Ardını oxu...
İsveçrənin qədim banklarından olan "Credit Suisse"-dən sızan məlumatlar dünya mətbuatında şok effekti yaradıb.

Qeyd edək ki, bu məlumatlar 2022-ci ilin fevralında yayılıb, sadəcə, Musavat.com hazırda Talıbovlarla bağlı məsələ gündəmdə olduğu üçün yenidən təqdim edir.

Xarici mediada verilən xəbərə görə, bank dövlət başçılarına, kəşfiyyat rəsmilərinə və sanksiyaya məruz qalmış iş adamlarına məxsus hesablarda milyardlarla dollar saxladığını üzə çıxarıb.

İsveçrə bankları müştərilərinin məlumatlarını sirr kimi saxlamaqla tanınır. Bununla belə, anonim bir şəxs Almaniyanın "Süddeutsche Zeitung" qəzetinə ümumi dəyəri 100 milyard dollardan çox olan 18 mindən çox bank hesabı haqqında məlumat sızdırıb.

Məlumatlar Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi (OCCRP) ilə dünyanın müxtəlif yerlərindən 48 xəbər təşkilatı ilə birlikdə paylaşılıb.
"Suisse Secrets" nədir?
Dünyanın ən zəngin və köklü banklarından biri olan "Credit Suisse" bankı ilə bağlı bu araşdırma "Suisse Secrets" adlanır.

39 ölkədən 48 media orqanından 163 jurnalistin iştirak etdiyi araşdırmada İsveçrənin ən böyük investisiya banklarından biri olan "Credit Suisse"dən sızan bank hesabı məlumatları aylarla təhlil edilib. İlk dəfədir ki, İsveçrə bankından jurnalistlərə belə böyük məlumatlar sızıb.

İstintaq zamanı müəyyən edilib ki, hesab sahibləri arasında korrupsiyada ittiham olunan dövlət məmurları, insan hüquqlarının pozulmasında ittiham olunanlar və cinayəti olan şəxslər də var.

Sızdırılan məlumatlarda nə var?
Məlumatlarda 18 mindən çox "Credit Suisse" hesabı haqqında məxfi bilgilər mövcuddur. Bəzi müştərilərin 1-dən çox hesabı var. Hər bir hesab haqqında məlumat hesab nömrəsini, sahibinin şəxsiyyətini və hesabdakı məbləği ehtiva edir.

Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Mübarizə Layihəsinin hesabatına görə, sözügedən bəzi hesablar illər əvvəl bağlanıb.

Hesablar kimə aiddir?
Tədqiqat nəticəsində hazırlanan hesabatda bütün hesab sahiblərinin şəxsi məlumatları yer almır.
İordaniya Kralı II Abdullah, Misirin devrilmiş lideri Hüsnü Mübarəkin iki oğlu, Pakistan kəşfiyyatının rəhbəri general Akfar Əbdürrəhmanın oğulları, Venesuela hökumət rəsmiləri və İtaliyanın ən böyük mafiya təşkilatlarından biri olan "Ndrangheta"ya yaxın olan Antonio Velardo kimi adlar var.

Tunis, Liviya, Suriya və Yəmən kimi ölkələrin yüksək səviyyəli dövlət məmurlarının xüsusilə “ərəb baharı” dövründə pullarını İsveçrədəki bank hesablarına köçürmələri də diqqət çəkir.

Bundan əlavə, Qazaxıstan prezidenti Qasım-Comərd Tokayev, Naxçıvanın sabiq rəhbəri Vasif Talıbovun oğulları Rza və Seymur Talıbovlar, yanvar ayında istefa vermiş Ermənistanın prezidenti Armen Sarkisyan, serbiyalı narkobaron Rodoljub Raduloviç, Əlcəzairin keçmiş prezidenti Əbdüləziz Buteflika da "Credit Suisse" bankında hesab açıb.

"Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Reportajı Layihəsi" Qazaxıstan prezidenti Tokayevin ötən illərdə oğlu Timur Tokayev üçün "Credit Suisse" bankında hesab açdığını və oğlunun adına İsveçrənin Cenevrə, Versoix və Saint Prex şəhərlərində üç ayrı villa aldığını yazıb.

Maraqlıdır ki, bank hesabı olan insanlar daha çox bank məlumatlarını İsveçrənin vergi orqanları ilə bölüşmək barədə razılaşması olmayan ölkələrdəndirlər.

Credit Suisse məlumat sızması haqqında nə açıqlama verib?
Bank sözçüsü Candice Sun, iddiaları şiddətlə rədd etdiklərini söyləyib və əlavə edib ki, əldə edilən hesabların çoxu on il əvvələ, maliyyə qanunlarının fərqli işlədiyi vaxta aiddir.

Candice Sun sızdırılmış məlumat bazasındakı hesabların çoxunun artıq bağlandığını və qalan aktiv hesablarla bağlı lazımi addımların atılmasında heç bir problem olmadığını bildirib. Candice Sun daha sonra bu sızıntıların bankı “diskreditasiya cəhdi” kimi şərh edib.

Son olaraq onu da qeyd edək ki, 2021-ci ilin oktyabrında Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu (ICIJ) təxminən 12 milyon fayldan ibarət olan məlumatlara əsaslanaraq dünya liderləri, siyasətçilər və məşhurlar haqqında məxfi maliyyə məlumatları paylaşılıb.

Musavat.com
 
 
 
Ardını oxu...
Naxçıvan Muxtar Respublikası, Ordubad rayonu, Tivi kənd sakini, 1970-ci il təvəllüdlü Samiddin Əşrəf oğlu Quliyev Hurriyyet.az-a müraciətində Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri Mayis Əliyevin qanunsuz əməllərindən şikayətlənib.

Hurriyyet.az-la yanaşı, ölkə başçısı İlham Əliyevə, birinci vitse-prezident Mehriban Əliyevaya, o cümlədən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbova müraciət edən şikayətçi Mayis Əliyevin Akademik Həsən Əliyev adına Ordubad Milli Parkının bütün əməkdaşlarını sutkalıq iş rejimi ilə işləməyə vadar etdiyini bildirib: "Mən veteran ailəsində doğulmuşam, 7 uşaqlı ailənin sonuncu övladıyam. Qardaşım Bədrəddin Əşrəf oğlu Quliyev 1994-cü ildə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Fizuli rayonunun "Qızılqaya" istiqamətində şəhid olub. Mən 2003-cü ildə Akademik Həsən Əliyev adına Ordubad Milli Parkında işə başlamışam və heç bir qüsurum olmadan çalışmışam. Lakin 22 dekabr 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri Mayis Əliyev çıxardığı qanunsuz iş rejimini həyata keçirməyə başladı. Belə ki, o, Akademik Həsən Əliyev adına Ordubad Milli Parkının bütün əməkdaşlarını sutkalıq iş rejimi ilə işləməyə məcbur etdi. Mən isə yaşadığım ərazidən 60 kilometr aralıda yerləşən Gənzə, Nüsnüs ərazilərinə göndərildim və dekabrın 22-si gecə saat 12.40-da Anabat kəndinin aşağı hissəsində qaranlıq olduğu üçün qəza keçirdim".

Ardını oxu...
Həmin hadisə ilə bağlı ətraflı məlumat verən Samiddin Quliyevin sözlərinə görə, yolda hərəkət edərkən yıxılıb və sol qıçından xəsarət alıb: "Hadisədən sonra Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən mənə heç bir köməklik göstərilmədi. Əksinə, müvafiq qurumlara şikayətimdən sonra dekabrın 26-da nazir Mayis Əliyev məni yanına çağırdı, hədsiz dərəcədə təhqir və təhdid etdi. Hətta o, şəhid qardaşımın da ünvanına nalayiq ifadələr işlətdi. Səbəbsə mənin onun aldığı rüşvət, qanunsuz olaraq saxladığı maaş kartları haqda lazımı orqanlara məlumat verməyimdir".

Şikayətçi onu da əlavə edib ki, Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri Mayis Əliyev bir ay ərzində idarənin 9 əməkdaşını səbəbsiz yerə işdən azad edib: "Hətta idarə müdirini belə, işdən azad edib. O, səbəbsiz yerə 25 dekabrda 5 nəfəri, 7 yanvarda 2 nəfəri, sonda 27 yanvar 2020-ci il tarixdə isə məni və Cavad Abutalıbovu günahsız yerə işdən uzaqlaşdırıb. Odur ki, müvafiq qurumlardan məsələyə öz münasibətlərini bildirmələrini, müvafiq araşdırma aparmalarını və tapdanmış hüquqlarımızın bərpasında yardımçı olmalarını xahiş edirəm".
 
Ardını oxu...
Elektron hökumət portalından müraciətimə öncə süni qadağa qoyulduğundan və daha sonrakı şikayətimə rəhbərlik etdiyiniz nazirliyin yanına verilən Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) sədr müavini Elçin Yusubovun növbəti qanunsuz şablon cavabı ilə üzləşdiyimdən , media üzərindən diqqətinizi DÖVLƏTİN adından çıxarılan üç (?) məhkəmə qətnaməsini tabeliyinizdəki DÖVLƏT qurumlarının onlarla illərdir icra etməməsinə yönəltmək istəyirəm.
Əlilliyi olan şəxslər haqqında dövlət siyasətinin başlıca prioritetlərindən biri onların məşğulluğunun, sahibkarlıq fəaliyyətinin təmin edilməsidir. Qanunvericiliyə görə, icra hakimiyyəti orqanları qeyri – yaşayış otaqlarını vermək və xammalla təchiz etmək yolu ilə əlillərin evdə əməyini və sahibkarlıq fəaliyyətinin təşkili üçün şərait yaradır. Dövlət əmlakının , qeyri – yaşayış sahələrinin idarə edilməsi ƏMDX-nın ( Əmlak Məsələləri Dövlət Xidmətinin ( keçmiş ƏMDK ) səlahiyyətinə aid olduğundan bu qurumdan 1-ci dərəcəli Qarabağ əlili kimi sahibkarlıqla məşğul olmağa Nizami rayonu , Bəhruz Nuriyev, 10a ünvanındakı əvvəllər 25 saylı II Nizami Dairə Seçki Komissiyasının yerləşdiyi otaqları istəmişəm. Balanssaxlayıcı Nizami RİH razılıq məktubu vermədiyindən Xətai məhkəməsində əmlakın yiyəsi ƏMDK -ya qarşı maddi-mənəvi tələbli iddiam məhkəmənin (özünün cəlb etdiyi ikinci cavabdeh Nizami MKTB olmaqla) 26.05.2009 tarixli 2 (011) -451/09 saylı qətnaməsi ilə qismən təmin olundu, mənəvi ziyanla bağlı hissədə təmin olunmadı. 2 il keçdi, dövlətin adından çıxarılan məhkəmə qərarı icra olunmadı . Əksinə, borclular ƏMDK və Nizami RİH bir-birinin məktubu ilə məhkəmənin dövlətin adından mənə verdiyi otaqların həmin ünvandakı “Kapitalbank”ın Nizami filialının, bank bunu yalanlayanda ƏMDK -nın sədr müavini Rafiq Cəlilovun köhnə tarixə tərtib etdiyi saxta alqı-satqı şəhadətnaməsi ilə 12 yaşlı uşağın “mülkiyyətində olduğunu bildirdilər. Xətai məhkəməsinə “icranın Nizami rayonu, Bəhruz Nuriyev, 10a ünvanındakı qeyri – yaşayış otaqlarına yönəldilməsi və icraya mane olan borclular ƏMDK, Nizami RİH və digərlərinin barəsində xüsusi qərardadla prokurora xəbər verilməsi” tələbi ilə verdiyim iddia 21.06.2011 tarixli 2 (011)-855/11 saylı qətnamə ilə qismən təmin olunub, prokurora xəbər verilməsi hissəsində təmin olunmayıb. Bu qətnamə və onun əsasında verilmiş 22.07.2011 tarixli icra sənədi 3 il məndən gizlədilib . Heç demə, bu gizlilik 2 məhkəmə qətnaməsi ilə 1-ci dərəcəli Qarabağ qazisinə verilən otaqların qondarma fiqur Hüseynov Aydın Bəxtiyar oğlunun adına sənədləşdirilməsi ilə bağlı imiş . Borclu ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı ərazi idarəsinin 14.07.2011 tarixli qeydiyyat çıxarışı ilə 21.06.2011 tarixli məhkəmə qətnaməsi ilə mənə verilən Nizami rayonu, Bəhruz Nuriyev, 10a ünvanındakı qeyri – yaşayış otaqları Hüseynov Aydın Bəxtiyar oğlunun adına ÖZƏLLƏŞDİRİLİB.
Çoxsaylı şikayətlərimdən sonra Xətai məhkəməsinin 21.06.2011 tarixli qətnaməsi və onun əsasında verilmiş 22.07.2011 tarixli icra vərəqəsinin surəti 17.07.2014-cü ildə - 3 il gizlədildikdən sonra mənə göndərildi. Lakin artıq 8 il yarım keçib, hələ də Konstitusiyaya hörmətsizlik sürür. Cinayətkar özbaşınalıq o həddə çatıb ki, məhkəmə qərarının icrasını tələb etdiyimə görə borcluların sifarişi ilə Nizami polisi məni - tələbkar 1-ci dərəcəli Qarabağ qazisini işgəncəyə uğradıb .
Düzdür, artıq borclu ƏMDK -nın sədri Kərəm Həsənov yerini Prezidentin yanına, Nizami RİH başçısı Tahir Budaqov Dövlət Statistika Komitəsinin başına keçib, amma ƏMDK -nın özü İqtisadiyyat Nazirliyinin yanına keçib. Yəni İqtisadiyyat Nazirliyi (yanında Əmlak Məsələləri Dövlət Xidməti ) ƏMDK -nın hüquqi varisidir və onun borc öhdəlikləri də rəhbəri olduğunuz nazirliyə keçib. Bu isə o deməkdir ki, hörmətli nazir Mikayıl Cabbarov 1-ci dərəcəli Qarabağ qazisinə BORCLUDUR və bu əmlak borcunu ödəməlidir. (Nərimanov rayin məhkəməsinin 04.04.2011 tarixli qətnaməsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin borcunu məbləğ cüzi olduğundan tələb etmirəm )
Hörmətli nazir, Sizə mənə olan əmlak borcunuzu ödəməyi təklif edirəm. Mənə həmin borc Vətənə xidmətdə Qarabağ qazisi olmağıma görə DÖVLƏTİN ADINDAN ÇIXARILAN MƏHKƏMƏ QƏRARI İLƏ ÖDƏNİLMƏLİDİR. NİYƏ DÖVLƏTİN 1-Cİ DƏRƏCƏLİ QARABAĞ QAZİSİNƏ VERDİYİ ƏMLAKI BİR İL “KAPİTALBANK”IN, O BİRİ İL AYDIN BƏXTİYAR OĞLU HÜSEYNOVUN, ÖTƏN İL ATA ADI OLMAYAN (bunu rəhbəri olduğunuz nazirlikdən rəsmi məktublarla bildiriblər ) TÜRKİYƏ VƏTƏNDAŞI KEREM SEZERİN “MÜLKİYYƏTİNƏ VERİRSİNİZ” , AMMA TƏLƏBKAR QARABAĞ ƏLİLİNİN İCARƏSİNƏ BELƏ VERMİRSİNİZ? AZƏRBAYCAN DÖVLƏTİNİN QARABAĞ QAZİSİNƏ VERDİYİ OTAQLAR TÜRKİYƏ DÖVLƏTİNİN ATA ADI OLMAYAN VƏTƏNDAŞINA NECƏ VERİLƏ BİLƏR?
TƏLƏBİMİ BORCUNUZU ÖDƏMƏKLƏ TƏMİN ETMƏYİNİZİ DİLƏYİRƏM.
P. S. Poliqlot – çoxdilli olduğunuzu bilirəm. Dövlətin məhkəmə , qanun ilə bağlı dili latıncadan götürülüb : “NON REX EST LEX, SED LEX EST REX” ! ( “ŞAH QANUN DEYİL, QANUN ŞAHDIR” !)
Məğrur Bədəlsoy
Teref.az
 
Ardını oxu...
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanımız ilham Əliyev cənablarına.

Göyçay rayon Şəkili kənd sakini Ömərov Ruslan Ceyhun oğlu tərəfindən

MÜRACİƏT

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandanımız!

Mən Ömərov Ruslan Ceyhun oğlu 2020-ci ilin sentyabr ayının 27-də Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon şöbəsi tərəfindən hərbi xidmətə çağrılmışam. 703 saylı hərbi hissənin tərkibində Tərtər-Ağdərə istiqamətində, Xoruzlu, İsmayılbəyli meşələrində döyüşlərdə iştirak etmişəm. 2020-ci ilin dekabr ayının 30-da 3 aylıq maaşım ödənilərək hərbi xidmətdən tərxis olunmuşam

Lakin bu günə qədər veteran adı və vəsiqəsi ala bilməmişəm.Səbəb kimidə hərbi biletimdə hərbi xidmətdən təxris olunmağımla bağlı peçatın olmamasını deyirlər. Hərbi biletimin surətini bu müraciətimə əlavə edirəm. Həmin biletin 6-cı səhifəsində qeyd olunub ki, 29.09.2020-ci il tarixində 279 nömrəli əmrlə tuşlayıcı minaatan kimi 703 saylı hərbi hissənin tərkibinə daxil olmuşam. Hərbi biletin digər səhifəsində göstərilib ki, 703 nömrəli hərbi hissənin tərkibində Tərtər-Ağdərə istiqamətində gedən döyüş əməliyyatlarında tuşlayıcı minaatan vəzifəsində iştirak etmişəm.

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandanımız!

Sizin haqq mübarizəsinə başlamaq əmrinizi qürurla qarşılayaraq 44günlük müharibəyə coşqu və sevinclə qatılmışam. Sizin komandanlığınızla elə ilk gündən düşmən üzərində inamlı qələbə qazanaraq torpaqlarımızı qarış-qarış, kənd-kənd işğaldan azad etdik. Üçrəngli şanlı bayrağımızı yenidən doğma torpaqlarımızda ucaltdıq.Nəhayət 2020-ci ilin 10 noyabr gecəsi Siz xalqımıza zəfər müjdəsini verdiniz. Elə həmin gün 30 illik Dağlıq Qarabağ münaqişəsinə xalqımızın qələbəsi ilə son qoyuldu.Bütün bunlara Sizin Ali Baş Komandanlığınız ilə Azərbaycan əsgərinin cəsurluğu və şücaəti ilə nail olunub. Bu əsgərlərdən biridə mənəm.

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandanımız!

Mən 44 günlük vətən müharibəsinin ilk günündən yəni 27.09.2020-ci il tarixindən müharibənin son gününə qədər döyüşlərdə iştirak etmişəm. Bununla bağlı məlumatlar mənim hərbi biletimdə qeyd olunub. Axı bu vətən uğrunda mən döyüşmüşəm, hər an olümlə üz-üzə olmuşam. Həyatıma risk etmişəm. Vətənim üçün ölümün gözünə dik baxmışam. Hərbi xidmətdən tərxis olunmağımla bağlı hərbi biletimdə peçatın olmaması 703 saylı hərbi hissənin komandirlərinin səhvidir. Nəyə görə onların bu səhvinə görə mən veteran adı və vəsiqəsi ala bilmirəm? Niyə bunun bədəlini mən ödəməliyəm? Nəyə görə müharibə veteranı adı alanların siyahısında mənim adım yoxdur? Sizdən xahiş edirəm bu suallarımın cavablandırılması üçün Müdafiə Nazirliyinə ciddi tapşırıq verəsiniz

Hörmətlə: Ömərov Ruslan Ceyhun oğlu
Teref.az
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Bir neçə gün öncə jurnalist Cavanşir Həsənli sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun Virciniya adalarındakı bir şirkətdə 41 milyon funt sterlinqə (85 milyon manat) sahib olması ilə bağlı məlumat paylaşıb. Həmçinin jurnalist Anar Məmmədovun şirkətinin Britaniyanın şimal-qərbində 22 restorandan ibarət "KFC franchise" şəbəkəsinə sahib olduğunu da iddia edib.
TEREF.AZ xəbər verir ki, sözügedən məsələ ilə bağlı Ziya Məmmədov manset.az-a açıqlama verib. O, yazılanların həqiqətə uyğun olmadığını bildirib:
“O xəbəri yazan kimdirsə, getsin o restoranı tapsın. Sonra o restoranı həmin adama bağışlayacam. Otuz ildir ki, belə cəfəngiyyat şeylər yazırlar, məndən əl çəksinlər. Anarın Britaniyada restoranı yoxdur. Bu cür məlumatlarla mənə qarşı təxribat edirlər. Əgər Allaha inamınız varsa, inanın ki, elə şey yoxdur. Mənim nəyim varsa, aşkardadır. Mən gizlində iş görən deyiləm. Restoran elə bir obyektdir ki, onu gizləmək mümkün deyil. Yalandır, böhtandır. Bir restoranım var, o da kəndimizin başındadır. Gedin, yeyin, için, kef edin. Amma Britaniyada restoranımızın olduğunu kim yazıbsa, ona deyin getsin götürsün. Həmin restoranı ona bağışladım”.
TEREF.AZ yazır ki, Ziya Məmmədovun cavabına araşdırmaçı jurnalist Cavanşir Həsənlinin cavabı gecikmədi. Cavanşçir bəy yazır:
"Allaha inanıram, amma sənədləri hara qoyaq?
Ziya müəllim oğlunun Londondakı restoranını mənə bağışladı. Amma mən bildiyim 23 restorandır. Jurnalist gərək soruşaydı ki, birini bağışlayıb, yoxsa hamısını?
"Britaniyada restoranımızın olduğunu kim yazıbsa, ona deyin getsin götürsün. Həmin restoranı ona bağışladım".
Restoranı almamış əl çəkən deyiləm, söz dildən çıxar)))"

 
Ardını oxu...
Prezident İlham Əliyev “Dövlət-özəl tərəfdaşlığı haqqında” qanunu təsdiqləyib.

Nazirlər Kabineti “Dövlət-özəl tərəfdaşlığı haqqında” dövlət-özəl tərəfdaşlığı qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla altı ay müddətində təsdiq etməlidir.

İqtisadiyyat Nazirliyi “Dövlət-özəl tərəfdaşlığı haqqında” Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarixli 691-VIQ nömrəli Qanunundan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.
Ardını oxu...
Xəbər verdiyimiz kimi, dünən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyatla Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Eşqin Əliyev saxlanılıb.

TEREF.AZ-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, Eşqin Əliyev son iki ildə Masallı xəstəxanasının baş həkimi vəzifəsindən kənarlaşdırılan sayca 3-cü şəxsdir. Belə ki, 2021-ci ilin yanvar ayında xəstəxananın əvvəlki baş həkimi Cəlil Nəzərov 675 min manat mənimsəməkdə ittiham olunaraq həbs edilib. O, bu ilin 15 noyabr tarixində səhhəti ilə əlaqədar azadlığa buraxılıb.

Cəlil Nəzərovdan sonra baş həkim təyin edilən Rasim Əzizov da qalmaqallı şəkildə işdən çıxarılıb. Belə ki, keçən ilin payızında Rasim Əzizovun marketlərdən birində oğurluq etməsini iddia edən görüntülər sosial şəbəkələrdə və mediada sürətlə yayılıb. Bundan sonra xəstəxananın baş həkimi – 2021-ci ilin noyabrında işdən çıxarılıb. Bu vəzifəyə isə gənc kadr Eşqin Əliyev təyin edilib. Təyinatdan 1 il sonra, yəni bu ilin dekabrında isə E.Əliyev korrupsiya əməllərində şübhəli bilinərək Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb.

Fotoda Cəlil Nəzərov saxlanılarkən
Ardını oxu...

Rasim Əzizovun marketdən oğurluq etməsi iddiası ilə yayılan videodan

Ardını oxu...

Ötən gün saxlanılan baş həkim Eşqin Əliyev
Ardını oxu...
 
 
 

Ardını oxu...
Azərbaycan Respublikasının Prezidenti sahibkarlığın inkişafına dəstək mexanizminin təkmilləşdirilməsi, qeyri-neft sektorunda innovativ texnologiyalara əsaslanan yeni istehsal, emal və infrastruktur müəssisələrinin yaradılması, ixrac əməliyyatlarının maliyyələşdirilməsi, real sektora investisiya qoyuluşlarının sürətləndirilməsi və özəl sektorda fəaliyyət göstərən təsərrüfat subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi məqsədi ilə sahibkarlığa yardım üçün dövlət büdcəsində banklara külli miqdar vəsaitlər verilmişdir.
Prezidentin aqrar sektorun inkişaf etdirilməsində siyasətinə böyük zərbə vurmuş olan “Gəncəbank” ASC-nin sabiq sədri Pərvanə Novruzova 7 MİLYON vəsaiti necə mənimsəyib?
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanov “Gəncəbank” ASC-nin sabiq sədri Pərvanə Novruzova və bankın digər 3 vəzifəli şəxsi – Elnur Həmidov, Eşqin İsmayılov, Anar Həsənovun cinayət işi üzrə məhkəmə iclası maraqlı sonluqla başa çatıb.
Hökmə əsasən, təqsirləndirilən şəxslərin hər birinə şərti cəza verilib.Amma dövlət büdcəsinə vurulmuş olan xüsusi ilə külli miqdar ziyandan bir manat belə ödənilməyib.Məhz hakim Dadaş İmanov bu qərarı necə qəbul edib? Etibarlı mənbədən saytımıza verilən məlumata görə “Gəncəbank” ASC-nin sabiq sədri Pərvanə Novruzova guya bu işin onun xeyrinə həll edilməsinə görə hakimə 600000 manat rüşvət verməsi iddia edilir.
Qeyd edək ki, P.Novruzovanın barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə və ya israf etmə, küllü miqdarda mənimsəmə), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 314.2-ci (Səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 195.2-ci (Qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə), 313-cü (Vəzifə saxtakarlığı) və digər şəxslərin barəsində isə 313-cü və 308.2-ci maddələri ittiham irəli sürülüb.

Xatırladaq ki, 2016-cı ildə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə “Gəncəbank” ASC müflis elan edilib.
Redaksiya olaraq qarşı tərəfin də mövqeyini dərc edə bilərik
Dunyaninsesi.Az

"Gəncə Bank"ın xanım rəhbəri haqqında qardaşının video-şikayətini təqdim edirik:

Ardını oxu...
Bütün məhkəmə instansiyaları vətəndaşın xeyrinə qərar çıxarsa da, ona hələ ev verilməyib

“2018-ci ilin iyulun 8-də Səbail rayonu, Nizami küçəsi 4, mənzil 4-də (Axundov heykəlinin yaxınlığı) yerləşən evim “Pilot Residence” MTK tərəfindən sökülüb. MTK-nın təklif etdiyi şərtlərlə razılaşmadığımdan söküntü biz evdə olmayanda həyata keçirilib. Şirkətə qarşı iddia qaldırmışam, illərdir məhkəmə çəkişməsi davam edir, şirkət məhkəmənin qərarını icra etmir”.

Bunu Meydan TV-yə həmin ünvanda qeydiyyatda olan Muxtar Nəsibov bildirib.

Şikayətçinin sözlərinə görə, ikimərtəbəli, 7 otaqlı evi yerlə-yeksan edilib, evin içindəki bir neçə əşyası da yararsız hala salınıb. Qalan əşyaları isə şirkət tərəfindən götürülərək indiyədək geri qaytarmayıblar:

“Söküntü zamanı işıq, qaz tez-tez kəsilirdi, səs-küydən, tozdan evdə oturmaq mümkün olmurdu. Şirkətdən dedilər ki, evim plana düşmür, biz də söküntü tamamlanadək kirayədə qaldıq. Bir neçə gündən sonra evi söküblər, iddia edirlər ki, guya təsadüfdən dağılıb. Bizə xəbər vermədən əşyalarımızı şirkətin anbarına yığıblar, indiyədək geri ala bilmirik”.
Ardını oxu...

Şirkət premium yaşayış kompleksinin tikintisi üçün həmin il Nizami küçəsində 70-ə yaxın ev söküb. Nəsibov deyib ki, onun təxminən 112 kvadratmetr sahəsi olan evini də ölçüb-biçiblər, evin yerində tikiləcək binada mənzil təklif olunub. Amma divarların qalınlığını çıxaraq evin faktiki sahəsinin 25 kvadratmetr az göstərilməsi səbəbindən razılığa gələ bilməyiblər.

Nəsibov qeyd edib ki, beş il ərzində Səbail Rayon Məhkəməsində bir, Bakı şəhəri Apelyasiya Məhkəməsində beş, Ali Məhkəmədə beş dəfə onun xeyrinə qərar çıxarılıb. Ali Məhkəmə Bakı şəhəri Apelyasiya Məhkəməsinin qətnaməsini qüvvədə saxlayıb:

“Qərara əsasən, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsindəki 4 nömrəli evin, 4 saylı mənzilin əvəzinə, həmin ərazidə inşa edilən çoxmənzilli yaşayış binasında, ümumi sahəsi 145.34 kvadratmetr olan 4 otaqlı tam təmirli mənzilin verilməsi, bu, mümkün olmadıqda isə həmin mənzilin bazar dəyəri olan dörd yüz yetmiş iki min, üç yüz manatın “Pilot Residence” Mənzil Tikinti Kooperativindən tutularaq mənə ödənilməsi qərara alınıb. İş Səbail Rayon İcra və Probasiya şöbəsindədir”.

Ardını oxu...
Şikayətçi deyib ki, problem ondadır ki, məhkəmənin qərarına ziddi olaraq aşağı sahəli, əslində ikiotaqlı olan mənzil üçotaqlı, eyni zamanda, əslində ikiotaqlı olan mənzil məhkəməyə dördotaqlı mənzil kimi təqdim edilir. Ev əşyalarının anbara yığılaraq toxunulmaz saxlanıldığı bildirsə də, əşyalara baxış aparılmasına şərait yaratmaqdan boyun qaçırılır:

“Bakı şəhəri Apelyasiya Məhkəməsi “Pilot Residence” Mənzil Tikinti Kooperativinin əməlində cinayət tərkibinin müəyyən edilməsi ilə əlaqədar olaraq xüsusi Qərardad qəbul edərək Baş Prokurorluğa göndərib. Bunun da nəticəsini gözləyirəm. Şirkət məhkəmənin qərarını yerinə yetirmir və illərdir mənə dəyən zərər ödənilmir”.

Şirkətin satış şöbəsindən Meydan TV-yə bildiriblər ki, yaxın zamanlarda məhkəmənin qərarı yerinə yetiriləcək.
 
Ardını oxu...
Hazırda həbsdə olan Naxçıvanın sabiq daxili işlər naziri Əhməd Əhmədovun Naxçıvan Diaqnostika Mərkəzində müalicəsi davam edir. DİA.AZ bildirir ki, bu haqda "Gündəlik Naxçıvan"a mərkəzdəki mənbələr məlumat verib. Həkimlərin məlumatına görə, əslində o, müalicə yox, istirahət üçün xəstəxanaya çıxarılıb:
" Əhməd Əhmədov hazırda 4-cü mərtəbədə yatır. O gəlməmişdən öncə, dedilər ki, DTX-nın tapşrığıdır, bütöv mərtəbə boşaldılmalıdır. Bütün mərtəbə 10 gündən çoxdur ki, onun ixtiyarındadır. İstədiyi adamı qəbul edir. Heç, mühafizəçi də ayrılmayıb. Onun ciddi bir xəstəliyi olmadığından, müalicəyə də ehtiyacı yoxdur. 4-cü mərtəbəyə onun icazəsi olmadan heç kim qalxa bilməz. Heç, həkimlər də. Onu xəstəxanaya gətiriblər ki, buradan da azad etsinlər. Xəstəxanada yatması, vəziyyətinin ağır olması ilə bağlı şayiələr onun azadlığa çıxması üçün bir bəhanədir".
Əhməd Əhmədov 2020-ci ildə vəzifəsindən azad edilib, bir müddət sonra isə həbs edilib.
Naxçıvan MR Hərbi Məhkəməsinin hökmü ilə o, xüsusilə külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib. Əslində isə, onun Ali Məclisin keçmiş sədri Vasif Talıbova xəyanət etdiyinə görə cəzalandırıldığı bildirilirdi. Keçmiş nazir bu günlərdə həbs qərarından kassasiya şikayəti verib. O, şikayət ərizəsində barəsində həbslə bağlı olmayan qərar qəbul olunmasını istəyib.
Əhməd Əhmədovun adı çoxlu işgəncə faktlarında hallanır. Onun Naxçıvan sakinlərinə şəxsən işgəncələr verdiyi bildirilir. Keçmiş nazirin 2010-cu ildə Bənəniyar hadisələri zamanı törətdiyi xüsusi qəddarlıqlar beynəlxalq təşkilatların hesabatlarında da yer alır.

Dünyapress TV

Xəbər lenti