Ardını oxu...
“İqtisadi Zonaların İnkişafı Agentliyi” Publik Hüquqi Şəxsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
TEREF.AZ-ın məlumatına görə, Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, dəyəri 1 milyon 448 min 93 manat 38 qəpik olan tender müsabiqəsinin qalibi “Azeriss” MMC (VÖEN- 3104324541) olub.
“Azeriss” MMC İqtisadi Zonaların İnkişafı Agentliyinin sifarişilə bu quruma mal-material və avadanlıqlar satacaq.
Nizamnamə kapitalı 50 manat olan “Azeriss” MMC-nin hüquqi ünvanı Xırdalan şəhəri, Ş. Qurbanov, ev 247A-da yerləşir. MMC-nin qanuni təmsilçisi Hüseynova İlahə Tofiq qızıdır.
Tender müsabiqəsinin diqqət çəkən tərəfi odur ki, qalib şirkət – “Azeriss” MMC tender müsabiqəsinin başlamasından cəmi 6 ay əvvəl dövlət qeydiyyatına alınıb.
Qeyd edək ki, İqtisadi Zonaların İnkişafı Agentliyi tender müsabiqəsini 20.12.2022-ci il tarixində elan edib. Qalib şirkət isə 20.06.2022-ci il tarixində dövlət qeydiyyatına alınıb.
1,45 milyon manatlıq tenderin qalibi olan şirkət barəsində açıq internet resurslarda heç bir məlumat yoxdur. Yeganə məlumat şirkətin qanuni təmsilçisi Hüseynova İlahə Tofiq qızı barəsindədir. İlahə Hüseynova sosial şəbəkə hesabında özünü həm də “Azeriss” MMC-nin təsisçisi kimi təqdim edir. İlahə Hüseynova daha əvvəl “Vepa Engineering” şirkətində çalışdığını yazıb. Bu şirkətin isə hazırda dövlət büdcəsinə 334 min manat borcu var.
Xatırladaq ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması lazımdır. 1,45 milyon manatlıq tenderin qalibi olan şirkət isə nəinki rəsmi veb-səhifəyə, hətta sosial şəbəkə hesabına belə sahib deyil.
Ardını oxu...
Naxçıvandakı dövlət xəstəxanalarında qan analizi verərmək problemə çevrilib. Xəstəxana işçiləri bunun səbəbini, analiz üçün lazım olan vasitələrin bir neçə aydır onlara verilmədiyi ilə izah edirlər. Şikayətçi sakinlər isə düşünür ki, xəstəxanalar süni problem yaratmaqla, onları özəl klinikalarda pullu analiz verməyə məcbur edrlər. Yəni, özəl xəstəxanalara nəzarət edən yerli oliqarxların “cibini doldurmaq” üçün bu problemlər məqsədli şəkildə yaradılır. Teref.az yazır ki, bu haqda „Gündəlik Naxçıvan“a yerli sakinlər məlumar verib.
Naxçıvan şəhər sakini Fərman Nəsirov deyir ki, Naxçıvan MR Mərkəzi Xəstəxanasında təcili əməliyyat olunacaq yaxın qohumu üçün həkim qan analizi istəyib. Lakin, laboratoriyada ona növbəyə yazılmağı və bir neçə gün gözləməyi məsləhət görüblər:
„Həkim dedi ki, gözləyə bilmərik, get təcili özəllərin birinə elətdir. Məcbur qalıb, „Şəfa“ özəl klinikasına pul ödəyib, analiz etdirdim. Bunlar bizə fırıldaq işlədir, etdikləri vicdansızlıqdır. Bu, ağır xəstələrin həyatını riskə atmaqdır. Hər şey yeni hakimiyyətdən sonra belə bərbad günə düşüb. Əvvəllər qan analizlərinin nəticələri iki saat müddətində xəstələrə və ya onların yaxınlarına təqdim olunurdu. Hazırda isə qan analizi vermək istəyənlərə gah qan götürmək üçün steril qab, gah da dərman olmadığı bildirilir, gözləmək təklif olunur. Məcbur edirlər ki, özəl xəstəxanalara pul ödəyək, ciblərini doldursunlar”.
Əməliyyata ehtiyacı olan yaxın qohumunu Naxçıvan Diaqnostika Mərkəzinə aparan digər şikayətçi Cəmil Qasımov da eyni problemlə üzləşdiyini deyir:
“Yaxın qohumum şiddətli sancılar başladı. Təcili taksi ilə Diqnostika Mərkəzinə apardım. Həkim baxdıqdan sonra əməliyyat olunacağını dedi və təcili bizi qan analizi verməyə göndərdi. Qan analizi götürən xanım dedi ki, steril qab olmadığı üçün analiz götürə bilməyəcək. Analiz üçün azım olan ləvazimatları aptekdən öz pulumla ala biəcəyimi təklif etsəm də, razılaşmadılar. Məcbur aparıb, pulumu verib, özəl klinikada etdirdim. Çünki, başqa yolum yox idi, əməliyyat təcili olunmalı idi”.
Məsələyə münasibət öyrənmək üçün Naxçıvan MR Səhiyyə Naziriliyi ilə əlaqə saxladıq. Nazirlikdən sakinlərin iddialarına cavab vermək istəmədilər.
Ardını oxu...
""Limak.az" kargo şirkəti haqqında şikayətim var". DİA.AZ bildirir ki, bu barədə "Şikayətim Var" sosial qrupunda Cavid Hacızadə adlı istifadəçi giley edir.

Ardını oxu...
Narazı vətəndaş daha sonra yazır: "12.02.2023-cü il tarixində, sifariş et funksiyası ilə ebaydan qiyməti 134.99$ olan məhsul sifariş vermişəm (qeyd edimki, sifariş et funksiyasından istifadə edəndə Amerika bağlamaları üçün əlavə 7% məbləğ sifarişin üzərinə əlavə olunur).
20.02.2023-cü il tarixinə qədər, məhsul haqqında heç bir məlumat əldə etmək olmayıb. Həmin tarixdə, Limak şirkəti ilə əlaqə saxlayaraq, məhsul haqında heç bir hərəkət olmadığını qeyd etmişəm. Bundan sonra, sorğu açılıb və 01.03.2023-cü ilə qədər sorğu davam edib. Bugün isə sorğuya cavab olaraq, məbləği karta geri qaytaracaqlarını qeyd ediblər.
Sorğu müddətində, ebaydan məhsulu satan satıcı ilə şəxsən danışmışam və nə üçün məhsulu göndərmədiyini maraqlanmışam. Cavabında isə, daşıyıcı şirkət (Limak) sifariş verərkən (order) ünvanı dəqiq qeyd etməyib olub. Yenidən göndərilməsi üçün əlavə 5$ ödəniş olunmalıdır.
Sorğu gedən müddətdə Limakla mütəmadi əlaqə saxlayırdım. Onlara, satıcı ilə danışdığımı və problemin nə olduğunu bildiyimi qeyd etdim. Onlar hələ də sorğu davam edir deyirdilər. Mən irad bildirdim ki, satıcı nə üçün məhsulu geri çəkib və əlavə ödəniş istəyir. Mən əlavə ödəniş (5$) etməyəcəm, çünki sifarişi verən mən deyiləm, Limakın əməkdaşıdır.
Bu minvalla, günü bugünə qədər bu proses davam etdi. Dünən Limaka zəng edib bir daha dedim ki, mən məbləğin geri qaytarılmasını istəmirəm, məhsulu istəyirəm. Ona görə də, əlavə ödənişi 5$ edəcəm.
Birbank kartı ilə sifariş verdiyimi və məbləği ninja funksiyası ilə 3 aya böldüyümü də qeyd etdim.
Nəticə olaraq, bugün sorğuya cavab olaraq məbləğ 5-15 gün ərzində karta oturacaq dedilər.
Onu da əlavə edim ki, Lİmakdan daha öncə də sifarişlər vermişəm və heç bir problem olmayıb. Bu dəfə məni peşman etdilər.
Hüquqi müstəvidə də bu məsələni qaldıracam".

Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazııq...
 
Ardını oxu...
 
"Görünən odur ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti öz funksiyalarını tam olaraq yerinə yetirmir ki, satınalmalarda bu qədər böyük problemlər üzə çıxır"

Ötən il Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutu “Sinam” MMC ilə dəyəri 129 min 847 manat olan satınalma müqaviləsi imzalayıb. Müqavilənin şərtinə görə, şirkət bir il boyunca instituta proqram təminatı ilə bağlı texniki avadanlıqlar verməlidir. Bu, iki tərəf arasında olan ilk müqavilə deyil. Dövlət Satınalmalarının reyestrində qeyd olunub ki, İdarəetmə Sistemləri İnstitutu 2021-ci ildə də “Sinam” MMC ilə 21 min 240 manat dəyərində satınalma müqaviləsi imzalayıb. Bu müqavilə ilə şirkət AMEA-nın institutuna proqram təminatının alınması və quraşdırılması xidmətlərini göstərib.

Bəs niyə “Sinam” MMC?

Şirkət 6 iyun 2001-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin təsisçisi və rəhbəri Elçin Əliyevdir. Elçin Əliyev AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun  laboratoriya müdiridir. Yəni, Əliyev rəhbərliyində təmsil olunduğu qurumun tenderində özünə məxsus şirkəti qalib edib və ümumilikdə 151 min manatlıq tender müqaviləsi imzalayıb.
Ardını oxu...

Dövlət Satınalmalarının reyestrində qeyd olunub ki, 2019-cu ildən 2023-cü ilə qədər olan dövrdə AMEA bu şirkətlə dəyəri yüz minlərlə manat olan 41 satınalma müqaviləsi imzalayıb.

“Dövlət Satınalmaları haqqında” qanunun 13-cü maddəsinə görə, satınalan təşkilatdan hüquqi, maliyyə və ya təşkilati asılılığı olan malgöndərənlərin (podratçıların) həmin təşkilat tərəfindən keçirilən satınalma prosedurlarında iştirakına yol verilmir.

Bu maddənin 1-ci hissəsində isə qeyd olunur ki, dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxslər satınalmalarda maraqlarının olub-olmamasını bəyan etməlidirlər.
Ardını oxu...

SİNAM şirkətinin rəhbəri Elçin Əliyevin prezident İlham Əliyevlə görüşü də olub. Şirkət Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsi üzrə də işləyib. Bununla bağlı tender məlumatları olmasa da, prezidentin rəsmi internet səhifəsində qeyd olunub ki, Ağalı kəndində ağıllı idarəetmə mərkəzi ilə tanışlıq zamanı SİNAM şirkətinin rəhbəri Elçin Əliyev İlham Əliyevə “ağıllı həllər” proqram təminatı ilə bağlı məruzə edib. O bildirib ki, Ağalı kəndindəki internetin sürəti ölkə üzrə orta sürətdən dəfələrlə artıqdır.

İqtisadçı Rəşad Həsənov deyir ki, “Dövlət satınalmaları haqqında” qanunda qeyd olunur ki, maraqlar koniflikti yaradan hallar heç bir halda satınalmalarda icazə verilən hallar olmamalıdır.

Onun sözlərinə görə, şirkət rəhbərinin həm də AMEA-da çalışması maraq toqquşmasının yaranmasına səbəb olur: 

“Bu da ilk növbədə dövlət vəsaitlərinin qeyri-səmərəli formada xərclənməsinə əlverişli şərait yaradır. Çünki satınalmalarda ədalətlilik və rəqabətlilik prinsipinin qorunmamasına səbəb olur. Burada qeyri-şəffaf maliyyələşmə imkanlarının mümkünlüyündən də söhbət gedə bilər. Adətən bənzər hallarda əvvəlcədən əməkdaşlıq edilən şirkətlərlə, bir-birini tanıyan insanlar arasında belə bir sövdələşmənin qurulması vəsaitlərin bir qisminin mənimsənilməsi üçün daha əlverişli imkan yaradır. Təəssüf ki, görünən odur ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti öz funksiyalarını tam olaraq yerinə yetirmir ki, satınalmalarda bu qədər böyük problemlər üzə çıxır” – deyə iqtisadçı Rəşad Həsənov bildirib.

Azərbaycan Milli Elmlər Akademiyasının maliyyə şöbəsindən  Abzas Media-ya bildirilib ki, “Sinam” MMC ölkədə milli mühasibat uçotu sistemlərinin tətbiqi ilə məşğul olur və ona görə satınalmaların qalibi kimi o şirkət seçilir. "Müqaviləni AMEA-nın ayrı-ayrı idarələri imzalayır deyə, biz daha ətraflı cavab verə bilmirik"- AMEA-dan bildirilib.

AMEA-nın İdarəetmə Sistemləri İnstitutundan isə suallarımıza cavab verməkdən imtina ediblər.

Abza.org 

 

XalqXeber.Az
Ardını oxu...
DİA.AZ: - "Azneft İstehsalat Bitliyinin illərlə həlli tapılmayan problemi hələ də davam edir". DİA.AZ bildirir ki, bu açıqlama ilə tanınmış hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı çıxış edib.

Hazırki durumu "Azneft" rəhbərliyinin məsuliyyətsizliyi kimi təqdim edən hüqü-müdafiəçisi onların təşkilatına giley edən neftçilərin dilindən yazır:

"Mən 28 May NQCI platformasında işləyirəm. 3 gündür ki hava şəraiti ilə əlaqədar (dumana görə) platformaya gedə bilmirik. 3 gündür ki gəlib Pirallahıdan rayona qayıdırıq.

Artıq pulmuz da qalmayıb... Platforma rəhbərliyinə müraciət edirik ki heç olmasa bizi Çilov adasına aparın, hava açılandan sonra platformaya gedərik....

3 gündür ki idarə 1 gəmi alıb bizi Çilov adasına apara bilmir... İdarə deyir ki cəmi 1 gəmi var... O da 80 nəfər götürür. Xahiş edirik, köməklik etsinlər... heç olmasa Çilova gedək".

Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq....
Ardını oxu...
Əbülfəs Qarayevin 2020-ci il may ayının 21-də Mədəniyyət naziri vəzifəsindən azad olmasından sonra bu qurum ətrafında yaranmış ajiotaj səngimək bilmir.

Teref.az xatırladır ki, ölkənin ən stajlı nazirlərindən biri olan Ə.Qarayev istefaya göndəriləndən sonra onu bir müddət keçmiş diplomat Anar Kərimov əvəz etdi. Amma A.Kərimovun sələfini əvəzləməsi çox da uzun çəkmədi. Ötən il dekabr ayının 22-də A.Kərimov da dövlət başçısının imzaladığı sərəncamla vəzifəsindən azad edildi.

Sabiq Mədəniyyət nazirinin hansı səbəbdən “vurulduğu” bu günə kimi ictimaiyyətə qaranlıq qalır. Ə.Qarayevin xələfinin cəzalandırılmasıyla bağlı müxtəlif mülahizələr irəli sürülsə də, bu barədə heç bir rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, A.Kərimov gözlənilmədən işdən çıxarılandan sonra bu qurumun fəaliyyəti ən müxtəlif aspektlərdən təftiş olundu. Məlum oldu ki, A.Kərimovun çox da uzun çəkməyən fəaliyyəti dövründə ciddi qanun pozuntularına yol verilib. Külli miqdarda dövlət əmlakının mənimsənilməsi ilə bağlı faktlar hüquq-mühafizə orqanlarının apardığı araşdırmalar nəticəsində öz təsdiqini tapdı. Başda Mədəniyyət nazirinin sabiq birinci müavini Elnur Əliyev olmaqla, qurumun bir neçə vəzifəli şəxsi də DTX tərəfindən saxlanıldı. Onların vəzifə səlahiyyətlərindən sui-istifadə edərək milyonlarla manat dövlət əmlakını mənimsədiyi məlum olub. “Sağ əli” E.Əliyevin və Mədəniyyət Nazirliyinin bir neçə yüksək rütbəli şəxsinin həbs olunmasına baxmayaraq, A.Kərimov yenə bəlli olmayan səbəblərdən bütün təhlükələrdən sığortalana bildi.

Mədəniyyət nazirinin birinci müavini Adil Kərimlinin bu gün verdiyi açıqlamalar isə göstərir ki, sələfinin başı hələ də dərddədir. Belə ki, A.Kərimli bu gün sələfinin dövrünə aid xeyli qanun pozuntusunun üstünü açıb. Hazırda nazir vəzifəsini icra edən birinci müavin sələfinin dövründə qeyri-ixtisas sahiblərinin Mədəniyyət Nazirliyində işə götürüldüyünü etiraf edib. A.Kərimli deyib ki, hazırda Mədəniyyət Nazirliyinin tabeliyində 41 min nəfər çalışır. Onların cəmi 7%-i mədəniyyət sahəsi üzrə təhsil alıb.

Nazir vəzifəsini icra edən Adil Kərimlinin sonrakı açıqlaması isə növbəti biabırçılığa işıq salıb. Məlum olub ki, Anar Kərimovun təxminən 2 il davam karyerası dövründə təkcə qeyri-ixtisas sahibləri deyil, hətta heç bir ixtisas sahibi olmayan adamlar da Mədəniyyət Nazirliyində müxtəlif postlara sahiblənə biliblər. Onların hansı yolla qurumun sıralarına yol tapması isə bəllidir. A.Kərimovun nazir işlədiyi dövrdə rüşvətlə, o cümlədən dostluq, şəxsi tanışlıq hesabına təyinatlar həyata keçirdiyi heç kimə sirr deyil.

Məlumata görə, A.Kərimovun nazir işlədiyi dövrdə ən böyük qanunsuzluqlar regionlarda baş verib. A.Kərimovun “zəif damarı”nı tutan bəzi işbazlar Mədəniyyət Nazirliyinin regional strukturlarındakı yüksək vəzifələrə təyinatlar ala biliblər. Onlar arasında baytar, aqronom, mühasib, feldşer, hətta ginekoloq ixtisasına sahib olan şəxslərin də olduğu bildirilir.

Mədəniyyət nazirinin birinci müavini Adil Kərimli bu sektorda çalışanların 93%-nin qeyri-ixtisas sahibi olduğunu deməklə, əslində, bunu nəzərdə tutub.

yenisabah.az
 
 
 
Ardını oxu...
"Azərbaycan Reallığı"-na video müraciət göndərən Bakının Suraxanı rayon Qaraçuxur qəsəbə sakini bildirir ki, Kərəm İsmayılov küçəsində yerləşən 30 nəfərdən ibarət sakinlərin yaşadığı 2 saylı yataqxana dözülməz və qəzalı durumdadır. Yataxana hər an uça bilər. İnsanların həyatına ciddi təhlükə yarada bilər.

"Biz dəfələrlə Suraxanı rayon icra hakimiyyətinə və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət etsək də səsimizə səs verən olmayıb" deyə vətəndaş video müraciətində bildirərək aidiyyəti qurumlardan kömək istəyiblər.

Daha ətraflı videoda

 
 
 
Ardını oxu...
Peyğəmbər əfəndimiz 1400 il əvvəl deyirdi, “ Beşikdən məzara kimi...”...
Bəli, insanın tərbiyəsi, şəxsiyyət kimi formalaşması beşikdən, yəni müasir dillə desək, körpələr evindən, uşaq bağçalarından başlayır...
Bu məsələ bütün sivil, mədəni ölkələrdə mütləq nəzərə alınır. Təəssüf ki, gələcəyin vətəndaşları olan körpələrimizin təlimi-tərbiyyəsi gah Təhsil Nazilriyinə, gah “Baksovet”ə, gah icra başçılarına, gah da yenidən Təhsil Nazirliyinə həvalə edilir. Və hər dəfə də məmurlar uşaqların payını, qidasını satır, milyonlar qazanır....uduzan isə gələcəyimiz olan uşaqlar olur... Vaxtilə baş nazirin müavini Abid Şərifov var idi... Uşaq bağçalarının, məktəblərin bütün qidalarını, ərzağını vermişdi bacısı oğluna... Nə isə...
Qısa tarix üçün qeyd edək ki, 2011-ci ildə məktəbəqədər təhsil müəssisələri, uşaq bağçaları və körpələr evi Təhsil Nazirliyinin balansından çıxarılaraq icra hakimiyyətlərinin tabeliyinə verildi. Və o gündən uşaq evlərinin fəlakəti başladı. İcra başçıları dövlətin uşaqlara ayırdığı qidanı, ərzağı sataraq milyonlar qazandılar. Bu azmış kimi bəzi icra başçıları uşaq bağçalarının müdirələrini, müəllimələrini hədə-qorxu ilə....hər yola saldılar...onu çıxardıb bunu qoymaqla nələr qazanmadılar. Ən dəhşətlisi odur ki, bağçaları nəyəsə döndərdilər... Bu haqda açıq yazmaq istəmirik... Nəhayət 2021-ci ildə məktəbə qədər təhsil müəssisələri, uşaq bağçaları yenidən Təhsil Nazirliyinin tabeçiliyinə qaytarıldı.
Rəsmi məlumata görə, artıq Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində bağça yoxdur. Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi də artıq nazirliyin tabeliyindədir. Amma yenə müsbətə doğru nəsə dəyişmədi.... Mirzə Cəlil demişkən, yenə haman göl, haman qurbağa... Yenə bağçalara qəbul rüşvətlədir. Yenə uşaq bağçalarında uşaqların ərzaqla və yataq dəstləri ilə təminatı bərbad gündədir, uşaqların yataq dəstləri çirkab içindədir.
Düzdür, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı, 1-ci Vitse Prezident Mehriban Əliyeva uşaq evlərinin təmirinə, bərpasına həmişə qayğı ilə yanaşıb. Amma məmurların tamahı ucbatından uşaqlarımız körpələr evində normal qayğı görmürlər.
Təsəvvür edirsiniz, uşaq bağçalarının ərzaqla təminatına, təmirinə yüz minlərlə dövlət vəsaiti ayrılır, amma faydası yoxdur. Son illərdə nə qədər uşaq bağçaları özəlləşdirildi, təmir adıyla söküldü və yerində binalar, şadlıq evləri və restoranlar tikildi. Bu isə valideynlərin haqlı narazılıqlarına səbəb oldu, bağçalarda təlim-tərbiyə prosesinin fəaliyyətinə birbaşa mənfi təsir etdi. Ümumiyyətlə, bağçalarda uşaqların təlim-tərbiyə işi düzgün təşkil olunmur, qidalanma, gigenik-sanitar qaydalar normaya uyğun olmur. Uşaq evlərinə ayrılan dövlət vəsaitlərinin böyük əksəriyyəti təyinatından kənarlaşdırılır. Uşaq evləri üçün dəftərxana və təsərrüfat malları alınması, kommunal kommunikasiya xətlərinin təmiri, müxtəlif növ kostyumların alınması, avadanlıqların alınması, mebel alınması adı altında milyonlar mənimsənilib.
Bütün bunlar azmış kimi, hazırda, yəni körpələr evi, uşaq bağçaları Təhsil Nazilriyinin tabeçiliyinə veriləndən sonra problemlər azalmaq əvəzinə daha da artmaqda davam edir. Belə ki, bu gün məktəbə qədər təhsil müəssisələrində, uşaq bağçalarında ən ciddi problem “ölü canlar”dır. Bəli, kağız üzərində hər bir uşaq bağçasında xeyli sayda ştat olsa da, çoxu işə çıxmır, maaşı isə bağçaların müdirələri alırlar. Daha dəqiq desək, bir nəfər bir neçə nəfərin yerinə işləyir, hətta bağçanın müəlliməsi, həm də dayəlik, hətta xadiməlik edir. Axı, bağça müəlliməsi körpənin pampersini dəyişməli deyil...bu onun deyil, dayənin, xadimənin işidir. Məqsəd 1 nəfəri 3 adamın yerinə işlətmək və qalanların maaşını mənimsəməkdir.
Təsəvvür edirsiniz, bağçalarda mühafizəçi ştatı var, amma özü yoxdur, həkim ştatı var, amma özü yoxdur. Ancaq hamısının maaşı hər ay müdirələrin cibinə gedir. Bütün bunlar azmış kimi tez-tez oxuyuruq ki, bağça müdirəsi uşağı döydü-filan...
Deməli, bağça müdirələrinin bir çoxunun psixikasl yerində deyil... Ona görə də Bakı şəhərindəki bütün bağça müdirələri tibbi testdən keçməlidirlər...
Sözün qısası, Bakıdakı körpələr evində, uşaq bağçalarında ciddi yoxlamalar aparılsa, həbslər qaçılmaz olacaq. Bütün bunlar öz yerində. Bəs... Bəs Bakı Şəhər Təhsil İdarəsinin müdiri, hörmətli Mehriban xanım Vəliyeva hara baxır..? Deyirlər, Mehriban xanım bağça müdirələrinə deyib ki, indiyədək “ Baksovet”lə necə işləmisiniz eləcə də işləyəcəyik. Görəsən, Mehriban xanım nəyə işarə edir..?
 //gundelik-baku.com//
Ardını oxu...
Xəbər verdiyimiz kimi, ötən gün Şuşanın icra başçısı Bayram Səfərovla jurnalist arasında mübahisə yaranıb. Jurnalistlərdən biri icra başçısından sonuncu dəfə Şuşaya nə vaxt getdiyini soruşub. Bu suala qəzəblənən Səfərov jurnalistə "sənə dəxli yoxdur", - deyə cavab verib. Jurnalist isə icra başçısından hesab sormaq haqqının olduğunu söyləyib.

Məsələ ilə bağlı media eksperti, Mətbuat Şurasının İdarə heyətinin üzvü Azər Həsrət Demokrat.az-a açıqlamasında bildirib ki, hər iki tərəf düzgün münasibət və davranış sərgiləməyib:

"Birincisi, Bayram Səfərovun birbaşa vəzifəsidir ki, jurnalistlərin məhz bu məsələlərlə bağlı suallarını cavablandırsın. O, Şuşanın icra başçısıdır. Ümumiyyətlə, ictimaiyyətin onun Şuşada tez-tez olması və ya olmaması ilə bağlı maraqlanmağa haqqı-hüququ var. Əlbəttə ki, Bayram Səfərov bu cür suallara təmkinlə, ədəb çərçivəsində, kobudluq etmədən qabalıq etmədən, mədəni, mərifətli adam kimi cavab verməlidir bir məmur, vəzifəli şəxs kimi. Təəssüflər olsun ki, o bu yanaşmanı sərgiləmədi. Kobudluq, qabalıq edərək, Prezidentin etimad göstərdiyi bir məmura yaraşmayacaq davranış sərgilədi. İkinci tərəfdən jurnalistin sualı qoymaq tərzinə gəlincə, əlbəttə ki, heç bir jurnalistin heç kimdən hesabat sorma kimi vəzifəsi, yaxud da ixtiyarı yoxdur. Jurnalist soruşa bilər, araşdıra bilər və bu zaman da nəzakət çərçivəsində, özəlliklə də media etikası çərçivəsində davranmalıdır. Bu halda isə jurnalist faktiki olaraq özünü bir növ müstəntiq də deməzdim, ümumiyyətlə bu situasiyaya hər hansı formada yapışmayacaq şəkildə aparır, yəni jurnalist kimi davranmır. Jurnalist soruşa bilər, amma heç kimdən hesab sormaq deyə bir tələbi ola bilməz. Bu baxımdan, hər iki tərəf qeyd etdiyim kimi, Bayram Səfərov öz kobudluğu, qeyri-adekvat reaksiyası ilə (əsəb, təmkindən kənar davranışı ilə) digər tərəfdən də jurnalist o cür sual qoymasıyla yumşaq desək sinifdə qaldılar. Şuşa kimi strateji bir rayona niyə hələ də Bayram Səfərov kimi dünyadan xəbərsiz bir adam başçılıq etməlidir?! Bu cür bir adamın Şuşanın icra başçısı vəzifəsində qalması mənə elə gəlir ki, bizim zərərimizə işləyir. Zatən onun başçı kimi olması zərərimizə işləyirdi, çünki 44 günlük savaşdan öncə erməni icması olduqca aktiv idi. Dünyanın hər tərəfindən onlar təbliğat aparırdı, amma Bayram Səfərovdan səs də yox idi, hər hansı təbliğat qurmurdu. Hansı iş gördüyümüzdən xəbərimiz olmurdu. O baxımdan düşünürəm ki, artıq bu məsələ də öz həllini tapmalıdır".
 
Ardını oxu...
Dövlət Gömrük Komitəsinə (DGK) sədr təyinatından sonra bu qurumun gələcək taleyi ilə bağlı suallara nöqtə qoyuldu.

Qaynarinfo xatırladır ki, hələ islahatlar kampaniyası dövründə bu dalğanın DGK-dan da yan keçməyəcəyi deyilirdi. Qurumun səlahiyyətlərinin məhdudlaşdırılacağı, hətta ləğv edilərək Vergilər Nazirliyinə birləşdiriləcəyi barədə mühalihəzələr səsləndirilirdi. DGK-nın Vergilər Nazirliyinə birləşdriləcəyi ilə bağlı ehtimallar adıçəkilən qurumların bir-birini təkrarlaması ilə əsasladırılırdı. Lakin gözləntilərin əksi baş verdi. Vergilər Nazirliyi ləğv edilərək, İqtisadiyyat Nazirliyinin tabeliyinə verildi. DGK isə müstəqil qurum kimi mövcudiyyətini saxladı.

Dövlət Təhülkəsizlik Xidmətinin (DTX) DGK-nın yüksək vəzifəli şəxsləri barəsində cinayət işi başlaması növbəti dəfə sözügedən qurumun ləğvi məsələsini gündəmə gətirdi. Səfər Mehdiyevin qurumun sədri vəzifəsindən azad edilməsindən sonra DGK-ya uzun müddət sədr təyin olunmaması da onun ləğv ediləcəyi barədə ehtimalları artırırdı. Bu ehtimal da özünü doğrultmadı. Fevralın 14-də Prezidentin sərəncamı ilə Şahin Bağırov DGK-ya sədr təyin edildi. Beləliklə, aydın oldu ki, hökumətin bu qurumu lığv etmək kimi bir niyyəti yoxdur.

Amma əldə etdiyimiz məlumatlara görə, DGK ilə bağlı proses dayanmayıb. Yəni, sədr təyinatı qurumla bağlı başlanan prosesin növbəti mərhələsidir. Bu mərhələdə DGK-da ciddi kadr və struktur islahatlarının aparılacağı deyilir. İlk növbədə bir neçə idarənin ləğvi və ona rəhbərlik edən şəxslərin karyerasına son qoyulması planlaşdırılır. Daha sonra isə DGK-nın bundan əvvəlki fəaliyyəti ilə bağlı geniş yoxlamalara start veriləcəyi deyilir. Hətta bu yoxlamaların qurumun keçmiş yüksək vəzifəli şəxslərindən də yan keçməyəcəyi söylənilir.

Bu sırada xüsusilə, BakI Baş Gömrük İdarəsinin keçmiş rəisi, gömrük generalı Vüsal Novruzovun adı çəkilir. Vüsal Novruzov uzun illər Bakı Baş Gömrük İdarəsinə rəhbərlik edib. Mediada onun fəaliyyəti ilə bağlı neqativ materialların sayı-hesabı yoxdur.

Bu yazılarda Vüsal Novruzov biznes imperiyasından tutmuş korrupsiya əməliyyatlarına qədər çoxsaylı faktlar yer alıb. O, hələ işdən çıxarılanda həbs ediləcəyi barədə məlumatlar yayılmışdı. Lakin hansısa səbəbdən Vüsal Novruzov dəmir barmaqlıqlar arasına salınmadı.

Bu dəfə isə onun fəaliyyətinin ciddi araşdırılacağı və bunun nəticəsi olaraq gömrük generalının taleyi ilə bağlı qərar veriləcəyi bildirilir. //Qaynarinfo//
 

Dünyapress TV

Xəbər lenti