Ardını oxu...
Rüşvətə görə həbs edilən Lənkəranın baş memarı Elgün Abdullayevin cinayət işi icraata verilib.

DİA.AZ APA-ya istinadla xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılacaq cinayət işi hakim Elxan Süleymanovun icraatına verilib.

Cinayət işi məhkəmənin hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsi müdirinin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

İstintaq zamanı Elgün Abdullayevin fərdi-yaşayış evi və qeyri-yaşayış sahəsinə dair sənədlərinin hazırlanması müqabilində 100 min 250 manat məbləğində pul vəsaitini rüşvət qismində istəməsi və cəmi 33 min 500 manat pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

Elgün Abdullayevə Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü (külli miqdarda təkrarən rüşvət alma) maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

***

DİA.AZ qeyd edir ki, məlum ajitoajlı həbs ərəfəsində yerli KİV-də Elgün Abdullayevlə bağlı ilginc iddialar da səslənmişdi və açıq şəkildə qeyd olunurdu ki, E.Abdullayev hələ də Lənkərana rəhbərlik edən Taleh Qaraşovun yaxın kadrıdır və Lənkəran RİH başçısı ilk əvvəl hətta onu azadlığa çıxarmağa da çalışıb.

HƏMİN MƏQALƏ BURADA: 26 ilin icra başçısının başı dərddə

Elə buna görə də, hazırki məhkəmənin də "maraqlı" keçəcəyini söyləmək olar. Ən azından ona görə ki, Qaraşov cənabları adamını həbsdən qurtarmağa çalışacaq...

ZƏRURİ QEYD: Onu da xatırladaq ki, bu olay Taleh Qaraşovun kadrları ilə bağlı baş verən ilk həbs qərarı deyil. Hətta Lənkəran icra başçısının müavinlərindən biri bir neçə ay əvvəl məktəbli qıza zor tətbiq etməsi səbəbilə mühakimə olunmuşdu...

Məsələ ilə əlaqədar dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Ardını oxu...
Məhkəmə tibb eksperti Mevliyev Əliş Balaca oğlu Azərbaycan Tibb Universitetini (ATU) məhkəməyə verib.
Qaynarinfo xəbər verir ki, onun tələbi işə bərpa və əmək haqqının ödənilməsi ilə bağlıdır. Birinci instansiya məhkəməsi Əliş Mevliyevin iddiasını təmin etməyib. O, apellyasiya şikayəti verib.
Şikayətə Bakı Apellyasiya Məhkəməsində Elşən Kazımovun sədrlik etdiyi hakimlər kollegiyası tərəfindən baxılacaq. İş üzrə artıq məhkəmə baxış iclası təyin edilib. Proses aprelin 17-də baş tutacaq.
Araşdırmalarımız zamanı bəlli olub ki, Əliş Mevliyev ATU-nun “Məhkəmə təbabəti” kafedrasından çalışıb. Onun hansı səbəbdən işdən çıxarıldığı bəlli deyil.
Bəzi iddialara görə, onunla rektor Gəray Gəraybəyli arasında gərginlik yaranıb.
Gəray Gəraybəyli 2016-cı ildən ATU-nun rektoru vəzifəsini daşıyır.
 
Ardını oxu...
Naxçıvanda "Arkoz Holdinq"ə məxsus yüzlərlə etirazçı fəhlənin tələbi qismən yerinə yetirilib. Holdinqə məxsus zavod və fabriklərdində çalışan işçilər üç aylıq maaşlarının gecikdirilməsinə etiraz olaraq, martın 13-dən tətilə başlamışdı. Teref.az-ın məlumatına görə, onlar „Gündəlik Naxçıvan“a bildirirdilər ki, maaşları ödənməyincə aksiyanı davam etdirəcəklər.
Fəhlələr deyir ki, məsələ ictimailəşdikdən dərhal sonra, holding rəhbərliyi etirazçı fəhlələri qəbul edib. Uzun danışıqlardan sonra, hər iki tərəf razılığa gəlib:
„İlk günlərdə tətil etdiyimizə görə bizi hədələyirdilər, deyirdilər ki, özünüzü öldürsəz də xeyri yoxdur, işə çıxmayan qovulacaq. Məsələ ictimailəşən kimi tez əl-ayağa düşdülər, bizi qəbul etdilər. Dedilər ki, müvəqqəti maliyyə problemini nəzərə alıb, işə davam edək. İki aylıq maaşımızı köçürəcəklərinə söz verdilər. Digər bir ayı da martın sonunda verəcəklər. Biz də razılaşdıq və tətili dayandırıb, işə davam etmək qərarı verdik. Bizim problemi paylaşan hər kəsə təşəkkür edirik“.
Holdingdən „Gündəlik Naxçıvan“a bildirdilər ki, yaxın günlərdə fəhlələrin iki aylıq maaşı hesablarına köçürüləcək.
Ardını oxu...
Demək olar ki, hər avtobus dayanacağında informasiya monitorları var. Həmin monitorlar avtobusların gediş-gəliş vaxtını, neçə dəqiqə ərzində gələcəyini və s. bildirir. Lakin ölkəmizdə onların heç biri işləmir. Təxminən 3-4 il öncə deyildi ki, xarici ölkələrdən yeni monitorlar gələcək. Hətta bunu etmək üçün kifayət qədər də maliyyə ayrılmışdı.

Niyə ölkəmizdə məlumat monitorlarına nəzarət edilmir? Monitorların işləməməsində hansı səbəblər rol oynayır?

TEREF.AZ-ın məlumatına görə, məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, həmin monitorlar keçmiş Nəqliyyat Nazirliyi tərəfindən gətizdirilib:

“Bu manitorlar müasir texnologiya adı altında gətirilsə də, başqa ölkələrdə II və III dərəcəli avadanlıqlar kimi tanınırdı. Bunun da əziyyətini vətəndaşlar çəkir. Çünki monitorlar işləmir və insanlara heç bir xidmət göstərmir. BNA-nın dövründə çalışdılar ki, yenidən təmir edib istifadəyə yararlı hala gətirsinlər. Lakin bu da heç bir işə yaramadı və ara yerdə milyonlarla vəsait havayı yerə xərcləndi. Bu sistemi təkmilləşdirmək üçün hər şeyə 0-dan başlamaq lazımdır. Qeyd etdiyim kimi, bunun üçün də yenə vəsait lazımdır.

O vəsait yığılarkən yeyintiyə, çirkin əməllərə yol verilmədən şəffaf şəkildə çalışsalar, məsələ öz həllini tapacaq”.

BNA-nın rəsmi mövqeyini öyrənməyə çalışsaq da, qurumun mətbuat xidmətindən cavab verilmədi.
Ardını oxu...
Bir neçə gün əvvəl Naxçıvan Ali Məhkəməsinə sədr təyin olunan Səadət Bəktaşi ilə bağlı qalmaqal səngimək bilmir. DİA.AZ bildirir ki, bu dəfə də Qarabağ Qaziləri xanım Bəktaşi haqda verilən təkzib mətninə etirazlarını ifadə ediblər.

"Bakı Apellyasiya Məhkəməsi ağ yalan danışır" deyə vurğulanan Qarabağ qazilərinin DİA.AZ-a ünvanladıqları müraciətdə "03.08.2021 tarixli qərar hələ də Qarabağ qazisinə verilməyib" deyə iddia səslənir.

Qazilərin redaksiyamıza yolladıqları müraciəti olduğu kimi təqdim edirik: "Mediada Bakı Apellyasiya Məhkəməsinin (sədrlik edən Səadət Bəktaşi) Qarabağ qazisi Xaliq Abbaszadənin DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiası üzrə Bakı İnzibati Məhkəməsinin (h. Nəriman Abıyev) qərarını qüvvədə saxlayan 03.08.2021 tarixli qərarının 2 ildir verilmədiyindən bu günlərdə dərc olunan yazı sözügedən yuxarı instansiya tərəfindən yalanlanıb. Bakı Apellyasiya Məhkəməsi qərarın 20.08.2021-ci ildə tərəflərə təqdim edildiyini bildirib. Bu təkzib – yalanlama ağ yalandır.
Birincisi, Qarabağ qazisi bu iki ildə dəfələrlə qərarın verilməsini tələb edib və verilmədiyindən dəfələrlə mətbuatda bu özbaşınalıqla bağlı çıxış edib. İndi sədrlik edən hakim Səadət Bəktaşinin Naxçıvan Ali Məhkəməsinə sədr təyin edilməsi haqqında məlumat haqlı olaraq pensiyasından və kassasiya hüququndan məhrum edilən iddiaçı Qarabağ əlilində haqlı sual doğurub : Səadət Bəktaşi 03.08.2021 tarixli qərarını da özü ilə Naxçıvana aparıbmı?
Bakı Apellyasiya Məhkəməsinin yalançı yalanlamasından - təkzibindən belə bəlli olur ki, Səadət xanım qərarı özü ilə aparmayıb, Bakı İnzibati Məhkəməsinə qaytarıb. Qarabağ qazilərinin şikayəti isə qərarın iddiaçıya verilməməsindəndir. Yalançı təkzib etməklə iş bitmir, hanı qərarın təqdim edilməsinin sübutu? Xatırladırıq ki, məhkəmə sənədləri – birinci instansiya, apellyasiya və ali məhkəmənin aktları Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 134-cü maddəsinə əsasən rəsmi qaydada verilməlidir. MPM-in 135.1 maddəsinə görə, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Çatdırılıbmı? Bakı Apellyasiya Məhkəməsinin həmin sifarişli poçt məktubu hanı? MPM-in 135.2 maddəsinə görə, məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan ..qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə , rabitə orqanları tərəfindən ŞƏXSƏN VERİLİR. Verilibmi? Hanı məhkəməyə qaytarılan qəbzin və sənədin kötüyü? Qarabağ qazisinin sənədi alması barədə imzası? Yoxdur! Olsaydı, Bakı Apellyasiya Məhkəməsi “təkzibi”nə əlavə edərdi. Bir də Qarabağ qazisinə qərar verilsə idi, niyə mətbuata verilməməsindən şikayət edirdi, elə kassasiya şikayəti vermək üçün vəkillə təminatı üçün müraciət edərdi.
Bütün bunlar və məntiq Bakı Apellyasiya Məhkəməsinin təkzibinin də yalan olduğunu üzə çıxarır. Qarabağ qaziləri məhkəmə aktının verilməsini tələb edir. Gec də olsa, kassasiya şikayəti hüquqlarından yararlanmaq üçün .
Qarabağ qaziləri :
Məğrur Bədəlsoy
Xaliq Abbaszadə
Müşfiq İsmayılov
Eldar Hüseynov
Rövşən Cəfərov
Güloğlan Süleymanov və b."

Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
 
Ardını oxu...
Naxçıvanın Şərur rayonundan bir müəllim illərdir işsiz olduğunu bildirir. DİA.AZ-ın məlumatına görə, narazı vətəndaş bu məsələdə yerli məmurları günahlandırır

Şərurlu müəllim yazır:
"Mən Naxçıvanda Şərurda yaşayıram 27 yaşım var ailəliyəm, ali təhsilliyəm və ixtisasım biologiya müəllimliyidir.
Mən işsizəm, mənim işsiz olmağımın səbəbi Şərur rayon məktəblərində vakant yerlərin satılmasıdır.
Vakant yerləri ya gizlədirlər ya satırlar.
Mən üniversiteti Naxçıvanda bitirmişəm. Necə olur Xerson universitetini biologiya ixtisası üzrə bitirən biri Şərurun mərkəzində heçbir imtahan vermədən işlə təmin olunur və müəllimlik əmri verilir. Bizlər vakant yer tapıb imtahanda iştirak edə bilmirik..
Vakant yerlər satılır dərs saatları vakanta çıxmır.
Dəfələrlə müraciət etmişəm... baxan yoxdur, araşdıran yoxdur..
Uşaq birliyi təşkilatının rəhbəri vəzifəsi və psixoloq vəzifələri satılır..
Şərur rayonunda son iki ildə təyin edilən Uşaq birliyi təşkilatının rəhbərləri, psixoloq vəzifələri, müəllim əmrləri araşdırılsın..
Mən həqiqətləri deyirəm... lazım gəlsə faktlarla sübut edərəm.
Xahiş edirəm, işıqlandırın, bu quldurluğa son qoyulsun".

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...
 
Ardını oxu...
Azərbaycanda obyektlərin tikintisi ilə bağlı tələb olunan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından əldə edilməsi mümkün olduqda, həmin sənədlər sifarişçidən tələb edilməyəcək.

Bu, “Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsində öz əksini tapıb.Əslində qanun layihəsini icra başçılarının rüşvət bazarına son qoymaq kimi “qara xəbər” də adlandırmaq olar.
Sənədə əssən, həmin sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadıqda onlar sifarişçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından tələb olunacaq və yaxud sifarişçi tərəfindən təmin ediləcək. Tikinti obyekti sifarişçilərindən sənədlər elektron formada qəbul olunacaq. Azərbaycanda tikinti obyektinin sifarişçisindən tələb olunan sənədlərin təqdim edilməsi forması dəyişdiriləcək.
Bu, “Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, sifarişçi tikintilərin texniki-iqtisadi əsaslandırma sənədlərini elektron formada hazırlamalı və müvafiq icra hakimiyyəti orqanı ilə və əlaqədar qurumlarla razılaşdırılmasını təmin etməlidir.
Bununla da İH-lər obyekt tikintisi zamanı sahiblərinə təzyiq göstərə, onlara qarşı qeyri-rəsmi tələblər irəli sürə bilməyəcəklər. Əgər qanun layihəsi qüvvəyə minərsə, İH rəhbərlərinin “bazarı öləcək”.
Xüsusən də Abşeron İH başçısı Abdin Fərzəliyev üçün tikintidən pul qazanmaq imkanı məhdudlaşır. Çünki icra başçısı Abşeronda tikintilərdən “qaz vurub, qazan doldurur”. Fərzəliyev icra başçısı kimi fəaliyyətə başladığı ilk günlərdə sahibkarlara əngəllər törətməklə tələblərini irəli sürüb.Tribunainfo.az

Ardını oxu...
DİA.AZ: - Dünən yayılan xəbərlərdən aydın oldu ki, jurnalistlər üçün tikilən və istifadəyə verilməsi gözlənilən üçüncü bina bu il media nümayəndələrinə verilməyə bilər. DİA.AZ bildirir ki, Nazirlər Kabinetindəki mənbədən Meydan TV-yə verilən məlumatda belə deyilib.

Bildirilib ki, Medianın İnkişafı Agentliyinin (MEDİA) rəhbəri Əhməd İsmayılov bir müddət öncə Nazirlər Kabinetinə yazılı müraciət ünvanlayıb. Ə.İsmayılov həmin müraciətində qeyd edib ki, binadakı mənzillər şəhid ailələrinə verilsin. Bununla da, MEDİA mənzillərin jurnalistlərə verilməsindən rəsmən imtina edib. Məlumata görə, həmin mənzillər bu il may ayında – Heydər Əliyevin 100 illiyi ilə əlaqədar şəhid ailələrinə verilə bilər.

Daha ətraflı burada: Əhməd İsmayılov `HAMAM SUYUNA` REYTİNQ TOPLAYIR? - MEDİA şefinə kim TƏKBAŞINA QƏRAR imkanı tanıyıb?

Onu da qeyd edək ki, bu məsələyə ölkənin jurnalistləri (hərgah ki, onların əksəriyyəti Əhməd İsmayılovun kantoru tərəfindən JURNALİST hesab olunmur - dia.az) tərəfindən kütləvi etirazlar sərgilənməkdədir və artıq sosial şəbəkələrdə bu qəbildən onlarla paylaşıma şahidlik edirik. Amma buna rəğmən başı Vyanada tədbirlərə qarışan MEDİA şefi Əhməd İsmayılovun nə özü, nə də hansısa səlhiyyət verdiyi nümayəndəsi bununla bağlı izahat xarakterli reaksiyada bulunmayıb. Biz isə mövzunun aktuallığını və jurnalistlərin etirazlarını nəzərə alaraq bu qəbildən növbəti reaksiyanı təqdim edirik.

Bu dəfə tanınmış telejurnalist Turan İbrahimov olayla bağlı öz fikirlərini ifadə edib. DİA.AZ həmin açıqlamanı təqdim edir:

"Mən jurnalistlər tanıyıram ki, sadist müdirlərinə, ağır iş rejiminə, qəpik- quruş maaşlarına dözərək illərlə eyni media orqanında işləyiblər. Ona görə dözüblər ki, ümid ediblər, o xəyalla yaşayıblar ki, bir gün Cənab Prezidentin tikdirdiyi məlum binalardan onlara ev veriləcək. Üsdəlik bəzi sadist, empatiya hissindən məhrum rəhbərlər bunu gözəl bildikləri üçün, o ümidli gözləntini mümkün olan ən alçaq formada istismar ediblər. Həmin çarəsiz həmkarlarımızı “adını siyahıya saldıracam deyib” ovuclarının içində saxlayıblar. Niyə? Çünki bu ölkədə siravi jurnalistlər öz halal maaşları ilə ev sahibi ola bilmirlər, mümkün deyil.
Məhz bunun üçün də məlum binalar tikilmədimi?
Məsələnin başqa tərəfləri sözümün canı deyil. Onsuz da o məlum tərəflərdən çox danışılıb. Mənim dediyim odur ki, hələ də sahiblərinə paylanmamış, sonuncu jurnalistlər binasındakı evləri məhz gözü yolda olan, imkansız jurnalistərə paylamaq lazımdı. Heç olmasa bu dəfə və son dəfə əsl imkansız jurnalistlərə həm də. Əgər doğrudan da o binadakı evlər dediyim jurnalistlərə yox, başqa ehtiyaclı şəxslərə paylanacaqsa bu ən böyük ədalətsizliklərdən biri olacaq. Nə Allaha xoş gedəcək, nə də bəndəyə. Və bunun babalı bu işə səbəb olanların boynunda qalacaq. Bir gün ya elə, ya da belə qarşılarına çıxacaq".

Məsələ diqqətimizdədir.
Ardını oxu...
Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın 100 illik yubileyi ilə bağlı tədbir keçirilib.

Mərasim Səhiyyə Nazirliyi və AMEA-nın birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə çıxış edən səhiyyə naziri Teymur Musayev akademik Zərifə Əliyevanın tibb elminə verdiyi tövhələrdən bəhs edib, bu sahədə olan naliyyətlərindən söz açıb.
Daha ətraflı Baku TV-nin süjetində:

 
Ardını oxu...
Osman Gündüz: "İki qurumun səlahiyyətinə müdaxilə edilib”

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məxsusi elektron poçt sistemi qurması, məxsusi serverlər yaratması və özəl antivirus proqramları alması (zərərverici proqram təminatlarına qarşı müdafiə sistemi) ilə bağlı tender elan edib”.

Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz bu haqda məlumatı "Facebook”da hesabında yazıb.

O deyir ki, ölkədə dövlət qurumlarının informasiya təhlükəsizliyi, e-poçt xidmətlərinin təşkili Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX), dövlətə məxsus yeni məlumat bazalarının saxlanılması isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) "AzİnTelecom” qurumunun səlahiyyətindədir.

Dövlət qurumlarının e-poçt sistemlərinin təhlükəsizliyi ilə bağlı Prezidentin 19 iyun 2012-ci il tarixli fərmanı da var.

Ekspertin sözlərinə görə, belə olan halda ƏƏSMN belə bir tender elan etməsi doğru deyil. Çünki bu, digər iki qurumun səlahiyyətinə müdaxilədir: "Bunlar açıq-aşkar başqa dövlət qurumlarının səlahiyyətlərinə daxil olan, həm də birbaşa təhlükəsizliklə bağlı məsələlərdir. Belə bir tenderin mahiyyətcə həm qanunvericiliyə, Prezident fərmanlarına və ümumiyyətlə məntiqə zidd olması diqqətimi cəlb edib”.

Osman Gündüz ƏƏSMN-in başqa qurumların səlahiyyətinə müdaxilə etməsinə həm də ironik yanaşıb: Nazirliyin informasiya təhlükəsizliyini qorumaq üçün milyonlarla vəsait hesabına aldığı proqramlar təhlükəlidir".
Ardını oxu...
Osman Gündüz

Onun sözlərinə görə, nazirlik tenderi artıq reallaşdırıb və "B2B Group” şirkəti ilə təxminən 1.2 milyon manat məbləğində müqavilə imzalanıb.

"Prezident fərmanına əsasən, optimallaşma, təhlükəsizlik və səmərəlilik baxımından ölkədə "Hökumət Buludu” formalaşdırılıb və dövlət qurumlarına tapşırılıb ki, paralel strukturlar yaratmaq yolverilməzdir. Buna baxmayaraq, görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin öz daxilində yeni bir e-poçt serveri formalaşdırır. Maraqlı məqam həm də odur ki, bütün bunlar açıq-aşkar, iki dövlət qurumunun səlahiyyətlərini mənimsəməklə, təhlükəsizliyə cavabdeh dövlət qurumunun rəy vermədiyi təhlükəsizlik sistemlərindən istifadə etməklə, Prezidentin müvafiq fərmanlarını pozmaqla Antiinhisar Dövlət Xidmətinin razılığı ilə edilir”, – Osman Gündüz qeyd edib.

"Diqqət çəkən məqam həm də odur ki, adıçəkilən nazirliyin açıq-aşkar qanun pozuntusu və səlahiyyətlərin mənimsənilməsi ilə reallaşan bu "özəl təhlükəsizlik sistemi, özəl e-poçt sistemi və özəl data mərkəzləri” haqqında tender keçirməsinə XRİTDX və RİNN də susub”.

"Burada diqqət çəkən və bir-birinə zidd heç bir məqam yoxdur”

Hüquqşünas Ələsgər Məmmədli Meydan TV-yə deyib ki, dövlət qurumlarının, sadəcə, "e.gov” sistemi üzərindən deyil, həm də sosial şəbəkələrdən xidmət göstərmək hüququ var:
Ardını oxu...
Ələsgər Məmmədli

"Elektron poçt sisteminin qurulması, məxsusi serverlərin yaradılması ümumi olaraq "e.gov” sisteminə aiddir. Burada diqqət çəkən və bir-birinə zidd heç bir məqam yoxdur”, – deyə ekspert bildirib.

ƏƏSMN hələ ki susur…

ƏƏSMN-nin mətbuat xidmətindən məsələyə münasibət bildirilməyib.
 

Dünyapress TV

Xəbər lenti