Ardını oxu...
“Veysəloğlu” şirkətlər qrupuna daxil olan “OBA” marketdən yumurta alan müştərinin bəxti gətirməyib. Daha doğrusu, market ona hamısı lax olan yumurtalar sırıyıb. Reportyor.info xəbər verir ki, müştəri bu haqda video paylaşım edib. Məlum olur ki, “Oba” marketdən aldığı bütün yumurtalar lax, xarab çıxıb. O, bir-bir yumurtaları qıraraq sübut olaraq göstərir ki, bütün yumurtalar zay çıxır. Görünür, həm istehsalçı şirkət, həm market vətəndaşları ələ salıb. İnsanlar pul verib yumurta alır, evə gələndə “kinder sürpriz”lə qarşılaşır.

Reportyor.info

 
 
 
Ardını oxu...
Ötən ilin oktyabrında Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda intihar etdiyi bildirilən 1986-cı il təvəllüdlü Orxan Həsənovun ailəsi onun ölüm işinin obyektiv araşdırılmadığından şikayətçidir.
DİA.AZ bildirir ki, bu barədə onun atası Fazil Həsənov Yeniavaz.com-a müraciətində bildirib.
F.Həsənovun sözlərinə görə, oğlu “Naxçıvanbank”ın Şərur filialında baş xəzinədar işləyib. Orxan 2021-ci ilin oktyabr ayının 12-də səhər işə gedib və günorta saat 15 radələrində işlədiyi bankı tərk edib. Bundan sonra ondan xəbər almaq mümkün olmayıb:
“Təhlükəsizlik xidmətinin Şərur şöbəsindən kiçik oğluma deyiblər ki, Orxan Türkiyəyə keçib, daha sonra onun Bakıya getdiyini, bir qədər sonra isə maşınının Şərurda Gümüşdağ istiqamətində təkərinin buraxdığını bildiriblər. Həmin gecə dağların arasında, heç kimin yaşamadığı ərazidə oğlumun asılmış meyiti tapıldı”.
Həsənovlar ailəsi Orxanın intiharına inanmadıqlarınını və Şərur Rayon Prokurorluğunun hadisəni düzgün araşdırmadığını düşünür. Mərhumun valideynlərinin sözlərinə görə, bankda xeyli pul yeyintisi olub və bunu Orxanın üstünə atıblar. Daha sonra izi itirmək üçün onu öldürüb, intihar hadisəsi kimi qələmə veriblər:
“Biz nə desək də, sözümüzə fikir verən olmadı, bildikləri kimi istintaq apardılar, biz bu istintaqdan narazıyıq. Xahiş edirəm, övladımın qanı batırılmasın, ölüm səbəbi üzə çıxsın, mənim övladımı məhv elədilər, öz haqqını, bizim haqqımızı tələb etdiyinə görə övladımı yox etdilər. Bizimlə maraqlanan yoxdur, bu hadisədən sonra kiçik övladım da işini itirdi. Xahiş edirəm, bizə köməklik göstərilsin”.
Mərhumun anası Raziyə Həsənova saytımıza açıqlamasında iddia edib ki, ailəni qorxutmaq üçün müəyyən vasitələrə əl atılıb: “Şərur Rayon Prokurorluqdan dedilər ki, bu oğlunu itirmisən. Ağzını açıb danışsan, balaca oğlun Allahverdini də itirərsən. Get, o biri oğlundan muğayat ol”.

 
Ardını oxu...
“Azərbaycan Müdafiə Nazirliyinin Quru Qoşunlarında baş gizirə ögey münasibət göstərilib”
TEREF.AZ bildirir ki, bu haqda Dünyanınsəsi.Az saytına Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Şuşanın və Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilmiş baş gizir Musahib İmanov tərəfindən şikayət daxil olub.
Şikayətçi qeyd edir ki, 2004-ci ildən 2022-ci il tarixə kimi heç bir intizam cəzası olmadan vətənə layiqli xidmət keçib.Buna baxmayarq Quru Qoşunların komandanı general-leytenant Ənvər Əfəndiyev bu il onunla yenidən 5 il müddətinə müqavilə bağlamaqdan imtina edib.Səbəb olarq göstərilib ki, sizin yaşınız 35-i keçdiyindən döyüş qurupuna uyğun gəlmirsiniz.Ştat üzrə tağım komandirinin müavini olan Musahib İmanov isə tələb edib ki,” tağım komandiri, təminata baş çavuş və bölüyün baş texniki” vəzifələri boşdur.Həmin vəzifələrdən biri ona verilsin.Məhz bu tələbdən sonra kadrlar rəisi ona vəzifə verilməyəcəyini bildirərək baş gizirə təxris edilmə haqqında raport da yazdırıb.Yuxarıda səsləndirlən problemlərlə bağlı baş gizir həm Quru qoşunlarının komandanlığına eləcə də müdafiə nazirlyinə müraciətlər etsədə heç bir rəsmi tədbir görülmədiyini qeyd edir.
Beynəlxalq Bankda şikayətçiyə hesab nömrəsi açdırıblar ki, təxris edilmə ilə bağlı sizə paltar pulu və digər göçürülmələr ediləcək.Nədənsə “N” saylı hərbi hissə 6№-li formanı vermir ki, köç pulu və digər köçürülmələr baş tutsun.
Şikayətçi mətbuat vasitəsi ilə Müdafiə Nazirliyindən eləcə də Prezidentdən ona köməkdarlıq edilməsini xahiş edir.
Redaksiya olaraq inaırıq ki, 2-ci Vətən savaşında 4 azyaşlı övladını və xəstə anasını Allahın ümidinə buraxıb silaha sarılmış bu gizirimizin səsinə lazımı dövlət orqanları səs verəcəkdir.
Səsləndirilən iddialarla bağlı qarşı tərəfin də mövqeyini dərc edə bilərik.

Baş gizirin Prezidentə ünvanlanmış video-şikayətini təqdim edirik:

 
Ardını oxu...
Türkiyəli iş adamı Ali Serdar Oba Türkiyənin Naxçıvandakı konsulluğu vasitəsilə Vasif Talıbovu DTX-na şikayət edib.

Ovqat.com-un məlumatına görə, şikayət məktubunda Naxçıvan MR Ali Məclisinin sədri 5 xüsusda günahlandırılır:


TÜRKİYE CUMHURİYETİ NAHÇİVAN BAŞ KONSOLOSLUĞU MAKAMI araciliği ile NAHÇIVAN DEVLET TEHLIKESIZLIK HİZMETİNE


2007 Yilindan beri Oba group M.M.C. adina faaliyet gösteren şirketimiz adina üretim , ticeret , turizm alaninda faaliyet göstermekte idi.

Ancak 2015 yilinda bütün mal varlığımıza ve yatırımlarımız Vasif Talıbov un talimati ile elimizden alinanlar

1. Ordubat paragaçay maden ocaği. 5 yil 2000 metre derinlikte çaliştik. Masrafim 2.048.000 dolar.

2. Serur gümüşlüde arpacay balikcilik. Senelik 1000 ton kapasiteli balik çiftliği kurdum elimizden aldilar. Masrafim 413.000 dolar.

3. Metro turizm ile 2015 ila 2020 yillari icin 5 yillik sistem kurdum. Elimizden zorla aldilar. 105.000 dolar.

4. Plastik atiklardan hortum üretim tesisi . Zorla elimizden alindi. Mahkeme yolu ile makinalarimizi geri aldik ancak fabrikada üretilmiş 91.600 dolar değerindeki malimizi gasp edip sattiklari için paramizi alamadik ve sermayemizi alamadiğimiz için ve deport olmam sebebi ile hal hazirda 6 senedir makinelerimizi çaliştiramiyoruz. Bu işten zararim 300.000 dolar.

5. Hakkimi aradigim için türlü bahanelerle deport 5 yıl edildim ailemden çocuklarimdan zorla ayrilmaya mecbur edildim.

6. Bu haksizliklar yüzünden yuvam yıkıldı.3 tane ergenlik yaşindan küçük evlatlarim babasiz kaldi.

7. Mahkemeler bana Vasif Talıbovu dolayli olarak şikayet ettiğim için düşman muamelesi yaptilar. Hakkimi aramak için mahkemeye geliş gidişlerimde beni mahkum arabasi ile getirip götürdüler. Şahsiyetimi alçatlmak icin her kötülüğü yaptilar.
8. Vasif Talibovun cinayetlerini mahkemede ispat ettiğim için 18.03.2020 tarihinde Nahcivan polis şubeside polis reisi Mirze Celilov önderliğinde beni öldürmek istediler.

Nahcivan daki devlet kurumlarinda çalışan memurlara ve mahkemelere güvenim yoktur. Bu sebeple Baku den gelen DTX devlet tehlikesizlik hizmetine konsolosluk aracılığı ile muracaat ederek bana karşi tapilan halsizliklarin ve benden gasp edilen haklarimin yaklaşik 3.000.000 üç milyon dolarin harcadim. Eğer haklarim zorla gasp edilmeseydi en kötü şartlarda 10.000.000 on milyon dolarlik ek gelirim olacakti. 15 senedir bütün kurduğumuz iş yerleri Vasif Talibov talimati ile gasp edildi.
Iddialarimi ispat edecek her türlü bilgi ve belge mevcuttur.

Vasif Talibovun bana verdiği zararlarin araştirilmasini ve bana verilen ziyanin geri ödenmesi için gerekli işlemlerin yapilmasini rica ederim.

Ali Serdar Oba . 05. 12. 2022
 
 
 
Ardını oxu...
Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinin sədri Aslan Aslanov vəzifəsindən azad olunduqdan sonra qurumda "təmizləmələrə" başlanılıb. Belə ki, ötən həftə ərzində AZƏRTAC-ın 20-yə yaxın işçisi tutduqları vəzifələrdən azad edilib.

Bu barədə "AzPolitika.info"-ya məlumatlı mənbə xəbər verib.

İşdən kənarlaşdırılanların agentliyin keçmiş sədri Aslan Aslanovun yaxın qohumları, dostları olduğu bildirilir.

Aparılmış yoxlamalar nəticəsində həmin işçilərin bəzilərinin iş bacarığının çox aşağı olduğu, bəzilərinin isə keçmiş sədrin şəxsi işlərinə baxdıqları müəyyən olunub. Onların yoxlamalardan sonra öz ərizələri ilə işdən çıxdığı qeyd olunur.

Mənbənin sözlərinə görə, “təmizlik işləri”nin davam edəcəyi gözlənilir. Belə ki, yaxın zamanda AZƏRTAC-ın xarici ölkələrdəki müxbirlərinin fəaliyyəti də yenidən dəyərləndiriləcək.

Xatırladaq ki, ötən ay Prezident İlham Əliyevin sərəncamı ilə Aslan Aslanov AZƏRTAC-ın İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.
 
Ardını oxu...
Teref.az olaraq bəzi marketlərdə erməni dilində markirovka olunmuş malların satıldığını qeyd etmişdik.
Sosial şəbəkələrdə UMİD partiyasının funksioneri Tamilla Qulami aşağıda oxuculara təqdim etdiyimiz postu yazaraq sual edir: "Sanki inadına üstünə basa-basa erməni hərfləri ilə yazılmış məhsul..Axı niyə də, niyə?"
Teref.az olaraq qeyd etmək istəyirik ki, Tamilla xanımın özü şəhid qızıdır!!!
"Tamilla Qulami
2 ч. ·
Azərbaycan, Bakı, Neptun market...
Sanki inadına üstünə basa-basa erməni hərfləri ilə yazılmış məhsul... "Sloboda" deyib, keçməyək... Bəlkə də diqqət edilmir. Amma edilməli!
Axı niyə də, niyə?"
Teref.az olaraq Neptun marketin mövqeyini dərc etməyə hazırıq!
Teref.az
Ardını oxu...
 
 
 

Dünyapress TV

Xəbər lenti