Ardını oxu...
Dövlət Gömrük Komitəsi (DGK) İdman-Sağlamlıq Mərkəzinin baş direktoru Xəzər İsayevin işdən çıxarılması ilə bağlı iddialar yayılıb. “Qaynarinfo”nun məlumatına görə, polkovnik Xəzər İsayev vəzifəsinin icrasından kənarlaşdırılaraq, məzuniyyətə göndərilib.

Məlumata görə, Xəzər İsayevlə DGK-nın sabiq sədri Səfər Mehdiyevlə ciddi mübahisəsi olub. Mübahisənin yaranmasına səbəb isə İdman-Sağlamlıq Mərkəzində aparılan audit yoxlaması zamanı ciddi maliyyə pozuntularının aşkarlanması olub. Yoxlama zamanı 500 min manatdan artıq vəsaitin yoxa çıxması müəyyən edilib.

Bundan sonra Xəzər İsayev Səfər Mehdiyev tərəfindən vəzifəsinin icrasından uzaqlaşdırılsa da, rəsmi olaraq baş direktor vəzifəsindən kənarlaşdırılmayıb.

Son aylar gömrük orqanlarında aparılan yoxlamalar İdman-Sağlamlıq Mərkəzindən də yan keçməyib. Nəticədə polkovnik Xəzər İsayev yenə də öz hesabına məzuniyyətə göndərilib. Onun vəzifəsində qalıb-qalmayacağı bəlli deyil.

İdman-Sağlamlıq Mərkəzindən bildirilib ki, hazırda qurumun baş direktor əvəzi Adıgözəl Rəcəbovdur.

Polkovnik Xəzər İsayev vəzifəsindən kənarlaşdırılması ilə bağlı "Qaynarinfo"-ya münasibət bildirib.

X.İsayev deyib ki, komitə sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən gömrük xidməti general-leytenantı Şahin Bağırovun sərəncamı ilə məzuniyyətə göndərilib: "Yanvar ayının 23-də məzuniyyət müddətim bitəcək. Vəzifədə qalıb-qalmamağım həmin tarixdən sonra bilinəcək. Qanunvericiliyə uyğun olaraq mən məzuniyyətdə olduğum üçün baş direktor əvəzi, müavinim Adgözəl Rəcəbova həvalə olunub”.

Polkovnik DGK-nin sabiq sədri Səfər Mehdiyevlə aralarında olan söz-söhbətlə bağlı fikirlərə də münasibət bildirib: "O, general idi. Mənim onunla nə söz-söhbətim ola bilər? Gedənin arxasınca da danışmazlar”.

 
 
 
Ardını oxu...
Deputat Fəzail Ağamalının Naxçıvan MR-nın sabiq rəhbəri Vasif Talıbovla bağlı bu günə qədər dedikləri gündəm olub.

32gun.az xəbər verir ki, deputatın son açıqlaması "Sevgidən nifrətə bir addımdır" sözlərini xatırladır...

Millət vəkilinin V.Tslıbovla bağlı verdiyi açıqlamaları təqdim edirik:

Fəzail Ağamalı vitse-prezidentlərin birinin Vasif Talıbov olacağını ehtimal edir: "Vitse-prezidentlərin içərisində vacib bir məqam diqqətimi cəlb etdi. Bu gün Naxçıvan MR-nin rəhbəri uzun illərdən bəri oranı çox böyük uğurla idarə edən Vasif Talıbovdur. O, Ali Məclisin sədridir. Konstitusiyaya görə də Milli Məclis, Naxçıvan Ali Məclisi hakimiyyətin ikinci qoludur. Onun birbaşa prezidentlə idarəçilik sisteminə bağlılığı yoxdur. Ola bilsin ki, bu bağlılığı təmin etmək üçün Naxçıvan Muxtar Respublikasının rəhbəri Azərbaycan prezidentinin vitse-prezidenti kimi təsbit olunsun və beləliklə, qeyd etdiyimiz boşluq aradan götürülsün". (24.08.2016)

Milli Məclisin deputatı Fəzail Ağamalı Gəncədən olan həmkarı Naqif Həmzəyevin ona ünvanlanmış müraciətinə sərt reaksiya verib: "...Gəncənin hər iki deputatını Naxçıvana dəvət edirəm. Görsünlər ki, orada quruculuq, abadlıq işləri hansı səviyyədə aparılır." (09.07.2018)

Deputat Fəzail Ağamalı Naxçıvan Muxtar Respublikasında yolların təmiri, qorunması və saxlanmasını nümunə gətirərək Bakıda yollarda iş görülən zaman əhaliyə narahatlıq yarandığını bildirib. (29.06.2018)

"Vasif Talıbova dərs demişəm, dərsini oxumurdu, çox zəif idi" (04.01.2023)
 
Ardını oxu...
Ölkədə fəaliyyət göstərən müvafiq səlahiyyət sahibləri tərəfindən ticarət mərkəzlərində iş yerlərinin attestasiyasinin keçirilməsi vacibdir.
Bakıdakı iri ticarət mərkəzlərinin(Malların) sahiblərinin diqqətinə. Apardığım müşahidələrə , gördüklərimə və danışdığım işçilərin söhbətlərinə istinad edərək bildirirəm ki,sahibi olduğunuz əksər qurumlarda tərəfinizdən ölkənin əmək qanunvericiliyi pozulur.
TEREF.AZ xəbər verir ki, bunu Mirvari Qəhrəmanlı yazır. Fikirlərini şərh edən Miravari xanım daha sonra yazır:
Belə ki:
-İşçiləriniz 10-12 saat işləyir.Bunun müqabilində aldıqları əmək haqqı aşağıdır.Normadan artıq iş saatlarına, gecə və zərərli işə görə, bayram ,istirahət günlərində əlavə ödəniş edilmir.
-Nahar fasiləsi nəzərdə tutulmayıb
-Demək olar ki,bütün şöbələrinizdə güclü səs(musiqi) mövcuddur. Belə ara vermədən səsləndirilən güclü səs insan orqanizminə ziyandır.
İşçilər cavandır.Hələ hiss eləmirlər.Zaman gələcək sağlamlıqlarına vurulmuş bu fəsadi hiss edəcəklər.İnsafınız olsun cənablar!
Qeyd:ARƏM-də əmək qanunvericiliyinin icrasina (maddə 15) #DƏMX etməlidir. O da prosesi izləmir, izləməyəcək də., ərizə daxil olmadığını bəhanə edəcək. Ərizə daxil olsa da deyəcəklər məhkəməyə müraciət et.
İctimai nəzarət edəcək qurum da (maddə 309) həmkarlar təşkilatıdır.O da çoxdan "ölü" bir quruma çevrilib.
Teref.az
 
Ardını oxu...
“Səhliyalı” kolbasa-sosiska firması Azərbaycanın bir çox tanınmış şəxslərinə yeni il münasibəti ilə öz məhsullarını hədiyyə göndərib.

TEREF.AZ xəbər verir ki, lakin məlum olub ki, məhsulların vaxtı keçib.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Qeyd edək ki, “Səhliyalı” şirkəti mətbuatda və sosial şəbəkələrdə ən çox tənqid olunan şirkətlər arasında ilk yeri tutur.|amia.az|
Ardını oxu...
Ardını oxu...
 

Ardını oxu...
“Bu istiqamətlərdə Ermənistanın güclənmək şansı Azərbaycandan daha çox idi”.

DİA.AZ KONKRET.az-a istinadla xəbər verir ki, bunu Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasının deputatı Tiqran Abramyan yazıb.

“Müharibədən sonrakı dövrdə Azərbaycanın hücumları onu göstərdi ki, Azərbaycan xüsusilə mürəkkəb infrastruktura malik olan ərazilərdə böyük uğur qazanıb.

Məsələn, Azərbaycanın Fərrux, Kutakan, Nerkin, Şorja, İşxanasar, Cermuk istiqamətində, Qara göldən daha çox irəliləmək imkanları var idi. Lakin 2 il ərzində çətin şərtlərlə dağlıq ərazidə, ilin yarısının da kəskin hava şəraiti müşahidə olunduğu ərazilərdə hücumu planlaşdırıb həyata keçirdi.

Üstəlik, qeyd etdiyim istiqamətlərdə Ermənistanın özünü gücləndirmək, müdafiə sistemi yaratmaq, ən əsası isə təchizat imkanları Azərbaycandan dəfələrlə çox idi.

Böyük mənada burada problem nəinki haqqında bu qədər danışılan Azərbaycan XTQ-nin, hətta dağlıq şəraitdə fəaliyyət göstərmək imkanına malik olan Azərbaycan bölmələrinin üstünlüyü deyil. Problem ermənilərin mütəşəkkil şəkildə nizamsız olmasındadır.

2 il ərzində Azərbaycan Kəlbəcər-Laçın hissəsində əsas, ehtiyat yolların tikintisi, yenidən qurulması, hərbi hissələrin, hərbi infrastrukturların yaradılması üçün ciddi vəsaitlər yatırıb. Bu, onların uğurlarına nə qədər töhfə versə də, qeyd etdiyim sahələrdə, çox güc tətbiq etmədən onları qarşısını almaq olardı.

Söhbət döyüşçülərimizin necə vuruşmağı, qalib gəlməyi unutduqlarında deyil, problem onların arxasında dövlətin olmamasıdır.

Normal hakimiyyətin və dövlətin mövcudluğu şəraitində uğurla təşkilatlanmaq, işləmək, möhkəmlənmək, müdafiə olunmaq olar”, – deyə Abramyan yazıb.
Ardını oxu...
DİA.AZ: - ""Azercell"in adından yeni dələduzluq edənlər ortaya çıxıb". DİA.AZ bildirir ki, bu barədə "Müştəriyəm Şikayətçiyəm" sosial qrupundakı paylaşımında Fidan İsgəndərova adlı istifadəçi giley edir.

Ardını oxu...

Narazı vətəndaş daha sonra yazır: "Paylaşıram ki, məndən başqalarınında xəbəri olsun. Mən nömrəni spam etdim. Burdada paylaşıram. İnanmyın! Bu başqa nömrəyə kredit xidmətidir. Bu deyiləni yığsaz qeyd olunan nömrəyə 3azn kontur yüklənəcək.

Ardını oxu...

Kreditini siz ödəyəcəksiz. Maksumum şəkildə ətrafınızdada, "votsap" statusunda da paylaşın ki, yaşlı, başı çıxmayan adamlar az da olsa zərər çəkməsin..."

Onu da qeyd edək ki, bu paylaşıma şərhlərdə digər problmelər haqqında məlumatlar verilib. Əsgər Əliyev adlı istifadəçi yazır: "Bu yaxşıdı hələ. Mənə biri sms atıb ki siz qalib gəldiz. Təbrik sad. hədiyyə qazandınız. Linkə daxil olun. Məndə yazdım coxsağol sad . Bəs maşın udmuşam, hardan gəlim aparım. Yazıb linkə daxil olun. Deyirəm daxil oldumda deyir maşın. (Daxil olmamışdım) zəng etdim ki maşınımı verin. "Adboy" və Blok etdilər".

Hər halda "Azercell" rəhbərliyinin nəhayətdə bu faktları ciddiyə alması lazımdır.

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi dinləməyə hazırıq...
Ardını oxu...
Naxçıvandakı hərbi hissələrin zabit və gizirləri uzun illərdir ki, qara rəngli çantalarla işə gedib-gəlməyə məcbur edilir. Naxçıvan Əlahiddə Ordusunun komandanı general-polkovnik Kərəm Mustafayevin şəxsi təşəbbüsü və istəyi ilə tətbiq edilən bu qaydanı pozanlar ciddi cəzalandırılırlar. Naxçıvan şəhərindəki hərbi hissələrin birində gizir olaraq çalışmış, Şahbuz rayon sakini Əfsun Qəhrəmanov da bu qaydaları pozmaqda ittiham edilərək, cəzalandırıldığını deyir. Cəza olaraq, ona hərbi hissənin hamamını öz hesabına təmir etdirmək tapşırılır. O isə, həm bu, həm də hərbi hissədəki digər pozuntularla bağlı Naxçıvanın hərbi prokurorluğuna müraciət edir. Bundan xəbər tutan hərbi hissə rəhbərliyi onu döyür, komandan Kərəm Mustafayev isə ən ağır maddə ilə (Maddə156, e) işdən azad edir. İşsiz qalan gizir, bu maddə səbəbindən, müraciət etdiyi bütün işlərdən rədd cavabı aldığını deyir.

Daha ətraflı videoda:

https://www.facebook.com/100075606355785/videos/841184186991948

Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Ardını oxu...
"DogruXeber.az" xəbər verir ki, 26.12.2022-ci il tarixində Dövlət Satınalma (e-tender.gov.az) Portalında Qusar Rayon İcra Hakimiyyəti ilə "Miray MH" MMC ilə 71931.5 (yetmiş bir min doqquz yüz otuz bir, alli) AZN məbləğlə "Qusar şəhərində fərdi yaşayış evlərinin dam örtüklərinin dəyişdirilməsi işlərin satınalınması" müqaviləsinin bağlandığı barəsində məlumat dərc edilmişdi. Lakin, sözügedən müqavilənin "ətraflı məlumat" bölməsində heç bir məlumat qeyd edilməyib.

Ardını oxu...

Qeyd edək ki, ilk öncə Qusar rayon İcra Hakimiyyətinin hardasa (hansı portalda elan edildiyinə dair məlumat qeyd edilməyib) elan etdiyi tenderin qalibi olan "Miray MH" MMC barəsində "VÖEN" seriyası ilə araşdırma etdik. Araşdırmamız zamanı məlum oldu ki, 71931.5 (yetmiş bir min doqquz yüz otuz bir, alli) AZN - lik işi qazanan "Miray MH" MMC-nin cəmi 10 (on) AZN kapital qoyuluşu var.
Yeri gəlmişkən, müqavilənin müddəti 22.12.2022 tarixindən, 31.12.2022 tarixinə qədər.

P.S: Sözügedən faktla bağlı yayımlamadan öncə, 26.12.2022-ci il tarixində "DogruXeber.az" olaraq, Qusar Rayon İcra Hakimiyyətinin elektron ünvanına rəsmi sorğu göndərdik.
29.12.2022-ci il tarixində Qusar Rayon İcra Hakimiyyəti sorğumuza rəsmi cavab göndərib.

Cavabda deyilir:
"Sizin rayon İcra Hakimiyyətinin elektron poçt ünvanına göndərdiyiniz sorğunuza cavab olaraq bildiririk ki, "Miray MH" MMC ilə Qusar rayon İcra Hakimiyyəti arasında "Qusar şəhərində fərdi yaşayış evlərinin dam örtüyünün dəyişdirilməsi" işlərinin satınalınmasına dair bağlanmış müqavilə açıq tender proseduru aparılmaqla qanunauyğun şəkildə bağlanılmışdır. Belə ki, 21 oktyabr 2022-ci ildə Qusar rayon İcra Hakimiyyəti tərəfindən e-tender.gov.az elektron portalına "Qusar şəhərində fərdi yaşayış evlərinin dam örtüyünün dəyişdirilməsi işlərinin satınalınmasına dair elan verilmiş, hemin elana əsasən 46690 nömrəli müsabiqədə iştirak etmiş 6 teşkilatdan "Miray MH" MMC birinci yer tutmuşdur. Nəzərinizə çatdırırıq ki, "Miray MH" MMC-nin anoloji işlərdə təcrübəsi, potensialı, texniki və digər lazımi imkanları, son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş hesabat və maliyyə vəziyyəti haqqında müvafiq bank arayışı, müvafiq xidmətlər üzre uyğunluq lisenziyası ve diger melumatlar ətraflı şəkildə e- tender.gov.az elektron portalında müsabiqədə yerləşdirilmişdir.

Məlumat üçün onu da nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar ve İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 23 dekabr 2022-ci il tarixli AIBNDX-11/01-5/10478p nömrəli məktubunda sözügedən təşkilata dair bütün sedlarin düzgünlüyünün yoxlanıldıqdan sonra "Miray MH" MMC "Qusar şəhərinde fərdi yaşayış evlərinin dam örtüyünün dəyişdirilməsi işlerinin satınalınması üzrə müsabiqədə qalib təşkilat kimi qeydə alındığı bildirilmişdir.
Xahiş edirik nəzərə alasınız."

Göndərilən cavabı hərfi yazılışına qədər olduğu kimi təqdim etdik.

Diqqət !
Yuxarıda ətraflı məlumat bölməsində heç bir məlumat olmadığını qeyd etmişik.
Təqdim etdiyimiz fotoda da ətraflı məlumat bölməsinin yerində qara nidanı da yəqin gördünüz. Tender elanının harda, hansı portalda yayımlandığı da "ətraflı məlumat" bölməsində göstərilməli idi. Hətta, diqqət etdinizsə, Qusar Rayon İcra Hakimiyyəti cavabında da elan edildiyini bildirib. Lakin, hansı portalda? - bax bu yenə də qeyd edilməyib.

Hörmətli Qusar Rayon İcra Hakimiyyəti, inciməyin, cavab məktubunuzda yol verdiyiniz çoxsaylı hərf səhvləri sorğudakı mövzuya nə dərəcədə "ciddi" yanaşdığınızı göstərir.

Qeyd: Məsələnin ətraflı araşdırılması üçün tərəfimizdən aidiyyatı qurumlara göndərilməsi üçün rəsmi müraciətlər hazırlanır.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
Ardını oxu...
Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbova yaxınlığı ilə seçilən şəxslərin “vurulması” davam edir. V. Talıbovun istefa verməsindən dərhal sonra Naxçıvan Dövlət Universitetinin prorektoru olan oğlu Seymur Talıbov tutduğu postdan könüllü şəkildə imtina edib. Ötən həftə isə Vasif Talıbovun Naxçıvan prokurorunun müavini olan qardaşı Məhərrəm Talıbov sərəncama göndərilib.

Teref.az Yeni Sabah-a istinadla xəbər verir ki, Talıbovların daha bir nümayəndəsi – Dövlət Miqrasiya Xidmətində idarə rəis vəzifəsində çalışan Rza Talıbov da yol üstdədir. General Talıbovun uzunmüddətli məzuniyyətə göndərildiyi barədə xəbər rəsmən təsdiqlənib. Məlumatlı şəxslər isə oğul-Talıbovun məzuniyyətinin bitməyəcəyini iddia edirlər. Onların qənaətinə görə, Rza Talıbov əmisi Məhərrəm Talıbovun aqibətini yaşayacaq. Məzuniyyət müddəti başa çatndan sonra gənc generalın da, əmisi kimi, sərəncama göndəriləcəyi bildirilir.

Saytın əldə etdiyi məlumata görə, “təmizləmə əməliyyatı” təkcə Talıbovların sıradan çıxarılmasıyla yekunlaşmayacaq. Bu prosesin həm Naxçıvanda, həm də Bakıda Vasif Talıbova yaxınlığı ilə tanınan bütün məmurları əhatə edəcəyi vurğulanır.

Məlumatlı şəxs bildirib ki, tezliklə vəzifəsi ilə vidalaşacaq talıbovçuların siyahısında ilk yerdə Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov gəlir. Həmişə Vasif Talıbovun adamı olmasıyla öyünən 69 yaşlı icra başçısının yanvar ayı ərzində yola salınacağı gözlənilir.

Mənbə deyib ki, Zakir Fərəcovun fəaliyyətindən narazılıq son vaxtlar onsuz da geniş vüsət almışdı. Yəni qocaman icra başçısının “vurulması” gözlənilən idi. Sadəcə, Vasif Talıbovun qəfil istefası bu prosesi daha da sürətləndirdi.

Məlumatlı şəxs onu da deyib ki, əslən Naxçıvandan olan və Vasif Talıbovun sayəsində paytaxtda, eləcə də ölkənin digər şəhər və rayonlarında yüksək post tutan çoxlu sayda məmurun da işdən çıxarılması gözlənilir.

Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbova yaxınlığı ilə seçilən şəxslərin “vurulması” davam edir. V. Talıbovun istefa verməsindən dərhal sonra Naxçıvan Dövlət Universitetinin prorektoru olan oğlu Seymur Talıbov tutduğu postdan könüllü şəkildə imtina edib. Ötən həftə isə Vasif Talıbovun Naxçıvan prokurorunun müavini olan qardaşı Məhərrəm Talıbov sərəncama göndərilib.

Talıbovların daha bir nümayəndəsi – Dövlət Miqrasiya Xidmətində idarə rəis vəzifəsində çalışan Rza Talıbov da yol üstdədir. General Talıbovun uzunmüddətli məzuniyyətə göndərildiyi barədə xəbər rəsmən təsdiqlənib. Məlumatlı şəxslər isə oğul-Talıbovun məzuniyyətinin bitməyəcəyini iddia edirlər. Onların qənaətinə görə, Rza Talıbov əmisi Məhərrəm Talıbovun aqibətini yaşayacaq. Məzuniyyət müddəti başa çatndan sonra gənc generalın da, əmisi kimi, sərəncama göndəriləcəyi bildirilir.

Saytın əldə etdiyi məlumata görə, “təmizləmə əməliyyatı” təkcə Talıbovların sıradan çıxarılmasıyla yekunlaşmayacaq. Bu prosesin həm Naxçıvanda, həm də Bakıda Vasif Talıbova yaxınlığı ilə tanınan bütün məmurları əhatə edəcəyi vurğulanır.

Məlumatlı şəxs bildirib ki, tezliklə vəzifəsi ilə vidalaşacaq talıbovçuların siyahısında ilk yerdə Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov gəlir. Həmişə Vasif Talıbovun adamı olmasıyla öyünən 69 yaşlı icra başçısının yanvar ayı ərzində yola salınacağı gözlənilir.

Mənbə deyib ki, Zakir Fərəcovun fəaliyyətindən narazılıq son vaxtlar onsuz da geniş vüsət almışdı. Yəni qocaman icra başçısının “vurulması” gözlənilən idi. Sadəcə, Vasif Talıbovun qəfil istefası bu prosesi daha da sürətləndirdi.

Məlumatlı şəxs onu da deyib ki, əslən Naxçıvandan olan və Vasif Talıbovun sayəsində paytaxtda, eləcə də ölkənin digər şəhər və rayonlarında yüksək post tutan çoxlu sayda məmurun da işdən çıxarılması gözlənilir.
 

Ardını oxu...
Məlumdur ki, Dövlət Sərhəd Xidməti (DSX) Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2002-ci il tarixli, 740 nömrəli Fərmanı əsasında yaradılmış və bu dövlət qurumu ölkəmizə məxsus sərhədlərin mühafizəsi sahəsində, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Qeyd edək ki, 1991-ci ildə Azərbaycan Respublikası müstəqillik hüququnu əldə etdiyi ilk illərdə, Dövlət Sərhəd Xidməti Milli Təhlükəsizlik Nazirliyinin tərkibində olub. Bu dövlət qurumu hal-hazırda öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və DSX-nin normativ hüquqi aktlarını rəhbər tutur. DSX ona həvalə edilmiş vəzifələri tabeliyindəki hərbi hissələr və digər orqanları vasitəsi ilə həyata keçirir.

Ardını oxu...

Qeyd edək ki, hal-hazırda DSX-nin rəisi vəzifəsini Azərbaycan Respublikası Prezidentinin 15 avqust 2014-cü il tarixli 683 nömrəli Sərəncamı ilə general-polkovnik hərbi rütbəsi verilmiş Elçin İsağa oğlu Quliyev daşımaqdadır. Bu şəxs Azərbaycan Respublikasının Prezidentinin 27 mart 2001-ci il tarixli 450 nömrəli Fərmanı ilə Milli Təhlükəsizlik Nazirinin müavini – Sərhəd Qoşunlarının Komandanı, 31 iyul 2002-ci il tarixli 743 nömrəli Fərmanı ilə Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı, nəhayət 05 iyun 2017-ci il tarixli 2960 nömrəli Sərəncamı ilə Dövlət Sərhəd Xidmətinin rəisi vəzifəsinə təyin olunur. Onu da bildirək ki, indiyə kimi Dövlət Sərhəd Xidməti çətin və mürəkkəb bir yol keçmiş və sərhədlərimizin mühafizəsinin yüksək səviyyədə təmin olunması üçün, bu sahədə xidmətdə olanlar ən yeni döyüş texnikası ilə, silah-sursatla, müşahidə, aşkaretmə, radiolokasiya sistemləri və s. ilə təmin olunmuşlar. Yəni, bunlar günümüzün reallığıdır. Bəli, hal-hazırda iqlimindən, relyefindən, şəraitindən asılı olmayaraq, ölkəmizin quru və su sərhədləri müəyyən qədər mühafizə olunur. Faktdır ki, Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazası ildənilə yenilənir və sərhəd bölmələrinin müasir silahlarla, döyüş texnikaları ilə, xüsusi avadanlıqlarla, yüksək manevrli və keçid qabiliyyətli nəqliyyat, sualtı əməliyyat və müşahidə vasitələrilə, istehkam avadanlıqları və qoruyucu vasitələrlə təminatları yaxşılaşdırılır. Bəli, dövlət sərhədlərinin etibarlı şəkildə mühafizə olunması, sərhədçilərin peşəkarlığından, sərhəd bölmələrinin peşəkar kadr heyəti ilə komplektləşməsindən olduqca asılı olur. Ona görə də, Dövlət Sərhəd Xidmətinin fəaliyyətində kadr hazırlığı çox əhəmiyyətli və xüsusi diqqət yetirilən bir sahə hesab olunur. O halda sual oluna bilər ki, görəsən cənab Elçin Quliyevin rəhbərlik etdiyi bu dövlət qurumunda, hal-hazırda kadr təyinatları və hərbi rütbələrin verilməsi və digər məsələləri necə həll olunur? Elə bu necəliyin varlığıdır ki, Dövlət Sərhəd Xidmətində bu kimi məsələlərlə bağlı bəzi nüasların varlığını geniş ictimaiyyətin diqqətinə çatdırmağı özümüzə borc bildik ki, hər kəs bu dövlət qurumunda baş verənlərdən müəyyən qədər xəbərdar ola bilsin. Məsələn, gundemxeber.az-ın redaksiyasına daxil olan məlumatlara görə DSX-nin rəisi vəzifəsini daşıyan Elçin Quliyevin oğlu Məhəmməd, Bakı Dövlət Universitetinin (BDU-nun) huquq fakultəsində ali təhsilini başa vurduqdan sonra o, həqiqi hərbi xidmətini atasının rəhbərlik etdiyi qurumun Sərhəd Qoşunlarının Yevlaxdakı hərbi hissəsinin Çevik Hərəkət Bölüyündə kecirir. Bir müddətdən sonra Məhəmməd leytenant hərbi rütbəsi alır və DSX-nin Istintaq idarəsində ixtisası üzrə təkmilləşdirmə kursu keçir. Daha sonra o, baş leytenant hərbi rütbəsində Çevik Hərəkət Komandanlığında xidmətini davam etdirir (burada əmək haqqı iki qatdır) və qısa müddət ərzində atasının yolunu davam etdirən Məhəmməd, vaxtından əvvəl atası tərəfindən kapitan hərbi rütbəsinə də layiq görülür.

Redaksiyamıza daxil olan başqa bir məlumatlara görə, vaxtilə Elçin Quliyevin özü də bir neçə rütbəni “Xidmətdə fərqlənməyə görə” vaxtından əvvəl almağa nail olur. Halbuki, bu şəxs yalnız Xudat Əlahiddə Nəzarət Buraxılış Məntəqəsində xidmətdə olur. Diqqət yetirmək lazımdır ki, Elçin Quliyev hərbi hissə komandanlığı tərəfindən polkovnik-leytenant hərbi rütbəsi alır və birbaşa Sərhəd Qoşunlarına komandan təyin olunur. Bir sözlə, hərbi rütbələri “kosmik sürət”lə əldə edən Elçin Quliyev, bu gün oglunun gaygısına galır və onun da “kosmik sürət”lə hərbi rütbələr almasına imkan yaradır. Yəqin ki, belə bir gedişlə yaxın 5-6 il ərzində Məhəmməd polkovnik hərbi rütbəsinə yüksələ biləcək. O halda bir kimsə buna heç də təəccüblənməsin. Baxmayaraq ki, "Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə hərbi rütbələrin verilməsi qaydaları tam aydınlığı ilə göstərilib və bu Əsasnamənin tələblərinə əməl etmək, məhz hər bir vəzifə sahibinin əsas borcudur. Yəni, 03 oktyabr 1997-ci ildə təsdiq olunmuş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 4-cü fəslinin 41-ci maddəsində qeyd olunub ki, “Hər bir hərbi qulluqçuya və hərbi vəzifəliyə onun xidməti vəziyyətindən, hərbi və xüsusi hazırlığından, xidmət illərindən, ehtiyatda olma müddətindən, Silahlı Qüvvələrin, qoşunların növünə və ya xidmətə mənsubiyyətindən, göstərdiyi xidmətlərindən, eləcə də bu Əsasnamə ilə nəzərdə tutulan digər şərtlərdən asılı olaraq müvafiq hərbi rütbə verilir”. O halda sual oluna bilər ki, görəsən DSX-nin rəisi, general-polkovnik Elçin Quliyevin olğu Məhəmməd, “Hərbi xidmətkeçmə haqqında” təsdiq olunmuş Əsasnamənin tələblərindən hansı birinə cavab verir ki, o, qısa zaman kəsiyində kapitan hərbi rütbəsinə sahib ola bilir? Əslində, oğul Məhəmməd buna öz petensialına görə nail olmur, atasının ona yaratdığı imkanlara görə nail olur. Bu da o deməkdir ki, dövlətimizin əsas strateji sahələrindən biri hesab olunan DSX, bu gün general-polkovnik Elçin Quliyevin inhisarında olduğundan, bu dövlət qurumunda kadr təyinatları, hərbi rütbələrin verilməsi və digər məsələlər qanunun tələblərinə uyğun deyil, məhz rəhbərliyin maraqlarına uyğun həllini tapır. Ən maraqlısı odur ki, Elçin Quliyev Əli adında digər oğluna general-mayor forması geyindirib, onu hərbi hissələrin birində kollektiv qarşısında nümayiş etdirir. Bu da onu sübut edir ki, Elçin Quliyev belə bir addımı ilə böyük bir qanunsuzluğa imza atır və o, müstəqil Azərbaycan Respublikasına məxsus atributla, sanki uşaq oyunu oynayır. Yəni, fotolardan da görünür ki, DSX-nin rəisi Elçin Quliyev bu cür addımları ilə, hansısa istəyinə nail olmağa çalışır. Axı, bu cür addım atmaq, heç bir halda yolverilməzdir, böyük bir qanunsuzluqdur. Mövzu diqqətimizdədir. Yazıda adı keçən hər kəsin mövqeyini dinləyə bilərik.

GundemXeber.Az
 

Dünyapress TV

Xəbər lenti