Azad deyir ki, sentyabrın 1-də Emin Əsgərovu da azad etdirəcəm...  
Emin Əsgərovun həbsdən azad olunmasına həmyerlisi Azad kömək edir?... 
10 may 2023-cü il tarixdə APA-nın Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinə istinadla yaydığı məlumatdan bəlli olur ki, 2023-cü il may ayının 1-də saat 04:25 radələrində Dövlət Sərhəd Xidmətinin “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş əməliyyat tədbirləri nəticəsində 99-KU-990 dövlət nömrə nişanlı “KİA” markalı avtomobillə ərazidən uzaqlaşmağa cəhd göstərən, Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü, Əliyev Murad Əkbər oğlu və Şərur rayon sakini, 1983-cü il təvəllüdlü, Əsgərov Emin Xubeş oğlu saxlanılıb. Avtomobilə baxış keçirilən zaman, ümumi çəkisi 31 kiloqram 500 qram narkotik vasitə - marixuana aşkar olunaraq götürülüb. Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir. Bu təxminən 3 ay öncə APA-nın yaydığı rəsmi məlumatdır. 
Biz bir media olaraq xeyli sayda vətəndaşımıza fəlakət gətirən narkomaniya ilə mübarizə, bu istiqamətdə dövlətimizə dəstək məqsədilə bu məlumatı sonadək araşdırmaq  qərarına gəldik. Və bir neçə gün öncə apardığımız araşdırmanın nəticəsi olan məqaləni dərc etdik. 
Xatırlatma üçün qeyd edək ki, polisimiz, hüquq-mühafizə orqanları, digər qurumlar son illər narkotiklə mübarizə yolunda hər cürə riskə gedir və narkotacirləri  həbs edirlər. Çox təəssüf ki, min bir əzab-əziyyət hesabına Hüquq Mühafizə Orqanları tərəfindən həbs olunan cinayətkarlar  bəzi qüvvələrin hesabına, məhkəmədən azad olunurlar. 
APA-nın yaydığı məlumatı araşdırarkən bizə bəlli oldu ki, narkotik maddənin daşınmasında  istifadə olunan 99-KU-990 dövlət nömrə nişanlı KİA markalı avtomobilin sahibi Naxçıvanın, Şərur rayonundan olan Cəlilov Azəddin Əbülfəz oğludur. Onun hazırda yaşadığı ünvan: Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, ev32, giriş 2A, mənzil 30. 
Təsəvvür edirsiniz,  söhbət 5-10 qramdan deyil, 31 kiloqram 500 qram narkotikdən gedir. Həm də bu cinayət əməlində istifadə olunan, nakotikin daşındığı avtomobilin kimə məxsus olması barədə mediada, rəsmi xəbərlərdə bircə cümlə də yoxdur. Görünür, maraqlı qüvvələr bu cinayət əməlini sonadək araşdırmaq istəməyib. Hətta... Birincisi, görəsən cinayətdə  istifadə olunan avtomobilin sahibi nə üçün istintaqa  cəlb olunmayıb..? 
İkincisi, istintaq  başa çatmamış həmin avtomobil  nə üçün  sahibinə qaytarılıb...? Bir vacib məqam da var ki, yenicə kənddən gələn, 83-cü il təvəllüdlü birisi 31 kilo 500 qram narkotikin altına girə biməzdi. 31 kilo sizə zarafat gəlməsin. Deməli bu işin başında  daha təcrübəli narkotacir-baron dayanır... 
Gəlin görək, avtomobilin sahibi, el arasında Azad deyilən, Cəlilov Azəddin Əbülfəz oğlu kimdir? Və nə üçün  Azəddin hər yerdə deyirki, may ayından bugünədək qazandıqlarımın hamısı əlimdən çıxdı... Maraqlıdır, hadisə may ayında baş  verib və o gündən bu günədək Azəddinin yığdıqları əlindən çıxıb... Bu məqamda Azəddindən soruşan lazımdır ki, kimlərə nə qədər vermisən ki, canını cəzadan qurtara bilmisən...? Yəqin ki, yaxın zamanda Azəddin istintaqa cəlb olunacaq və o bu suallara cavab verməyə məcbur olacaqdlr. Və Azəddinin tez-tez adından sui istifadə elədiyi yüksək çinli məmurlar ona kömək edə bilməyəcəklər. Araşdırma zamanı işin içərisində  olanlardan daxil olan məlumatdan bəlli olur ki, cinayətdə birbaşa iştirakçı olan Əsgərov Emin Xubeş oğlu öz yaxın ətrafına bildirib ki, əgər mən sentyabrın 1-də, 4 aylıq həbs qətimkan tədbiri başa çatarkən azadlığa çıxmasam, əsl cinayətkarın kim olduğunu açıb deyəcəm. Emin Əsgərovun bu ANONS-undan qorxuya düşən Azəddin deyir ki, 150 min vermişəm, Emini qurtaracam...sentyabrın 1-də məhkəmə onu ev dustaqlığına buraxacaq...sonra məsələ bitəcək... Yenə ortaya suallar çıxır: Ay Azəddinsən, nəsən, sən kimsən ölkənin məhkəmə-hüquq sistemini ifşa edirsən..? Sən kimə 150 min vermisən..? 
Bir adamın bu qədər arxayın, yekə danışması...dövlətimizin imicinə ləkədir... Ona görə də Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevdən xahiş edirik ki, bu cinayətin istintaqı hüquq-mühadizə orqanlarına, Baş prokurorluğa həvalə olunsun. Və cinayət hadisəsində istifadə olunan 99-KU-990 markalı avtomobilin kimə məxsus olması və hadisə zamanı kimin mülkiyyətində olması araşdırılmalıdır. Bu cinayət əməlinin başında duran şəxslərin araşdırılaraq, tapılması və təcili məsuliyyətə cəlb olunması vacib şərtlərdən biridir. Amma mən Elçin Quliyevi ibtidaidən tanıyan bir adam kimi bilirəm ki, o, bu məsələnin yenidən köklü araşdırılması üçün əlindən gələni edəcək. Əgər kimlərsə bu işdə hansısa yanlışlığa yol veribsə...
Ulu öndərimiz həmişə bildirərdi ki, "Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə". Biz düşünürük ki, bu gün həmin cinayət işi təzələnsə, Azəddin Cəlilovun adı həmin cinayət işində hallanacaq. Çünki, 99-KU-990 dövlət nömrə nişanlı KİA markalı avtomobilin mülkiyyətçisi Cəlilov Azəddin Əbülfəz oğludur. İstintaq başa çatmamış cinayət hadisəsində istifadə olunan, gələcəkdə müsadirə oluna biləcək avtomobilin sahibinə qaytarılması çox ciddi məqamlardan xəbər verir. Bu isə o deməkdir ki, Cəlilov Azəddin Əbülfəz oğlu həm avtomobilini, həm də özünü bu işdən uzaqlaşdırır. Bəs görəsən həmin vaxt hadisə yerindən qaçan şəxs kim olub? Nə üçün sona qədər onun adı hallanmır? Biz hələ Azəddin Cəlilovun mötəbər şəxslər haqqında nələr danışdığını demirik. 
Bir məsəl var: Deyirlər niyə qışqırırsan, deyir qorxuduram. Soruşurlar bəs niyə şalvarının arxasındakı düymə də tərpənir? Deyir qorxuram. İndi Azad sən özün fikirləş bu cür situasiyada sən qorxursan, yoxsa qorxudursan?
P.S. Deyirəm görəsən, bu narkotiki gətirib gənclərimizi zəhərləyənlər nə düşünür? Amma Azadı başa salanlar deyiblər ki, sən sakit durma, əgər belə getsə səni də həbs edəcəklər, bizi də.