Ardını oxu...
Teref.az yazır ki, sosial şəbəkə istifadəçisi Yusif Şamil Oğlu öz səhifəsində BNA-ya müraciət ünvanlayıb. Müraciəti olduğu kimi dərc edirik:
"194 nömrəli avtobusdan, ümumiyyətlə daşıyıcı şirkətin özündən şikayətçiyik!
Şəhərin mərkəzindən xəttə çıxarılan sıradan çıxmış avtobusları 194 Nömrə ilə Məcburi köçkünlərin yaşadığı Qobu-Park yaşayış kompleksinin sakinlərinin xidmətinə veriblər.
Avtobus xarab olur, dayandığ yerdə tüstüləyir. Sürücüləri ürəkləri istəyən vaxt sürür, ürəkləri istəyən vaxt isə dayanır. Qobu- Park yaşayış kompleksindən 20 Yanvar metrosuna 1 saata gedir. Vaxtın çoxu Sədərək Ticarət Mərkəzində keçir.
Xatırladım ki, Qobu-Park yaşayış kompleksi üç qəsəbədən ibarətdir. Qobu 1, Qobu 2, Qobu 3. Boyük qəsəbədə yeganə avtobus 194- N avtobusdur. İstifadəyə yaramayan avtobus qəsəbə sakinlərini bezdirib.
Ardını oxu...
Mən şəxsən 194-N avtobusdan istifadə etmirəm. Nadir hallarda 194-N avtobusdan istifadə edirəm. Qəsəbə sakinləri məcburiyyət qarşısında qalıb manatlıq taksilərdən istifadə edir.
Hörmətli Bakı Nəqliyyat Agentliyi sizə müraciət edirəm qeyd etdiyim problemlə bağlı araşdırma aparıb qəsəbə sakinlərinin problemlərini həll edin. Normal intervalla işləyə ən istifadə yararlı avtobuslarla qəsəbəmizi təmin edin."
Teref.az
 

Ardını oxu...
DİA.AZ: - "Sabirabad rayonunun Hacıbəbir və ətraf kəndləri elə bil yaddan çıxıb. Sanki adama Somalini xatırladır... Bu kənddlərdə qaz xətti yoxdur, internet xətti yoxdur, bankomat yoxdur, millön aparatı yoxdur, poçt işləmir, aptek yoxdur, xəstəxana yoxdur", Bu barədə DİA.AZ-a yazan kənd sakinləri bildirirlər.

Minimum həyat şəraitinin olmadığı kəndlərdə yaşayışın acınacaqlı olduğunu qeyd edən sakinlər daha sonra müraciətlərinibelə davam edirlər: "Kəndin ümumi yolları bərbad gündədir, uşaq bağçası yoxdur, işsizlik baş alıb gedir.

Ardını oxu...

Digər problemləri yazıbŞ başınızı ağrıtmırıq...

İşıq kartnandı... amma ödəniş üçün aparat yoxdur. Bu kəndlərdə yaşayan insanların 2030-ci illərə qədər problemləri necə olacaq?"

Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
0
 
 
Ardını oxu...
Hər gün Naxçıvandan gələn şikayətlərin sayı artır.
Bu gün mənə Naxçıvandan iki şikayət olub. Telefonuma zəng edən Naxçıvan sakinlərindən biri mağazasının qarşısına gül qoyub satdığı üçün təzyiqə məruz qaldığını bildirib. İddiaya görə, Naxçıvan Şəhər İcra Hakimiyyətinin arxasındakı yolda yerləşən dükanlara gələn polis əməkdaşları satıcılara gülləri dərhal yığışdırmağı tələb edib. Bununla da kifayətlənməyib gülləri tapdaq altına salıb əziblər.
Naxçıvan məmurları və hüquq mühafizə orqanlarının işçiləri yaddan çıxarmamalıdırlar ki, onlar dövlət büdcəsindən maaş alırlar. Dövlət büdcəsi isə min bir əzab-əziyyətlə pul qazanan özəl sektorun, o cümlədən dükançıların alın təri hesabına toplanır. Hər bir büdcə təşkilatının çalışanları bu əməkçilərin qədrini bilməli, onların daha artıq pul qazanmağına şərait yaratmalıdır. Onlar nə qədər çox qazansalar, büdcəmiz bir o qədər çox dolacaq və bu da məmurların həyat şəraitinin yaxşılaşmasına zəmin yaradacaq.
Digər bir şikayət Babək rayonun Şıxmahmud kəndindən daxil olub. Redaksiyamıza müraciət edən sakinlər kəndlərindəki uşaq bağçasının vəziyyətindən gileyləniblər. Ölkə başçısına ünvanlanan video-müraciətdə şəhid Qubuşov Ramil Əziz oğlu adını daşıyan uşaq bağçasının dözülməz şəriatindən danışan kənd sakinləri həmin məktəbəqədər müəssisənin yenidən bərpa olunmasını xahiş ediblər.
Sakinlərlə apardığım telefon danışığından belə anlaşıldı ki, sözügedən uşaq bağçası 1990-cı ildə inşa olunub. Geniş sahəsi, bir çox binası var imiş. Binalardan bəziləri Bakı “kupik”i ilə tikildiyindən onlara Naxçıvan “leşyeyən”ləri tamah salıb. Ardınca da uşaq bağçası bağlanıb və həmin binalar sökülüb, inşaat məlzəmələri kimlərinsə təsərrüfatına daşınıb. Yerində isə suyu sovrulmuş dəyirmana bənzəyən bir bina qalıb. Hansı ki, həmin bina Naxçıvan “kubiki” ilə inşa olunubmuş.
Heyder Oguz
Teref.az

 
Ardını oxu...
12 yanvar 2023-cü il tarixində Dövlət Vergi Xidməti (DVX) "Gəmiqaya Avtonəqliyyat" MMC-ni (VÖEN: 201378861 )dövlət qeydiyyatına alıb.

DVX bu barədə məlumatı 02 mart 2023-cü il tarixində açıqlayıb.

Şirkətin nizamnamə kapitalı 8 249 982 manatdır, qanuni təmsilçisi Məmmədov Vüsar Məmməd oğludur. Hüquqi ünvanı Az7000, Naxçivan Şəhəri, Cəlil Məmmədquluzadə, Ev 34/2-də yerləşir.

DİA.AZ bildirir ki, bunadn əlavə, 16 yanvar 2023-cü il tarixində Dövlət Vergi Xidməti “Nusrat-H” MMC-ni də dövlət qeydiyyatına alıb.

“Nusrat-H” MMC-nin nizamnamə kapitalı 500 000 manatdır və qanuni təmsilçisi Məmmədov Zamin İsrayıl oğludur.

Şirkətin hüquqi ünvanı Az7000 Naxçıvan şəhəri, H.Əliyev ev37/3 ünvanıdır.

Daha bir şirkət barəsində də məlumatlar açıqlanır ki, o da Naxçıvan qeydiyyatındadır...

DİA.AZ bildirir ki, Dövlət Vergi Xidməti “Naxproperty-S” MMC-ni (VÖEN: 201381651) dövlət qeydiyyatına alıb.

“Naxproperty-S” MMC-nin nizamnamə kapitalı 4 232 400 manatdır və qanuni təmsilçisi Yusifov Arif Yusif oğludur.

Yeni şirkətin hüquqi ünvanı Naxçıvan şəhəri, Atatürk ev 9 ünvanıdır.

Şirkət 17 yanvar 2023 tarixində qeydiyyata alınıb.

Görünəni odur ki, Naxçıvan RƏSMƏN ƏL DƏYİŞDİRİR... Dünənə qədər əgər MR-də şirkətlər əsasən və həm də qeyd-şərtsiz keçmiş Ali Məclis sədri Vasif Talıbova və onun yaxınlarına aid idisə, bundan sonra yeni qüvvələrə aid olacaq və bu proses sürətlə həyata keçirilir. Aydın olanı odur ki, həm də iri sərmayələr hesabına...

Nə deyirik... BAZAR OLSUN...
 
Ardını oxu...
2021-ci ilin dekabr ayında Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Böyük Britaniyanın MAG (Mines Advisory Group) qeyri-hökumət təşkilatı Anlaşma Memorandumu imzalanıb.

Bu sənəd çərçivəsində MAG tərəfindən ANAMA əməkdaşlarına xüsusi təlimlərin keçirilməsi, minalardan təmizləmə fəaliyyəti sahəsində məsləhət xidmətlərinin göstərilməsi nəzərdə tutulurdu. Həmin vaxt ANAMA tərəfindən bəyan olunmuşdu ki, Azərbaycanda layihənin icrası ABŞ və Kanada dövlətlərinin maliyyə vəsaiti hesabına həyata keçiriləcək.

Hurriyyet.az-ın əldə etdiyi məlumata əsasən, ANAMA və MAG-ın birgə fəaliyyət planı çərçivəsində bu günlərdə Ağdamda minatəmizləmə işlərinə start verilib. Bildirilir ki, rayon ərazisində minaların sürətli təmizlənməsi üçün yeni işçilər qəbul olunur və onlara MAG mütəxəssisləri tərəfindən təlim keçirildikdən sonra, minaların təmizlənməsi prosesinə cəlb edilirlər.

Qeyd edək ki, yeni işçilərin qəbulu məsələsi Ağdam rayon İcra Hakimiyyətinin nəzarəti çərçivəsində aparılır. Bu haqda redaksiyamıza məlumat verən mənbə bildirir ki, İcra Hakimiyyətinin əməkdaşları iş üçün MAG şirkətinə müraciət edən şəxsləri bir-bir gözdən keçirir, ağdamlı olmayanların sənədləri qəbul edilmir. “İcra Hakimiyyətinin nümayəndələri şirkətin qarşısında durur ki, burda yalnız ağdamlılar çalışa bilər”, - deyə mənbə bildirir.

Bu baxımdan, digər rayonlardan olan vətəndaşlar etiraz edirlər ki, Ağdam rayon İcra Hakimiyyətinin vətəndaşlar arasında ayrı-seçkilik salması doğru deyil və açıq-aşkar bölücülük fəaliyyətidir.

Hurriyyet.az
Ardını oxu...
DİA.AZ: - Dövlət vəsaiti dəstəyi ilə tikilən soyuducu anbarlar fermerlər üçün əlçatımlı deyil.

Onlar yeşik-yeşik məhsullarının xarab olmasını anbara yerləşdirməkdən üstün tutur.

DİA.AZ bildirir ki, bu işdə isə Kənd Təsərrüfatı Nazirliyi yaxasını kənara çəkir. Özü də necə...

Daha ətraflı aşağıdakı videoda:

 
Ardını oxu...


Azərbaycanda 9 mərtəbədən hündür yaşayış binalarının tikintisinin dayandırılması nəzərdən keçirilir. Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov bildirib. Onun sözlərinə görə, hündürmərtəbəli yaşayış binalarının tikintisinin dayandırılması üçün plan hazırlanıb.
"Məndə olan məlumata görə, dövlətin bununla bağlı planları var. Plana əsasən, ölkə ərazisində 9 mərtəbədən artıq binalar tikilməyəcək. Azərbaycan və Türkiyə seysmik zonada yerləşdiyi üçün bu cür qərarların verilməsi normal haldır. Həmçinin, binaların tikintisi zamanı elə mexanizm qurulmalıdır ki, Yaponiyada olduğu kimi dağıdıcı zəlzələlərə dözümlü olsun. Bütün bu kimi məsələlərə ciddi nəzarət olunmalıdır", - deyə Vahid Əhmədov bildirib.
Deputat onu da vurğulayıb ki, artıq Bakının Baş planı təsdiq olunmalıdır:
"Bu, ona görə lazımdır ki, kim harada gəldi bina tikməsin. Bir neçə il bundan əvvəl Prezident İlham Əliyev bununla bağlı göstəriş vermişdi. Hətta o zaman mövzu ilə bağlı təqdimat da oldu. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi təcili şəkildə Baş planı təsdiq etməlidir. Burada yalnız ev tikintisindən deyil, park və küçə layihələrinin hazırlanmasından söhbət gedir. Azərbaycanda binaların zəlzələyə dözümlü olması ilə bağlı nəzarət mexanizminə Fövqaladə Hallar Nazirliyinin (FHN) xüsusi idarələri baxır. Bu işlə məşğul olanlar kifayət qədər təcrübəli insanlardır. Binaların tikintisində mexanizmi elə qurmaq lazımdır ki, heç kim lahiyədən kənara çıxmasın. Aldığım məlumata görə, Azərbaycanda bu istiqamətdə işlər aparıılır".
DİA.AZ bildirir ki, "Sputnik Azərbaycan" Bakıda 9 mərtəbədən hündür binaların inşasının dayandırılması ilə bağlı məlumatların nə qədər həqiqətə uyğun olduğunu araşdırıb.

Bakıda binaların neçə mərtəbəli olması necə tənzimlənir?
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat katibi Ramiz İdrisoğlu Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hazırda paytaxtda yaşayış binalarında mərtəəbəllik ərazi planlaşdırılma sənədlərinə və ərazi sıxlıq əmsallarına uyğun müəyyən edilir. Onun sözlərinə görə, əgər ərazinin planlaşdırma sənədləri, eləcə də sıxlıq əmsalları daha hündür mərtəbəli binanın inşa edilməsinə imkan verirsə mərtəbə sayına məhdudiyyət tətbiq edilmir. Komitədən bildirdilər ki, Bakının baş Planı təsdiqlənənədək mərtəbəliliyin müəyyən edilməsi bu cür tənzimlənir.
Komitədən həmçinin qeyd etdilər ki, binanın inşa olunması üçün yerin ayrılmasına icazənin verilməsi, tikinti aparılan ərazidə torpağın geoloji quruluşunun öyrənilməsi, Bakı Şəhər İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi aparılır. Bu qurumların rəyləri əsasında layihəsi təsdiqlənərək icazə verilir.
Odur ki, qurumdan hələki paytaxtda 9 mərtəbədən hündür binaların inşasına birmənalı olaraq icazənin verilməməsi barədə fikirlərin həqiqətə uyğun olmadığı bildirildi.

"Qadağa qoymaq düzgün deyil"
DİA.AZ-ın məlumatına görə, memar Cahid Həsənov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, paytaxtda hündür mərtəbəli binaların inşasını kütləvi şəkildə məhdudlaşdırmaq olmaz. Onun sözlərinə görə, bu qayda Bakıda sürüşmə təhlükəsi olan, sıxlıq olan ərazilərdə tətbiq edilə bilər. Həmsöhbətimiz bildirdi ki, paytaxtda ancaq mərtəbə sayının 9-a dək olması tələbi qoymaq keçmiş dövrə qayıtmaqdır: "Sovet dövründə Bakıda 9 mərtəbəyədək binaların inşasına icazə verilirdi. Bakı müasir şəhərdir. Bu şəhərdə binaların 9 mərtəbəyədək olması tələbi düzgün deyil. Bakıda elə ərazilər var ki, orada hündür mərtəbəli binalar inşa etmək olar".
C. Həsənov bildirib ki, Bakıda yaşayış binasının mərtəbə sayına məhdudiyyət o vaxt qoyula bilər ki, ərazidə həddindən artıq sıxlıq olsun. Yaxud da ərazi sürüşmə sahəsi olsun.
Memarın sözlərinə görə, binaların inşasına icazə verilməzdən öncə torpağın geoloji quruluşu öyrənilir: "Əgər problem yoxdursa, binanın konstruksiyası möhkəmdirsə 20 mərtəbədən hündür bina da inaş oluna bilər".
C. Həsənov deyir ki, bakının seysmik ərazi olduğunu əsas gətirib binalarda mərtəbə sayını məhdudlaşdırmaq olmaz.
"Yaponiyada seysmik fon Bakıdan dəfələrlə yüksəkdir. Orada 50 mərtəbədən hündür binalar inşa olunur. Zəlzələ zamanı o binalar uçub dağılmır. demək ki. binanın tikilişi layihəyə uyğun aparılmalıdır. Çoxmərtəbəli binaların zəlzələ zamanı təhlükəli olduğu barədə şaiyələr əsassızdır".

İcazə necə verilir?
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən isə bildirildi ki, Bakıda yüksəkmərtəbəli binaların tikintisinə harda icazə verilib-verilməməsinə şəhərsalma nöqteyi-nəzərindən baxılır. Texniki baxımdan əgər layihələndirmə düzgün aparılıbsa və tikinti də layihəyə uyğun həyata keçirilibsə, bunun heç bir qorxusu yoxdur.
Məlumat üçün bildirək ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov APA-a müsahibəsində bildirmişdi ki, Azərbaycanda metal konstruksiyalar tətbiq etməklə 75 metr və daha hündür binaları da tikmək olar.
"2010-cu ilə qədər ölkə ərazisində 39 metrə qədər rabitəli dəmir-beton karkas binaların tikilməsinə icazə verilirdi. Tikinti normaları təkmilləşdirildikdən sonra artıq 58 metr hündürlüyündə rabitəli dəmir-beton monolit karkas binaların tikintisinə icazə verilir. Texniki baxımdan burada heç bir maneə yoxdur. Təki, hər şey norma və qaydalar çərçivəsində həyata keçirilsin. Geoloqlar ərazidə işlədikdən sonra müəyyənləşdirir ki, ərazidə hansı bala uyğun bina tikilməlidir. Artıq onun neçə mərtəbəli olmasının fərqi yoxdur. Əgər baş plan imkan verirsə, layihəçi 20-30, hətta 40-50 mərtəbəli bina da layihələndirsə, bunu tələb olunan bala hesablamalıdır.
Bakıda yüksəkmərtəbəli binaların tikintisinə harda icazə verilib-verilməməsinə şəhərsalma nöqteyi-nəzərindən baxılır. Texniki baxımdan isə əgər layihələndirmə düzgün aparılıbsa və tikinti də layihəyə uyğun həyata keçirilibsə, bunun heç bir qorxusu yoxdur. Ötən illərdə Yaponiyada baş vermiş zəlzələ yəqin ki, yadınızdadır. 9 bala yaxın bir zəlzələ baş verdi və gördüyünüz kimi, ərazidə 70-90 mərtəbəli binaların heç biri uçmadı. Sadəcə alçaqmərtəbəli köhnə binalar dağıldı. İnsan tələfatı isə əsasən zəlzələnin yaratdığı sunamidən oldu. Deməli, layihələndirmə düzgün aparılıb və tikinti işləri də layihəyə uyğun icra edilib" deyə rəis müavini bildirib.
Qeyd edək ki, Türkiyədə 45 mindən çox insanın ölümünə səbəb olan zəlzələdən sonra Azərbaycanda hündürmərtəbəli binaların tikintisinin dayandırılması barədə bir çox təkliflər irəli sürülüb.
Ardını oxu...
Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının üç əməkdaşı qurumun baş direktoru tərəfindən təzyiqlərə məruz qalması ilə bağlı Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsman) müraciət edib.

"Report” xəbər verir ki, bu, Ombudsmanın 2022-ci il üzrə illik məruzəsində əksində əksini tapıb.

Məruzədə bildirilib ki, rəsədxanasının üç əməkdaşı Ə., Ş. və H. (15646-22) Ombudsmana müraciət edərək, həmin rəsədxananın baş direktoru tərəfindən təzyiqlərə məruz qaldıqlarını, Ə. və H.-nın əmək qabiliyyətlərinin müvəqqəti itirilməsinə görə iş yerində olmadıqları müddətdə heç bir əsas olmadan onlara sonuncu xəbərdarlıqla şiddətli töhmət verildiyini qeyd edib, məsələnin araşdırılmasını və hüquqlarının müdafiəsində köməklik göstərilməsini xahiş ediblər.

Şikayətlə bağlı Elm və Təhsil Nazirliyinə ünvanlanan sorğuya verilmiş cavabda nazirliyin yeni əsasnaməsinin və Azərbaycan Milli Elmlər Akademiyasının yeni nizamnaməsinin hazırlandığı nəzərə alınaraq, qaldırılan məsələyə adıçəkilən sənədlər təsdiq edildikdən sonra baxılmasının məqsədəmüvafiq hesab edildiyi bildirilib.
Ətraflı

Göründüyü kimi, cavabda ərizəçilərin əmək hüquqlarının pozulması hallarına münasibət bildirilməyib, həmçinin onların əmək hüquqlarının pozulması ilə bağlı şikayətlərinin araşdırılması istiqamətində tədbirlər görülməyib.

Digər tərəfdən, məlum olduğu kimi, "Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 iyul tarixli, 1769 nömrəli Fərmanının 4-cü bəndinə əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının bir sıra elmi müəssisə və təşkilatları, habelə digər qurumları ilə yanaşı, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası da Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib.

Qeyd edilənlər baxımından, Elm və Təhsil Nazirliyinin tabeliyinə verilmiş N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının əsasnaməsinin, hətta Azərbaycan Milli Elmlər Akademiyasının yeni nizamnaməsinin qəbul edilməməsi ərizəçilərin pozulmuş hüquqlarının bərpası üzrə tədbirlərin görülməməsinə əsas vermir.

Əmək Məcəlləsinin 140-cı maddəsinin 5-ci bəndinə əsasən, işçiyə məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilir", - məruzədə bildirilib.
 
Ardını oxu...
Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin üzvü, uzun müddət “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının nümayəndəsi kimi fəaliyyət göstərmiş Cəbrayıl Fərzəliyev hazırda yarım milyondan çox vəsaitin yeyintisində ittiham olunur. İddia edilir ki, o, “Paşa Bank”dan, Gənclər Fondundan müxtəlif işlər görmək adı ilə ümumilikdə 527 min manat vəsait götürüb və mənimsəyib.

Gununsesi.info xəbər verir ki, 33-yaşlı Fərzəliyev hazırda həbsdədir. O, Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur. Ona külli miqdarda mənimsəmə, dələduzluq, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə saxtakarlığına görə cinayət məsuliyyəti nəzərdə tutan maddələrlə ittiham irəli sürülüb.

Vəkili deyir ki, Fərzəliyev saxlandığı Bakı İstintaq Təcridxanasına bir neçə dəfə intihara cəhd göstərib. Bu üzdən onun psixiatrik ekspertizadan keçirilməsini istəyir. Məhkəmədə də bu barədə vəsatət qaldırıb. Hakimlər isə vəkilin nəzərinə çatdırıb ki, istintaq dövründə Fərzəliyev ekspertizadan keçirilib, o rəy araşdırılanda əlavə suallar yaransa, bir də bu məsələyə yenidən baxa bilərlər.

“Qayıdışın izi ilə” adlı film çəkəcəkmiş

Cinayət işinin materiallarından məlum olur ki, ittihamda göstərilən 527 min manatın 342 minlik hissəsinin “Paşa Bank”dan götürüldüyü iddia edilir. Fərzəliyevin adına həm də bir neçə şirkət olub. İttihama əsasən, o, həmin şirkətlərdən biri olan “Universal” MMC-yə avadanlıqların alınması, dövriyyəsinin artırılması və s. adlarla müxtəlif vaxtlarda bankdan kreditlər götürüb və qaytarmayıb.

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzində (BMAM) sədrin beynəlxalq əlaqələr üzrə müşaviri kimi fəaliyyət göstərən Fərzəliyev həmçinin bir sıra başqa təşkilatlarda da təmsil olunurdu. O, Gənclər Fondu ilə müəyyən layihələr həyata keçirmək üçün qrant müqavilələri bağlayıb. Onların arasında “Qayıdışın izi ilə” adlı filmin hazırlanması da daxil olmaqla müxtəlif işlərin görülməsi olub.

Cinayət işinin materiallarında iddia olunur ki, Fərzəliyev “Böyük Qayıdış” Gənclər Təşkilatı İctimai Birliyinin üzvü Nail Şükürovun adından sənədləri imzalayıb, ayrılan vəsaitlər təyinatı üzrə xərclənməyib və s.

Özünü təqsirli bilmir

Məhkəmədə hakimin “özünüzü təqsirli bilirsinizmi, yoxsa yox” sualına Fərzəliyev öncə cavab vermək istəməyib. Daha sonra isə “xeyr” cavabını verib.

Ona ifadə vermək təklif olunsa da, zərərçəkmişlərdən sonra danışacağını deyib. Zərərçəkmiş qismində isə həm “Paşa Bank”, həm də Gənclər Fondu tanınıb.

AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, Fərzəliyev istintaq dövründə dəymiş ziyanın – 527 min manatın bir hissəsini ödəyib.

Fərzəliyev politoloq kimi YAP-ın rəsmi saytına, AZƏRTAC dövlət informasiya agentliyinə tez-tez müsahibələr verir, ölkədəki prosesləri şərh edirdi.

Dünyapress TV

Xəbər lenti