da həll edib. Nəticədə, məhkəmə, inanılmaz və tam absurd bir qərar verərək, direktorun qanunsuzluqlarını araşdırmaq yerinə, işçinin iddialarının böhtan olmasına qərar verib! Yəni işçilər direktorun onlardan pu tələb etməsini iddia edirlər, məhkəmə isə bunu araşdırmaq yerinə, onların böhtan atmasına qərar verib. Üstəlik də mediada gedən bütün iddia və məlumatlar, işçinin məsuliyyəti kimi tövsif olunub..
Konkret olaraq, katibə Validə Məmmədovanın məsuliyyətə cəlb olunması və məvacibinin tutulması barədə qərar verilib. Digər işçinin (Aysel İsmayılova) isə ifadəsi təzyiq yoluyla dəyişdirilib.

Hüquqşünasların fikrincə zərrə qədər olsun hüquq məntiqi olmayan bu qərar, təbii ki, ciddi mübahisələrə səbəb olub. Haqsızlıqlarla bağlı son pənah yeri kimi "Təhsil Araşdırmalar Mərkəzi"nə müraciət edən katibənin şikayətini araşdırıb, məqalə hazırlamışıq.
Əməkdaşımız bu işlə birbaşa olaraq məşğul olduğu üçün, ehtiyac olsa, bütün digər sübut və məlumatları təqdim edə biləcəyimizi də bəribaşdan qeyd edək.Qarşıdakı günlərdə Ülviyyə Bayramova barədə ciddi kompromatlar açıqlanacağını proqnozlaşdıra bilərik.
_____
P.S. Təəssüf ki, qarşı tərəf, yəni direktor Ülviyyə Bayramova fikir bildirməkdən yayındığı üçün onun mövqeyini ala bilmədik.
______
______
______
“Təhsil Araşdırmalar Mərkəzi,” aktiv QHT olaraq mediaya çağırış edir: Astara təhsilindəki özbaşınalıqlarda, bizim cəsarətli işimizə, uğurlu fəaliyyətimizə dəstək olan mediamız, maksimum şəkildə bu məntiqsiz qərarı işıqlandırsa, çoxlu saytda dərc olunsa, növbəti məhkəmə instansiyası rəhbərliyi, artıq katibənin “zəif” olmadığını görüb, ilkin instansiyanın absurd qərarını ləğv edə bilər.

Gəlin, güclünün deyil, haqlının yanında olaq! Yoxsa daha bir məktəb, əldən gedəcək və daha da pisi odur ki, digər nihilist direktorlar üçün də pis presedent güclənəcək.

_____

Sizə həm müfəttişliyin ədalətli qərarının, həm də məhkəmənin ədalətsiz qərarının surətini göndəririk.
Ardını oxu...
Ardını oxu...
Dövlət Əmək Müfəttişliyi Xidmətinin direktorla bağlı verdiyi qərar
Ardını oxu...
Ardını oxu...
Astara Rayon Məhkəsinin verdiyi absurd və inanılmaz qərar
Teref.az olaraq məktubda qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Terefaz
Ardını oxu...
“AAAF İnşaat” MMC-nin təsisçisi şirkətin rəhbərini özbaşınalıqda suçlayır.

Yenicag.az-a “AAAF İnşaat” MMC-nin təsisçisi Mövləddin Ramazanovun Abşeron rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyevə, rayonun hüquq-mühafizə orqanlarının rəhbərlərinə və Fövqəladə Hallar Nazirliyinə (FHN) ünvanladığı şikayət məktubu daxil olub.

Mövləddin Ramazanovun məktubunda “AAAF-İNŞAAT”ın ərazisi olan, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 167 ünvanında, giriş hissədə inşa edilmiş 7 mərtəbəli yaşayış binasının yan tərəfində, ara məsafəsi saxlamadan naməlum şəxs tərəfindən qanunsuz olaraq əsaslı tikinti işlərinə başlanıldığı, özbaşına hasarlanma işlərinin həyata keçirildiyi qeyd olunub.

“Mən bir təsisçi olaraq bu tikintidən, satılmış torpaq sahəsindən heç bir xəbərim yoxdur, ümumiyyətlə, “AAAF-İNŞAAT” MMC-nin apardığı tikinti işlərinin layihələrində, ərazinin baş planında belə bir tikintinin aparılması nəzərdə tutulmayıb. Buna kim icazə verir, kim nəzarət edir, bu, nə özbaşınalıqdır?”, – deyə o vurğulayıb.
Ardını oxu...
Tofiq Heydərov

Ramazanovun yazdığına görə, ərazidə olan yaşayış binalarının sakinləri də haqqında danışılan qanunsuz hasarlama ilə bağlı kəskin narazılıqlarıni bildirərək, aidiyyatı qurumlara dəfələrlə yazılı və şifahi müraciətlər ediblər.

Yeri gəlmişkən, “AAAF Park” Yaşayış Kompleksinin 7 mərtəbəli və 215 mənzilli 24-cü binasının sakinləri ərazidə piyada və avtomobil hərəkətini tamamilə məhdudlaşdıran qanunsuz tikintinin ləğv edilməyəcəyi halda, ərazidən keçən yolu bağlayacaqları və nəticə olmasa, daha radikal addımlar atacaqlarına dair xəbərdarlıq etsələr də, “AAAF-İNŞAAT”ın preezidenti Tofiq Heydərov nə onların şikayətinə, nə də xəbərdarlığına məhəl qoyur. Bu isə sakinləri daha da hiddətləndirir.

Sakinlər bildirirlər ki, binada yanğın baş versə, yaxud təcili tibbi yardıma ehtiyac yaransa, həmin xidmətlərin avtomobillərinin əraziyə daxil olması mümkün deyil. Bu isə sakinlərin həyatı və sağlamlığı üçün çox böyük riskdir. Ona görə də sakinlər son həftədə, demək olar ki, hər gün ərazidə bir araya gələrək qanunsuz tikintiyə etirazlarını bildirirlər. Sakinlərin qanunsuz tikinti barəsində dəqiq məlumatları olmasa da, bu işlərin Ceyhun Musayev adlı şəxs tərəfindən aparıldığını öyrənə biliblər.

Nə qədər təəccüblü olsa da, Abşeron Rayon İcra Hakimiyyətindən sakinlərin müraciətinə cavab olaraq ərazidə hər hansı tikintiyə icazə verilmədiyi bildirilsə də, sözügedən tikintinin qarşısının alınması üçün rayon rəhbərliyi tərəfindən heç bir tədbir görülmür. Binanın qarşısından edilmiş çəkilişlərdən də göründüyü kimi, həmin tikinti nəinki ərazinin yolunu, həm də sakinlərin pəncərəsini və binaya giriş yollarını bağlayıb. Bəli, tikinti sahiblərinin girişlərdən birində quraşdırdığı avadanlığın səsindən Qarabağ qazisi olan sakinin ailəsinin rahatlığı tamamilə pozulub.

Sakinlərlə yanaşı, ərazidəki mikrotəbiət də qanunsuz tikintidən zərər çəkməkdədir. Binada yaşayanların əkdiyi və 10 il qulluq edərək min bir əziyyətlə böyütdükləri ağaclar da qanunsuz tikintinin güdazına gedir. Binanın həyətindəki ağaclardan artıq 3-ü kəsilib. Qanunsuz tikinti yay tətilinin dadını çıxarmalı olan uşaqların da istirahətini alt-üst edib. Onlar bu tikinti üzündən oynamağa yer tapmırlar.

“AAAF-İNŞAAT”ın təsisçisi bəhs edilən “hasarlama işi”nin Azərbaycan Respublikası Prezidentinin “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2018-ci il 1 avqust tarixli Fərmanının, eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 11 mart tarixli 72 nömrəli qərarı ilə təsdiq edilmiş “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”ın tələblərinə tamamilə zidd olduğunu diqqətə çatdırıb.

Mövləddin Ramazanov məktubunda qeyd olunan məqamları əsas götürərək “AAAF-İNŞAAT” MMC-yə məxsus yaşayış kompleksinin layihə sənədlərində, ərazinin baş planında nəzərdə tutulmayan, qanunsuz, özbaşına aparılan tikinti işlərinin qarşısının alınmasını, həmin hallarla əlaqədar ətraflı araşdırma aparılmasını, ərazidəki qanunsuz tikinti işinə göz yuman və şərait yaradan şəxslərin hərəkətləri barəsində qanunamüvafiq qaydada ölçü götürülməsini və onların qanunsuz əməllərinə hüquqi qiymət verilməsini xahiş edib.

Mövləddin Ramazanovun məktubunda yer alan ittihamların ciddiliyini nəzərə alaraq “AAAF-İNŞAAT” MMC-nin mövqeyini öyrənmək üçün şirkətlə əlaqə yaratmağa yönəlik davamlı cəhdlərimiz nəticəsiz qaldı. “AAAF-İNŞAAT”ın rəsmi internet resurslarında qeyd edilən sabit telefon nömrələrinin operator bilgisinə əsasən, “işləmədiyi”, mobil nömrələrin isə “təyin edilmədiyi” üzə çıxdı.

Bununla belə, təmsilçilərinin müraciət edəcəyi təqdirdə, “AAAF-İNŞAAT” MMC-nin də mövqeyini işıqlandırmağa hazırıq.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Ağdan icra hakimiyyəti başçısının birinci müavini Allahverən Əliyev özünə ancaq günorta istirahəri üçün istifadə etdiyi dəbdəbəli ev tikdirib.

Məmurların qanunsuz olaraq bizneslə məşğul olmaları ilə bağlı demək olae ki, həe gün yazılar dərc olunur. Amma bu demək olar ki, heç nəyi dəyişmir və məmur biznesi çiçəklənməykdə davam edir. Bu bir tərəfdən qanunlarda olan boşluqlarla əlaqəlidirsə, ölkəmizdə topdağıtmaz məmur bizneslərinin ayaq tutub yeriməsinin digər və əsas səbəbi onların elə məmur olmalarıdır.

Qanunsuz biznesə sahib olan məmurları cəzalandıracaq şəxslərin də məmur olmaları və onların da çox saylı biznes obyektlərinin olması ölkədə bu sahədə cəzasızlıq “preambulası” formalaşdırıb. Yəni heç kəs “öz oturduğu budağı baltalamaq istəmədiyi” üçün yaranmış vəziyyət də normal, hətta təbii qəbul olunur. Ancaq gözdən düşdüyünə görə vəzifədən getmiş məmurlardan qanunsuz biznesə görə hesab sorulur ki, bu da problemin nə qədər dərində olmasından xəbər verir.

Ancaq biz media olaarq öz işimizi görməli və vətəndaşın “boğazında kal armuda” dönüşən məmurların qabunsuz bizneslərini xalqın diqqətinə çatdırmalıyıq. Bu da bizim vəzifə borcumuzdur.

Bu günkü “qonağımız” isə Ağdam rayon İcra Hakimiyyətinin birinci müavini Allahverən Əliyevdir. Öncəliklər tanışlıq üçün qeyd edək ki, ağdamlıların “pendir kralı” dedikləri Allahverən müəllim çox-çox uzun illərdir ki, Ağdamda başçını birinci müavini işləyir və o, çoxlu sayda başçı yola salıb. Amma nə hikmətdirsə, yeni gələn heç bir başçı Allahverən müəllimi yola sala bilməyib. Başçılar Allahverən müəllimin təsiri altına düşüb işləyirlər və bəlkə də buna görə onları tez birzamanda vəzifələrini itirirlər. Demək olar ki, heç biri də başqa rayona transfer olunmur, sadəcə evlərinə yola salınırlar.

İşlədiyi uzun illər boyunca Allahverən Əliyev vəxifə səlahiyyətlərində sui-istifadə edərək özünə və ailə üzvlərin çox saylı qanunsuz bizneslər qurub, mülklər tikdirib.

Biz bu bügün Allahverən müəllimin ancaq Ağdamda hamı tərəfindən bilinən biznesini təqdim edirik. Bu bizneslərin və mülklərin hamısı Allahverən Əliyevin yaxın ailə üzvlərinin adına açılıb. Bunların arasında Allah verən müəllimin dəbdəbəli istirahət evi (bu evdən cənab Allahverən Əliyev ancaq günorta saatlarında istifadə edir), yüzlərlə hektar torpaq sahəsi, böyük heyvandarlıq kompleksləri, mağaza və marketləri, pendir istehsal edən sexləri (yerli sakinlər bu oendir sexlərinin çirkab suyundan cana doyublar) və digər biznes obyektləri aiddir.

Siyahını şəkillərlə təqdim edirik:
1.Allahverən Əliyevin istirahət evi
Ardını oxu...
2.Allahverən Əliyevin Çəmənli kəndindəki pendir sexi
Ardını oxu...
3.Allahverən Əliyevin Çəmənli kəndindəki mağazasıAğdamın
Ardını oxu...
4.Allahverən Əliyevin Çəmənli kəndindəki formasıAğdamın
Ardını oxu...
5.Allahverən Əliyevə məxsus ferma
Ardını oxu...
6.Allahverən Əliyevə məxsus əkin sahələri
Ardını oxu...
Qeyd edək ki, bunlar yalnız Allahverən Əliyevin Ağdamda mövcud olan mülk və biznes, torpaq sahələridir. Onun qonşu rayonlarda və Bakı şəhərində də çox saylı mülkləri və biznes obyektləri var.

Bunlardan əlavə “pendir kralı”nın şaxta diplomlu oğlu Sahil Əliyev pambıq məntəqəsində işləyərkən 170 min manatlıq yeyintiyə görə ona qarşı istintaq işi aparılsa da, sonradan o işdən heç bir xəbər çıxmadı. Bu haqda da növbəti yazımızda ətraflı yazacağıq.
realmedia

“PATRUL.AZ” media şirkətinin rəhbəri Səməndər Niftəliyev bildirir ki, Koreyadan 2015-ci il istehsalı olan Kia Carnival marka modelli avtomobili 7700 dollara alıb. Avtomobilin Azərbayacana gətirilməsi üçün də 2530, yəni ümumi 10230 dollar ödənilib. Avtomobilin rəsmi alış sənədi, bank yolu ilə ödəniş qəbzlərində də qeyd olunan məbləğlər öz əksini tapıb. Lakin avtomobili qeydiyyata saldırmaq istəyərkən ona əvvəlcə 13500, çox xahiş-minnətdən sonra isə dırnaqarası güzəşt edilərək 12500 dollar qiymət təyin olunub. Soruşa bilərsiniz ki, “bu qiymət necə təyin olunub?” Qısa, konkret : “Gömrük əməkdaşının ürəyi belə istəyib”.  Əməkdaşın ürəyinin belə istəməsi isə ortada vətəndaşın ziyanına olaraq 694 manat 26 qəpik fərq yaradır. Yəni vətəndaşın əlində olan rəsmi ödəniş qəbzləri ilə dövlət gömrük komitəsinin rəsmi saytında hesablama etdikdə gömrük rüsumu kimi 11443.26 manat çıxır, ancaq gömrük əməkdaşının ürəyi istəyən qiymətlə hesabladıqda 12138.24 manat. 
Hə, onu da deyə bilərsiniz ki, “bəs vətəndaş nəyə görə əməkdaşa etirazını bildirməyib”? Sözsüz ki, bildirib. Cavab isə “ürəyin kimə istəyir şikayət elə olub”. Görünən odur ki, bu əməkdaşa görə ölkə yazılı qanunlarla yox, kimin ürəyi nə cür istəyir elə idarə olunur. Bizim isə ürəyimiz istəyir ki, bu vətəndaş qanunamüvafiq şəkildə, rəsmi qaydada göstərilənə uyğun olaraq öz avtomobilini rəsmiləşdirib qeydiyyata salsın. 
Əgər dövlət gömrük komitəsi səlahiyyətlilərindən kiminsə ürəyi istəyib cavab mövqeyi bildirmək istəsə işıqlandırmağa hazırıq.

Hörmətli Məhkəmə Hüquq Şurasının rəhbərliyi!
Xahiş edirəm bizə kömək edin. Oğlum Xəyal Yahyayevə ailəsilə görüşə, Zəngə qadağa qoyulub. Qadağaların aradan qaldırılması üçün Sizdən əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinə ərizə ilə müraciət etmişəm, sədrlə görüşmüşəm. Ali Məhkəməyə müraciət etmişəm, lakin hakim mövqeyini dəyişməyib.
Xahiş edirəm müdaxilə edin. Ombudsmana 100 dəfə qaynar xəttə zəng edib demişik, həkim göndərməyib, müdaxilə etməyib.
Qadağanın əsassız qanunsuz olduğu fakt ortadadır. Xəyal Yahyayev Apellyasiya şikayəti verib onu da ört basdır ediblər, baxılmağa yönəltməyiblər. Bu nə yanaşmadır, Məhkəmədə Xəyala danışmağa imkan vermədiyi kimi ailəsilə də danışmağa, görüşməyə hakim imkan vermir, qadağa qoyub. Bu nə Gestapo rejimidir, dinləyiciləri də gözüm çıxdıya salırlar.
Yüzlərlə Ağır Cinayətlər Məhkəməsində 178 maddə ilə işlərə baxılır müttəhimlər hamısı evlə danışır, yad adamlarla da danışır, hətta ev dustaqlığına buraxılır, insanların pullarını geri qaytarmağa şərait yaradırlar. Mənim oğlum 146 000 insanı necə aldada bilər, özü də fəaliyyət göstərdiyi 2 il müddətində? Ocos Token olaraq indi də var, oğlum içəridədir, çöldə minlərlə oğlum tanımadığı insanlar alqı-satqı edir, öz tronlink hesabını dolrurur. Şirkət insanların öz yatrımlarını qaytarmalıdır. Bəs niyə hakim imkan vermir, niyə verilən bütün vəsatətlər rədd edilir, obyektiv araşdırılmır. Bir iş qurmuşdular onu da görməzdən gəlirlər, necə ki özünü zərərəçəkmiş adlandıran şəxslər fakt ifadə verəndə yalan danışdıqları aşkarlanır, amma hakim yalan ifadəyə görə tədbir görmür. Vəkillər vəsatət qaldırır ki, ev dustaqlığına buraxılsın vəsatəti rədd edir. Şəxsən Müttəhim Gülarə Abdullayeva və qeyriləri Azad Məcidova, işi birtətəfli aparmasına etiraz edir, bu hal dəfələrlə təkrarlanır hakim yenə də heç nə olmamış kimi iclasa sədrliyi davam edir və Zərərçəkənlərin istəyini yerinə yetirir, müttəhimləri təhqir edir, təhid edir.
Mən Ərizə ilə müraciət etdiyimə görə Azad Məcidov daha da aqressivləşib, Xəyal Yahyayevə deyib ki, sən nə vaxt pulları gizlətdiyin yerdən gətirib 1 zərərçəkmişə versən onda baxarıq zəngə icazə verək yoxsa verməyək. Mənim gözümün ağı qarası oğlum Yahyayev Xəyal Xanış oğlunun iki azyaşlı uşağı var. Uşaqlar ruhən sarsılıb, ağlayır və xəstə düşüb ataları ilə danışmaq istəyir. Zərərçəkənlər Xəyal Yahyayevin hardansa səsini əldə edib və onun dedikləri sözləti təhrif edirlər, hakimə şikayət edirlər ki, Xəyal bizi qorxudur, içəridən çölü idarə edir, içəridə oturub çöldən pul yığır, insanları aldadır.. Əgər hakimin dediyi kimi istədiyi insanların pullarının geri ödənilməsidirsə vəkillərin ev dustaqlığı vəsatətini niyə təmin etmir?!. Əgər hakim dediyi kimi insanların pullarının qaytarılmasına çalışırsa bu səsdə Xəyal Yahyayev pulların verilməsindən, şəxsən çıxıb kimin nə qədər verdiyini şəxsi kabinetlərə daxil olub yoxladıqan sonra verəcəm demişdi. Oğlum Haqq- hesab edəcəm sözünü demişdir, Hakim ona deyib: “Sən haqq hesab edəcəm deyirsən, adamlara hələ bir hədə qorxu gəlirsən?! İndi sənin səsini kəsəcik, bəsdir milləti aldadıb pul yığdığın”. 20.11.2021-ci ildən bu günə kimi Xəyal Yahyayev Kürdəxanı İstintaq Təcridxanasında saxlanılır. 1 il istintaq getdi. 2022-ci ilin dekabr ayından isə işi Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun icraatındadır. Mənim oğluma Məhkəmə iclaslarında l fikir ifadə etməyə imkan vermir, hər dəfə təhdid edir və insanların içində aşağılayır. Bəlkə də proses tam videolentə alınmır, alınsaydı bu qədər basqılarla iclas apamazdı. Mənim danışmağa icazə verilsin deyə yazdığım ərizəni Hakim məhkəmədə elan edib və zərərçəkmişlərdən soruşur icazə verəkmi Xəyal ailəsilə danışsın? Bir bir fikrinizi bildirin. Zərərçəkmişlər də bir bir durub deyib ki, istəmirik danışsın, qadağanı qüvvədə saxlayın. qoy elə evdəkilər də özü də xəstə düşsün.
Məhkəmə Hüquq Şurasının diqqətinə onu da çatdırıram ki, zəng qadağasını məhz eyni şikayətçilər hakimdən tələb edib. Bu o şəxslərdir ki, məhkəmədə yalan ifadə verdiklərinə görə hakim tərəfindən tədbir görülmür. Onlar pulu sistemə könüllü yatırım edib, şəxsiyyət vəsiqəsini üzlərinə tutub onlayn qeydiyyatdan keçiblər, verdikləri pul səhifədə öz kabinetində anında görsənib, 24 saata Şirkətdən referal bonuslar da alıb, özləri komanda yığıb, istintaqa bir rəqəm, Məhkəmədə isə tamam artıq bir rəqəm deyirlər. Hakim proses iştirakçısı olmayan sadəcə məhkəməyə dinləyici qismində qatılan şəxsləri də sorğu-suala tutur, adamların şəxsiyyət vəsiqələrini alır, sonra da mühafizəçinin vasitəsilə zaldan çıxardır. Heç bir məhkəmədə Hakim dinləyici qismində zalda sakit oturan şəxsi qaldırb sorğu sual edib qorxudub çölə çıxartmır, amma bu hakim edir. Hər kəs qazanc əldə etdiyi səhifəyə görə bank vasitəsilə xidmət haqqı ödəyib, şikayətçilər o pulları da tələb edirlər. Hakim o bank əməliyyatlarını da heçə sayır və deyir o xidmət haqqı deyil, rüşvətdir, deyin rüşvət alıb. Xahiş edirəm Xəyalın SƏSİNİ DİNLƏYİN. 4 divar arxasında Təcridxanada hava almağa macal olmadığı bir halda mənim oğlum həbsdə necə pul yığa bilər, içəridən çöldəki insanları necə aldada bilər, içəridən çölü necə idarə edə bilər, çöldəkiləri qapalı yerdən necə təhdid edə bilər? Və əgər dedikləri kimi səsilə təhdid edibsə o təhdid nədən ibarətdir, nə deyib təhdid edib və hansı sözü cinayət tərkibi yaradıb təhdid hesab olunub. Bu ittihamlar Xəyaldan çox Penitensiar Xidmətin fəaliyyətinə kölgə salır. Bir şəxs İstintaq Təcridxanasndan bunların dedikləri özbaşınalıqları necə edə bilər?! Fakt Xəyal Yahyayev etməyib nə də edə bilməz. Xahiş edirəm bütün bu məsələlərə aydınlıq gətirin və qanunla Ədalətlə yoluna qoyun. Artıq dözülməz haldır bu müsibətlər davam etməsin.

M.Yahyayeva

Ardını oxu...

Dünyapress TV

Xəbər lenti