Ardını oxu...
Daha bir səs-küylü tender nəticəsi elan olunub.

Protez-Ortopedik İstehsalat Və Reabilitasiya Mərkəzi hazır-reabilitasiya vasitələri tenderinin nəticələrini açıqlayıb.

DİA.AZ xəbər verir ki, tenderin qalibi "Zaferoğlu İnşaat" MMC (VÖEN: 1001933371) seçilib.

Qalib şirkətə 1 036 020 manat ödəniləcək.

Qeyd edək ki, burada səs-küy yaradan səbəb nə tenderin məbləğidir, nə də mahiyyəti. Məsələ qalib gələn MMC ətrafnıdadır.

Belə ki, DİA.AZ olaraq internet üzərindən bu MMC ilə bağlı araşdırma apardıq və ortaya ilginc faktlar çıxdı.

Ardını oxu...
Yayılan məlumatlara görə, “Zaferoğlu İnşaat” şirkəti ölkəmizdə, Gürcüstanda, Türkiyədə, BƏƏ-də, Rusiyada və digər ölkələrdə təmir, tikinti, dizayn işləri ilə məşğuldur. Məlumatda qeyd olunur ki, “Zaferoğlu İnşaat” şirkəti paytaxt Bakıda yeni və köhnə mənzillərin təmiri işlərində ilk yeri tutan şirkətlərdən biridir. Şirkət hər il təkcə paytxat Bakıda bir neçə milyonluq iş həyata keçirir.
Məlumatda bildirilir ki, “Zaferoğlu İnşaat”ın rəhbərliyi görülən işlərin bir hissəsini sənədləşdirilmədən həyata keçirməklə vergidən yayınır. Belə ki, şirkət əsasən yeni binalarda evlərin təmir edilməsi işlərində maliyyə müqaviləsini bir neçə dəfə azaldaraq sənədləşdirir. Ancaq bir çox müqavilələr var ki, şirkət dəyəri yüzmin manatlarla ölçülən işlərə görə vergi vermir.
Mənbə yazır ki, “Zaferoğlu İnşaat”ın prezidenti Zəfər Məmmədov əlaqələrindən istifadə edərək vergi işçilərinə “hörmət” etməklə problemini çözür. Zəfər Məmmədov dəfələrlə yaxın ətrafındakı şəxslərə açıq-aşkar deyib ki, “vergidən narahat olmayın, hamı necə, bizdə o cür hesabımızı verib işimizi görürük”.
Göndərilən məlumatda qeyd olunur ki, bir neçə ay öncə paytaxt sakinlərindən biri şirkəti məhkəməyə verib. Hazırda həmin məhkəmə prosesi davam edir. Şirkət vətəndaşın evinin təmiri zamanı vergidən yayınıb. Son 6 ayda şirkətin paytaxtda həyata keçirtdiyi 50 yaxın təmir işinin çox hissəsi məhz Zəfər Məmmədov tərəfindən vergi orqanlarından gizlədilib.

Hər halda, reputasiyası bu şəkildə ZƏDƏLƏNMİŞ bir MMC-yə böyük həcmdə vəsaitin ayrılması kifayət qədər şübhəli görünür ki, bunu da aidiyyatı qurumların araşdırması vacibdir.

Qarşı tərəfi də dia.az olaraq dinləməyə hazırıq.
 
Ardını oxu...
 

Facebook sosial şəbəkəsində "müştərinin səsi" adlı qurupda sosial şəbəkə istifadəçisi Səxavət Nəsirov Neşve restoranında qarşılaşdığı xoşagəlməz mənzərə haqqında paylaşım edib.

 

"Azərbaycan  Reallığı" Sosial şəbəkə istifadəçisinin razılığı ilə sözü gedən paylaşımı təqdim edir:

"Neşve restoranına gedən və oranın xidmətindən narazı qalan xeyli adam olduğundan əminəm. Ailəvi olaraq getmişik, sifariş vermək istəyirik, deyir ancaq iftar menyusu sifariş verə bilərsiniz. Deyirəm mən əlavə sifariş etmək istəyirəm, sən necə ola bilər mənim sifariş haqqımı məhdudlaşdırasan?
Ardını oxu...
Bunu birtəhər qəbul etdim və dedim, yaxşı, iftar menyusu gətirin. İftar vaxtından 25 dəqiqə sonra iftar menyusu gətirdilər və çox səliqəsiz şəkildə. Taxta qabın üstündə guya məzələr qoyulub, onların da yağı dağılıb taxtanın üstünə. Menyuda salat və quzu qovurma yazılıb, inanın cəmi 1 qaşıq salatı qoyublar düyünün yanına, deyir salat bu qədər olur. Yeməklər çox keyfiyyətsiz, xidmət səviyyəsi isə olduqca aşağı. Bir daha ora getməyəcəyimə söz verdiyim məkanlardan oldu". 

"Azərbaycan Reallığı" adı çekilən qarşı tərəfin mövqeyin tanıyır.

AZƏRBAYCANREALLIĞI.COM   

 

XalqXeber.Az

Ardını oxu...
DİA.AZ: - "Kəndin adı Bostançıdır deyə... hər yeri BOSTANA DÖNMƏLİDİR?" DİA.AZ bildirir ki, bunu redaksiyamıza etdiyi müraciətlərində kənd sakinləri yazırlar.

Kəndə aid yolların bərbad durumda olduğunu bildirən narazı vətəndaşlar dia.az-a ünvanladıqları gileylərində bildirirlər:

"Anoloqsuz yollardan biri Xaçmaz rayonu, Bostançı kəndindədir...

Bu yolu quraqlıq vaxtı bir dəfə getsəniz, tek maşınınızın "peredok"u deyil, böyrək daşlarınız da töküləcək..."

Qeyd edək ki, sakinlər problemləri ilə bağlı fotoları da dia.az-a təqdim ediblər:

Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Botanika İnstitunun Herbari Fondu və kitabxanasının məhv olmaq üzrə olması ilə bağlı iddialar yayılıb.

DİA.AZ xəbər verir ki, bu barədə Herbari Fondunun elmi işçisi Şəhla Mirzəyeva feysbuk səhifəsində paylaşım edib.

O qeyd edir ki, hazırda təmir olunan institutda illərdir toplanan nümunələr məhv olmaq təhlükəsi ilə üzləşib: "Səsimizi duyurmaq üçün bizə kömək edin! Botanika İnstitutunun Herbari Fondu respublikanın bitki biomüxtəlifliyinin sənədləşdirildiyi yeganə mənbə və milli sərvətdir. Fondda yeni və hətta 100 illik yaşı olan bitki nümunələri qorunur. Bağda gedən təmir tikinti işləri ilə əlaqədar Botanika İnstitutunu köçürürlər və podratçı təşkilatlar 600 min nüsxəlik Herbari Fondunun lazımsız olduğunu bildirir və onun məhv edilməsini istəyirlər”.

Botanika İnsitutunun nəzdindəki kitabxananın müdiri Tükəz Sultanovanın sözlərinə görə isə bu işə məsuliyyətlə yanaşılmasa, Herbari Fondu ilə yanaşı kitabxananı da itirə bilərik: “Təkcə Herbari Fondu deyil, İnstitutun kitabxanası da təhlükədədir. Nəbatat bağında yerləşən kitabxana bağdakı quruculuq işləri ilə əlaqədar 2022-ci ildə bütün işçilərin köməyi ilə 5 ay müddətinə İnstitutun beşinci mərtəbəsinə köçürüldü. Kitabxanamız 1936-cı ildən fəaliyyət göstərir. Botanikanın bütün sahələrinə aid 20 000 zəngin ədəbiyyat, 500-dən çox dissertasiya işi, 6000-dən çox xarici ədəbiyyat saxlanılır. Müxtəlif adda elmi jurnal, qəzetlər, dövrü mətbuat alınır. İnstitutun binasından köçürülmə də kitabxanaya zərər verər. Bu işə məsuliyyətlə yanaşmaq lazımdır. Yoxsa həm Herbari Fondunu, həm də kitabxananı itirə bilərik”.

Problemlə əlaqədar Herbari şöbəsinin müdiri Pərvanə Qaraxani ilə əlaqə saxladıq. O, “Qafqazinfo”ya açıqlamasında bildirdi ki, Herbari Fondu Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən olduğu binadan çıxarılır: “Əvvəllər Nəbatat bağı Botanika İnstitutunun nəzdində idi. Sonradan onu ayırıb Bakı Şəhər İcra Hakimiyyətinin balansına verdilər. Hazırda həmin ərazidə Nəbatat bağı ilə yanaşı Botanika İnstitututnun təcrübə sahəsi, binası var. Həmçinin Herbari Fondu da burada yerləşir. İndi BŞİH Nəbatat bağında təmir işləri aparır. Ötən həftə bağda tikinti aparan podratçı təşkilatdan gəlib bildiriblər ki, buradan çıxmalıyıq. Deyirlər ki, binamızı sökürlər. Əslində təmir deyirlər, bu, təmir deyil. Bizi buradan necə çıxara bilərlər?! Bunun üçün əllərində Nazirlər Kabinetinin qərarı olmalıdır”.
Məsələ ilə bağlı bir sıra aidiyyəti dövlət orqanlarına müraciət etdiklərini deyən P. Qaraxani əlavə edib ki, Fond indiyə qədər dövlət əhəmiyyətli işlər görüb: “Təkcə bu faktı deyə bilərik ki, Qarabağda hazırda ermənilərin məhv etdiyi nümunələr burada toplanıb. Əgər bu fond məhv olsa, biz ermənilərin bitki fondunu məhv etdiyini sübut edə bilmərik”.
Ardını oxu...
1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi, Əməkdar həkim Ağahəsən Rəsulov vəzifəsindən azad olunub.

Səhiyyə Nazirliyindən “Qafqazinfo”ya bildirilib ki, Ağahəsən Rəsulovun yaş həddi ilə əlaqədar əmək müqaviləsinə xitam verilib.

Məsələ ilə bağlı A. Rəsulovla əlaqə saxladıq. O, işdən azad olunması ilə bağlı xəbərə “Mən heç nə deyə bilmərəm, bu barədə Səhiyyə Nazirliyindən soruşun” -deyə reaksiya verib.

Xatırladaq ki, A. Rəsulov ötən gün bir müddət əvvəl xəstəxanaya yerləşdirilən yeniyetmə M.H. ilə bağlı açıqlama vermişdi və onun ruhi xəstə olmadığını, onu “dəlixana”ya salmağın düzgün olmadığını bildirmişdi. Həmçinin həkim xəstəxananın yeniyetməni geri qaytarmaq istədiyini, lakin 3 saylı uşaq evinin müdriyyətinin onu qəbul etmədiyini açıqlamışdı.

A. Rəsulov 2008-ci ildən 1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi olub.

Qeyd edək ki, bu barədə ilk məlumatı bakıvaxtı.az yayıb.

Gülnar Əliyeva
Ardını oxu...
Bitki yağlarının istehsalı və satışı ilə məşğul olan Biola MMC istehlakçıların hüquqlarını pozduğu iddia edilir.

Bu barədə Qlobal.az-a verilən məlumatda deyilir.

Məlumata deyilir ki, ölkədə müxtəlif çeşidli bitki yağları, kosmetik yağlar və vasitələr istehsal edən Biola MMC İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanununun bir sıra müddəalarını kobud formada pozur.

Şirkətin istehsal etdiyi bitki yağları, kosmetik yağlar və vasitələr barəsində istehlakçılara məlumat verilmir.

Bu preparatların qutularında məlumat vərəqi yoxdur. Vətəndaşlar aldıqları məhsulların tərkibi və istifadəsi barədə məlumat əldə edə bilmirlər.

Digər məqam isə Biola MMC-in istehsal atdiyi bitki yağları, kosmetik yağların qutularının üzərində qeyd edilən şirkətin əlaqə nömrələri çalışmır. Bu nömrələrə zəng çatmır. Şirkətdən hər hansı məlumat əldə etmək mümkün deyil.

Qlobal.az saytı məsələ ilə əlaqədar şirkətin istehsal etdiyi məhsulların qutularının üzərində və şirkətin saytında qeyd edilən 012- 408 03 32 nömrəsi çalışmadığına görə zəng edə bilmədik.

Elektron ünvanlarına ünvanladığımız sualları isə şirkət belə cavablandırdı:

"Biola MMC lisenziya əsasında fəaliyyət göstərir. Qutuların üzərində qeyd edilən telefon nömrələrinin çalışmamasına səbəb isə "Katel" şirkətinin fəaliyyətini dayandırdırmasıdır".

Şirkətin növbəti istehsalında məhsulların qutularının üzərinə yeni nömrələrin yazılacağı deyildi.

Biola MMC istehsal etdiyi məhsullarda məlumat vərəqələrinin olmamasını isə bu qutuların yan tərəfində məhsul barədə məlumatın olması ilə əlaqələndirdi.

Biola MMC-nin istehsal etdiyi məhsulun qutusunun fotoları:
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 

Ardını oxu...
 
\

Bura Bakının Pirşağı qəsəbəsidir. Qəsəbənin mərkəzində 2017-ci ildən başlayan “Çirkab su təmizləyici” qurğusunun tikintisi davam edir. Bu layihə Bakı ətrafındakı 11 qəsəbənin çirkab sularının təmizlənməsi və həmin suların Xəzər dənizinə axıdılması məqsədilə hazırlanır.

 

Layihənin ümumi dəyəri 72 milyon dollardır. Bunun 60 faizi xarici kredit, 40 faizi isə dövlət büdcəsindəndir.

Qurğudan söz düşmüşkən, bu yaxınlarda Hesablama Palatası layihə üzrə aparılmış auditin nəticələrini açıqlayıb. Layihədə vəsait itkisindən, israfçılıqdan söhbət gedir.

Pirşağı küçələrini gəzdikcə yerdə gölməçələr şəklində yığılmış çirkab suları görmək olur. Qəsəbə sakinləri deyir, sözügedən qurğudan xəbərdardılar. Amma hələki bir faydasını görməyiblər.

Toplum TV

 

XalqXeber.Az
Ardını oxu...
Britaniyanın BBC Yayım Korporasiyası və “Evening Standard” qəzeti çirkli pulların yuyulmasında ittiham olunan “çox uğurlu, beynəlxalq səviyyəli yüksək profilli azərbaycanlı iş adamı”na qarşı məhkəmədə qalib gəlib.

TEREF.AZ xəbər verir ki, bu barədə “Haqqın.az” saytı məlumat yayıb. Məhkəmə bu şəxsin adının açıqlanmamasına qərar verib, lakin BBC və “Evening Standard” bunu qəbul etməyib və London Ali Məhkəməsində iddia qaldırıb. Ali Məhkəmə iddianı təmin edib və iş adamının adının Böyük Britaniyanın Milli Cinayət Agentliyi tərəfindən açıqlanmasına qərar verib. Lakin iş adamının apellyasiya şikayəti vermək hüququ olduğu üçün hökm dərhal icra olunmayacaq.

Sözügedən iş adamının Azərbaycan Milli Məclisinin deputatı Cavanşir Feyziyevlə bağlı olduğu bildirilir. Sonuncu, xatırlayırıq ki, Londonda çirkli pulların yuyulmasında təqsirli bilinib və Milli Cinayət Agentliyinin qaldırdığı iddianı geri götürmək üçün 5,7 milyon funt sterlinq ödəməyə razılaşıb.

2022-ci ilin yanvarında London məhkəməsi Feyziyevin həyat yoldaşı Pərvanə, oğlu Orxan və qohumu Elman Cavanşirə qarşı hökm çıxarıb.

“Hələlik bir şey məlumdur - bu “vacib iş adamı” Cavanşir Feyziyevlə bağlıdır”, -“Haqqın.az” yazıb

Hökmə əsasən, çirkli pulların yuyulması sxemi ilə bu şəxslərin Böyük Britaniyadakı bank hesablarına Azərbaycandan 15 milyon funt sterlinq köçürülüb. Bu pulun 5,7 milyon funt-sterlinqi müsadirə edilib. Qalanı isə sahiblərinə qaytarılıb.

Yeni məhkəmə istintaqında adı hallanan tanınmış azərbaycanlı iş adamı Feyziyevlərin işi üzrə təqsirləndirilənlər sırasında olmasa da, ailə ilə müəyyən əlaqələrə malikdir.

Azərbaycanlı iş adamı özü iddia edir ki, kimliyi üzə çıxarsa, “onun imicinə və işgüzar nüfuzuna böyük və sarsıdıcı zərbə vurulacaq”. Onu məhkəmədə lord Pannik və Britaniyanın ən bahalı iki vəkili müdafiə edir - onların arasında Vəkillər Kollegiyasının keçmiş prezidenti Desmond Braun da var.

BBC-ni təmsil edən Jude Bunting keçən il Ali Məhkəməyə bildirib ki, hesabata qoyulan hər hansı məhdudiyyət ciddi şəkildə zəruri, aydın və inandırıcı sübutlarla əsaslandırılmalıdır. “Bu iş böyük ictimai maraq doğuran mövzuya toxunur. Araşdırma jurnalistikasına və məhkəmənin reportajlarına əsaslanan məhkəmə prosesi ictimaiyyətin mövzunu dərk etməsinə mühüm töhfə verəcək”.

İş adamı özü iddia edirdi ki, o, sadəcə, baxılan işdə “ikinci dərəcəli” fiqurdur. Lakin sonradan hakim onu “vacib şəxs” kimi tanıyıb.
Ardını oxu...
Bakıda keçirilən "FORMULA-1" idman yarışlarında könüllü işləyən gənclərin hamısını bura işarələyin! Nazir oğlu onları pulsuz işlədib özü isə Monakoda milyonlarla qiyməti olan yaxta-gəmilər alıb...

Mərhum Gənclər və İdman naziri Azad Rəhimovun oğlu Arif Rəhimov xalqı necə aldadır? “Formula-1” prezdenti Arif Rəhimovun milyonlarla dəyəri olan yaxta-gəmilərini tapmışıq. Həmin yaxtaları çəkib sizlərə təqdim edirik

Dünyapress TV

Xəbər lenti