Ardını oxu...
"Bəlkə ümumiyyətlə Balaxanıneft ƏŞ-ni ləğv edib,bütün neft quyularının ağzını bağlayıb verəsiniz ərazinin qeyri rəsmi sahiblərinə?" DİA.AZ bildirir ki, bunu etirazında Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri, tanınmışç hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı ifadə edib.
"Müvafiq qurumlar tərəfindən araşdırılmasına ehtiyac duyulur" deyə vurğulayan M.Qəhrmanlı daha sonra konkret faktlara istinad edib:
"Əlavədəki video və şəkillər Balaxanı ƏŞ-nin ərazisində çəkilib. Ərazi SOCAR-a məxsus olan kontrakt ərazisidir.(2010-cu ilin iyun ayında (SOCAR), SOCAR-ın “Ortaq Neft Şirkəti” (ONŞ) və Sinqapurun “UQE-Lancer PTI. Ltd” şirkəti arasında Hasilatın Pay Bölgüsü haqqında” Saziş (UQE-Lancer PTİ Ltd - 75%, SOCAR ONŞ - 25%) bağlanıb.) Ərazidə həm işlək ,həm də bağlı neft quyuları var,yaşayış üçün risqlidir. Bununla bərabər risqli ərazi uzun illər müvafiq şəxslər tərəfindən qeyri qanuni hissə-hissə əhaliyə satılmış və satılmaqda davam edir. Videoların birində(əlavə etməmişəm) ərazidə yeni obyektlərin tikildiyi və həmin tikintinin Balaxanı ƏŞ-nin üç vəzifəli şəxsə aid olduğu bildirilir. Tikinti gedən əraziyə Sabunçu rayon icra başçısı Adil Vəliyevin də baş çəkdiyi bildirilir.
Məlumatda o da qeyd olunur ki, tikinti aparılan ərazidə mövcud olan neft buruğu da olub. Və tikintinin aparılması üçün müvafiq sənədlər yoxudr.Tikintiyə başlamazdan öncə həmin buruq demontaj olunub.Müvafiq qurumlar tərəfindən araşdırılmasına ehtiyac duyulur...
Əlavədəki video və şəkillər Balaxanı ƏŞ-nin ərazisində çəkilib. Ərazi SOCAR-a məxsus olan kontrakt ərazisidir.(2010-cu ilin iyun ayında (SOCAR), SOCAR-ın “Ortaq Neft Şirkəti” (ONŞ) və Sinqapurun “UQE-Lancer PTI. Ltd” şirkəti arasında Hasilatın Pay Bölgüsü haqqında” Saziş (UQE-Lancer PTİ Ltd - 75%, SOCAR ONŞ - 25%) bağlanıb.) Ərazidə həm işlək ,həm də bağlı neft quyuları var,yaşayış üçün risqlidir. Bununla bərabər risqli ərazi uzun illər müvafiq şəxslər tərəfindən qeyri qanuni hissə-hissə əhaliyə satılmış və satılmaqda davam edir. Videoların birində(əlavə etməmişəm) ərazidə restoran tikilməsi və həmin tikintinin Balaxanı ƏŞ-nin iki vəzifəli şəxsə aid olduğu bildirilir.
Məlumatda o da qeyd olunur ki, tikinti aparılacaq ərazidə mövcud olan neft buruğu da olub.Tikintiyə başlamazdan öncə həmin buruq demontaj olunub. Tikintinin aparılması üçün müvafiq sənədlər(icazə) yoxdur.Bununla əlaqadar müxtəlif qurumlara müraciət olunub..."
Ardını oxu...
Son dövrlər digər sahələrdə olduğu kimi, Daxili İşlər Nazirliyində də köklü islahatlar həyata keçirilib. Aparılan islahatlar sayəsində əldə olunan uğurlu nəticələr danılmaz bir faktdır. Daxili işlər orqanlarında çalışan əməkdaşların yorulmaz fəaliyyəti, ictimai asayişin yüksək səviyyədə qorunması, narkomaniyaya və cinayətkarlığa qarşı təxirəsalınmaz tədbirlərin mütəmadi olaraq keçirilməsi bunu deməyə əsas verir.

Lakin elə polis əməkdaşları da var ki, onlar bütövlükdə polisin fəaliyyətinə kölgə salır. Belələrinə Masallı rayon DYP əməkdaşlarının əksəriyyətini misal göstərmək olar.

KAİM.az xəbər verir ki, vətəndaş Mətləb Muradov Masallı rayon DYP əməkdaşlarının qanunsuz əməlləri barədə Daxili İşlər Naziri cənab Vilayət Eyvazova MÜRACİƏT ünvanlayıb.

M.Muradov müraciətində bildirib ki, Masallı rayonda 09.04.2023-cü il tarixdə idarə etdiyi 90 NR 870 dövlət nömrə nişanlı ford tranzit markalı yük avtomobilini marketə düşmək məqsədilə saxlayıb. Elə bu zaman Masallı rayon DYP əməkdaşları (biri özünü Vüsal kimi təqdim etdi) onun üzərinə sanki illərdir axtarışda olan cinayətkar kimi “şığıyıblar”. Qanunla müəyyən olunmuş qaydada özlərini təqdim etməyə ehtiyac duymayan DYP əməkdaşlarının biri maşının qapısını açaraq məni sanki cinayətkar yaxalayıbmış kimi avtomobildən düşürdü, o biri isə avtomobilin arxa qapısını açaraq, maşını axtarmağa başladı.

Yol patrul xidmətinin əməkdaşlarının maşının içərisini axtardığını ilk dəfə olaraq Masallıda gördüm. Maşını bütövlükdə axtardıqdan sonra məndən sənəd tələb etdilər. Mən sənədləri təqdim etdim. Avtomobili, idarə etmək üçün etibarnamə olmadığı üçün cərimə meydançasına apardılar.

Səhəri gün 4 saatdan artıq gözlədikdən sonra bir təhər Masallı rayon DYP rəisi Asəf Mustafayevin qəbuluna girdim. Rəis əvvəlcə dedi ki, etibarnamə olmadığı üçün maşını sənə verə bilmərik. Sonra isə fikrini dəyişərək məni Ramal Ağammədovun yanına göndərdi. Ramal bəy isə çox soyuqqanlı şəkildə, heç nədən çəkinmədən, özündən razı halda məndən soruşdu ki, ““Cərimə”ni RƏİS ödəyəcək, yoxsa SİZ?”

Mən Ramal bəydən nə qədər pul verməli olduğumu soruşduqda, o bildirdi ki, 54 manatdır, 50 manat ver, bəs edər. Məndən 50 (əlli) manat RÜŞVƏT aldıqdan sonra etibarnamə yaddan çıxdı. Heç bir protokol tərtib olunmadan avtomobili cərimə meydançasından buraxdılar.

Bu zaman iki sual məni düşünməyə məcbur etdi.

Birinci sual: Əgər qanunda etibarnaməsiz avtomobil idarə etmək hüququ varsa, onda niyə avtomobili cərimə meydançasına apardılar?

İkinci sual: Yox əgər qanunda etibarnaməsiz avtomobil idarə etmək hüququ yoxdursa, bəs onda niyə avtomobili cərimə meydançasından buraxdılar?

P.S. Əminik ki, bu müraciətdən sonra Masallı rayon DYP əməkdaşlarının bu və ya digər qanunsuz əməllərinə son qoyulacaq, vətəndaşların yersiz incidilməsi halları aradan qalxacaq.
 
 
 
Ardını oxu...

Tovuzun Aşağı Qoşçu kəndində 500 kvm-lik ərazidə 7 gecə klubu var

Ardını oxu...

Tovuzda Aşağı Quşçu kənd sakinləri kecə klublarına qarşı “üsyan etdilər”

  Sakinlərin iddialarına görə, Rasim Tağıyev yaşadıqları evə yaxın ərazidə “RR KLUB”u açıb

Ardını oxu...

     Son bir neçə aydır ki, Dəryaz qəzetinin redaksiyasına Tovuz rayonu ərazisində baş verən çoxsaylı qanunsuzluqlar, özbaşınalıqlar, büdcə vəsaitlərinin mənimsənilməsi, ayrı-ayrı vəzifə sahiblərinin səlahiyyətlərini aşması və s. kimi faktlarla bağlı xeyli sayda vətəndaş müraciətləri daxil olmaqdadır. Növbəti müraciətlərdən biri də, rayonun Aşağı Quşçu kənd sakinləri tərəfindən daxil olub. Sakinlər göndərdikləri müraciətlərində qeyd edirlər ki, “Bizim şikayətimiz gecə klublarının qanunsuzluğa söykənən fəaliyyətləri ilə bağlıdır. Qeyd edək ki, yaşadığımız evlərin yaxınlığında bir neçə gecə klubu var və onlar ayrı-ayrı şəxslərə məxsusdur. Məsələn, “1001 gecə” Həsənov Elman Aslan oğluna, “Praqa” və “Viktoriya” Hüseynov Sahil Səməd oğluna, bir qədər aralı məsafədə fəaliyyət göstərən “777” Həsənov Etibar Qəşəm öğluna, “Kral” Məmmədov Elqam Əliş oğluna, “Komfort” Həsənov Vahid İsaq oğluna, “RR KLUB” isə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz rayon şöbəsinin müdiri Rasim Nağı oğlu Tağıyevə məxsusdur. Bir sözlə, təqribən 500 kvm-lik ərazidə 7 gecə klubu var ki, həmin klublarda müştərilərə hər növ xidmətlər göstərilir. Gecə klublarının axşam saatlarından gecə saat 3-4 radələrinə qədər fəaliyyət göstərmələri, bizə bu gün də heç cür rahatlıq vermir. Axşamlar hər klubda təqribən 8-10 “xanım” olur ki, onların ayrı-ayrı şəhər və rayonlardan gəldikləri bildirilir. Ən pis hal odur ki, gecə klublarında olan “xanımlar” ara-sıra elə bir geyimdə, elə bir görkəmdə küçəyə-bayıra çıxırlar ki, onların geyimlərini, hərəkətlərini gördükdə, sanki “ətimiz ət tökür”. Çox zaman onlar sərxoş vəziyyətdə olduqlarından özlərini idarə edə bilmirlər və küçədən ötüb-keçən hər kəsin yanında ən pis sözləri, nalayiq ifadələri və s. işlədirlər. Yəni, yolunu azan, ailəsindən acıq edib qaçan, bəlkə də müxtəlif əməllərinə görə axtarışda olan, lazımi yoxlamalar aparılarsa heç bir sənədi olmayan həmin “xanımlar”, gündəlik gecə klublarında olurlar. Belə bir səbəblərdən də, axşam saat 18-19 radələrindən sonra nə bayıra, nə də ki, küçəyə çıxa bilmirik. Yaşadığımız küçədə Vətən müharibəsində iştirak edən qazilər, müharibə veteranları, şahid ailələri, xəstələr və s. yaşayırlar ki, onların çoxu əsəbi vəziyyətdədirlər. Gecə klublarında musiqi səslərinin ətraf aləmi ağuşuna alması hər kəsə, ələlxüsus əsəb xəstəsi olanlara “gün verib işıq vermir”. Bir sözlə, xeyli müddətdir ki, elə bir rəzil günə-güzərana düşmüşük ki, artıq ailəlikcə yaşadığımız evləri satmaq haqda da düşünürük. Dəfələrlə aidiyyatı üzrə qurumlara, o cümlədən Aşağı Quşçu kənd bələdiyyəsinə, Tovuz RPŞ-nə, Tovuz RİH-nə və digər dövlət qurumlarına çoxsaylı şikayətlərimizi çatdırmışıq. Təəssüflər olsun ki, bizim bu yöndə etdiyimiz şikayətlərin heç bir nəticəsi olmayıb. Ona görə də, hal-hazırda Daxili İşlər Nazirliyinin, İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin və Tovuz RİH Aparatının səllahiyyətli şəxslərindən, üz-üzə qaldığımız belə bir problemin həllində bizə köməklik göstərmələrini xahiş edirik”.

    Aşağı Quşçu kənd sakinlərinin etdikləri haqlı narazılıqların daha çoxu, məhz Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz rayon şöbəsinin müdiri Rasim Tağıyevin qeyri-qanuni əməlləri ilə bağlıdır. Belə ki, sakinlərin iddialarına görə, Rasim Tağıyev Aşağı Quşçu kəndində, hansı ki, yaşadıqları evə yaxın ərazidə “RR KLUB” açıb və bu klub gecə saatlarına qədər fəaliyyət göstərdiyindən, burada hər cür hoqqalara qol qoyulur. Baxmayaraq ki, Rasim Tağıyev dövlətimiz və xalqımız üçün strateji  əhəmiyyət kəsb edən dövlət qurumunun Tovuz rayon şöbəsinə rəhbərlik edir, amma o, bu gün də daşıdığı vəzifəsinin məsuliyyətini hiss etmir. İddialara görə Rasim Tağıyev, rəhbər şəxslərə yaraşmayan həyat tərzi də keçirir, spirtli içkilərə aludəçilik edir, əxlaqi dəyərlərimizdən uzaq əməllərə qol qoyur və digər xoşagəlməz addımlarını atır. Söz yox ki, bütün bunlar hər kəsi, daha çox Aşağı Quşçu kənd sakinlərini narahat etməkdədir. Elə ki, bu kimi məsələlərlə bağlı Rasim Tağıyevə sual verib münasibət bildirməsini xahiş edirsən, o halda o, “Mən heç bir klub-zad işlətmirəm” deyə cavab verir. Bəli, bu şəxs klub işlətmir, amma sakinlər iddia edirlər ki, “RR KLUB”u ona məxsusdur.  Yəni, Rasim Tağıyev sahib olduğu klubu işlətmək üçün, həmin obyekti özünə bağlı olan bir şəxsə verib və özü kənarda olsa belə, gündəlik idarəçiliklə bağlı bütün işlərə nəzarətini həyata keçirir. Buna baxmayaraq, “RR KLUB”da gecə saatlarında hər cür hoqqalara qol qoyulur. Söz yox ki, bu cür addımlar həm Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin adına, həm də bu qurumu Tovuz rayonu üzrə təmsil edən şəxsin adına ləkə gətirməkdən başqa bir şey deyil. Ümidvarıq ki, indiki həssas vaxtlarda, ələlxüsus İran molla rejiminin ölkəmizdə casus şəbəkəsi vasitəsilə minbir hoqqalardan çıxdığı bir vaxtda, belə əməllərə qol qoymaq heç cür yolverilməzdir. Yazıda səslənən hər cür iddialarla bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

Mövzu diqqətimizdədir.

Deryaz.az

Ardını oxu...
Dövlət məmurlarının, deputatların sahibkarlıqla məşğul olması qanunla qadağan olunsa da səlahiyyət sahibləri min türlü yolla bizneslərini qoruyub saxlayırlar. Əllərində olan səlahiyyətlərdən yalnız şəxsi maraqları üçün istifadə edənlər arasında deputat Ağalar Vəliyevin adı ilk sıralarda gəlir.

Haqqında verilən rəsmi məlumatlarda "Azəraqrartikinti" Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri və millət vəkili kimi təqdim olunsa da onun “Kristal Abşeron” QSC-nin əsl sahibi olduğunu da bilməyən yoxdur. Media üzərindən qısaca bir araşdırma aparmaq kifayətdir ki, bu şirkətin fəaliyyətində kristallıqdan heç bir əlamətin olmadığının şahidi olasan. İnternetdə şirkətin adı ancaq özbaşınalıqlarla, şok maxinasiyalarla, insanları aldadaraq fırıldaq gəlməklə hallandırılır. Əgər deyilənlər doğrudursa, bir millət vəkilinin sahibi olduğu şirkətin millətə bundan böyük nə “xidməti” ola bilər ki?
Şirkəti Məhayət Nəbiyevin adından idarə edən Ağalar müəllim hətta camaata hədə-qorxu, “xox” gəlməkdən də çəkinmədiyi də media portallarında təkzibsiz olaraq öz əksini tapır. Bildirilir ki, bunun üçün şirkətin xüsusi qoçu dəstələri də var ki, evindən çıxmaq istəməyən, şirkətin şərtlərini qəbul etməyənlərlə onlar «danışırlar».
Mənzillərin vaxtında təhvil verilməməsi, keyfiyyətsiz təmir, bağlanan kredit müqavilələrinin şərtlərinə əməl etməmək kimi problemlər isə Kristal Abşeronun iş prinsipi hesab oluna bilər.
Kristal Abşeron üstəlik mənzil sahiblərindən mühafizə pulu, xadimə pulu, lift pulu, istilik pulu yığır. Amma inşa olunun binalarda yaşayanlar çox pis şəraitdə gün keçirirlər. Yığılan pullar isə mənimsənilir, vergidən yayındırılır.
«Kristal Abşeron»da baş verən vergi cinayətlərini isə əlaqədar qurumlar araşdırsalar indiki çətin vəziyyətdə dövlət büdcəsi bir xeyli gəlir əldə edər. Bildirilir ki, alqı-satqı zamanı daha çox nağd hesablaşmaya üstünlük verən şirkət bu yolla milyonları vergidən yayındırmağı bacarır.
İndiyə qədər bir şəhid, qazi ailəsinə yardımda adı çəkilməyən Ağalar müəllimin zamanında MTN şefinə 1 milyon pul verməsi, sabiq MM sədri Oqtay Əsədova milyonluq mülk bağışlaması, hətta müğənnilərə belə mənzil hədiyyə etməsi barəsində mediada xəbərlər göz oxşayır.
Azərbaycanda müxtəlif yollarla qazandığı milyonları qonşu ölkələrə yatırmağa üstünlük verən A. Vəliyev bu projesini də oğlunun vasitəsilə reallaşdırır. Deputatın oğlu Pərviz Vəliyev Gürcüstanın Qara dəniz sahilindəki kiçik kurort şəhəri Kabuletidə binalar tikir. Verilən məlumatlara görə, deputatın oğlu qonşu ölkəyə ümumilikdə 50 milyon dollar vəsait yatırıb.
P. Vəliyev İstanbulun tam mərkəzində, Sultanəhməd məscidi yaxınlığında yerləşən Aybar otelinin də sahibidir.
Pərviz Vəliyev Azərbaycandakı PZ ŞİRKƏTLƏR QRUPU-nun rəhbəridir. Ağalar Vəliyev bu şirkət üzərindən plastik pəncərələr istehsal edən fabrikin, beton zavodun və “MƏLƏK” ailə-uşaq əyləncə mərkəzinin sahibidir.
Beləcə deputat toxunulmazlığı A.Vəliyevin “kristal biznesini” qoruyur, çiçəkləndirir. Baxmayaraq ki, bu biznesdən nə dövlətin gəliri var, nə vətəndaşın. Dövlət vergisini ala bilmir, vətəndaş haqqını verdiyi mənzilini. Deputatın şirkəti özünü “xəyallarınızı inşa edirik” şüarı ilə reklam edir. Yəqin ki, əlaqədar dövlət qurumları nəhayət ki, Ağalar Vəliyevin “xəyallarını” araşdıracaq və reallıqları aşkarlayacaq. Bax o zaman əsl xəyal qırıqlığı yaşanacaq!
Rubrika.Az
Ardını oxu...
Azərbaycan Ukraynaya yeni səfir təyin edir. Bu barədə Bakupost.az Xarici İşlər Nazirliyindəki etibarlı mənbəyə istinadən məlumat yayıb. Sayt yazır ki, Azərbaycanın Ukraynadakı diplomatik nümayəndəliyin yeni rəhbəri artıq təsdiqlənib. Lakin Prezident Sərəncamı üçün prosedura uyğun olaraq, Ukrayna hökumətindən dəvətnamə, daha doğrusu aqriman alınmalıdır. Bununla bağlı lazımi sənədlər Ukrayna Xarici İşlər Nazirliyinə təqdim olunub. Məlumat üçün bildirək ki, Elmira Axundova 2 ildir ki, Ukraynada səfir postunu tuturdu. Bu müddətdə onun adı nəinki ölkəmizin nüfuzunu qaldıracaq hadisələrdə hallanıb, əksinə, o, barəsində yayılan xoşagəlməz informasiyalarla yadda qalıb. Yeri gəlmişkən, Azərbaycanın Moldova Respublikasında fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanovun son vaxtlar xüsusi olaraq reklam edilməsi səbəbsiz deyilmiş. Belə ki, cumhuriyyet.az-a daxil olan məlumata görə, Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının “Beynəlxalq iqtisadiyyat” fakültəsinin keçmiş magistri Qüdsi Osmanovun karyerasında kəskin yüksəliş gözlənilir. Onun bu yaxınlarda Azərbaycan xarici işlər nazirinin təyin oluna bilər. Məlumatda qeyd olunur ki, bu təyinatda Rusiya ilə yanaşı Azərbaycan hakimiyyətində söz sahibi olan qruplaşmalardan biri, həm də etnik prinsiplər üzərində formalaşmış qrup Qüdsi Osmanovun xarici işlər nazirinin müavini təyin olunmasında maraqlıdır.

Qüdsi Osmanovun Rusiya bağlılığı

Qeyd edək ki, 1966-cı ildə Ermənistan Respublikasının Noyemberyan rayonunda anadan olmuş Qüdsi Osmanovun demək olar ki, bütün şüurlu ömrü Rusiya ilə bağlıdır. Keçmiş SSRİ-nin ordusunda hərbi xidmətlə yanaşı Qüdsi Osmanov ali təhslini də Rusiya, keçmiş Leninqirad, indiki Sankt-Peterburq şəhərində alıb. Rəsmi tərcümeyi-halında göstərdiyi məlumata görə, Elmar Məmmədyarovun gələcək müavini əvvəlcə Sankt-Peterburq Su Kommunikasiyaları Universitetini, sonra isə Sankt-Peterburq Dövlət Universitetinin Hüquqşunaslıq və Beynəlxalq Münasibətlər fakültəsini bitirib. Rusiya Federasiyasının XİN nəzdində Diplomatik Akademiyasının “Beynəlxalq iqtisadiyyat” fakültəsinin magistraturasını bitirməsi isə Qüdsi Osmanovun Şimal qonşumuzun diplomatik kadrı olmasından xəbir verir. Rusiya Federasiyasının XİN nəzdində Diplomatik Akademiyasının məzunlarının Moskvanın maraqlarının əleyhinə getməsi, Rusiyanın əleyhidarına çevrilməsi hallarına faktiki olaraq rast gəlmək mümkün deyil. Akadmiya məzunlarına alışan Rusiyanın maraqlarını özlərinin şəxsi maraqlarından belə üstün tutmaq refleksi aşılanır.
Məlumata görə, Rusiya Federasiyasının XİN nəzdində Diplomatik Akademiyasının pedoqoji heyəti məzunlarının Moskvaya xüsusi xidmət orqanlarının Andropov Akademiyasının məzunlarından daha sədaqətli olması ilə xüsusi qürur hissi keçirir və bunu virğulamaqdan qürur duyurlar. Buna görə, Azərbaycanda bir çoxları haqlı olaraq Qüdsi Osmanovun Azərbaycanın maraqları ilə Rusiyanın maraqları toqquşan zaman Bakının maraqlarını Moskvanın maraqlarından üstün tutacağına şübhə edirlər.

Ukrayna təbliğatı edən səfirin Ukrayna xəyanəti

Son vaxtlar Ukrayna olayları ilə bağlı səfir Qüdsi Osmanovun reklam işlərinə rəğmən onun zamanında Ukraynanın ərazi bütövlüyünə sayğısızllıq göstərməsi faktı da var. Bununla bağlı cumhuriyyet.az bildirir ki, bir il öncə Ukrayna Baş Prokurorluğu, işğal edilmiş Krım Muxtar Respublikasına qanunsuz səyahət etmiş, Azərbaycanın Respublikasının Moldovadakı Fövqəladə və Səlahiyyətli Səfiri Qüdsi Osmanov barəsində araşdırma başlanılmasına qərar verib. Bu barədə Ukrayna Baş Prokurorluğu Ukrayna Təhlükəsizlik Xidməti və Ukrayna Dövlət Sərhəd Mühafizə Xidməti tərəfindən Qanunlara riayət edilməsinə Nəzarət Departamentinin ərazi bölmələrinə və əməliyyat və istintaq fəaliyyətinə nəzarət Şöbəsinin rəisi S.Samodluçekno mətbuata məlumat verib. Həmin məlumatlara istinadən cumhuriyyet.az bildirir ki, Azərbaycanın Molodovadakı Səfiri Qüdsi Osmanovun 2019-cu ilin dekabrında Rusiya tərəfindən işğal edilmiş, Ukraynanın Krım Muxtar Respublikasına getməsi, orada qalması, Rusiya Prezidenti V.Putinlə tədbirdə iştirak etməsi və şəkil çəkdirməsi barədə informasiya müəyyən edilmişdir.
6 fevral 2021-ci il tarixdə Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) Sədri Daşqın Gülməmmədovun, Rusiya və Azərbaycan vətəndaşı, Azərbaycanın Moldovadakı Səfiri vəzifəsini tutan, 16 fevral 1966-cı ildə doğulmuş, Qüdsi Dursun oğlu Osmanov barəsində, Ukrayna Cinayət Məcəlləsinin 110-cu maddəsinə (Ukraynanın ərazi bütövlüyünə və milli suverenliyinə qəsd) uyğun olaraq araşdırma başladılması üçün, Ukrayna Baş Prokuroru, xanım, İ.Venediktovaya, Ukrayna Təhlükəsizlik Xidmətinin Sədri İ.Bakanova, MN Baş Kəşfiyyat İdarəsinin Rəisi K.Budanova və Xarici İşlər Naziri D.Kulebaya göndərdiyi rəsmi məktublar əsasında xüsusi və məxfi araşdırma aparılmasına qərar verilmişdir. Həmiçinin 11 fevral 2021-ci tarixdə Ukrayna Baş Prokuroluğu Krım Muxtar Respublikası Prokurorunun müavini N.Süleymanova əlavə olaraq tədqiqat aparılması üçün üçün xüsusi təlimat da verilib.

Oğru elə bağırır ki…

Azərbaycanın müasir diplomatik xidmət sistemində ilk dəfə belə bir hadisə baş verir: bir ölkədəki səfir başqa ölkələrdə Azərbaycan Respublikasını təmsil edən fövqəladə və səlahiyyətli səfir həmkarlarını sərt tənqid edir, üstəlik, qeyri-etik ifadələrlə onları aşağılayır. Söhbət Moldovadakı səfir Qüdsi Osmanovun təəccüb doğuran və birmənalı qarşılanmayan çıxışından gedir. Bir neçə gün əvvəl İstanbul hava limanında (!) Ukraynadan təxliyyə olunmuş həmvətənlərimizlə görüşən səfir Azərbaycanın Türkiyədəki Səfirliyində çalışanları nəzərdə tutaraq “onların hamısı öz cəzasını alacaq, dövlət heç kimi boş buraxmır, dovşanı arabayla tutur. Əgər dünən burada bir əclaf sizi qarşılasaydı, düzgün söhbət etsəydi, indi burada problem olmazdı. Xeyli adam Bakıya çatardı…”, deyib.
Qüdsi Osmanovla bağlı cumhuriyyet.az olaraq xatırladaq ki, onun maliyyə fırıldağından tutmuş ictimai sektor təmsilçisini döyməsinə kimi qalmaqallar da görünür heç kimi narahat etmir. Azərbaycanın Moldova Respublikasındakı səfiri, yaxın zamanlarda ölkənin Xarici İşlər Nazirliyinin rəhbər şəxslərindən birinə çevrilməsi gözlənilən Qüdsi Osmanovun adının hallandığı ciddi qalmaqalları heç bir şərh vermədən cumhuriyyet.az olaraq diqqətinizə çatdırırıq: “2015-ci ildə Azərbaycanın Rusiyadakı səfirinin müavini vəzifəsində çalışan Qüdsi Osmanov rus qızlarına “padxod etmə görüntüləri ilə mətbuatın gündəminə gəlmişdi. İddia olunurdu ki, diplomatımız öz statusunu və missiyasını unudaraq, küçədə bir qızla tanış olmaq üçün söhbətə başlayır. Kadrlarda parkdakı skamyaların birində əyləşmiş gənc qıza yaxınlaşan Q.Osmanov onunla dil tapmağa çalışara, dostluq etməyə başlayır, daha sonra gəzintiyə çıxırlar. 2011-ci ilin Novruz bayramında da Sankt-Peterburqda keçirilən bayram tədbirində hər kəsi şoka salan bir hadisə baş vermişdi. Ənənəvi rəsmi açılış zamanı səhnəyə dəvət edilən Qüdsi Osmanovun çıxışı zamanı naməlum bir şəxs ayağa qalxaraq əlində tutduğu meqafonla onun çıxışına mane olmuşdu. O, yanındakı qıza işarə edərək, konsulun ona 15 yaşında olduğu vaxt təcavüz etdiyi iddiasını irəli sürmüşdü”. Bəs belə “cəsarətli” bəyanat verən dipıomat özü kimdir?Bu və digər iddialarla bağlı videokadrları da diqqətinizə çatdırrırıq:

“Beşinci kalon” izi..

Belə görünür ki, yuxarıda sadalanam məqamlar Qüdsi Osmanovun nazir müavini təyin olunmasına çalışan qruplaşmanı narahat etmir. Qüdsi Osmanovun regionçuluq prinsipləri əsasında mənsub olduğu hakimiyyət daxili qruplaşma isə özünün kadrlarını ali hakimiyətdə daha çox mövqelərə yerləşdirməkdə o qədər israrlıdır ki, kadrların Azərbaycan milli dövlətçiliyinə bağlılığının olub-olmamsına önəm vermir. Hətta bəzi siaysətçilər etnik prinsiplər əsasında formalaşan bu qruplaşmanın Azərbaycan milli dövlətçiliyi anlayışından çox uzaq olduğunu dəfələrlə bəyan ediblər. Qüdsi Osmanovla bağlı cumhuriyyet.az olaraq xatırladaq ki, onun maliyyə fırıldağından tutmuş ictimai sektor təmsilçisini döyməsinə kimi qalmaqallar da görünür heç kimi narahat etmir. Azərbaycanın Moldova Respublikasındakı səfiri, yaxın zamanlarda ölkənin Xarici İşlər Nazirliyinin rəhbər şəxslərindən birinə çevrilməsi gözlənilən Qüdsi Osmanovun adının hallandığı ciddi qalmaqalları heç bir şərh vermədən cumhuriyyet.az olaraq diqqətinizə çatdırırıq: “2015-ci ildə Azərbaycanın Rusiyadakı səfirinin müavini vəzifəsində çalışan Qüdsi Osmanov rus qızlarına “padxod etmə görüntüləri ilə mətbuatın gündəminə gəlmişdi. İddia olunurdu ki, diplomatımız öz statusunu və missiyasını unudaraq, küçədə bir qızla tanış olmaq üçün söhbətə başlayır. Kadrlarda parkdakı skamyaların birində əyləşmiş gənc qıza yaxınlaşan Q.Osmanov onunla dil tapmağa çalışara, dostluq etməyə başlayır, daha sonra gəzintiyə çıxırlar.

Erməni separatizmindən qorxu və PKK ilişkisi…

Qüdsi Osmanovla bağlı cumhuriyyet.az olaraq media üzərindən araşdırmalarımızda o da məlum oldu ki8, 44 günlük Vətən müharbəsi zamanı Azərbaycanın Moldovadakı Səfiri Dağlıq Qarabağın erməni separatçılarını faktiki olaraq dəstəkləyib. Həmin məlumatı olduğu kimi diqqətinizə çatdırırıq: “Azərbaycanın Moldovadakı Səfiri Qüdsi Osmanovun Rusiya siyasi elitası, Rusiya xüsusi xidmət orqanları ilə əlaqalərinin artıq sübüt edilməsinə ehtiyac yoxdur. 28 avqust-5 sentyabr 2020-ci il tarixdə qondarma “Dağlıq Qarabağ Respublikası”-nın qondarma “parlamentinin” sədri Artur Tovmasyan Yerevan-Moskva-Kişiney hava yolu və Kişinyov-Tiraspol quru yolu ilə Moldova Respublikasının ərazisindən keçməklə, qondarma “Dağlıq Respublikasının” vəzifəli şəxsləri olan 10 nəfərlik nümayəndə heyəti ilə qondarma “Prednestrovye Moldova Respublikasına” səfər edərək 2 sentyabr, separatçı “Prednestrovyanın” müstəqillik günündə nümayişkəranə sürətdə iştirak etmişlər, bunu Ermənistan, Moldova və Rusiya mətbuatında geniş yayımlamışlar. 31 avqust 2020-ci il tarixində isə qondarma “Dağlıq Qarabağ Respublikasının” qondarma “parlamnetinin” sədri” Artur Tovmasyan qondarma “Prednestrovye Moldova Respublikasının” prezindenti vadim Krasnoselski ilə rəsmi olaraq görüşür, bu tədbir Moldova, Rusiya və Prednestrovye mətbuatında geniş yayımlanır. Səfər və tədbirlər birbaşa Azərbaycanın milli suverenliyinə qarşı yönəlmiş bir tədbirə çevrilir. Lakin Qüdsi Osmanov bu səfərə məqsədyönlü şəkildə, heç bir halda mane olmur, ümumiyyətlə Moldova Respublikası dövlət qurumları qarşısında heç bir etiraz mövqeyi səqrgiləmir”.
Növbəti yazımızda isə Səfir Qüdsi Osmanovun silah alverçisi, dünyanın bir neçə ölkəsində axtarışda olan, eyni zamanda, PKK və Əl-Qaida kimi terror təşkilatlarına silah satmaqda ittiham olunan Almari Vael Süleymanla əlaqələrindən, ondan 70 min avro alma səbəbindən və onu Bakıya gətirmə olaylarından yazacağıq

AQTA-nın aprelin 6-da ölkənin kolbasa və sosiska istehsalçısı olan nüfuzlu şirkətlərinə qarşı «Səlib yürüşü» barədə özünün yaydığı rəsmi məlumatından tanışsınız. Lakin AQTA-nın bu rəsmi məlumatının, necə deyərlər, heç mürəkkəbi qurumamış öz qərarını ictimaiyyətdən gizli saxlayaraq dəyişməsindən isə yəqinki qəti xəbəriniz yoxdur. Niyə yoxdur, bu artıq başqa bir söhbətin mövzusudur.

Budur, AQTA məlum bəyanat-hədə dolu məlumatında yazırdı ki, «…AQTA istehlakçılara müraciət edir ki, satış şəbəkələrində təhlükəsizlik göstəricilərində uyğunsuzluq aşkarlanan bu kolbasa-sosiska məhsulu partiyalarını istehlak etməsinlər!!!».

Bu, əslində, əhalidən daha çox istehsalçı müəssisələr üçün ölüm hökmü demək idi! O mənada ki, istehsal olunan və yararlıq müddəti az bir zamanla ölçülən məhsulu alan yoxdursa, şirkət dərhal bağlanmalı, müflis olmalıdır. Ərzaq məhsulları sırasında isə əhalinin daim sevərək istifadə etdiyi kolbasa və sosiskalara aid bu xəbərdarlıq artıq ciddi idi. Amma və lakin… «Təzadlar»ın əməkdaşlarının fəallığı və sayıqlığı sayəsində aşkar olundu ki, AQTA, sərt səslənsə də, istehlakçılarla məzələnib, istehsalçılarla isə əməllicə oyun oynayıb. Biz bunu faktlarla söyləyirik və ötən yazıda bunu sübut edən rəsmi cədvəlləri müqayisəli şəkildə təqdim etmişik.

***

Beləliklə, AQTA «Səhliyalı» MMC-nin ardınca, "Mir 2016" MMC ilə də, deyəsən, dil tapıb. O mənada ki, dünən əhaliyə sərt müraciətlə məhsullarını yeməməyi tapşırdığı bu şirkətin adına yazılmış ciddi mənfi məlumatda görün 6 aprel tarixindəki bəyanatında əvvəl nə yazmışdır: «"Mir 2016" MMC-nin "Köhnə Dad" yarım hisə verilmiş "Servelat" kolbasasının 04.02.2023-də laborator analizi nəticəsində məlum olmuşdur ki, üzərində mal əti bəyan edilsə də, tərkibində mal DNT-si aşkarlanmayıb».

Hə, sən saydığını say, gör AQTA nə sayır! Bir gün sonra həmin bu məlumat hansısa «danışıqlardan» sonra indi görün, özü də ictimaiyyətə-əhaliyə xəbər verilmədən xəlvətcə necə təhrif edilərək dəyişdirilib: «"Mir 2016" MMC-nin "Köhnə Dad" yarım hisə verilmiş "Servelat" kolbasasının 04.02.2023-də laborator analizi nəticəsində məlum oldu ki, üzərində mal əti və donuz piyi bəyan edilsə də, tərkibində yalnız donuz DNT-si aşkarlanıb».

Vallah, ayıblı bir işdir! Prezident Fərmanı ilə yaradılmış, rəhbərliyinin gələcək fəaliyyətinə etibar və etimad olunmuş AQTA-dan bunları heç kim gözləmirdi. Elə istehlakçılar da, gözü yolda, qulağı səsdə olan istehsalçılar da. Hansı ki, son vaxtlar AQTA barədə inanmaq istəmədiyimiz xəbərlər gəlir…

(Davamı var)

«Təzadlar»ın Araşdırma Qrupu
 
 
 
Ardını oxu...
"Azəriqaz" İB-nin Zaqatala Regional Qaz İstismar İdarəsində yenə də oyunlar çevrilir. Hər halda anlaşılanı budur. DİA.AZ bildirir ki, bu barədə həyəcan təbili çalan Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq-müdafiəçisi Mirvari Qəhrəmanlı sözügedən dövlət qurumunda baş verən qanunsuzluqlara diqqət çəkib.

"Buna deyərlər, qaratikanı Seyid Əhməd əli ilə yoldurmaq..." deyə baş verənlərə ironik reaksiya verən M.Qəhrəmanlı bildirir: "Təzəcə məhkəmə çəkişməsindən qurtarmış Azəriqaz İB Zaqatala RQİİ rəisi Sübhi Bayramov yenə 4 (dörd) işçisini işdən azad edir.

Bununla əlaqadar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin "DOST İş Mərkəzi-nin direktoru Firudin Cəbrayılova təqdimat yazıb".
Ardını oxu...
Qeyd edək ki, NHMT-nin eksperti Azər Quliyevin də məsələyə münasibəti açıqlanıb. O bildirib:

"1. Bildiyim qədər çox nadir müəssisələrdə "daxili nizam intizam qaydaları var". Ancaq inanmıram ki, Azəriqaz RQİİ-də də olsun.
2. Olsa belə, işçi həmin Qaydalara imza etməyibsə onun heç bir hüquqi qüvvəsi yoxdur.
3. Olsa belə, həmin Qaydalarda yazıla bilməz ki, işçi öz evindəki sayğaca görə intizam məsuliyyəti daşıyır, buna görə də həmin Qaydaları əsas götürüb işçi tutduğu vəzifəsindən azad oluna bilməz.
4. Hər sayğaca müdaxiləyə görə insanlar işdən çıxarılsa, işçi qalmazdı ki
5. Sayğaca, hətta müdaxilə olsa belə, bu Əmək Məcəlləsi ilə deyil, Mülki Məcəllə ilə tənzimlənir".

Hər halda görünəni odur ki, "Azəriqaz" İB-nin Zaqatala Regional Qaz İstismar İdarəsində rəhbərlik işçi haqqını pozmaqla qanunları da saya salmır... Görək, rəhbərlik buna nə deyəcək...

Məsələ ilə bağlı dia.az olaraq bütün aidiyyatı qurum və şəxsləri dinləməyə hazırıq...
 
Ardını oxu...
Nazir oğlunun 30 milyon manatlıq villası tapıdlı. Harda? Fransada! “Villa La Creole” adlanan möhtəşəm villa Azərbaycan xalqın pulları ilə tikilib! FAKTLARLA araşdırıb sizlərə təqdim edirik!

Mərhum Gənclər və İdman naziri Azad Rəhimovun oğlu, “Formula-1”-in sabiq prezdenti Arif Rəhimov xalqı necə aldadır?

Daha ətraflı aşağıdakı videoda:

İddia olunanlarla bağlı teref.az olaraq bütün maraqlı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq...
 
Ardını oxu...
Tovuz şəhər Mənzil Komunal Təsərrüfatı İstehsalat Birliyi ilə bağlı Dəryaz qəzeti olaraq araşdırmalarımız davam edir. Birliyin rəisi Zöhrab Əhmədov öz vəzifəsi ilə bir araya sığmayan kommersiya fəaliyyətini davam etdirir. Belə ki, əhali və qeyri — əhali qrupu ilə heç bir qarşılıqlı müqavilə bağlanmadan özbaşına pul yığımları davam edir. Əhalidən 3 manat, qeyri — əhali qrupu üzrə isə 15 — 20 manat toplanır. Nəzərə alaq ki, Tovuz şəhərində əhali qrupu 3500 — 4000 nəfər arası, qeyri — əhali qrupu isə 300 — 350 şəxs təşkil edir.

Zöhrab Əhmədovdan yığılan pulların dəqiq hesabatını soruşan yoxdur. MKTİB-nin gördüyü işlər yarıtmaz, keyfiyyətsiz və başdansovdu aparılır. Son zamanlar adı mətbuatda tez-tez hallanan, tənqidə tuş gələn Zöhrab Əhmədov isə işində müsbət dönüş etməyə çalışmaq əvəzinə, işçilərindən şübhələnərək, onların sırasından özünə yaxın olmayanları gözümçıxdıya salaraq onlarla münaqişə yaşayır. Onları qorxudur, işdən qovacağı ilə hədələyir.

Video-materialda təqdim olunan bu mənzərə Tovuz şəhəri, Sabir küçəsində, Rayon İcra Hakimiyyətinin 10 metrliyində yerləşən 5 mərtəbəli ümumi yaşayış binasının yaxınlığında yerləşən ərazidə çəkilib. Ümid edək ki, bu sahədəki ciddi maliyyə fırıldaqçılığı ilə bağlı hüquq — mühafizə orqanları təsirli tədbir görəcəklər.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Deryaz.az
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 

Ardını oxu...
İsmayıllı rayon 1 saylı tam orta məktəbin müəllim kollektivi şikayətlə Space telekanalında yayımlanan “Gəl danış” proqramına müraciət edib.

DİA.AZ yenisabah.az-a istinadla xəbər verir ki, məktəbin müəllimi olan Jalə xanımın qanunsuzluqlara sərt reaksiya verməsi kollektivlə onu düşmənə çevirib. Belə ki, Yeni ildə yolkanın şəhidlərin şəkli ilə bəzənməsinə etiraz edən müəllimlə məktəb rəhbərliyi arasında narazılıq yaranıb.

Daha sonra haqsızlıqlarla üzləşən müəllim özünə vəkil tutub və efirə çıxıb. Onun iddiasına görə, məktəb direktoru verilişə çıxdığına görə ona töhmət verib.

Jalə adlı müəllim iddia edir ki, bu hadisələrin ictimailəşməsindən sonra müəllim kollektivi və direktor onu sıxışdırır.

Müəllimin vəkili Loğman Abdullayev isə efirdə bu hadisənin qanun çərçivəsində həll olunacağını bildirib.

Həmin görüntüləri təqdim edirik:

Dünyapress TV

Xəbər lenti