Ardını oxu...
Azərbaycanın tanınmış iş adamı, «Günay Bank» və «Günay Sığorta»nın əsas sahibi olan Mahmud Məmmədov, həm də rəhbəri olduğu «Günay Sığorta» şirkətindən 350 min manat borc götürüb.

DİA.AZ FED.az-a istinadla xəbər verir ki, «Günay Sığorta»nın Direktorlar Şurasının sədri olan M.Məmmədov 2022-ci il ərzində şirkətdən 3 dəfə borc götürüb, bunlar 100 min, 120 min və 130 min manatlıq tranşlarla verilib.

Bundan başqa, ötən il şirkət Mahmud Məmmədovun uzun illərdir istifadə etmədiyi əmək məzuniyyətlərinə görə də ona kompensasiya ödəyib.

Şirkətin hesabatından məlum olur ki, indiyədək Mahmud Məmmədov «Günay Sığorta»da məzuniyyətsiz işləyib və bu il həmin müddətlərin hamısına görə kompensasiya almaq qərarına gəlib. Ümumilikdə şirkətin rəhbəri 2016-2022-ci illər ərzində istifadə etmədiyi məzuniyyətə görə 216 günlük məzuniyyətə görə kompensasiya alıb.
Ardını oxu...
Sədərək gömrüyündə 5600 manat “köhnəlik və gecikmə rüsumu” tələb olunur
“Sədərək gömrük-buraxılış məntəqəsində maşınımı saxlayıb müsadirə ediblər. Səbəbini isə müxtəlif amillərlə əsaslandırırlar. Gah onun köhnə olduğunu, gah Türkiyədə çox qaldığımı əsas gətirir, gah da maşını Naxçıvana keçirmək üçün məndən 5600 manat “rüsum” istəyirlər”.
Redaksiyamıza məktub göndərən Eldəniz Mehdiyev adlı Naxçıvan sakini bildirib.
Onun iddiasına görə, 1990-cı il istehsalı olan maşınını təmir etdirmək üçün Türkiyəyə aparıb. Təmir uzun sürdüyündən yubanıb, vaxtında geri qayıda bilməyib.
Məktubun ən diqqətçəkən tərəfi vətəndaşdan istənilən “rüsum” və onun miqdarıdır. Sual oluna bilər: əgər Naxçıvana gətirilməsi düşünülən maşın köhnədir və qanunla sərhəddən keçirilməsi qadağandırsa, onda vətəndaşdan niyə 5600 manat “rüsum” istənilir?
İkinci sual: Qarabağ əlili olduğunu bildirən vətəndaşdan hansı maşına görə bu qədər “rüsum” tələb olunur?
Gəlin, vətəndaşın bizə göndərdiyi videonu izləyərək bu suala cavab axtaraq. Sizcə, bu maşın bazara çıxarılsa, Naxçıvan gömrükçülərinin tələb etdiyi “köhnəlik rüsum”una satıla bilərmi?
Video ilə bərabər paylaşdığımız şəkildə 5600 manat “köhnəlik və gecikmə rüsumu” tələb edilən maşının təmirdən əvvəlki halı əks olunub.
Heydər Oğuz

 
Ardını oxu...
Elm və Təhsil Nazirliyi valideynlərə çağırış edib: “Bağçada pul istəsələr, məlumat verin”“Uşaq bağçalarında valideynlərdən pul tələb edilməsi halları olarsa, aidiyyəti üzrə müraciət edilməsi xahiş olunur. Çünki bu kimi faktlarla qarşılaşdıqda ona dərhal reaksiya veririk”.

“Report”un xəbərinə görə, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev deyib.

O bildirib ki, bu kimi hallarla bağlı nazirliyə müraciətlər olur və məsələ operativ şəkildə araşdırılır.
Ardını oxu...
Tərtər rayonunun Səhləbat kəndinin bir qrup sakini istifadə etmədikləri mavi yanacağa görə əlavə borcun yazıldığını iddia ediblər.

Onların sözlərinə görə, bununla bağlı “Azəriqaz” İB tərəfindən həmin abonentlərə bildiriş də göndərilib.

“Bütün abonentlərə əlavə borc yazılıb. Hər evə yazılan məbləği toplasaq 5-6 min manatdan artıq pul edir”, - deyə sakinlər qeyd ediblər.
Daha ətraflı Baku TV-nin süjetində:

 
Ardını oxu...
Lənkəran Şəhər İcra Hakimiyyəti “All The Trifles” MMC ilə satınalma müqaviləsi imzalayıb.
Qaynarinfo xəbər verir ki, müqavilənin maliyyə dəyəri 266.742,54 AZN təşkil edir.
Qurum bu məbləğə şirkətdən müxtəlif növ mallar alacaq. Müsabiqənin şərtlərindən məlum olur ki, İcra Hakimiyyətinin alacağı mallar aşağıdakılardır:
Mişar daşı (10 230 ədəd)
Sement 350m (200 ton)
Şifer (8400 ədəd)
Fanerka -1,5*1,5 1sm (200 ədəd)
Taxta çatı ayaqı – 150*50 mm (68m(3)
Taxta dirək -100*50 mm (50m(3)
Taxta reyka – 40*50 mm (50m(3)
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, “All The Trifles” MMC 30 yanvar 2023-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 200 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Qaradağ rayonu, Qobustan qəsəbəsi, Aşağı Puta, ev 1-də yerləşir. MMC-nin qanuni təmsilçisi Babayev Arif Aydın oğludur.
“All The Trifles” MMC və Arif Babayev haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur. Bu da şirkətin əsasən “tender əməliyyatları” üçün yaradıldığını deməyə əsas verir.
Lənkəran Şəhər İcra Hakimiyyəti bu tenderlər qanunvericiliyi də pozub. “Dövlət satınalmaları haqqında” Qanunda qeyd edilir ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlığının olması vacibdir. “All The Trifles” şirkəti isə 2 aydır fəaliyyət göstərir və bu kriteriyalara cavab verəcəyi inandırıcı görünmür. Əgər şirkətin adicə veb-səhifəsi yoxdursa – indiki şərtlər daxilində bu ən vacib məsələlərdən biridir – onun maddi-texniki bazasının hansı səviyyədə olduğunu təsəvvür etmək çətin deyil.
Yeri gəlmişkən, mediada Lənkəran Şəhər İcra Hakimiyyətinin keçirdiyi tenderlərin qeyri-şəffaflığı və qanun pozuntuları ilə müşayiət olunması barədə xeyli sayda materiala rast gəlinir.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovdur. O, 2012-ci ildən bu vəzifədədir. Taleh Qaraşov ən çox tənqidə məruz qalan icra başçılarındandır.
Ardını oxu...
Sumqayıt bulvarında kənd təsərrüfatı məhsulları əkilir.

Baku TV bununla bağlı çəkiliş edib. Məlum olub ki, bulvarın bitdiyi hissədə əkin işləri aparılır.
Sakinlərin istirahəti üçün nəzərdə tutulan bulvar ərazisinə məişət tullantıları da atılır. Bu da ətrafda pis qoxunun yayılmasına səbəb olur.

Ətraflı süjetdə:

 
Ardını oxu...
"2022-ci ilin noyabrın 21-də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC "Suryapı AZ" MMC və "Sur Yapı Endüstri Sanayi və Ticarət Anonim şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi" ilə "Yengicə su anbarının tikintisi"nə dair müqavilə imzalandı".

Arqument.az xəbər verir ki, bunu iqtisadçı Toğrul Maşallı bildirib.

O qeyd edib ki, müqavilənin dəyəri 53 milyon 997 min 131,1 AZN təşkil edib: "Müqavilənin bitmə tarixi isə 2025-ci ilin 30 iyunu göstərilib".

2023-cü ilin aprelin 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Yengicə su anbarının tikintisi haqqında" sərəncam imzalayıb.

Sərəncama əsasən, Qəbələ rayonunda Yengicə su anbarının tikilməsi qərara alınıb.

Dövlət Su Ehtiyatları Agentliyinə Yengicə su anbarının tikintisi ilə bağlı müvafiq tədbirlər görülməsini təmin edilməsi tapşırığı verilib.

"Sual: o zaman 2022-ci ilin noyabrın 21-də imzalanmış müqavilə nə idi?", - deyə ekspert bildirib.
Ardını oxu...
Bir neçə gün öncə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ölkədə istehsal edilən kolbasa və sosiska məmulatlarının tərkibinin yoxlanılmasına qərar verib. Məlum olub ki, ölkədə “halal” adı ilə insanlara donuz əti yedirən, “mal əti” adı altında toyuq və yaxud tərkibində ət olmayan kolbasa və sosiskaları yedirən işbazlar var. Onlar haqqında ölçü götürüləcək bəlkə də, bəlkə də yox...
...Yenə də dəyişməyən bir reallıq var. İslam dininə iman gətirib, ömrünü halal ilə keçirmiş insanlar var ki, bu işbazların sayəsində donuz ətinin də dadına baxıb.

Düzdür, din qaydalarına görə, bilməyərəkdən yeyilən haram qidalar üçün insan məsuliyyət daşımır. Çünki gözünlə məhsulun üzərində böyük-böyük yazılmış “halal” sözünü görürsən. Kolbasa və ya sosiskanın tərkibini müəyyən edə biləcək xüsusi güc isə hələ insana bəxş edilməyib.

Bu da bir kənara... Bəs, tərkibində ət var deyə istehlakçını aldadan, sözün əsl mənasında haram yeyənlərə nə deyəsən? Haramın olsunmu? Bilmirəm, bircə onu bilirəm ki, ölkədə ən çirkli bazarlardan biri də kolbasa və sosiska məmulatları bazarıdır. Mağazalarda bəh-bəhlə satılan, bəzən baha olduğu üçün bəzi insanların həsrətlə baxdığı bu məhsulların sən demə sadəcə görüntüsü varmış...

TEREF.AZ-ın məlumatına görə, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, kolbasa, sosiska bazarı, bazarın çox çirklənmiş bir hissəsidir. Ekspertin fikrincə, ölkədə normal kolbasa və sosiska istehsal edən müəssisəsələr də mövcuddur.

O, hesab edir ki, xaricdən gətirilən kolbasa, sosiska məmulatlarında çox böyük problemlər var. Belə ki, tərkibində ət olmayan kolbasa və sosiska məmulatları Rusiyadan və digər ölkələrdən Azərbaycana gətirilir. Yerli istehsalçılar isə mal əti əvəzinə camış ətindən istifadə edirlər.

“AQTA yoxlamaları zamanı kolbasalarda mal əti müəyyən edə bilməyib. Amma bu kolbasaların tərkibində camış əti var və bu da normal ətdir”,- deyən Eyyub Hüseynovun sözlərinə görə, istehsalçı müəssisələr kolbasaların üzərində tərkibi haqqında məlumat yerləşdirərkən camış əti olduğunu qeyd etməlidir. Ekspert bildirib ki, mal əti və camış əti eyni sinifdən olduğu üçün üzərinə mal əti yazılır.

P.S. Hər nə olursa olsun, istehlakçını bu şəkildə aldatmaq həm də qanun pozuntusudur.

Xatırlayırsınızsa, leş alveri ilə məşğul olan bir neçə işbaz var idi. Onlardan ən məşhurlarından biri “leş Tofiq” idi. Amma nə oldu? Bir müddət sonra azadlığa buraxıldı.

Yəni, ölkədə qida sektoruna ciddi nəzarət olunmalı və insanların sağlamlığına, qidasına haram və keyfiyyətsiz məhsullar qatanlar cərimələrlə, qısa müddətli islah işləri və yaxud qısa müddətli azadlıqdan məhrumetmə cəzaları ilə cəzalandırılmamalıdır. Çünki cəzasızlıq yeni cinayətlərin yolunu açır.
Bizimyol.info
 
Ardını oxu...
Hesablama Palatası 2022-ci il üzrə İş planına uyğun olaraq Gəncə Şəhər İcra Hakimiyyətinə ayrılan dövlət investisiyaları üzrə uyğunluq auditi aparıb.

DİA.AZ Modern.az-a istinadla xəbər verir ki, auditlə “Gəncə Dövlət Dram Teatrının 500 yerlik yeni binasının inşası” layihəsi (2014-2022-ci illər) və bu layihəyə istifadə edilən 42434,2 min manat vəsait əhatə olunub.

Audit nəticəsində müəyyən edilib ki, “Gəncə Dövlət Dram Teatrının 500 yerlik yeni binasının inşası” layihəsinə yönəldilən 44538,0 min manat məbləğində vəsaitlərdən istifadənin auditi nəticəsində 42434,2 min manat məbləğində vəsaitdən istifadə edildiyi müəyyən olunub, qənaət edilmiş 2103,8 min manat məbləğində vəsait hesabına əlavə olaraq teatr binasında ilkin layihədə nəzərdə tutulmayan, lakin müasir tələblərə uyğun olan qonaq otaqları və iaşə sahələri yaradılaraq tam təchiz olunmuş, obyektin ətraf ərazilərində abadlıq işləri yerinə yetirilib, habelə binada teatr muzeyekspozisiyası yaradılaraq eksponatlarla təmin edilib. Gəncə Dövlət Dram Teatrının yeni 500 yerlik binasının inşası obyekti üzrə dövlət investisiya layihələrinin əsaslandırılması, ilkin strukturunu və qiymətləndirilməsini özündə əks etdirən investisiya təklifi tam tərtib olunmamış, qüvvədə olan normativ hüquqi aktlara uyğun hazırlanmış və təsdiq edilmiş layihə-smeta sənədləri, texniki-iqtisadi hesablamalar Dövlət İnvestisiya Proqramına daxil edilməsi üçün müvafiq icra hakimiyyəti orqanına təqdim edilməyib, obyekt üzrə hazırlanmış "Layihə tapşırığına" bir neçə dəfə dəyişiklər edildiyindən layihə-smeta sənədlərinin hazırlanmasına 197,0 min manat və yenidən ekspertizadan keçirilməsinə 26,0 min manat olmaqla, ümumilikdə 223,0 min manat xərc edilib, işlərin satın alınması məqsədilə podratçı təşkilatla 2 halda (2015-ci və 2018-ci illərdə) bağlanmış satınalma müqavilələrin şərtlərini dəqiqləşdirən sənəd olan xüsusi və texniki şərtlər tərtib edilməyib.

Obyekt üzrə tərtib edilmiş smeta sənədlərində tikinti materiallarının fiziki göstəricilərinin mövcud normativlərdən fərqli tətbiq edilməsi nəticəsində 130,0 min manat məbləğində kənarlaşmaya yol verilmiş, smeta sənədlərində göstərilən iş həcmlərinin "Yerinə yetirilmiş işlərin qəbulu Akt"larına daxil edilərkən düzgün hesablamaların aparılmaması (hesab səhvi) səbəbindən podratçıya 33,3 min manat artıq vəsait ödənilib, obyektə fiziki baxış keçirilərkən 227,3 min manat dəyərində işlərin yerinə yetirilmədiyi və 125,1 min manat dəyərində (12 adda) 35 AUDITOR TRIBUNASI 2023, №1 mebel və inventarın yerində olmadığı müəyyən edilib. Audit dövründə çatışmamazlıqlar tam bərpa olunub.

Dünyapress TV

Xəbər lenti