Ardını oxu...
“Təhsil sahəsində belə bir durum var və onu hamı bilir. Bakı məktəblərinin bəzi yuxarı sinif şagirdləri dərslərdən daha rahat yayınmaq üçün rayon yerlərindəki məktəblərə adlarını yazdırırlar. Bunu da elə-belə deyil, rüşvət qarşılığında edə bilirlər”.

Bu sözləri Əməkdar jurnalist Azər Həsrət deyib.

O, şagirdlərin bu cür dərsdən yayınması üçün məktəb direktorlarının aldığı rüşvəti açıqlayıb:

“Deyilənə görə, Bakı məktəblərində yuxarı sinif şagirdlərinin hazırlığa rahat gedə bilmək üçün dərsdən qalmasının qarşılığı direktora veriləcək məbləğ illik 2 min 500 manatdır. Əlbəttə, indi kimsə çıxıb deyəcək ki, sübut elə. Edə bilməyəcəyəm. Çünki nə verən verdiyini, nə də alan aldığını təsdiqləyəcək. Və onu da deyirlər ki, bu iş rayon məktəblərində daha ucuz başa gəlirmiş. O səbəbdən də Bakıda yaşadığı halda uşağın adı hansısa heç tanımadığı rayonun heç yolunu bilmədiyi bir məktəbin siyahısında olur. Bax, bunu yoxlamaq çətin deyil. Buyursun Elm və Təhsil Nazirliyi də, Baş Prokurorluq da rayon yerlərindəki məktəblərdə bir araşdırma aparsın. Onda görəcəklər ki, qeydiyyatı Bakıda olan və ailəsi faktiki Bakıda yaşayan uşaqların adı necə olubsa hansısa X rayonunun X məktəbində keçir. Və o uşağı da “sinif yoldaşları” belə tanımır. İpucu verdimmi? Verdim. Haydı, buyurun, araşdırın, təhsilimizi bu natəmizlikdən xilas edin. Mənim bir jurnalist olaraq vəzifəm problemlə bağlı həyəcan təbili çalmaq idi. O təbili çaldım. Yeri gəlmişkən, bu dediyimlə Amerika kəşf eləmədim. Hamının bildiyi bir şey haqqında yazıram...” (yenisabah.az)
 
Ardını oxu...
İranda polislər 20 yaşlı Hədis Nəcəfini qətlə yetiriblər.
Hədis İrandakı indiki etiraz aksiyalarının canlı simvolu sayılırdı.
O, Əxlaq Polisi idarəsində Məhisa Əminini qətlə yetirilməsindən sonra küçələrə, etiraz aksiyalarına, mitinqlərə və nümayişlərə çıxmış iranlı qadınlar arasında ən fəallardan biri idi.
Hədisin saçlarını yığdığı anların əks olunduğu video sosial şəbəkələrdə ildırım sürətilə yayılmışdı
İdkin məlumatlara görə, polislər Hədis Nəcəfiyə 6 dəfə atəş açıblar.
O, sinəsindən, boynundan və üzündən aldığı yaralardan həlak olub.
Milli.az

 
Ardını oxu...
DİA.AZ: - ""Neftqazelmitədqiqatlayihə" İnstitutu rəhbərliyi tərəfindən ölkənin əmək qanunvericiliyinin pozulması davam edir". Bunu DİA.AZ-a açıqlamasında Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı qeyd edir.

Mirvari xanım fikrini daha sonra belə əsaslandırır: "Oktyabr ayında İnstitutun attestasiya olunacaq işçilərinin test imtahanları başlayır. Test imtahanı verə bilən işçi sonra attestasiya olunacaq.

Bununla da İnstitut rəhbərliyi, və müvafiq Departament (şəxs) ARƏM Maddə 65 ,66 və Nazirlər Kabinetinin 23.05 .2001-ci il tarixli, 97 saylı qərarını pozmuş olur. Attestasiya olunacaq işçinin, attestasiyadan qabaq imtahan olunması absurd və ölkə qanunvericiliyinə ziddir.

Ölkənin əmək qanunvericiliyini pozan İnstitut rəhbərliyi hələ də ARƏM-n müvafiq maddələrinə əsasən cəzalandırılmayıb".

Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Ardını oxu...
DİA.AZ: - "Azərbaycanın görkəmli şəxsiyyəti, uzun illər Maarif naziri olmuş akademik Mehdi Mehdizadə deyirdi ki, nazir kabinetində oturanda ən ucqar kənddə belə dərslərin necə keçirilməsini hiss etməlidir. İndi Bakı şəhərinin mərkəzində belə dərslərin necə keçirilməsi heç kimi maraqlandırmır. Rüşvət halı ictimailəşəndə, məktəbə yaraşmayan hərəkətlər baş verəndə işə keçirlər". DİA.AZ bildirir ki, bunu açıqlamasında millət vəkili Etibr Əliyev qeyd edir.

Ardını oxu...

Deputat daha sonra fikirlərinə belə davam edir: "Mehdi müəllim təyin etdiyi məktəb direktorlarına arxayınlaşaraq bu ifadəni işlətmişdi. Onun zamanında direktor işləmək böyük məsuliyyət tələb edirdi. Direktorlar tədrisi yüksək səviyyədə təşkil etməli, tərbiyə prosesini nizama salmalı, həm də uşaqların fiziki hazırlığı üçün çalışmalı idilər.

Zaman dəyişdi. İndi qruplaşmaların təyin etdirdikləri əksəriyyət direktorları yalnız qazanc maraqlandırır. Məktəbin sinifləri, idman zalları arendaya verilir, tədrisin keyfiyyəti heç kimi maraqlandırmır, məktəbin tərbiyə funksiyasından isə söhbət belə gedə bilməz. XXİ əsrin məktəbinin qarşısında daha ciddi vəzifələr qoyulur. Məktəb uşaqları həm də zərərli informasiyalardan qorumalıdır. Uşaqlar zərərli informasiyalarla elə məktəbdə əhatə olunurlar. Məktəbdə tədris mühitini direktorlar korlayır. Bunu bilərəkdən edirlər.

İki misal çəkəcəm: məktəblərin birində çalışan elmlər namizədi, "Tərəqqi" medalı ilə təltif olunan, "İlin müəllimi" seçilən direktor müavinini kənara qoyub, başqa məktəbdən bioqrafiyası çirklənmiş direktor müavinini həmin məktəbə direktor təyin ediblər. Nədir ki, bu adam makler Fuad Babayev qruplaşmasına aiddir. Bu nə deməkdir? Məqsəd kollektivdə nifaq və rüşvətxorluq mühiti yaratmaqdır.

Azərbaycanın tanınmış məktəb direktoru, "Zəngi" liseyinin qurucusu, elmlə təhsilin vəhdətini yaratmaq işində gecə-gündüz çalışan, sağlamlığını bu işə qurban verən fizika riyaziyyat - elmləri namizədi Bayram Heydərov dünyasını dəyişən kimi rüşvətxorluqda və intriqabazlıqda ad çıxarmış birini bu məktəbə direktor təyin etdilər. Uzun illər təhsildə qabaqcıl mövqe tutmuş bir liseydə tədris mühitini darmadağın etdilər. Yenə də məqsəd bəllidir. Məqsəd Ölkə təhsilini viran qoymaqdır.

Digər qabaqcıl məktəb, lisey və gimnaziyaları da bu vəziyyətə salıblar. Yaxud Gəncə, Daşkəsən, Göygöl, Goranboy kimi böyük rayonların təhsilini bir aqronoma tapşırıblar. Məktəb heç bir qruplaşmanın qurbanına çevrilə bilməz. Məktəb dəyərdir. Məktəbi qoruyan cəmiyyət gələcəyini qoruyur".

Deputatın açıqladığı faktlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
 

Ardını oxu...
“Evimlə bitişik ərazidə ikimərtəbəli şadlıq sarayı tikilir. Tikinti nəticəsində evimin özülünə ciddi zərər dəyir, həyatımız təhlükədədir”.

DİA.AZ xəbər verir ki, bunu Meydan TV-yə Göyçay rayonu, Cəyirli kənd sakini Nazim Rəhimov deyib. Onun sözlərinə görə, Fövqəladə Hallar Nazirliyinin nümayəndələri tikintinin qanunsuz aparıldığını təsdiqləyib.

“59 ailənin yaşadığı massivində su arxının və böyük qaz borusunun üzərində ikimərtəbəli şadlıq sarayı inşa edilir. Bina evimin bir addımlığında tikilir, həyatımıza təhlükə yaradır”,-şikayətçi söyləyib. Bildirib ki, 2018-ci ildə də həmin ərazidə restoran tikmək istəyiblər, amma tikili sakinlərin şikayəti ilə sökülüb.

Nazim Rəhomov qeyd edib ki, Göyçay Rayon İcra Hakimiyyəti başçısı İkram Vəliyevin qəbulunda olub, başçı həmin tikintiyə icazə verilmədiyini bildirib. Bundan sonra məlum olub ki, tikintiyə icazəni İcra Hakimiyyətinin Arxitektura Şöbəsinin müdiri İntiqam Süleymanovun rəyi əsasında sabiq icra başçısı Mehdi Səlimzadə verib. Fövqəladə Hallar Nazirliyinin Aran Regional İdarəsinin əməkdaşları tikiliyə baxış keçirib və qanunsuz inşa edildiyini bildiriblər.

“Övladım birinci qrup əlildir. Səs-küyün onun səhhətinə təsir edəcəyindən narahatam. Çünki indidən tikintinin səsinə, ustaların danışıqlarına reaksiya verir, narahat olur. Bina evimizə bitişikdir, tikintinin tozu, ustaların səs-küyü qapıları bağlasaq da, evin içərisində eşidilir. Tikilinin sahibi də rayonludur, deyir ki, heç kim mənə müdaxilə edə bilməz. Kəndin içində, evlərin arasında şadıq sarayının tikintisindən hamımız narazıyıq”,-kənd sakini deyib.

Nazim Rəhimovun sözlərinə görə, tikintinin qanunsuz aparıldığı deyilsə də, qarşısını alan yoxdur. Buna görə də tikintinin dayandırılması ilə bağlı Prezident İlham Əliyevə, föqəladə hallar naziri Kəmaləddin Heydərova, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyinin rəisi Cəbrayıl Xanlarova müraciət edib.

Göyçay Rayon İcra Hakimiyyətindən deyiblər ki, şikayətdən xəbərdardılar, məsələ araşdırılır, müvafiq mütəxəssislərin rəyindən sonra qərar veriləcək.
Ardını oxu...
“VAZ dairəsi”nin hərəkət sxemindəki dəyişiklik sürücülərin narazılığına səbəb olub.

Onlar ünvana çatmaq üçün əlavə yol qət etmələrindən gileylənirlər.

Baku-Sumqayıt yolundan Xırdalan şəhərinin şimal-şərq tərəfinə girişi təmin edən məşhur “VAZ dairəsi”nin hərəkət sxemində edilən dəyişiklikdən sonra körpünün üstünə qalxaraq sola – Xırdalan dönmək ləğv edilib. İndi bu yoldan istifadə edənlər Saray qəsəbəsinə doğru gedərək xeyli məsafə qət etməli və Xırdalana doğru geriyə qayıtmalıdırlar.
Bu da sürücülərin narazılığına səbəb olub.

Baş Dövlət Yol Polisi İdarəsindən İctimai TV-yə bildirilib ki, indi tətbiq edilən dəyişiklik hələ tam deyil:
“Layihənin icrasının növbəti mərhələsində mövcud yol şəraiti istiqamətlər üzrə nəqliyyat axını tam təhlil olunaraq hərəkətin daha da təkmilləşdirilməsi istiqmətində əlavə işlərin görülməsi planlaşdırılıb”.
Sosial şəbəkə istifadəçisi Rövşən İsgəndərli isə iddia edir ki, sözügedən ərazidə qət edilən məsafənin 4 kilometr olduğu bildirilsə də, əslində bu belə deyil. Onun sözlərinə görə sözügedən məsafə 6 kilometrdir.

R. İsgəndərli iddia edir ki, yol bu hala hansısa “ağır çəkili” nazirin tapşırığı ilə salınıb.

 
 
 
Ardını oxu...
Mətbuat Şurasının dünən seçilmiş yeni üzvü Niyaz Niftiyev bu gün müraciət edərək işlərinin çoxluğu səbəbindən üzvlükdən imtina edib. Niyaz Niftiyev İdarə Heyəti üzvlüyünə jurnalistlər kvotasından seçilmişdir.
Onun yerinə İdarə Heyəti üzvlüyünə ictimaiyyət nümayəndələri kvotasından namizəd olan Yeganə Hacıyeva daxil edilib.
Sesvermə və ondan sonra səslərin hesablanması kvotalar üzrə ayrı-ayrı aparıldığı halda bu əvəzetmə hansı məntiqə və qaydaya əsaslanır?!
Mətbuat Şurasının yeni rəhbərliyi əgər ictimaiyyət nümayəndələri kvotasından seçilmiş Əflatun Amaşovu "Xalq" qəzetinə baş redaktor təyin edildiyi üçün ictimaiyyət adamı saymırsa bu doğru deyil, oyun qaydalarının oyunun ortasında dəyişməkdir. Çünki Əflatun Amaşov Şuranın qurultayından qabaq "Xalq" qəzetinə baş redaktor təyin edilmişdi və bu mətbuatda dərc olunmuşdur.
Adı siyahıda ictimaiyyət nümayəndə kateqoriyasında idi və jurnalistlər ona bu istiqamətdən səs vermişdi.
Farid Sahbazli
Teref.az
 

Şair Aqşin Yenisey dərsliklərdəki kobud səhvlərdən yazıb.

AzToday.az xəbər verir ki, şair 3-cü sinif üçün Azərbaycan dili dərs vəsaitindəki balaca bir mətndəki səhvləri sadalayıb.

Şairin yazdığını olduğu kimi təqdim edirik:

3-cü sinif üçün Azərbaycan dili dərs vəsaitidir. Balaca bir mətndəki səhvlər:

1. Ümumi isimlər bütün hallarda böyük hərflə yazılıb.

2. “Hamısına yemək çatsın deyə, qoyunu kəsmək vaxtı çatır”. “Deyə”dən sonra vergül olmamalıdır. “Qoyunu kəsmək vaxtı çatır” yox, “qoyunu kəsməli olurlar”. Çünki vaxtı çatan hərəkət planlaşdırılmış hərəkətdir.

 

3. “Dəfnetmə mərasimində bütün qonaqları ləyaqətlə yola salmaq üçün İnəyin də sonu çatır”. “Dəfnetmə mərasimi” yox, “Dəfn mərasimi”. “Ləyaqətlə” yox, “layiqincə” olmalı. Yasda inək kəsə bilməmək ləyaqətsiz olmaq demək deyil. “İnəyin də sonu çatır” yox, “kəsilmək növbəsi inəyə çatır” olmalı.

4. “Siçan ona heç bir aidiyyatı olmayan hadisələri sadəcə kənardan durub, divardakı xırda dəlik vasitəsilə müşahidə edirdi”. “Sadəcə” ara sözüdür, cümlədə hər iki tərəfdən vergüllə ayrılır. “Kənardan durub” ifadəsi artıq və məntiqsizdir. “Dəlik vasitəsilə” deyil, “dəlikdən” olmalı. “Müşahidə edirdi” yox, “izləyirdi”, “baxırdı” olmalı. Siçan Qaliley deyil ki, nəyisə muşahidə etsin.

Azərbaycan dilini bu cür öyrənməkdənsə, uşaqlarımız lal olsalar daha yaxşıdır.
Ardını oxu...

 

Ardını oxu...
 
 

 

Ardını oxu...
 

Fərqli açıqlamaları ilə gündəmə gələn Milli Məclisin deputatlarının parlamentin iclasında aktivlikləri hər zaman müzakirə mövzusu olub.

Xalqxeber.az Yenicag.az-a istinadla xəbər verir ki, özlərinə “susqun deputatlar” yarlığını layiq görən parlament təmsilçilərinin Milli Məclisin 81 iclası (10.03.2020-30.12.2021) ilə bağlı yeni siyahısı hazırlanıb.

Meclisinfo-nun Milli Məclisin rəsmi saytında qeyd olunan stenoqramlara əsasən hazırladığı siyahıda ilk beşliyin adlarını təqdim edirik:

1. Yeni Azərbaycan Partiyasına mənsub olan, qeydiyyatda olduğu 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsinin deputatı, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Ağalar Vəliyev parlamentdə sonuncu dəfə 2019-cu ildə çıxış edib.Görünür, “Kristal Abşeron” MTK-nın sahibi Ağalar Vəliyevin başı təmsilçisi olduğu vətəndaşlara deyil, “tikinti” işlərinə qarışdığından Milli Məclisdə çıxış etməyi o qədər də vacib saymır.

2. 2020-ci ildən etibarən 3 saylı Quba-Qusar seçki dairəsinin deputatı vəzifəsini yerinə yetirən Anatoliy Rafailov da son 2 ildə parlamentdə heç bir çıxış etməyib.Qeyd edək ki, deputat həm də “Sağlam ailə” MMC-nin səyyar tibbi xidməti üzrə müdiridir.

3. 2 ildir 27 saylı Sabunçu ikinci seçki dairəsinin deputatı vəzifəsini yerinə yetirən Yeni Azərbaycan Partiyasına mənsub Əliabbas Salahzadə də seçildikdən bəri heç bir çıxış etməyib.

4. YAP-dən 1995-ci ildən bəri deputat olan İmamverdi İsmayılov da ötən iki il ərzində keçirilən 81 plenar iclasın heç birində çıxış etməyib.

5. 7 dəfə ardıcıl deputat seçilən Madər Musayev, deyəsən, bitərəfliyinə görə Milli Məclisin bütün iclaslarında susmağı üstün tutur.

Göründüyü kimi, adı çəkilən deputatlar müxtəlif biznes sahələrilə məşğul olduqlarından seçildikləri dairələrdəki vətəndaşların problemlərini dilləndirməyə, heç olmasa, parlament iclaslarında danışmağa belə vaxt və imkan tapmırlar.

 

XalqXeber.Az
Ardını oxu...
Yaxın günlərdə Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov vəzifəsindən azad olunacağı gözlənilir. Redaksiyamıza məlumat verən etibarlı mənbənin bildirdiyinə görə Gəncə Dövlət Universitetinin müəllimi, tanınmış Nizamişünas alim, bir neçə dərslik və monoqrafiyanın müəllifi, Prezident təqaüdçü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Qabaqcıl Təhsil İşçisi Bayram Apoyev Gəncə Dövlət Universitetinin rektoru təyin olunacaqdır. Məlumat üçün bildiririk ki, Bayram Apoyev 1957-ci ildə anadan olmuşdur. Əslən Qərbi Azərbaycanın Vedibasar vilayətindəndir. Uzun müddət dekan vəzifəsində işləyib. Elə ötən il Yusif Yusibovun əmri ilə dekan vəzifəsindən azad olunub. Bayram müəllimi öncədən təbrik edirik. İnanırıq ki, korrupsiya yuvasına dönmüş Gəncə Dövlət Universitetində şəffaflığın təmin olunmasına nail olacaqdır.

Xəbəral.az – a Gəncədən verilən məlumata görə, Yusibovla, Apoyev bir neçə vaxtdır ki, küsülüdür. Bir-birlərinə açıq savaş elan ediblər.

Xatırladaq ki, sözügedən məsələ sosial şəbəkələrdə paylaşılıb. Artıq bir çox insanlar Apoyevi telefon zəngi vasitəsi ilə təbrik edib.

Xəbəral.az qarşı tərəfin mövqe haqqını tanıyır.
 

Dünyapress TV

Xəbər lenti