Ardını oxu...
Sirr deyil ki, Naxçıvan həqiqətlərini işıqlandırmağa başladığım gündən MR-dən ən müxtəlif formalarda təhdidlər almışam. Amma bu təhdidlərin heç birinə əhəmiyyət verməmiş və onları ictimailəşdirməmişəm. Çünki mən bu yola qədəm qoyanda nə ilə üzləşə biləcəyimin fərqində olmuşam. “Çaqqaldan qorxan meşəyə girməz” məntiqinə əsaslanıb yoluma davam etmişəm. Yeganə istunad nöqtəm isə şeirlərimdən birində yazdığım kimi “Kəfəni əyninə geyməyən xalqın Vətəni əyninə kəfən geyinər” arqumenti olub.

Ardını oxu...

Mən uzun sürən bu savaşda yalnız bir təhdidi ictimailəşdirmişəm. Səbəbi isə həmin təhdidin mənim şəxsimə qarşı yox, dövlətimizin suverenliyinə qarşı yönəlməsi idi. Söhbət Naxçıvan MR DİN-nin 7-ci şöbəsinin əməkdaşı Asəm Kazımov adlı polis zabitinin paylaşdığım bir statusun altına yazdığı rəydən gedir. Asəm Kazımov sözügedən təhdid rəyində məni oğurlayıb Naxçıvana aparacaqlarını, MR DİN-in zirzəmisində şəxsən nazir Rəşad İsmayılov tərəfindən barmaqlarımın qırılacağını, müraciətlər ünvanladığım rəsmilərin belə, məni xilas edə bilməyəciklərini bildirirdi. Mən isə həmin vaxtlar Naxçıvanda baş verən özbaşınalıqların qarşısını almaq üçün Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya müraciətlər edirdim. Dolayısıyla bu təhdid mesajında hədəf təkcə mən deyildim, həm də dövlətimizin ən ali iki vəzifəsini icra edən rəsmilər idi. Məhz bu səbəbdən mən həmin təhdidləri dövlətimizin siyasi iradəsinə qarşı üsyan kimi dəyərləndirib ölkə başçısına açıq məktub yazmışdım.
Maraqlıdır ki, Vasif Talıbov istefa ərizəsi yazıb öz separatçı fəaliyyətini dayandırdıqdan sonra batmaqda olan gəmini ilk tərk edən “siçovul” mənimlə yanaşı dövlət rəhbərlərinə qarşı barmaq silkələyən həmin Asəm Kazımov olub. Əldə etdiyim məlumata görə, Asəm Kazımov dünən Bakı şəhəri Baş Polis İdarəsinə Cinayət axtarış idarəsinə əməliyyat müvəkkili vəzifəsinə gətirilib. Məni bir sual maraqlandırır: Naxçıvan polislərinə illər uzunu qan udduran, MR DİN-də bir çox korrupsiya əməllərinin başında duran bu şəxsin hansı keyfiyyəti və xidmətləri əsas götürülüb sözügedən vəzifəyə təyin olunub?
Ümid edirəm ki, Azərbaycan Daxili İşlər naziri Vilayət Eyvazovun bu təyinatdan xəbəri yoxdur və bu addım ona qarşı təxribatdır. DİN-nin məni narahat edən bu suala aydınlıq gətirəcəyini gözləyirəm.

Heydor Oğuz
ovqat.com-un baş redaktoru - DİA.AZ


Ardını oxu...
Ardını oxu...
 

2.50 manatdan 3.50 manata qaldırılan abunə haqqına görə 3.85 manat tutulur
Naxçıvandan gələn xəbərlər içində telefon haqqının Bakıdan 35 qəpik baha olması haqqında informasiya yanlışdır. Nədən təkcə Naxçıvanda deyil, bütün ölkədə, baş şəhərimiz Bakı da içində olmaqla, telefon haqqı, Tarif Şurasının qərarında nəzərdə tutulduğu kimi noyabrdan 3.50 manat yox, 3.85 manat təşkil edir. Başqa sözlə, telefon xidməti inhisarçı hökmranlığından yararlanaraq, özbaşına yeni tarifə 10 faizlik -35 qəpik əlavə edib. Abonentin – istehlakçının həddi nədir ki, qanunvericiliyə uyğun olaraq 3.50 manat ödəsin, anında borc adına telefon xidmətindən məhrum olacaq. Yeri gəlib, bu sətirlərin yazarının telefonu 59 qəpik “qəbz borcu” adına noyabr ayında kəsilib, dekabrdakı bildirişdə borc məbləği 69 qəpik göstərilməklə “danışıq borcu” kimi sırınır. “Qəbz borcu”nun “danışıq borcu”na çevrildiyini anladıq, bəs telefon işləmədiyi halda 10 qəpiklik danışığın haradan qaynaqlandığını necə anlayaq? Belə bəlli olur ki, telefon xidməti dələduzluqla məşğuldur, Konstitusiyaya, istehlakçı hüquqlarına hörmətsizlik edir.
Bunu Teref.az saytınas göndərdiyi məqaləsində müəllif yazır. Fikirlərini şərh edən müəllif davam edərək yazır:
Konstitusiyanın 73-cü maddəsinin ll hissəsində heç kəsin qanunda nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və digər dövlət ödənişlərini ödəməyə məcbur ediləbilməzliyi doğrulanıb. Bəs niyə telefon xidməti qanunda nəzərdə tutulmadığı halda , qanunda göstərilən 3.50 manatdan 35 qəpik artıq ödəniş tələb edir və inhisarçı mövqeyindən yararlanaraq zorla alır? İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bəs hara baxır? Tarif Şurasının heç bir sosial – iqtisadi əsaslandırma olmadan telefon abunə haqqını birdən- birə 40 faiz artırması bir yana, hələ üstəlik bu artıma telefon xidmətinin də 10 faiz -35 qəpik əlavə etməsi özbaşınalığına kim son qoymalıdır? Nə yazıq, Tarif Şurası da, inhisarçılıqla mübarizə aparan Xidmət də İqtisadiyyat Nazirliyinin başçılığı altında “döyüşür”. Həmişə də Şura qalib olur.
35 qəpik əlavənin nədən qaynaqlandığına hələ də aydınlıq gətirilmir. Daxil olan zəngləri müəyyən etməkdən yanadırsa, telefon xidməti bunu etməyə borcludur. Bəyəm xidmətin başqa adı var? Yoxsa İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin adi bir yaxmaya görə ən azı 40 manat test haqqı tutması kimi, bu xidmət də “xidmətlər zərfi”nə daxil edilməyib?
Ümidli olmasaq da, bağlantılı dövlət qurumlarının Konstitusiyanı, istehlakçı hüquqlarını kobud şəkildə pozan telefon xidmətinin qanunsuz xidmət haqqı tutmasına hüquqi qiymət verilməsini təmin edəcəyini güman edirik.
Məğrur Bədəlsoy
Teref.az olaraq ümid edirik ki, aidiyyatlı qurumlar müəllifin iddialarına cavab verəcək!
Teref.az
 
 

Ardını oxu...
Fariz Xəlilli: "Biz də başqaları kimi bir qurumuq, niyə icra başçısından asılı olmalıyıq?”
Ağsunun Gəgəli bələdiyyəsinin sədri Fariz Xəlilli Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırovu, DTX-nın rayon şöbəsinin rəisi Fuad Təhməzovu və rayon prokuroru Elnur Cəfərovu məhkəməyə verib.

Bələdiyyə sədri Meydan TV-yə danışır ki, bu il oktyabrın 26-da Gədəliyə gələn icra başçısı vətəndaşlarla səyyar görüş keçirib.

O da Gəgəli Bələdiyyəsinin sədri kimi icra hakimiyyətinin dəvəti ilə görüşdə iştirak edib.

Bələdiyyə ilə bağlı suallara cavab verərkən icra hakimiyyətinin başçısı Rövşən Bağırov, Dövlət Təhlükəsizlik Xidmətinin Ağsu rayon şöbəsinin rəisi Fuad Təhməzov, Ağsu rayon prokuroru Elnur Cəfərov sakinləri bələdiyyə sədri ilə üz-üzə qoyub, seçicilərinin qarşısında onunla aşağılayıcı tərzdə davranıblar.

Bələdiyyə sədri Meydan TV-yə həmin səyyar görüşdə baş verənlərdən danışıb.

Onun sözlərinə görə, rayon məmurlarının aşağılağıcı davranışları üzündən görüşü yarımçıq tərk etməli olub: "Sakinlərə deyirlər ki, guya mən Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemini icad etmişəm, vətəndaşları aldadıram. Bildirmişəm ki, bu məlumat sistemi bütün bələdiyyələr üçün tətbiq edilir. Mənim belə bir sistemi icad etmək imkanım yoxdur. Guya hər gecikən gün üçün faizlər qanunsuzdur və yalnız Gəgəli Bələdiyyəsində tətbiq edilir. Bildirmişəm ki, bu, Vergi Məcəlləsi ilə tənzimlənir və BAMS tərəfindən hesablanır. Bildirişləri kəsib vergi ödəyicilərinə veririk. Guya borcluların İcra və Probasiya Şöbəsinə yönəldilməsi ölkədə yalnız Gəgəli Bələdiyyəsində tətbiq olunur və bu, mənim insafsızlığımdır. Bildirmişəm ki, bu, qanunvericiliklə tənzimlənir. Bələdiyyənin büdcəsi və hesabatlılığını isə lağlağıya çevirdilər. Hətta mənim elmi araşdırma üçün Avropaya bələdiyyənin büdcəsi hesabına səfər etdiyimi də dedilər. Halbuki, mən dövlət büdcəsi hesabına getmişdim, bələdiyyə büdcəsinin yox… Bir sözlə, məni seçicilərimlə üz-üzə qoymaq üçün hər yola, hər sözə əl atdılar”.

Fariz Xəlillinin sözlərinə görə, əvvəlki bələdiyyə sədri özünə və yaxın qohumlarına yüz hektarlarla örüş torpağı ayırıb. Sonradan Torpaq Komitəsində işləyəndə həmin torpaq sahələrinin təyinatını dəyişdirməyə və satmağa nail olub.

Hazırda isə Dövlət Aqrar İnkişaf Mərkəzinin rəhbəri kimi qeyri-qanuni subsidiyalaşdırılma işləriylə məşğuldur.

Bələdiyyə sədri hələ də rayon məmurlarıyla ona qarşı birləşib: "Rayonun məmurları həmin keçmiş bələdiyyə sədriylə daha rahat dolanırdılar. Ancaq əvvəlki bələdiyyə sədrindən fərqli olaraq mən yeniliklər, dəyişikliklər etməyə can atıram, bələdiyyənin işinə qarışmaması üçün məmurlara müqavimət göstərirəm, bu, onların xoşuna gəlmir. Bələdiyyə sədrini idarə etməyə, qarşılarına qoyub uşaq kimi danlamağa öyrəşiblər. Mən bələdiyyənin büdcəsini formalaşdırmışam, hazırda özümüzə görə büdcəmiz var, biz də başqaları kimi bir qurumuq, niyə icra başçısından asılı olmalıyıq? Niyə başımızın üstündə dayanmalıdırlar?”.

Ağsu Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, icra hakimiyyəti bələdiyyələrin işinə qarışmır, Gəgəli Kənd Bələdiyyəsi sədrinin danışdıqlarının heç bir əsası yoxdur: "Hazırda da məhkəməyə müraciət edib, son qərarı məhkəmə verəcək”.

Bələdiyyə sədri deyir, bəli, bu ilin noyabrında tənbəllik etməyib, hər üçünə qarşı Ağsu Rayon Məhkəməsində iddia qaldırıb.

Fariz Xəlilinin məhkəmə iddiası hər üç vəzifəlinin Cinayət Məcəlləsinin 148-ci maddəsinə və 308-ci maddəsinə əsasən cəzalandırılması, mənəvi zərərin ödənilməsidir.

O, zərər kimi icra başçısından 30 min manat, prokuror və DTX rayon şöbəsinin rəisinin hər birindən 15 min manat kompensasiya tələb edir.

Məhkəmənin keçirilmiş hazırlıq iclasında hakim cavabdehlərin ünvanlarının göstərilmədiyini əsas gətirərək iddia ərizəsini iddiaçıya qaytarıb. Fariz Xəlilli qərardan Şirvan Apelyasiya Məhkəməsinə şikayət edib.

Bələdiyyə sədri təkcə məhkəməyə yox, Prezident İlham Əliyevə də müraciət edib: "… Kənddə indiyə qədər büdcəmiz qanunvericiliyə uyğun olaraq 100 faiz nağdsız əməliyyatlarla formalaşıb və xərclənib. Bütün işlər hesabatlı, şəffaf olub və mümkün hər yerdə elan edilib. Ədliyyə Nazirliyindən və geniş ictimaiyyətdən Gəgəli Bələdiyyəsi haqqında məlumat ala bilərsiniz. Təəssüf ki, indiyə qədər işimizə mane olan bu qruplaşma haqqında bütün aidiyyəti qurumlara məlumat versək də, cavabsız qalıb”, – bələdiyyə sədri Prezidentə müraciətində bildirib.
 
Ardını oxu...
Naxçıvandakı yoxlamalar zamanı, vətəndaşların siyahıya alınması prosesində milyonlarla manat vəsaitin mənimsənilməsi üzə çıxıb. Məlumata görə, bu işdə Naxçıvan MR Statistika Komitəsi və Naxçıvan Bank əlbir olublar. Həmin bankın yerli hakim ailə Talıbovların nəzarətində olduğu bildirilir. Pulu mənimsəmək üçün, öncə siyahıya alma işlərini həyata keçirən şəxslərlə müqavilələr bağlanılıb. Daha sonra, adıçəkilən bankda onların adına kartlar açılıb. Lakin, həmin kartlar sahiblərinə yox, Naxçıvan Ali Məclisinə təqdim olunurmuş. Ali Məclis əməkdaşkarı bu pulları bankdan çəkib, mənimsəyirmişlər.
Bu faktı 2019-cu ildə əhalinin siyahıya alınmasında iştirak edən şəxslər də təstiq edirlər. Teref.az yazır ki, onlardan R. Muradov "Gündəlik Naxçıvan"a bildirir ki, gördükləri işə görə pullarını tələb edəndə, onları polislə hədələyiblər:
“Bizə dedilər ki, siyahıya alma üçün bir neçə aylıq işçi yığılır. İşsiz olduğum üçün mən də yazıldım. Sənədləri toplayıb, Naxçıvan şəhər Statistika İdarəsinə təqdim etdim. Siyahıya almada iştirak etdikdən sonra maaş kartımızı bizə vermədilər. Dəqiq bilirdik ki, kart sifariş verilib. Maaşlar yubandığı üçün gedib tələb etdik. Bizə polislə hədə-qorxu gəldilər. Dedilər ki, bu pullar abadlıq - quruculuq işlərinə xərclənir.”
Təhlükəsizlik üçün adını çəkmədiyimiz Naxçıvan Bankın əməkdaşı da deyilənləri təsdiqləyib. O deyir ki, 2019-cu ildə siyahıya alınmada iştirak edənlərin hamısına bankda kart çıxarılıbmış. Lakin, kartlardakl pul, bank rəhbərinin tapşırığı ilə, Ali Məclisə təqdim olunub:
“İki nəfər qara kostyumda adam gəldi. Bankda Ali Məclisdən gəldiklərini dedilər. Pulların hamısı çıxarıldı, sayılıb hazırlandı. Işçilərin 3 milyon manat maaşı həmin şəxslərə verildi.”
O deyir ki, bundan əlavə, siyahıya alınmaı üçün ayrılan 1 milyona yaxın pul isə statistika idarəlrinin hesabına keçirilib və oradan müxtəlif adlarla silinib.
 

Ardını oxu...
"AZ IMPORT" MMC-nin dövlətə külli miqdarda borcu üzə çıxıb.

DİA.AZ bildirir ki, 32gun.az-ın əldə etdiyi məlumata görə, şirkətin hazırki vergi borcu 16 milyon manatdan çoxdur (16224533.46 AZN).

2 saylı Ərazi Vergilər Baş İdarəsind vergi uçotunda olan "AZ IMPORT" MMC-nin qanuni təmsilçi Baba Seyidov Şamil oğlu.

Bildirək ki, şirkətin təsisçisi Azər Əsgərovdur.

Mətbuatda gedən məlumatlara görə, uzun illər Bakı və Bakıətrafı ərazilərin təmir-tikinti - abadlıq işlərinin böyük bir qismi məhz, bu şirkətə verilib.

Şirkətin təsisçisi Azər Əsgərov açıqlamalarının birində "Biz SOCAR-la 10 ildir ki, işləyirik. Bu illər ərzində SOCAR-la 700 layihəyə imza atmışıq. Əlbəttə ki, tenderin qalibi olmuşuq. Bu layihələr arasında "Bayıl Bulvarı", "Ağ şəhər Bulvarı", 6, 134, 23 nömrəli məktəblər və s. olub" açıqlama verib.

Hətta mətbuatda gedən məlumatlara görə, 90-cı illərdə cüdo üzrə milli komandanın üzvü olmuş Azər Əsgərov OMON üzvü olub. Hətta məlumatda iddia edilir ki, 1994-cü ilin oktyabr qiyamına və 1995-ci ilin mart hadisələrindən hələ xeyli əvvəl idmançılardan ibarət xüsusi briqadalar formalaşdırmağa başlanılıb:

"Cüdoçu Azər Əsgərov da həmin briqadalardan, yəni qanunsuz silahlı birləşmələrdən birinin tərkibinə daxil olubmuş.

OMON-un Qazax şöbəsinin komandiri Elçin Əmiraslanovun (hazırda Qobustan türməsində ömürlük cəza çəkir) rəhbərliyi altında hakimiyyət orqanlarına hücum edən, əsgərləri öldürən, qanuni hakimiyyətin nümayəndələrinə güllə atan qiyamçılar arasında bizim “qəhrəmanımız” Azər Zəlimxan oğlu Əsgərov da var idi! Bəli, bəli, Əsgərov və onun dostu İlqar Əhmədov Rövşən Cavadovun tapşırığına əsasən martın 13-də Bakıdan Qazaxa yola düşmüşdülər -deyə məlumatda bildirilib.

Ardını oxu...
Ardını oxu...
"Naxçıvandan məktublar" silsiləsindən
Salam, Heydər bəy. Mən Naxçıvanda haqsızlığa uğramış hərbiçilərdən biriyəm. Bu məlumatları işıqlandırmağınızı istərdim. Ancaq xahiş edirəm, hələ ki, adım anonim saxlanılsın, çünki onların nələr edə biləcəyini gözümlə görüb başımla çəkmişəm. Məni şərləyib günahkarların yerinə cinayət işi açdırılanda O DİN naziri Rəşad Ismayılov 2017 ci ildə hələ hərbi prokurorluqda mayor rütbəsiylə istintaq şöbəsinin rəisiydi. FHN naziri Şamı Abdullayevi vəziyətdən çıxarmaq məqsədilə Prokuror Yaşar Həsənovun diktəsi ilə Rəşad Ismayılov və müstəntiqi Valeh Qasımov mənə etmədikləri haqsızlıq qalmadı. Zabitlərimi gizirlərimi maxelərimi əsgərlərimi gözümün qabağında təzyiq göstərərək üzümə yalandan durğuzurdular.
Hər bir ədalətsiz əməl və onu törədən ədalətsiz şəxs, məmur hansı vəzifəni və rütbəni daşımağından asılı olmayaraq bir gün ədalətin mühakiməsi ilə üzləşməlidir. ...Və o gün gəldi, Naxçıvandakı özləri Allahlıq iddiasında olub, peşəkar zabit, gizir, maxeləri onların ədalətsiz əməlləri ilə razılaşmadığı üçün müxtəlif şər böhtanlarla ləkələyib hərbi xidmətdən uzaqlaşdıran lakin dövlətin külli miqdarda vəsaitlərini maxinasiyalar edərək mənimsəyib öz ailələrinə sərvət toplayan Naxçıvan FHN naziri kimi məmurlar da bu ədalət mühakiməsinə çıxarılacaqlar. İnşallah, ardı gəlsin, tezliklə Naxçıvan FHN də və onun struktur qurumları olan Yanğın təhlükəsizliyi idarəsində, Maliyyə iqtisadiyyat şöbəsində və Mülki Müdafiə hərbi hissəsində yoxlamalar aparılsın, nəticədə ordakı yanacaq, əşya, dərman, əsgərin ərzaqında edilən, texnikaların təmirinə və hərbi hissənin təmirinə ayrılan lakin zabit gizir maxelərin aldığı maaşlarla təmir olunaraq ayrılan pulların yeyilməsi maxinasiyaları, əsgər maxelərin xidmətdən yayındırılaraq mən xidmət etdiyim müddətdə Nazirin Hərbi hissə komandiri ilə birlikdə şərik əkdiyləri hektarlarla taxıl sahələrində işləmələri, hərbi hissəyə ayrılan yanacağın şəxsi taxıl sahələrində istifadə olunması halları, hərbi hissədə dura dura guya onlar istifadə etmiş kimi texnikalara “putyovkalar” yazılıb külli miqdarda yanacağın Neft bazayla razılaşdırılaraq silinib yeyilməsi halları üzə çıxarılsın dəyərli və peşəkar DTX mız tərəfindən. Naxçıvan FHN rəhbərliyi, himayə etdiyi və əlbir olduğu şəxslər, inşallah, layiqli cəzalarına çatdırılsınlar. Dediklərimin həqiqət olduğunu yəqin ki mənim kimi orda xidmət edib onların əyri əməlləri ilə razılaşmadığına görə şər böhtanlarla xidmətdən kənarlaşdırılan zabit, gizirlər və orda xidmət edib təxris olan əziz əsgərlərim də təsdiq edərlər. Allah bu dövlətçiliyimizə xidmət edən işlərin aparılmasında Müzəffər Cənab Ali Baş Komandanımız ilham Əliyevə və peşəkar DTX əmakdaşlarımıza yar və yardımçı olsun. Hər zaman sizin əsgərinizik və yanınızdayıq, Cənab Ali Baş Komandanımız!"
Teref.az
 
 
 
Ardını oxu...
İqtisadiyyat Nazirliyinin Demirören Holding`lə ikinci "lotereyası", deyəsən, baş tutmadı.
Ötən ilin dekabr ayında Mikayıl Cabbarov və Türkiyə holdinqinin rəhbəri Yıldırım Demirören Pirallahı Sənaye Parkında dərman istehsalının birgə təşkilinə dair memorandum imzaladılar.
Teref.az yazır ki, bunu jurnalist Hafiz Babalı deyir. Daha sonra dediklərini şərh edən jurnalist yazır:
Layihə İN-in "Azərbaycan İnvestisiya Şirkəti" ASC ilə birgə icra olunacaqdı və Demirören bu işə 40 milyon dollar sərməyə yatıracağına söz vermişdi.
Teref.az yazır ki, 500 nəfərin işlə təmin olacağı bir fabrik qurulmalı idi. Və bu dərman fabriki Azərbaycanın dərman təchizatında böyük rol oynamalı idi.
Amma o söz elə söz olaraq qaldı...
Əvəzində Azərbaycanda çoxlarının baş ağrısına çevrilən lotereya biznesində Demirören Holding`in işi pis getmir.
Teref.az
 
Ardını oxu...
Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi tərəfindən keçirilən tender müsabiqələrinin qalibi məlum olub.
TEREF.AZ yeniavaz.com-a istinadla xəbər verir ki, dəyəri 9 min manat olan tender müsabiqəsinin qalibi “Rn Corp 22” MMC (VÖEN – 1102636981) olub.
“Rn Corp 22” MMC Maliyyə Elm-Tədris Mərkəzinə əməliyyat sistemləri, ofis proqramları və antiviruslar satacaq.
Məlumat üçün bildirək ki, şirkətin hüquqi ünvanı Qaradağ rayonu, Lökbatan ŞTQ, Keçid 1594, ev 30, m. 8-də yerləşir. Nizamnamə kapitalı 10 manat olan “Rn Corp 22” MMC cəmi 5 ay əvvəl - 20.06.2022-ci il tarixində dövlət qeydiyyatına alınıb.
“Rn Corp 22” MMC-nin qanuni təmsilçisi Məhərrəmov Rövşən Baladadaş oğlu qeyd olunan ünvanda qeydiyyatda olan daha bir neçə şirkətə rəhbərlik edir. Bu şirkətlər təsis olunduqadan qısa müddət sonra dövlət qurumlarının keçirdiyi tender müsabiqələrində qalib olublar.
Məsələn, Məhərrəmov Rövşən Baladadaş oğlunun rəhbərlik etdiyi digər bir şirkət "Orlondo Az” MMC (VÖEN- 1102637081) dövlət qeydiyyatına alındıqdan cəmi bir ay sonra Yevlax şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyinin keçirdiyi 105 min 800 manat, iki ay sonra isə Qazax Dövlət Sosial İqtisad Kollecinin keçirdiyi 31 min 300 manat dəyərində tender müsabiqəsində qalib olub.
Məhərrəmov Rövşən Baladadaş oğlunun rəhbərlik etdiyi “Rn Corp 22” MMC isə qeydiyyatdan keçdikdən sonra – cəmi 3 ay ərzində 13 tender müsabiqəsinin qalibi olmağı bacarıb.
Tender müsabiqələrilə bağlı diqqət çəkən məqam odur ki, barəsində heç bir məlumat olmayan “Rn Corp 22” MMC fərqli dövlət qurumlarının fərqli istiqamətlərdə keçirdiyi tenderlərdə qalib olub. Məsələn, “Rn Corp 22” MMC Şəki Pedaqoji Texnikumu üçün təmir işləri gördüyü halda, Bakı Baş Polis İdarəsinə dərman və sarğı ləvazimatları, Oğuz rayon İcra Hakimiyyətinə isə ofis mebelləri satıb.
Daha bir şübhəli məqam isə odur ki, “Rn Corp 22” MMC-nin dövlət qeydiyyatına alındığı ünvanda – “Qaradağ rayonu, Lökbatan ŞTQ, Keçid 1594, ev 30, m. 8”-də çoxsayı şirkətlər qeydiyyata alınıb və bu şirkətlər də yeni yaranmalarına baxmayaraq tender müsabiqələrində qalib olublar.
Aşağıdakı linkə daxil olaraq bu barədə daha ətraflı məlumat ala bilərsiniz:
Ardını oxu...
 
 
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, Şərur rayonunun Qarahəsənli kəndində 2. Qarabağ döyüşlərində şəhid olan leytenant Həsən Quliyevin məzarını yas mərasimi boyu işıqlandırıb, daha sonra həmin işıqlandırmaya sərf olunan elektrik enerjisinin pulunu şəhid ailəsindən istəyiblər.
Faktı şəhidin atası İbrahim Quliyev də təsdiqlədi və ona verilən qəbzin şəkilini bizə göndərdi.
Ardını oxu...
Şəhid atası bu absurd hadisənin təfərrüatlarına belə aydınlıq gətirdi:
“Mən İbrahim Quliyev Həsən oğlu Naxcivan MR Şərur rayonun Qarahəsənli kəndində yaşayiram. Şəhid atasıyam . 2. Qarabag müharibəsində oğlum leytenant Həsən Quliyev Ağdərə isdiqamətində gedən döyüşlərdə qəhrəmancasina şəhid olmusdur . Dəfndən bir neçə gün sonra Şərur rayonun icra başcisi Şəhidimizin Məzarinin üstündə dalğalanan , mənə oğlumun tabutu ilə bərabər göndərilən bayrağın götürülməsi göstərişini vermişdi. Tək təsəllim olan bayrağı endirmək istəyirdi . Dəfələrlə bu hadisə təkrarlanıb .
Bundan əlavə, mənə məzar daşlarının şəkilsiz olacağını deyirdilər. Halbuki, şəhid məzarı şəkilsiz olmaz . Oğlumun məzarında bir şəkili belə, bizə çox görürdülər . Məzarın şəkilsiz olmasına etiraz etdim və şəkilli məzar gətizdirdim. Dövlətin etməli olduğu işi mən etdim . Oğul mənimdi amma şəhid bu dövlətindi . Nə məzar daşı ilə maraqlandılar, nə də şəhid ailəsi ilə .
Bu işlə məşğul olması üçün Şərur rayonun icra başcısına müraciət etdim. Şərur rayonun icra hakimiyyətindən göstərişi ilə Naxcivan şəhər Maliyə nazirinin qəbuluna getdim. Orada isə mənə " Sizə verilən qan puluna gedib məzar daşı alın neynirsiz, eləyin, bizi maraqlandırmır " dedilər. Bu məsələnin Seymur Talibovun nəzarətində olduğunu deyib bizi idarədən qovaladılar
Mənim şəhidimin Allahdan başqa heç kimə ehtiyacı yoxdur. Amma şəhid oğluma edilən bu hötmərsizlik məni çox üzür. Bu gün vətən üçün canından keçən şəhidin məzarına hörmətsizlik edənlərin ermənidən fərqi yoxdur mənim üçün də, xalq üçün də”.
Heydər Oğuz
Teref.az
 
 
 

Ardını oxu...

 

 

 

 

 

Qaradağ rayonunun icra başçısı Süleyman Mikayılovun abadlıq işləri, yolların, mənzil fondunun təmiri ilə bağlı tenderləri bitmək bilmir.

Qaynarinfo xəbər verir ki, tenderlər əsasən Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Aparatının Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi (MKTİB) tərəfindən keçirilir.

2022-ci ildə MKTİB abadlıq işləri, yolların və mənzil fondunun təmiri ilə əlaqədar ümumi maliyyə dəyəri 1 912 400.48 AZN təşkil edən 8 satınalma müqaviləsi imzalayıb.

Müqavilələrdən ikisi “Texnomaks” MMC, üçü “Qara Qaya” MMC, ikisi “Təmir-Təchizat-4” MMC, biri isə “Global Oilfield Solutions” MMC ilə imzalanıb.

Qurumun keçirdiyi tenderlərin bir çoxunda şərtlər, hansı yolların, bunaların təmir olunacağı, hansı ərazinin abadlaşdırılacağı barədə məlumat yoxdur.

MKTİB-in satınalma müqaviləsi imzaladığı şirkətlər də əsasən Qaradağ Rayon İcra Hakimiyyəti və ona tabeli qurumların tenderlərin qalibi olur.

Bu sırada xüsusilə “Qara Qaya” MMC-ni göstərmək olar. Nə sirrdirsə, sözügedən MMC yalnız Qaradağ MKTİB-nin keçirdiyi tenderlərdə qalib olur. Bəzi iddialara görə, “Qara Qaya”nın sirri onun Süleyman Mikayılovun nəzarətində olması ilə bağlıdır.

Digər şübhəli şirkət isə “Təmir-Təchizat-4” MMC-dir. Maraqlıdır ki, MKTİB adıçəkilən şirkətlə müqavilə imzalayarkən onun dövlət büdcəsinə 8 126.80 AZN vergi borcu olub.”Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə vergi borcu olan şirkətlərin tenderdə iştirakı qadağandır.

Qaradağ sakinləri ilə söhbətdən isə məlum olur ki, rayonda abadlıq işləri nəzərəçarpacaq şəkildə deyil. Burada sadəcə kosmetik işlərdən söhbət gedə bilər.

Beləliklə, aydın olur ki, Süleyman Mikayılov şübhəli şirkətlərlə 2 milyon manata yaxın vəsaiti kosmetik işlərə sərf edib.

Məsələ ilə bağlı Qaradağ Rayon İcra Hakimiyyətindən münasibət öyrənmək mümkün olmayıb.

Qeyd edək ki, Qaradağ İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovdur. O, 2010-cu ildən bu vəzifəni tutur. Əvvəllər isə Yardımlı və Lənkəran icra hakimiyyətlərinə başçılıq edib.

 

Dünyapress TV

Xəbər lenti