“Novxanı kəndində 3 məzarlıq var. Hər məzarlığın da öz ayrıca yolu var. Artıq yol bağlana-bağlana gəlib, 50 santimetr yol qala yaxud da qalmaya. Maşın yolunda qəbirlər salınıb, hasarlanıb. Ayaq altında ölü basdırarlar? Ölülər bu qədərmi dəyərsizdir? Niyə görə oranı alıb ölünüzü dəfn edirsiz? Qoy heç olmasa son məzarlarında rahat yatsınlar da. Əgər bura maşın yolu qoyulubsa bu yollar niyə bağlanıb? Bu yol bağlanacaqdısa maşın yolu heç qoyulmazdı da. Bəlkə birinin qocası var, gətirib orada düşürdüb piyada gedəcəklər məzar başına. Sən o yolu niyə satırsan?”.
Bunu moderator.az-a açıqlamasında Novxanı kənd sakini Xanım Mövsümova deyib. Şikayətçi iddia edir ki, kənd bələsiyyəsinin sədri Şahin Tağıyev qəbirstanlıqdan torpaqları satır.
“102 xidmətinə də şikayət etmişəm. O gün sahə polisi məni də, Novxanı kənd Bələdiyyəsinin sədri Şahin Tağıyevi də çağırmışdı. Şahin Tağıyev deyir ki, yaxşı edirəm, yer yoxdur. Bu Novxanı kənd qəbirstanlığıdır, bizlərdən pul almırsan. Şəhərdə bilirsiniz ki, qəbir yerləri çox bahadır. İşçiləri şəhərdəki adamlardan pulu alıb ona verirlər. Torpağı şəhər şakinlərinə satır. Hamı bilir ki, şəhər camaatı gəlib orada özbaşına ölü basdırmaz. Yol isə bağlanıb. Kimsə üz-üzə gəlsə gərək o biri gözləsin, bu biri də qəbirlərin üstünə çıxıb ona yol versin. İki adam qəbirstanlığda yanbayan gedə bilmir. Sabah kiminsə ölüsü olsa ya gərək helikopterdən sallamalıdır, ya da çiyninə atıb təkbaşına götürüb dəfn etməlidir. Novxanı kənd sakinlərinin ölülərini dəfn etmək üçün zibilliyi təmizlətdirib 4-cü qəbirstanlıq hazırlayır. Novxanılıların ölüsünü niyə zibillikdə basdırırsan? Bu nə özbaşınalıqdır? Bu nə yiyəsizlikdir? Deyirlər ki, yaxşı edirik, bütün yolları bağlayacağıq. Sizə bir video təqdim edəcəyəm. Orada maket qəbirlər hasarladıb, hazır qoyublar ki, pulla satsınlar. O qəbirlərdə heç kim dəfn olunmayıb. Onların da qiyməti yəqin xüsusi olar. Amma biz kənd sakinlərinə deyir ki, boş yer yoxdur. Aidiyyatı qurumlardan kömək istəyirik” deyə o bildirib.
Azərbaycanın səhiyyə sistemində aparılan islahatlara baxmayarq hələdə bu sahədə ciddi nöqsanlar qalmaqda davam edir. Xalqxeber.az xəbər verir ki, "Beyləqan Xəbərləri" səhifəsində yayılan məlumata görə hazırda Beyləqan Rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsin direktoru baş direktoru Bayram Muradovun öz "qaydaları" mövcuddur. Bu "qaydalar" isə keçmiş baş direktor Nürəngiz Bəşirovdan qalma qaydaya uyğundur. Belə ki, Beyləqan xəstəxanasında müqavilə ilə işə qəbul olunanların iş müqaviləsinin uzadılmasının qiyməti dəyişib. Son 5 ayda Beyləqan xəstəxanasına 20-yə yaxın tibb bacısı qəbul olunub. Səhifənin iddiasına görə Beyləqan xəstəxanasında tibb bacısı olmaq üçün qiymət 4 min manatdan başlayır. Baş direktor Bayram Muradov pulu özü almasada, bu işi başqa şəxslərə həvalə edib. Belə ki, tibb bacılarının işə düzəldilməsi məsələsinə baş direktorun sosial məsələlər üzrə müavini Elnur Mahmudov baxır. Bildirilir ki, Bayram Muradovun digər ortağı xəstəxanaın baş həkimi Şahlar Əsgərovdur. Baş direktor baş həkimlə əlbir olaraq xəstəxananın dərman və ərzaq pereparatlarının bir hissəsini silərək aptek və mağazalar satdırdığı bildirilir. Qeyd edək ki, Bayram Muradov baş direktor olaraq 8 min manatdan çox əmək haqqı alır.
Təxminən bir il öncə “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) məxsus “ADY Konteyner” MMC-nin direktoru Natiq Cəfərov vəzifələrindən azad edilmişdi. Bununla bağlı cumhuriyyet.net-ə daxil olan məlumata görə bu qurumda korupsiya faktı ilə əlaqədar hüquqi araşdırma aparılır.
Söhbət 10 milyon manatdan çox (təqribən 11 milyon) məbləğdən gedir.Mənbənin söylədiyinə görə ADY özünün tabeliyində olan müəssənin keçmiş direktoru haqqında işi baş prokurorluğa göndərib. Müəssisə yük daşımalarla məşğul olur. Günahlandırılan baş direktor indiki sədrin dövründə də işləyib və bu səbəbdən küllü miqdarda yeyintidə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmovun da iştiraşı şübhə doğurur.
Göyçay rayon sakinləri Əsgərov Orxan Vidadi oğlu, Əsgərzadə Elməddin Əli oğlu, Şirinov Fəqan Maarif oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Azərbaycan Su Ehtiyatları Agentliyinin sədri cənab Zaur Mikayılova müraciət edən şikayətçilər yazırlar:
“Cənab Mikayılov!
Bu şikayət ərizəmizdə yazaraq bildirirk ki, Göyçay rayon Suvarma Sistemləri İdarəsinin müdiri vəzifəsini icra edən Orxan Mahmudov öz səlahiyyətlərindən sui-istifadə edərək, birimizi - Fəqan Şirinovu Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə qanunsuz olaraq işdən çxarıb, digər iki nəfəri isə öz ərizəmizlə işdən çıxmağa məcbur edib.
Biz uzun müddətdir ki, Göyçay rayon Suvarma Sistemləri İdarəsində ekskavator sürücüsü vəzifəsində işləyirdik. Bu müddət ərzində işimizdə heç vaxt nöqsana yol verməmişik. Əksinə, yaxşı işçi olduğumuz üçün təltif edilmişik.
Şakir Əhmədov adlı müdir yaş senzinə görə işdən çıxdığı üçün ixtisası bu sahə üzrə olmayan, bir gündə olsun bu sahədə işləməyən təcrübəsiz Orxan Mahmudova müdir vəzifəsinin icrası həvalə edildi. Adam vəzifəsinin icrasına başlayan kimi işçilərə qənim kəsilməyə başladı.
Bir gün iş vaxtı Orxan Mahmudova bildirdik ki, ekskavatorların yağı və filtirləri təcili dəyişdirilməlidir, əks halda sürmək olmaz, 300 min manat qiyməti olan texnikalar xarab olacaq. Orxan Mahmudov bizi məcbur edir ki, öz vəsaitiniz hesabına ekskavatorları təmir etdirin, yağını və filtriini dəyişdirin.
İmkansız olduğumuz üçün buna etiraz edib 6 nəfər işçi Meliorasiya və Su Təsərrüfatı ASC-yə üz tutduq. Orada bizi Qurban müəllim qəbul etdi. O, bizi dinlədikdən sonra Orxan Mahmudova zəng edib problemin həll edilməsini tapşırdı. Orxan Mahmudov Qurban müəllimə bildirdi ki, problemi həll edəcəyəm.
Səhəri günü Orxan Mahmudov idarədə iclas keçirib, birimizi - Fəqan Şirinovu Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə qanunsuz olaraq işdən çxardı, iki nəfərimizi isə öz ərizəmizlə işdən çıxmağa məcbur etdi. Hətta bizə teleqram göndərib qeyd etdi ki, öz ərizənizlə işdən çıxmasanız sizi Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə işdən çıxaracam. Belə şantaj və təhdid yolu ilə bizi işdən öz ərizəmizlə çıxmağımıza dair məcburi ərizə yazdırdı.
Hər birimizin himayəmizdə azyaşlı uşaqlarımız var, ailədə yeganə işləyən, evə çörək pulu gətirən biz idik. İndi isə işinin öhdəsindən gələ bilməyən bu sahənin kadırı olmayan Orxan Mahmudovun intiriqasının qurbanı olub, işsiz qalıb aclığa məhkum olmuşuq.
Onu da qeyd edek ki, Orxan Mahmudov bundan əvvəl bankada işləyib yol verdiyi nöqsana görə işdən qovulub.
Orxan Mahmudov Göyçay rayon Suvarma Sistemləri İdarəsində müdir vəzifəsini 1 ildir icra etsədə, artıq bütün qohum-tanışlarını vəzifəyə gətirib. Hansı ki, onların hamısı bu sahənin kadrları deyil, heç bir iş təcrübələri də yoxdur. Bu isə Göyçayda suvarma sistemlərində fəlakət yaradacaq. Bibisi oğlunu mühasib təyin edib, Ucarda yaşayan dostunu sürücü vəzifəsinə gətirib, bazarda yer pulu yığan tanışını nəzarətçi götürüb. Beləliklə, 11 nəfər qohum tanışlarını idarəyə işə qəbul edib. Hansı ki, onların heç biri bu sahənin adamları deyil. Təcrübəli işçiləri isə sıxışdırırlar. İşinin öhdəsindən gələ bilməyən Orxan Mahmudov dövlət idarəsini şəxsi ofisinə döndərib.
Qeyd edək ki, Orxan Mahmudov Göyçayın Qarabaqqal kəndi ərazisindəki keçmiş kərpic zavodunda beton istehsalı ilə məşğul olub. Vergidən gəlir gizlətmək üçün əmək müqaviləsi bağlamadan çoxlu sayda insanı işə cəlb edərək, onların əməyini istismar edirdi. İndi isə həmin sex fəaliyyətini dayandırıb, ancaq küllü miqdarda ödənilməyən vegi borcu var.
Adamın niyyəti dövlət idarəsini şəxsi əmlakı kimi idarə edib, kapital toplamaqdır. Bunun qarşısı dərhal alınmalı qanunu tədbirlər görülməlidr. Biz işindən qanunsuz çıxarılan və şantaj olunaraq öz ərizəsi ilə çıxmağa məcbur edilən işçilər olaraq xahiş edirik ki, bizi qəbul edib, dinləyib qanuni və ciddi tədbirlər görəsiniz”.
Çox təəssüflər olsun ki, təkcə təhsil deyil, elə bir çox sahələrdə hər hansı bir vəzifəyə təyin olunan şəxs, işinin məsuliyyətini deyil, çalışdığı qurumda öz yaxınlarını da yerləşdirməyin yollarını düşünür. Yaxud da müəssisədəki boş vakansiyalara xüsusi "qiymət" təyin edərək, satmağa başlayır. Acınacaqlıdır ki, bu kimi hallara təhsil sahəsində daha çox rast gəlinir.
Doğrudur, son günlər təhsil sahəsində ciddi yoxlamalar aparılır və aşkar olunan qanun pozuntularında adı hallanan şəxslər işindən uzaqlaşdırılır. Hansı ki, son bir ayda müxtəlif rayonlarda artıq bir neçə müəllim və direktorlar işdən azad ediliblər. Elm və Təhsil naziri Emin Əmrullayev də öz çıxışında bu cür yoxlamaların hələ davam etdiriləcəyini bildirib.
Beyləqan rayon sakinləri nazirin bu çıxışından ümidlənərək, obyektiv yoxlamaların sözügedən rayonun Xalaç kənd tam orta məktəbinə də təşrif buyurmalarını arzulayırlar.
"DogruXeber.az" bildirir ki, əslində redaksiyamıza müraciət edən Beyləqan rayonunun Aşqallar kənd sakini Məmmədov Sədi Bəndalı oğlunun sözlərinə görə bu ilin fevral ayında Mil-Muğan regional təhsil idarəsi tərəfindən Xalaç kənd orta məktəbində yoxlamalar aparılıb, hətta aşkar olunan nöqsanlara görə sözügedən məktəbin direktoru Murad Məmmədov işindən uzaqlaşdırılıb da, amma iki ay sonra hansısa "sehirli əl" onu yenidən direktor kürsüsünə əyləşdirib.
Sədi Məmmədovun "DogruXeber.az" informasiya agentliyinin tabeliyində fəaliyyət göstərən "Kanal14" YouTube kanalında canlı yayımda danışdıqlarını aşağıda təqdim etdiyimiz videoda izləyin !
Gördüyünüz kimi, Beyləqan rayon Aşqallar kənd sakini Sədi Məmmədov qız övladının təhsil aldığı Xalaç kənd tam orta məktəbində dərs zamanı yoldaşları tərəfindən oyuncaq ilanla qorxudulmasının onun səhhətində ciddi problemlər yaratdığını iddia edir.
Həmçinin, sözügedən məktəbin direktoru Murad Məmmədovun isə məsələdən rahatlıqla sovuşmaq üçün, qızı üç saat otaqda saxladığını, müəllimlərə isə uşağın valideynlərinə bu barədə heç bir söz deməmələrini tapşırdığını deyir.
Sədi Məmmədovun iddiasına görə övladı bu hadisə zamanı ciddi sarsıntı keçirib və psixoloji travma alıb. Direktor Murad Məmmədovun isə tədbir görmək yerinə uşağı üç saat gizlətməsi valideynlərinin hiddətinə səbəb olub.
Bundan əlavə Sədi Məmmədov bütün kənd sakinlərinin sözügedən məktəbin direktoru Murad Məmmədovun əlindən zara gəldiklərini deyir.
Onun sözlərinə görə, "direktorun bir qızı həmin məktəbdə katibə, bir qızı müəllim, bir qzının əri birinci mavini, bir qızının əri kompüter müəllimi işləyir. Bundan əlavə oğlu, qardaşı arvadı, bacısının əri - hamısı məktəbdə işləyir. Ona görə də təhsilimiz yoxdur.
Qeyd edim ki, dəfələrlə şəhid anası Murad müəllimdən məktəbdə hər hansı bir işlə təmin olunmasını xahiş etmişdi. Axırda Murad müəllim o, boyda məktəbdə ona süpürgəçi işi verdi ki, ayaq altı süpürsün.
Dəfələrlə bu barədə aidiyyatı qurumlara şikayətlər etmişik, heç bir nəticəsi yoxdur. Düzdür, Fevralın 12-si və 13-də iki gün ardıcıl Mil-Muğan regional Təhsil İdarəsi tərəfindən məktəbdə ciddi yoxlamalar aparıldı. Aşkar olundu ki, direktor Murad müəllim bir neça müəllimə artq dərs saatları yazıb, dövlətin pulunu mənimsəyirmiş. Həmçinin əlavə olaraq, dövlət hər ay 60 saat məşğələ saatı verirmiş, amma bu dərslər sözügedən məktəbdə heç vaxt keçirilməyib. Həmin 60 saat dərsin 1800 manat pulu mənimsənilib. Ona görə də martın 11-də Murad müəllimin direktorluğuna da, müəllimliyinə də xitam verildi. Amma, iki aydan sonra gəldi ki, "mən müəllim kimi işləyirəm". İşlədiyi 14 ildə qanunsuz əməlləriylə özünə şərait quran cinayətkar necə oldu ki, müəllim kimi işə qaytdı?
Direktor dərs saatlarını satıb, müəllimlərdən keçirilməyən əlavə saatların pulunu mənimsəyib. Amma, buna görə bir neçə müəllimə cərimə cəzası yazıldı. Nəyə görə pulu yeyən direktor, cərimələnən müəllimlər olur?"
P.S: Qeyd edək ki, Sədi Məmmədovun söylədikləri barəsində Xalaç kənd tam orta məktəbin direktoru Murad Məmmədovun da mövqeyini öyrənmək məqsədilə, mobil telefonuna zəng etdik. Bir zəngimizə ümumiyyətlə cavab vermədi. Aradan xeyli müddət keçdikdən sonra, təkrar aradıq. Bu dəfə isə bir xanım telefonu götürdü və "Murad müəllimin özü yoxdur, telefonu maşında qalıb. Mən qızıyam, mütləq deyərəm, sizə zəng edər" cavabını verdi. Lakin, aradan bir neçə gün keçməsinə baxmayaraq, hələ də Murad Məmmədov bizimlə əlaqə saxlamayıb.
Onu da vurğulayaq ki, Sədi Məmmədov direktorun telefona cavab verməyəcəyini, yaxud cavab vermək üçün dəstəyi kiməsə verəcəyini əvvəlcədən bizə demişdi. Görünür hətta yerli sakinlər belə təhsil müəssisəsini "ailə biznesi" kimi idarə edən Murad Məmmədovun taktikalarını artıq əzbər bilirlər.
Qeyd: "DogruXeber.az" olaraq bildiririk ki, yuxarıda qeyd olunan məlumatlarla bağlı bütün aidiyyatı qurumlara tərəfimizdən rəsmi sorğular göndərilib.
Yay fəsili yaxınlaşdıqca insanlar istirahət etmək üçün fərqli məkanlara üz tutmağı üstünlük verir. Demək olar ki, qonaqların və ailənlə istirahət edəcəyin yerlərin şahı restoranlar hesab olur.
Havaların həddindən artıq isti keçməsi ilə əlaqədar açıq yay məkanlarında oturmağa üstünlük verirsən amma təəsüfflər olsun ki, yay fəsili başlayar başlamaz bəzi işbazlar hərəkətə keçir.
Dükanlarda satılan 60-70 qəpiklik suyu 6-7 manata, 10-15 manatlıq içkini isə 100-150 manata müştəriyə sataraq sonda hesabın ödənişi vaxtı yeyib-içdiklərində burunlarından gətirirlər.
"Azərbaycan Reallığı"na müraciət edən və adının açıqlanmasını istəməyən vətəndaş bildirir ki, Nizami rayon Bəkir Çobanzadə küçəsində yerləşən "Xan Bağı" restoranı sözün əsil mənasında soyğunçuluqla məşğul olur.
Burada müştəriyə təklif olunan menyu qiyməti ilə sonda ödəniləcək qiymət arasında yerlə göy qədər fərq olur yani qiymət süni halda bahalaşdırılır. Həmçinin müştəriyə göstərilən xidmət səviyyəsi olduğca aşağıdır.
Məkanda işləyən personal işçilərin əmək müqaviləsi yoxdur, hesab ödəyəndə post terminal istədikdə kesabı kartdan-karta göndərməyi məsləhət edirlər bu da təbii ki, qanun pozuntusu və dövlət vergisindən yayınmaqdır.
Narazlıqlar bununla da bitib-tükənmək bilmir. Hesabın sonunda restoranda şhou proqramın ödənişini müştəridən alınması hələ bu azmış kimi servis haqqı da alınması sözün əsil mənasında biabırçılıqdır. Müştəri həmçinin restoranda verilən qidalarında keyfiyyət dərəcəsi çox aşağı olmasından gileylənib.
Redaksiya olaraq bizə daxil olan narazlıqı qısa olaraq yazıb aidiyyəti qurumların nəzərinə çatdırdıq, sözügedən məsələ ilə bağlı ümüdvarıq aidiyyəti qurumlar öz tədbirlərini görəcəklər
Gülarə Şeydayeva Notariat Xidmətinin rəisini və aldığı evin keçmiş sahibini ittiham edir…
Xırdalan şəhər sakini Şeydayeva Gülarə Tahir qızı tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, “makler” kimi fəaliyyət göstərən bibisi oğlu, ev aldığı şəxs və Notariat Xidmətinin rəisi onu aldadıblar:
“Mən, Şeydayeva Gülarə Tahir qızı, yazaraq bildirirəm ki, əvvəllər anam, mən və övladım Biləcəridə yaşayırdıq. Anam evin pilləkənlərini düşüb-çıxmaqda əziyyət çəkirdi. Bu səbəbdən də evi satıb, Xırdalana köçdük.
Alqı-satqı işindən başım çıxmadığından, bibim oğlundan mənə kömək etməsini xahiş etdim. O, Binədə alqı-satqı ilə məşğul olurdu. Aldığımız evin köhnə sahibi bibim oğlu ilə yerli çıxdı. Elə bu səbəbdən bibim oğlu da, biz də ona inanıb, evi aldıq.
Lakin keçmiş ev sahibi alqı-satqı zamanı demədi ki, evdə çox sayda adam qeydiyyatdadır. Sadəcə hər dəfə dedi ki, bütün sənədləri var. Evin sadəcə “texpasport”u və “kupça”sı var.
Evin sənədləşmə işini görmək üçün Xırdalanda yerləşən Notariusa - Bahadur müəllimin yanına getdik. Vaxtın az olduğunu, bankın bağlanacağını deyib, sənədlərə tələm-tələsik qol çəkdirdilər. Sonra məlum oldu ki, bu oyunları pulu tez əldə etmək üçün ediblər.
Bibim oğluna dedim ki, sənədlərə bax, gör hər şey qaydasındadır?! Özüm Azərbaycan dilini bilmədiyim üçün ona həvalə etmişdim. O da dedi ki, narahat olma, dövlətin notariusu yalan olmayacaq ki. Bir sözlə, ev sahibi Yalçın və notariusun rəhbəri Bahadur mənə heç nə demədən, qanunsuz iş gördülər.
Faktiki olaraq ev “paylı mülkiyyət”dir. Anamı evə qeydiyyata salmaq istəyəndə mənə dedilər ki, get Fatmanı çağır, gəlib icazə versin, ananı qeydiyyata salaq. Bu zaman bildim ki, evdə qeydiyyatda başqa adamlar da var. Mənə orda bildirdilər ki, bu “paylı mülkiyyət”dir.
Çox narahat oldum, öncə Yalçının, daha sonra Bahadurun yanına getdim. Amma heç nə əldə edə bilmədim. Bibim oğlu mənə dedi ki, nə edim, gedim onu vurum?
Bütün orqanlara yazdım, şikayətimi bildirdim. Xırdalan istintaq şöbəsinin rəisi mənə deyir ki, xanım, qol çəkib razılıq vermisiniz. Polisə də dedim ki, Bahadur mənə bu evin problemli olduğunu deməyib. Təkliyimdən, qadın olmağımdan istifadə edib, başıma bu oyunu açıblar.
Biri qohumum, o biri də yerli dediyimiz adamlar başıma oyun açıb. Hər kəs bilsin ki, ev alqı-satqısında çox ayıq olmaq lazımdır, yoxsa mənim kimi uduzarsınız.
Azərbaycanlı olduğum üçün fəxr edirəm, amma belə hadisələri görəndə çox pis oluram. İnanıram ki, bu qanunsuzluğu edənlər gec-tez öz cəzalarını alacaqlar”.
Jalə FAMİLQIZI
Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.
İyunun 7-də Milli Məclisin növbədənkənar sessiyasının keçiriləcəyi bildirilir. Deyilənə görə, başlıca məsələ yenə də “özünü buraxma” olacaq. Deputatlar artıq bu “özünü buraxma”dan geninə-boluna yararlanır, vətəndaş seçicilərini qəbul etməkdən belə imtina edirlər. Amma pozitivlər daim qalır. MM-in Aparatı müraciətləri yüksək peşəkarlıqla qəbul edib cavablandırmaqdadır.
Gerçəkdə, Milli Məclisin “özünü buraxma” prinsipi, qaydası seçkili orqan olmasından qaynaqlanır. Deputatların üçdən birinin (42 nəfər) imzası ilə prosedur gerçəkləşir. Di gəl, ölkə reallığı elə görüntü yaradır ki, sanki heç bir qurum yerində deyil, elə bil bütün məmurlar “özünü buraxıb”. Özəlliklə, ən çox üzdə olan insan hüquqları, sosial müdafiə sahəsində boşluqlar “özünü buraxma” yetkisi bağışlayır.
Təsəvvür edin, 1-ci dərəcəli Qarabağ qazisinin pensiyasını qərəzlə mənimsəyirlər, hətta 7 il qabaqkı məhkəmə qərarı ilə ayrılan əlavəni də kəsirlər, bütün dövlət, hüquq orqanları qanunun, Konstitusiyanın yox, dılğır bir sosial, pensiya məmurunun rüşvətinin “ALİLİYİNİ” bildirməkdən doymurlar. Belə “rüşvət aliliyi”nin sonucudur ki, 1-ci dərəcəli əlilə qulluq edən həyat yoldaşının pensiyasını da “şanlı-şöhrətli”, yüksək rüşvətli məmurlar azaldıblar. Ombudsman Aparatının rəhbəri isə bu sosial özbaşınalığı, qərəzi “konfidiensial hüquq xidməti” sayır. (?) Heç demə, “şanlı rüşvət sosialistlərimiz” qazinin həyat yoldaşının pensiyasını 7 il qabaq düz hesablamayıbmış, artıqlamasilə veribmiş, indi 7 ildən sonra pensiyaçı müəllimin DSMF büdcəsinə 1082, 7 manat borcu yaranıb. Qazinin özünün borcu isə isə faizi ilə birlikdə 4 mini keçib. Əcəb sosial xidmətdir, qazi, əlil ailəsi pensiyasının düz hesablanmamasından, hətta 7 il qabaqkı məhkəmə qərarı ilə ayrılan əlavənin mənimsənilməsindən şikayət edir, düz hesablamaq yerinə , 7 il qabaq (həyat yoldaşına) artıq hesablanma müəyyən edirlər. (?)
Gələk başlığa çıxardığımız qonuya. Baş prokurorluğun adı Konstitusiyada özəl vurğulanıb, 133-cü maddə ilə qanunların icrasına və tətbiqinə nəzarət prokurorluq orqanlarının üzərinə qoyulub. Di gəl, prokurorluq Konstitusiya ilə üzərinə qoyulan görəvi icra etməkdən imtina edir. Yoxsa prokurorluq da “özünü buraxıb”? Əvvəllər şikayətlərin qeydə alınmasına qadağa qoyulurdu, indi şikayətlər qeydə alınır, amma baxılmır. Təsəvvür edin, 15 aydır pensiyası kəsilən qazi 14 aydır baş prokurorluğun 161, 961 bağlantı xəttlərinə zəng edir, ortalıq 50 şikayəti qeydə alınıb, di gəl, bir dəfə də olsun izahatı belə alınmayıb. Hələ yazılı, onlayn şikayətləri demirik. Qəbula yazılmağa isə qazinin baş prokurorluqda işləyən “bacoğluları”, “qardaşoğluları” əmi- dayı “qayğısı” ilə qadağa qoyub. Heç demə, pensiya saxtakarlığı, məhkəmə-ədliyyə dələduzluğu, korrupsiyası ... prokurorluğun səlahiyyətlərinə aid deyil!(?) Bəs nəzarət necə olsun, axı pensiyanın düz hesablanmaması ilə bağlı pozuntuları prokurorluq araşdırır, ədliyyə orqanlarında qanunların icrasına, ibtidai istintaqa nəzarəti prokurorluq həyata keçirir? “Qardaşoğlu” bu nəzarətsizliyi istintaqın aparılmadığı ilə izah etdi. Bəs niyə istintaqın aparılmamasına nəzarət qaydasında qiymət verilmir?
Axırı, belə bəlli olur ki, Baş Prokurorluq da “özünü buraxıb”. Özü də indi yox, lap 2000-ci ildən. “Əmi canı!”
"Son dövrlər adları tez-tez mətbuatda korrupsiya məsələlərində gündəmə gələn Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov və adıçəkilən komitənin nəzdindəki Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin İdarə Heyətinin sədri Ramin Abdullayev bu gün də qaz vurub qazan doldurmaqdadır". Bu barədə Dia-az.İnfo-ya göndərilən məqalədə deyilir. Daha sonra məqalə müəllifi ilginc iddialar da səsləndiri. Müəllif yazır: "Bu şəxslərin istər ölkə daxilində tikintilərə icazə verərkən aldıqları `şirinlik` və ya MTK-lardan alınan mənzillər, istər müharibədə zərər çəkmiş bölgələrimizdə təmir-bərpa işlərində, istərsə də işğaldan azad olunmuş torpaqlarımızda gedən tikinti işlərində keçirilən dırnaqarası, öz yaxınlarına və ya elə öz şirkətlərinə verilən şifahi tenderlərdə əldə etdikləri milyonların aqibəti bilinməməkdədir. Son 6 ayda adlarıının hallandırıldığını görən məhşur “patriot” cütlük şəhid və qazi ailələrinə növbəylə mənzillərin verildiyi bir dövrdə MTK- lardan rüşvət olaraq mənimsədikləri mənzilləri dəyər-dəyməzinə satmağa başlayıblar. Bu şəkildə əldə olunan milyonlar qeyri-rəsmi yollarla Dubaya və İstanbula aparılıb. Son dövrlər demək olar hər bayram, hər həftə sonu Dubaya gedib-gələn ikili, Dubayın ən bahalı küçələri olan JBR və Şeyx Zaid - də yeni tikilən binalarda yaxınlarının adına çoxlu sayda mənzil alıb. Bir neçə ay əvvəldə ikilinin İstanbulun “Florya” adlanan ən bahalı yerində 16 mln dollara estetik klinika aldığı məlumatı mətbuatda öz əksini tapıb. Maraqlısı odur ki, komitə sədri Anar Quliyev gedən bu prosesləri susqunluqla izləyir. Belə anlaşılır ki, Anaq Quliyev ya bu ikiliyə müqavimət göstərmək iqtidarında deyil, ya da baş verənlər hansısa şəkildə onun da maarqlaırna cavab verir. Ramin Abdullayevlə Anar Quliyevin yaxınlığı Komitədəki hər kəs tərəfindən bilinir. Hətta belə bir fikir var ki, Ramini vəzifəyə Namiq Hümmətov gətirsə də, Ramin bir müddətdən sonra Anar Quliyevin yanında namiq Hümmətovla müqayisədə daha çox söz sahibi olub. Elə bunun nəticəsidir ki, Ramin Abdullayev dövlət pullarını qorxu-hürkü bilmədən talamaqda, Azərbaycanın pullarını Dubay və İstanbula daşımaqdadır...."
Əmlak Məsələləri Dövlət Xidmətində qanunsuz yollarla nəhəng biznes imperiyası quran məmurlardan biri də Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin müdir müavini Eldəniz Qafarovdur. Müdir müavini ilə bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırma nəticəsində məlum olub ki, Eldəniz Qafarov tutduğu vəzifə etibarı ilə o qədər də diqqət çəkməsə də, kifayət qədər ciddi və iddialı oyunçudur. Paytaxt ərazisində biznes üçün ən uğurlu nöqtələrin zəbti Eldəniz Qafarovun adı ilə bağlıdır.
Gediş-gəlişin çox olduğu ərazilərdə boş torpaq sahələrini, hətta səki, park və zibilxanaları belə zəbt edən müdir müavini, qısa zamanda bu ərazilərdə ictimai iaşə obyektləri və mağazalar inşa edərək öz biznes imperiyasını durmadan genişləndirir. Tutduğu vəzifə və yüksək ranqlı məmurlarla qurduğu dostluq münasibəti ona zəbt etdiyi əraziləri qısa zamanda sənədləşdirməyə, əməlinə qanuni don geyindirməyə imkan verir. Mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə, xidmət rəisinin sabiq müavini Elçin Yusubovun “sağ əli” kimi tanınan, onun tərəfindən bilavasitə himayə olunan Eldəniz Qafarovun ən mühüm gəlir mənbələrindən birini isə icarəyə verilmiş torpaqların təftişi təşkil edir. Daşıdığı vəzifədən istifadə edərək mütəmadi şəkildə icraəyə verilmiş torpaqların təftişini həyata keçirən müdir müavini, təftiş prosesində icarə müqaviləsinin hər hansı bəndənin pozulduğunu iddia edərək müqaviləyə xitam verəcəyini bildirir. Sahibkarları bu sözlə qorxuya salan Xidmət məmuru, uzun çək-çevirdən sonra güzəştə getməyə razı olur. Təbii ki, bu razılaşma hər səfərində Eldəniz Qafarovun sərvətinin bir qədər də artması ilə nəticələnir.
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Dövlət Əmlak Xidmətində nazirlikdən daxil olmuş məlumat əsasında keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirlər nəticəsində Dövlət Xidmətinin Torpaqların Torpaq bazarının təşkili sektorunun müdiri vəzifəsində işləyən İldırım Məmmədov və həmin sektorun baş məsləhətçisi Əsəd Nəsibov, eyni zamanda qurumun bir çox rayonlardakı şöbə müdirləri həbs edildi. Həbs olunan şəxslərə qarşı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Bununla bağlı cumhuriyyet.az bildirir ki, aparılan əməliyyat-istintaq tədbirləri nəticəsində yalnız Dövlət Xidmətinin Torpaqların, Torpaq bazarının təşkili sektorunun müdiri vəzifəsində işləyən İldırım Məmmədovun və sektorun baş məsləhətçisi Əsəd Nəsibovun həbs olunması bəzi qaranlıq müəmmalara yol açır. Çünki Dövlət Əmlak Xidmətində korrupsiyaya bulaşanlar və saxtakarlıq edənlər sektor müdiri İldırım Məmmədovla, həmin sektorun baş məsləhətçisi Əsəd Nəsibovla bitə bilməz.
Deyə bilərik ki, qurumun sektor müdiri və yerli şöbələrin rəhbərləri tərəfindən həyata keçirilən saxta işlərdən Dövlət Xidmətində işləyən bəzi yüksək vəzifəli şəxslərin xəbərsiz olması heçdə inandırıcı deyil. Məsələn, sektor müdiri İldırım Məmmədovun müxtəlif şəxslərlə əlbir olaraq, həyata keçirdiyi saxtakarlıqlardan Dövlət Xidmətinin Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin müdir müavini, şöbə müdiri vəzifəsini icra edən Eldəniz Qafarovun xəbərsiz olmasına heç kəs inanmaz. Ona görə ki, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə dair müsbət rəyin verilməsinə cavabdeh qurumlardan birincisi məhz Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsidir. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumatda bildirilir ki, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə dair müsbət rəylərin verilməsi ilə bağlı aparılan istintaq dərinləşərsə şöbə müdiri vəzivəsini icra edən Eldəniz Qafarov da məsulliyətə cəlb oluna bilər. Saxtakarlığa görə həbs edilən İldırım Məmmədovun Torpaqların, Torpaq bazarının təşkili sektorunun müdiri vəzifəsinə təyinat almasında əsas rolu məhz Eldəniz Qafarov oynayıb və elə qurumdakı korrupsiya şəbəkəsinin başında duran şəxslərdən biri də odur.
Qeyd edək ki, Eldəniz Qafarovun adı bundan əvvəl də saxta işlərdə hallanıb. Nümunə kimi Göyçay rayonu Ulaşlı-Şıxlı kənd sakini İsmayılova Kəmalə Ağsəf qızının mediada yayılmış müraciətini göstərmək olar. Həmin müraciətdə vətəndaş Göyçayın icra başçısından şikayətlənir. Bildirir ki, icra başçısı onların istifadəsində olan bələdiyyəyə aid torpaq sahəsini ələ keçirmək istəyir. Eldəniz Qafarov isə bu işdə ona faktiki olaraq yardımçı olub. Belə ki, şöbə müdiri vətəndaşın ona ünvanladığı məktuba cavabında həmin torpaq sahəsinin bələdiyyəyə aid olmadığını iddia edib: “Hətta iş o yerdədir ki, mənim ünvanıma Əmlak Məsələləri Dövlət Xidməti Yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin direktor müavini Eldəniz Qafarov tərəfindən göndərilən cavab məktubunda yalandan qeyd edilib ki, həmin mübahisəli torpaq sahəsi bələddiyəyə aid deyil, şəxsi mülkiyyətdir”, deyə vətəndaşın müraciətində qeyd edilir.
Beləliklə, aydın olur ki, Eldəniz Qafarov bələdiyyə mülkiyyətində olan torpaq sahəsini şəxsi mülkiyyət kimi təqdim etməklə, saxtakarlığa yol verib və həmin ərazinin ələ keçirilməsinə dəstək olub. Eldəniz Qafarovla şərikli biznesi olan, Xidmətin rəis müavini Elçin Mustafa oğlu Yusubovun Tarqovıda və Mərkəzi Univermaqda qızıl mağazaları var. Onu da qeyd edək ki, Elçin Yusubov İldırım Məmmədov həbs olunmayanadək hətta öz rəisi Mətin müllimi də saymırmış. Amma İldırımın həbsindən sonra Elçin Yusubov Mətin müəllimə yaxınlaşmaq üçün yollar axtarır. Eldəniz Qafarov haqqında onu deyə bilərik ki, o əslən Şəmkirin Zəhim kəndindəndir. Şəmkirdən olan sakinlərin sözlərinə əsasən cumhuriyyet.az bildirir ki, Eldəniz Qafarov nə qədər torpaq sahəsinin məmurlara satılmasına imza atıb. Və kiməsə 1 saxta sənəd vermək üçün az qala 1 “meşok” rüşvət alır. Eldəniz Qafarov rüşvətlə qazandığı milyonların hesabına oliqarxa çevrilib.