Azərbaycanda bir müddət əvvəl həbs olunmuş icra başçılarının məhkəmələri maraqlı epizodlarla dolu keçirdi. Şahid qismində dindirilənlərin əksəriyyəti adı olub, özü olmayan MMC-lərin nümayəndələri idi ki, hamısı qalibi olduqları tenderlərin 30 faizini bəri başdan icra başçılarına çatdırdıqlarını etiraf edirdilər. Belə MMC-lər bu gün də mövcuddu və işlərini köhnə qaydada davam etdirlər. Bu gün onlar qanunsuzluq etmədiklərini bildirsələr də, məhkəmə qarşısına çıxanda açırlar sandığı, tökürlər pambığı.
Elə götürək Mədəniyyət Nazirliyini. Sözügedən qurumun məsul vəzifəli şəxsləri həbs olunanda ortaya nələr çıxmadı? Kim zəmanət verə bilər ki, həmin əmməllər bu gün davam etdirilmir? Həmin əməllər yenə davam etdirilir, amma başqa şirkətlərin əli ilə. Elə “NIHAT – İNŞAAT ” Məhdud Məsuliyyətli Cəmiyyətini götürək.
“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu tərəfindən tikili və avadanlıqların cari təmiri üzrə keçirilmiş kotirovka sorğusunun qalibi “NIHAT – İNŞAAT ” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 6.330,2 manat məbləğində satınalma müqaviləsi bağlanılıb.
Qeyd edək ki, “NIHAT – İNŞAAT ” Məhdud Məsuliyyətli Cəmiyyəti artıq satınalmalarda ad çıxarmış bir şirkətdir. Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “NIHAT – İNŞAAT ” Məhdud Məsuliyyətli 14 saylı Ərazi Vergilər İdarəsində 20.11.2013-cü il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı cəmi 10 manat olan MMC-nin hüquqi ünvanının AĞSTAFA RAYONU, AĞSTAFA Ş, M.Ə.SABİR, ev 9, m., qanuni təmsilçisinin isə Nəsibov İlqar İsrafil oğlu olduğu göstərilir.
MMC-nin təsisçisi Aslanov Yaşar İmamverdi oğlu olub və 19.06 2023-cü ilə qədər rəsmi qanuni təmsilçisi kimi göstərilib. MMC qərb bölgəsində bir çox dövlət qurumlarının keçirdiyi açıq tender və kotirovka sorğularının qalibi olub. Təkcə 2023-cü ildə qalibi olduğu satınalmalara diqqət yetirək.
“Ağstafa Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxs” ilə 36.094,95 manat məbləğində 06.10.2023-cü ildə, “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət qoruğu ilə 9.300 manat məbləğində 11.09.2023-cü ildə, Qarayazı Dövlət Təbiət Qoruğu ilə 9.983,6 manat məbləğində 11.09.2023-cü ildə, “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu ilə 6.836,5 manat məbləğində 11.09.2023-cü ildə, “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət qoruğu ilə 5.900 manat məbləğində 06.09.2023-cü il tarixlərində 6 satınalma müqavilələri bağlayıb.
Apardığımız daha ətraflı araşdırmada məlum oldu ki, adıçəkilən qurumlar ötən il də “NIHAT – İNŞAAT ” MMC-nin təsisçisi və ilk qanuni təmsilçisi olmuş Yaşar Aslanovun təsisçisi və qanuni təmsilçisi olduğu “SƏMA” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bir neçə satınalma müqavilələri bağlayıblar.
“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət qoruğu ilə 5.950 manat məbləğində 02.12.2022-ci il, “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu ilə 6.920 manat məbləğində 02.12.2022-ci il, “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət qoruğu ilə 9.436 manat məbləğində 02.12.2022-ci il, Ağstafa Gənclər evi sosial xidmət müəssisəsi ilə 15.876,1 manat məbləğində 18.10.2022-ci il, Ağstafa rayon Mərkəzi Xəstəxanası ilə 51.080,7 manat məbləğində 25.08.2022-ci il tarixlərində də “SƏMA” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 5 satınalma müqavilələri bağlanılıb.
Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “SƏMA” Məhdud Məsuliyyətli 14 saylı Ərazi Vergilər İdarəsində 06.08.2002-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı cəmi 10 manat olan MMC-nin hüquqi ünvanının AĞSTAFA RAYONU, AĞSTAFA Ş, M.Ə.SABİR, ev 9, m., qanuni təmsilçisinin isə Aslanov Yaşar İmamverdi oğlu olduğu göstərilir. MMC-nin hazırki günə 4573.53 manat borcu var.
Dövlət satınalmalarının vahid internet portalı üzərindən əldə etdiyimiz bu rəsmi məlumatlardan da görsəndiyi kimi Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə tabeli “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu da, “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət qoruğu da “NIHAT – İNŞAAT ” və “SƏMA” Məhdud Məsuliyyətli Cəmiyyətlərinin sahibi Yaşar aslanovla daim işbirliyindəirlər. Buraya “Ağstafa rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxs”i də daxildir. Bu sadalanan dövlət qurumları nə üçün məhz bu MMC-lərə üstünlük verir?
Bunu ancaq yuxarıda qeyd etdiyimiz qurumların, “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət qoruğunun direktoru Musa Mursaquliyev, “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun direktoru Səadət Əliyeva, “Ağstafa rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxs”in direktoru İlham Sofiyev yaxşı bilərlərlər.
Qeyd edək ki, “NIHAT – İNŞAAT ” və “SƏMA” MMC-lərin sahibi Yaşar Aslanovun bundan başqa bir neçə şirkəti də var ki, bir müddət əvvəl Qazax, Tovuz, Ağstafa rayonlarında demək olar bütün dövlət qurumlarının keçirdikləri satınalmaların qalibi olublar. Yəni, Yaşar Aslanov sözügedən rayonlarda “otkat” işlərinə baxıb. Ona məxsus MMC-lərin udduğu satınalmalar dövrü mətbuatın gündəminə gəldikdən sonra aidiyyatı qurumların nəzarətinə düşdü. Odur ki, Yaşar Aslanov ötən il iş gördüyü “SƏMA” MMC-ni bu il “NIHAT – İNŞAAT ” MMC ilə əvəzləməli olub.
Mənbə: Aktualinfo.org
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır