Ardını oxu...
Bakının Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində tikilən və hazırda sökülən keçidi sifariş edən qurum məlum olub.

Keçid Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sifariş edilib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakının Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində yerüstü piyada keçidinin söküntüsünə dair yayılan görüntülərə münasibət bildirilib.

Qurumdan oxu.az-ın sorğusuna cavab olaraq qeyd edilib ki, Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində yerləşən yerüstü piyada keçidinin inşası məqsədəuyğun hesab edilməyib:

"Keçidin sökülərək ərazinin əvvəlki vəziyyətinə qaytarılması üçün müvafiq tədbirlərin görülməsi barədə komitə tərəfindən bir neçə dəfə aidiyyəti dövlət qurumlarına məktublar ünvanlanıb və tikinti-quraşdırma işləri dayandırılıb. Hazırda keçid sökülür. Görülən işlər tikintiyə icazə alınmadan, şəhərin müvafiq ərazisinin memarlıq, estetik görünüşünə xələl gətirməklə, təhlükəsizliyə, eləcə də qanunvericiliyin digər tələblərinə riayət etmədən həyata keçirilib”.

 
Ardını oxu...
Astara rayonunun Motalayataq kənd sakinləri Sarvan Qurbanov adına kənd orta məktəbin Riyaziyyat və İnformatika müəllimi Ramin Böyükağa oğlu Əliyevin işdən çıxarılmasını tələb edirlər.

TEREF. AZ bildirir ki, Lent.az-a daxil olan məlumata görə, sakinlər həmin müəllimin dəfələrlə kənddə əxlaqsız hərəkətlər etdiyini, ayrı-ayrı evli qadınlarla münasibətdə olduğunu iddia edirlər. Bu səbəbdən kənd camaatı Ramin Əliyevin məktəbdə müəllim kimi işləməsinin düzgün olmadığını deyirlər.

Məsələni aydınlaşdırmaq üçün Lənkəran-Astara regional təhsil idarəsinə müraciət etdik.

Lənkəran-Astara regional təhsil idarəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Alim Əliyev Lent.az-a açıqlamasında bildirib ki, məsələ ilə bağlı araşdırma aparılır:

“Məsələ nəzarətə götürülüb. Hazırda araşdırma aparılır. Əlavə məlumat veriləcək”.
Ardını oxu...
 
 

Azərbaycan dövləti şəhid ailələrinə, müharibə iştirakçılarına hər zaman xüsusi diqqət və qayğı ilə yanaşıb, onların sosial təminatı, sağlamlıq vəziyyəti və digər məsələlərdə ardıcıl proqramlar həyata keçirir. Prezident İlham Əliyev bütün dövlət qurumları qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən etsədə “Azərenerji” rəhbərliyi nədənsə bu siyasətə böyük zərbə vurur.

 

“Azərenerji” ASC-nin nəzdində olan “Enerjiservistikintitəmirsazlama” MMC-nin rəhbərliyi Mingəçevirdə bir qurup Qarabağ veteranlarını kütləvi işdən çıxarılması ilə bağlı Dünyanınsəsi.Az saytına göndərmiş olduqları Video-şikayəti təqdim edirik:

Azərbaycan Respublikasının Birinci vitse-preizidenti hörmətli Mehriban xanım Əliyevaya
“Azərenerji” ASC-nin nəzdində fəaliyyət göstərən “Enerjiservistikintitəmirsazlama” MMC-dəki işindən çıxarılan müharibə veteranları-Bəkirov Qiyas Həmzə oğlu və Adıgözəlov Etibar Abbasəli oğlu tərəfindən

ŞİKAYƏT ƏRİZƏSİ

Hörmətli Mehribaxn xanım, Sizə müraciət etməyimizin səbəbi ölkəmizdə yeni iş yerlərinin açıldığı ərəfədə bizim işdən azad olunmağımızdır. Belə ki, “Azərenerji” ASC-nin nəzdində olan “Enerjiservistikintitəmirsazlama” MMC-nin rəhbərliyi bizim imtiyazlı kateqoriyadan-müharibə veteranı olmağımızı və ailə vəziyyətimizin ağırlığını belə nəzərə almadan “müqavilə müddətinin bitməsi” adı altında bizi işdən azad edib.
Hörmətli Mehriban xanım, diqqətinizə çatdıraq ki, elektirik stansiyalarının idarə olunması, təmir edilməsi sahəsində peşəkar və təcrübəli işçilər kimi uzun illərdir ki, işimizin öhdəsində layiqincə gəlmişik. Biz, Sizə müraciət edən şəxslər 80-ci illərin sonu, 90-cı illərin əvvəllərindən Mingəçevir İstilik Elektrik Stansiyasında çalışımışıq. Ancaq 2020-ci ilin iyul ayında bizi müddətsiz müqavilə ilə işlədiyimiz Mingəçevir İstilik Elektrik Stansiyasından sonradan “Azərenerji”nin nəzdində peyda olmuş “Enerjiservistikintitəmirsazlama” MMC-yə keçirdilər (sonradan bilmişik ki, bizi aldadaraq müqaviləni bizə təqdim etmədən bizimlə qısamüddətli müqavilə bağlanıb).
Onu da qeyd edək ki, bizimlə bağlanan əmək müqaviləsinin nüsxəsi heç vaxt bizə verilməyib. Bazar qiymətlərinin sürətlə artdığı bir vaxtda və Novruz bayramı öncəsi bizi işsiz qoyublar. Necə olur ki, pensiya yaşı olan şəxslər işdə saxlanılır,amma biz müharibə iştirakçılarını işdən çıxarırlar? Soruşanda isə bizə deyirlər ki, gedin, hara istəyirsiniz, kimə istəyirsiniz müraciət edin.
Hörmətli Mehriban xanım, mən, Bəkirov Qiyas Həmzə oğlunun 5 nəfər ailə üzvündən tək işləyəni mənəm. Yeganə oğlum isə 2008-ci ildə hərbi xidmət vəzifəsini yerinə yetirərkən həlak olub. Mən, Adıgözəlov Etibar Abbasəli oğlunun isə maddi baxımdan çox çətin vəziyyətdədir.Budurmu “Azərenerji” rəhbərliyinin Vətən uğurunda döyüşənlərə və onların ailələrinə qoyduğu hörmət???
Hörmətli Mehriban xanım, “Azərenerji” ASC-nin rəhbəri Balababa Rzayevə, eyni zamanda “Enerjiservistikintitəmirsazlama” MMC-nin rəhbərliyinə edəcəyimiz müraciətin əhəmiyyətsizliyini bildiyimiz üçün Sizə müraciət edirik. Ona görə xahiş edirik ki, çalışdığımız sahə üzrə uzun illərin təcrübəsini, ailəmizin sosial vəziyyətinin ağırlığını, bizim işimizə bərpa olunmağımız, yaxud da hazırda işdən azad olunmuş pensiyaçıların yerinə İstilik Elektrik və Su Elektirik stansiyalarınında başqa işlə təmin edilməmiz üçün müvafiq qaydada göstəriş verəsiniz. Son ümidimiz Sizədir…!

Öncədən Sizə dərin minnətdarlığımızı bildiririk!
 //Dünyanınsəsi.Az//

Xalqxeber.az Qarabağ veteranlarının Prezidentə ünvanlanmış olan video-şikayətini təqdim edir:

 

XalqXeber.
Ardını oxu...
61 saylı Neftçala Dairə Seçki Komissiyasının (DSK) sədri Zaur Kərimov vəzifədən azad edilib.

DİA.AZ Qaynarinfo-ya istinadla xəbər verir ki, DSK sədrinin vəzidəfən azad edilməsi ötyən ay baş verib.

Zaur Kərimovun vəzifəsini itirməsi ilə bağlı müxtəlif iddialar səsləndirilir. Bəzi məlumatlara görə, məsələnin kökündə onun fəaliyyəti dayanır. Zaur Kərimovdan xeyli sayda şikayətlərin olması, xüsusilə, onun Neftçala Rayon İcra Hakimiyyətində Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi işləyərəkən adının torpaq mübahisələrində hallanması DSK sədri kimi kareyrasının sonunu gətirib.

Maraqlıdır ki, Zaur Kərimov çoxsaylı şikayətlər əsasında vəzifədən azad olunsa da, Neftçalanın icra başçısı Mirhəsən Seyidov onu işsiz qoymayıb. İddialara görə, icra başçısı Zaur Kərimovu Neftçala Yod-Brom Zavoduna icraçı direktor təyin etdirib.

Bildirilir ki, hələ ki, bununla bağlı rəsmi qərar yoxdur. Amma bütün Neftçala Zaur Kərimovun artıq zavodun rəhbərliyinə gətirilməsindən danışır. Özü də təəccüblə... Neftçala sakinləri icra başçısının adı dəfələrlə qalmaqallarda, müxtəlif qanunsuz əməllərdə hallanan bu şəxsə etimad göstərməsinə təəccüblə yanaşırlar.

Yeri gəlmişkən, Zaur Kərimov İcra Hakimiyyətində şöbə müdiri vəzifəsində işləməzdən əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Nefçtala şöbəsinin müdiri olub. O, işdə yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib.

Hesablama Palatası “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin icra etdiyi “Bakı şəhərinin Pirşağı qəsəbəsində Çirkab Sularının Təmizlənməsi Qurğusu” layihəsinin audit nəticələrini açıqlayıb.

Azpost.info bildirir ki, bərbad şəkildə icra olunmuş bu layihədə çox ciddi qusurlar ortaya çıxıb.

Qeyd edək ki, Koreya İxrac-İdxal Bankından alınan kredit hesabına həyata keçirilən bu layihə Prezident İlham Əliyevin 29 yanvar 2019-cu ildə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində aparılıb.

Layihənin məqsədləri 40000,0 m³/gün gücündə olan Pirşağı Çirkab Sularının Təmizlənməsi Qurğusunun tikilməsi ilə Xəzər dənizinin suyunun keyfiyyətinin qorunmasından ibarət olub.

Layihə çərçivəsində Bakı şəhərinin Sabunçu rayonunun Pirşağı, Kürdəxanı, Bilgəh, Nardaran və Maştağa, Abşeron rayonunun Novxanı, Goradil, Fatmayı, Mehdiabad, Məmmədli və Digah qəsəbələrində ictimai su obyektinin keyfiyyətinin qorunması, suyun çirklənməsinin qarşısının alınması və Xəzər dənizində suyun keyfiyyətinin yaxşılaşdırılması həyata keçirilməli idi.

Layihənin ümumi dəyəri 72,02 mln. ABŞ dolları olub. Bundan kreditin məbləği 43,5 mln. ABŞ dolları (60,4%), Azərbaycan tərəfinin payının məbləği isə 28,52 mln. ABŞ dolları (39,6%) müəyyən edilib.

 
Ardını oxu...
 
 
 
 
 
Ad - 00:01

Hesablama Palatası tərəfindən aparılmış audit acınacaqlı vəziyyəti üzə çıxarıb.

Məlum olub ki, lazımi koordinasiyanın qurulmaması şəraitində Qurğunun fəaliyyəti üçün kənar texniki şəraitin yaradılması üzrə zəruri maliyyələşdirilmə aparılmayıb. Bu səbəbdən həmin ərazidə su və kanalizasiya sistemi təchizatının çox aşağı səviyyədə olduğu müəyyən edilib.

Qeyd edilənlər səbəbindən yaranmış şərait müvafiq Dövlət Proqramı ilə müəyyən edilmiş hədəflərə çatmayıb. Təmizlənmiş suyun keyfiyyət göstəricilərinin Texniki-İqtisadi Əsaslandırma sənədində göstəriləndən aşağı səviyyədə olub.

Qurğu zəmanət sınaqları keçirilmədən istismara qəbul edilib. Palatanın rəyinə əsasən bu isə Qurğunun hazırda və yaxın gələcəkdə tam gücü ilə təyinatı üzrə işləməsinin mümkünsüz edir.

Rəydə daha sonra deyilir ki, xərclənmiş vəsaitlərin uçotunda və qiymətləndirmələrdə qeyri-dəqiqliklər üzə çıxıb. Bu isə Qurğunun su təmizləmə qabiliyyətini yararsız edib.

Çünki kapitallaşdırılmış məsrəflər qismində uçota alınan Qurğunun xidmət edəcəyi ərazidə illik ən azı 35 milyon manatdan artıq miqdarda vəsaitin itkisinə səbəb olan və itirildiyi rəsmiləşdirilən 50%-dən çox su miqdarı, eləcə də həmin ərazidə su və kanalizasiya sisteminin planlaşdırılan tikinti göstəriciləri gələcəkdə su sərfiyyatının Qurğunun su təmizləmə qabiliyyətini üstələyəcəyini deməyə əsas verib.

“Layihənin istismar müddətinin, eləcə də Qurğunun təchizatı üzrə daxili bazar qiymətlərinin düzgün nəzərə alınmaması, vəsaitlərə qənaət və həmin vəsaitlərdən səmərəli istifadə imkanlarının itirilməsiylə yanaşı, Qurğunun hissələrinin faktiki dəyərinin məzənnə fərqi nəticəsində qiymət artımı, gömrük ödəmələri və kapitallaşan xərclər nəzərə alınmaqla müəyyən edilməməsi Qurğunun ayrı-ayrı hissələrinin əsas vəsait qismində uçota alınmasında da problemlər yaradıb”-deyə Palatanın rəyində bildirilir.

Qeyd edilib ki, Qurğu tam gücü ilə təyinatı üzrə işləməyib: “Ümumiyyətlə Qurğunun təyinatı üzrə tam gücü ilə fəaliyyət göstərməməsi Layihənin ekoloji, sosial, və iqtisadi məqsədlərinə nail olunmayıb”.

Ardını oxu...
Keçən həftə sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzulardan biri də Azərbaycanda satışa çıxarılan "Azercell" nömrələrinin astronomik həddə bahalığı idi. DİA.AZ bildirir ki, bu məsələ onsuz da sosial rifahı ciddi şəkildə geriləyən vətəndaşlarımız tərəfindən az qala ələ salınmaq kimi qəbul olundu.

Ardını oxu...
DİA.AZ olara məsələnin aktuallığını nəzərə alıb, qısa araşdırma apardıq. Bununla bağlı redaksiyamıza anonim olaraq danışan mütəxəssislərdən biri bildirdi ki, əslində "Azercell" zamanında öz nömrə biznesini yaxşı qura bilib və illərdir bu şirkət daxilində bəlli bir qrup var ki, "zerkalnı", "211-lə başlayan" və digər bu kimi adlar altında əslində adi nömrələrdən heç nə ilə fərqlənməyən mobil nömrələrini astronomik məbləğdə xırıd etməkdədirlər.

Mənbə danışır: "Son olayda ortaya çıxan fakr başqadır. Burada satılan daha çox keçmiş məmur nömrələridir. Onlar zamanında imkanlı olublar və "Azercell"in məlum tələsinə düşüblər. İndi də vəzifələrini itirdiklərindən elə zənn edirlər ki, 100 minə adlqıları nömrəni məsələn, 30 minə sata biləcəklər. Eşitdiyimə görə, onların arasında hətta keçmiş Sosial Müdafiə Naziri Səlim Müslümov da var".

Mənbə iddia edir ki, "Azercell"in daxilindəki həmin mafioz şəbəkə yenə də iş başındadır: "Sadəcə olaraq, fərqli formada fəaliyyət sürdürürlər..."

Bu barədə növbəti materialda. Bizi izləməyə davam edin...

Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq...
Ardını oxu...
Əldə etdiyimiz informasiyalardan aydın olur ki, Naxçıvanda struktur islahatları uzun çəkəcəyindən Ali Məclisə hələ toxunulmayacaq.

Amma bu o demək deyil ki, Vasif Talıbovun 1 nömrəli pulyığanı olan Azər Zeynalov indiki yerinə qalacaq və faktiki xanlıq edəcək.

DİA.AZ-a daxil olan məlumata görə, yaxın günlərdə Azər Zeynalovun kitabının bağlanacağı gözlənilir. Bildirilir ki, bunun üçün Ali Məclisin növbəti sessiyası çağırılacaq və qurumun yeni sədri seçiləcək. Yeni sədrin Azər Zeynalov olmayacağı indidən bəllidir. Hətta bir neçə aylıq saxta xanlığına son qoyulan Azər Zeynalovun həbsi belə istisna edilmir. Onun yerinə gətirləcək bir neçə namizədin adı hallanır. Onlardan biri də Naxçıvan MR Baş naziri Səbuhi Məmmədovun yaxın qohumu olan İsmayıl Qəriblidir.

İsmayıl Qəribli Vasif Talıbov tərəfindən 2015-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri təyin olunub və hazırda həmin vəzifədə çalışır. Naxçıvanda xanlıq rejiminin kadrlarının seçilməsi ona həvalə olunmuşdu. O da mübahisəli dövlət qulluğuna qəbul imtahanları keçirib istədiyi adamı vəzifəyə gətirib, istəmədiyi adamı vəzifədən uzaqlaşdırırdı. Bir sözlə, bu adam qohumu Səbuhi Məmmədovla əl-ələ verib hələ sədr seçilməmişdən əvvəl özünə uyğun kadrları vəzifəyə gətirib.

Belə görünür ki, Fuad Nəcəflinin işi bundan sonra daha mürəkkəb olacaq.
Ardını oxu...
Bir qrup Gəncə sakini evində rahat otura bilmədiyi üçün məhkəməyə müraciət edəcək.

Bunu Meydan TV-yə Gəncə şəhəri, Əttarlar küçəsinin sakinləri bildiriblər.

“Səs-küydən evdə otura bilmirik. Qapı-pəncərəni bağlayırıq, amma xeyri yoxdur. Əsəblərimiz pozulub, sanki hava limanında yaşayırıq”, – sakinlər deyib.

Bildirilib ki, onlar şəhərin mərkəzində, “Gəncə qalası” ticarət mərkəzinin bir addımlığında yaşayırlar.
“Bura Gəncə əhalisinin sıx olduğu ərazidir. Şəhərə gələn turistlər də bu bazara üz tuturlar. Bazarın yaxınlığında da mağazalar fəaliyyət göstərir. İridiametrli ağacları kəsən alətləri təmir edən mağaza da var. Alətləri işə salırlar, motorların səsi maşınların, insanların səsinə qarışır. İstirahətimiz yoxdur, nə yata, nə də dincələ bilirik”, – sakinlərdən Ənvər Əliyev deyib.

Onun sözlərinə görə, sakinlər mağaza sahiblərinə, polisə, eləcə də digər aidiyyəti qurumlara müraciət ediblər, amma nəticəsi olmayıb. Onlara məhkəməyə müraciət etməyi tövsiyə ediblər:

“Son çarə məhkəmədir. Satıcılar deyirlər ki, vergi verirlər, buna görə də səs-küyün yaranması onların problemləri deyil. Təsəvvür edin ki, gecə-gündüz motorlar işləyir, avadanlıqları işə salırlar, yoxlayırlar və səs-küy kilometrlərlə məsafəyə yayılır. Bizi nəzərə almırlar, bəs şəhərə gələn qonaqları niyə fikirləşmirlər? Evimizdən köçüb hara gedək?”

Gəncə Şəhər İcra Hakimiyyətindən bildirilib ki, onlara bununla bağlı şikayət daxil olubsa, araşdırılacaq.
“Mən məlumatsızam, amma şikayət daxil olubsa, mütləq araşdırılır, yəqin ki, obyekt sahiblərinə xəbərdarlıq edilir”, – icra hakimiyyətinin xanım əməkdaşı bildirib.

Memar Səməd Quliyev isə söyləyib ki, təkcə Gəncədə deyil, Bakıda da səs çirklənməsi böyük problemə çevrilib:
“Səs böyük ekoloji təsirdir. Səs getdikcə, tədricən insan beynini korlayır. İnkişaf etmiş ölkələrdə bu məsələ mütləq nəzərə alınır. Bizdə də gecə saatlarında səs-küyün olmamasına dair sərəncam var, amma bu sərəncama baxan yoxdur”.
Ardını oxu...
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC (AzTV) -nin rəhbəri Rövşən Məmmədovla bağlı daha bir qalmaqallı xəbər yayılıb.

TEREF.AZ-ın məlumatına görə, editor.az-ın sözügedən ərazidə olan əməkdaşı xəbər verir ki, bundan əvvəl də avtomobilini qadağan olunmuş yerlərdə parkladığı üçün medianın gündəminə gələn AzTV sədri bu dəfə də maşını Göygöl Milli Parkında mülki şəxslərin girişi üçün qadağan olunan xidməti parklanma yerində saxlayıb. Əməkdaşımız hadisə yerindən bildirir ki, AzTV sədrinə məxsus olduğu ehtimal olunan “99 AA 400” dövlət nişanlı avtomobil xidməti avtomobillərin dayanması üçün nəzərdə tutulan parka daxil olmaq istəyərkən öncə Milli Parkın əməkdaşları tərəfindən qarşısı alınıb. AzTV sədrinə bildirilib ki, bu əraziyə mülki şəxslərin avtomobillərinin daxil olması qadağandır. Lakin sonradan qoruq əməkdaşları Rövşən Məmmədovun avtomobilinin həmin qadağan olunmuş ərazidə parklanmasına icazə veriblər. Bu fakt bir neçə kilometr yolu piyada gedən qoruq ziyarətçiləri tərəfindən narazılıqla qarşılanıb. Maraqlıdır, yüzlərlə Azərbaycan vətəndaşı bir neçə kilometr yolu qaydalara uyğun olaraq piyada getdiyi halda AzTV sədri qaydaları pozaraq mütləq öz şəxsi avtomobili ilə getməyi üstün tutub. Təqdim etdiyimiz fotolardan göründüyü kimi ərazidə yalnız Rövşən Məmmədova məxsus avtomobil görünməkdədir. Bu isə digər vətəndaşların haqlı etirazına səbəb olub. Narazılıq edən vətəndaşlar eyni zamanda bildiriblər ki, onların bu park yerinə daxil olması qadağan edilsə də AzTV rəhbərinə icazə verilməsi ciddi qanun pozuntusu olmaqla yanaşı, həm də vətəndaşlara hörmətsizlikdir .
Ardını oxu...
Ardını oxu...
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova saytımıza açıqlamasında bildirib ki, oteldə yalnız qonaq kimi qalan şəxslərin avtomobilinə sözügedən ərazidə parklanmasına icazə verilir. Mətbuat katibi fotoları ona göndərdikdən sonra araşdırma aparıb və saytımıza deyib ki, Rövşən Məmmədov otelin qonağı olub və oraya otel rəhbəri ilə görüş üçün gəlib.

Məsələ ilə bağlı “Goygol Lake Resort” MMC-nin direktoru Rəşad Veyisov isə saytımıza açıqlamasında qeyd edib ki, AzTV sədri Rövşən Məmmədovun avtomobilinin mülki avtomobillər üçün qadağan olunmuş park ərazində saxlanması xüsusi bir hadisə deyil. Onun sözlərinə görə, zaman-zaman müxtəlif şəxslərə, yaşlılara, qocalara, işgüzar görüşlərə gələn şəxslərə də maşınlarının xidməti avtomobillərin saxlanması üçün nəzərdə tutulan park yerində dayandırmağa icazə verilir:” Rövşən Məmmədov bir layihənin müzakirəsi ilə bağlı otel rəhbərliyi ilə görüşə gəldiyi üçün onun avtomobilinin Milli Parkın qadağan olunmuş ərazisində saxlanmasına icazə verilib. İşlə bağlı görüşlər olduqda parklanmaya icazə veririk. Bu gün çəkiliş üçün qonağımız olan Kəpəz TV-nin əməkdaşlarına da ETSN-dən icazə alınmaqla həmin ərazidə maşın saxlamağa icazə verilib”.

Rövşən Məmmədovun avtomobilinin qadağan olunmuş əraziyə buraxıldığı zaman xeyli sayda uşaq, yaşlı, qadın vətəndaşlarımız da ərazidə olub. Onların çoxsaylı xahişlərinə baxmayaraq heç birinin avtomobilinin gölün yaxınlığındakı qadağan olunmuş park yerinə buraxılmasına icazə verilməyib. Saytımızın əməkdaşı eyni zamanda, xatırladır ki, otel direktorunun dediklərindən fərqli olaraq Rövşən Məmmədov həmin əraziyə yaxın ətrafı və qohumları ilə qeyri-rəsmi şəkildə sadəcə şəkil çəkdirmək üçün gəlib.

Xatırladaq ki, Rövşən Məmmədov bundan əvvəldə avtomobilini qanunsuz ərazilərdə parklama xəbərləri ilə gündəmə gəlmişdi.
 
Ardını oxu...
Bir neçə gün əvvəl məlumat verərək bildirmişdik ki, 3 rayonun - Astara, Samux və Qusar rayonlarının rəhbərlərinin dəyişdirilməsi gözlənilir. Bununla bağlı DİA.AZ-a hökumətdəki mənbədən yeni informasiyalar daxil olub.

Xəbəri verən qaynaq iddia edir ki, sözügedən rayonların rəhbərlərinin adları dəyişdiriləcək RİH başçıları sırasında ilk yerdədir, amma siyahı onlarla məhdudlaşmır.

Mənbənin dia.az-a söylədikləri: "Təkcə icra başçıları yox, 40-a yaxın mühüm post tutan vəzifə sahiblərinə gələn il "əlvida" deyiləcək. Onların sırasında bir nazir də var. Proses tədrici xarakter daşıyacaq və ola bilsin ki, bəzilərilə bağlı sərt cəzalar verilsin.

Doğrudur, son zamanlar büdcədən pul oğurlayanlara qarşı hüququn sərt üzü nümayiş olunmur, yəni bəzi hallarda onlar dəyən zərəri ödəmələri səbəbindən hətta azadlığa da buraxılırlar. Amma onların sırasında elələri var ki, barələrində həbs qərarı mütləq şəkildə veriləcək".

Xatırladaq ki, bir neçə ay əvvəl "Yeni Müsavat" qəzetində Kənd Təsərrüfatı Naziri İnam Kərimovun görəvdən alınacağı iddia olundu. Qeyd edək ki, sonradan bu informasiyalar mətbuatdan sirli şəkildə qeybə çəkildi. Bunu xatırladan mötəbər mənbə dia.az-a açıqlamasında iddia edir ki, əslində İnam Kərimov o dönəmdə "vurulacaqdı":

"inam Kərimov o zaman təkcə mətbuatı yox, barəsindəki şübhələri də "təmizləyə" bildi. İnsi isə vəziyyət tamam fərqlidir. Ona əslində vaxt verilmişdi. Və görünür ki, İnam Kərimov verilən vaxtdan səmərəli istifadə edə bilməyib".

Əlavə bilgilərimiz olacaq bizi izləməkdə davam edin...
 

Dünyapress TV

Xəbər lenti