|
Bioqrafiyasında yer alan məlumatlara inansaq, kimyagər məktəb direktoru Aysel Şərbətova iki monokristal kəşf eləyib. Amma buna görə ona nə qədər pul mükafatı verildiyi barədə heç bir informasiya yoxdur. Əgər Nobel mükafatı alsaydı, ən azından onun quru maaşla necə nəhayətsiz kapitala yiyələnməsinə şübhə ilə yanaşanlara göstərərdi.
Bu günlərdə “Dəryaz” qəzeti redaksiyasına məlumat verən mənbə Aysel Şərbətovanın rəhbərlik etdiyi Bakı şəhər, Xəzər rayonu, R.M.Sadıqov adına Binə qəsəbə 136 nömrəli tam orta məktəbdə ciddi qanunsuzluqların hökm sürdüyünü bildirmişdir: Mənbənin iddiasına görə, adıçəkilən məktəbin direktoru Şərbətova Aysel Bəxtiyar qızı təhsil müəssisəsinə ayaq basdığı ilk gündən guşədəki şəhid şəkillərini 10 manatdan satıb. Məktəbdə dəfələrlə bıçaqlanma hadisəsi olsa da, direktor müxtəlif yollarla bunu ört-basdır etməyi bacarıb. Eyni zamanda, məktəbin fiziki tərbiyə müəllimi 8-ci sinif şagirdinə cinsi təcavüz etsə də, direktor Aysel Şərbətova faktı gizlətməyə cəhd göstərib. Lakin hüquq — mühafizə orqanlarının araşdırması nəticəsində fakt öz təsdiqini tapıb və cinayətkar “müəllim” həbs olunub. Bununla belə direktor əxlaqsızlıq edən müəllimin həyat yoldaşını ibtidai siniflər üzrə metodbirləşmə rəhbəri vəzifəsinə irəli çəkmişdir.
Mənbənin bildirdiyinə görə, direktor Aysel Şərbətova 2021-ci ildə direktor vəzifəsinə təyin olunsa da, cəmisi iki il ərzində özünə xeyli mülk almağı bacarıb. Onun Bakıda çoxmərtəbəli binada evi, Binə qəsəbəsində həyət evi var. Sentyabr ayında isə özünə dəyəri 50 min manata qədər olan son model avtomobil alıb. Hətta övladlarının baş hərfi ilə başlayan “zerkalnı” avtomobil nömrəsi almaqdan çəkinməyib. Yəni MƏHƏMMƏD, ABBAS.
Övladı illiyi 5 min manat olan Atatürk liseyində oxuyur. Aysel Şərbətova bütün bu var-dövləti məktəb direktoru və MİQ imtahanında komissiya sədri olmaqla əldə edib. Amma təbii ki, dövlətin verdiyi maaş yox, aldığı rüşvət hesabına. Bundan başqa direktor müəllimlər, texniki işçilər və valideynlərlə kobud rəftarı ilə tanınır. Bakı Şəhər Təhsil İdarəsində ona himayədarlıq edənlərin olması Aysel Şərbətovanın əl-qolunu açır və direktor özbaşınalıqlarını davam etdirir. Onun yarıtmaz idarəçiliyi səbəbindən neçə-neçə savadlı müəllim məktəbi tərk etmək məcburiyyətində qalıb və görünən odur ki, bu proses davam edəcək. On ildən çox pedaqoji fəaliyyəti olan şəxsin son iki ildə bu qədər var-dövlətə sahib olması ciddi suallar doğurur.
Ümid edirik ki, bu qədər qanunsuzluğun, rüşvətin və özbaşınalığın tüğyan etdiyi məktəb və onun rəhbərliyi haqda aidiyyatı qurumlar ciddi araşdırmalara başlayacaq və iddialar təsdiqini taparsa, Aysel Şərbətova barəsində ciddi ölçü götürəcəklər.
P.S. Aldığımız məlumatlara görə Ağsel Şərbətovanın bu qanunsuzluqlarına rəvac verən, birbaş Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəisi Mehriban xanım Vəliyevadır. Çünki həmin məktəb direktorunu bu vəzifəyə məhz o, götürüb. Hətda onun yaxın ətrafına dediklərinə inansaq Mehriban xanım deyib ki, hansı jurnalist səndən yazsa hüquq mehafizə orqanlarına şikayət et. Hətda o bu məsləhətdən yararlanıbda …
Qarşı tərəfin də mövqeyini öyrənmək üçün həm Elm və Təhsil Nazirliyinə, həm də, BŞTİ-ə rəsmi məktub göndərsək də heç bir qurumdan səs çıxmadı. Görünür balıq başdan iylənər misalı yerinə düşüb
Mövzuya qayıdacağıq.
Deryaz.az
Bu günlərdə deryaz.az saytının redaksiyasına Şamaxı rayonu, Həmləyli kənd sakini Xəlilov Rahid Xəlilulla oğlunun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına, Baş Prokuror cənab Kamran Əliyevə və digər vəzifə sahiblərinə ünvanladığı şikayət ərizəsinin bir surəti daxil olub.
Rahid Xəlilov yazdığı ərizədə Şamaxı RİH-nin başçısı Tahir Məmmədovu, RİH Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Nəhmətov Mərdan Əliyoldaş oğlunu bu və digər məsələlərlə bağlı tənqid edir. Məsələn, o, qeyd edir ki, “RİH-nin başçısı Tahir Məmmədov rüşvətxor, korrupsioner olduğundan, hal-hazırda Şamaxıda qanunlar işləmir, icra başçısı sakinlərin haqlı şikayətlərinə məhəl qoymur, şikayət edən şəxslərlə daim münaqişələr yaradır. Bir sözlə, rayon rəhbərliyinin bu cür yanaşması hər cür özbaşınalığa, qanunsuzluğa rəvac verir. Rayon ərazisində abadlıq işlərinin həyata keçirilməsi, təbii fəlakətlərin əmələ gətirdiyi fəsadların aradan qaldırılması, imkansız ailələrə müəyyən köməkliklərin göstərilməsi və s. məqsədlər üçün ayrılan pullar müxtəlif yollarla talan edilir. RİH-də və kənd icra nümayəndəliklərində boş olan vəzifələrə təyinatlar qanun pozuntuları əsasında həyata keçirilir. Buna misal olaraq RİH-də baş mühasib vəzifəsinə təyinat Tahir Məmmədovun istəyi ilə həyata keçirilib. Yəni, bu vəzifəyə hansısa maraq əsasında saxta diplomu olan qeyri-ixtisas sahibi təyin olunub. Rayon ərazilərində torpaq sahələrinin ələ keçirilməsi, daş-çınqıl sexinin fəaiyyət göstərməsi, fərdi yaşayış evlərinin tikilməsi və s. kimi işlər də, məhz icra başçısının xeyr-duası əsasında qanunsuz yollarla həyata keçirilir. Qeyd edim ki, fərdi yaşayış evləri tikilərkən, yaxud da ticarət obyektləri inşa olunarkən aidiyyəti dövlət qurumlarından lazımi sənədlər əldə olunmadan da, bu kimi işlər həyata keçirilir. Rayonun Həmləyli kəndi ərazisində qanunsuz fəaliyyət göstərən qum-çınqıl karxanasına RİH-nin başçısı himayədarlıq edir. Yerli sakinlərlə icra başçısının görüntü xatirinə səyyar görüşləri təşkil olunur və keçirilən görüşlərdə heç bir məsələ və ya problem həllini tapmır.
Rayon ərazisində problemlərin əmələ gəlməsinə səbəb olan amillərdən biri də, RİH Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Mərdan Nəhmətovun atdığı addımların varlığıdır. Belə ki, bu şəxs şəhərin Seyid Əzim Şirvani küçəsində yerləşən evinin həndəvərində, hansı ki, alqı-satqı predmeti olmayan torpaq sahəsində obyektlər inşa etdirib və sakinlərin gediş-gəliş yolunu bağlayıb. Yaşadıqları evin ön tərəfində, daha dəqiq desək yolun üst hissəsində qanunsuz inşa etdirdiyi kafe, market, “moyka”, dönərxana sakinlərin hərəkət imkanlarını çətinləşdirir. Bundan əlavə, bu şəxs həmin küçədə qanunsuz nəzarətçi köşkü də quraşdırıb ki, bu da həmin yerdən ötüb-keçən sakinlərin haqlı narazılığına səbəb olmaqdadır. Qeyd edim ki, belə bir problemin aradan qaldırılması məqsədilə ünvanladığı müraciətimə 11 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Elçin Yusubovun imzası ilə təsdiq olunmuş (№3-21-3/2-x-0143/02-8/2023) cavab məktubu verilib. Məktubda qeyd olunur ki, “Məsələ ilə bağlı Xidmətin Şamaxı ərazi şöbəsinin mütəxəssisləri və Şamaxı bələdiyyəsinin sədri tərəfindən araşdırma aparılan zaman Şamaxı şəhəri, Heydər Əliyev küçəsindən bağlanıldığı qeyd olunan küçəyə giriş hissədə yoldan istifadənin məhdudlaşdırıldığı müşahidə edilmişdir. Yolun digər hissəsində yerləşdirilmiş gözətçi köşkü və dəmir barmaqlıq nəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırmışdır”. Məktubda o da qeyd olunur ki, “Nəhmətova qanunvericiliyin tələbləri izah olunduqdan sonra, bu şəxs tərəfindən metal dirəklər ərazidən götürülmüşdür.
Bundan əlavə, orada yerləşən gözətçi köşkünün də bu şəxs tərəfindən yaxın zamanda götürüləcəyinə dair vəd verilmişdir”. Düzdür, cavab məktubunda bu cür cavab yazılsa da, Mərdan Nəhmətov hələ də gözətçi köşkünü ərazidən götürməyib. Bu da onu deməyə əsas verir ki, bu şəxs nə qanun-qayda sayır, nə də ki, bir kimsəni “priznavat” etmir.
Bundan əlavə, Mərdan Nəhmətov rayonun Çuxuryurd kəndi ərazisində kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsində qanunsuz villa da inşa etdirib. Əslində belə bir addımın atılması hüquqi baxımdan məsuliyyət hissi də yaradır. Baxmayaraq ki, cəmi 20 ha bələdiyyəyə aid torpaq sahəsində taxıl əkən Şamaxı rayon sakinlərinin bir neçəsinə 3 il həbs cəzası verildi, amma Mərdan Nəhmətovun bu cür qanunsuz addımlarına görə bir kimsə ona “qaşın üstə qara var” demir. Əksinə, bu cür əməllərindən sonra onu RİH Aparatında şöbə müdiri vəzifəsinə təyin etdilər. Buna əsas səbəb o oldu ki, şöbə müdirinin pulu çoxdur, eyni zamanda bu şəxsin icra başçısı Tahir Məmmədovla qohumluq əlaqəsi də var. Qeyd edim ki, Mərdan Nəhmətov təqaüddə olan şəxsdir və o, əvvəllər Qobustan rayonunun hərbi komissarı işləyib. O, orada əldə etdiyi rüşvətin qarşılığında hərbi biletlər satmaqla məşğul olub. Qeyd edim ki, hal-hazırda rayonun ərazilərində həyata keçirilən tikinti işlərindən rüşvəti yalnız bu şəxs yığır. Əgər bir kimsə fərdi yaşayış evi tikməli olursa, o halda həmin şəxs Mərdan Nəhmətovla danışıb-barışır, hətta elə hallar da olur ki, həmin şəxs fərdi yaşayış evinin yerində obyekt də inşa etdirir. Söz yox ki, bu kimi işlərə nəzarəti RİH başçısının verdiyi tapşırıqlar əsasında Mərdan Nəhmətov yerinə yetirir. Bir sözlə, hal-hazırda Şamaxı rayonu ərazisində belə tikililərin sayı həddən-ziyadə çoxluq təşkil edir”.
P.S. Qarşı tərəfin də mövqeyini öyrənmək üçün rayon İcra Hakimiyyətinə istər telefon vasitəsi ilə, istərsə də rəsmi məktubla müraciət etsək də, heç bir cavab ala bilmədik.
Yazıda adı keçən hər kəsin mövqeyini dinləməyə hazırıq.
Deryaz.az