Ardını oxu...
Bulvarın mediadan gizlədilməsinin səbəbi məlum olub.

Jurnalistlərin peşə fəaliyyətlərinə süni əngəllər yaradan Dənizkənarı Bulvar İdarəsinin səlahiyyətli şəxsləri istirahət məkanında olan bitkilərin məhv edilməsinə göz yumurlar.

Şəhər sakinləri Bulvar ərazisində atraksiyonların da azlığından narazıdırlar.

Baku TV-nin mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik:

 
Ardını oxu...
Prezidentə bu təklifi verənlər məsuliyyətə cəlb olunmalıdır...

Onun təyinatı zəruridirsə, ilk növbədə Qanuna düzəlişlər edilməlidir...


Bu gün Milli Məclis İnam Kərimovu Ali Məhkəmənin hakimi təyin edəcək. Yəqin ki, bundan dərhal sonra Prezident də onu Ali Məhkəmənin sədri təyin edəcək. Amma bu qanunsuzdur!

Belə ki, “Məhkəmələr və hakimlər haqqında” Qanunun 93-3-cü maddəsinə əsasən hakim vəzifəsinə namizədlər yazılı və şifahi imtahan əsasında seçilirlər. Həmin Qanunun 93-4-cü maddəsinə görə isə hüquq sahəsində nüfuza, hüquqşünas ixtisası üzrə 20 illik iş təcrübəsinə, yüksək mənəvi keyfiyyətlərə malik olan şəxslər sözügedən prosedurlardan kənar Məhkəmə-Hüquq Şurasının təklifinə əsasən hakim vəzifələrinə təyin edilə bilərlər.

İnam Kərimovun nüfuzu və mənəvi keyfiyyətləri subyektiv məsələdir. Amma tərcümeyi-halından görünür ki, ümumi stajı 21 ildir, onun da yalnız 10 ili hüquqşünas ixtisası üzrə olub. Bu isə artıq obyektiv məsələdir! Əlbəttə, ola bilər ki, o paralel olaraq hüquq sahəsində elmi və pedaqoji fəaliyyətlə də məşğul olub. Lakin ictimaiyyətə onun elmi əsərləri və ya haradasa müəllimlik etməsi faktı bəlli deyil.
Beləliklə, o, nəinki Ali Məhkəmənin sədri, ümumiyyətlə heç bir məhkəmənin hakimi təyin oluna bilməz. Buna görə də Prezidentə bu təklifi verənlər (və ya səsini çıxarmadan dəstəkləyənlər) məsuliyyətə cəlb olunmalıdır!

Xüsusilə vurğulayıram ki, problem Kərimovun özündə deyil. Mövcud vəziyyətdə potensial namizədlər arasında məqbul variantlardan biridir. Savadlı hüquqşünasdır, “ASAN xidmət” kimi uğurlu layihənin qurucularından biridir. Düzdür, kənd təsərrüfatı sahəsində bu uğuru təkrarlaya bilmədi. Hər bir halda Ali Məhkəmənin sədri kimi işin öhdəsindən necə gələcək – zaman göstərər. Yaxşıya yaxşı, pisə pis deyəcəyik!

Əsas məsələ qanunun aliliyidir! Kərimovun təyinatı zəruridirsə, əvvəlcə Qanuna düzəliş edilməlidir. Məsələn, yazıla bilər ki, ali hüquq təhsili olan və əvvəllər Prezident, vitse-prezident, Baş nazir, mərkəzi icra hakimiyyəti orqanının rəhbəri (nazir, komitə sədri və s.), deputat, Ombudsman olmuş şəxlər stajından asılı olmayaraq hakim təyin edilə bilər. Məsələn, ötən əsrin əvvəllərində ABŞ-ın 27-ci prezidenti Taft Ali Məhkəmənin sədri təyin olunmuşdu. Belə istisnaların olması normal və ağlabatandır.
Qanuna belə düzəliş edilməsə, Kərimovun təyinatı qanunsuz, fəaliyyəti isə qeyri-legitim olacaq. Həm onsuz da bərbad gündə olan məhkəmə sistemizə növbəti zərbə olacaq, həm də onun özü üçün problem olacaq. Biz elə bu yaxınlarda Ali Məhkəmənin sabiq sədrinin qanunsuz olaraq vəzifəsində artıq müddətə qaldığını gördük (getmək istəmirdi ki, istəmirdi!). İndi isə onun xələfinin qanunsuz təyinatı ərəfəsindəyik. Çox təəssüf!..

P.S. Bu gün deputatların mövqeyini xüsusi nəzərdə saxlayaq, görək kim bu barədə nə deyəcək, necə səs verəcək...

Əkrəm Həsənov - vəkil
DİA.AZ
Ardını oxu...
"Neft Qaz Elmi-Tədqiqat Layihə İnstitutunda “Əməyin mühafizəsi və təhlükəsizlik texnikası” mövzusunda imtahanlar keçirilib. Əvvəllər də bir neçə dəfə keçirilmiş belə imtahanlar institutun iş rejimini pozmaqdan başqa bir işə yaramır".
TEREF.AZ bildirir ki, bunu Bakupost.az -a institutun əməkdaşlarından biri deyib.
Onun sözlərinə görə, yüzlərlə insan iş-gücünü buraxıb imtahana hazırlaşmaq məcburiyyətində qalıb:
“İnstitut daxilində fəaliyyət göstərən klinikaya müraciət edən əməkdaşların sayı çoxalıb. Attestasiya imtahanlarını institutun baş mühəndisi Fazil Həsənov götürür. SOCAR-ın vitse-prezidenti Yaşar Lətifovun təbirincə desək, bu, “bir aktyorun teatrı” təsiri bağışlayır. İmtahanlar yenə sovetdənqalma ənənə üzrə, bilet çəkmə metodu ilə keçirilir. 6-7 nəfərlik komissiya üzvləri baş mühəndisi izləmək məcburiyyətində qalırlar. İmtahan keçirməkdə məqsəd heç də əməkdaşların biliyini müəyyənləşdirmək deyil. Fazil Həsənovun dediyi kimi, hər bir əməkdaşın arxasında kimin durduğunu müəyyənləşdirmək və gələcəkdə hər hansı xahiş etmək məqsədi daşıyır. İnstitutda keçirilən imtahanlarla əlaqədar baş mühəndis Fazil Həsənova məxsus bir deyim dillər əzbəridir: “Bu axmaqlar elə bilirlər ki, oxumaqla imtahan vermək olar”. Maraqlıdır, əgər doğrudan da Fazil Həsənovun dediyi kimi, oxumaqla imtahan vermək mümkün deyilsə, o zaman o, niyə bu qədər insanı stress altında saxlayır? Bunun nə mənası var?"
Şikayətçinin bildirdiyinə görə, 1000-dən artıq əməkdaşı olan Neft Qaz Elmi-Tədqiqat Layihə İnstitutunun baş mühəndisi Fazil Həsənovun dissertasiya işi, elmlər doktoru alimlik dərəcəsi almaq üçün topladığı, dərc etdirdiyi bütün materiallar, institutun vəsaiti hesabına dərc etdirdiyi kitablar (17-18 ədəd ) saxtadır.
O, həmçinin qeyd edib ki, baş mühəndis Fazil Həsənov Mənzil İnşaatı Dövlət Agentliyindən (MİDA) ev almaq üçün də saxtakarlığa əl atıb:
"İlk saxtakarlığı 1990-cı illərdə əkiz övladlarının olması barədə saxta sənədlə ev almaq cəhdi olub. Amma bu cəhd uğursuz alınıb. Ev almaq üçün növbəti saxtakarlıq cəhdi isə uğurla nəticələnib. MİDA-nın sosial təbəqə üçün inşa etdirdiyi Yasamal Yaşayış Kompleksində güzəştli mənzilə yiyələnib. MİDA-nın Yasamal Yaşayış Kompleksində mənzillərin güzəştlə satışı zamanı qanunsuz şəbəkə quraraq vətəndaşlara pul müqabilində ev udmaqda kömək edən vətəndaşlardan biri də Neft Qaz Elmi-Tədqiqat Layihə İnstitutunun əməkdaşı, İT mütəxəssisi Məmmədov Elçin Elman oğlu olub. Yüksək sürətli internet və bir neçə kompüterdən eyni vaxtda istifadə imkanı institutun baş mühəndisi Fazil Həsənovun icazəsi olmadan mümkün deyil. Elçin Məmmədov birbaşa Fazil Həsənovun rəhbərliyi altında fəaliyyət göstərib”.
Şikayətçi bildirib ki, baş mühəndisin aztəminatlı sosial təbəqə üçün nəzərdə tutulmuş evlərdən mənzil alması mənəviyyat məsələsidir:
"İnsanları yüksək vəzifəyə təyin edən zaman mənəviyyat, vicdan deyilən məfhumlar nəzərə alınımırmı?"
İnstitutun əməkdaşı Fazil Həsənovun kadr seçimi ilə əlaqədar narazılığını da bildirib. O, rəhbər vəzifələrə qadın əməkdaşların cəlb olunduğunu qeyd edib:
“Fazil Həsənovun rəhbərliyi dövründə kurasiyasında olan şöbələrdə rəhbər vəzifələrdə qadın əməkdaşlar irəli çəkilir. Şöbə rəisləri və layihənin baş mühəndisləri vəzifələrində qadınlar üstünlük təşkil edir. Halbuki, dəniz və quru obyektlərinə tez-tez getmək nöqteyi-nəzərindən həmişə bu vəzifələrə kişi əməkdaşların təyin olunması prioritet olub. İnstitutda qadın əməkdaşların rəhbər vəzifələrə təyin olunması gender bərabərliyi prinsipinə əsaslanır, yoxsa institutun baş mühəndisinin başqa kriteriyaları da mövcuddur?”
Qeyd edək ki, sözügedən ittihamlarla bağlı F.Həsənovun mövqeyini öyrənməyə çalışdıq. Lakin SOCAR-ın mətbuat xidmətindən bildirdilər ki, F.Həsənov institutda deyil.
 
Ardını oxu...
AZAL ovçu vakansiyası elan edib. Xəbər sosial platformalarda xeyli təəccüblə qarşılanıb. Çünki hava yolları şirkəti məhz quş vurmaq üçün ovçu axtarışına çıxıb. AZAL-ın rəsmi saytında vakansiya “Hava Limanlarının İstismarı Baş İdarəsinin uçuşların təhlükəsizliyinin təminatı üzrə fəhləsi” bölməsində yer alıb.
TEREF.AZ Bizimyol.info-ya istinadla xəbər verir ki, şirkət “fəhlə”dən aerodrom ərazisində piyada və avtomobillə ornitoloji tədbirlərin aparılmasını, uçuş enmə zolağı ətrafındakı quşların odlu silah vasitəsilə qorxudulub uzaqlaşmasına əməl edilməsini gözləyir. Ov silahından istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etmək, həvalə olunmuş avadanlıqlarla, materiallarla səmərəli davranmaq xüsusi tələb kimi fərqləndirilib. İşə götürüləcək şəxsin nə qədər məvacib alacağı qeyd olunmayıb. Sadəcə, yazılıb ki, sahə üzrə təcrübəsi olanlara üstünlük veriləcək. Həmin şəxsin ali təhsil almasına da ehtiyac yoxdur. Yalnız ovçuluq və hərbi bileti olsun.

AZAL bu məsələdə də tərs iş görür. Bütün dünyada həmin vəzifəni yerinə yetirən əməkdaşın peşə adı var. Belə “ovçu”lar ornitoloq adlanır, fəhlə yox. Bəs AZAL niyə ovçu axtarışına çıxıb? Məlumdur ki, quşların təyyarələr üçün təhlükə yaratması ehtimalı var. Mühərrikdə ilişib qalmaq qəzaya, eyni zamanda böyük faciəyə səbəb ola bilər. Buna görə də hava yolları şirkətləri ornitoloqların xidmətinə müraciət edir. AZAL isə primitiv üsullarla quşları ərazidən uzaqlaşdırmaq qərarına gəlib. Buna görə də ov təcrübəsi olanlar işə dəvət edilir. Yəni quşları güllə ilə vurmaqla problemin həlli düşünülür. Halbuki dünyada daha bu metodlardan istifadə olunmur.

Ornitoloq yırtıcı quşların hava limanı ərazisindən uzaqlaşdırılması üçün hansı effektli üsullara müraciət edə bilər? Bu sahənin mütəxəssisləri tövsiyə edirlər ki, fəaliyyət zamanı humanizm prinsipləri qətiyyən unudulmamalıdır. Yəni quşların öldürülməsindən söhbət gedə bilməz. Ən effektli üsullar arasında xışıltılı lentlərin çəkilməsini, müqəvvaların hazırlanmasını göstərmək olar. Xüsusi torlar da işə yarayır. Bir şərtlə ki, quşlar ərazidən uzaq yerdə yenidən təbiətə qaytarılsın. Dünyada pirotexnik vasitələrdən istifadə etmək təcrübəsi də var. Amma mütəxəssislər bu halda quşların həyatına təhlükə olmayacağına zəmanət vermir.

Böyük hava limanlarında da ov təcrübəsi olanların işə götürülməsi mümkündür. Lakin həmin şəxslərin xidmətinə başqa məqsədlə müraciət edilir. Bu, daha çox quşlara həssaslığa görə edilir. Ov təcrübəsi olanlar həm də xüsusi torlarla hava limanının çağırılmayan qonaqlarını ələ keçirə bilir. Sonradan quşlar azadlığa buraxılır. Şahinlərlə iş bacarığı olan şəxslərin əməkdaşlığa cəlb olunması isə Qərbdə çox yayılıb. Bununla ekoloji balansı pozmadan düzgün fəaliyyət planı hazırlanır.

Həmişəki kimi, AZAL-ın quşu gözünən vurmaq cəhdi uğursuz alınıb. Aviabiletlərə fantastik qiymət təyin etmək çox asandır. Çətini beynəlxalq prinsiplərə uyğun işləməkdir.
Ardını oxu...
DİA.AZ: - "Qanunsuz yerə işdən 1 ay ərzində "70 c" bəndi ilə məktəbə 1 aydır ki gəlmiş müvəqqəti direktor əvəzedicisi Aynur Hesenova tərəfindən çıxarilmağıma, Gəncə - Daşkəsən Regional Təhsil İdarəsinin rəhbəri Anar Qədimalıyevə şikayət ərizəsi ilə müraciət etməyimə baxmayaraq, heç bir ölçü götürülmədi". DİA.AZ bildirir ki, bu barədə "Hüquqşünaslar Qrupu" adlı sosial şəbəkəsində Vəfa Bağırova adlı istifadəçi giley edir.

Ardını oxu...
Ardını oxu...

DİA.AZ olaraq narazı vətəndaşın şikayətini olduğu kimi təqdim edirik (fikri anlaşılır): "Hereketsiz qalaraq hec bir olcu goturmedi.Ve men Dovlet Emek Mufettiwliyi Xidmeti Gence Regional erazi wobesine iwden haqsiz ve qanuna zidd wekilde cixarilmagim huquqlarimin mudafiesi ve berpasi ucun muraciet eledim .Menim wikayetimin arawdirilmasi Ismayilov Taleh Ilyas oglina hevale edildi. 1 ay muddet kecenden sonra bu qeder saxta senedler protokollar aktlar emek muqavileme edilen deywiklikleri gorseler de arawdirma neticesinde Regional erazi wobesinin reisi Ayaz Rehimovun gonderdiyi cavabdan da melum olur ki qarwi terefin movqeyini oldugu kimi kocurmekle menim muracietime munasibet bildirmiw ve meseleye mahiyyeti uzre baxilmasindan yayinmiwdir.
Mohterem Prezidentimiz Cenab Ilham Eliyev in yerlerde baw veren memur ozbawnaliqlarina qarwi ciddi tedbiler gorulmeli vetendawlarin huquqlari daim qorunmalidir kimi muracietine qarwi yerlerde wikayetlere bu qeder sethi yanawma tecub dogurur.Goresen haqsizliqi gormezden gelen bu kimi qurumlar neden otrudu. neye gore yerlerde aninda meselenin helli varken.her bir iwle Prezidentimiz maraqlanmalidi.bes bu qurumlar neden otrudu.??
P.S .qeyd edim ki men naraziligimi bildirmek ucun bu defe Dövlət Əmək Müfəttişliyi Xidmətine muraciet eledim .tekrar gelen cavab mektubuna munasibet ve fikir bildirmeyinizi Sizlerden xahiw edirem..."

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Ardını oxu...
"Azercell" abunəçisi olan vətəndaşların sırası günbəgün genişlənməkdədir. Hər halda ortaqlıqdakı faktlara şikayət olunan qurum tərəfindən heç bir reaksiyanın verilməməsi, "Azercell"də müştəri məmnuniyyəti anlayışının olmaması narazılıqların sayını artırmaqdadır. DİA.AZ bildirir ki, məhz bu səbəbdən gərəkən dövlət qurumlarının nəhayətdə "Azercell"ə bir qulaqburması verməsi zərurəti yaranır. Vətəndaşların marağı naminə... və dövlət adından...

Biz isə DİA.AZ olaraq hazırda da özünü ölkənin 1 saylı və ən böyük mobil operatoru kimi təqdim edən "Azercell"dən növbəti şikayəti təqdim edirik...
Ardını oxu...
Nəzri Qdəriova adlı Bakı sakini "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında yazır:

""Azercell"-dən narazıyam. Deməli, həftəsonu paketi var, 2 manata. Mən də aldım ki, çöldə-bayırda olanda rahat işlərimi görüm.

Amma demək olar ki, internet yerlərdə sürünür...

İnanın, heç bir səhifə normal açılmır, nə wp - da... nə də fb ra...

Rhat nəyəsə baxmaq olur, danışmaq olur. Biabırçılıqdır.."

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Ardını oxu...
"Halva restoranı Şüvəlan məkanına Ramazanın ilk günü zəng vurdum, bütün şərtləri öyrəndim, 4 böyük, bir uşaq üçün rezerv etdim. Bir neçə saat sonra zəng vuruldu ki, 100 manat depozit təklif edirik, istəyirsiz gəlin, istəyirsiz gəlməyin. Məkana gedəndə oruclu masa olsa da bir stəkan nə su, nə xurma yox idi"

"Azərbaycan Reallığı" xəbər verir ki, bu sözləri facebook sosial şəbəkədə "müştərinin səsi" qurupunda vətəndaş şikayətində - paylaşımında narazlıq edib, vətəndaş bildirir ki, hətta sözü gedən məkanda çay dəstgahı 50 manat satılsa da dəzgaha sadəcə bir çaynik çay daxildir.

Teref.az sözü gedən müştərinin etiraz dolu paylaşmın təqdim edir:
Ardını oxu...
 
Ardını oxu...
Ölkənin ikinci böyük şəhəri Gəncənin birinci böyük dərdi yol problemidir.

Gəncənin müxtəlif yerlərində nahamar, dağılıb, təmir edilməmiş, bəzən isə yararsız təmir edilmiş xeyli küçə var. Bu isə hərəkət iştirakçılarını narahat edən əsas amildir.

Yolların baxımsız hala düşməsinin əsas səbəblərindən biri də, şəhərdə illərdir icra olunan su-kanalizasiya layihəsidir.

Daha ətraflı Baku TV-nin süjetində:

 
Ardını oxu...
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Bakı şəhəri, Xətai rayonu,3 saylı uşaq evinin yeniyetmə sakini barədə sosial şəbəkələrdə yayılan məlumata dair açıqlama yayıb.

Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının rəhbərliyi, eləcə də M.Hacıyevin həkimi ilə mövcud vəziyyət və diaqnoz barədə müvafiq danışıqların aparıldığı bildirilib:

“Bununla yanaşı M.Hacıyevin qardaşı Əli Hacıyev Komitəyə dəvət olunaraq məsələ ilə bağlı, eləcə də, Ə.Hacıyevin də vaxtilə həmin müəssisənin məzunu olduğu nəzərə alınaraq müsəssisənin fəaliyyəti barədə söhbətlər aparılıb.
Məlumat üçün bildiririk ki, 3 saylı uşaq evinin yeniyetmə sakini öz qardaşının razılığı ilə 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib və hazırda müalicə alır.

Klinikaya yatırılması haqqında qərar qohumlarının onun psixi vəziyyəti ilə bağlı fikirləri, tibb kitabcasındakı müalicə tarixcəsi, həmçinin müvafiq sahənin mütəxəssisi tərəfindən (kənardan dəvət olunmuş) yeniyetmənin özünün yoxlanılmasından sonra, qısa müddətli müalicə alması üçün verilib.

Müalicədən sonra yeniyetmənin qardaşı onu öz himayəsinə götürməsi ilə bağlı müraciət edəcəyini bildirib.
Vaxtilə uşağı himayəyə götürən ailə və 3 saylı uşaq evi ilə əlaqə saxlanılaraq mövzu barədə söhbət aparılıb”.
Məlumatda qeyd edilib ki, mövzunun həssaslığı nəzərə alınmaqla konfidensiallığın qorunması məqsədilə ictimaiyyətin məlumatlandırılmasında müəyyən məhdudiyyətlərin tətbiq edilməsi zəruridir.

Qeyd edək ki, daha əvvəl sosial şəbəkələrdə 3 saylı uşaq evi ilə bağlı iddiaların olduğu kadrlar yayılmışdı. Kadrlarda sözügedən yeniyetmə burada qanunsuzluqlar baş verdiyini iddia edirdi.
 

Ardını oxu...


"Xudat Balıq” ASC-də qaranlıq əməlləri, Əhəd Purun yaxın dostu, qardaşının İranla sıx əlaqəsi...

Bir neçə gün öncə Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Şəmsəddin Abbasovun iranlı iş adamı Əhəd Purla yaxın dost olması barədə mətbuatda ilginc məlumat yayıldı. Həmin xəbərdə bildirilirdi ki, Şəmsəddin Ababsovun "Xudat Balıq" ASC-nin özəlləşdirilməsi zamanı etdiyi "qəhrəmanlıq" onun Əhəd Purla yaxın dost olmasına şərait yaradıb.

Ardını oxu...


Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Şəmsəddin Abbasovla bağlı apardığımız kiçik araşdırmada isə maraqlı məlumatlara rast gəldik.

AzFakt.com-un əldə etdiyi məlumata görə Şəmsəddin Abbasov bacısı oğlunun vasitəsi ilə avtomobil mühərriklərinin ehtiyyat hissələrinin təmiri sexi yaradıb. Avtomobil mühərriklərinin təmiri işi kiçik bir biznes sahəsi təsərrüatı yaratsa da, əslində çox ciddi gəlirli bir sahədir. Hər il dövlət və özəl şirkətlər avtomobillərinin təmiri üçün milyonlarla manat vəsait xərcləyirlər. Məhz bu sistemdə milyonlarla manat vəsaitin dövr etdiyini yaxşı bilən Şəmsəddin Abbasov vəzifə səlahiyyətindən sui-istifadə edərək dövlət qurumlarının və böyük şirkətlərin rəhbərləri ilə müxtəlif vasitələrlə əlaqəyə keçərək, təmir işlərini yaratdığı sexə verilməsini təşkil etdirir.

Qeyd edək ki, Şəmsədin Abbasova məxsus olan avtomobillərin təmiri sexinin hazırda Masazır qəsəbəsində, DYP rəisi Ramiz Zeynalova məxsus olduğu deyilən Moped.az şirkətinin ərazisində fəaliyyət göstərdiyi bildirilir.

Aldığımız digər məlumata görə Şəmsəddin Abbasovun təmir sexi işlədən bacısı oğlu həm də Masazır qəsəbəsi ərazisində torpaq sahələrini zəbt edərək, satışı ilə də məşğuldur. Belə ki, bacıoğlu dayısının himayədarlığı ilə Masazır qəsəbəsində torpaq sahələrini zəbt edir, heç bir sənədi olmadan evlər tikərək satır.

Qeyd edək ki, Sumqayıt şəhər Apellyasiya Məhkəməsinin hakimi Şəmsəddin Abbasovun adı ölkə mətbuatına yad isim deyil. Onun adı bir neçə il öncə “Xudat Balıq” ASC-nin iş adamı Güləhməd Güləhmədovun əlindən alınması məsələsində hallanıb.

Həmin vaxt iş adamı Güləhməd Güləhmədov hakim Şəmsəddin Abbasovun cinayətləri barədə ədliyyə naziri Fikrət Məmmədova müraciət etmişdi.

Bundan başqa Şəmsəddin Abbasovun bizneslə məşğul olan qardaşının tez-tez İrana gedib-gəldiyi və bu ölkə ilə sıx əlaqədə olduğu deyilir.

Dünyapress TV

Xəbər lenti