Ardını oxu...
Naxçıvan DYP-də sürücülük vəsiqəsi üçün ödənilən məcburi rüşvətin məbləği 3 dəfə artırılıb. DİA.AZ bildirir ki, bu haqda „Gündəlik Naxçıvan“a vəsiqə almaq istəyən yerli sakinlər məlumat verib. Onların sözlərinə görə, əvvəl bütün qanuni xərclərdən əlavə vəsiqə üçün 300 manat rüşvət tələb olunurdusa, bu məbləğ bir həftədir ki, 1000 manat olub.
Şərur rayon sakini Mürvət Cəlilov deyir ki, qiymətlər qaldırıldığı üçün, imtahanda iştirak etməkdən imtina edib:
“Hələ, 15 gün əvvəl köhnə qaydada 300 manat rüşvətimi vermişdim ki, ötən həftəki imtahanda iştirak edib, vəsiqəmi alım. İmtaha getdim, dedilər ki, qaydalar dəyişib, əlavə 700 manat da verməlisən. Razılaşmadım, dedilər ki, bizlik deyil, Ali Məclisdən gələn yeni tapşırıqdır, bu gündən qiymət 1000 manat olub. 300 manatımı qaytarıb dedilər ki, 700 də nə vaxt düzəldib üstünə qoysam, gəlib vəsiqəmi apara bilərəm. Naxçıvana Prezidentin səlahiyyətli nümayəndəsi təyin olunandan sonra bir çox yerlərdə rüşvət dayandırıldı, bir sıra qaydalar müsbətə doğru dəyişdi. Buna çox sevindik. Sən demə, hər şey müvəqqətiç yerlərini bərkidənə kimi imiş. Yenidən rüşvətxorluq, həmin qaydalar daha sərt şəkildə tətbiq olunmağa başlayıb”.
Şahbuz rayon sakimi Cavid Heydərov deyir ki, imtahandan keçib, sürücülük vəsiqəsi almaq üçün aylarla çalışıb. Lakin, 40 manat qanuni rüsumu ödəyib, vəsiqə almaq ona da qismət olmayıb:
“Naxçıvan Dövlət Yol Polis İdarəsinin qeydiyyat İmtahan şöbəsində sistemi elə qurublar ki, düzgün və dəqiq bildiyin sualların cavabını kompüter səhv çıxarır. Sən imtahandan kəsilirsən və imtahandan keçə bilmədiyin üçün məcbur qalıb istənilən rüşvəti verirsən. Ona görə də, rüşvət verməyənlərin vəsiqə alması mümkünsüzdür. Mənim də başıma eyni oyunu açdılar. Sonda dedilər ki, nə etsən, xeyri yoxdur, 1000 manatımızı verməlisən. Əvvəl yenə 300 manat idi. Ordan, burdan tapıb düzəltmək olardı. Min manatı camaat hardan alsın ki, gətirib bunlara da rüşvət versin“.

Ardını oxu...
Türkiyədə baş vermis, minlərlə insanın ölümünə, yüz minlərlə insanın evsiz qalmasına səbəb olmuş 7.7 ballıq zəlzələdə minlərlə yaşayış binasının dağılması bir çox Bakı sakinində də narahatlıq və suallar yaradıb. Yaşanan dəhşətli zəlzələdən sonra Bakı sakinlərinin yaşadıqları binanın necə tikilməsi ilə bağlı narahatlığı yenidən artmağa başlayıb.

Sosial şəbəkədə Xırdalandakı "Blue residence" şirkətinə məxsus binanın yarımtikili şəklindəki fotoları "Elə bil beton yerinə qamışdan istifadə ediblər" başlığı altında paylaşılıb. Diqqətlə baxdığımızda binanın sütunlarının bir mişar daşının enindən belə nazik olduğu görünür. Müzakirəyə qatılanlar binanın beton sütunlarının bu qədər nazik qata malik olması ilə bağlı etirazlarını bildiriblər. Dolayısı ilə zəlzələyə davamlılığın zəif olduğunu qeyd edirlər.

Əməkdaşımız "Blue residence" şirkətinə məxsus binanın yerləşdiyi ərazidə olub. Uzaqdan baxdığımızda həqiqətəndə yarımtikilinin sütunları çox nazikdir. Görəsən, sözügedən şirkət binanı bu şəkildə inşa etməkdə məqsədi nədir?...Türkiyədə baş verən zəlzələdə minlərlə insanın həyatını itirməsi dərs olmadımı?...

Çoxmərtəbəli binanın o hala düşməsi lap faciədir. Dar və nazik sütunların qoyulması, konstruktiv möhkəmliyin zəif olması nəticəsində binalar təbii fəlakətə tab gətirə bilmir. Ucuz başa gəlsin deyə konstruksiya baxımından texniki şərtləri ixtisara salmaq belə, fəsadlara gətirib çıxara bilər. Heç bir ölkə təbii fəlakətdən sığortalanmayıb.

Bu kimi halların qarşısını almaq üçün aidiyyəti dövlət qurumları, Memarlıq və Şəhərsalma Baş İdarəsi mübarizə aparmalıdır. Çünki təbii fəlakətlər olanda nəticəsi çox acınacaqlı olur.

"Blue residence" şirkətinə məxsus binanın sütunlatının nazik formada olması və zəlzələyə davamlılığı insanlarda qorxu yaradıb. Ümid edirik ki, aidiyyatı orqanlar sözügedən binanın zəlzələyə davamlılığını yenidən yoxlamalıdır. Yoxsa gələcəkdə baş verən faciələrdən qurtulmaq heç də qaçılmaz olmayacaq.

Mütəxəssislərin fikrincə, şəhərsalma qaydalarına zidd olaraq, yüksək mərtəbəli yaşayış binalarının yaxın məsafədə tikilməsi, zəlzələ baş verərsə, fəlakətə səbəb ola bilər. Onların fikrincə, hətta özülü möhkəm bina zəlzələyə davam gətirsə belə, yanındakı bina aşarsa, onda da fəsad yaradacaq, hətta bəlkə aşıracaq da.

Unutmayaq ki, bu cür məsuliyyətsiz hərəkətlər gələcəkdə daha böyük fəlakətlərə yol aça bilər.

Ps. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
 //Amia.az//
Ardını oxu...
İnsan daim bəxtinin gətirməsi üçün çabalar edir, yarışlara qatılır, lotereya bileti alır, hansısa işə başlamaq üçün kimdənsə borc pul götürür və s. Bəxtsiz adamların isə sığınacağı heç bir liman yoxdur. Onların istədikləri dünyaya biletlər satılmır, heç bir təyyarə, avtobus, qatar o yerlərə gedib çıxmır. Bir də var bütün bu olanları sakitcə tamaşa edən adamlar: insanların bəxtinin açılmasında açar rolu oynayanlar.

"Azərbaycan Reallığı" xəbər verir ki, “Misli” mərc həvəskarlarını cəlb etmək üçün hər cür fırıldağa və şirnikləndirici yola əl atır.Bu oyunlarla “Misli” qumar aludəçilərini maaş aldıqları gün oyun oynamağa, qazandığı pulu oyuna qoymağa çağırış edir.

“Lotereya”

Bəlkə də dırnaq içində yazıldığına görə orfoqrafik səhv axtaracaqsınız.

Xalq zəhmətkeşdir.Niyə axı zəhmətkeşin cibindən onun öz əli deyil,tənbəl yaxud oyunbaz pulunu çıxartsın.

Lotereya qumardır.

Peşəsinə sadiq qalıb, onlarla sosial media hesabları hay-həşir salır.

Hardasan “Misli” nə bilim “Poz Qazan”?

Lotereya oyunları dünyanın bəzi ölkələri istisna olmaqla hər yerdə var.

Dünya təcrübəsi göstərir ki, loto oyunlar nəticə etibarilə həm insanların boş vaxtlarının səmərəli və əyləncəli keçməsinə xidmət etməli, həm də iqtisadi fəaliyyət növü kimi dövlətə və cəmiyyətə sosial-iqtisadi fayda verməlidir.

Azərbaycanda lotereya oyunları rəsmi olaraq 2001-ci ildə yaradılan “Azərlotereya” ASC tərəfindən keçirilir.

2021-ci ildə “Azərlotereya”nın xarici investor kimi Türkiyənin “Demirören Holding” şirkətinin idarəçiliyinə verilib.

Lotereya qumardısa, qumarda tüfeyli həyat tərzidir.

Qumarın leqallaşdırması, adına nə qoyur-qoysun – “Poz, qazan”, nə bilim, lotereya – məhsul eynidir. Bu, bütün dünyada var. Hamıya bəllidir ki, “Poz, qazan”, yaxud bu kimi qumar xarakterli lotereyaların satışından təkcə dövlət qazanmır. Bunu satanlar dolaşıq, fırıldaq yolu ilə milyonlar, milyardlar qazanır, ciblərini doldururlar.

Vətəndaşlar müxtəlif yollarla aldadılır, onlara ümid verilir. Onlara külli miqdarda pul udacağı deyilsə də nəticə etibarilə burda tək bir udan var, o da bu xidməti göstərən təşkilatdır. Düzdür, burda uduşlar da olur, kimlərsə hansısa məbləği qazanırlar, amma ümumi götürdükdə vətəndaşlar kiçik həcmdə çoxlu sayda vəsait itirirlər. Təəssüflər olsun ki, onların ümidləri çox vaxt doğrulmur, nadir hallarda şans kimlərinsə üzünə gülür.

Dayanacaqlarda, metro girişlərinin qarşısında, hətta marketlərin yanında belə satışa çıxarılan bu lotereyalara böyüklərlə yanaşı məktəblilərin də marağı böyükdür. Xırda uduşlarla iştirakçıların şirnikləndirildiyi həmin oyunda bu günə qədər nədənsə böyük məbləğli uduşlara rast gəlinməyib.
Faktlar var ortada.Qurum özü 2022-ci ilin ən yüksək uduş məbləğinin 1000 AZN olduğunu açıqlayıb.

Maraqlı olan bu deyil? Maraqlısı olan odur ki,ortada gəzən bəzi insanlar 25-30 min qazandığından dəm vurur.

Bu insanlar kimlərdir?

Təşkilatçı cibəgirənlərin 10-15 manatını cibində gəzdirənlər.

“Misli” “Poz Qazan” və başqaları…

Məlumatlar verilir ki, bu kimi təşkilatların sayı cari ildə dahada artacaq.

Qoy artırılsın.

Pozaq. Qazanmaq istəyən pozsun.

Unutmayın pozanlar sadəcə kağız kirini pozmurlar,həmdə həyatlarını pozurlar.

“Misli” kimilər uğurlu fəaliyyətləri ilə davam edir.

O zaman bizdə davam edəcəyik.

AZƏRBAYCANREALLIĞI.COM

Ardını oxu...
DİA.AZ: - Gəncə şəhərinin icra başçısı harda itib-batıb, onu görən olubmu? DİA.AZ bildirir ki, bu barədə redaksiyamıza müraciət edən sakinlər soruşur. Gəncə boyda şəhərin bu gün baxımsız qaldığını iddia edən vətəndaşlar narazılıqlarını sisla şəbəkələrdə də ifadə etməyə başlayıblar.

Konkret olaraq bir neçə şəhid ailəsinin yaşadığı, erməni bombasınbın hədəfinə tuş gəlmiş Gəncədəki keçmiş Muxtar Hacıyev küçəsinin sakinləri dia.az-a bildirir ki, onların yolları bərbad gündə, səkilər isə yox dərəcəsindədir.

Ardını oxu...
Ardını oxu...

Sakinlər avtobusların belə çətinliklə hərəkət etdiyi küçənin hazırki durumuna görə, yerli rəhbərliyi də ittiham ediblər.

Sakinlərin paylaşdığı video burada:

videoya baxmaq üçün bura tıklayın...

Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq....
0
 
 
Ardını oxu...
DİA.AZ: - Gah xəbər yaydılar ki, Naxçıvan Əlahiddə Ümumqoşun Ordu komandanı general-polkovnik Kərəm Mustafayevin dindirilmək üçün Bakıya aparılıb, gah da onun ev dustağı edildiyi haqda informasiyaları bölüşdülər, amma dəyişən heç nə olmadı. DİA.AZ bildirir ki, elə sosial şəbəkələrdə də bu barədə açılan müzakirələrdə narazı vətəndaşlar Kərəm Mustafayevin nədən görəv başında hələ də saxlanıldığını soruşurlar.

DİA.AZ bildirir ki, Naxçıvanın keçmiş Ali Məclis sədri Vasif Talıbovun ifşa olunmasında xüsusi mövqeyi ilə seçilən tanınmış jurnalist Heydər Oğuz da bu məsələ ilə bağlı maraqlı açıqlama ilə çıxış edib. H.Oğuz yazır: "Məndən Kərəm paşanı niyə ifşa etməməyimi soruşurlar. Ay camaat, mən onu bacardığım qədər ifşa etmişəm. Adamı yerindən tərpətmirlərsə, buna mən edim?"

Qeyd edək ki, onun sözügedən açıqlaması aşağıdakı kimi şərh olunub:

Ardını oxu...
Ardını oxu...

DİA.AZ onlardan bəzilərini nəzərinizə çatdırır:

Qoshqar Hamzayev:
Cənab Ali Baş Komandanın başı daha vacib işlərə qarışıbdı, inşallah yaxın zamanlarda Kərəmin də layiqli cəzasını verəcəy, əsas oduki Allahımız hər şeydən xəbərdardı, zalımlar mütləq məhv olacaq!!!

***

Şamxal Əliyev:
Kərəmin allah evin yixsin allah onun bəlasini versin bizə gələn ağri aci tökülsün başindan o elə bir vəziyyətə qalsin ki, ona heç yahudi mollasida kömək edə bilməsin amin min amin inşallah ki, kərəm sənidə görərik yaxin günlər ərzinə DTX sənidə incələyər inşallah

***

Natiq Əlisoy:
Kərəmin etdikləri hərbi cinayət olduğu üçün onun cəzası fərqli olacaq. Heç kim cəzasız qalmır!

***

Məsələ ilə bağlı bütün maraqlı tərəfləri dia.az olaraq dinləməyə hazırıq...
Ardını oxu...
"Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin ( ASC ) sədr müavini Rafiq Aslanovun oğlu İngiltərədəki daşınmaz əmlak şirkətinin (EQUILIBRIUM STATE LIMITED) fəaliyyətini dayandırmaq barədə Britaniya Şirkətlər Evinə müraciət edib". TEREF.AZ bildirir ki, bu iddia ilə tanınmış araşdırmaçı-jurnalist Cavanşir Həsənli çıxış edib.

"Lakin kreditor və ya vergi borcu səbəbindən ləğvetmə tələbi rədd olunub" deyən jurnalist daha sonra bildirir: "Britaniya qanunvericiliyinə görə şirkət Strike Off prosesindən keçdikdən sonra mövcudluğunu dayandırır".

Xatırladaq ki, yüksəkvəzifəli su təsərrüfatı məmurunun oğlu 2018-ci ildə bu şirkət üzərindən Londonda bahalı əmlak alıb, son maliyyə hesabatına görə şirkət aktivlərinin həcmi 853.858 funt sterlinq təşkil edib.

İddia olunanlarla bağlı teref.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
 
Ardını oxu...
Baş Prokurorluq adı çılpaq fotolarının yayılması ilə şantaj edilməkdə hallandırılan Tariyel Qurbanovla bağlı açıqlama yayıb.


Baş Prokurorluğun Mətbuat xidmətindən Pressklub.az-a verilən məlumatda qeyd edilir ki, Tariyel Qurbanov hazırda prokurorluq orqanlarının əməkdaşı deyil.

“Belə ki, 2023-cü il yanvarın 16-da öz arzusu ilə Tariyel Qurbanovun prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilib”, – Mətbuat xidmətindən bildirilir.

Qeyd edək ki, Tariyel Qurbanov Qaradağ və Hacıqabul rayonlarında prokuror olub. Daha sonra o, Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini olub.

Ötən ilin mart ayında vəzifəsindən azad olunan T.Qurbanov sonradan Abşeron rayon prokurorunun böyük köməkçisi təyin olunmuşdu.

Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində Tariyel Qurbanovu şantaj etməkdə təqsirləndirilən Ümman Əliyev, Natiq Nuriyev, Pərvin Yusifov, Ələkbər Nuriyev, İlqar Əliyev, Elnur Eldarov və Sahilə Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilir.

Onu da qeyd edək ki, Tariyel Qurbanov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının qardaşıdır.
 
Ardını oxu...
DİA.AZ: - Bir neçə gün əvvəl maraqlı formada açıqlama verərək nədən bığ saxlamadığını cəmiyyətə tam təfsilatı ilə izah edən Azərbaycanın Gənclər və İdman Naziri Fərid Qayıbov eyni zamanda günlərin birində nazir olacağaını ağlına belə gətirmədiyini də səmimi şəkildə etiraf etmişdi. Əslində, bu kimi açıqlamalar yerində olmayan adamın bilmədən də hansı durumda olduğunun açıq ifadəsi kimi də qəbul olunmalıdır.

DİA.AZ bildirir ki, cənab Qayıbovun yerində olmadığını deyəsən, "yuxarılar" da yaxşı bilirlər. Hər halda bir neçə gün əvvəl belə bir xəbər yayıldı ki, artıq Fərid Qayıbovun yerinə hətta deputatlardan birinin gətirilməsi də düşünülür və bu addım yaxın günlərdə atıla bilər:

İDDİA: Fərid Qaybıov ETİMADI DOĞRULTMAYIB... - Onun yerinə deputatı gətirirlər...

Təbii ki, nazir postunə gəldiyindən barəsində səslənən iddialardan yox, havadan-sudan danışmağı sevən Qayıbov bu məsələ ilə bağlı da susdu. Əvəzində isə etiraza qalxan işçiləri susmadı və bəlli oldu ki, artıq 4 aya yaxındır GİN-də maaşların verilməsi yubadılır və narazılıq edən nazirlik əməkdaşlarına yalnızca "səbirli olun" formasında təskinlik verilir.

Nazirlik işçiləri mətbuata açıqlamalarında qeyd edirdilər: “Artıq 3-4 aydır pulumuzu vermirlər. Nə edəcəyimizi bilmirik. Rəhbərliyə şikayət edirik, deyirlər, səbirli olun, veriləcək. Amma ortada heç nə yoxdur. Nə zamana kimi gözləyək?! Misal var, toxun acdan xəbəri olmaz. Rəhbərliyin də bizdən xəbəri yoxdur. Necə yaşadığəımız, nə ilə dolandığımız barədə düşünmürlər”.

DİA.AZ-a daxil olan son məlumatlardan isə aydın olur ki, Fərid Qayıbovla bağlı durum yetərincə gərgindir. Mənbə iddia edir ki, həqiqətən də yaxın günlərdə konkret qərar açıqlana bilər: "Brada təkcə məsələ Qayıbovun yarıtmaz kadr olmasından irəli gəlmir. Eyni zamanda söhbət yeyintidən gedir ki, bunu da "yuxarılar" kiməsə bağışlamır..."

Əlavə bilgilərimiz olacaq. İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Ardını oxu...
"Bravo" market vaxtı keçən pivələri endirimlə satışa qoyub". DİA.AZ bildirir ki, bu iddia ilə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Elləz İsmayılov adlı iftiadəçi çıxış edib.
Ardını oxu...
Narazı vətəndaş iddiasını sübutlayan fotoları təqdim etməklə yanaşı əlavə edir:

"Üstəlik tarixlərin üstünə öz "nakleyka"larını da yapışdırıblar ki, görünməsin..."

Qeyd edək ki, vətəndaşın təqdim etdiyi fotolardan məsələnin nə yerdə olduğu tam anlaşılır. Hər halda, dünynaın heç bir yerində 4 manat 29 qəpiklik məhsil birdən-birə 1 manat 7 qəpiyə, 3 manat 65 qəpiklik məhsul isə 91 qəpiyə ENDİRİM adı altında satışa çıxarılmır.

Vətəndaşın iddialarını sübutlayan fotoları təqdim edirik:
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Məsələ ilə bağlı teref.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
 
Ardını oxu...
Naxçıvan MR Həmkarlar İttifaqları Şurasına (HIŞ) aid güzəştli yollayışların işçilərə məcburi, həm də baha qiymətə satıldığı bildirilir. „Ağbulaq İstirahət Mərkəzi“ ilə işbirliyində ittiham olunan Şura rəhbərliyi, bu mərkəzə yollayışları 1000 manatdan satdığı bildirilir. Onlara yollayışları baha satmaqda isə, dövlət idarə və müəssisələrinin rəhbərliyi köməklik edir. DİA.AZ bildirir ki, bu haqda „Gündəlik Naxçıvan”a bu idarə və müəssisələrdə çalışan əməkdaşlar məlumat verib. Onlar deyir ki, hər ay növbə ilə ən az iki dövlət idarəsi, öz işçilərinin bir neçəsini ailələləri ilə birlikdə istirahətə getməyə məcbur edilir. Əslində, güzəştlə 100-150 manata başa gəlməli olan yollayış hər bir işçiyə 1000 manata satılır. Yollayışı almaqdan imtina edən işçilər, işdən qovulmaqla hədələnirlər.
Rüşvət şəklində işçilərdən alınan pulların Naxçıvan Ali Məclisinin sədri Azər Zeynalov və Həmkarlar İttifaqı Şurasının sədri Anar İbrahomov arasında bölüşdürüldüyü bildirilir.
Dövlət idarələrinin birində çalışan şikayətçi Sabit Quliyev deyir ki, keçən ay növbə onların idarəsinə çatıb və onu yollayış almağa məcbur ediblər:
“ Həmkarlar İttifaqı qanunla putyovka bizə 80-90 faiz güzəştlə verməlidir. Onlar isə, bunu bizə 1000 manata satır. Yəni, əslində biz göndərişə 100-150 manatdan artıq ödəməməliyik. Qalanınını Həmkarlar İttifaqı bizdən hər ay topladığı pulların hesabına ödəməlidir. Onlar isə əksinə, öz qiyməti 800 manat olan istirahətə görə əlavə 200 manat da artıq alırlar. Yəni, mən bu gün öz hesabıma Mərkəzə istirahətə getsəm, Həmkarlar İttifaqının təklif etdiyindən 200 manat ucuza başa gələr. Məcburi göndərirlər. Deyəndə o qədər pulum yoxdur, deyirlər ki, sən narahat olma, hissə-hissə maaşından tutacağıq. Etiraz edəni işdən qovurlar deyə, hamı məcbur olub, razılaşır“.

Ardını oxu...

Yuxarıda deyilənləri Naxçıvan Həmkarlar İttifaqı Şurasının adının çəkilməsini istəməyən əməkdaşı da təsdiq edir. Onun sözlərinə görə, bunda əlavə hər il büdcədən də milyonlarla vəsait mənimsənilir:
“Məsələn uşaqlar üçün bir neçə günlük “Yay məktəbi”, “STEAM Yay məktəbi”, “Zəfər düşərgəsi” və müxtəlif seminarlar təşkil olunur. Hər dəfəsində bu tədbirlərin təşkili üçün hesabından küllü miqdarda pul silinərək şəxsi adamların sərəncamına verilir. Ucuz qiymətə nootbuklar, müxtəlif texniki avadanlıqlar alınır, hamısı baha qiymətə sənədləşdirilir. Ən çox Ağbulaq İstirahət Mərkəzi ilə işləyirlər. İdarə və müəssisə işçiləri yollayışları baha qiymətə almağa məcbur edilirlər. İstirahət 3-4 günlük nəzərdə tutulsa da, sənədləşmədə işçilərin orada 10-15 gün qaldığı göstərilir. Beləliklə, həm işçiləri soyurlar, həm də büdcəni talayırlar”
Əməkdaş iddia edir ki, rüşvət və korrupsiya yolu ilə əldə olunan pul, bir neçə şəxs arasında bölünür:
“Bu pullardan aylıq 50 min manat Azər Zeynalova, 5 min manat Şura sədri Anar İbrahimovq, 500 manat isə, onun müavininə çatır. Əvvəl, şuranın kphnə sədrinin zamanında Azər Zeynalov 40 min alırdı. Naxçıvanda hakimiyyət dəyişdikdən sonra ona çatacaq pul on min manat artırılıb“.
Məsələyə münasibət öyrənmək üçün, Naxçıvan MR Həmkarlar İttifaqı Şurası ilə əlaqə saxladıq. Şuradan iddialara aydınlıq gətirmək istəmədilər. Onların mövqeyini də işıqlandırmağa hazırıq.
Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası hazırda 763 ilk həmkarlar ittifaqı təşkilatının, 9 Birləşmiş Həmkarlar İttifaqı komitəsinin, 6 muxtar respublika komitəsini özündə birləşdirir. İttifaq üzvlərinin sayı 46 min 134 nəfərdir.

Dünyapress TV

Xəbər lenti