|
Prezidentin Naxçıvan üzrə xüsusi nümayəndəsi Fuad Nəcəfli yanvarın 7-də Şərur rayonunda sakinlərlə görüşüb. Görüşdən öncə, rayon rəhbərliyi bəzi problemləri aradan qaldırıb. Ancaq, müvəqqəti. Məsələn, rayonun içməli sudan əziyyət çəkən Mahmudkənd, Cəlilkənd, Düdəngə və digər kəndlərində uzun müddətdir ki, dayandırılan artezianlar görüşdən bir gün öncə işə salınıb.
Görüş zamanı Fuad Nəcəfli də söz verib ki, rayonun bütün problemləri həll olunacaq. Lakin, o rayonu tərk edəndən bir neçə saat sonra, icra hakimiyyətinin əməkdaşları artezianların motorlarını və ötürücülərini söküb, özləri ilə aparıblar. Beləliklə, kənd yenidən içməli susuz qalıb. Bu haqda “Gündəlik Naxçıvan”a bir qrup rayon sakini məlumat verib.
Mahmudkənd kənd sakini B. Babayev deyir ki, artezan quyuları bir neçə il öncə qazılıb və işə salınıb. Bununla da bir neçə kəndin su problemi həll olunub. Lakin, ötən il Yaycı gölündən bu kəndlərə içməli olmayan su çəkilib. Bundan sonra artezianların fəaliyyəti dayandırılıbmış:
“Hər kənddə 7-8 artezian quyusu var. Bir il öncə, göldən su çəkən kimi, gəlib dayandırdılar. Dedilər ki, artıq kəndlərin suyu var, içmək üçün də bundan istifadə edin. Gölün suyu isə, içməyə yararsızdır. Bir ildir ki, şikayət etmədiyimiz yer qalmayıb. Heç kim şikayətimizə baxmaq istəmir. Fuad Nəcəfli görüşə gəlməmişdən bir gün öncə, tələsik gətirib, motorları bağlayıb, artezanları işə saldılar. Lakin, bu sevincimiz cəmi bircə gün çəkdi. O gedən kimi, gəlib motorları və ötürücüləri açıb apardılar ki, heç kim artezianları işə sala bilməsin”.
Təhlükəsizliyi baxımından adının çəkilməsini istəməyən Düdəngə kənd sakini deyir ki, artezianları bağlamaqda məqsəd, elektrik enerjisinə qənaət edib, həmin pulu büdcədən silməkdir:
“Biz onsuz da hər ay təsərrüfat başına 5 manat su pulu ödəyirik. İstər artezian suyu olsun, istərsə də göl. Gölün suyu öz axarına gəldiyindən, pul tələb eləmir. Rayon rəhbərliyi isə, artezianlara görə, hər ay büdcədən xeyli pul silir. Guya onlar işləyir və pul yazır. Özlərinin qazancı üçün, minlərlə ailə suzusliqdan əziyyət çəkir. Evimin yanında artezian olarkən, niyə mən kilometrlərlə yol gedib, içməli su gətirməliyəm. Bizim kənd və qonşu kəndlər əl arabası ilə Oğlanqala kəndindən içməli su daşıyırıq. Düşünürdük ki, yeni rəhbərlik gəlib bu problemləri həll edəcək. Ancaq, əksini görürük”.(Gündəlik Naxçıvan)
2022-ci il sentyabrın 6-da Prezident İlham Əliyevin sərəncamı ilə İbrahim Həsən oğlu Cəfərov Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU-nun) rektoru vəzifəsindən azad olundu. 2022-ci ilin tədris ili başlamazdan öncə bu ali təhsil müəssisəsinin rektoru işindən azad olunsa da, o, həmin vaxta qədər çoxsaylı problemlərini aradan qaldıra bilməyən Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutuna direktor təyin olundu. Təbii ki, ilk növbədə belə bir təyinat geniş çevrənin daha çox müzakirə etdiyi məsələlərdən biri oldu. Xatırladaq ki, professor İbrahim Cəfərov hər il tələbələrin iştirakı ilə keçirilən müsabiqələrdə “İlin rektoru” fəxri adının qalibi sayılırdı. Qeyd edək ki, bu şəxs 2013-cü ildən bu ali təhsil ocağında bir çox məsul vəzifələrdə, son olaraq rektor vəzifəsini daşıdı.
Hazırda ADAU-da rektor vəzifəsinə Prezident İlham Əliyevin sərəncamı ilə kimsə təyin olunmayıb və belə bir səbəbdəndir ki, bu gün rektor kürsüsü uğrunda qızğın mübarizə gedir desək, heç də yanılmarıq. Hələlik bu vəzifəyə sahib olmaq uğrunda aparılan mübarizədə əsas pilləni Əhməd Məlikovun tutduğu söylənilir. Amma, bir nüansı unutmaq olmaz ki, rektor vəzifəsi ilə bağlı təyinatı hansısa vəzifə sahibi deyil, birbaşa Prezident elan edir.
ADAU-da rektorluğa namizədlərdən biri, Əhməd Qulu oğlu Məlikovun kimliyini araşdıraq və bu şəxs barədə əldə olunan məlumatları geniş ictimaiyyətin diqqətinə çatdıraq. Qeyd edək ki, ADAU-da prorektor kürsüsünə sonuncu, yəni Tədris İşləri üzrə prorektor vəzifəsinə təyinat alan Əhməd Məlikovdur. Əldə etdiyimiz məlumata görə, bu vəzifəyə təyin olunan Əhməd Məlikov Azərbaycan Texnologiya Universitetində çalışıb və hazırda o, texnika elmləri doktoru, dosentdir. Bu şəxs , yəni Əhməd Məlikov, Azərbaycan Texnologiya Universitetində müvəqqəti əmrlə rektor, daha dəqiq desək, 11 il rektor əvəzi vəzifəni daşıyan Telman Məlikovun qardaşıdır. Əhməd Məlikovun belə bir vəzifəyə təyin olunmasında əsas təşəbbüskarın, İqtisadiyyat naziri Mikayıl Cabbarovun 1-ci müavini, hətta qohumu olduğu bildirilən Elnur Aydın oğlu Əliyevin böyük rol oynadığı iddia olunur. ADAU-da sonuncu prorektor təyinatı alan Əhməd Məlikov olsada rektorluğa birinci iddialı şəxs sayılır. Qeyd edək ki, İbrahim Cəfərovdan sonra İnam Kərimovun verdiyi tapşırıq əsasında bu Universitetdə prorektorlar dəyişdirilsə də, hələlik təsərrüfat işləri üzrə rektor müavini vəzifəsi boş qalmaqdadır. Unutmaq olmaz ki, Əhməd Məlikov yeni təyinatı alan prorektorlar arasında sonuncu olsa da, o, bugünkü reytinqi ilə öndədir. Çünki, bundan öncə qeyd etdiyimiz kimi, bu şəxsin yaxın qohumu olan Elnur Əliyev, Əhməd Məlikovun qardaşı Telman Məlikovun kürəkənidir. Bundan əlavə Mikayıl Cabbarovun birinci müavini və qohumu olan Elnur Əliyev həm də, 2000-2003-cü illərdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsini daşıyan, daha sonra isə işində qol qoyduğu nöqsanlara görə vəzifəsindən uzaqlaşdırılan Eyvaz Babayevin də bacısı oğludur.
Qayıdaq növbəti namizədlərə.İbrahim Cəfərovdan sonra kənd təssərrüfatı naziri İnam Kərimovun müvafiq əmri ilə vəzifəyə təyin olunanlar ümumi işlər üzrə prorektor və bu gün rektor vəzifəsini icra edən Zəfər Qurbanovdur.Bəs Zəfər Qurbanov kimdir? Bakı Ali Neft Məktəbindən ADAU-ya transfer olunan Zəfər Qurbanov texnika elmləri namizədi, dosentdir. Əldə olunan məlumatlardan o da bəlli olur ki, bu şəxs kənd təsərrüfatı naziri İnam Kərimovun komandasının üzvlərindəndir. Daha bir məlumatda isə bu şəxsin nazirin müavini olan Sarvan Cəfərovun yaxın quhumu olduğu bildirilir. ADAU-ya İbrahim Cəfərovun zamanında təyinat alan Azad İbrahimovun, elmi işlər üzrə prorektor vəzifəsinə təyinat alması da sensasiya doğuran məsələlərdəndir. Əldə etdiyimiz məlumatlara görə bir neçə il bundan öncə ADAU-dan BMTBETİ-yə direktor təyinatı alan Azad İbrahimov, adı çəkilən bu təhsil ocağında heç cür baş çıxara bilmir. Hər zaman əsəbi olması və idarəçiliyində bir çox olaylarla məhşur olan , hətta sabiq nazir Heydər Əsədovun zamanında nazir müavini vəzifəsini daşıyan Seyfəddin Talıbovun köməkliyi sayəsində, adı çəkilən bu təhsil müəssisəsinə direktor təyin olunan İbrahimov, hər kəsin yaddaşında elmi-tədqiqat institunun elmi işçilərinə, öz şəxsi sahələrinə pomidor şitili vurdurmaqla yadda qalması olmuşdur. Bundan əlavə, mərhum akademik Məmmədtağı Cəfərovun rektor işlədiyi zamanlarda Azad İbrahimovun təsərrüfat işləri üzrə prorektor olması səbəbindən, ADAU –nun hazırda təcrübə sahələri demək olar ki, yox olmuşdur. Əvvəllər universitetdə yarıtmaz fəaliyyəti ilə seçilən və Təsərrüfat İşləri üzrə prorektor olan Azad İbrahimovun, bu gün rektor təqdimatı olmadan elmi işlər üzrə prorektor təyinatının arxasında isə, 2018-2022-ci illər ərzində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aparatının İnsan resurslarının idarəedilməsi şöbəsinin müdiri və nazirlikdə — Aparat rəhbərinin müavini, İnsan resurslarının İdarə edilməsi və Elm, təhsil və İnsan resursları şöbələrinin müdiri vəzifələrində çalışmış, hal-hazırda isə Göygöl rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini daşıyan Elvin Paşayev olmuşdur. Onu da qeyd etmək yerinə düşər ki, Azad İbrahimov universitet həyatındakı naliyyətlərinə, məhz İbrahim Cəfərovun zamanında rektorla köhnə dostluğu sayəsində nail olur. Bu şəxs alimlikdən daha çox işbazlıq fəliyyəti ilə məhşurdur və ADAU-da gəzən söz- söhbətlərə görə, hətta özünün dediyinə görə, onun Azərbaycan Respublikası Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi-şöbə müdiri ,1-ci dərəcə dövlət müşaviri, tarix elmləri doktoru Zeynal Nağdəliyevlə də münasibətləri normaldır. Digər iki namizəddən əvvəl isə, Azad İbrahimovun rektor olmaq arzusu Zəfər Qurbanovun təyinatına qədər gündəm idi. Hal-hazırda ADAU-da rektor kürsüsüsünə sahib olmaq uğrunda mübarizə aparanlardan ən çox kimin reytinqli olması sir olaraq məlum olmasa da, namizədlər məlumdurlar.
Mehriban ƏZİZQIZI