Göyçay rayon sakinləri tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:
"Göyçay rayon Suvarma Sistemləri İdarəsinin müdiri vəzifəsini icra edən Orxan Mahmudov nəhəg idarəni az müddətdə çox zəiflədib bərbad vəziyyətə gətirib. Orxan Mahmudovun yarıtmaz idarəçiliyindən bezən əməkdaşların bir neçəsi artıq öz ərizələri ilə işdən çıxırlar.Artıq bir neçə texnika sürücüsüz qalıb.Nəticədə də rayonda suvarma işləri iflic olub.Göyçayın kəndlərinin əksəriyyətində suvarma kanalları lildən, koldan -kosdan, qamışdan təmizlənmədiyi üçün əkinlərin suvarılmasına çətinliklər yaranıb.Əksər kəndlərdə sakinlər əkin üçün su tapmırlar. Rayonun Mallı-Şıxlı, Çərəkə, Qaraman, Bığır, Müskürlü, Yeniarx, Hacağabəyli, Xəlitli və digər kəndlərin suvarma kanllarını kol-kos, lil-qamış basıb deyə su ötürücülüyü azalıb. Orxan Mahmudov isə bu barədə tədbir görmək əvəzinə qabaqcıl təcrübəli işçiləri oradan uzaqlaşdırıb yerinə bu sahəyə aidiyyatı olmayan təcrübəsiz özünə yaxın adamları gətirib idarədə anarxiya yartmışdır. Artıq texnikalar əvvəlki müdirin dövründə olduğu kimi şəxsi təsərrüfatlarda özəl işlərə cəlb edilir.Çnüki xaltura yolu ilə əldə olunan pulun doxsan faizi Orxan Mahmudova çatır. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri cənab Zaur Mikayılov bu faktları obyektiv araşdırıb təcili tədbirlər görməli bu sahəyə aidiyyatı olmayan bazar alverçisi olan Orxan Mahmudovu Göyçay rayon Suvarma Sistemləri İdarəsindən rədd etməlidir".
İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...