Xətai sakinlərinin NƏFƏSİ KƏSİLİR... -
Yeni Günəşli qəsəbəsinin sakinləri məişət tullantılarının və plastik qabların yandırılması nəticəsində ətrafa yayılan qoxudan və ağır hava kütləsindən şikayətçidirlər.

“Günlərdir bu vəziyyətdəyik. Bu isti havada qapı-pəncərəni bağlasaq da, üfunət, yandırılmış zibilin iyi xüsusilə gecələr evin içinə dolur”, – sakinlər deyir.

Şikayətçilərin sözlərinə görə, artıq 1 aya yaxındır Köhnə və Yeni Günəşli, o cümlədən, Zığ qəsəbəsinin sakinləri üfunətdən zəhərlənirlər. Bununla bağlı Xətai və Suraxanı rayon icra hakimiyyətlərinə, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunub.

“Günəşli ərazisində açıq sahəyə tullantılar atılır və xüsusilə gecələr yandırılır. Dəfələrlə ərazidə yanğın baş verib, söndürülsə də, tüstü bir neçə gün davam edib”,- sakinlərdən Həsən Hüseynov bildirib.

Şikayətçilər deyirlər ki, ərazi Xətai və Suraxanı rayonları arasında yerləşir.

“Yol Abbas Fətullayev küçəsindən keçir. Əraziyə məişət və tikinti tullantıları yığılır. Bir neçə dəfə şikayətlərdən sonra təmizlik işləri aparılsa da, yenidən zibilliyin yandırılması baş verir”,– sakinlər deyiblər.

Həsən Hüseynov qeyd edib ki, hətta Günəşli sakinləri toplaşaraq məsələyə etirazlarını bildiriblər. Toplanmış zibil yandırılanda tüstülənmə günlərlə davam edir. Külək üfunəti Zığ qəsəbəsindən keçməklə Zığ kəndinə qədər yayır.

“Təsəvvür edin ki, torpağın altında basdırılmış köhnə avtomobil təkərləri, plastik tullantılar yandırılarkən ətrafa necə zəhər yayılır və on minlərlə sakin günlərdir həmin havanı udurlar. Bu məsələyə bir aydan çoxdur əncam çəkən yoxdur. Yolboyu avtotəmir sexləri yerləşir. Həmin sexlər də güman ki, zibillərini bu əraziyə atır”,- şikayətçilərdən biri deyib.

Başqa bir sakin isə deyib ki, qapı-pəncərəni bağlayıb kondisionerləri işə salmaq da mümkün olmur, çünki bu dəfə də üfunət kondisioner vasitəsilə içəri daxil olur:
b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2023-08_1692362522_1.jpg
b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2023-08_1692362523_2.jpg
“Fövqəladə Hallar Nazirliyinə tüstülənmə və yanğınla bağlı məlumat verməkdən bezmişik. Dərdimizi kimə deyəcəyimizi bilmirik. Gəlib yanğını söndürməklə iş bitmir, ərazidə kompleks tədbirlər görülməli, tullantılardan təmizlənməli, cavabdeh şəxslər ciddi cəzalandırılmalıdır”.

Zığ Bələdiyyəsindən Meydan TV-yə bildiriblər ki, həmin üfunətdən xəbərdardılar, lakin ərazi onların sahəsinə aid deyil.

Xətai Rayon İcra Hakimiyyətindən də sözügedən ərazinin onlara aid olmadığını bildirilblər.
Eyni zamanda, Suraxanı Rayon İcra Hakimiyyətindən də bildiriblər ki, yanğın olan ərazi Suraxanı rayonunun inzibati ərazisinə aid deyil:

“Bununla belə, məsələ ilə bağlı aidiyyatı qurumlara müraciət olunub”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən isə Meydan TV-yə deyiblər ki, sakinlərin şikayəti ilə əraziyə baxış keçirilib və ərazi tullantılardan təmizlənib.
Sakinlər isə üfunətin hələ də davam etdiyini bildirirlər.
 

Bölmənin digər xəbərləri

11 May 2025 Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... - BU NƏDİ BELƏ?..
10 May 2025 "Mənim kimi neçə ailənin çörəyini kəsiblər..." - NARAZILIQ VAR...
10 May 2025 Məktəb direktorunun səs yazısı yayıldı – Araşdırma başladı (Video)
10 May 2025 "Belə pis cıxmasın, hara gedib o pullar?" - JURNALİST BAŞÇIDAN SORUŞUR...
09 May 2025 Dələduzla hakim arasında nə kimi əlaqə var? - ŞİKAYƏT
09 May 2025 20 manatlıq şirkət necə milyonluq tenderin qalibi olur: İcbari Tibbi Sığortanın 3 "dostu" - İcazə verin şübhələnək...
09 May 2025 "Yeni Klinika" aylardır tibb işçilərinin bonus ÖDƏNİŞLƏRİNİ VERMİR
09 May 2025 ADY-də 'Kurtlar Vadisi': Rövşən Rüstəmovun işçiləri racon kəsir, haqq alır... - İTTİHAM VAR...
09 May 2025  AYNA indi də marketlərin qabağında BƏND alıb... - İstədiklərini edirlər...
08 May 2025 Təhsil siyasəti, yoxsa ticarəti ? - VİDEO
08 May 2025 Gülsüm Əliyeva həkim deyilmiş: Qanunsuz əməliyyat etdiyi "VMR" klinikası isə...
08 May 2025 Müğənni Vüsal Əliyev uşaqlıq dostundan aldığı borcu on ildir niyə qaytarmır? - İTTİHAM VAR..
08 May 2025 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xidmət rəisinin atası və onun məşhur lombardı cərimələndi
08 May 2025 Daha bir başçının adı QALMAQALDA... - HƏBS OLUNUR?
08 May 2025 Biləcəridə Bələdiyyə binasında şikayətçiləri qovdular- Video
08 May 2025 «Gold Residense» MMC XALQLA ÜZ-ÜZƏ... - "Ümidimiz Prezidentdir..."
08 May 2025 DÖVLƏT İMTAHAN MƏRKƏZİNDƏ NƏLƏR BAŞ VERİR? - Təhsil eksperti elə ittihamlar səsləndirir ki...
08 May 2025 Kanalizasiya suları içində itib-batan Sulutəpə... - VİDEO
07 May 2025 Gömrük Komitəsi ilə bağlı ŞOK İDDİA: 97 min “borc” QALMAQALI? - DETALLAR
07 May 2025 Ağdamda direktor şagirdi dərsə buraxmır - direktorun yalanını ifşa etdiyinə görə

Dünyapress TV

Xəbər lenti