Ardını oxu...
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Əmək Müfəttişliyi Xidmətinin elan etdiyi tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com xəbər verir ki, Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi üçün inzibati bina sahəsinin icarəyə götürülmsiylə bağlı tenderin qalibi Fəridə Hüseynalı qızı Orucova (VÖEN – 1400576242) olub. Dövlət Əmək Müfəttişliyi Xidməti Fəridə Hüseynalı qızı Orucovaya məxsus 980 kv. metr qeyri-yaşayış sahəsini 12 ay müddətinə icarəyə götürür. Əmək Müfəttişliyi Xidməti icarə haqqı olaraq Fəridə Hüseynalı qızı Orucovaya 163 min 548 manat 96 qəpik (ayda 13 min 629 manat) ödəyəcək.

Onu da bildirək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tabe olan qurumların bir-çoxu ofis sahələrini icarəyə götürürlər:

– Ötən ayın son günlərində DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı üçün ofis sahəsinin icarəyə götürülməsilə bağlı tender müsabiqəsi həyata keçirib. Müsabiqənin qalibi Bayramov Amil Qinyaz oğlu (VÖEN – 1003009142) olub. DSMF Bayramov Amil Qinyaz oğluna məxsus 3000 kv. metr qeyri-yaşayış sahəsini 9 ay müddətinə icarəyə götürür. DSMF icarə haqqı olaraq Bayramov Amil Qinyaz oğluna 445 min 500 manat (ayda 49 min 500 manat) ödəyəcək.

– Ötən ayın əvvəlində DSMF-nin Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı üçün ofis sahəsinin icarəyə götürülməsilə bağlı tender müsabiqəsi həyata keçirilib. Müsabiqənin qalibi Hüseynova Almaz Hacı qızı (VÖEN – 1307950442) olub. DSMF Hüseynova Almaz Hacı qızına məxsus 2200 kv. metr qeyri-yaşayış sahəsini 9 ay müddətinə icarəyə götürüb və 240 min 702 manat ödəyəcək.

– Oktyabr ayında Nazirliyin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi üçün ofis sahəsinin icarəyə götürülməsilə bağlı tender müsabiqəsi həyata keçirilib. Müsabiqənin qalibi Emil Vidadi oğlu Orucov (VÖEN – 1604117012) olub. Nazirlik Emil Vidadi oğlu Orucova məxsus 2000 kv. metr qeyri-yaşayış sahəsini 12 ay müddətinə icarəyə götürüb və 318 min 622 manat 7 qəpik ödəyəcək.

– Bu ilin iyul ayında Nazirliyin tabeliyində olan Dövlət Məşğulluq Agentliyi üçün ofis sahəsinin icarəyə götürülməsilə bağlı tender müsabiqəsi həyata keçirilib. Müsabiqənin qalibi “Macaz Construction” MMC (VÖEN – 1302101451) olub. Nazirlik 2300 kv. metr qeyri-yaşayış sahəsini 6 ay müddətinə icarəyə götürüb və 743 min 853 manat 12 qəpik ödəyəcək. Qeyd edək ki, “Macaz Construction” MMC-nin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sabiq rəhbəri Akim Bədəlovun ailə üzvlərinə məxsus olduğu bildirilir.

– Bu ilin may ayında Nazirliyin tabeliyində olan Dost İş Mərkəzi üçün ofis sahəsinin icarəyə götürülməsilə bağlı tender müsabiqəsi həyata keçirilib. Müsabiqənin qalibi Əşrəf Səxavət oğlu Səfərov (VÖEN – 2004596032) olub. Nazirlik Əşrəf Səxavət oğlu Səfərova məxsus 2750 kv. metr qeyri-yaşayış sahəsini 6 ay müddətinə icarəyə götürüb və 213 min 432 manat ödəyəcək.

– Bunlardan başqa bu ilin yanvar ayında Nazirliyin tabeliyində olan Sosial Xidmətlər Agentliyi üçün ofis sahəsinin və anbarın icarəsi üçün “Çinar Park” MMC (VÖEN – 1500764231) ilə 566 min 592 manatlıq müqavilə imzalanıb.

– Əvvəlki illərdə Nazirliyin tabeliyində olan DSMF Maddi-Məişət Şəraitinin Müayinəsi üzrə Mərkəzi Filialı üçün 3000 kv. metr ofis sahəsini icarəyə götürüb və Həsənova Qaze Həsən qızına (VÖEN – 1600110362) 12 ay üçün 556 min 200 manat ödəyib.

– Dövlət Məşğulluq Agentliyi 8 saylı Ərazi Məşğulluq Mərkəzi Filialı üçün 235 kv. metr ofis sahəsini icarəyə götürüb və Şirinov Faiq Nizami oğluna (VÖEN – 1306883522) 36 ay üçün 90 min manat ödəyib.

– DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı üçün 1900 kv. metr ofis sahəsini icarəyə götürüb və Kərimov İlqar İsmayıl oğluna (VÖEN – 1505343002) 12 ay üçün 167 min 808 manat ödəyib.

– DSMF Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialı üçün 1000 kv. metr ofis sahəsini icarəyə götürüb və “Çinar Park” MMC (VÖEN – 1500764231) 12 ay üçün 148 min 680 manat ödəyib.

– DSMF Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı üçün 3000 kv. metr ofis sahəsini icarəyə götürüb və Bakı Avrasiya Universitetinə (VÖEN – 1500008331) 12 ay üçün 630 min manat ödəyib.
 
 
 
Ardını oxu...
"Növbəti narazıçılıq yox, artıq şikayətdir..." DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Asim Əliyev adlı şikayətçi giley edir.
Ardını oxu...
Vətəndaşın şikayətini nöqtəsinə-vergülünə toxunmadan... olduğu kimi təqdim edirik: "Sikayetimde Beynəlxalq Bankdandir.Kecen il kart sifaris etdim 10m pul cixildi ne kart sifaris olundu ne kart geldi pulda getdi.Kredit goturmusdum nagd novbeden kenar odenisler etmisdim Qalan borca gore faiz borcu artiq hesablanib hardasa 23m.Belece 33m menimsenildi Abb terefinden.Neden ziddine gedirem desez.Kartin borcunu odemisdim 10q eskikliye gore meni banka cagirib odetdiler pulu.Onlarin 10q puldu bizim pul pul deyil?Banklar belece tek menimle yuzlerle menim kimi insanlarin pulunu menimseyir".

İddia olunanlarla bağlı teref.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
 
Ardını oxu...
DogruXeber.az: - Mikayılov Zaur Rauf oğlu - Boğaziçi Universitetinin "Biznesin idarə olunması" fakültəsini bitirib.
"Bravo" supermarketlər şəbəkəsinin icraçı direktoru olub. 2018-ci ilin noyabr ayından bu vəzifəyə təyin olunan gənc mütəxəssis 2021-ci ilin yanvar ayında vəzifəsini tərk edib.

Halbuki, başqaları ölkə xaricində aldığı diplomu Azərbaycanda tanıtdırana qədər aylarla sürünüb, dəridən-qabıqdan çıxır, axırda da ya reseption işləyir, ya ekspeditel, ən yaxşı halda hansısa marketdə, yaxud restoranda administrator. Bunun üçün isə heç diploma gərək yoxdur.
Odur ki, ölkədən kənarda təhsil aldığı 4 ili də, orta təhsil aldığı 11 ili də (hələ hazırlıq kursları, repetitor yanına getməsini demirik) - bir sözlə ömrünün ən az 15 ili heçə getmiş olur.

Amma, şansa baxın ki, Türkiyədə təhsil almış, karyerasına marketdən başlamış Zaur Mikayılov mühüm bir dövlət qurumunun rəhbəri vəzifəsinə qədər yüksələ bilib.

Doğrudur, Boğaziçi Universiteti güya diplomu Azərbaycanda tanınan ali məktəblər sırasında yer alsa da, tanıdana qədər də ömrümüzün bir neçə ayını (bəzən də ilini) və pulumuzu xərcləməli oluruq.

Əlqərəz...

Əslində, doğrudur, əvvəllər də su təsərrüfatı sahəsində çoxsaylı şikayətlər var idi. Zatən çoxsaylı şikayətlərin və digər qanun pozuntularının, korrupsiya hallarının olduğuna görə rəhbər dəyişdi.

Sözümüzü ora gətirmək istəyirik ki, ölkə xaricində auditoriya görmüş, böyük marketlərdə rəhbərlik təcrübəsi keçmiş Zaur Mikayılov Melorasiya və Su Təsərrüfatı ASC-nə sədr təyin edildikdən sonra nəinki əvvəlki neqativ hallar aradan qaldırılmadı, əksinə, daha da artdı.

Çoxsaylı vətəndaş şikayətləri cavabsız qaldı, su üstündə bacı-qardaş, nəsil-nəcabət arasında düşmənçilik halları hər gün daha da artdı.

Amma, elə bil, bu qədər şikayətlərin, tənqidlərin Zaur Mikayılova aidiyyatı yoxdur. El demişkən, "tükü də tərpənmir".

Dəfələrlə "DogruXeber.az" informasiya portalında Şamaxı rayon Çıraqçı kəndi, Şəmkir rayon "Düz qışlaq" kəndi, "Yeni yol" qəsəbəsi və digər bölgələrdəki su problemləri barəsində məlumatlar dərc edilib.

Hətta, son məlumatımızda Şəmkir rayon "Düz qışlaq " kəndində sakinlərin çoxsaylı şikayətlərindən və məlumatlar "DogruXeber.az"da yayımlandıqdan sonra nəhayət artezyan quyusunun təmizlənib, təmir edilib, istifadəyə verilməsi işinə başlanıldı.
Ancaq, ilk növbədə işə kənd sakinlərindən pul yığmaqdan başladılar. Daha vətəndaş özü təmir edəcəkdisə, bu qədər şikayətlərə nə ehtiyac var idi?!

Təbii ki, kənd sakinləri buna etiraz etdilər və iş eləcə də qaldı.

Şəmkirdə "tökülmüşləri öyrənən" bu məmurların əlləri biixtiyar rüşvətə qaçır - VİDEO

Yeri gəlmişkən, Samux rayonunun Qarayeri qəsəbə sakini Əjdər Məmmədov da bir neçə gündür içməli su artezyan quyusunun işləmədiyi barəsində hər gün təkrar redaksiyamıza müraciət edir.
Bildirir ki, "Bir neçə gündür Melorasiya və Su Təsərrüfatı ASC-nin Samux rayonundakı nümayəndəliyinə dəfələrlə müraciət etmişik, gəlib təmir etmirlər ".

Əjdər Məmmədovun bu gün redaksiyamıza verdiyi məlumata görə isə məsələ üzrə məsul şəxslər artezyan quyusunun təmiri üçün indi də qəsəbə sakinlərindən minimum 10 manatdan, 40 manata qədər pul yığırlar.
Eynilə, Şəmkir rayon "Düz qışlaq" kəndində olduğu kimi.

Yeri gəlmişkən, Şəmkir Suvarma Sistemləri İdarəsinin işçisi olduğunu deyən Şəmkir rayon "Yeni yol" qəsəbəsinin sakini Polad Vəliyev "Kanal14" youtube kanalımızda yayımlanan "Kamalın zamanı" proqramında canlı yayımda olarkən, dövlət büdcəsindən pul ayrılmasına baxmayaraq, hər artezyan quyusunun vurulması üçün sakinlərdən 3-5 min manat arası pul yığıb vermələrinin tələb olunduğunu bildirmişdi.

"Nə Zaur Mikayılov, nə müavini Zakir müəllim, Rafiq Aslanov müraciətlərimizi veclərinə almırlar" - NARAZILIQ // VİDEO

Özü də Melorasiya və Su Təsərrüfatı ASC-nin fəaliyyəti bununla da bitmir. Artıq, uzun müddətdir ki, işinin əsasını az qala Tender məsələləri ilə uğraşmaq təşkil edir.

Daha maraqlı məqam budur ki, sözügedən qurumun keçirdiyi tender müsabiqələrinin ikisinin (Zərdab Suvarma Sistemləri İdarəsi və Ağcabədi Suvarma Sistemləri İdarəsi) qalibi bir şirkət - «Xəzər İnşaat KO» MMC olub.

Yeyinti və nöqsanlarını yayımlamasın deyə, jurnalistə rüşvət təklif edən idarə müdirinin fəaliyyətinin qısa özəti - VİDEO+FOTO

"Bu idarədə atanın saxtakarlığını örtmək üçün vəzifələri oğullarına verilir" - VƏZİFƏ VARİSLİYİ ?! // VİDEO

O «Xəzər İnşaat KO» MMC ki, apardığımız kiçik araşdırmalar nəticəsində heç bir hüquqi ünvanı və hüquqi bazası olmadığını aşkar etdik. Bununla bağlı aidiyyatı üzrə bir neçə qurumlara müraciət etdiyimizdə isə, şirkətin adını eşidən kimi, sualımız qarşısında həmişəlik susdular.

Yeri gəlmişkən, "DogruXeber.az" redaksiyasına daxil olmuş digər məlumata əsasən, Zərdab rayon Suvarma Sistemləri İdarəsindəki korrupsiya və yeyinti halları ilə bağlı Melorasiya və Su Təsərrüfatı ASC-yə rəsmi müraciətimiz də hələ ki, cavabsız qalır.

Deyir, "dəyirman öz işində, çak-çak baş ağrıdır...

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
Ardını oxu...
Bakı Dövlət Universitetinin (BDU) keçirdiyi tender müsabiqəsinin qalibi “Strong Group” MMC (VÖEN – 1301875731) olub.

Yeniavaz.com xəbər verir ki, tenderin qalibi olan şirkət BDU-ya 154 ədəd kondisioner satacaq və qarşılığında 224 min 39 manat 52 qəpik alacaq. Rəqəmlərdən də göründüyü kimi bir ədəd kondisionerin orta qiyməti 1 455 manat olacaq.
Məlumat üçün bildirək ki, 10 manat nizamnamə kapitalı olan “Strong Group” MMC-nin qanuni təmsilçisi Musayeva Afaq İdrak qızıdır. MMC 29.91.2009-cu il tarixində dövlət qeydiyyatına alınıb.

Qeyd edək ki, açıq mənbələrdə barəsində heç bir məlumat olmayan “Strong Group” MMC müxtəlif dövlət qurumlarının fərqli istiqamətlərdən keçirdiyi çoxsaylı tenderlərdə qalib olub.

Məsələn, ötən il “Strong Group” MMC Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hökumət Evi inzibati binasında istifadəsində olan otaqların cari təmirini həyata keçirib və 104 min 465 manat 47 qəpik alıb. Bu ilin iyun ayında isə “Azərsu” ASC-yə 153 min 921 manat 9 qəpik dəyərində yaşıllaşdırma sahələri üçün dərman, gübrə, mal-material və avadanlıqlar satıb. Bu avadanlıqların arasında yaba, balta, çəkiç, mişar, bel və s. yer alıb.
Göründüyü kimi nəinki veb-saytı, hətta sosial şəbəkə hesabı belə olmayan bir şirkət yüz minlərlə dəyəri olan tender müsabiqələrinin qalibi olur.

Xatırladaq ki, “Dövlət satınalmaları haqqında” Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının və təcrübəsinin olması lazımdır.
 
Ardını oxu...
Ölkədə qırmızı ətin qiyməti bahalaşandan sonra satış məntəqələrində mal əti adı altında at və eşşək, eləcə də xəstə heyvan əti satanların sayı artıb. Bununla bağlı dəfələrlə tədbir görülsə də, yenə də bəzi işbazlar insanlığa sığmayan əməllərindən geri qalmırlar.

Mövzu ilə bağlı “TV Müsavat”-ın əməkdaşları restoranlara yollanıb. Eyni zamanda keyfiyyətli əti digər ətlərdən fərqləndirməyin yolları barədə qəssabla da söhbətləşiblər. Bəs paytaxt sakinləri bu barədə nə düşünür?

Tribunainfo.az bütün bu suallara cavab verən reportajı təqdim edir:

 
Ardını oxu...
Teref.az olaraq bir qədər əvvəl daha doğrusu 28-12-2022-ci ildə redaksiyamız bu barədə tənqidi məqalə ilə çıxış etmişdi. "Milli Onkologiya Mərkəzində MRT aparatları işləmir - Kəmaləddin Qafarov isə siyasətdən danışır... FOTO" başlığı altın gedən məqaləmizdə bu mərkəzdə aparatların işləmədiyini qeyd etmişdik.
Lakin görünən odur ki, arxalarındakı dayıları güclü olan bu sahənin işbazları heç nəyi veclərinə almırlar. Təki para bol olsun.
Beləliklə oxuculara Gununsesi.info-nun məlumatını daxil edirik:
Ötən ilin noyabrından bu günə qədər Azərbaycanın əsas onkoloji mərkəzlərindən biri olan Milli Onkologiya Mərkəzində Kompüter Tomoqrafiya (KT) Aparatı işləmir.
Qeyd edək ki, bununla bağlı hələ bir neçə ay əvvəl Gununsesi.info olaraq xəbər yaymışdıq.
Vətəndaşlardan birinin şikayəti əsasında yazılmış xəbərdə bildirilirdi ki, mərkəzin digər korpuslarında bu aparatla pullu xidmət göstərilir.

Bu gün isə Gununsesi.info-nun əməkdaşı adıçəkilən mərkəzdə olub.
Məlum olub ki, noyabrdan bu günə qədər KT aparatı çalışmır.

Məsələ ilə bağlı baş həkim Azad Kərimli saytımıza açıqlama verib.

Baş həkim bildirib ki, KT Aparatının çalışmamasına səbəb onun fasiləsiz işləməsi olub:

“Belə ki, qaydalara əsasən aparat bir gündə 9 xəstəni müayinə etməyə icazə verir. Ancaq bizdə bu rəqəm 25 nəfərə qədər yüksəlir. Fasiləsiz çalışdığına görə də aparat xarab olub. Bunun məsuliyyətini mən daşımıram. Dövlət aparat verərsə, işimiz yüngülləşər. Hazırda digər bir aparatımız var o da növbəlilik əsasında xəstələri müayinə edir”.
 
Ardını oxu...
MADO-nun indiki sahibi kimdir..?

Bakıda fəaliyyət göstərən MADO restoranlar şəbəkəsi haqqında yazmağa başlayarkən, haradansa yadımıza hörmətli Rəbiyyət xanım Aslanova düşdü.... Necə deyərlər zaman o zaman idi…Rəbiyyət Aslanova adında bir deputat xanım vardı...Yarlı-yaraşıqlı... Bir mahnıda deyir ee...Hər aşiqin bir dövranı var... Bu xanım haqqında qısaca onu qeyd edək ki, bu xanım Ramiz Mehdiyevin rəhbərliyi altında karyera qazandı. Təkcə Ramiz Mehdiyevin yox.... Sonradan bu xanım deputat oldu, hətta Milli Məclisin İnsan Haqları Komitəsinin sədri də oldu.
Deyirlər, hazırda Bakı Dövlət Universitetində fəlsəfə kafedrasının müdiridir və hərdən asta-asta BDU-ya gəlib-gedir... Bununla işimiz yox. Əvvəllər bu xanım sovet dövründə Bakıda Kombinat müdiri olan bir erməni ilə “əməkdaşlıq” edib. Daha sonra başqa birisi ilə... Daha sonra...yaşlı nəsilin yaxşı yadında olar... Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (hazırda Azərbaycan Dövlət İqtisad Universiteti), “Narxoz”un bir rektoru var idi Səlvər Aslanov. Onun qardaşı Kazım Aslanovdan Rəbiyyət xanımın bir oğlu oldu, Elnur Aslanov. Həmin Elnur Aslanov Perzident Administirasiyasında 2001-2005-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İctimai-siyasi şöbəsinin İnformasiya İşinin Təşkili və Analitik Təhlil sektorunda referent, böyük məsləhətçi vəzifəsində 2005-2007-ci illərdə isə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı rəhbərinin köməkçisi vəzifəsində işləmişdir. Sonradan Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 19 dekabr 2007-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi təhlil və İnformasiya Təminatı şöbəsinin müdiri təyin edilmiş, 17 mart 2014-cü ildə vəzifəsindən azad edilmişdir. Elnur Aslanov 2 aprel 2014-cü ildə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strateji planlaşdırma, elmi potensial və investisiya şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir. 14 avqust 2014-cü il tarixində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron İdarəçiliyin İnkişafı şöbəsinə müdir vəzifəsinə təyin edilmişdir. Daha sonra, bu ana-balanın səsi çıxmadı...
Daha doğrusu, arada dedilər ki, PA-nın o zamankı rəhbəri Ramiz Mehdiyevin xeyir-duası ilə Rəbiyyət xanımla Putinin dostu İlham Rəhimov ailə həyatı qurub. Amma bir həftə sonra hər ikisi dedi ki, xasiyyətimiz tutmadığı üçün boşandıq. Nə isə bunları yazmaqla əsas hədəfdən yayınmayaq. Bəli, Rəbiyyət xanım Kəlbəcərdə hərbçi ailəsində anadan olsa da, əslən Dağıstanlı idi. Və hər yerdə deyirdi ki, mən ŞEYX ŞAMİLİN nəvəsiyəm. Amma bir xeyli keçəndən sonra mediada Elnur Aslanovun türk düşməni Fətulla Gülən əfəndiyə bir məktubu yayıldı. Elnur məktubda yazırdı ki, validəm ( yəni anam ) Rəbiyyət xanım sizi çox istəyir... Bəli, Rəbiyyət Aslanova hər yerdə deməyə başladı ki, mən Fətulla Gülən aşiqiyəm... Başa düşmək olmur ki, Şeyx Şamilin nəvəsi birdən necə Fətulla Gülənə aşiq oldu...
Bütün bunları da bir kənara qoyaq. Fətullah Gülən türk respublikalarında böyük bir iqtisadi-biznes şəbəkəsi yaratmışdı. Həmən illərdə Elnur Aslanovun yaxın dostu, sabiq millət vəkili Ceyhun Osmanlı Gülənin Bakıdakı biznes şəbəkəsinə nəzarət edirdi. Bakıda fəaliyyət göstərən məşhur “MADO” restoranlar şəbəkəsi də deputatın nəzarətində idi.
Düzdür Elnur Aslanov bu xəbəri həmişə ironiya ilə təkzib edirdi. Amma Elnur Aslanov hələ PA-da çalışdığı vaxt axşam saatlarında tez-tez dostları ilə birlikdə “Mado”da görsənirdi. Onun Ceyhun Osmanlıyla orda qızğın müzakirələr apardığını da, az adam görməyib. Amma qardaş Türkiyədə 17 dekabr DƏRBƏSİNDƏN sonra bütün ölkələrdə Gülənçilərə qarşı etirazlar yarandı. Və Elnur Aslanov vəzifəsindən uzaqlaşdırıldı, Ceyhun Osmanlı daha deputat olmadı və s. Və qardaş Türkiyənin ünlü kafe brendlərindən olan MADO son vaxtlar Bakıda erməni musiqilərini çalmağa başladı. Bəli, mediada yayılan məlumatlara görə, MADO-da erməni mahnıları səsləndirilir. Kimlərsə bunu təxribat hesab edir, kimlərsə...
Sözün qısası, mediada gedən məlumatlardan belə anlamaq olur ki, MADO-da əl dəyişir, yəni MADO sabiq deputatdan alınaraq kiməsə verilir. Kimə...? Bu istiqamətdə araşdırmalarımız davam edir. Bizi izləyin.
P.S. Ramiz Mehdiyevin özü üçün yetişdirdiyi Elnur, Ceyhun, Ziyafət, Siyavuş, Elmar və başqa gənclərin taleyi və vəzifə pillələri haqqında növbəti yazımızda bəhs edəcəyik.
gundelik baki.com/
Teref.az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az
 
Ardını oxu...
 
 

Şəmkir rayonu, Çinarlı qəsəbəsinin sakini İsmayılov Nizami Səməndər oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, 2008-ci ildə aldığı torpaq sahəsi qanunsuz olaraq əlindən alınıb:

 

“Mən, İsmayılov Nizami Səməndər oğlu, yazaraq sizə bildirirəm ki, 6 il bundan qabaq aldığım torpaq sahəsini həmin vaxt ağır xəstə olduğumdan sənədləşdirmək imkanım olmadı. Ona görə, 6 il sonra, yəni indi sənəd almaq istədim. Lakin mənə deyirlər ki, həmin torpaq başqa bir şəxsin adınadır. Halbuki, mən həmin torpağı o vaxt Miriyeva Yeganə Yusif qızından almışdım. Necə ola bilər ki, indi torpaq başqa adamın adına olsun?!

Xahiş edirəm mənə köməklik göstərəsiniz. Xəstə halımla torpağımı mənimsəyirlər”.

Hurriyyet.az

 

XalqXeber.Az
Ardını oxu...
" "Rabitabank"-dan şikayətim var. Belə ki, 06.12.2022-ci il tarixi debet kartıma Paşabank kartından göndərilən 80 manat, mənim məlumatım və razılığım olmadan 30.12.2022-ci il tarixi kartımdan geri çəkilib və mənə bu barədə sms yalnız 02.01.2023-cü il tarixi saat 20:53-də gəlmişdir". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Sona adlı istifadəçi giley edir.

Ardını oxu...
Daha sonra narazı vətəndaş yazır: "Debet kartımda 3 manat olduğu üçün bank 3 azn-i hesabımdan çıxmış, qalan -77 manatı isə overdraft olaraq qeyd edib 1 ay müddətində ödəməli olduğumu sms-lə bildirmişdir. Müraciət və şikayətimi həm Rabitabank həm də PASHA Bank-a etdim, lakin mənə əsaslı bir cavab verilmədi, rabitəbank bu barədə paşabanka müraciət etməli olduğumu, paşabank isə müştərinin məxfi məlumatı olduğu üçün köməklik göstərə bilmədiyini qeyd etdi. Rabitabank mənə əsaslı bir cavab verə bilmədi ki, hansı əsasla 06.12.2022-ci il tarixi mənə göndərilən məbləğin mənim məlumatım və razılığım olmadan 30.12.2022-ci il tarixi kartımdan geri çəkməyə təsdiq verib və bu barədə mənə bir il sonra, yəni 2023-cü ilin 2-ci günü bayram təbriki əvəzinə sms-lə məlumat verib. Deməli ki, rabitəbank müştərinin etibarlı və güvənli bankı deyil. Mən artıq bugündən etibarən rabitəbankdan bu hadisədən sonra imtina edirəm. Siz də bu barədə diqqətli olun".

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
 

Dünyapress TV

Xəbər lenti