Ardını oxu...
Kənd Təsərrüfatı Nazirliyi “Aqrar Məşğulluğun Artırılması Layihəsi”ni (AMAL) 2018-ci ilin oktyabrında ictimaiyyətə təqdim edib. Təqdimatda layihənin kənd yerlərində yaşayan gənclərin aqrar sahədə biznes ideyalarının həyata keçirilməsinə, onların innovativ metodlardan tətbiqinin stimullaşdırılmasına dəstək verən, effektiv və ətraf mühiti qoruyan yeni kənd təsərrüfatı və idarəçilik üsulları barədə məlumatlanmasına yönələn və gənc fermerlərin ilkin kapitalının formalaşmasına şərait yaradan bir təşəbbüs olduğu bildirilib.

Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) həyata keçirdiyi AMAL regionlarda yaşayan gənclərin aqro biznes ideyalarını reallaşdırmaq və sahibkar kimi formalaşmalarına dəstək vermək məqsədi daşıyıb. Layihə çərçivəsində Gənc Fermerlər Proqramı və Kənd Təsərrüfatı Sahəsində Peşə Təhsili Proqramı həyata keçirilməklə, gənclərin məşğulluq imkanlarının artırılması üçün zəruri olan bilik və bacarıqlara sahib olması, texnoloji yeniliklərin tətbiq edilməsi və ətraf mühitin qorunması ilə bağlı müvafiq təlimlərin keçirilməsi nəzərdə tutulmuşdu.

Layihəni həyata keçirən Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) məlumatına görə, 2019-cu ilin aprelində İmişli, Bərdə və Zaqatala rayonlarında ilk təlimlərə başlanılıb. Təlimlər biznes ideyalarının işlənməsi və layihələrə çevrilməsi istiqamətindədir. Daha sonra məlumat verilib ki, AMAL-a ölkə üzrə 1000-dən artıq gənc müraciət edib. Bunlardan 400-dən artığı ikinci mərhələyə – təlimlər mərhələsinə keçib. Amal.gov.az saytında yerləşdirilmiş siyahıya görə, ilkin təlim mərhələsinə 20-dən artıq rayondan AMAL-çı seçilib. İmişli, Bərdə və Zaqataladakı təlimlərə 100 nəfərədək iştirakçı qatılıb.

Açıq mənbələrdə AMAL-ın təşkilatçılığı ilə Qəbələ, Oğuz, Biləsuvar, Beyləqan, Samux regionlardan olan 8 nəfər gənc fermerin ölkənin aparıcı arıçılıq təsərrüfatı olan “API DELTA Group” MMC-də təcrübə keçmək imkanı əldə etdiyi yazılır.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin, FAO-nun, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi də dəstək verirdiyi həssas əhali qruplarından olan şəxslərin özünüməşğulluq və sahibkarlıq imkanlarının genişləndirilməsi məqsədilə icra edilən Aqrar Məşğulluğun Artırılması Layihəsi (AMAL) çərçivəsində bir çox tədbirlər keçirilib. Bir çox rayonlarda keçirilən təlimlərin təşkilinə milyonlarla manat dövlət vəsaiti ayrılıb.
Amma 5 ildən artıqdır həyata keçirilən bu layihə çərşivəsində kənd yerlərində yaşayan gənclərin aqrar sahədə biznes uğurları qazanması barədə heç bir məlumat əldə edə bilmədik. Açıq internet resurslarında belə məlumata rast gəlmədik.

Aqrar Məşğulluğun Artırılması Layihəsinin (AMAL) rəhbəri Elvin Nəbiyevin barəsində isə bir çox maraqlı məlumatlar əldə etdik.

Elektron mediada yayılan məlumatlara görə Nəbiyev Elvin Bahəddin oğlunun qanuni təmsilçisi olduğu “Agrodev” MMC Kənd Təsərrüfatı Nazirliyi Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun 2022-ci ilin sentyabr ayının 30-da “Qərzəkli meyvə bitkilərinin in vitro üsulu ilə çoxaldılması texnologiyasının elmi əsaslarının işlənməsinin satın alınması” lotu üzrə keçirdiyi satınalmanın qalibi olub və 69.561 manat dəyərində dövlət sifarişi alıb. Yenə mediada yazılanlara görə, bu MMC-nin qanuni təmsilçisi Nəbiyev Elvin Bahəddin oğlu eyni zamanda Kənd Təsərrüfatı Nazirliyinin nəzdində olan bir sıra təşkilatlarda rəsmi vəzifə tutur.

Amma “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununa görə:Maddə 6. Satınalmalarda maraqlar toqquşması:

6.1. Təchizatçıların aşağıdakı hallarda satınalmalarda iştirakına yol verilmir: 6.1.1. təchizatçının satınalan təşkilatdan və ya satınalan təşkilatla təchizatçının eyni qurumdan hüquqi, maliyyə və ya təşkilati asılılığı olduqda; 6.1.2. təchizatçılardan biri digərinin benefisiar mülkiyyətçisi olduqda, yaxud təchizatçıların azı ikisi eyni benefisiar mülkiyyətçinin nəzarətində olduqda; 6.1.3. təchizatçılardan biri digərinin idarəetmə orqanının üzvü və (və ya) iştirakçısı olduqda, yaxud təchizatçıların azı ikisinin idarəetmə orqanının üzvü və (və ya) iştirakçısı eyni şəxs olduqda;

Qeyd edək ki, “AgroDev” MMC-nin rəhbəri Elvin Nəbiyev eyni zamanda “OXFHAM” təşkilatının kənd təsərrüfatı layihələri üzrə rəhbəri, eyni zamanda Aqrar Məşğulluğun Artırılması Layihəsinin (AMAL) rəhbəridir.

Elektron mediada yazılanlara görə “AgroDev” MMC Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən bir çox qurumların tenderlərində qalib edilib.

Aktualinfo.org-un apardığı araşdırmada məlum oldu ki, “AgroDev” MMC 20.08.2019-cu ildən 12.09.2019-cu ilə, yəni 22 günə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin keçirdiyi iki satınalmanın qalibi olub.

Tinglərin alınması (lot 1), istehsal vasitələri və avadanlıqlarının alınması (lot 2), aqro-texniki xidmətlərin göstərilməsi (lot 3), bilik və bacarıqların artırılması (lot 4) üzrə 1.067.525 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 20.08.2019 -cu ildə açıqlanıb.

Agro-texniki xidmətlərin göstərilməsi (lot 3) üzrə 1.278.977 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 20.08.2019 -cu ildə açıqlanıb.

Bu tenderlər Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən bir mənbədən satınalma metodu ilə keçirildiyindən milyonlarla manat dövlət vəsaiti ayrılmış xidmətlərin harada həyata keçirilməsi barədə heç bir məlumat yoxdu.
Təsəvvür edin, 5 ildən çoxdur ki, dövlət vəsaitlərini kənd yerlərində yaşayan gənclərin aqrar sahədə biznes ideyalarının həyata keçirilməsinə xərcləyən AMAL-ın Amal.gov.az saytı hələ işləmir. Maraqlıdır, müasir dövrümüzdə hər bir məlumatları internet resuesları üzərində əldə edə bildiyimiz halda, saytı işləməyən AMAL kənd yerlərində yaşayan gənclərin aqrar sahədə biznes ideyalarının həyata keçirilməsi kimi yeni kənd təsərrüfatı və idarəçilik üsulları barədə məlumatlanmanı ictimaiyyətə necə çatdıra bilib?

Xüsusilə qeyd etmək istərdik ki, AMAL Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının birgə həyata keçirdiyi layihədir. AMAL-ın missiyası gənc liderlərin kənd təsərrüfatı sahəsində sahibkarlıq və özünüməşğulluq imkanlarının artırılmasına dəstək vermək olub. Amma göründüyü kimi AMAL kənd təsərrüfatı sahəsində sahibkarlığın artırılmasına dəstək olmaqdansa Kənd Təsərrüfatı Nazirliyinin rəsmilərinə çoxlu pullar qazandırıb. Onlardan biri də təbii ki, Elvin Nəbiyev olub.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayevdir. O, 2019-cu ilin yanvarından Aqrar Xidmətlər Agentliyinin sədri təyin olunub. Seymur Mövlayev daha əvvəl “Aqrolizinq” ASC-nin sədri vəzifəsində, ondan əvvəl isə Bakıda 3 saylı ASAN xidmət mərkəzinin direktoru vəzifəsində çalışmışdır. Sabiq Kənd Təsərrüfatı naziri İnam Kərimovla qohumluq telləri var.

Əldə etdiyimiz məlumatlara görə Elvin Nəbiyevin də sabiq nazirlə qohumluq telləri var. İnam Kərimovun Kənd Təsərrüfatı Nazirliyindən getməsinə baxmayaraq Elvin Nəbiyevin bu yaxınlarda yeni vəzifə ilə mükafatlandırılacağı gözlənilir. Bu, ya Kənd Təsərrüfatı Nazirliyində, ya da Dövlət Məşğulluq Agentliyində baş tutacaq.

Aktualinfo.org
 
Ardını oxu...
Nərimanov rayonu ərazisində yerləşən “International Medical Centre 2” klinikası piyada səkisini zəbt edib.

Tribunainfo.az xəbər verir ki, klinikanın yerləşdiyi Aşıq Molla Cümə küçəsində hərəkət etmək üçün piyada səkisi qalmayıb. Səkini zəbt edən klinikanın üçmərtəbəli korpusunun giriş hissəsi səkidə inşa edilib. Devizi “Bizimlə sağlam yaşa” ifadəsi olan klinikaya görə hər gün piyadalar təhlükə ilə üzləşirlər, sağlamlıqlarını təhlükəyə atırlar.
Sakinlər bildirir ki, piyada səkisində hərəkət etmək mümkün deyil. Xüsusilə uşaq arabası ilə hərəkət edən analar məcburiyyətdən avtomobil yolu ilə getməli olurlar. Sakinlər bildirib ki, dəfələrlə burada piyadaların avtomobillə vurulması təhlükəsi yaşayıb.
“Küçədə heç 50 metrlik səki anlayışı yoxdur, məcbur yola çıxırıq, mənim özümü az qala maşın vuracaqdı”-deyə, sakinlərdən biri bildirib.
Qarşə tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Ardını oxu...
Ardını oxu...
 
 

 


Ardını oxu...
Hələ iki ay əvvəl redaksiyamıza verilən çoxsaylı məlumatlar əsasında Şəki Uşaq İncəsənət Məktəbinin direktoru Eldar Rəcəbovun topdağıtmaz sərvəti və onun rəhbəri olduğu təhsil ocağında törətdiyi qanunsuzluqlar və korrupsiya halları barədə məlumat vermişdik.

Həmin məqalələr dərc ediləndən bir müddət əvvəl Şəki Musiqi Texnikumunda müəllim işləmiş Töhrablı Xəyalə Töhrab qızı Şəki Uşaq İncəsənət Məktəbinə müdir müavini təyin edilmişdir. Şəki Uşaq İncəsənət Məktəbinin müəllim kollektivi həmin şəxsin direktor müavini təyin ediləndən sonra daha öncə direktor tərəfindən edilən qanunsuzluqların aradan qaldırılacağını gözləsələr də Eldar Rəcəbov Xəyalə Töhrablının yanında toya getməli olub. Atalarımız yaxşı deyib, “gəlin ocağa gələr”. Xəyalə xanım sağolsun gələndən kollektivə elə tufan tutub ki, daha öncə direktor Eldar Rəcəbovdan əlhəzar edən müəllimlər Eldar Rəcəbova şükür etməli olublar.

Belə ki, Xəyalə Töhrablı məktəbə ayaq basan elə ilk gündən necə deyərlər, öz islahatlarına başlayıb. Gələn kimi özünə və direktora yaxın olmayan müəllimlərin dərs saatlarını azaltmağa, həmin müəllimlərin şagirdlərini təsir və təziqlə məktəbdən uzaqlaşdırmağa başlayıb. Hal-hazıradək məktəbdən təxmini 30 yaxın şagird uşaqlaşdırılıb. Bir neçə müəllim təyziq və təsir ilə işdın çıxarılıb. Hətta Xəyalə müəllimə islahatlar o qədər sərt həyata keçirir ki, onkoloji xəstəlikdən əziyyət çəkən müəlliməni də işdən çıxarıb. Həmin müəllimə nə qədər xahiş etsə də gözünün yaşına belə baxmayıb.

Məktəbin müəllimləri Xəyalə müəlliməyə bu qanunsuzluqlara və özbaşnalıqlara qarşı öz eirazlarını bildirəndə isə hamını atası Töhrab müəllimlə qorxuzur və bildirir ki, “mən Törabın qızıyam”. Məlumat üçün qeyd edək ki, Törab müəllim uzun illər Şəki Musiqi Texnikununun direktoru işləyib və işlədiyi dörvdə özünə sözün həqiqi mənasında topdağıtmaz sərvət toplayıb. Onun sərvəti o qədərdi ki, hətta vəzifədən çıxdıqdan sonra Şəki şəhəri, M.Müşviq küçəsində yerləşən, 10 ilə yaxın tikintisi davam edən 1.000.000 manat dəyərində villa inşa etmişdir. Onun şəkidə villalarının sayı hesabı yoxdur. Hətta Şəki şəhəri, M.Müşviq küçəsində yerləşən keçmişdə “qəssab Əyyubun evi” adlandırılan evi də alaraq qızı Xəyalə müəlliməyə hədiyyə etmişdir.

Töhrab müəllimin “layiqli” davamçısı olan Xəyalə müəllimə də atasının izi ilə gedərək ilk öncə Şəki Muqisi Kollecində müəllimə işləmiş və həmin dövrdə də atasının yolunu gerərək 50 manat almamış tələbələrə qiymət yazmamışdır.

Məktəbə müdir müavini təyin edəndən dırnağarası islahatlara başlayan Xəyalə müəllimə bır sıra müəllimələrin dərs saatlarını azaltmış və daha sonra hansısa səbəbdən bəzi ımüəllimlərin dərs saatlarını geri qaytar müəllimlər arasında bölüşdürmüşdür.

Hətta Xəyalə müəllimə islahatları çərçivəsində yeni qayda qoyub ki, gələn ildən şagird gəlib müəllimin şəklinə baxaraq müəllim seçəcək, dərslər də ona uyğun bölünəcək. Hətta müəllimlərə deyib ki, sizi özüm atestasiya edəcəyəm. Lakin qanunvericiliyin tələbinə əsasən atestasiya nazirlik tərəfindən edilə bilər. Hətta müəlimələrdən birindən uşaqların yanında sorğu sual edərək Azərbaycan Respublikasının gerbinin ölçüsünü soruşub, həmin müəllimə də Xəyalə müəllimədən Şəki Regional Mədəniyyət İdarəsinə və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə şikayət edib. Şikayətlə əlaqədar Şəki Regional Mədəniyyət İdarəsindən Xəyalə müəllimənin izahat verilməsi tələb etdikdə o, atam gəlməsə izahat verməyəcəm deyərək özünü gülünc vəziyyətə saldırıb. Həmin hadisədən sonra artıq Xəyalə müəllimənin atası Töhrab müəllim tez-tez məktəbə gəlib gedir və nəzarət edir.

Müəllimlər Xəyalə Töhrablıya etirazlarını bildirdikdə o deyir ki, gedin hara istəyirsiz şikayət edin, mən nazirə də bildirmişəm ki, Şəki şəhərinə bir musiqi məktəbi bəs edər, gərək 3 müsiqi məktəbindən sadəcə biri qalsın, bu məktəbə də 150 müəllim çoxdur çoxunu çıxarıb sadəcə 65 müəllim saxlayacam, xoşunuz yoxdur ərizənizi yazın çıxın işdən.

Xəyalə müəllimə kollektivdən qayda qanun tələb etsə də özü qayda qanuna əməl etmir, istəyəndə məktəbə gəlir, istəməyəndə gəlmir. Hər dəfə ya deyir hüzürə getmişəm, ya da toya.

Xəyalə müəllimə məktəbə 6 aylıq sınaq müddəti ilə müdir müavini təyin edildiyindən qaydalara əsasən dərs deyə bilməz, lakin bir müddət sonra özünə dərs yazaraq pul mənimsəməyə başlamış və dərslərə girməyərək dərslərin boş keçməsinə səbəb olmuşdur.

Məktəbin direktoru Eldar Rəcəbovun oğlu, Arazın, qaynının oğlu Orxanın dərs saatlarını 1 saat azaltmağına baxmayaraq daha sonra direktorla dil taparaq onların dərs saatalarını geri qaytardı. Həmin müəllimlər də daha öncə olduğu kimi dərslərə ayda ildə bir dəfə gəlir, lakin digər müəllimlərə qarşı tələbkar olan Xəyalə müəllimə həmin müəllimlərin dərsə gəlməmələrinə göz yumur.

Göründüyü kimi məktəbin direktoru Eldar Rəcəbov tərəfindən topdağıtmaz sərvət yığdıqdan sonra hazırda növbə Xəyalə Töhrablıdadır.

Qeyd edək ki, hazırda Şəki Uşaq İncəsənət Məktəbində bir ikitirəlik yaranıb. Bizə verilən məlumatlara görə Xəyalə Töhrablının məktəbdə direktor müavini vəzifəsinə keçməsində atası Töhrab Hüseynovun rolu olub. Vaxtı ilə Şəki Musiqi Kollecinin direktoru olmuş Töhrab Hüseynov şəxsi əlaqələri vasitəsi ilə nazir Adil Kərimliyə çıxaraq qızının direktor vəzifəsinə təyin olunmasını xahiş edib. Təbii ki, qarşılıqlı razılaşmalar əsasında.

Verilən digər məlumatlarda isə məktəbin direktoru Eldar Rəcəbov bir həftə əvvəl Mədəniyyət Nazirliyinin daxili nəzarət və audit şöbəsinə çağırılıb. Bakıdan geri qayıtdıqdan sonra Eldar Rəcəbov məktəbdəki yaxınlarına ” məsələni həll etdim, heç kim mənə toxuna bilməz” -deyə bildirib.

Buradan belə çıxır ki, Mədəniyyət Nazirliyində hər iki şəxsə, həm direktor Eldar Rəcəbova, həm də müavini Xəyalə Töhrablıya ümid verilib. Odur ki, yaxın bir- iki ayda Şəki Uşaq İncəsənət Məktəbində dəyişiklər olacağı gözlənilir. Burada kimin güclü olacağı da yaxın aylarda bəlli olacaq.

Aktualinfo.org

P.S. Redaksiyamıza verilən məlumata görə 2016-cı ilin dekabr ayında Şəki Regional Mədəniyyət İdarələrinin tabeliyində olan bütün musiqi məktəblərində əmək haqqı verilməmiş və bir aylıq əmək haqqı rəhbərlik tərəfindən mənimsənilmişdir. Həmin vaxtı müəllimlərə deyilmişdir ki, səsinizi çıxarmayın hər şey yaxşı olacaq, əmək haqqınız veriləcək. Hətta həmin dövrdə bütün işçilərlə gecə ikən telefon vasitəsi ilə əlaqə saxlanılaraq əmək haqqı kartlarının bank məlumatları götürlümüş və nəsə maxinasiya edilmişdir. Hal-hazıradək də həmin ayın əmək haqqı işçirərə ödənilməmişdir. Bununla bağlı araşdırmalarımızı davam etdiririk.
 
Ardını oxu...
Yevlax rayonu, Xanabad qəsəbə sakini Xanməmmədov Eldar Laçın oğlu tərəfindən Prezident İlham Əliyevə, Ədliyyə naziri Fərid Əhmədova, Konstitusiya məhkəməsinin sədri F.Abdullayevə, Məhkəmə Hüquq Şurası Aparatı rəhbərinə, Ali Məhkəmənin sədri İnam Kərimova, Şəki Apellyasiya Məhkəməsi sədrinə, Vəkillər Kollegiyasının sədri cənab Anar Bağırova ona qarşı əmlak bölgüsü, zinət və cer-cehiz əşyası tələbinə dair ədalətsiz məhkəmə qətnaməsindən şikayət məktubu ünvanlanıb.

Bir nüsxəsi də Aktualinfo.org-a daxil olan şikayətdə deyilir:

Mən, cabdeh Eldar Laçın oğlu keçmiş həyat yoldaşım olan Səmədzadə Vəfa tərəfindən artıq müxtəlif bəhanələrlə 3-cü dəfə məhkəmə çəkişməsinə əsassız olaraq, uydurma və əvvəlcədən planlaşdırılmış oyubazlıqla cəlb edilmişəm. Belə ki, bu adamla rəsmi nikahımız 2022-ci ildə ləğv edildikdən sonra mənim hazırda yaşadığım ata yurdu olan 2 otqalı evimin bölünməsinə qarşı əvvəlcə əsassız iddia qaldırmış və hakim tərəfindən ağına bozuna baxmadan, heç bir məhkəmə araşdırması aparmadan Iddiasını vəkil Məmmədov Fərhadın arzu və istəyinə uyğun olaraq gizli sövdələşmə ilə təmin etmişdir.

Doğrudur, hələ Yevlax Məhkəməsində mən hakimi o vaxt başa sala bilmədim ki, mübahisələndirlən mülkün sahibi mən deyiləm. Mənim valideynlərimdir. Və məndən başqa ailənin 5 nəfər bacı qardaşdan ibarət üzvləri vardır. Mənim bu iki otaqlı evdən payım 5 dən 1-dir. Hakim heç bir əhəmiyyət vermədən vəkilin sifarişilə əsassız olaraq evi keçmiş arvadımla 70 %/30 % nisbət olmaqla böldü. Hüquqi cəhətdən mənə məxsus olmayan evin yarıdan çoxunu keçmiş arvadıma vermək barədə əsassız qətnamə qəbul etməklə, hakim digər 4 nəfər bacı və qardaşlarımın mülkiyyət hüqularını bilərəkdən faktiki olaraq pozdu. Bu məhkəmə prosesi 2023- də başa çatan kimi yenə biz eyni tərəflər olaraq bu dəfə vəkil Fərhad Məmmədovun fitnə və göstərişi əsasında “Şərəf və ləyaqət” iddası qaldırıldı. Cari ilin aprel ayında qərəzli hakim Əliyev Kamil müşavirə otağından çıxıb yoldaşım Tünzalə baba qızının 300 manat cərimə olunması barədə qətnaməni Azərbaycan Respublikası adından elan etdi. Təxminən 1 ay sonra qətnaməni yazılı olaraq aldıqdan sonra gördük ki, hakim sonradan mən cavabdehin də əlavə olaraq 500 manat cərimələnməsini qətnaməyə yazmışdır. Halbuki elan edən zaman belə özbaşnalığa yol verməmişdir. Bu müstəqil Azərbaycan tarixində ilk hakim özbaşnalığıdır ki, məhkəmə zamanı audio və video çəkiliş olduğu yerdə sonradan qətnamə hazırlanarkən məni də cavabdeh kimi 500 manat cərimələsin.

Xatırladım ki, ikinci dəfə bizə qarşı qaldırılan və hakim Kamil Əliyev tərəfindən dərhal icraata götürülmüş “Şərəf və Ləyaqətin müdafiəsi və dəymiş ziyanın ödənilməsilə bağlı verdiyi iddiaya ETİRAZ yazıb yuxarı orqanlara göndərdik. Budur, vəkil də hakim də bundan çox narazı qalaraq bizi cəzalandıracağımızla bağlı 22 yanvardakı proses zamanı xəbərdarlıqlar etdilər. Vəkil də hədə-qorxusu ilə bizi təkrar belə şikayət yazmamağı mızıldanaraq tövsiyə etdi. Prosesi 22 fevrala təxirə saldılar.

Bu oyunbazlıqdan sonra 3-cü məhkəmə çəkişməsinə cəlb edildim. Fevralın 13-nə təyin olunmuş prosesdə yenə eyni iddiaçı bu dəfə mənə qarşı “Əmlak , zinət və cer-cehiz “ tələbilə iddia qaldırıb Və həmişəki kimi, bu dəfə də hakim Kamil icrata götürmüşdü.

İddaçının vəkili Məmmədov Fərhad nədənsə onun üçün dəridən qabıqdan çıxaraq bizim üzərimizə bu qədər əsassız məhkəmə iddiaları verməklə ( nədənsə təmənnasız olaraq) sanki iddiaçı ilə gizli sövdələşib ki, əldə edəcəkləri əmlakları və evi satıb razılaşacaqlar. Ona görə də iddiaçı xanım bizə 10 dəfə xəbərdarlıq edib vəkili Fərhadla hədə qorxu gəlib ki, sizi heç kim müdafiə etmir. Baxarsan vəkilm sizin şalvarınızı çıxaracaq, başınıza oyun açacaq. Mən də yanvarın 22-də vəkildən soruşdum ki, sən nə vaxtdan şalvar çıxaran olmusan? Bu nə vəddir iddiaçıya deyirsən?

Hələlik sonuncu əmlak davası ilə bağlı mənə qarşı iddiaçının tələbi bu olmuşdur ki, 2019-cu ildə kreditlə götürdüyüm VAZ 2123 markalı avtomobili 2021-ci ildə satıb pulunu mənisəmişəmmiş. İndi Şəki Apellyasiya Məhkəməsinə yazdığım şikayətdə bu barədə ətraflı qeydlər etmişəm. Mən bu gün də kredit ödəyirəm. Digər tərəfdən avtomobil bizim birgə nikah dövrü olan 2021-ci ildə satılmışdır. Biz isə 2022-ci ildə nikahımıza son verilmişdir. Azxı bu adam məndən niyə şişirdilmiş qiymətlə avtomobilin pulunu tələb edir? Qərəzli hakim Əliyev Kamil yenə öz ampulasında qalaraq vəkil Fərhadla gizli sövdələşməsi nəticəsində və ondan əvvəl yazdığım şikayətin motivi olaraq əsasız olaraq 11 mart 2024-cü il tarixli 2( 039)-212/2024 N-li qətnamə qəbul edərək məndən qisas almağa çalışır.

Ona görə də mən cənab Prezidentə və nazir Fərid Əhmədova və Vəkillər Kollegiyasının sədri Anar Bağırova da müraciət edirəm ki, Yevlax Məhkəməsində başımıza gətirilən süni oyunbazlığı və məhkəmə məzhəkələri ilə qəbul edilmiş 11 mart 2024-cü il tarixli əsassız qətnaməsinin Şəki Apellyasiya Məhkəməsində hazırda hakim Elçin Mehdiyevin icraatında baxılacaq prosesi şəxsi nəzarətləri altında saxlasınlar ki, Yevlax rayon Məhkəməsi hakimi Əliyev Kamilin vicdansızklıqla qəbul etdiyi 2(039)-212/2024 saylı məhkəmə qətnaməsindən 07 may 2024-cü il tarixdə verdiyim apellyasiya şikayətinə ədalətli baxıb qətnamə qəbul etsin. Başqa heçnə.

Cənab Prezident Mən inanıram ki, Əliyev Kamil kimi qatığa qara yazan ədalətsiz hakimin növbəti 5 il üçün hakim fəaliyyətinə son qoyacaqsınız ki, belə bir hakim özbaşnalıqları müasir ədliyyə sistemində bir daha təkrarlanmasın. Mənim kimi sadə insanlar ədalətin varlığına inansınlar.
 
 

 



Ardını oxu...
Son zamanlar Həcc ziyarətinə gedib şeytana daş ataraq günahlarını yuyanlar, sonra aramıza qatılıb “Hacı” qiyafəsində şeytanlıq edənlərin sayı durmadan artır. Azərbaycanda çoxlu hacı var. Kimin ki, cibinə pul düşür, dönüb olur “Hacı”. Əvvəl şeytana daş atır, sonra da günahsız insanlara. Doğrudur, aramızda əsl hacılar çoxdur və onlara hörmətimiz sonsuzdur, qarşılarında baş əyirik. Amma məmləkətimizdə alayı hacılar əfsuslar olsun ki, az deyil. Şıxəli Qurbanovun qatili – yəni onu zəhərləyən diş həkimi də hacı idi. Hacılar var ki, bir gözəlçə ilə gecə həyatının 3 saatına 3 min manat verir, amma şəhid ailəsinin haqqını tapdayır. Hacı var ki, vaxtilə vəzifədə idi, elə ki, əsəbləşdi, xoşu gəlməyən adamı böyük soyuducuda saatlarla saxlayırdı. Vallah, belə hacıları görəndə onların Həcc ziyarətində daş atdıqları şeytana adamın yazığı gəlir. Bu gün iş adamlarımız arasında həcc ziyarətinə gedib, nəfsinə sahib olmayanlara, ciblərindəki pulun istisiylə Azərbaycan qanunlarını saymayanlara da çox rast gəlirik. Bu yazıda cumhuriyyet.az olaraq bəhs etdiyimiz hacı titullu Məhərrəm Novruzov da iş adamıdır.
Məlumat üçün bildirək ki, M.Novruzov “Bağçalı Evlər” MTK-nın sahibidir. Bu şirkət Abşeron rayonu Masazır ərazısində “Qurtuluş-93” adı ilə məşhur olan yaşayış kompleksini tikib. Ərazidə yaşayan sakinlərdən cümhuriyyət.az-a daxil olan məlumata görə, son günlər, yeni koronovirusla bağlı ölkə boyunca görülən tədbirlər və qadağalardan sonra “Qurtuluş 93″də işıqlar tez tez sönür, digər kommunal təminatlarda problemlər yaranır. Daxil olan şikayətdə bildirilir ki, hətta Məhərrəm Novruzovun bu ağır günlərdə bəzi ailələrin dolanışığına müdaxilə etməsi halları da baş verib ki, bunun nəticəsində “Hacı”nın evinin qarşısında intihara cəhd də edilib.(bu məsələ ilə bağlı araşdırmalarımız davam edir və yaxın günlərdə ətraflı məlumat verəcəyik)

Hazırda da yeni binaların tikildiyi bu yaşayış kompleksinin tikintisində və sakinlərə istifadəyə verilməsi ilə bağlı bir çox iddialar var. Bu iddialardan bəzilərini cumhuriyyet.az olaraq diqqətə çatdıraraq bildirək ki, ərazidə pulunu tam ödəməsinə baxmayaraq yüzlərlə sakin hələ də tam əmlak sahibliyi hüququna malik deyil. Yəni burda alınan mənzillərin çıxarışı verilmir. Eyni zamanda illərlə söz verilməsinə baxmayaraq heç bir bina qazlaşdırılmayıb. Mətbuatda Ukrayna Respublikasının Lıvov şəhərində yaşayan iş adamı Nazim Qəzənfərovun adından səslənən iddialar da diqqət çəkir. Həmin iddiaların bəzisini cumhuriyyet.az olaraq olduğu kimi diqqətinizə çatdırırıq:”Qurtuluş-93” Yaşayış Kompleksində yaratdığı “Oğru şəbəkə” vasitəsi ilə gizli su və qaz satışından pullar əldə edilir; Tikdirdiyi binaları kooperativ kimi rəsmiləşdirərək daxil olan vəsaitin 60 faizi tam mənimsənilir”. Onu da bildirək ki, M.Novruzovun biznesi yalnız tikinti işi ilə yekunlaşmır. Bir neçə il öncə “Bağçalı evlər” şirkəti Şabran rayonunun Rəhimli kəndində müasir istixanalar qurub. Artıq şirkət tərəfindən 0,13 hektar ərazidə müasir damcı üsulu ilə tərəvəz yetişdirən istixana fəaliyyətə başlayıb. Hazırda şirkət tərəfindən 4 hektar ərazidə yeni istixana kompleksi quraşdırılıb. “MY BEACH” hotel və restoranı da “Bağçalı evlər” şirkətinin rəhbəri Hacı Məhərrəm Novruzova məxsusdur. ölkənin aparıcı KİV-ləri Novxanıda yerləşən My Beach adlı çimərlikdə yaşanan dərəbəylik və soyğunçuluq haqda reportajlar dərc edib. Həmin məlumatlara istinadən cumhuriyyet.az bildirir ki, Qeyd edək ki, həmin komplekse çimərliklə yanaşı həm də restoran aiddir. My Beach-in restoranında olan soyğunçuluq heç də çimərliyindən geri qalmır. iş adamı bəzi tənələr və tənqidlərdən yaxa qurtarmaq üçün My Beach-i türklərə icarə verdiyini desə də, demək olar ki, hər gün kompleksdən onun üçün ayrılan hamamlı, divanlı kotecdə əyləşir.Bu qalmaqallı iş adamı isə yaxında ciddi problemlərlə üzləşə bilər. Belə ki, cumhuriyyet.az-ı bilgiləndirən mənbənin məlumatına görə, “Qurtuluş-93”-də yaşayan sakinlər həm hüquqi baxımdan aldanmaları, həm də qazsızlıqla bağlı problemləri artıq sakit ötürmək fikrində deyillər: “Sakinlər problemlərinin həlli ilə bağlı etiraz aksiyasına hazırlaşır”. Nəzərə alsaq ki, ərazidə minlərlə insan yaşayır onda bu aksiyanın ciddi rezonans doğuracağını və səbəbkarın cəzalanacağını düşünmək olar. Yeri gəlmişkən, cəza qərarından sonra “Qurtuluş-93” aı daşıyan ərazıdə bu adın tək müəllifi ümummilli lider Heydər Əliyevin adını əbədiləşdirən bir plakatın belə olmaması və kompleksin tikilişi zamanı yol verilən maxinasiyalar durumu daha da dramatikləşdirə bilər.

Bir neçə gün əvvəl xəbər verərək nəzərinizə çatdırdıq ki, Abşeron rayonu Masazır qəsəbəsinin “Qurtuluş-93” yaşayış sahəsinin mərkəzində yaşıllıqlar məhv edilərək yerində müxtəlif təyinatlı obyektlər tikilir. Bu barədə yerli sakinlər şikayətçidirlər. Dia-az.İnfo xəbər verir ki, sakinlər KİV vasitəsilə əlaqədar qurum və təşkilatlara müraciət edərək, mövcud özbaşınalığın dərhal dayandırılmasını da xahiş etmişdilər.
Sakinlərin müraciətində deyilir ki, may ayının əvvəlindən başlayaraq “Qurtuluş-93” yaşayış sahəsindəki “Ay Store” marketinin qarşısından “Yeni Bakı” yaşayış kompleksi istiqamətində salınmış yaşıllıq məhv edilir və yerində müxtəlif təyinatlı obyektlər tikilir: “Bu günlərdə səhər yuxudan oyandıq ki, yol kənarındakı yaşıllıq məhv edilib, ağaclar kəsilib. Belə gedişlə tezliklə ərazidə ağac, gül kolları qalmayacaq. Xahiş edirik, bizim səsimizi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyinə çatdırasınız”.
Sakinlərin sözlərinə görə, onlar ağacların məhv edilməsinə etirazlarını bildirsələr də, tikiləcək obyektin ərazisini yaşıl torla örtənlərə nəzarət edən şəxsdən bunun səbəbini soruşsalar da, sualı cavabsız qoyaraq ona “gedin işinlə məşğul olun, özünüzə problem yaratmayın” deyib: “Bizə həm də təsir edən odur ki, bir ağacın ətrafına kölgə salması, yaxud ağac halına gəlməsi üçün 5-10 il zaman lazım olur. Ancaq bunlar bir neçə dəqiqənin içərisində bu qədər ağacları məhv ediblər”.
Dia-az.İnfo bildirir ki, sakinlər yenə də problemin qaldığını və ETSN-nin olaya hər hansı reaksiya vermədiyini iddia edirlər.

“Qurtuluş-93″dən olan sakinlər isə cumhuriyyet.az-a ünvanladıqları yeni şikayətdə durumları haqda ətraflı bəhs ediblər: “neçə illərdir QURTULUŞ 93 yaşayış kompleksində yaşamağımıza baxmayaraq burada sakinlər sanki feodal dövründə olduğu kimi mavi qaz üzünə həsrət qalıblar. Gündəlik tələbatlarımızı ödəmək üçün istifadəsi nə qədər təhlükəli olsa da balon qazlarından istifadə edirik. Hər ay ışıq puluna verdiyimiz məbləğlər, müxtəlif kommunal xərclərə və avtobusun həddən artıq gec gəlməsi səbəbindən məcburiyyət qarşısında işə gecikməmək üçün taksilərə verdiyimiz pullarla şəhərin istənilən yerində kirayə qala bilərik. Biz özümüz öz evimizdə kirayə yaşamağa məhkum edilmişik. Bu günkü dövrdə hətta ucqar kəndlərə qaz çəkildiyi halda bizim düşdüyümüz durum biabırçılıqdır. Evlərdə istifadə edilən qaz balonlarının həddən artıq təhlükəli olduğunu bütün ailələrimizin təhlükədə olduğunu bilə-bilə əksəriyyət sakinlər bu balonlardan istifadə edir. Bu səbədən qaz balonlarının sızması və partlaması səbəbindən bir-neçə mənzil yanıb kül olub. QURTULUŞ 93 yaşayış kompleksinin ətrafında olan digər şirkətlər isə tikdirdikləri binaları qazla təmin ediblər, hətta hər bir sakinin evinə kupça-çıxarış veriblər. Lakin biz dəfələrlə rəhbərliyə müraciət etməyimizə baxmayaraq hər dəfə bu il ”“gələn il deməklə bizi yalançı vədlərlə aldadırlar. Hər dəfə bizə ev satan şəxslər səbəb onu gətirirlər ki, binalara qaz çəkmək üçün əlaqədar təşkilatlar guya onlardan külli miqdarda pul istəyir. Biz həmin əlaqədar təşkilatlardan (şəxslərdən) xahiş edirik bizə qaz çəkilməyinə köməklik edin. İş olanda birdən olur. Kustar üsulla düzlədilmiş heç bir təhlükəsizlik standartlarına cavab verməyən qaz balonlarından istifadə etməklə gələcəyimiz olan övladlarımızı və ailəmizi böyük təhlükə qarşısında qoymuş oluruq. Tikilən binaların dövlət komisiyasına təhvil verilməməsi aldığımız evlərin gələcəkdə kupça-çıxarış məsələsinin necə olacağına böyük sual yaradır. Heç kim fikirləşmir ki, bu qədər bina tikib satmışıq, fantastik pullar qazanmışıq, ancaq bunun qaz çəkilişini, nəqliyyat məsələsini və gələcəkdə hər bir mənzilin kupça-çıxarış məsələsini necə həll edəcəyik…
Hörmətli redaksiya, problemlər bitməklə qurtarmır. Belə ki, “Qurtuluş 93 yaşayış kompleksi”ndə camaatın istirahəti üçün nəzərdə tutulan parkın ərazisində restoran, çayxana, “moyka” və s. müxtəlif mağazalar tikməklə camaatın istirahətinə qənim kəsiliblər. Açıq havada fəaliyyət göstərən restoran və çayxanalarda müxtəlif səviyyəli insanlar küçə söyüşlərindən istifadə etməklə ətrafda böyük səs-küy yaradırlar. Utandığımızdan arvad – uşağın parka çıxmasına icazə vermirik. Haqq ədalət naminə qeyd etməliyik ki, Abşeron rayonuna təzə təyin edilən icra başçısı parkın ərazisində tikilən 2-3 dükanı sökdürməklə təqdirə layiq addım atdı, camaatda böyük ümid yarandı ki, parkın qanunsuz zəbt olunmuş ərazisi tamamilə təmizlənəcək, lakin sonradan bu işin davamı gəlmədi. Qarşıdan isti yay günləri gəlir, parkın ətrafında fəaliyyət göstərən kafe və restoranlardakı səs-küy, bişirilən kababın tüstüsü bilavasitə evimizin içərisinə dolmaqla evimizdə normal istirahətimizin pozulmasına gətirib çıxaracaq”.
Masazır qəsəbəsindəki “Qurtuluş-93” yaşayış kompleksinin sakinlərini həmçinin ərazidəki sahibsiz itlər təngə gətirib. Vətəndaşlar sahibsiz itlərin ərazidə yaşayan insanlara göz açmağa imkan vermədiyini deyir: “Səhər binadan çıxanda sakinləri ilk qarşılayan it sürüsü olur. Binaların, əsasən, azyaşlı sakinləri tez-tez itlərin hücumuna məruz qalır.
Dəfələrlə kompleksin komendantına bildirilsə də, sahibsiz itlər ortalıqdan yığışdırılmır. Biri ölməsə, biri dirilməz. Gərək bu itlər bir-iki uşağı qapsın, ölüm-itim baş versin, ondan sonra əl-ayağa düşsünlər”. Sakinlər sahibsiz itlərin artmasını ərazidə zibilliklərin çoxalmasıyla əlaqələndirirlər. İtlər daha çox zibillik ətrafına toplaşır. Zibilliklərin yaxınlığından ötüb keçmək təhlükəli olub.
Onu da bildirək ki, M.Novruzovun biznesi yalnız tikinti işi ilə yekunlaşmır. Bir neçə il öncə “Bağçalı evlər” şirkəti Şabran rayonunun Rəhimli kəndində müasir istixanalar qurub. Artıq şirkət tərəfindən 0,13 hektar ərazidə müasir damcı üsulu ilə tərəvəz yetişdirən istixana fəaliyyətə başlayıb. Hazırda şirkət tərəfindən 4 hektar ərazidə yeni istixana kompleksi quraşdırılıb. “MY BEACH” hotel və restoranı da “Bağçalı evlər” şirkətinin rəhbəri Hacı Məhərrəm Novruzova məxsusdur. ölkənin aparıcı KİV-ləri Novxanıda yerləşən My Beach adlı çimərlikdə yaşanan dərəbəylik və soyğunçuluq haqda reportajlar dərc edib. Həmin məlumatlara istinadən cumhuriyyet.az bildirir ki, həmin komplekse çimərliklə yanaşı həm də restoran aiddir.

cumhuriyyet.az
 
Ardını oxu...
Mayın 31-də dövlət başçısı İlham Əliyev Şair Balaşərif oğlu Alxasovun Qusar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi ilə əlaqədar sərəncam imzalayıb.

Şair Alxasov 2007-ci ildən Qusar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışır. O, 2 dekabr 1958-ci ildə Qusar rayonunun Çətgün kəndində anadan olub. 1985-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu inşaat mühəndisi ixtisası üzrə bitirib.

Əmək fəaliyyəti dövründə “Azərelektroterm” İstehsalat Birliyində tikinti işləri üzrə müdir müavini, tikinti trestinin müdiri, “Bərpaçı-A” MMC-nin prezidenti, bir sıra tikinti şirkətlərinin rəhbəri vəzifələrində işləyib. Ailəlidir, 1 oğlu, 2 qızı var.

İcra başçısı mətbuatda gedən yazılarda Qusardakı 22,3 hektarlıq meşə zolağında 4 mindən çox ağacın kəsilərək yerində istirahət mərkəzinin salınmasında günahlandırılırdı. Hərçənd ki, Baş Prokurorluq yerli bələdiyyə sədrini təqsirkar bilərək, cəza kəsmişdi. Ehtimal olunur ki, icra başçısı Bakıda keçiriləcək olan dünyanın ən mühüm ekoloji tədbirlərindən biri olan “COP29” çərçivəsində olan hazırlıqlara görə bu addım atılıb və o vəzifədən uzaqlaşdırılıb.

İcra başçısının özünə və ailə üzvlərinə aid olan biznes və əmlaklar

2020-ci il oktyabrın 19-da Qusar Rayon İcra Hakimiyyəti Qusar şəhəri, Heydər Əliyev prospekti 108 ünvanında yerləşən ticarət obyektinin istismarına icazə verib. Ümumi sahəsi 362,6 kv. metr olan obyektin sahibi Alxasov İlkin Şair oğludur.

Tikintisinə 2018-ci ildə başlanılan obyektin sahibi eyni zamanda tikintinin istismarına icazə verən quruma rəhbərlik edən şəxsin – Qusar Rayon İcra Hakimiyyəti başçısı Şair Alxasovun oğludur. Ərazidə həmçinin icra başçısının oğluna aid olduğu bildirilən “İlk İNN” Hotel fəaliyyət göstərir.

Tikinti obyektinin layihəçisi kimi isə “Urfan” MMC (VÖEN 4700011561) adlı şirkət qeyd olunub. Şirkətin qanuni təmsilçisi isə Urfan Şahabbas oğlu Saruxanovdur. Eyni adlı şəxs həm də “Şahdağ-Samur” MMC (VÖEN 4700061861) adlı şirkətin də qanuni təmsilçisidir və eyni ünvanda qeydiyyatdan keçib. Şirkət 2019-cu ildə Qusar Rayon İcra Hakimiyyətinin keçirdiyi tenderin də qalibi olub. 472,165 min manat vəsait udan şirkət, “Abadlaşdırma işlərinin satınalınması” tenderinin qalibi elan edilib. Şirkət Qusarda ən çox tender udanlar siyahısında birincidir. Həmin şirkətin KİV-də icra başçısının proksi şirkətlərindən biri olduğu iddia olunur.

Bundan əlavə, icra başçısının qardaşı Nazim Balaşərif oğlu Alxasovun da inşaat şirkəti sahibi olduğu müəyyən olunub. Belə ki, Kommersiya qurumlarının dövlət reyestri məlumatlarına görə 26 may 2016 tarixindən etibarən eyni adlı şəxs “SUVAL İNŞAAT” MMC (VÖEN: 1503207821) şirkətinin qanuni təsisçisi və təmsilçisidir.

İcra başçısının həyat yoldaşı Xanımgül Muradağa qızı Alxasovanın da şirkət təmsilçisi olduğu məlum olub. Belə ki, 12 avqust 2009-cu ildə dövlət qeydiyyatına alınan, 20 manatlıq nizamnamə kapitalı olan “ƏKİNÇİ-2009” MMC (VÖEN: 4700302341) şirkətinin qanuni təmsilçisi və təsisçisi Xanımgül Muradağa qızı Alxasovadır.

Xanımgül Alxasovanın adına “10BT622”, “90SJ798” və “90OH290” dövlət nişanlı, “LEXUS GX460” və “HYUNDAI SANTA FE” markalı avtomobillər də var.

Bundan başqa, “Unikal” saytı işdən çıxarılan Şair Alxasova aid olduğu iddia olunan biznesin siyahısını yayıb:

▪️ Qusarda evi ilə qarşı-qarşıya yerləşən hotel;

▪️ Qusar şəhəri ərazisində tikdirdiyi 5 mərtəbəli binalar;

▪️ 6 nömrəli məktəbin yanında hotel;

▪️ Nəriman Nərimanov parkında restoran;

▪️ Bayraq meydanının yaxınlığında 2 hotel;

▪️ Meşə fonduna aid olan 27 hektarlıq torpaq sahəsi;

Həmçinin yerli mətbuatda yer alan məlumatlara görə, Qusardakı “Təzə Bazar” Ticarət Mərkəzinin və “Yaşıl Park” restoranının da icra başçısına məxsus olduğu iddia olunur.

Şair Alxasova aid olduğu bildirilən mənzillərin siyahısı:

– Bakı, Nizami rayonu, 2-ci Şərq Döngəsi, ev 32 ünvanında bir mənzil

– Bakı, Xətai rayonu, Sarayev küç. ev 13V ünvanında mənzil

– Qusar rayon, Çiləgir kəndində dəbdəbəli malikanə

– Qusar şəhəri, H.Əliyev prospekti, ev 108 ünvanında mənzil

– Qusar şəhəri, Şarvili küç. ev 71 ünvanında mənzil

Ardını oxu...
"Şikayətim yeni açılan "City Park"dakı "Zəncəfil" restoranındadır". Dia-az.İnfo xəbər verir ki, bu barədə Vüsal Teymurov adlı istifadəçi "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında giley edir.

Narazı vətəndaş daha sonra bildirir: "Dünən yəni 01.05 tarixdə şam yeməyi üçün restorana getdik. Sifarişlərimizi verdik və ilk olaraq içki və salat gəldi təbii olaraq.Salatı yeyərək qabımdan nə çıxaa yaxşdır? Şəkildə gördüyüz canlı ilbiz.

Ardını oxu...

Sonra adminstartor,chef, ofisiant və s gəldilər, təbiiki üzür istəyib "telafi edəcəyik" dedilər.

Sonda həttə içində böcək çıxan salatın da qiymətini hesaba əlavə etməyi unutmadılar.

Bərbad bir yerdir. Yeməklərinin sadəcə qiyməti var, dadı sıfır, xidmət 10 üzərindən 3...

Qısacası məsləhət görməzdim kiməsə restoran olaraq".

Ardını oxu...
 
Ardını oxu...
Ağcabədi rayon Boyad kənd sakini Şamil Qarayev uzun illərdir sözü gedən kənddə musiqi müəllimi işlədiyini deyir. Dia-az.İnfo xəbər verir ki, onun iddiasına görə, 2023-cü iĺdə işlədiyi məktəbin drektorundan nə qədər dərs saatını olduğunu soruşmaq üçün otağına getdiyində, Şahnaz müəllimə onu təhqir edərək otağından qovub.

Şikayətçi məktəbdə qanunsuzluq və özbaşnalığın hökm sürməsi ilə bağlı dəfələrlə adiyyatı qurumlara müraciət etdiyini deyir.

O bildirir ki, Şahnaz müəllimə kimə istəyir artıq dərs saatı yazır, məktəbdəki musuqi avadanlıqları və elektrik xəttləti nəinki yararsız, hətta təhlükəli vəziyyətdədir.

Onun sözlərinə görə, Mədəniyyət Nazirliyinin Daxili Nəzarət şöbəsinin müdiri Cavid Əliyev yoxlama apararaq rəy verib ki, hər şey qaydasındadır. Halbuki məktəbdə nə istəyirlər onu edirlər.

Vətəndaş adiyyatı qrumlara müraciət edərək məktəbin yoxlanılmasını xahiş edir...


Ardını oxu...
Şəmkir rayonu, Dəllər qəsəbəsinin sakini Hüseynov Heydər Hüseyn oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Rüstəmov ondan rüşvət tələb edib:

“Mən, Hüseynov Heydər Hüseyn oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Məlumat üçün deyim ki, özüm insult keçirmiş, xəstə adamam. 30 il “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində (QSC) işləmişəm. Güzəştli pensiya üçün müraciət edirəm, vermirlər.

Şəxsən “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rüstəmov Rövşən Mürvət oğlu məndən pul tələb edib ki, sənəd versin. “Pul vermirsənsə, sənə pensiya düşmür”, – deyirlər.

Müalicələrim üçün pensiyaya ehtiyacım var.

Xahiş edirəm ki, müraciətimi işıqlandırın, “yuxarı”da oturan səlahiyyətli şəxslər bilsin və görsün ki, necə rəhbərlər var. Açıq-aşkar məndən pul tələb edirlər. Mənim isə onlara verəsi pulum yoxdur”.

Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.
 
Ardını oxu...
Ucar rayonu H.Əliyev küçəsi ev 42 sakini Əliyeva Məsimə Yavər qızı tərəfindən

Ucar rayon Qarabörk kənd tam orta məktəbinin direktor müavini Məkkə Məmmədova məktəbdə hegomonluq edir, şagirdlərdən pul yığır, şəhid atasını açıq-aşkar təhqqir edir, müəllimlər arasında intiriqa salır.
Araqarışdıran kimi tanınan Məkkə Məmmədovanın vatsapda qrupa atdığı səslər bir daha subut edir ki, adam Azərbaycan təhsilində qarayaradır.
Məkkə Məmmədovanın apardığı intiriqalara, qarayaxma kompaniyasına görə məktəbin əvvəlki direktoru Aysel Həmidova 27.05.2024-cü il tarixdə öz ərizəsi ilə işdən çıxıb.
TEREF yazır ki, bunu Ucar rayonu H.Əliyev küçəsi ev 42 sakini Əliyeva Məsimə Yavər qızı bloqumuza göndərdiyi şikayət məktubunda yazıb. Vətəndaş daha sonra yazır:
Sabiq direktorun Məkkə Məmmədova tərəfindən şantaj edilməsinə dair səs yazısı bu yaxınlarda aşkar edilsədə ona qaşın üstə gözün var deyən olmadı.
Ardını oxu...
Həttda həmin səs yazısında Məkkə Məmmədova məktəbin təsərrüfatında işləyən vətən müharibəsi şəhidi Hikmət İbrahimovun atası Zaur İbrahimovu təhqqir etməsi müəyyən edildi.O səs yazısında Şəhid atası Zaur İbrahimov barədə gədə, içki düşgünü, ona şəhid atası adı haram olsun kimi təhqqiramiz ifadələr işlədir.
Şagirdlərdən tort, süpürgə, ad günü tədbir adı ilə pullar yığır. Həttda utanmadan bu barədə vatsap qrupuna göndərir.
Məkkə müəllimə səs yazısında etiraf edir ki, Mərkəzi Aran Regional Təhsil İdarəsinin inzibati Təşkilat sektorunun əməkdaşı Afət Abdullayeva mənim adamımdır bizim iş birliyimiz var.Məkkə Məmmədova işbirliyində olan Afət Abdullayeva ilə əlbir olub sabiq direktor Aysel Həmidovanı şanta edib onun barəsində kompramatlar hazırlayıblar. Səs yazısında özüdə etiraf edir ki, əslində məndə işdən çıxmalı idim Afət müəllimə düzüb-qoşdu deyə mən işimdə qaldım.
Ardını oxu...
22 may 2024-cü il tarixdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin iki əməkdaşı məktəbdə olub araşdırma aparıblar və müəyyən olunub ki, bu il keçirilən prezident seçkiləri ilə əlaqədar komissiya üzü olan Mehbarə İsayeva məktəbin təşkilatçı müavini Validə Əliyevanın təkidi ilə dərslər keçib aldığı 700 manatı yarı bölüblər. Qanuna əsasən seçki komissiyasının üzvü olan müəllim dərs keçə bilməz. Aparılan yoxlama zamanı bu fakt təsdiq olunub akt tərtib edildi.Ancaq heç bir tədbir görülməyib əksinə məktəbin direktoru vəzifəsi 30 may 2024-cü il tarixdə Mehbarə İsayevaya həvalə edilib.Buda onu subut edir ki, Mərkəzi Aran Regional Təhsil İdarəsində korrupsiya tüğyan edir.
Azərbaycan təhsilinə ləkə olan Məkkə Məmmədovanın fəaliyyəti yoxlanılamlı və barəsində tədbir görülməlidir.Əks təqdirdə belə bir yaramaz müəllimin həmin məktəbdə qalmasından müəllimlər, şagirdlər və valideyinlər çox əziyyət çəkəcəklər.
TEREF olaraq Ucar rayon Qarabörk kənd tam orta məktəbi ilə əlaqə saxladıq. Lakin zənglərimizə cavab verən olmadı. Lakin yenədə şikayətdə adları çəkilən şəxslərində mövqeyini dərc etməyə hazırıq!
TEREF

 

Dünyapress TV

Xəbər lenti