Ardını oxu...
Valideynlər cəmiyyətə bəh-bəhlə təqdim edilən yeni məktəbli formasından narazıdırlar. Məktəbli köynəyinin yaxalığı (воротник) Rusiyanın dövlət bayrağının rənglərini simvolizə edir. Bu nədir? Yoxsa, məktəbli forması da bəzi dərsliklərimizin günündədir (orda da erməni bayrağının rəngləri vardı.)

ETN deyir ki, dərslikdəki problemlər bizlik deyil, nəşriyyatlıqdır. Milyonlarla dövlət vəsaiti hər il keyfiyyətsiz dərsliklərə niyə sərf edilir? Buna məsuliyyət niyə hansısa nəşriyyatın üstünə yönəldilir?

Sifarişçi kimdirsə, pulu kim ödəyirsə, işi kim qəbul edirsə, məsuliyyət də onun boynunda olmalıdır. Deməli, hansısa səbəbdən, nəşriyyat seçimini düz aparmayıb. Kimin səhvidir? Dərslik təhsildə ən mühüm vasitədir, pis dərsliklə heç vaxt keyfiyyətli tədris ola bilməz. Repetitorluğun kütləviliyinin bir səbəbi də dərsliklərin çox zəif olmasıdır. Bu ilki qəbul imtahanlarında 70% abituriyent 150 balldan az yığıb. Bu işdə keyfiyyətsiz dərsliklərin payı çoxdur, hətta repetitorlar da bunu kompensasiya edə bilmir. Bunun məsuliyyətini kim daşıyır görəsən? Repetitorlar?

ETN deyir ki, məktəbli forması bizlik deyil, fabriklikdir, elə isə hansı marağa görə və niyə belə təkid edirdilər ki, hamı hökmən yeni forma alsın?
ETN deyir ki, repetitorluq məsələsi bizlik deyil, bu sahibkarlıq fəaliyyətidir, biz bunu qadağan edə bilmərik (hətta bəzən bizdə repetitorluq yoxdur deyirlər).
ETN deyir ki, müəllimlərin təkmilləşdirilməsi və ixtisasartırılması məsələləri də bizlik deyil, bunu özəl şirkətlərə həvalə etmişik. Onda müəllimləri niyə sertifikasiya niyə edirsiniz, tapdığınız şirkətlərin fəaliyyətini sertifikasiya edin, baxın niyə keyfiyyətli iş görmürlər?

Yaxşı, bəs gündən günə batan təhsilin keyfiyyətinə kim cavabdeh olmalıdır?
Yaxşı bəs, nazirlik bu qədər problemlərin hansına məsuldur görəsən?
ETN yalnız MİQ, DİQ məsələləri ilə məşğuldur? Bəlkə MİQ və DİQ-i də bir başqa şirkətlərə həvalə edək?
Bəlkə, bəzi ölkələrdə olduğu kimi, heç bizdə də təhsil nazirliyi olmasın, buna nə ehtiyac qalır ki?

Paralel.az
 
 
 
Ardını oxu...
Əvvəl onu qeyd edim ki, bu sindromun daşıyıcıları ümumi intellekt cəhətdən çox zəif olsalar da dil öyrənmək qabiliyyətləri yüksək olur. Nitqlərində ümumişlək olmayan ibarəli sözlər, dəxli oldu olmadı sitatlar işlədir, ilk baxışdan ətrafdakılara xüsusi istedadlarının olması təəssüratını bağışlaya bilirlər. Əslində isə zəka səviyyəsi aşağı olan belə fərdlər çox təhlükəli ünsürlərdir. Onların əqli inkişaf səviyyəsi “mədəni oğurluq” “kəşf” lərində əsla sərhəd tanımır. Qızışmış ehtirasları fonunda bütün mənəvi dəyərlərə nihilist münasibət sərgiləyirlər.

Araşdırdığımız cinayət faktı dövlət büdcəsindən üç milyon beş yüz min manat mənimsənilməsini faş etmək deyil. Qoy bu məsələni ölkənin baş prokrorluğu tədqiq etsin, korrupsiyaya qarşı mübarizə idarəsi büdcə talalançılığına rəvac verənlərin fəaliyyətini araşdırsın. Belə ki, respublikanın bütün ümumtəhsil məktəblərinə, kollec və liseylərinə, peşə təmayüllü tədris ocaqlarına paylanmış “ Rəşadətli Azərbaycan Ordusu” bonneri ən azı on min tirajla çap olunub. Hərçənd stendin çap olunduğu mətbəə, tirajın sayı onun üzərində göstərilməyib. Halbuki, qanunla üzərində göstərilməli olan müəllif, dizayner və mətbə ünvanı haqqında məlumatın gizlədilməsi faktı özü belə cinayətdir. Məsələnin digər maraq doğuran tərəfi isə əldə etdiyimiz qaimə sənədlərində sözün əsl mənasında adamı şok affektinə gətirən qiymətdir. Yenə də ən elementar hesablamaya görə bu bonnerin kağız üzlüyünə, dayaq çərçivəsinə, müəllif qonararına və mətbəə xərcinə bütövlükdə 20 manat xərclənməsə də sənədləşdirmələrdə dəyərinin 350 manata satın alındığı aydın olur. Kim müsabiqə elan edib, hansı müəssisə tenderdə qalib gəlib o da qaranlıq, yəni ictimaiyyətin bir mərrə xəbəri yox.

Keçək narahatçılıq doğuran əsas məsələyə. Stenddə adından da göründüyü kimi Azərbaycan ordusunun rəşadəti öz əksini tapmalı idi. Ancaq… ancaq qabarıq şəkildə erməni vandallarının törətdiyi vəhşiliklər, dağıdılıb, viran olmuş tikililər lap adamın gözünə girir. Azyaşlı məktəbli rəşadətli ordumuz deyəndə erməni təcavüzünün vandal izlərini seyr etməlidir? Hansı ağılla Təhsil Nazirliyinin cavabdehləri bu səriştəsizliyə imza atıblar? Bəlkə bu villiams sindromlu yetiklilər vətənpərvərlik tərbiyəsini belə başa düşür. Olmazdımı ki, erməni vəhşilikləri ayrıca bir stenddə, ordumuzun şagirdlərdə ruh yüksəkliyi, inam yaratdığı şəkillər başqa bir guşədə verilsin.
Təbii ki, müəyyən qara əməllərlə dövlətin büdcəsini talamaq bir yana ən sadə məntiqə belə sığmayan məsuliyyətsizliyin bir adı var, rəşadətli ordumuz adı altında böyüyən nəsilin psixasında vahimə rüşeyimi cücərtmək. Hə, bir də qətiyyətlə əminəm ki, bu biabırçılığa imza atanlar nə hərbi xidmətdə olub, nə də ordu haqqında anlayışları var.

PƏRVİZ YƏHYALI
Azərbaycan respublikasının "Əməkdar müəllimi",
Tarix üzrə fəlsəfə doktoru //rubrika.az//
 
 
 
Ardını oxu...
Turizm indeksi üzrə Azərbaycan hətta Ermənistandan da geridə qalır…

“Bunun günahı birbaşa Turizm Agentliyindədir, turist şikayətini deməyə yer tapmır”

Yay turizm mövsümünün başa çatmasına artıq sayılı günlər qalıb. Bu il də ölkənin quru sərhədlərinin bağlı qalması yay mövsümündə əhalinin böyük hissəsini yerli turizm obyektlərinə üz tutmağa məcbur etdi. Əslində, quru sərhədlərinin uzun müddət bağlı olması vətəndaşların səyahət imkanlarını məhdudlaşdırmaqla yanaşı, həm də bir çoxlarının daxili turizm sektorunda olan biabırçı vəziyyəti daha aydın şəkildə görməsinə yardımçı oldu.

Belə ki, bölgələrə üz tutan vətəndaşların əksəriyyəti hotellərdə, istirahət mərkəzlərində göstərilən xidmətin keyfiyyətindən və qiymətlərin çox baha olmasından şikayətlənirlər. Qiymətlər orta statistik azərbaycanlının imkanlarını dəfələrlə üstələyir və əksər hallarda bazar iqtisadiyyatı qanunları, tələb və təklif əsasında deyil, süni şəkildə şişirdilir. Eyni münasibət təkcə yerli turistlər deyil, əcnəbilərə də aiddir. Özü də daha əcaib və biabırçı formada…

Belə ki, bir çox populyar istirahət mərkəzlərinə üz tutan xarici turistlərin “ikili menyu siyasəti” ilə aldadılması halları kifayət qədər çoxdur. Xarici turistin məlumatsızlığından sui-istifadə edən bu istirahət mərkəzləri eyni məhsulu və xidməti yerli vətəndaşlara satdığı qiymətdən dəfələrlə bahasına xaricilərə təklif edirlər. Hətta bəzi yerlərdə “üçlü menyu” tətbiq edilərək Bakıdan, başqa rayonlardan gələnlərlə və yerli rayon camaatına fərqli qiymətlər “oxunur”. Bu yolla haqsız qazanc əldə edən istirahət mərkəzləri həm xarici turistləri narazı salırlar həm də dövlət və xalq olaraq Azərbaycanın imicinə, strateji maraqlarına ağır zərbə vurmuş olurlar.

“5 manatlıq xidməti turistə 100 manata sırıyırlar”

Bu yaxınlarda Qəbələ rayonuna istirahətə yollanan vətəndaşlarımızdan biri – Nurlan Hüseynov “AzPolitika.info”-ya bildirib ki, böyük həvəslə getdiyi istirahət mərkəzində qarşılaşdığı mənzərə onu şoka salıb: “Qəbələdə 3 gün 2 gecə istirahətdə oldum. Bu müddət ərzində təkcə 3 nəfər qaldığımız evin kirayəsi üçün 1000 manat pul ödədim. 3 gün ərzində yemək üçün ödədiyim xərc isə 500 manata yaxın idi. Qəbələdən sonra digər bölgələrə səfər etməyi planlaşdırsam da, pulum bitdiyindən 3 günün sonunda Bakıya qayıtmağa məcbur oldum”.

Paytaxt sakini Teymur İsayev isə Qəbələdə yerləşən istirahət mərkəzlərində bir çaynik çayın 10 manata təklif olunduğunu bildirir: “Əksər istirahət guşələrində vətəndaşlara adi çay verilmir. Çay dəzgahla birlikdə təklif olunur ki, onun da qiyməti 30-50 manat arası dəyişir ”.

Asəf Qurbanlı Şamaxıya 8-9 saatlıq (gecələmə olmadan) səfərin bir ailə üçün 250 manata başa gəldiyini bildirir: “Bu xərc aşağı-yuxarı bütün ölkə üzrə eyni qiymətdə qərarlaşır. Əgər səfərinizə gecələmə də daxildirsə, əlavə olaraq 100-150 manat xərciniz çıxacaq”.

Tural Rəhimovun sözlərinə görə, Şamaxıda yerləşən “Sakit göl” istirahət mərkəzində hotelin bir günlük qiyməti 200 manatdan başlayır: “3 nəfərlik bir ailənin günlük yemək xərci minumum 300 manata başa gəlir. Kababın bir şişi 10 manatdan başlayır, adi su 5 manat, salat 10 manatdır. Həmçinin, bu istirahət mərkəzinə giriş adambaşına 20 manatdır”.

Zahid Əliyev isə Qəbələdə yerləşən istirahət mərkəzlərindən birində xarici turistlərə qarşı demək olar ki, soyğunçuluq edildiyinin şahidi olub: “Qəbələdəki istirahət mərkəzində adi suyu belə xarici turistə dəfələrlə baha qiymətə satırlar. 5 manatlıq xidməti turistə 100 manata sırıyırlar. Bu cür istirahət mərkəzlərində menyu təqdim olunmadığından, sahibkarlar müştərilərdən istədikləri məbləğləri tələb edə bilirlər”.

“Azərbaycana gələn turistlərin 15 faizi ölkəni narazı tərk edib”

Dövlət Statistika Komitəsinin(DSK) cari ilin ilk 4 ayına nəzərən açıqladığı məlumatlara görə, turizm sektorundan ən çox narazı qalanlar ərəb turistlər, avropalılar, ruslar və britaniyalılardır. Məlumatda bildirilir ki, ilk 4 ay ərzində Azərbaycana gələn 220 min turistdən 187 min nəfəri onlara göstərilən xidmətlərdən razı qalsa da, 32,5 min nəfər göstərilən xidmətləri qənaətbəxş hesab etməyib. Ümumilikdə narazı turistlərin sayı ümumi turist axınında orta hesabla 14,8 faiz təşkil edib. Turistlərin narazı qaldıqları sahələr isə nəqliyyat, yerləşmə, restoranlardakı vəziyyət və bələdçi xidməti olub. Araşdırmalara görə, avtobus xidmətindən ümumilikdə 4800 nəfər narazı qalıb. Bu xidmət üzrə ən çox narazı qalanlar Rusiya vətəndaşlarıdır (1 467 nəfər). Avtobuslardan narazı qalanların 954-ü Türkiyə, 491 nəfəri isə İran vətəndaşları olub. Səudiyyə Ərəbistanı (188 nəfər), Gürcüstan (124) və Ukraynadan (126 nəfər) olan turistlər də avtobusların işindən narazıdırlar.

Taksi xidmətindən ən çox türk turistlər narazı qalıb. Belə ki, 7400 narazı turistin 914 nəfəri taksi xidmətini qənaətbəxş hesab etməyib. Bu xidmət üzrə ikinci sırada Rusiya (8 min narazı turistdən 882 nəfəri taksi xidmətindən narazıdır), üçüncü sırada isə İran turistləri (423 nəfər) qərarlaşıb.

Qeyd edək ki, turistlərin ən çox narazı qaldığı sahələr restoran biznesi olub – ölkədən narazı gedən 32,5 min turistin 8,4 mininin kefini restoranlar korlayıb. Bu sahədə sayca ən çox narazı olanlar – Rusiya (2000), Türkiyə (1800) və İrandan (1 142) olan turistlərdir. Restoranlardakı xidmət ukraynalı turistlərin də ürəyincə olmayıb (239 narazı turist). Səudiyyə Ərəbistanı, Gürcüstan, BƏƏ, Küveyt turistləri də restoranlardan ən çox narazı qalanlar sırasındadır.

Qeyd edək ki, bunlar DSK-nın rəsmi açıqlamaları olsa da, bu statistikanın necə, hansı şəraitdə aparıldığı məlum deyil. Odur ki, onun obyektivliyi ciddi şübhə doğurur. Çünki yerlərdəki vəziyyət turizm sektorundan narazılığın dəfələrlə artıq olduğunu deməyə əsas verir.

Turizm üzrə mütəxəssis Vüqar Quliyev yerli mediaya açıqlamasında bildirib ki, quru sərhədlərinin bağlı olması ölkəyə gələn turist axınına ciddi maneə törətmir: “Sərhəd açılanda insanların çoxu Türkiyə və Gürcüstana üz tutur. Xaricilər isə Azərbaycana gələndə çox keyfiyyətsiz xidmətlə qarşılaşırlar. Birincisi, nəzarət yoxdur, qiymətlər çox fərqlidir, bəzi turistlər bu sarıdan problem yaşayır. İkincisi, otelləri yoxlamadan pul alıb, ulduz verirlər. Dünya ölkələrindən fərqli olaraq, bizdə könüllü şəkildə bələdçilik etmək istəyənlərə şərait yaradılmır. Turizm Assosiasiyası bələdçidən sertifikat üçün ayda 100 manat alır. Bir növ rüşvət kimi. İstedadlı, savadlı, ölkə tarixini bilən bələdçilər var, amma onlara şərait yaradılmır”.

“Turist Bakı ilə müqayisədə görür ki, qiymət Qəbələdə bahadır, aldadıldığını başa düşür. Bu isə turistdə Azərbaycan haqqında yanlış məlumat formalaşmasına səbəb olur. Bunun günahı birbaşa Turizm Agentliyindədir. Kiçik turizm şirkətlərini düzgün məlumatlandırmaq, onlara lisenziyaları düzgün şəkildə təyin etmək, sığortalamaq lazımdır. Gürcüstanda turizm şirkətlərinə çox böyük dəstək var. Azərbaycanda isə bunu görmürük. Turla bölgələrə gedən turist restorandan narazı qalırsa, ya da turizm şirkəti ilə problem yaşayırsa, şikayətini deməyə yer tapmır. Şikayət etsə belə, ortada heç bir nəticə olmur. Turisti görüb avtomatik qiyməti qaldırırlar. Turist də narazı qalır. Yadınızdadırsa, hindistanlı turist Hava Limanından Bakının mərkəzinə taksi ilə 800 manata gəlmişdi. Belə şeylərə də Agentlik nəzarət etməlidir”,-deyə ekspert bildirib.

Dünya reytinqində 63-cü, Cənubi Qafqazda sonuncu

Dünya İqtisadi Forumu (WEF) Səyahət və Turizmin İnkişafı İndeksininin açıqladığı məlumatlara görə, 2021-ci ildə Azərbaycan turizmi daha 4 pillə geriləyərək, 63-cü sırada qərarlaşıb. Qeyd edək ki, 117 ölkənin yer aldığı dünya reytinqində ilk beşliyi – Yaponiya, ABŞ, İspaniya, Fransa və Almaniya tutub. Hesabatda əsas diqqət çəkən məqam isə odur ki, Azərbaycan turizm sahəsində Cənubi Qafqaz regionunda sonuncu yerdə qərarlaşıb. Müvafiq sıralamada Ermənistan 61-ci, Gürcüstan isə 44-cü yeri tutur. Gürcüstanda turizmin az-çox inkişaf etdiyi məlumdur. Ancaq turizm indeksi üzrə Azərbaycanın Ermənistandan geridə qalması qəbulolunmaz və biabırçı haldır.

İqtisadçı Natiq Cəfərli “AzPolitika.info”-ya şərhində bildirib ki, turizm sahəsində baş verən problemlərin bir neçə səbəbi var: “Əslində, bu sahədəki problemin kökü inhisarçılıqla bağlı deyil. Bəli, dövlətin özünün maliyyələşdirdiyi və məmurlara məxsus 5 ulduzlu hotellər var və onların bir çoxunun ziyanla işlədiyi hər kəsə məlumdur. Ancaq hər kəs bölgələrdə hotel aça və ya öz evini hotelə çevirə bilər. Əsas məsələ bu sahədə rəqabətsiz bir mühitin olmasıdır. Turizmin inkişafı adına atılacaq ilk addım quru sərhədlərinin açılması ola bilər. Gediş-gəliş rahatlaşmalı, AZAL-ın bilet qiymətləri ucuzlaşmalıdır ki, ölkəyə gələn turistlərin sayında artım baş versin. Ölkəyə gələn turistlərin sayı artdıqca tələb-təklif qanunu işə düşəcək. Kiçik hotellərin sayı artacaq və rəqabətli bir mühit formalaşacaq”.

İqtisadçı bildirib ki, turizm sektorunda qiymətlər hansısa formada tənzimlənmir: “Xarici ölkələrdə də turizm sektoru bu formadadır. Məsələn, yanaşı hotellərin birində təklif olunan otağın qiymət 100 manatdır, digərində isə 5 manat. Bunu sahibkar özü müəyyənləşdirməlidir. Azərbaycanda da dövlətin hansısa formada qiymətlərə təsir etmək mexanizmi yoxdur. Ancaq dövlətin borcudur ki, bu sahədə rəqabətli bir mühit yaratsın. Hesab edirəm ki, atılacaq addımlar daha çox idarəetmə və rəqabətli mühitin formalaşmağına xidmət etməlidir”.

Azərbaycana 6 ayda gələn turist sayı Gürcüstana bir ayda gəlir
Dövlət Turizm Agentliyinin məlumatına görə,cari ilin ilk 6 ayı ərzində Azərbaycana 832186 min əcnəbi gəlib. Bu rəqəmləri Gürcüstanın statistik göstəriciləri ilə müqayisə etdikdə Azərbaycanın turizm sektorunda qonşu ölkədən nə qədər geri qaldığını görmək mümkündür. Belə ki, statistik məlumatlara əsasən, təkcə iyul ayında Gürcüstana 714 minə yaxın turist səfər edib. Bu rəqəm Azərbaycanda həmin turizm ayı üzrə heç 200 min nəfərə çatmır. Ölkəyə gələnlərin təxminən 60,2 min nəfəri Rusiyadan gələnlərdir. Səudiyyə Ərəbistanından 26,9 min,Türkiyədən 22,6 min, İrandan 13,5 min və Pakistandan 7,3 min nəfər ölkəmizə səfər edib.

İqtisadçı-ekspet Xalid Kərimli “AzPolitika.info”-ya şərhində bildirib ki, bu sahəyə Dövlət Turizm Agentliyi nəzarət etsə də, problemlərin həlli konkret bir strukturun tənzimləmələri ilə müəyyənləşə bilməz: “Buradakı problemlərin həlli ilə dövlət ümumi şəkildə məşğul olmalıdır. Turizm ölkəyə giriş-çıxışdan, təyyarə qiymətlərindən, quru sərhədlərindən, ölkədə turizmə dəstək verən yan xidmətlərin inkişafından, cəmiyyətin bu məsələyə yanaşma tərzindən asılıdır. Turizm paralel olaraq yan sahələrə təsir edir və bundan özü də təsirlənir. Ona görə də turizm sektoruna hökumətin kompleks yanaşması vacibdir. Təkcə hotel, restoran tikməklə ölkəyə turist cəlb edəcəyimizi düşünməməliyik. Çünki ölkəyə gələn turist öz marşurut xəttini müəyyənləşdirərkən, gedəcəyi ölkədə sərnişindaşıma, hotel, iaşə obyektlərindəki vəziyyəti, cəmiyyətin turistə münasibətini və turistlərə verilən azadlığı da nəzərə alır”.

“Biz Gürcüstanla Azərbaycan turizmini müqayisə edərkən nəzərə almalıyıq ki, Gürcüstan turizmi daha azad bir mühit üzərində qurulub. Gürcüstanda turistin bir çox azadlıqları var. Məsələn, Gürcüstanda kazinoların fəaliyyətinə icazə var, həmçinin narkotik vasitələrin müəyyən formlarından da istifadə mümkündür. Bu cür əyləncə məkanlarında istirahət azadlığının təmin olunduğu ölkələr hər zaman turistlərin marağına səbəb olur. Məhdudlaşdırıcı vasitələr tətbiq olunan zaman turist təbii ki, ölkəyə gəlməyəcək. Bu gün qlobal turizm bazarında ciddi rəqabət mühiti formalaşıb. Azərbacan təbiətinə görə nə Türkiyədən nə də Gürcüstandan gözəldir. Düşünürəm ki, kifayət qədər problemlərin olduğu turizm sektorunda müəyyən məsələlər öz həllini taparsa, bu, turizmin inkişafına müsbət təsir göstərə bilər”,-deyə ekspert bildirib.

Sonda qeyd edək ki, bu cür qiymət siyasətinin və keyfiyyətsiz xidmətin ölkəyə turist axınını kəskin azaldacağı və Azərbaycanda turizm sektoruna böyük zərbə vuracağı şübhə doğurmur. Bunun qarşısını almaq üçün müvafiq dövlət orqanlarının təsirli addımlar atması vacibdir. Turizm obyektlərində vaxtaşırı monitorinqlərin həyata keçirilməsi, turistlərin şikayətlərini dinləmək üçün “Qaynar xətt”in yaradılması və sair belə tədbirlər bu sahədəki özbaşınalığın və soyğunçuluğun qismən də olsa qarşısını ala bilər…

Elvin Bəyməmmədli
 
 

Ardını oxu...
Bu gəmilər dənizdə yanğınsöndürən "Vixr" 3,8,9 gəmiləridir və onlar müttallom üçün hazırlanıblar! Yənii kəsib metal qırıntısı kimi metaləridəın zavodlara qəpik quruşa satacaqlar.
Bunu Teref.az-a məlumatlı mənbədən xəbər veriblər.
Teref.az yazır ki, bu gün bütün dünyada olduğu kimi Azərbaycandada yanğınlar baş verir. Yanğın deyən kimi, əsasən ən təhlükəlilər siyahısında meşə yanğınları yada düşür.
Lakin nədənsə uzaq olmayan keçmişdə dənizdə neft platformalarında baş verən yanğınları yada salan yoxdur. Xəzər dənizində yanğınları söndürmək üçün "Vixr" yanğın söndürən gəmiləriu var. Düzdür onlar köhnədirlər. Öz yararlılıq dövrlərini başa vurublar. 20-ci əsrdən qalıblar və yuxarıda onların axırıncı mənzildə dayandıqları yerdə şəkillərini göstərdik.
Məlumatlı mənbənin verdiyi məlumata görə bu gəmiləri kəsib metalloma verərək bəzi işbaz məmurlar qazanacaqlar. Ancaq sabah ixtiyarı bir platformada yanğın baş versə xaricdən gəmilər gətirtməıli, ya da xaricdən baha qiymətə işlənmiş yanğın söndürən gəmilər almalı olacağıq.
Amma nədənsə aidiyyatlı məmurların heç biri dünya praktikasında olduğu kimi, kiçik xərc qoyaraq bu gəmiləri modernləşdirmək istəmir. Üstəlikdə özümüzün gəmiqayırma zavodumuz var. Sabah milyonlar verib hansısa gəmini almaqdansa elə öz gəmiqayərma zavodumuzda bu gəmiləri modernləşdirə bilərik. Amma yox, bu məmurlara sərf etmir, onlar bu gəmiləri metalloma satmaq istəyirlər!
Teref.az olaraq bu gəmilərlə bağlı araşdırmalarımızı davam etdirik!
Teref.az
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Abşeron Rayon İcra Hakimiyyəti keçirdiyi iki tenderə yekun vurub.
AMİA.AZ xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının Хırdalan şəhəri üzrə nümayəndəliyi "Yolların təmiri işlərinin satın alınması" və "Xırdalan şəhərində mənzil fondunun təmiri işlərinin satın alınması" ilə bağlı elan etdiyi tenderlərin qalibi "Uğurlu İnşaat" MMC olub.

Qalib şirkətə "Yolların təmiri işlərinin satın alınması" üzrə tenderə görə, 1 milyon 199 min 683 manat, "Xırdalan şəhərində mənzil fondunun təmiri işlərinin satın alınması" üzrə tednerə görə, 383 min 269 manat, ümumilikdə isə 1,96 milyon manat ödəniləcək.

Dövlət Vergi Xidmətinin vergi borcu barədə məlumata görə, "Uğurlu İnşaat" MMC-nin dövlətə 16 min 770 manat borcu var.
Ardını oxu...
 
Ardını oxu...
Dünən məlumat verərək bildirdik ki, Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədrin əvəzləyicisi Şahin Bağırov yeni kadr islahatına imza atıb.

DİA.AZ xəbərlədi ki, Şahin Bağılrovun əmri ilə İsmayıl Xəlil oğlu Hüseynov Bakı Baş Gömrük İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, İ.X.Hüseynov buna qədər DGK sədrinin birinic müavini postunu tuturdu.

Ardını oxu...
DİA.AZ bildirir ki, KİV-də yer alan informasiyalarda İsmayıl Hüseynov keçmiş sədr Səfər Mehdiyevin "qara kassası" hesab olunur. Burada maraqlı olanı isə İ. Hüseynovun Şahin Bağırov tərəfindən təkrar etimada layiq görülməsidir. Hər halda, adı kifayət qədər ləkələnmiş bir fiqura belə bir etimadın göstərilməsi Şahin Bağırova olan siyasi inamı da kifayət qədər zədələyə bilər.

Elə DİA.AZ-a daxil olan son informasiyalardan belə anlaşılır ki, artıq Şahin Bağırov ilk zərbəsini alıb. Ən azından belə hesab oluna bilər...

Bu barədə DİA.AZ-a danışan mənbə bildirir ki, İ.Hüseynovun ilk işi ölkəyə mal gətirən iş adamları ilə geniştərkibli görüş keçirmək olub. İ.Hüseynov iş adamlarına bildirib ki, gömrük bəyannaməsində mal-məhsulun alış qiymətini gizlətməyə çalışanlara 10%-lik cərimə tətbiq ediləcək.

Qeyd edək ki, bu “cəza növü” qanunvericilikdə nəzərdə tutulmayıb və iş adamlarını hər zaman narazı salan məsələ də məhz gömrük bəyannaməsində məhsulun qiymətinin göstərilməsidir.

Səfər Mehdiyev Dövlət Gömrük Komitəsinin sədri təyin edildikdən sonra “yeni qaydalar” müəyyən edilmişdi, qiymətləri gömrükçülər özləri təyin edirdilər. Bunun üçün isə yerli bazardakı topdansatış məzənnə əsas götürülürdü. Məsələn, ölkəyə idxal edilən yağın qiyməti hər dəfə ölkə daxilindəki topdansatışa uyğunlaşdırılırdı. İş adamı isə yeni qiymətlə malı rəsmiləşdirdikdən sonra topdansatış məntəqələrinə məhsulu verərkən, öz qazancını əlavə etməli olurdu. Beləliklə, topdansatışda yeni qiymətlər yaranırdı və Gömrük Komitəsi növbəti dəfə yeni qiymətlərlə məhsulu rəsmiləşdirirdi. Nəticədə hər ay daxili bazarda məhsul bahalaşması müşahidə edilməyə başlamışdı.

İ.Hüseynovun iş adamlarına xəbərdarlığından belə bəlli olur ki, eyni prosesin davam etməsi ehtimalı var.

Hər halda bu fakt Şahin Bağırovun bundan sonra necə işləyəcəyi haqda təsəvvürlərin formalaşdırılması üçün yetərlidir.
 
 
 

https://bax.tv/son-xeberler/dovlet-qurumuna-mexsus-cadillac-novxanida-tehluke-yaratdi-162796?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=162796

Dövlət qurumuna məxsus “Cadillac” Novxanı yolunda təhlükə yaratdı

10-AX-081 dövlət nömrə nişanlı, “Cadillac” markalı avtomobilin sürücüsü sürətlə digər nəqliyyat vasitələrinin üzərinə hərəkət edib. Qəzadan son anda yayınmaq mümkün olub.

Qeyd edək ki, avtomobil “2№-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-yə məxsusdur.

Anbaan videonu təqdim edirik: (Avtosfer.az)

Ardını oxu...
DogruXeber.az: - Düşünmək olar ki, bu sözləri hansısa təhsil eksperti, yaxud Təhsil nazirinə ciddi opponentlik edən birisi deyib. Çünki, səsləndirilən fikirlər olduqca ciddi ittihamdır, Azərbaycan təhsilinin, yüz minlərlə müəllimin əməyinin üstündən xətt çəkməkdir. Gözləmək olardı ki, Təhsil naziri dərhal bu fikirlərə reaksiya verər, bu ittihamları absurd adlandırar, təhsil işçilərinin ünvanına səsləndirilən təhqirləri cavablandırardı. Amma...

Yüz il də gözləsəniz Emin müəllimdən bu fikirlərə cavab eşitməyəcəksiniz. Çünki bu “dahiyanə”, “müdrik” sözlərin müəllifi elə cənab nazirin özüdür. Bakı şəhərində yerləşən məktəb direktorları ilə görüşdə (bu direktorların böyük qisminin təyinatında onun rolu olmayıb və həmin direktorlar dolayısıyla Emin müəllimə tabe də deyillər) nazir necə cuşa gəlibsə yuxarıda dediyimiz fikirləri səsləndirib. Dediyim kimi, bu yüz minlərlə təhsil işçisini təhqir etmək, ömrünü çətin şərtlər altında gənc nəslin təlim-tərbiyəsinə həsr edən müəllimləri alçaltmaqdır. Bu fikirləri səsləndirən nazir dərhal istefa verməlidir, müəllimlərdən üzr istəməlidir. Belə bir məsəl var ki, hamı dəli olanda mollanın yanına gedir, bəs molla dəli olanda kimin yanına getsin ?

Nazir təyin olunduğu gündən özünə islahatçı imici formalaşdırmaq üçün müxtəlif üsullardan istifadə etsə də E.Əmrullayev nəinki hansısa islahata imza ata bilib, əksinə təhsil sistemində ciddi narazılıq formalaşdırıb. Xatırladaq ki, bu narazılıq dalğasının mənbəyi hələ Əmrullayevin Təhsil İslahatları İnstitutunda işlədiyi dövrdən başlanıb. Sosial şəbəkələrdə təhsil qruplarına gözucu nəzər salmaq kifayətdir ki, real mənzərəni görəsən. E.Əmrullayev sanki sırf narazılıq formalaşdırmaq, onsuz da acınacaqlı durumda olan Azərbaycan təhsilinin “fatihəsini” vermək üçün fəaliyyət göstərir. Təhsildə olan bütün günahları binəva müəllimdə görən nazir öz həmkarlarına az qala düşmən münasibəti sərgiləyir. Sanki milyonlarla dövlət vəsaitini havaya sovuran, korrupsiyalaşmış bir sistem formalaşdıran, Azərbaycan təhsilinin vayına oturan elə “bizim Cəbiş müəllim” imiş...

Məgər cənab Əmrullayev bilmirmi ki, bu gün Azərbaycan müəllimi ən ağır şərtlər altında, cüzi əmək haqqı müqabilində fədakarlıq edir (bu yerdə M.Mərdanovun məhşur sözlərini xatırlamamaq olmur) . Məktəblərdə müəllim yersiz yerə o qədər yüklənir ki, dərs deməyə belə vaxtı qalmır. Repititorluq sistemini elə müəllimi bu günə qoyanlar özləri formalaşdırmayıbmı? Müəllimi süpürgə pulu, fond pulu, summativ pulu yığmağa kim məcbur edir görəsən ? Əgər məktəblər müəllimlərə əmək haqqı verən bir mexanizmə çevrilibsə bunun günahkarı sizsiniz, cənablar. Əgər Təhsll naziri E.Əmrullayev deyirsə, məktəblər müəllimə əmək haqqı verən bir mexanizmdirsə, mən də Nicat Mahmudov olaraq açıq şəkildə üzünüzə qarşı bildirirəm ki, sizin nazirliyiniz də milyonları udmaq üçün bir mexanizmdir!

Bir daha qeyd edirəm ki. E.Əmrullayev öz fəaliyyəti ilə hər zaman dövlətin əsas güc mənbələrindən olan təhsil ictimaiyyətindən ibarət böyük bir narazılar ordusu formalaşdırır. Özünü müəllimlərin düşməni kimi aparmaq, gündə bir imtahan şousu düzəltməklə onları daim stres altında saxlamaq islahat deyil, cənab nazir. Məncə bu sizdə alınmadı. Olan şeydir, hamı adını tarixə qızıl hərflərlə yazmağı bacarmır...

Gün kimi ictimaiyyətə aydındır ki, ölkəmizdə təhsil sahəsində köklü islahatların əsası Mikayıl Cabbarovun nazir təyinatından sonra başlanıldı. Hətta əksər opponentlərinin təhsil sahəsinə yad hesab etdikləri cənab Mikayılovun təhsil sahəsində inqilabi hesab ediləcək addımları bu sektorda illərlə kök salmış ətalət qanunlarını yerindən oynatdı, “Misir ehramları”nın kölgəsində uyuyan Azərbaycan təhsilini yerindən dəbərtdi. Sanki reanimasiyada can verən bir xəstəyə oksigen balıncı qoşuldu, nəfəs verildi .

Etiraf edilməlidir ki, bu gün Azərbaycan təhsilində islahat hesab edilən bütün addımlar məhz M.Cabbarovun dövründə atılıb. Ondan sonra sadəcə olaraq imitasiya xatirinə görüntülər sərgilənib.

Heç kimə sirr deyil ki. E.Əmrullayev məhz M.Cabbarovun islahat xəttinin davamçısı olaraq görəvə gətirilib. Çox heyif ki, təhsil sektoruna yaxın hesab edilən bu şəxs nəinki etimadı doğrultmağı bacardı, hətta nazirlikdə at oynadan qruplaşmaların əlində oyuncağa çevrildi. Bir məktəb direktorunu vəzifədən azad edəcək qədər səlahiyyətə malik olmayan nazirin hansısa islahata imza atacağını gözləyirsinizmi? Adi bir institut rəhbəri vəzifəsini doğru-dürüst yerinə yetirə bilməyən bir şəxsin ölkədə inqilabi dəyişikliklərə imza atacağına inanırsınızmı?

İnanmırsınız... Məhz bu səbəbdən də Azərbaycan təhsili bu günkü tragikomik vəziyyətdədir. Mikayıl Cabbarovun “sevimli kadrı” olmaq o demək deyil ki, sən əvəzedilməzsən. İdarə olunanların idarə etməsi heç zaman mümkün olamayıb. İdarə olunanların əli ilə Azərbaycan təhsilini məhv etməyin lütfən...
Saytımız adından təhsil əməkdaşları, geniş ictimaiyyət arasında apardığımız sorğu göstərdi ki, cəmiyyətdə E.Əmrullayevin fəaliyyətindən kifayət qədər narazılıq hökm sürür. Bunu dövlətin strateji araşdırma mərkəzləri nəzərə almalıdır, böyük bir müəllim ordusunun alçaldılmasına, narazı duruma salınmasına susmamalıdır. Apardığımız sorğuda “kimi təhsil naziri görmək istəyirsiniz” sualını verdiyimiz respondentlərin böyük qismi Elnur Əliyevin adını çəkdilər. Təhsil sistemində fəaliyyət göstərdiyi qısa müddətdə böyük işlər görən, nüfuz sahibi olan Elnur müəllim bu gün pedaqoji ictimaiyyətin nazir görmək istədiyi ən güclü kadrdır. Çünki E.Əliyev müəllimə dost gözüylə baxırdı, onu düşmən gözündə görmürdü. Onun üçün problem yaratmırdı, onun problemlərini təmənnasız həll edirdi. Önəmli o idi ki, Elnur Əliyevin sözünün «kəsəri» var idi. Bax nazir dediyin belə olmalıdır, cənab Əmrullayev. Nazir olduğunuz müddətdə yadda qalan bir addımınız olmayıb. İstefa verin və əbədilik yaddaşlarda qalın. Müsbət mənada...//Rubrika.az
Ardını oxu...
Teref.az yazır ki, Rza Talıbov Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq Məsələləri Baş İdarəsinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşavir, Naxçıvan Ali Məclisinin dəyişməz sədri Vasif Talıbovun oğlu Rza Talıbov həmdə Batumi Dövlət Universitetinin fəxri doktoru imiş.
Ardını oxu...
Bu haqda müstəqil araşdırmaçı jurnalist Cavanşir Həsənli yazır. Cavanşir bəy yazır:
"Sən demə Vasif Talıbovun oğlu Rza Talıbov Batumi Dövlət Universitetinin fəxri doktoru imiş. O bu titulu 10 milyon dollara Batumidəki "Divan Suites" hoteli ilə bir yerdə alıb."
Ardını oxu...
Teref.az
 
 
 
Ardını oxu...
Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədrin əvəzləyicisi Şahin Bağırov yeni kadr islahatına imza atıb.

DİA.AZ-ın əldə etdiyi məlumata görə, Şahin Bağılrovun əmri ilə İsmayıl Xəlil oğlu Hüseynov Bakı Baş Gömrük İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, İ.X.Hüseynov buna qədər DGK sədrinin birinic müavini postunu tuturdu.

Ardını oxu...
DİA.AZ bildirir ki, KİV-də yer alan informasiyalarda İsmayıl Hüseynov keçmiş sədr Səfər Mehdiyevin "qara kassası" hesab olunur. Burada maraqlı olanı isə İ. Hüseynovun Şahin Bağırov tərəfindən təkrar etimada layiq görülməsidir. Hər halda, adı kifayət qədər ləkələnmiş bir fiqura belə bir etimadın göstərilməsi Şahin Bağırova olan siyasi inamı da kifayət qədər zədələyə bilər.
Ardını oxu...
Əlavə bilgilərimiz olacaq. DİA.AZ-ı izləyin...
 

Dünyapress TV

Xəbər lenti