“CƏMİ 1 İLDİR MÜDİR TƏYİN OLUNUB, 11 QOHUMUNU İŞƏ GÖTÜRÜB”
Göyçay rayon sakinləri Əsgərov Orxan Vidadi oğlu, Əsgərzadə Elməddin Əli oğlu, Şirinov Fəqan Maarif oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Azərbaycan Su Ehtiyatları Agentliyinin sədri cənab Zaur Mikayılova müraciət edən şikayətçilər yazırlar:

“Cənab Mikayılov!

Bu şikayət ərizəmizdə yazaraq bildirirk ki, Göyçay rayon Suvarma Sistemləri İdarəsinin müdiri vəzifəsini icra edən Orxan Mahmudov öz səlahiyyətlərindən sui-istifadə edərək, birimizi - Fəqan Şirinovu Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə qanunsuz olaraq işdən çxarıb, digər iki nəfəri isə öz ərizəmizlə işdən çıxmağa məcbur edib.

Biz uzun müddətdir ki, Göyçay rayon Suvarma Sistemləri İdarəsində ekskavator sürücüsü vəzifəsində işləyirdik. Bu müddət ərzində işimizdə heç vaxt nöqsana yol verməmişik. Əksinə, yaxşı işçi olduğumuz üçün təltif edilmişik.

Şakir Əhmədov adlı müdir yaş senzinə görə işdən çıxdığı üçün ixtisası bu sahə üzrə olmayan, bir gündə olsun bu sahədə işləməyən təcrübəsiz Orxan Mahmudova müdir vəzifəsinin icrası həvalə edildi. Adam vəzifəsinin icrasına başlayan kimi işçilərə qənim kəsilməyə başladı.

Bir gün iş vaxtı Orxan Mahmudova bildirdik ki, ekskavatorların yağı və filtirləri təcili dəyişdirilməlidir, əks halda sürmək olmaz, 300 min manat qiyməti olan texnikalar xarab olacaq. Orxan Mahmudov bizi məcbur edir ki, öz vəsaitiniz hesabına ekskavatorları təmir etdirin, yağını və filtriini dəyişdirin.

İmkansız olduğumuz üçün buna etiraz edib 6 nəfər işçi Meliorasiya və Su Təsərrüfatı ASC-yə üz tutduq. Orada bizi Qurban müəllim qəbul etdi. O, bizi dinlədikdən sonra Orxan Mahmudova zəng edib problemin həll edilməsini tapşırdı. Orxan Mahmudov Qurban müəllimə bildirdi ki, problemi həll edəcəyəm.

Səhəri günü Orxan Mahmudov idarədə iclas keçirib, birimizi - Fəqan Şirinovu Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə qanunsuz olaraq işdən çxardı, iki nəfərimizi isə öz ərizəmizlə işdən çıxmağa məcbur etdi. Hətta bizə teleqram göndərib qeyd etdi ki, öz ərizənizlə işdən çıxmasanız sizi Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə işdən çıxaracam. Belə şantaj və təhdid yolu ilə bizi işdən öz ərizəmizlə çıxmağımıza dair məcburi ərizə yazdırdı.

Hər birimizin himayəmizdə azyaşlı uşaqlarımız var, ailədə yeganə işləyən, evə çörək pulu gətirən biz idik. İndi isə işinin öhdəsindən gələ bilməyən bu sahənin kadırı olmayan Orxan Mahmudovun intiriqasının qurbanı olub, işsiz qalıb aclığa məhkum olmuşuq.

Onu da qeyd edek ki, Orxan Mahmudov bundan əvvəl bankada işləyib yol verdiyi nöqsana görə işdən qovulub.

Orxan Mahmudov Göyçay rayon Suvarma Sistemləri İdarəsində müdir vəzifəsini 1 ildir icra etsədə, artıq bütün qohum-tanışlarını vəzifəyə gətirib. Hansı ki, onların hamısı bu sahənin kadrları deyil, heç bir iş təcrübələri də yoxdur. Bu isə Göyçayda suvarma sistemlərində fəlakət yaradacaq. Bibisi oğlunu mühasib təyin edib, Ucarda yaşayan dostunu sürücü vəzifəsinə gətirib, bazarda yer pulu yığan tanışını nəzarətçi götürüb. Beləliklə, 11 nəfər qohum tanışlarını idarəyə işə qəbul edib. Hansı ki, onların heç biri bu sahənin adamları deyil. Təcrübəli işçiləri isə sıxışdırırlar. İşinin öhdəsindən gələ bilməyən Orxan Mahmudov dövlət idarəsini şəxsi ofisinə döndərib.

Qeyd edək ki, Orxan Mahmudov Göyçayın Qarabaqqal kəndi ərazisindəki keçmiş kərpic zavodunda beton istehsalı ilə məşğul olub. Vergidən gəlir gizlətmək üçün əmək müqaviləsi bağlamadan çoxlu sayda insanı işə cəlb edərək, onların əməyini istismar edirdi. İndi isə həmin sex fəaliyyətini dayandırıb, ancaq küllü miqdarda ödənilməyən vegi borcu var.

Adamın niyyəti dövlət idarəsini şəxsi əmlakı kimi idarə edib, kapital toplamaqdır. Bunun qarşısı dərhal alınmalı qanunu tədbirlər görülməlidr. Biz işindən qanunsuz çıxarılan və şantaj olunaraq öz ərizəsi ilə çıxmağa məcbur edilən işçilər olaraq xahiş edirik ki, bizi qəbul edib, dinləyib qanuni və ciddi tədbirlər görəsiniz”.

“CƏMİ 1 İLDİR MÜDİR TƏYİN OLUNUB, 11 QOHUMUNU İŞƏ GÖTÜRÜB”

Bölmənin digər xəbərləri

28 Aprel 2025 "Nur" çörək... Həm yanmış, həm də kifli çörəklər... - NARAZILIQ VAR...
28 Aprel 2025 HAZIR OLUN: Hər gün yeni bir hoqqabazlığa şahidlik edəcəyik... - İTTİHAM VAR...
28 Aprel 2025 Qanunsuz şirkətləri ilə ölkəni talayanlar... - Sahibkarlar nə təklif edir?
28 Aprel 2025 Nərimanov rayonunda “Ailə Park” MTK yaşıl ağacı belə məhv edir- Video
28 Aprel 2025 "Aristokrat" klinikasında işləyən "doktor" Şölə pasiyentləri necə aldadır-Fotofakt
28 Aprel 2025 Bu pasiyentlərin çılpaq görüntüləri yayılıdı-Fotolar
28 Aprel 2025 "Azərlotereya" ASC-nin rəsmisi Gənclər və İdman Nazirliyini belə ələ salıbmış - Fərid Qayıbovun bu qərarını ... / FOTO
27 Aprel 2025 Gülsüm Əliyevanın diplomu saxta çıxdı - Dicle Universiteti belə bir məzunlarının olmadığını AÇIQLADI
27 Aprel 2025 SƏDR DƏYİŞDİ, ANCAQ YEYİNTİ DAVAM EDİR - Rəsmi yoxlama nələri üzə çıxarıb?
27 Aprel 2025 Bu şirkətin özbaşınalığına "dur" deyən olacaqBakıda - “Vialon” yenə evləri dağıdır VİDEO
27 Aprel 2025 İcra başçısının dayısı oğlu olan Zəfər Quliyevdən şok addım:
27 Aprel 2025 "Medaura" klinikasından Nigar Məhəmmədova növbəti qurbanlarına çağırış etdi- Video
26 Aprel 2025 Oğuzda çayın yatağından kimlər qanunsuz daşınma edir?-Araşdırma
26 Aprel 2025 Masallıda yaşıllığa `GƏMİRİCİ`LƏR DARAŞIB... - BU DA FAKT!
26 Aprel 2025 Deputatın oğlunun şirkəti 300 min manata yaxın vergi borcunun niyə ödəmir?-Rəsmi araşdırma
26 Aprel 2025 Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
26 Aprel 2025 Heç bir tibbi təhsili olmayan Gülsüm Əliyevanın insanlara liposaksiya əməliyyatı etməsi nə qədər qanunidir? - VMR Estetik Klinikasıdır VİDEOLAR
25 Aprel 2025 “Yeni Səslərdən Türkanə Kərimli Musiqi Dünyasına Baxış”
25 Aprel 2025 Bələdiyyə sədrinin yalanı BELƏ İFŞA EDİLDİ - GÖRÜNTÜLƏR
25 Aprel 2025 Göyçayda zülmət qaranlıq şəhəri basan zibilliyi gizlətsədə şəhəri bürümüş kanalizasiya iyini gizlədə bilmir...- FOTO

Dünyapress TV

Xəbər lenti