ŞOK MAXİNASİYA! “İDF” tikinti şirkəti MMC, MTK-ya necə çevrildi?
“Qulaq gündə bir söz eşitməsə kar olar”,- deyib ata-babalarımız. Elə bizim qulaqlarımız da “İlin Dörd Fəsli” (İDF) tikinti şirkəti haqqında gündə bir söz eşitməyə öyrəşib. Təəssüf ki, hər dəfə də bu “söz” hansısa qanunun pozulması ilə bağlı olur.
“Yeni Baki Yaşayış Kompleksi” facebook profilində yayılan müraciətə istinadən sizlərə 2 sənəd (bir qəbz və bir müqavilə də daxil olmaqla 4 sənəd) təqdim edəcəyik. Söhbət İDF-nin Masazırda inşa etdiyi “Yeni Bakı” yaşayış kompleksinin sakinlərinə təqdim etdiyi maliyyə arayışlarından, kassa mədaxil orderinin qəbzindən və mənzil tikintisi haqqında müqavilədən gedir.
Birinci arayış 2018-ci ildə “İlin Dörd Fəsli” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) direktoru Elnur Hüseynovun adından təqdim olunub. Arayışdan aydın şəkildə görünür ki, İDF tikinti şirkəti məhz MMC formasında təsis olunub və sakinə verdiyi arayış da İDF MMC adından tərtib edilib. Hətta 2009-cu ildən bəri həmin yaşayış kompleksində satılmış mənzillərə görə sakinlərə verilmiş kassa mədaxil orderinin qəbzi də İDF MMC adından tərtib edilib və qəbzin üzərindəki möhür də İDF MMC-yə məxsusdur. Bu illər ərzində bağlanmış mənzil tikintisi haqqında müqavilə də sakin ilə İDF MMC arasında imzalanıb. 2010-cu ildə verilmiş bu qəbzin və müqavilənin fotolarını da sizə təqdim edirik.
İndi isə 2019-cu ildə tərtib olunmuş ikinci arayışa diqqət yetirin. Bu arayış da “Yeni Bakı” yaşayış kompleksinin sakininə verilib. Ancaq bu dəfə arayış İDF MMC adından deyil, “İDF-Mənzil Servis” Mənzil Tikinti Kooperativinin (MTK) sədri Elşən Musayev adından tərtib və təqdim olunub. Cəmi bir il fərqlə tərtib olunmuş arayışı verən şirkətin adı, ən əsası isə təşkilati-hüquqi forması necə dəyişib? Axı MMC ayrı, MTK tamamilə ayrı funksiya və öhdəliklərə malik müəssisə formasıdır?! Bu Elşən Musayev kimdir və biz bu yeni yaradılan MTK-nın məcburi üzvləri olaraq bu sədri niyə tanımırıq? MMC “fokus-mokus”la MTK-ya çevrilərkən biz sakinlərin (yaşayış kompleksi 3200 mənzildən ibarətdir) niyə xəbəri olmayıb? Və daha bir maraqlı, maraqlı olduğu qədər də cavabında korrupsiya iyi gələn sual: MTK mənzillərin tikintisindən əvvəl təsis edilməli olduğu halda, kompleksin tikintisinin tam başa çatmasından 7-8 il sonra necə təsis olunub? Axı əvvəlcə MTK təsis olunur, sonra tikintiyə başlanır. Sizcə də, burada qəribə və şübhəli nəsə yoxdurmu?
Əslində, hər şey aydındır. Şirkət vergidən yayınmaq üçün sonradan təşkilati-hüquqi formasını dəyişib. Çünki MMC kimi mənzil satışında dövlət büdcəsinə müəyyən məbləğdə vergi köçürülməlidir, ancaq MTK-da bu öhdəlik yoxdur. Görünür, İDF bu addımı atmaqla dövlətdən külli miqdarda vergi yayındırıb. Söhbət 3200 mənzilin vergi yükündən gedir. Bu məqamda bir məsələni xatırlatmaq da yerinə düşər. Deməli, İDF sakinlərə çıxarış verməyə başlayanda onlardan mənzildəki otaqların sayından asılı olaraq, 150-350 manat arasında əlavə ödəniş tələb edirdi. Və bu tələbini də onunla əsaslandırırdı ki, “bəs biz çıxarışla bağlı sənədlərimizi qaydasına qoymaq üçün böyük xərcə düşmüşük, dövlət qurumlarına “hörmət” etmişik”. Ortalama hər sakinin üzərinə qoyulan məbləğin 250 manat olduğunu nəzərə alsaq, bu da (250×3200=800000) 800 min manat edir.
Görəsən, İDF-nin “hörmət” dediyi şey MMC-ni MTK-ya çevirərkən çəkdiyi “xərc”dirmi? Bu suala ən doğru cavabı, əlbəttə ki, hüquq-mühafizə orqanları verə bilərlər. Ona görə də biz sakinlər olaraq Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Daxili İşlər Nazirliyinə müraciət edirik ki, bu suala aydınlıq gətirsinlər.
DİA.AZ rüşvət alınaraq verilən sənədlərin fotolarını təqdim edir:
 //Paytaxt.org//

ŞOK MAXİNASİYA! “İDF” tikinti şirkəti MMC, MTK-ya necə çevrildi?
ŞOK MAXİNASİYA! “İDF” tikinti şirkəti MMC, MTK-ya necə çevrildi?
ŞOK MAXİNASİYA! “İDF” tikinti şirkəti MMC, MTK-ya necə çevrildi?
ŞOK MAXİNASİYA! “İDF” tikinti şirkəti MMC, MTK-ya necə çevrildi?
ŞOK MAXİNASİYA! “İDF” tikinti şirkəti MMC, MTK-ya necə çevrildi?
ŞOK MAXİNASİYA! “İDF” tikinti şirkəti MMC, MTK-ya necə çevrildi?

Bölmənin digər xəbərləri

11 May 2025 Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... - BU NƏDİ BELƏ?..
10 May 2025 "Mənim kimi neçə ailənin çörəyini kəsiblər..." - NARAZILIQ VAR...
10 May 2025 Məktəb direktorunun səs yazısı yayıldı – Araşdırma başladı (Video)
10 May 2025 "Belə pis cıxmasın, hara gedib o pullar?" - JURNALİST BAŞÇIDAN SORUŞUR...
09 May 2025 Dələduzla hakim arasında nə kimi əlaqə var? - ŞİKAYƏT
09 May 2025 20 manatlıq şirkət necə milyonluq tenderin qalibi olur: İcbari Tibbi Sığortanın 3 "dostu" - İcazə verin şübhələnək...
09 May 2025 "Yeni Klinika" aylardır tibb işçilərinin bonus ÖDƏNİŞLƏRİNİ VERMİR
09 May 2025 ADY-də 'Kurtlar Vadisi': Rövşən Rüstəmovun işçiləri racon kəsir, haqq alır... - İTTİHAM VAR...
09 May 2025  AYNA indi də marketlərin qabağında BƏND alıb... - İstədiklərini edirlər...
08 May 2025 Təhsil siyasəti, yoxsa ticarəti ? - VİDEO
08 May 2025 Gülsüm Əliyeva həkim deyilmiş: Qanunsuz əməliyyat etdiyi "VMR" klinikası isə...
08 May 2025 Müğənni Vüsal Əliyev uşaqlıq dostundan aldığı borcu on ildir niyə qaytarmır? - İTTİHAM VAR..
08 May 2025 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xidmət rəisinin atası və onun məşhur lombardı cərimələndi
08 May 2025 Daha bir başçının adı QALMAQALDA... - HƏBS OLUNUR?
08 May 2025 Biləcəridə Bələdiyyə binasında şikayətçiləri qovdular- Video
08 May 2025 «Gold Residense» MMC XALQLA ÜZ-ÜZƏ... - "Ümidimiz Prezidentdir..."
08 May 2025 DÖVLƏT İMTAHAN MƏRKƏZİNDƏ NƏLƏR BAŞ VERİR? - Təhsil eksperti elə ittihamlar səsləndirir ki...
08 May 2025 Kanalizasiya suları içində itib-batan Sulutəpə... - VİDEO
07 May 2025 Gömrük Komitəsi ilə bağlı ŞOK İDDİA: 97 min “borc” QALMAQALI? - DETALLAR
07 May 2025 Ağdamda direktor şagirdi dərsə buraxmır - direktorun yalanını ifşa etdiyinə görə

Dünyapress TV

Xəbər lenti