Ardını oxu...
TEREF yazır ki, sosial şəbəkələrdə yayılmış videoda Mingəçevir şəhər xəstəxanasında baş verən biabırçılqdan bəhs edirlər. Videonu paylaşan vətəndaş yazır:
"Xəstə yaxınlarını öz xəstəsini görməyə icazə verməyən Mingəçevir şəhər xəstəxanasının rəhrliyi xəstəxananın həyətində bu nə bazardı açıb?
Yoxsa ki xəxstələri heçə sayırlar?"

Ardını oxu...
«İcra haqqında» Azərbaycan Respublikası qanununun Ədliyyə Nazirliyinin
icra baş idarəsinin, icra və probasiya şöbələrinin «baş qanunu» , stolüstü
kitabı olması kimə gizlin olsa da, icra məmurlarına gizlin olmasın gərək.
Nədən qanundan xəbərsizliklə necə icra hərəkətləri aparıla bilər, necə
insan taleləri ilə oynamaq olar?
Sözügedən qanunun 68-ci maddəsi tələbin yönəldilməsinə yol
verilməyən pul məbləğləri haqqındadır. 68.1.2 maddəsinə görə,
TƏLƏB xidməti vəzifəsini yerinə yetirərkən xəsarət almış şəxslərə,
həmin şəxslər həlak olduqda (öldükdə) isə onların ailə üzvlərinə ;
68.1.3 maddəsinə görə, orqanizmin funksiyasının 81-100 faiz
pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə, yəni 1-ci
dərəcəli əlillərə ödənilən pul məbləğlərinə YÖNƏLDİLƏ BİLMƏZ.
Qanun hərbi, xidmət əlillərinin , eləcə də 1-ci dərəcəli əlillərin
pensiyalarının borc adına toxunulmazlığını təsbit etsə də, icra
məmurları bu toxunulmaz məbləğə ən yuxarı 50 faizlə «toxunur»!
Özü də pensiyanın ödənildiyi banka məktub verməklə.(?) Bank da ağına-
bozuna, doğru-yalana baxmadan, icra məmurunun qanunsuzluğunu
Konstitusiya aktı gücünə mindirir. Halbuki bankın dövlətin pensiyaçıya
ödəməyə əmanət etdiyi pulu başqasına vermək səlahiyyəti, vəzifəsi
yoxdur. Pensiyaçının pulunun borc adına tutulması yalnız onu ödəyən
qurum vasitəsilə edilə bilər. Pensiyanı ödəyən qurum – DSMF isə xidmət
əlillərinin, 1-ci dərəcəli əlillərin pensiyasından borc adına məbləğ
tutulmasının yolverilməzliyini bildiyindən, icra məmurları birbaşa banklarla
qanunsuz məktublarla qeyri-prosessual əlaqəyə girirlər.
Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev 21, m. 37-də qeydiyyatda olan
1-ci dərəcəli gözdən əlil Bədəlov Zahid Xanmalı oğlunun 300
manat civarında olan pensiyası may ayında 50 faiz az ödənilib. Anında
DSMF-lə bağlantı quran əlilə pensiyanın tam məbləğdə Beynəkxalq
Bankdakı hesaba köçürüldüyü deyilib. Beynəlxalq Bankdan isə pensiyanın
icra məmurunun göstərişi ilə tutulduğunu bildiriblər. Bankın əmanətə
xəyanət etməsi göz qabağındadır. Ən azı, bank DSMF ilə bağlantı qurub,
bilgi verməli , Fondun razılığını suruşmalı idi. Axı pensiya məbləği bankın
yox, dövlətin (DSMF) pensiyaçıya ödədiyi puldur, daşınar əmlakdır ! Bank ,
sadəcə, vasitəçidir, dövlət kimə ünvanlayıbsa, ona da ödənməlidir. Elə bil,
poçtla göndərilən baratdır, puldur , poçt bu baratı, pulu başqasına verə
bilər?
1-ci dərəcəli gözdən əlilin ali dövlət hakimiyyəti, hüquq orqanlarına,
Ombudsmana, Ədliyyə Nazirliyinə şikayətlərinə ƏN-in icra baş idarəsinin
aparıcı məsləhətçisi Güney Hadıyevanın Xətai rayon icra şöbəsinin rəis
müavini Vüqar Hüseynova (nəzarət üçün) göndərdiyi 20.05.2024-cü
il tarixli cavab da olduqca ilgincdir. Məsləhətçi xanım 1-ci dərəcəli
gözdən əlilin « II qrup əlil olduğunun, 311.36 manat pensiya
aldığının müəyyən edildiyini» bildirib və (qanunsuz- M.B.) icra
hərəkətlərinin davam etdiriləcəyini vurğulayıb. Cavabın qanunsuzluğu,
ilgincliyi ondadır ki, dövlətin (TSEK-inin) verdiyi sənəddə, reyestrdə
pensiyaçının 1-ci dərəcəli gözdən əlil olmasını görməmək mümkün
deyil. Bəs bunu görməyə icra məmurlarına nə mane olur? Belə görməzliklə
gözdən əlilin pensiyasını yeməyi (davam etdirməyi) kim götürsə də, Allah
götürərmi?
Yəqin bağlantılı qurumlar icra şöbələrinin özbaşınalığına son qoymaqda
çətinlik çəkməz.
Məğrur Bədəlsoy
Ardını oxu...
 
Ardını oxu...
Ağstafa rayonu Köçəsgər kənd sakini Mehman Məmmədov tanınmış iş adamı tərəfindən aldadıldığını iddia edir.

Oxu24.com-a müraciət edən Mehman Məmmədov bildirib ki, Şəmkirdə tanınmış iş adamı olan İbadət Məhərrəmov tərəfindən külli miqdarda pulu mənimsənilib.

Keçmiş vəzifəli şəxs və hazırda iş adamı olan İbadət Məmmədov külli miqdarda pulu necə alıb?

Mehman Məmmədovun sözlərinə görə,oğlu Sərxan Məmmədov törətdiyi cinayət əməlinə görə həbs olunub. Oğlu həbsə düşən ata ona köməklik etmək məqsədi ilə bir neçə nəfərin qapısını döyüb. Həmyerlisi Ələsgər Cabbarovun vasitəçiliyi ilə iş adamı İbadət Məhərrəmovla tanış olub.
Ardını oxu...
Fotoda şikayətçi Mehman Məmmədov

“Oğlum törətdiyi cinayətə görə həbs edildi.Valideyn kimi çox narahatlıq keçirdim.Məsələdən həmyerlim Ələsgər də xəbərdar idi. Mənə dedi ki,oğlunun həbsdən azad edilməsində İbadət Məhərrəmov kömək ola bilər. Onun rayonda sözükeçən adam olduğunu və keçmiş yüksək vəzifəli şəxs olduğunu mənə bildirdi. Ələsgərin vasitəçiliyi ilə İbadət Məhərrəmovla görüşdük. Danışıq zamanı İbadət Məhərrəmov bildirdi ki,pul müqabilində oğlumun həbsdən azad edilməsinə kömək edə bilər. Mən də bu vədlərə inandım. Müxtəlif vaxtlarda oğlumun həbsdən azad ediləcəyi vədi ilə həmin şəxs məndən 60 min manata yaxın pul alıb. Buna baxmayaraq heç bir iş görməyib. Bütün bunların sübutu kimi səs yazıları və digər sübutlarım var”,-deyə şikayətçi bildirib.

Mehman Məmmədovun sözlərinə görə,pulu alındıqdan sonra oğluna heç bir köməklik göstərilməyib. Oğlu ağır cəza alaraq həbsə göndərilib.Bundan sonra pulunu tələb etdikdə qarşı tərəf onu şantaj və hədə-qorxu gəlməklə qorxudub.

“Oğlum iş aldıqdan sonra aldadıldığımı başa düşdüm.İbadət Məhərrəmovdan pulumu tələb etdikdə mənə təyziqlər etməyə başladı. Daha sonra pulu verməkdən imtina etdi. Bundan sonra oğlumun cinayət işində zərərçəkmiş şəxsləri müxtəlif vədlərlə bizə qarşı şikayət etməyə yönləndirdilər.”

Mehman Məmmədovun sözlərinə görə İbadət Məhərrəmovun kifayət qədər maddi imkanı var.

Ardını oxu...
Ələsgər Cabbarov

“Onun Şəmkir rayonunda “Yamin” şadlıq sarayı və bir neçə obyektləri var”,-deyə şikayətçi bildirib.

Oxu24.com iddialarla bağlı yazıda adı hallalan şəxslərlə əlaqə saxlayıb.

Yazıda adı hallanan vasitəçi Ələsgər Cabbarov məsələ ilə bağlı danışmaqdan imtina edib.

Külli miqdarda pulu ələ keçirməkdə adı hallanan iş adamı İbadət Məhərrəmov həmin şəxslə aralarında mübahisə olduğunu etiraf edib.

“Borcunu istəyirsə,gəlsin müqavilə bağlayaq borcunu geri qaytaraq”,- deyə İbadət Məhərrəmov bildirib.

İş adamı digər iddiaların əsassız olduğunu bildirib.

Qeyd edək ki, iş adamı tərəfindən aldadıldığını iddia edən Mehman Məmmədovun digər oğlu Qarabağda keçirilən antiterror əməliyyatları zamanı döyüşlərdə iştirak edib.Bununla bağlı komandanlıq tərəfindən təltif edilib.

Səs yazısını sizlərə təqdim edirik:

 
Ardını oxu...
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yaz sessiyasının ötən gün keçirilən plenar iclasında qəbul olunmuş qərarlar bir çox insanda bu sualı doğurdu: Əcəba, Azərbaycan hakimiyyəti monolitdirmi?

Cəmiyyətin üzərində baş sındırdığı bu sual əsassız deyildi. Naxçıvanın Baş naziri Ceyhun Cəlilovun təqdimatı ilə Ali Məclis Elxan Nəcəfovu təhsil, Samiq Sadıxov isə səhiyyə naziri vəzifəsinə təyin etdi. Halbuki ondan bir gün əvvəl Azərbaycan Respublikası Hesablama Palatası Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin fəaliyyəti barədə audit yoxlamalarının nəticələrini açıqlamış və məlum olmuşdu ki, bu dövlət qurumunda dövlət əmlakından qanuna uyğun şəkildə istifadə olunmamış, dolayısıyla yeyintilər ortaya çıxmışdı. Baş nazirin təqdimatı və Ali Məclisin qərarı ilə Naxçıvan MR Təhsil naziri əvəzinin nazir vəzifəsinə gətirilməsi sanki Hesablama Palatasına meydan oxuma kimi görsənir və istər-istəməz yuxarıda zikr etdiyimiz suallara yol açırdı.

Ali Məclisin digər təyinatı isə Naxçıvanın yeni hakimiyyətində (bundan sonra “canişinlik”) adı yarıtmaz fəaliyyətlərdə ən çox hallanan Səhiyyə naziri ilə bağlı idi. Vasif Talıbov dövründə tibbi sığortaya nəzarət edən və muxtar respublika səhiyyəsinin az qala iflic vəziyyətə düşməsində müstəsna rol oynayan Samiq Sadıxov Ali Məclisin müvafiq qərarı ilə Səhiyyə naziri vəzifəsinə gətirilmişdi. Sözsüz ki, hər kəs Samiq Sadıxovun vəzifədən uzaqlaşdırılacağını gözlədiyi halda, onun nazir vəzifəsi ilə mükafatlandırılması da ağılları qurcalayan bəzi suallar doğurmaya bilməzdi.

Məsələnin ən maraqlı tərəfi təyinatların Naxçıvan MR Baş naziri Ceyhun Cəlilov tərəfindən təqdim olunması idi. Söz yox ki, Ceyhun Cəlilovun belə bir təqdimat verməsi qanunvericiliyə zidd olmaya bilər. Naxçıvan “canişinliyi” hökumətinin formal başçısı olduğundan, təqdimatın da Ceyhun Cəlilov tərəfindən verilməsi hardasa başadüşüləndir. Amma məsələ ondadır ki, bir il içərisində nazirlikdən Baş nazirliyə qədər astronomik sıçrayışlar etməyi bacaran Ceyhun Cəlilov da süddən çıxmış ağ qaşıq kimi görünmür. Onun barəsində Naxçıvanda xeyli söz-söhbətlər dolaşır, adı FETÖ-çülükdən tutmuş ən müxtəlif maxinasiyalara qədər ən müxtəlif qanunazidd əməllərdə hallanır.

Redaksiyamıza Ceyhun Cəlilovun “əmək təcrübəsi” barədə göndərilmiş şikayət məktubunu bəzi kiçik ixtisarlarla təqdim edirik. Qeyd etmək istərdik ki, yazıda ixtisara saldığım məqamlar məişət həyatı ilə bağlı idi və biz kiminsə özəlinə burun soxmaq niyyətində deyilik. Bizi istənilən məmurun əmək fəaliyyəti daha çox maraqlandırır. Beləliklə, Ceyhun Cəlilov dosyası ilə tanış ola bilərsiniz:
Ardını oxu...
“Talıbov xanlığı”nı naxçıvanlılara sevdirən Nəcəfli “canişinliyi”

Vasif Talıbov vəzifədən uzaqlaşdırıldan sonra Naxçıvanın günü lap qara olmuşdur. Naxçıvanla bağlı sosial şəbəkələrdə paylaşılan məlumatlara yazılan rəylərdən də başa düşmək olur ki, vəziyyət hərtərəfli acınacaqlıdır. Bakıdan gətirilən kadrların fikri ancaq büdcəni talamaq, yerli əməkdaşları “talıbovçu” ittihamı ilə işdən uzaqlaşdırmaq, yerlərinə öz tanışlarını gətirmək olmuşdur (Yeri gəlmişkən, Azərbaycan Respublikası Hesablama Palatasının vaxtaşırı Naxçıvandakı yeyintilər barədə rəsmi hesabatları bu iddianın ən mühüm hissəsini təsqidlər – Ovqat.com). İşsizlik, əxlaqsızlıq ən yüksək səviyyəyə çatmışdır. Kəndlər, məhəllələr boşalmışdır. Əhali sürətlə Naxçıvanı tərk edir. Artıq əhali arasında Vasif Talıbova qarşı aqressiya yerini simpatiyaya buraxır. Olan isə bizlərə olur.

Oliqarxlıqdan baş nazirliyə yüksəliş hekayəsi

Sizə göndərdiyim məlumatlar Naxçıvanın hazırki baş naziri Cəlilov Ceyhun Ramiz oğlu barədədir. Bildiyiniz kimi, Ceyhun Cəlilov ötən ilin mart ayında Naxçıvanın Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin olunub. Həmin dövrədək isə DOST Agentliyində sədrin müavini (kurasiyasında iqtisadi məsələlər olub) olmuşdur. Ceyhun Cəlilovun “Value Collection” adlı şirkəti (VÖEN 1903719241) var. Həmin şirkətə Novxanı qəsəbəsində yerləşən “Regnum” hotelini, Mərdəkan qəsəbəsindəki “Al Breeze” restoranını, Qəbələ rayonunda “White Boutique” hoteli daxildir. Şirkət C.Cəlilovun sinif yoldaşı Əli Bayramovun qaynatası Əsgərov Həsən Muxtar oğlunun adına açılıb. Bütün işləri isə Xəyal Talıbov tərəfindən idarə olunur.

Nazirliyin keçirdiyi tenderlərə qeyri-rəsmi olaraq Xəyal Talıbov nəzarət edir. Əli Bayramov Bakı şəhərində “nağdlaşdırma” işlərinə baxır. Tenderlərdə öz şirkətlərinə köçürülmüş pullar Əli tərəfindən nağdlaşdırılaraq C.Cəlilova qaytarılır.

FETÖ kölgəsi və tələbə Baş nazir

Cəlilov Ceyhun Ramiz oğlu Naxçıvan Türk Liseyində oxuyarkən Fətullah Gülən tərəfdarı olan müəllimlərlə daha yaxın olmuş, onlar tərəfindən 9-cu sinifdən etibarən Naxçıvan şəhərində yerləşən və Fətullahçı müəllimlər tərəfindən tutulan kirayə mənzillərdə universitetə daha yaxşı hazırlanmaq adı altında yaşamışdır.

Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olduqdan sonra Fətullahçılara məxsus olan Yasamal rayonu ərazisində yerləşən mənzildə yaşamışdır. Universitet illərində örgütə gənclərin cəlb olunması istiqamətində fəallıq göstərmişdir. Türkiyədə FETÖ-nun çevriliş cəhdindən sonra həyat tərzini aldığı tapşırığa uyğun olaraq dəyişdirmiş, lakin gizli olaraq örgütə sədaqətini daima numayiş etdirmişdir. Belə ki, həmin dövrdə Naxçıvan Türk Litseyində dərs aldığı müəllimlər FETÖ təşkilatına üzv olmaq ittihamı ilə həbs olunduğu zaman sinif və tələbə yoldaşlarından həmin şəxslərə və “Sızıntı” jurnalına yardım adı altında pullar toplamışdır. Hazırda İngiltərədə qiyabi təhsil alır. Təhsil məqsədilə İngiltərəyə gedərkən FETÖ-nun yüksək rütbəli nümayəndələri ilə İngiltərə və Avropanın müxtəlif ölkələrində görüşüb, təlimatlar alır. Habelə tələbəlik illərində və sonrasında FETÖ-nün Naxçıvandakı iki ən yaxın şəxsi Hasan Avcı (Liseydə müəllim işləmişdır) və Süleyman Okumuş (Zaman qəzetinin Naxçıvan bölgə müdiri) ilə Ankara şəhərində gizli formada görüşlər keçirmişdir. Hazırda hər iki şəxs Fətullahçı terror örgütünə üzvlükdən axtarışdadır.

Süleyman Okumuşun FETÖ-nun Naxçıvan imamı olduğu barədə Müsavatda 11 aprel 2014-cü ildə “Naxçıvan imamı”nın Mirməhəmməd Seyidovun həbsi ilə hansı əlaqələri var? adlı məqalə dərc olunmuşdur.

https://musavat.com/news/olke/Naxcivan-imaminin-Mirmehemmed-Seyidovun-hebsi-ile-hansi-elaqeleri-var_190592.html

Tələbəlik dönəmlərində Ceyhun Cəlilov FETÖ sempatizanı olan gənclərin xaricdə oxumaqlarına şərait yaratmaq məqsədilə digər qruplaşma üzvləri ilə birlikdə Golden Gate xaricdə təhsil mərkəzini yaratmışdır. Mərkəz C.Cəlilov İqtisadiyyat Nazirliyində işə girənədək fəaliyyətini davam etdirmişdir.

Heydər bəy, Ceyhun Cəlilov əvvəllər Naxçıvan Dövlət Sosial Müdafiə Fondunda işləyən, sonra isə korrupsiya əməllərinə görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) uyğun olaraq işdən azad olunmuş, barəsində DTX və Prokurorluqda cinayət işləri olan İsmayılov Hikmət Nəsir oğlunun vasitəsilə Nazirlikdə və ona tabe qurumlarda bir neçə savadlı kadrı işdən uzaqlaşdırmış, bəzilərindən isə pul alaraq yüksək vəzifəyə təyin etmişdir. Ceyhun Cəlilov nazir təyin olunduqdan sonra vəzifə səlahiyyətlərindən istifadə edərək Hikmət İsmayılovun üzərində olan cinayət işlərinə xitam verdirmiş, əmək kitabçasında 70Ç bəndini götüzdürmüş, daha sonra ondan yüksək məbləğdə pul alaraq Bakıda DOST mərkəzlərinin birində şöbə müdiri vəzifəsinə düzəltmişdir.

Kəmaləddin Heydərovun işdən qovduğu mühafizəçi ilə Ceyhun Cəlilovu hansı tellər bağlayır?

Sizə Sədrəddin Səfərov barədə də məlumat vermək istəyirəm. Kimdir bu Sədrəddin Səfərov? S.Səfərov uzun müddət Fövqaladə Hallar naziri Kəmaləddin Heydərovun mühafizəçisi olmuşdur. Babək rayonunun Ceşməbasar kəndindəndir. Savadı sıfır dərəcəsindədir. C.Cəlilovun əsgər yoldaşı olub. Bəzi əməllərinə (detalları ixtisar olunub – Ovqat.com) görə K.Heydərov tərəfindən işdən qovulub. Bir dəfə isə məişət zəminində bıçaqlanıb. C.Cəlilov onu nazirliyə işə götürmüş, qeyri-rəsmi olaraq köməkçi funksiyasını tapşırmışdır. Baş nazir təyin olunduqdan sonra isə özünə köməkçi təyin etmişdir.

Ceyhun Cəlilov nazir kimi fəaliyyət göstərdiyi dövrdə barəsində redaktoru olduğunuz saytda yazılan məlumatları sildirmək məqsədilə Azərbaycanın xalq artisti, əslən Naxçıvandan olan Həsən Ağasoy vasitəsilə sizə rüşvət verdiyini bəzi dairələrdə səsləndirmişdir (Qeyd etmək istərdik ki, biz bir nəşr olaraq heç kimdən, xüsusilə də xalq artisitindən rüşvət götürmərik, sadəcə dəyərli ziyalılarımıza etibar edər və onların sözünü yerə salmarıq.

Naxçıvan “canişinliyi”ndə Şahbuz mafiyası

Bununla yanaşı Ceyhun Cəlilov vaxtilə DOST agentliyində işə düzətdiyi bəzi şəxsləri Naxçıvanda nazirlikdə müxtəlif vəzifələrə gətirmişdir. Həmin şəxslərin əksəriyyəti yerliləri, yəni şahbuzlulardır. Belə ki, o, Naxçıvan Türk Litseyinin məzunlarından Rasim Piriyevdən pul alaraq Dövlət Məşğulluq Agentliyində sədr təyin etmişdir. Rasim Piriyevin yaxın qohumu qeyd olunan faktı təsdiqləmiş. Hətta bu məqsədlə onun bankların birindən 16 min manat kredit götürdüyünü bildirmişdir.

Ən acınacaqlı olan isə Ceyhun Cəlilovun özü ilə birlikdə gətirib nazirliyə Aparat rəhbəri təyin etdiyi Bağırzadə Fərid Taləddin oğlu ilə bağlıdır. Fərid Bağırzadə ötən ilin iyul ayında nazirlikdə yaşadığı bir qalmaqal (Qalmaqalın detalları barədə iddialar ixtisar edilmişdir – Ovqat.com) MR-də geniş müzakirə mövzusu oldu. C.Cəlilov həmin qalmaqalda iştirak edən şəxsi hədələyərək ərizə yazdırıb işdən çıxartdı. Bununla belə, F.Bağırzadə öz əməllərindən vaz keçmədi, hətta bir dəfəsində iş üstündə polis tərəfindən yaxalandı (Detallar daxili senzuradan keçmədi- Ovqat.com).

Ceyhun Cəlilov nazir işlədiyi dövrdə sinif yoldaşı, qohumu, şöbə müdiri olan Həsən Abbasov vasitəsilə Culfa rayon sakini şəhid atası Məhəmməd Nəcəfovdan 6000 manat alaraq həmin ailəyə 2 mənzil vermişdir. Oğlunun biri şəhid, digəri isə qazidir.

C.Cəlilov baş nazir təyin olunduqdan sonra Naxçıvanın mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə bütün tenderlərə özünün nəzarət edəcəyini tapşırmışdır. Ceyhun Cəlilovun Naxçıvan əmək və əhalinin sosial müdafiəsi naziri olduğu dövrdə keçirdiyi tenderlərdə qalib olmuş şirkətlər barədə məlumatlar aşağıdakı kimidir.

Ceyhun Cəlilovun himayədarlıq etdiyi şirkətlər

ZN TRADE MMC ötən dövr ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və tabe qurumları tərəfindən keçirilən 14 tenderin qalibi olmuşdur. Həmin tenderlər üzrə ümumi xərclənən məbləğ isə 5.943.294 (beş milyon doqquz qırx üç min iki yüz doxsan dörd) manat olmuşdur. ZN TRADE MMC 09.09.2022-ci ildə qeydiyyata alınıb. Qanuni təmsilçisi Kərimov Nüsrəddin Yolçu oğludur. 10 manat nizamnamə kapitalına malıkdir. Hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Oksigen küçəsi, 3/8-dir. 2007592551 nömrəli VÖEN-ə malikdir. Nüsrəddin Kərimov haqqında internet resurslarında heç bir məlumat əldə edilməmişdir. ZN TRADE MMC Ceyhun Cəlilovun DOST Agentliyinə təyinatından sonra nazirliyin və agentliyin keçirdiyi tenderlərin qalibi olmuşdur. ZN TRADE MMC Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçirdiyi 1 tenderin də qalibi olmuşdur. Tender 16.11.2023-cü ildə keçirilmiş və həmin şirkətə 162.872 manat pul köçürülmüşdür.

https://etender.gov.az/main/competitions?params=EventType%3D2%26PageSize%3D15%26PageNumber%3D1%26EventStatus%3D2%26Keyword%3D%26buyerOrganizationName%3D%26PrivateRfxId%3D%26publishDateFrom%3D%26publishDateTo%3D%26AwardedparticipantName%3DZN%2520TRADE%26AwardedparticipantVoen%3D%26DocumentViewType%3D
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...

“ENDLESS GOODS” QSC Azərbaycan Respublikası ƏƏSMN-nin keçirdiyi 16 tenderin qalibi olmuşdur. Həmin tenderlər üzrə xərclənən ümumi məbləğ 4.108.705 manat olmuşdur. “ENDLESS GOODS” QSC 01.09.2020-ci ildə qeydiyyata alınıb. Qanuni təmsilçisi Allahverdiyev Səbuhi Tofiq oğludur. 100 manat nizamnamə kapitalına malikdir. Hüquqi ünvanı Bakı şəhəri, Xəzər rayonu, Bilgəh ŞTQ, Kadioloji sanatoriyasıdır. 5701317041 VÖEN-ə malikdir. İnternet resurslarında şirkətin 2023-cü ilin oktyabr ayında Dövlət Məşğulluq Agentliyini məhkəməyə verdiyi barədə məlumat var. “ENDLESS GOODS” QSC 16 noyabr 2023-cü ildə Naxçıvan MR ƏƏSMN tabeliyində olan Dövlət Tibbi Ekspertiza və Reabilitasiya Agentliyinin keçirdiyi 170.423 manatlıq tenderin qalibi olmuşdur.

B2B Group MMC ölkə üzrə keçirilmiş 127 tenderin qalibi olmuşdur. Həmin tenderlərin isə 58-i AR ƏƏSMN-nin keçirdiyi tenderlərdir. Naxçıvan MR ƏƏSMN-nin 1 tenderinin qalibi qeyd olunan şirkət olmuşdur. Nəticədə həmin şirkətə 123.333 manat vəsait köçürülmüşdür.

Şirkətin bu qədər tenderlərdə qalib olması onu göstərir ki, ƏƏSMN rəhbərliyi ilə bu və ya digər formada əlaqəsi vardır. Məhz bunun nəticəsidir ki, cari ilin 01 mart tarixində şirkətin B2B Group Naxçıvan şirkəti yaradılmışdır. Məqsəd isə Naxçıvandakı İKT sahəsində keçiriləcək tenderləri qeyd olunan şirkətə verməkdir.

C ENERGY MMC 04.07.2023-cü il tarixdə Babək rayonun Cəhri kənd sakini Quliyev Fariz Vaqif oğlunun adına, 0300937671 VÖEN nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondunun 05.12.2023-cü ildə keçirdiyi 95.782 manatlıq tenderin qalibi olmuşdur.

Şirkət Fariz Quliyev kimdir? Fariz Quliyev Ceyhun Cəlilovun hotellərinə rəhbərlik edən, tenderlərdə iştirak edən şirkətlərlə müzakirələr aparan Xəyal Talıbovun xalasının oğludur.

VVOOD STREET MMC 23.08.2023-cü ildə Babək rayonunun Cəhri kənd sakini Quliyev Fariz Vaqif oğlunun adına yaradılmışdır. Ötən dövr ərzində Naxçıvan MR ƏƏSMN və tabe qurumlarının mebel avadanlıqlarının satın alınması ilə bağlı bütün 5 tenderlərdə qalib olmuşdur. Şirkət mebel istehsalı üçün heç bir maddi texniki vəsaitə malik deyil. İstehsalatı Zaur adlı şəxsin mebel sexində aparılıb. Görülən işin müqabilində Zaura ödəniş edilib. Tenderlərin ümumi məbləği 167.214 manat olmuşdur. Görüldüyü kimi, hər 2 şirkət eyni şəxsə məxsusdur və birmənalı olaraq da Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin tenderlərinin qalibi olmuşlar.

SMART MASTER MMC 21.09.2023-cü ildə Qasımov Rövnəq Arif oğlunun adına qeydiyyata alınmışdır. Şirkət Naxçıvan MR ƏƏSMN-nin keçirdiyi 4 tenderin qalibi olmuşdur. Həmin tenderlər üzrə 113.948 manat ödənilmişdir. Rövnəq Qasımov kimdir? Bu şəxş Ceyhun Cəlilovun sahibi olduğu “Regnum” hoteldə mühafizəçi işləyir.

Ceyhun Cəlilov baş nazir təyin olunduqdan sonra Nazirlər Kabinetinin bir neçə dövlət qulluqçusu əməkdaşlarını ərizə yazdıraraq işdən uzaqlaşdırmışdır. Ərizə yazmayanları isə təhdid edir. Nazirlər Kabinetinin bir əməkdaşı ərizə yazmadığına görə hazırda çox ciddi şəkildə hədələnir. Nazirlər Kabinetində işləyən tanıdıqlarınızdan qeyd olunan faktı təsdiqlədə bilərsiniz.

Bəylər özümün və ailəmin təhlükəsizliyi üçün sizə bu məlumatları anonim formada göndərirəm. Hazırda Naxçıvana rəhbərlik edən şəxslərin qəddarlıqda V.Talıbovdan daha yaxşı olduğu aşikardır. Amma lazım bildiyiniz təqdirdə sizinlə əlaqəyə çıxa bilərəm.

Hörmətlə.

P.S. Qeyd etmək istərdik ki, Ceyhun Cəlilov barədə irəli sürülən ittihamlar bizə aid deyil. İddialar konkret faktlara əsaslandığından dərc etməyi məsləhət gördük. Naxçıvanın Baş naziri barədə ittihamlar birbaşa milli təhlükəsizlik sahəsinə aid olduğundan, ümid edirik ki, müvafiq dairələr bu yazını diqqətlə araşdıracaq.

Bir informasiya vasitəsi olaraq, sözçülərinə bizi “Vətənə xəyanət”də ittiham etdirən Ceyhun Cəlilov müəllimin də iddialarla bağlı fikirlərini yayımlamağa hazırıq. (ovqat.com)
 
 
 
Ardını oxu...
Məlum olduğu kimi, təxminən iki həftə öncə rəsmən elan olundu ki, Qusarda ekoloji hüquqpozmalar və digər qanunsuzluqlarla bağlı cinayət işi başlanıb. Dia-az.İnfo xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında Qusar rayonunda ağacların qanunsuz kəsilməsi barədə daxil olmuş məlumatlar əsasında Baş Prokurorluqda araşdırma aparıldığı qeyd olunurdu.

Araşdırmalarla vəzifəli şəxslər tərəfindən səlahiyyətlərindən sui-istifadə edilərək çoxillik ağaclarla əhatə olunmuş meşə fonduna aid 22,3 hektar (ha) torpaq sahəsinin təyinatının əsassız şəkildə dəyişdirilib yaşayış məntəqələrinin torpaqları kimi Qusar şəhər bələdiyyəsinin balansına verilməsinə, meşə fondunun ziyan və itkisinin natamam və qeyri-dəqiq hesablanmasına, vəzifə saxtakarlığına yol verilərək torpaq sahəsinin qanunsuz olaraq müxtəlif vətəndaşlara satılmasına, habelə torpaq sahələrində müxtəlif diametrli və cinsli ağacların qanunsuz kəsilməsi nəticəsində təbiətə külli miqdarda ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Qeyd olunanlar hadisə yerinə baxış və istintaq hərəkəti protokolları, fotoşəkillər, videgörüntülər, müxtəlif dövlət qurumlarının rəyləri, izahatlar və toplanmış digər sənədlərlə təsdiq olunub.

Toplanmış material əsasında Cinayət Məcəlləsinin 259.2.4 (külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (vəzifə saxtakarlığı) və 314.2-ci (səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işinin başlanıb və ibtidai istintaqın aparılması Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə tapşırılıb.

Dia-az.İnfo qeyd edir ki, dünən isə Qusar rayonuna 17 il idi ki rəhbərlik edən Şair Alxasov vəzifəsindən alındı və elə səslənən ilk səbəb ehtimalı da başçının məhz meşə torpaqlarını satması faktı oldu.

Məsələ bununla bitəcəkmi və ümumiyyətlə, Şair Alxasov səbəb kimi göstərilən və artıq barəsində cinayət işi açılmış məlum faktla bağlı istintaqa cəlb olunubmu?

Bununla bağlı Dia-az.İnfo-ya Qusardakı mənbələrdən daxil olan informasiyada deyilir ki, əslində Şair Alxasovun meşə torpaqlarını özbaşına olaraq fərdi evlərin inşası üçün ayırması faktı səbəbindfən "vurulması" həqiqətdir. Mənbə bildirir:

"Şair Alxasov buna qədər də anoloji fəaliyyətdə bulunbu, lakin sonuncu faktın bütün ölkə miqyasında ictimailəşməsi və rezonansa nədən olması səbəblərindən artıq onunla bağlı gərəkən addım atıldı. Bəli, hüquqi araşdırma zamanı onun adı keçə bilər, səslənə bilər. Amma hələlik onunla bağlı hüquqi ölçünün götürülüb-götürülməyəcəyi bəlli deyil. Məlumdur ki, bununla bağlı həm də siyasi qərar verilməlidir".
Ardını oxu...
Şirvan şəhər sakini, 67 yaşlı gözdən əlil sahibkar Qurbanxan Abdulhəsən oğlu Dəmirov bildirir ki, İcra Hakimiyyəti ondan əsassız olaraq qarşıdan gələn Qurban Bayramı münasibətilə 20 kq ət tələb edir…

"DogruXeber.az" “Azərbaycan Reallığı”na istinadən xəbər verir ki, Qurbanxan Dəmirovun sözlərinə görə “İcra başçısının müavininin sürücüsü tərəfindən mənə göndərilən nömrəsiz teleqramda bildirilir ki, Şirvanda yaşayan aztəminatlı ailələrə qurban payının verilməsi üçün müəssisəniz tərəfindən hər biri 2 kq olmaqla 10 ədəd bağlama verilməsi xaiş olunur.

Ardını oxu...

Qurbanxan Dəmirov


İcra Hakimiyyəti həmin vəsaiti öz hesabına yox, yerli məmur və sahibkarların hesabına formalaşdırmağa qərar verib.”

Baş verən olayla bağlı haqlı narazılığını bildirən sahibkar hazırda müəssisənin işində böyük çətinliklər olduğunu bildirib.

O bildirir ki, əvvələr müəyyən işlərdə əlindən gələn köməklikləri əsirgəməyib mütəmadi olaraq dövlətə dəstək çərçivəsində COVİD-19 fonduna, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə, habelə Türkiyədə baş vermiş zəlzələyə kömək məqsədilə ümumilikdə 2500 manat maddi yardım etdiyini bildirib.

Sahibkar qeyd edir ki, İcra Hakimiyyəti tərəfindən irəli sürülən tələb haqsızdır, heç bir hüquqi əsası yoxdur. Çünki İlqar Abbasovdan öncə şəhərə 10 il rəhbərlik etmiş Sədaqət Qəhrəmanovanın və 15 il İcra Başçısı olmuş Mərdan Camalovun vaxtında sahibkarlara qarşı analoji tələblər irəli sürülməyib.

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq
Ardını oxu...
“Bakı Abadlıq Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) barəsində siyasi, sosial və əmək hüquqları əleyhinə olan inzibati xəta protokolu tərtib olunub.

"DogruXeber.az" “Azərbaycan Reallığı”na istinadən xəbər verir ki , protokol İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər 1000-2000 manatadək, vəzifəli şəxslər 3000-5000 manatadək, hüquqi şəxslər 20000-25000 manatadək məbləğdə cərimə edilir.

İş Yasamal Rayon Məhkəməsinin hakimi Rauf Daşdəmirovun icraatındadır.

Qeyd edək ki, “Bakı Abadlıq Xidmətləri” MMC-nin baş direktoru Binnət Əli Qasımovdur.

Ardını oxu...
Bir neçə gün əvvəl xəbər verərək nəzərinizə çatdırdıq ki, Abşeron rayonu Masazır qəsəbəsinin "Qurtuluş-93" yaşayış sahəsinin mərkəzində yaşıllıqlar məhv edilərək yerində müxtəlif təyinatlı obyektlər tikilir.

Bu barədə yerli sakinlər şikayətçidirlər. Dia-az.İnfo xəbər verir ki, sakinlər KİV vasitəsilə əlaqədar qurum və təşkilatlara müraciət edərək, mövcud özbaşınalığın dərhal dayandırılmasını da xahiş etmişdilər.

Sakinlərin müraciətində deyilir ki, may ayının əvvəlindən başlayaraq "Qurtuluş-93" yaşayış sahəsindəki "Ay Store" marketinin qarşısından "Yeni Bakı" yaşayış kompleksi istiqamətində salınmış yaşıllıq məhv edilir və yerində müxtəlif təyinatlı obyektlər tikilir: "Bu günlərdə səhər yuxudan oyandıq ki, yol kənarındakı yaşıllıq məhv edilib, ağaclar kəsilib. Belə gedişlə tezliklə ərazidə ağac, gül kolları qalmayacaq. Xahiş edirik, bizim səsimizi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyinə çatdırasınız".

Sakinlərin sözlərinə görə, onlar ağacların məhv edilməsinə etirazlarını bildirsələr də, tikiləcək obyektin ərazisini yaşıl torla örtənlərə nəzarət edən şəxsdən bunun səbəbini soruşsalar da, sualı cavabsız qoyaraq ona “gedin işinlə məşğul olun, özünüzə problem yaratmayın" deyib:

"Bizə həm də təsir edən odur ki, bir ağacın ətrafına kölgə salması, yaxud ağac halına gəlməsi üçün 5-10 il zaman lazım olur. Ancaq bunlar bir neçə dəqiqənin içərisində bu qədər ağacları məhv ediblər".

Dia-az.İnfo bildirir ki, sakinlər yenə də problemin qaldığını və ETSN-nin olaya hər hansı reaksiya vermədiyini iddia edirlər.

Məsələ diqqətimizdədir...

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun rayon sakini, şəhid Vəfalı Suvarovun ailəsinə məxsus obyekti sökdüyü, əvəzində başqa obyekt verəcəyini vəd etsə də, 11 ildən artıqdır şəhid ailəsini aldatdığı ilə bağlı xəbər vermişdik.
Bu barədə “Bakupost” TV-yə danışan şəhidin qızı Vüsalə Suvarova icra başçısını bir sıra qanunsuz əməllərdə ittiham etmiş, atasının şəhidlik pulu ilə tikdikləri obyektin onun tərəfindən sökdürülməsindən bəhs etmişdi.
Ardını oxu...
V. Suvarovanın sözlərinə görə, atası Vəfalı Suvarov müharibəyə getməzdən öncə onlara yaşadıqları binanın qarşısında torpaq sahəsi verilib:
“Atam şəhid olduğu üçün uzun müddət həmin ərazidə heç bir iş görə bilmədik. 2011-ci ildə isə atamın şəhidlik pulu (qan pulu) ilə orada obyekt tikdik və saç ustası kimi fəaliyyət göstərməyə başladım. 2013-cü ildə Vasif İmanov Pirallahı rayonuna icra başçısı təyin ediləndən sonra bizimlə görüşdü. Dedi ki, sizin obyektinizi sökməliyəm, yerində uşaq meydançası salınacaq. O, bunun qarşılığında bizə başqa yerdə obyekt verəcəyini vəd etdi”.
Amma icra başçısı vədinə əməl etməyib. Nə sökülən tikilinin əvəzinə nəsə verilib, nə də həmin sahədə uşaq meydançası tikilib:
“Düz 11 ildir icra başçısı bizi süründürür, hörmətsizlik edir, aşağılayır. Mənim atam bizi dövlətə etibar edib, gedib şəhid olub. İcra başçısı isə dəstək olmaq əvəzinə əmlakımızı əlimizdən alır, yeganə çörək yerimizi qapadır. Pirallahıda nə pir var, nə Allah, yalnız başçının zülmü var”.
Maraqlısı həm də odur ki, uşaq meydançası yaratmaq adı ilə söküntü aparılan ərazinin yaxınlığında sonradan müxtəlif obyektlər tikilib və mağaza kimi müxtəlif şəxslərə satılıb və ya icarəyə verilib.
Vüsalə Suvarovanın müsahibəsi və bir sıra dövlət orqanlarına davamlı şikayətlərindən sonra icra başçısı 11 il əvvəl söküntü apardığı ərazidə gecə ikən, cəmi 3-4 saat ərzində obyekt tikdirib. Şikayətçi bununla bağlı görüntüləri saytımıza təqdim edib. Görüntülərdən aydın olur ki, polis əraziyə gəlib, müdaxilə etsə də, sonradan fəhlələr öz işlərinə davam ediblər. Gecə ikən cəmi 3 saata balaca bir obyekt tikərək məsələni ört-basdır etmək istəyiblər.

V.Suvarovanın dediyinə görə, yeni tikilən obyekt ona məxsus obyektdən iki dəfə balacadır.
Bütün bunlar azmış kimi, şəhid qızının sözlərinə görə, icra hakimiyyəti rəhbərliyinin öyrətdiyi şəxslər sosial şəbəkədə videomüsahibəsinə şərhlər yazaraq, onu təhqir ediblər.
V. Suvarova və anası Cəmilə Suvarova bununla bağlı Prezident İlham Əliyevə və rəsmi qurumlara müraciət edərək kömək istəyib.
Ardını oxu...
V.Suvarova deyir ki, 11 il ərzində icra hakimiyyəti tərəfindən onlara heç bir kompensasiya ödənilməyib, laqeyid münasibət göstərilib.
Ardını oxu...
Pirallahı RİH-dən məsələ ilə bağlı Bakupost.az verilən rəsmi açıqlamada isə deyilir:
“Bildiririk ki, müraciəti əsasında Vüsalə Suvarovanın anası Suvarova Cəmilə Cəlil qızına bələdiyyə tərəfindən Pirallahı qəsəbəsində 1000 kv.m torpaq sahəsi verilib və humanizm prinsipi əsas götürülərək orada 3 ədəd fərdi yaşayış evinin tikintisinə şərait yaradılıb. Həmçinin anası, şəhid ailəsi kimi mənzil növbəsinə alınıb.
Vətəndaşlar müxtəlif müraciətləri (istəkləri) ilə bağlı rayon İcra Hakimiyyətinin başçısı və Aparatın məsul əməkdaşları tərəfindən müntəzəm qəbul edilib və dinləniliblər. Onlara daim diqqət və qayğı göstərilməkdədir. Daşınmaz əmlakla bağlı vətəndaşlar yaşadıqları binanin önündə onlara məxsus olmuş, fəaliyyət göstərməmiş, kommunal (qaz, su, işıq) təchizatı və heç bir sənədi olmayan obyektin söküldüyünü bildirərək, bərpasında köməklik göstərilməsini istəyiblər. Bununla bağlı hər hansı sənəd təqdim edilməyib. Həmçinin RİH tərəfindən iddia olunan tikinti sahəsi ilə bağlı hər hansı göstəriş, qərar verilməyib və fəaliyyət göstərən heç bir tikinti sökülməyib. Rayon ərazisində abadlıq-quruculuq işləri isə MKTB tərəfindən həyata keçirilir.
Bununla belə humanizm prinsipi əsas götürülərək, bu kateqoriya şəxslərlə bağlı görülən işlərin davamı kimi Pirallahı qəsəbəsində müxtəlif şəxslərə məxsus olan və fəaliyyət göstərən sahəsi 35, 37, 35 və 35 kv.m olan 4 müxtəlif obyektlər təklif edilib. Vüsalə Suvarova ilk öncə onlardan birinin adına alınmasına razılıq versə də, sonradan digər iddialarda olub. Bu səbəbdən də, söküldüyünü iddia etdikləri onlara məxsus obyekt aidiyyəti üzrə bildirdikləri yerdə müasir şəkildə bərpa edilib. Lakin Vüsalə Suvarova sonradan qeyri-müəyyən səbəbdən söküldüyünü iddia etdiyi və istəyi ilə yerində bərpa olunan yeri qəbul etməkdən imtina etsə də, özlərinin əvvəlki istək və müraciətlərinə əsasən də, sözügedən yer onlara məxsusdur”.
Qeyd edək ki, V.Suvarovanın atası Suvarov Vəfalı Gülhəsən oğlu 1994-cü ildə Ağdamın Güllücə kəndinə şəhid olub.
 
Ardını oxu...
Azərbaycan ürək-damar xəstəliklərindən ölüm hallarına görə dünyada ikinci yerdədir. “World Statistics” resursunun hesabatında belə deyilir. Dərc olunan cədvəldən görünür ki, ölkəmiz hər 100 min nəfərə 388 ölüm faktı ilə yalnız Tacikistandan geri qalır. O da cəmi bir ölüm faktı fərqi ilə. Tacikistanda bu göstərici 389-dur.
Həkimlərin rəyinə görə, infarkt səbəbləri keyfiyyətsiz qidalar, yağlar, əsəb-stress, passiv həyat tərzi və başqa amillərdir. Təbii ki, əlavə faktorlar da sadalamaq olar. Lakin daha çox narahat edən məsələ qidalarımızın təhlükəsizliyi və keyfiyyətidir. Həkimlərin fikrincə, hazırda yediyimiz yağlar ürək-damar yollarının tutulmasına, tromba gətirib çıxarır. Çünki təmiz yağlar olmadığı üçün öz işini getdikcə görür və nəticədə infarkt baş verir. Bazarlarda isə müxtəlif adda, çeşiddə yağ məhsulları görmək olar. Anaxeber.info yazır ki, onlar ölkəyə necə idxal olunur, tərkibi yoxlanılırmı, təhlükəsizliyi hansı səviyyədədir, məlum deyil. Ona görə ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi xalqa yağ yerinə zəhər yedirir. Hazırda marketlərdə yağ satılan bölümə baxın, Rusiya, Yeni Zellandiya istehsalı adı ilə keyfiyyətsiz, ürək-damar yollarının tutulmasında "müstəsna" əməyi olan yağ məhsulları görmək olar. Onların qiymətinə baxanda məlum olur ki, əslində yağ yox, infarkt olmaq üçün əsl vasitədir. Hətta kilosu 17-18 manata satılan yağlar da Yeni Zellandiyadan idxal edilmiş təmiz kərə yağları deyil. Bunu dəfələrlə mütəxəssislər açıqlayıblar. Amma AQTA bu qorxunc vəziyyətlə bağlı heç bir iş görmür. Əksinə, qurum öz maraqları qarşılığında gömrükdən hər növ yağın idxalına göz yumur. Bu da bizi dünya reytinqində infarkta görə liderlər sırasına çıxarır. Maraqlıdır, AQTA sədri Qoşqar Təhməzli özü hansı yağdan istifadə edir? Görəsən, bu statistika onu narahat edibmi?
Hazırda satışda kərə yağı, eləcə də günəbaxan yağları adı ilə təklif olunan məhsulların əksəriyyətinin əslində markası ilə heç bir əlaqəsi yoxdur. Bu yağların bir qismi naməlum heyvanların iç yağı, piylər və bitkilərdən, digər qismi isə mənşəyi bilinməyən kimyəvi materiallardan hazırlanır. Əsl yağ təəssüratı yaratsın deyə günəbaxan və kərə dadı qoxusu verilir. Bu cür trans yağlar Dövlət Gömrük Komitəsindən keçirilir, Dövlət Qida Agentliyinin (AQTA) laboratoriyalarında yoxlanılmır, nəticədə asanlıqla bazarlarda ayaq açır. Bu yağların adının açıqlanması ilə bağlı dəfələrlə AQTA-ya sorğu ünvanlansa da, müraciətimiz cavabsız qalıb. Bu isə onu deməyə əsas verir ki, hazırda ölkəmizdə istehsalçı hüquqları istehlakçı hüquqlarından üstün tutulur.
Qida təhlükəsizliyin təmin edilməsinin bir yolu da təhlükəli qidalara istehsal edən firmaların adının açıqlanmasıdır. AQTA bunu da etmir. Bu, bizə ittiham etməyə əsas verir ki, AQTA təhlükəli qidalara istehsal edən sexlərdən, müəssisələrdən haqq yığırlar, sonra da əhaliyə bəyan edirlər ki, təhlükəli qidalar var, özünüzü gözləyin. İstehlakçı özünü hansı üsulla qorumalıdır? Qurum bu yolları da göstərmir.
Xatırladaq ki, AQTA sədri Qoşqar Təhməzli satışa çıxarılan keyfiyyətsiz yağların tərkibində insan orqanizmi üçün təhlükəli maddələrin aşkar olunduğunu demişdi. O, Azərbaycanda 12 adda yağın tərkibində trans yağların miqdarının normadan yuxarı olduğunu açıqlayaraq, Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şamaxı, Lənkəran, Xaçmaz, Şəki, Tovuz Regional bölmələrində 32 adda müxtəlif yağın ekspertizaya cəlb olunduğunu demişdi. Amma adlarını açıqlanmamışdı. Qoşqar Təhməzlinin nə marağı var ki, siyahını yaymadı?
Deməli, mənfəət, sövdələşmə əhalinin infarkt olmasından daha vacibdir. Odur ki, adı qida təhlükəsizliyi ilə bağlı olan agentliyə bu məsələdə güvənmək, qida təhlükəsizliyimizi etibar etmək olmaz.
Ümumiyyətlə, həmin yağların ürək-damar xəstəlikləri, infarkta yol açması ilə məhdudlaşmaq olmaz. AQTA sədri bilir ki, həm də bu məhsullar onkoloji xəstəliklərə xidmət edir. Bu sırada palma yağları xüsusi rol oynayır. Bir sözlə, AQTA ölkədə qida təhlükəsizliyinə və keyfiyyətə nəzarətdə sıfır səviyyədədir. Ümid Allaha qalıb, gərək özümüzü necəsə qoruyaq. Çünki bu qurumun və sədrinin başı biznesə qarışıb...


Anaxeber.info
 

Dünyapress TV

Xəbər lenti