Ardını oxu...
DİA.AZ: - "Azərbaycanda məhkəmə sisteminin üçpilləli olması, yuxarı instansiyanın göstərişlərinin aşağı instansiya məhkəmələri üçün məcburi olması Konstitusiya ilə, məcəllələrlə doğrulanıb . Di gəl, məhkəmə hakimiyyəti nəinki bu normaya əməl edir, hətta yuxarı instansiyanın ləğv etdiyi işlərə yenidən baxılması gerçəkləşmir. Məhkəmə süründürməçiliyi kimi, süründürməçiliyi bir qırağa qoyub, konkret faktlara keçək". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.
Məqalədə daha sonra bildirilir: "1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hazırda Bakı İnzibati Məhkəməsi) 06.05.2015 tarixli , 2-1 (81)-2205/2015 saylı bu sətirlərin yazarının DSMF-ə qarşı pensiya təminatı ilə bağlı iş üzrə iddianın mümkün sayılmaması haqqında qərardadı Bakı Apellyasiya Məhkəməsinin (sədrlik edən Nurəddin Mustafayev ) 02.07.2015 tarixli, 2-1 (103)-1098/2015 saylı qərardadı ilə ləğv edilib və iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə qaytarılıb. Lakin 8 ildir Bakı İnzibati Məhkəməsi işə yenidən baxmaqdan imtina edir və ümumiyyətlə, işi gizlədir. Bilirsiniz niyə və necə ? Cavabdehin məhkəməyə qeyri-prosessual basqısı bu gizlilikdə önəmli rol oynayır. Təbii ki, məhkəmənin özünün bu basqıdan “xoşhal” olduğu gizli deyil.
Yeri gəlsə də, gəlməsə də, vurğulayaq ki, düz bir il qabaq Bakı İnzibati Məhkəməsinin hakimi Orxan Həsənov sözügedən cavabdeh və DİN-ə qarşı iddia üzrə öncə tələblər üzrə işləri ayırıb və 8 aylıq süründürməçilikdən sonra hər iki iş üzrə iddianın mümkün sayılmaması haqqında qıraqdan sifarişlə 12.12.2022 tarixli iddianın mümkün sayılmaması haqqında qərardad(lar) qəbul edib. Bu qərardadlarını 5 günə verməli olduğu halda, 53 günə verən hakim, indi də 40 gündür şikayəti Bakı Apellyasiya Məhkəməsinə göndərmir. Orxan Həsənovun qərardadını gec verməsinin nədəni bəlli olub. Heç demə, hakim qanunsuz aktını əsaslandırmaq üçün cavabdehlərdən iddianın mümkün sayılmaması haqqında qərardadlar toplayırmış! (??) Halbuki İPM-in 68.2 maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin, qərardadı elan edəndən sonra qərardadını əsaslandırmaq üçün sübutlar axtarışına çıxması yolverilməzdir və qeyri – prosessual ilişgidən qaynaqlanır. Bu faktı qabartmağımızda amacımız cavabdehin və məhkəmənin 8 ildir yuxarı instansiyanın ləğv etdiyi işi gizlətməsinə diqqəti yönəltməkdir. Yəqin ki, yuxarı instansiya iddiaçının apellyasiya şikayətində istinad etdiyi bu sübuta da hüquqi qiymət verər. Sözsüz ki, Bakı İnzibati Məhkəməsi şikayəti Bakı Apellyasiya Məhkəməsinə göndərərsə. ..Hələ ki, şikayətin apellyasiya instansiyasına göndərilməsi baş verməyib.
Bakı İnzibati Məhkəməsinin Bakı Apellyasiya Məhkəməsinin ləğv edib baxmağa göndərdiyi işlərə yenidən baxmaqdan imtinası norma halını alıb. Rüstəm Kərimli 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində hakimlik edəndə cavabdeh Nərimanov bələdiyyəsinin rüşvəti ilə 15.10.2019-cu il tarixli qərardadla gizlincə icraata xitam verib. Bakı Apellyasiya Məhkəməsi (sədrlik edən Vidadi Məmmədov ) 05.03.2020 tarixli qərardadla aşağı instansiyanın qərardadını ləğv edib və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi birləşib Bakı İnzibati Məhkəməsi təşkil edildiyindən, işi baxılması üçün Bakı İnzibati Məhkəməsinə qaytarıb. Bu zaman Sabunçu məhkəməsində hakimlik edən Rüstəm Kərimli Ədliyyə Nazirliyindəki tanışları ilə qeyri-prosessual bağlantı sonucunda Bakı İnzibati Məhkəməsinə ezam olunub və. .. Bakı Apellyasiya Məhkəməsinin ləğv etdiyi işini icraatına götürüb, gizlədib. Hələ də - 3 ildir işə baxılması təmin olunmur.
Rüstəm Kərimlinin sözügedən rüşvət, korrupsiya hakimliyi Nərimanov RİH və bələdiyyəsinin mübahisə predmeti olan torpağı satmalarına nədən olub. Mübahisə ilə bağlı iş məhkəmənin icraatında olduğu halda, mübahisə predmeti olan torpaq sahəsi cavabdeh tərəfindən necə başqasına satıla bilər? 3 ildir sualın ünvanlandığı dövlət orqanları, baş prokurorluq, Ədliyyə Nazirliyi, Məhkəmə-Hüquq Şurası, Ombudsman cavab verməkdə çətinlik çəkirlər. Görünür, rüşvətlə torpaq bölgüsündə özlərinin də payı var. Pay bölgüsünün faizlə ifadəsi isə, məhkəmə aktının özü kimi, gizlədilir. Kommersiya sirrindən başqa, həm də korrupsiya sirridir, yəqin..."
Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Ardını oxu...
Azərbaycanın qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi olan Azercell ötən ilin yekun hesabatını açıqlayıb.

TEREF.AZ Azpost.info-a istinadla bildirir ki, Azərbaycan İnternet Fondunun prezidenti Osman Gündüz hesabatı şərh edib.

Onun sözlərinə görə, açıqlamaya, təqdim edilən statistikaya, infrastruktura və texnologiyalara, investisiya xərclərinə diqqət yetirdikdə, Azercell dövlət şirkətinə çevriləndən sonra ilk dəfə olaraq vəziyyətin müsbətə doğru dəyişməsi müşahidə edib.

“Amma mobil sektorda ən yüksək bazar payına-48%-dən çox paya sahib olan Azercell maraqlıdır ki, yenə də gəlirlərini açıqlamayıb. Hesabatla bağlı açıqlamadan anlaşılmır ki, qurum ötən ili zərərlə başa vurub, yoxsa mənfəət əldə edib . Ümumiyyətlə, diqqət cəlb edir ki, Azercell “dövlətləşəndən” sonra gəlirləri və xərclərini açıqlamaqda xəsislik edir. Hansı ki, bu, normalda əksinə olmalıydı, “dövlətləşəndən” sonra cəmiyyətin daha çox marağında olan qurumun hesabatlılığı, şəffaflığı daha da artmalıydı”-deyə ekspert bildirib.

O.Gündüz deyib ki, əvvəlki Hesabatlara nisbətən bu açıqlama daha dolğun olsa da, görülən işlər, layihələr və tədbirlər daha çox gözə çarpsa da, digər bir çox əhəmiyyətli məqamlara da aydınlıq gətirilməyib.

“Açıqlanan geniş məlumatda abonent bazasındakı dəyişiklik(açıqlanan faizdən görünür ki azalma olub), hər mobil istifadəçiyə görə orta gəlirlər, səs danışığından və mobil internetdən əldə olunan gəlirlər, datanın dinamikası, istifadə olunan trafik həcminin 4G/3G/2G arasında bölgüsü , rouminqlə bağlı gəlirlər, xidmətlərlə – məsələn Asan imzadan əldə olunan gəlirlər və s. bu tip ictimai faydalı məlumatlar yoxdur“- deyə O.Gündüz vurğulayıb.

Xatırladıram ki, 2018-ci ilin martında RİNN yanında “AzInTelecom” MMC Maliyyə Nazirliyinin ayırdığı 450 milyon manat vəsaitlə Azercell-in səhmlərinin 51.3%-ni satın alıb. Bundan sonra Azercell AzİnTelecom daxilində olmaqla dövlət şirkətlərinin reyestrinə daxil edilib.

Ardını oxu...
Sumqayıt Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Dəyəri 293 min 230 manat olan tender müsabiqəsinin qalibi “4 MM AQRO” MMC (VÖEN- 6701560141) olub.

“4 MM AQRO” MMC Sumqayıt Yaşıllaşdırma İdarəsinin sifarişilə yaşıllıqların salınması işlərini həyata keçirəcək.
Nizamnamə kapitalı 10 manat olan “4 MM AQRO” MMC-nin hüquqi ünvanı Saatlı rayonu, Əlisultanlı, ev 1, m. 23-də yerləşir. MMC-nin qanuni təmsilçisi Fətəliyeva Nurlanə Şahin qızıdır.

Tender müsabiqəsinin maraqlı və şübhəli tərəfi odur ki, qalib şirkət – “4 MM AQRO” MMC tender müsabiqəsinin başlamasından cəmi 7 gün əvvəl dövlət qeydiyyatına alınıb.

Daha əvvəl dəfələrlə qeyd etdiyimiz kimi, bu hal “Dövlət satınalmaları haqqında” Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblərə uyğun deyil. Belə ki, həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması lazımdır.

Cəmi 7 gün əvvəl yaranan şirkətin 300 min manatlıq tenderi uda bilmək üçün hansı peşəkarlığa və təcrübəyə sahib olduğu da başa düşülən deyil.

Ətraflı
“4 MM AQRO” MMC barəsində açıq internet resurslarda heç bir məlumat yoxdur. Yüzminlərlə manat dəyərində tender udan şirkətin nəinki rəsmi saytı, hətta sosial şəbəkə hesabı belə yoxdur.

Onu da qeyd edək ki, Sumqayıt Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsi əvvəllər də bu cür şübhəli tender müsabiqələri keçirib.

Məsələn, 25.05.2022-ci il tarixində 141 min manat dəyərində tender elan edib və qalib şirkət təxminən bir ay əvvəl – 15.04.2022-ci ildə dövlət qeydiyyatına alınan “SANDORA” MMC (VÖEN – 1203088251) olub. Yaxud da, 01.07.2022-ci il tarixində 1941 min manat dəyərində tender elan edilib və qalib şirkət təxminən iki ay əvvəl – 06.05.2022-ci ildə dövlət qeydiyyatına alınan “FIKSON TS CORP” MMC (VÖEN – 1102599721) olub.Yeniavaz.com
Ardını oxu...
Paytaxtın Bayıl qəsəbəsində yaşayan sakinlər uzun müddətdir ki, qarşılaşdığı əsas problemlərdən biri yollarda ictimai nəqliyyatın hərəkətinin məhdudlaşdırılmasıdır.

Artıq uzun müddətdir ki, mövcud şəraitdən bezən vətəndaşlar isə çıxış yolunu alternativ yolların olmasında görürlər. Bayıl sakinləri şəhərə gəlmək üçün istifadə etdiyi yolda demək olar ki, hər gün saatlarla gözləməli olurlar.

Müxtəlif səbəblərlə bağlı davamlı olaraq “Azneft” dairəsində hərəkət məhdudlaşdırılır və avtomobillər, avtobuslarda işə tələsən sərnişinlər yolun nə vaxt açılacağını gözləyirlər.

Həmin ərazidə isə alternativ yol, Badamdar “20-ci sahə” adlanan yoludur ki, bir sıra marşrut avtobusların həmin yol vasitəsilə hərəkəti sərnişinlər üçün çox əlverişli idi. Lakin uzun müddətdir ki, Bakı şəhərinin Badamdar qəsəbəsinin "20-ci sahə" ərazisində avtomobil yolunun baş verən uçqunla bağlı yolun hərəkət hissəsi nəqliyyat vasitələri üçün bağlıdır.

Bunun nəticəsində artıq bir neçə ildir ki, nəinki avtomobillər, marşrut avtobuslar belə, əsas yoldan istifadə etməli olurlar. Bu zaman isə onlar daha çox məsafə qət etməli olurlar.

Qeyd edək ki, sözügedən ərazidə hələ 2012-ci ilin dekabr ayında sürüşmə olub. 2013-cü ildə həmin ərazilərdə aidiyyəti orqanlar tərəfindən bərkidilmə işləri aparılıb.

2018-ci ildə yenədə həmin ərazidə sürüşmə nəticəsində yol bağlanıb. Bir müddət sonra, 28 yanvar 2021-ci il tarixində yenə baş verən sürüşmə nəticəsində yol bağlanmışdı.

Beləliklə, dəfələrlə həmin ərazidə baş verən sürüşmə nəticəsində yaranan problem yolun bağlanmasına səbəb olub ki, bu da nəqliyyatın hərəkətini məhdudlaşdırır. Artıq neçə müddətdir ki, təmir-bərpa işləri gedən ərazidə işlər yekunlaşmaq bitmir.

Bu günlərdə məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən Cebhe.info-ya bildirilib ki, Bakı şəhəri, Səbail rayonu, "20-ci sahə" adlanan ərazidə baş vermiş torpaq sürüşməsinin fəsadlarının aradan qaldırılması istiqamətində görülən tamamlama işləri ilə əlaqədar təhlükəsizlik baxımından yolun bu hissəsində avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

Belə ki, yamacda olan artıq torpaq kütləsinin daşınması işləri həyata keçirilir. Yaxın zamanlarda işlərin yekunlaşacağı və hərəkətin tam bərpa ediləcəyi gözlənilir.

Qeyd edək ki, bu günlərdə Bakı şəhər İcra Hakimiyyətindən bildirilmişdi ki, Badamdar "20-ci sahə" yolu açılıb. Nəqliyyatın hərəkəti üçün yol artıq ikitərəfli fəaliyyət göstərir. Ancaq sakinlər sevindirəcək bu xəbər də uzunmüddətli olmadı. Hazırda Badamdar "20-ci sahə" yolu bağlıdır. Badamdar qəsəbə nümayəndəliyinin məlumatına görə, həmin yol açılıb və və 3-4 gün fəaliyyət göstərsə də, yenidən bağlanıb.

Hazırda günün bir neçə saatını “Azneft” dairəsində hərəkətin məhdudlaşması ilə bağlı avtobuslarda keçirən sərnişinləri daha da çətin günlər gözləyir. Belə ki, qarşıdan "Formula-1" yarışları gəlir. Yeddinci dəfə keçiriləcək Azərbaycan Qran-prisi 28-30 aprelə təsadüf edəcək.

Həmin dövrdə isə bir sıra ərazilərdə, xüsusilə də “Azneft” dairəsində yolun nəqliyyat vasitələri üçün məhdudlaşdırıldığını nəzərə alsaq, Badamdar "20-ci sahə" yolu kimi alternativ yolun istifadəyə verilməsi mühüm əhəmiyyət kəsb edir. Xatırladaq ki, ötən il “Formila-1” yarışları zamanı “Azneft” dairəsində yolun bağlı olması səbəbindən vətəndaşlar avtobusların həm sayının azaldılması, həm də dayanacaqların uzaq məsafədə yaradılması ilə bağlı saatlarla piyada yol qət etməli olurdular.

Eləcə də səhərlər işə tələsən sakinlər bir neçə avtobus dəyişməklə mənzil başına çatmağa çalışırdılar. Mövcud vəziyyətlə bağlı müraciət etdiyimiz qurumlar problemin həlli ilə bağlı cavabdeh qurumun FHN olduğunu deyirlər.

Adıçəkilən qurum isə davamlı olaraq təmir işlərinin aparıldığını bildirir.

Maraqlıdır, qurumların uzun müddətdir ki, təmir-bərpa işlərini başa çatdıra bilməməsinin əziyyətini niyə vətəndaşlar çəkməlidir?

Əgər Badamdar "20-ci sahə" yolunun bərpası hələ illərlə davam edəcəksə, problemin həlli üçün başqa bir yol tapılmalıdır.
Ən azından “Azneft” dairəsində yaradılan məhdudiyyətlərə son qoyulmalıdır.
Nigar Abdullayev
Teref.az olaraq qeyd etmək istəyirik ki, o ərazidə yaşayan əmıkdaşımızın apardığıl müşahidələrə əsasən bu yolda axır vaxtlar heç bir iş gedmir.Sadəcə elə belə görüntü yaradan 1-2 nəfər fəhlə geyimli adamlar var. Onlarda 5-10 dəqiqə görünüb yox olurlar.
Teref.az
 
Ardını oxu...
Azərbaycanın lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya” ASC-yə məxsus “Misli” brendi Naxçıvan Muxtar Respublikasında faəliyyətə başlayıb. Naxçıvanda məntəqələrin açılış mərasimində çıxış edən “Azərlotereya” ASC-nin İdarə Heyətinin sədri Zafer Reisoğlu fəaliyyətin uğurlu olacağına inamını ifadə edib:

“Naxçıvanda ilk rəsmi mərc operatoru məntəqəsinin – “Misli” və “Azərlotereya” olaraq açılışı səbəbi ilə burada olduğumuz üçün çox şadıq. Naxçıvana gəldiyimizdən bəri burada böyük potensial, böyük inkişaf gördük. Ortaqlarımızla birgə etdiyimiz bu sərmayənin Naxçıvanda həm biznesin, həm idman oyunlarının inkişafına, həm də ticarətin inkişafına faydalı olacağına inanıram”.
Məlun olub ki, “Azərlotereya” Naxçıvanda 4 yeni məntəqə açıb. Tanınmış jurnalist Məhəmmədəli Qəribli atılan bu addımı sərt tənqid edib. Azinforum.az jurnalistin məlum mövzudakı videoçıxışını təqdim edir:

 
Ardını oxu...
Bu ilin mart ayının 1-də Vaqif Əliyev mədəniyyət nazirinin müavini vəzifəsindən azad edildi.
Teref.az bildirir ki, Qaynarinfo-nun məlumatına görə, 1994-cü ildən başlayaraq 30 ilə yaxın müxtəlif vəzifələrdə çalışmış Vaqif Əliyev oliqarx məmurlar siyahısına da daxil ola bilib.

1994-cü ildən 2003-cü ilə kimi gənclər, idman və turizm nazirinin birinci müavini, 2003-2011-ci illərdə Sumqayıt şəhr İcra Hakimiyyətinin başçısı, 2011-ci ildən 2023-cü ilə qədər mədəniyyət nazirinin birinci müavini vəzifəsində çalışan Vaqif Əliyev ixtisasca fizikdir.

İndi hər kəsi bir sual maraqlandırır: Uzun illər məmur kimi fəaliyyət göstərmiş 70 yaşlı Vaqif Əliyev bundan sonra hansı işlə məşğul olacaq?

Redaksiyamıza daxil olan məlumata görə, Vaqif Əliyev 3200 manatdan artıq təqaüd alacaq. Həmçinin, sabiq nazir müavinin Türkiyədə və Bakıda turizm şirkəti, Sumqayıtda ticarət obyektləri də var. Hazırda onların bir çoxunu icarəyə verib.

Bununla yanaşı, keçmiş birinci müavinin milyonluq mülkləri, Nərimanov rayonunda "milyonerlər məhəlləsi" kimi tanınan ərazidə villası da var.

Vaqif Əliyev nazir müavini olduğu dövrdə qohum-əqrabasını da unutmayıb. Onları da müxtəlif dövlət vəzifələrinə yerləşdirməyi bacarıb.

Keçmiş müavinin qaynı Talıbov Fikrət Fərəc oğlu Fövqəladə Hallar Nazirliyinin (FHN) hüquq idarəsində rəis müavindir. Fikrət Talıbov bundan əvvəl ləğv edilmiş Milli Təhülkəsizlik Nazirliyində (MTN) polkovnik-leytenant rütbəsində müxtəlif vəzifələrdə çalışıb.

Daim dəbdəbəli həyatı ilə medianın gündəmində olan Vaqif Əliyevin oğlu Qədir Əliyev həm məmur, həm də biznesmendir. Belə ki, Qədir Əliyev hazırda Fövqəladə Hallar Nazirliyində idarələrin birində çalışır, bununla paralel olaraq atasına məxsus şirkətləri idarə edir.

Yeri gəlmişkən Vaqif Əliyev tədbirlərin birində "Azərbaycan Asiya ölkəsidir, bizim gənclər Qərb mədəniyyətindən və Qərb həyat tərzindən uzaq olmalıdır, onlar bizim gəncləri pozur” məzmunlu səs-küylü çıxış etmişdi.

Bu bəyanatdan bir müddət sonra Qədir Əliyev "Instagram" hesabında paylaşdığı fotolarla gündəmə gəldi. Məlum oldu ki, "Qərb mədəniyyətinə, Qərb həyat tərzinə" qarşı olan Vaqif Əliyevin oğlu elə Qərb həyat tərzində yaşayır. Bahalı avtomobillər sürməyi, bahalı geyimlər geyinməyi, ən bahalı Avropa otellərində dincəlməyi xoşlayır...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 

Ölkədə korrupsiyaya bulaşmış qurumlardan birinin də “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin(ASC) olması şübhə doğurmur. Əsas vəzifəsi ölkə vətəndaşlarını, istehsal və xidmət obyektlərini fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin etmək olan ASC-nin fəaliyyətində tez-tez problemlər müşahidə olunur. Xüsusi ilə regionlarda elektrik enerjisinin kəsilməsi halları mütəmadi xarakter daşımağa başlayıb. Əhaliyə xidmətin keyfiyyətinin yüksəltmək üçün dövlət büdcəsindən kifayət qədər vəsait ayrılır, təəssüf ki, hələ də ölkənin enerji sektorunda köklü dəyişiklik baş verməyib.

Qurumun işinin lazımi səviyyədə təşkil olunmamasının səbəblərindən biri də korrupsiya və maliyyə maxinasiyalarıdır. Maraqlıdır ki, yeyintiləri üzə çıxaran əməkdaşlar isə heç bir əsas gətirmədən vəzifədən uzaqlaşdırılır. AzToday.az-ın media üzərində apardığı araşdırmalar zamanı məlum olub ki, “Azərişıq”da audit yoxlaması apararaq ciddi maliyyə pozuntularını üzə çıxaran Ənnağı Cənnətov hesabatını rəhbərliyə təqdim etdikdən sonra “Azərişıq” Audit Komitəsinin Sədri vəzifədən alınıb. Maraqlıdır ki, bunun ardınca Azərişıq” ASC “KPMG Audit Azərbaycan” MMC ilə satınlama müqaviləsi imzalayıb. Aparılan araşdırmalar zamanı Azərişıq”la “Azərenerji” rəhbəri Balababa Rzayev arasında “gizli” icarə müqavilələrinin olduğu, BalaBaba Rzayevin əvvəllər sədr olduğu qurumdan hər ay küllü miqdarda icarə haqqı aldığı üzə çıxıb. Belə ki, Baba müəllim illər əvvəl öz yaxınlarının adına aldığı mülkləri sözügedən qurumun Bakı şəhəri üzrə bir sıra rayonlarının Enerji Təchizatı və Satışı İdarələrinin ixtiyarına verərək sədri vəzifəsini icra etdiyi dönəmdən bəri “Azərişıq”ın rəsmi icarə müqavilələri əsasında küllü miqdarda qazancına özü sahib olub.

Bundan başqa, “Azərişıq” ASC-də vəzifə alan şəxslərlə bağlı da şübhəli məqamlar var. Məlumata görə 2007-ci ildə Ağır Cinayətlər üzrə Məhkəməsində keçmiş İqtisadi İnkişaf Nazirliyində sektor müdiri işləyərkən yol verdiyi qanunsuzluqlara görə AR CM-nin 308.2 (dövlət satınalmalarını qanunsuz keçirmə), 311.3.1 (mütəşəkkil dəstə ilə rüşvətalma), 311.3.2 (təkrar rüşvətalma), 311.3.3-cü (külli miqdrada rüşvətalma) maddələrilə təsirləndirilən Sakit Baxışov hazırda “Azərişıq” ASC-nin İşlər İdarəsinin rəisidir. S.Baxışov AR Qanunlarına, ƏM-nin tələblərinə, Cənab Prezidentin göstəriş və tövsiyələrinə məhəl qoymur: “Bu şəxsin “sayəsində” “Azərişıq” ASC-də haqsızlıq, sosial-ədalətsizlik hökm sürür. Bundan başqa AR CM-nin 179.3.1, (mütəşəkkil dəstə ilə mənimsəmə), 179.3.2 (külli miqdrada mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təsirli bilinən İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakı Nazirliyinin departamentinin sabiq direktoru – Çingiz İbadov “Azərişıq” ASC-də idarə rəisinin müavinidir. İbadov Barmek AEŞ MMC-nin fəaliyyəti dövründə da cinayət məsuliyyətinə cəlb edilib. Mahir Novruzov da eynilə.

Hərbi Prokurorluqda idarə rəisi kimi həmin strukturun işə rəhbərliyi zəruri tələblər səviyyəsində təşkil edə bilmədiyinə, xidməti və icra intizamının pozuntusu hallarına yol verdiyinə, aşkar qanunsuzluqlar və nöqsanların aradan qaldırılması üçün tədbirlər görmədiyinə görə, Baş Prokurorluğun əmrilə vəzifədən azad edilən Xalid Təhməzov hazırda ASC sədrinin müşaviridir. Bu şəxslərin (Sakit Baxışov, Xalid Təhməzov, Çingiz İbadov, Mahir Novruzov və s.) “Azərişıq” ASC-də rəhbər vəzifələrdə təmsil olunmalarına sədr Vüqar Əhmədov niyə “göz yumur”?

Məlumata görə, “Azərişıq” ASC-nin, “Şimal” RETSİ-də Sənan Abdullayev, Şahnəzər Ağayev kimi dövlətdən havayı maaş alan “ölü canlar” da var. Bu şəxslərə himayədarlıq edilir. Sənədlə, formal işə qəbul edilən, davamiyyət kitabinda adı belə olmayan – S.Abdullayevi “görən”, “tanıyan” yoxdur. S.Abdullayein qardaşı – Xəqani Abdullayev hazırda İqtisadiyyat nazirliyində işləyir. Ondan fərqli olaraq davamiyyət kitabında Ş.Ağayevin adı var, imzası yoxdur.(surətlərini təqdim edə bilərəm) Məlumatıma görə bu S.Abdullayev xaricdə olduğu vaxtlarda ona iş günləri yazılıb. İdarədə onu taniyan, yoxdur. Hamıya qiyabi olaraq V. Əhmədovun qohumu kimi tanıdılıb.

Göründüyü kimi, “Azərişıq” ASC-nin idarə olunmasında ciddi problemlər müşahidə olunur. Qurumun əməkdaşlarından biri AzToday.az-a açıqlamasında qeyd edib ki, ASC-də kənar auidit təşkil olunsa, daha ciddi maliyyə maxinasiyaları üzə çıxarılacaq. Xüsusi ilə ASC-nin satınalmalarında, kadrların təyinatında ciddi problemlər var…

 

“Azərişıq”la bağlı AzToday.az-a daxil olan məlumatları araşdırmaqda davam edirik…

Ardını oxu...
DİA.AZ bildirir ki, Qubada sakinlər problemlə üz-üzə qalıblar.

Sakinlərin sözlərinə görə Azəriqaz İB onlara qaz xəttini özlərinin çəkməli olduğunu bildirib. Bunun üçün isə, yüksək miqdarda vəsait tələb edildiyindən, kənd əhalisi qazsız qalıb.

Onlar qış fəslində evlərini isitmək üçün 600- 800 AZN məbləğində vəsait xərclədiklərini deyirlər.

Daha ətraflı aşağıdakı videoda:



Məsələ ilə bağlı dia.az olaraq bütün aidiyyatı qurum və şəxsləri dinləməyə hazırıq...
Ardını oxu...
"Azərbaycan Hava Yolları” QSC-nin Lənkəran Beynəlxalq Hava Limanının direktoru 40 min manat mənimsəmədə ittiham olunur.

TEREF.AZ bildirir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, limanın rəisi Anar Axundov Lənkəran şəhər Ağsaqqallar Şurasının sədri Eldar Hüseynovdan aldığı 40 min manatı geri qaytarmayıb.

Eldar Hüseynov iddia edib ki, iki il əvvəl Anar Axundovun səmimiliyinə, tanışlığına, onu aldatmayacağına inanaraq 40 min manat borc verib. Lakin liman rəisi aldığı pulu geri qaytarmır, 2 ildir onu get-gələ salır, hər dəfə müxtəlif bəhanələr deyir. Anar Axundov ona ötən ilin oktyabr ayının sonuna kimi borcu ödəyəcəyinə söz versə də, bunu etməyib.
Ardını oxu...
Eldar Hüseynov

Artıq məhkəmə Eldar Hüseynovun tələb etdiyi 40 min və ödənilmiş dövlət rüsumuna görə 210 manatın Anar Axundovdan tutulması barədə iddianı təmin edib.

Lənkəran Beynəlxalq Hava Limanının rəisi Qaynarinfo-ya açıqlamasında faktı təsdiqləyib: "Pulu mənimsəməmişəm. Lazım olub, götürmüşəm. Artıq onu qaytarmağa başlanışam. Bu barədə Eldar Hüseynovun özündən də soruşa bilərsiz".
Ardını oxu...
Anar Axundov

Qeyd edək ki, Anar Axundovun dayısı da "Azərbaycan Hava Yolları” QSC-də yüksək vəzifədə çalışır.

11 mart 1941-ci ildə Lənkəran rayonunun Vilvan kəndində anadan olan Eldar Hüseynov 2000-ci ildən 2020-ci ilə kimi Lənkəran bələdiyyəsinin sədri olub, 2021-ci ildə Lənkəran şəhər Ağsaqqallar Şurasının sədri seçilib.

Xatırladaq ki, "Bakı Metropoliteni”nin keçmiş rəisi Tağı Əhmədov yaxın dostu, professor Soltan Əliyev vasitəsilə Səadət Xəlilov, Qulu Muxtarov və Sahil Abuşova ümumilikdə 2 milyon manata yaxın pulu sələmə verməsi də böyük səs-küyə səbəb olmuşdu.

Dünyapress TV

Xəbər lenti