Saleh Məmmədovun adamı Nizami Çıraqov kimdir?
Kəlbəcər bu dəfə də " İşğal" altına düşdü

Qarabağ azad olunmamışdan əvvəl "Azəravtoyol" ASC-nin bahalı şefi Saleh Məmmədov Göygöl rayonu Aşıqlı kəndinin girişində özünə dəbdəbəli ailəvi istirahət mərkəzi ucaldıb. Dəyəri molyonlara varan məkanı S.Məmmədovun yolkənarı inşa etdirdiyi "SMS" adlı yanacaqdoldurma məntəqəsi də müşaiyət edir.

Göygöl. Aşıqlar kəndi yaxınlığındakı SMS YDM-si

İfade.tv-nin əldə etddiyi məlumata görə, Saleh Məmmədov sözügedən istirahət mərkəzini sabiq icra başçısı Arif Seyidovun "xeyir-duası" ilə qanunsuz əsaslarla - yəni, təpəlikdə yerləşən hektarlarla kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində qanunsuz olaraq tikdirə bilib. Bunun müqabilində isə, ötən illərdə Göygöl-Aşıqlı yolunun həmin əraziyə düşən hissəsində yol infrastrukturunun abadlaşdırılması və genişləndirilməsi işini özünün (qurumun-O.N) vəsaiti hesabına həyata keçirib.
Məkanda 10-larla müasir tipli kotteclər, böyük otel-əyləncə binası, uşaqlar üçün ayrıca əyləncə mərkəzi, kupe və çardaqlar var. İstirahət mərkəzində təkcə yay mövsümü üçün deyil, qonaqların ilboyu istirahət etmələri üçün fəaliyyət nəzərdə tutulub.

Göygöl. Aşıqlar kəndindəki dəyəri 18 milyon manat olan İstirahət Mərkəzi

Torpaqlarımız azad edilənədək Azərbaycanın hər yerinə səpələnmiş S.Məmmədovun obyektlərinin əksəriyyətini deyilənə görə “yollar kralı” nın ən sədaqətli işçisi olan, məclislərdə onun ayaqqabılarını əmr olmadan cütləyən Çıraqov Nizami adlı birisi idarə edir. Elə sədaqətinə və etibarlığına görə Çıraqov hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Yaşıllaşdırma və Ekologiya İdarəsinin müdiri təyin edilmişdir. Amma onun rəsmi idarədə görən olmayıb. Budur, işğaldan azad olunmuş Kəlbəcərdə yolların çəkilişi zamanı AAYDA-nın bir çox texnikaları bu bölgəyə cəlb edilsə də, işlərin görülüb qurtarmasına baxmayaraq texnikalar burada dövlət büdcəsi hesabına qalmaqdadır və fiziki və hüquqi şəxslərə icarəyə verilərək pullar qazanılır. Hələ bu harasıdır? “Yollar kralı” Kəlbəcərin azad olunmasından sonrakı çətin günlərdə bütün yol strukturunu gecə gündüz bilmədən qaydasına qoyan rayon Yol İstismar İdarəsi MMC-nin müdiri olmuş Aqil bəyi özünün Çıraqov Nizami kimi ən yaxın bildiyi Firdövsi ilə əvəz etmişdir. Əvəzləmənin sirri isə kimsəyə aydın olmasa da, bizə məlum dur ki, on minlərlə mal-qaranın, qoyun quzunun Kəlbəcərdə otarılmasına, geniş arıçılıq təsərrüfatının inkişaf etdirilməsi üçün AAYDA-nın texnikalarından gen-bol istifadə etmək asan olsun. Kimsə etiraz etməsin ki, bəs dövlətin işi qaldı, və s. bəhanələr.


Bəli, indi Çıraqovun başı Kəlbəcərdəki arılara, danalara, öküzlərə, inəklərə, qoyunlara nə qədər qarşısa da Göygöldəki, istirahət mərkəzini də, Aşıqlı kəndindəki, İmişli yolundakı SMS yanacqdoldurma məntəqələrini də əvvəlki kimi olmasa da hesabatlar vaxtı özünü obyektlərə yetirə bilir. Hesab edirik ki, bu adamı 2-ci dərəcəli “Əmək” ordeninin təltif edilməsi üçün AAYDA rəhbərliyi cənab Prezidentə tezliklə təqdimat yazacaqdır. Əvvəlcədən təbrik edirk.

Bölmənin digər xəbərləri

11 May 2025 Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... - BU NƏDİ BELƏ?..
10 May 2025 "Mənim kimi neçə ailənin çörəyini kəsiblər..." - NARAZILIQ VAR...
10 May 2025 Məktəb direktorunun səs yazısı yayıldı – Araşdırma başladı (Video)
10 May 2025 "Belə pis cıxmasın, hara gedib o pullar?" - JURNALİST BAŞÇIDAN SORUŞUR...
09 May 2025 Dələduzla hakim arasında nə kimi əlaqə var? - ŞİKAYƏT
09 May 2025 20 manatlıq şirkət necə milyonluq tenderin qalibi olur: İcbari Tibbi Sığortanın 3 "dostu" - İcazə verin şübhələnək...
09 May 2025 "Yeni Klinika" aylardır tibb işçilərinin bonus ÖDƏNİŞLƏRİNİ VERMİR
09 May 2025 ADY-də 'Kurtlar Vadisi': Rövşən Rüstəmovun işçiləri racon kəsir, haqq alır... - İTTİHAM VAR...
09 May 2025  AYNA indi də marketlərin qabağında BƏND alıb... - İstədiklərini edirlər...
08 May 2025 Təhsil siyasəti, yoxsa ticarəti ? - VİDEO
08 May 2025 Gülsüm Əliyeva həkim deyilmiş: Qanunsuz əməliyyat etdiyi "VMR" klinikası isə...
08 May 2025 Müğənni Vüsal Əliyev uşaqlıq dostundan aldığı borcu on ildir niyə qaytarmır? - İTTİHAM VAR..
08 May 2025 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xidmət rəisinin atası və onun məşhur lombardı cərimələndi
08 May 2025 Daha bir başçının adı QALMAQALDA... - HƏBS OLUNUR?
08 May 2025 Biləcəridə Bələdiyyə binasında şikayətçiləri qovdular- Video
08 May 2025 «Gold Residense» MMC XALQLA ÜZ-ÜZƏ... - "Ümidimiz Prezidentdir..."
08 May 2025 DÖVLƏT İMTAHAN MƏRKƏZİNDƏ NƏLƏR BAŞ VERİR? - Təhsil eksperti elə ittihamlar səsləndirir ki...
08 May 2025 Kanalizasiya suları içində itib-batan Sulutəpə... - VİDEO
07 May 2025 Gömrük Komitəsi ilə bağlı ŞOK İDDİA: 97 min “borc” QALMAQALI? - DETALLAR
07 May 2025 Ağdamda direktor şagirdi dərsə buraxmır - direktorun yalanını ifşa etdiyinə görə

Dünyapress TV

Xəbər lenti