Xırdalanda ev aldı, rəsmi şəkildə adına keçirdi, amma… - ŞİKAYƏT
Gülarə Şeydayeva Notariat Xidmətinin rəisini və aldığı evin keçmiş sahibini ittiham edir…

Xırdalan şəhər sakini Şeydayeva Gülarə Tahir qızı tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, “makler” kimi fəaliyyət göstərən bibisi oğlu, ev aldığı şəxs və Notariat Xidmətinin rəisi onu aldadıblar:

“Mən, Şeydayeva Gülarə Tahir qızı, yazaraq bildirirəm ki, əvvəllər anam, mən və övladım Biləcəridə yaşayırdıq. Anam evin pilləkənlərini düşüb-çıxmaqda əziyyət çəkirdi. Bu səbəbdən də evi satıb, Xırdalana köçdük.

Alqı-satqı işindən başım çıxmadığından, bibim oğlundan mənə kömək etməsini xahiş etdim. O, Binədə alqı-satqı ilə məşğul olurdu. Aldığımız evin köhnə sahibi bibim oğlu ilə yerli çıxdı. Elə bu səbəbdən bibim oğlu da, biz də ona inanıb, evi aldıq.

Lakin keçmiş ev sahibi alqı-satqı zamanı demədi ki, evdə çox sayda adam qeydiyyatdadır. Sadəcə hər dəfə dedi ki, bütün sənədləri var. Evin sadəcə “texpasport”u və “kupça”sı var.

Evin sənədləşmə işini görmək üçün Xırdalanda yerləşən Notariusa - Bahadur müəllimin yanına getdik. Vaxtın az olduğunu, bankın bağlanacağını deyib, sənədlərə tələm-tələsik qol çəkdirdilər. Sonra məlum oldu ki, bu oyunları pulu tez əldə etmək üçün ediblər.

Bibim oğluna dedim ki, sənədlərə bax, gör hər şey qaydasındadır?! Özüm Azərbaycan dilini bilmədiyim üçün ona həvalə etmişdim. O da dedi ki, narahat olma, dövlətin notariusu yalan olmayacaq ki. Bir sözlə, ev sahibi Yalçın və notariusun rəhbəri Bahadur mənə heç nə demədən, qanunsuz iş gördülər.

Faktiki olaraq ev “paylı mülkiyyət”dir. Anamı evə qeydiyyata salmaq istəyəndə mənə dedilər ki, get Fatmanı çağır, gəlib icazə versin, ananı qeydiyyata salaq. Bu zaman bildim ki, evdə qeydiyyatda başqa adamlar da var. Mənə orda bildirdilər ki, bu “paylı mülkiyyət”dir.

Çox narahat oldum, öncə Yalçının, daha sonra Bahadurun yanına getdim. Amma heç nə əldə edə bilmədim. Bibim oğlu mənə dedi ki, nə edim, gedim onu vurum?

Bütün orqanlara yazdım, şikayətimi bildirdim. Xırdalan istintaq şöbəsinin rəisi mənə deyir ki, xanım, qol çəkib razılıq vermisiniz. Polisə də dedim ki, Bahadur mənə bu evin problemli olduğunu deməyib. Təkliyimdən, qadın olmağımdan istifadə edib, başıma bu oyunu açıblar.

Biri qohumum, o biri də yerli dediyimiz adamlar başıma oyun açıb. Hər kəs bilsin ki, ev alqı-satqısında çox ayıq olmaq lazımdır, yoxsa mənim kimi uduzarsınız.

Azərbaycanlı olduğum üçün fəxr edirəm, amma belə hadisələri görəndə çox pis oluram. İnanıram ki, bu qanunsuzluğu edənlər gec-tez öz cəzalarını alacaqlar”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.
 

Bölmənin digər xəbərləri

28 Aprel 2025 "Nur" çörək... Həm yanmış, həm də kifli çörəklər... - NARAZILIQ VAR...
28 Aprel 2025 HAZIR OLUN: Hər gün yeni bir hoqqabazlığa şahidlik edəcəyik... - İTTİHAM VAR...
28 Aprel 2025 Qanunsuz şirkətləri ilə ölkəni talayanlar... - Sahibkarlar nə təklif edir?
28 Aprel 2025 Nərimanov rayonunda “Ailə Park” MTK yaşıl ağacı belə məhv edir- Video
28 Aprel 2025 "Aristokrat" klinikasında işləyən "doktor" Şölə pasiyentləri necə aldadır-Fotofakt
28 Aprel 2025 Bu pasiyentlərin çılpaq görüntüləri yayılıdı-Fotolar
28 Aprel 2025 "Azərlotereya" ASC-nin rəsmisi Gənclər və İdman Nazirliyini belə ələ salıbmış - Fərid Qayıbovun bu qərarını ... / FOTO
27 Aprel 2025 Gülsüm Əliyevanın diplomu saxta çıxdı - Dicle Universiteti belə bir məzunlarının olmadığını AÇIQLADI
27 Aprel 2025 SƏDR DƏYİŞDİ, ANCAQ YEYİNTİ DAVAM EDİR - Rəsmi yoxlama nələri üzə çıxarıb?
27 Aprel 2025 Bu şirkətin özbaşınalığına "dur" deyən olacaqBakıda - “Vialon” yenə evləri dağıdır VİDEO
27 Aprel 2025 İcra başçısının dayısı oğlu olan Zəfər Quliyevdən şok addım:
27 Aprel 2025 "Medaura" klinikasından Nigar Məhəmmədova növbəti qurbanlarına çağırış etdi- Video
26 Aprel 2025 Oğuzda çayın yatağından kimlər qanunsuz daşınma edir?-Araşdırma
26 Aprel 2025 Masallıda yaşıllığa `GƏMİRİCİ`LƏR DARAŞIB... - BU DA FAKT!
26 Aprel 2025 Deputatın oğlunun şirkəti 300 min manata yaxın vergi borcunun niyə ödəmir?-Rəsmi araşdırma
26 Aprel 2025 Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
26 Aprel 2025 Heç bir tibbi təhsili olmayan Gülsüm Əliyevanın insanlara liposaksiya əməliyyatı etməsi nə qədər qanunidir? - VMR Estetik Klinikasıdır VİDEOLAR
25 Aprel 2025 “Yeni Səslərdən Türkanə Kərimli Musiqi Dünyasına Baxış”
25 Aprel 2025 Bələdiyyə sədrinin yalanı BELƏ İFŞA EDİLDİ - GÖRÜNTÜLƏR
25 Aprel 2025 Göyçayda zülmət qaranlıq şəhəri basan zibilliyi gizlətsədə şəhəri bürümüş kanalizasiya iyini gizlədə bilmir...- FOTO

Dünyapress TV

Xəbər lenti