Ardını oxu...
"Dövlət İmtahan Mərkəzi təhsilə ciddi maneələr yaradır"
TEREF.AZ bildirir ki, bunu "Sherg.az"a açıqlamasında təhsil eksperti Elşən Qafarov “DİM-in fəaliyyəti dayandırılmalıdır” iddialarından danışarkən deyib.
Ekspert qeyd edib ki, DİM bəhanələr gətirərək, tədris ilinin bitməsinə 12 həftə qalmış buraxılış imtahanları keçirir:

"Tədris ilinə 12 həftə qalmış imtahan keçirilməsi ciddi problemlər yaradır. Çünki məktəblərdə tədris proqramlara tam yerinə yetirilmir və davamiyyətsizlik yaradır. Həmçinin dünyada elə bir ölkə yoxdur ki, qəbul imtahanları qruplar üzrə keçirilsin. Yəni digər ölkələrdə qəbul ixtisaslar üzrə həyata keçirilir. Bu gün abituriyentlərdən kim olduğunu soruşsaq, cavab verə bilməyəcəklər. O bizə hansı qrupa hazırlaşdığını deyəcək. Amma belə olmamalıdır. Hər bir şəxs arzuladığı ixtisas üzrə hazırlaşmalı və təhsil almalıdır. DİM-in sistemi isə insanları istəklərindən məhrum edir. Hətta ölkədə qəbul olunan abituriyentlərin hər 100 nəfərindən 95-97-i arzu etdiyi ixtisas üzrə təhsil almır. Digər tərəfdən Dövlət İmtahan Mərkəzi illərdir ki Təhsil Nazirliyi ilə rəqabətə girib. Nəticə etibarilə sanki təhsildə bir yox, iki mərkəzi icra orqanı var. Bununla yanaşı, DİM-in nəticələri manipulyasiya etmək və təsir etmək imkanı var. Yəni istədiyi ildə sualları çətinləşdirərək, cəmiyyətdə təhsilin bərbad olması fikri yarada, istəsədə sualları sadələşdirə bilir. Bunun nəticəsində isə Təhsil Nazirliyi üzərində bir basqı yaradır. Bu isə qorxulu bir məqamdır".

Ekspertin sözlərinə görə DİM-in öz standartları və ayrıca dərs vəsaitləri var:

" Bunun nəticəsində isə Dövlət İmtahan Mərkəzində milyonlarla manat pul dövriyyə edir. Digər tərəfdən DİM tərəfindən hazırlanan testlərdə hər il problemlər olur. Bu problemlər isə sualların şagirdlərin bilik və bacarıqlarına uyğun hazırlanmasından irəli gəlir. Nəticədə də şagirdlər repetitor yanına getməyə məcbur olurlar. Bu məktəblərə, təhsilə və Azərbaycan müəlliminə inamsızlıq yaradır. Səbəbi isə DİM-in hazırladığı sualların məktəbdəki təhsillə uyğun olmamasıdır.

Ortada tək qazanan isə DİM-dir. Vəziyyətdən çıxmaq üçün Dövlət İmtahan Mərkəzini ləğv etmək real deyil. Bu mərkəzi yalnız imtahanları həyata keçirən texniki bir quruma çevirmək lazımdır. Bunu üçün isə test, proqram və dərs vəsaiti hazırlamaq səlahiyyətləri DİM-dən alınmalıdır. Nazirlər Kabineti yanında testologiya mərkəzi yaradılmalı və nə DİM-ə, nə də Təhsil Nazirliyi tabe olmalıdır. Belə olduğu təqdirdə təhsil mühiti yaxşılaşacaq, abituriyentlərin istədiyi ixtisas üzrə təhsil alması mümkün olacaq. Bu isə həm təhsil sisteminə, həm də müəllimlərə inamı yenidən bərpa edəcək".
 

Ardını oxu...
Azərbaycanda boş qalan vəzifələrdən biri də “Azərsu” ASC-nin sədri postudur. Qorxmaz Hüseynovun qəfildən istefaya göndərilməsindən sonra bu qurum başsız qalıb.
14 il “Azərsu” ASC-yə rəhbərlik edən Q.Hüseynov ölkə başçısı İlham Əliyevin 4 may 2021-ci il tarixli sərəncamı ilə vəzifəsindən azad edilib.

Sözügedən qurumda baş verən qanunsuzluqlar, daxili intriqaların güclənməsi, ən əsası isə sosial narazılığın artması Qorxmaz Hüseynovun “vurulması”nı qaçılmaz etmişdi. Bu həmin vaxt idi ki, mətbuatda “Azərsu” ASC-nin fəaliyyəti ilə bağlı silsilə yazılar dərc olunur, neqativ hallara işıq tutulurdu. Xüsusilə xidmət sahəsindəki yarıtmaz fəaliyyət Q.Hüseynov və komandasının bacarıqsızlığına dair qənaət formalaşdırmışdı. Qeyd edək ki, həmin dövrdə “Azərsu” ASC-yə yönələn ittihamlardan biri də külli miqdarda dövlət əmlakını mənimsənməsi ilə bağlı idi.

Oğuz- Qəbələ su kəməri çəkilərkən büdcə vəsaitlərinin havaya sovrulması ilə bağlı ciddi ittihamlar vardı. Mətbuatın yazdığına görə, kəmərin çəkilişi sırasında qazılan ən azı 100-ə yaxın quyudan su çıxmayıb. Analoji faktların sayının artması “Azərsu” rəhbərliyinin cəzalandırılmasımı zəruri etmişdi.

Qurumdakı neqativ hallar bütövlükdə bir komandanın yarıtmaz fəaliyyətinin nəticəsi olsa da, çanaq bir nəfərin – ASC-nin sədri Qorxmaz Hüseynovun başında çartlamışdı.

Maraqlıdır ki, Qorxmaz Hüseynovun vəzifəsini itirməsindən 2 ilə yaxın vaxt keçməsinə baxmayaraq, hələ də onun yerinə təyinat olmayıb. “Azərsu” ASC-nin məsul əməkdaşlarından biri bizimlə söhbət zamanı bunu qurumda aparılan yoxlamalarla əlaqələndirib. Onun sözlərinə görə, ötən 22 ay ərzində həm Maliyyə Nazirliyi, həm də Hesablama Palatası “Azərsu”yun fəaliyyətini hərtərəfli təftiş edib. Yoxlamalar zamanı bir sıra qanun pozuntuları aşkarlansa da, Q.Hüseynov onları yerindəcə “bağlamağa” müvəffəq olub.

Mənbə deyib ki, Qorxmaz Hüseynovun fəaliyyəti bununla məhdudlaşmır. O, 2021-ci ilin mayında vəzifədən getməsinə rəğmən, “Azərsu”nu yenə əvvəlki qaydada idarə edir. Amma indi mərkəzi aparatdan deyil, evdən işləyir.

Müsahibimizin dediyinə görə, hazırda “Azərsu”da qeyri-rəsmi idarəçilik Qorxmaz Hüseynov tərəfindən həyata keçirilir. Bütün təyinatlar onunla razılaşdırılır, daxili sərəncamlar onun xeyir-duası ilə imzalanır. Buna səbəb 14 il ərzində yaratdığı komandanın olduğu kimi yerində qalmasıdır. Yəni Q.Hüseynov vəzifədən çıxsa da, kadrları yenə iş başındadır. Onlar yenə keçmiş sədrə hesabat verir, onun göstərişlərinə uyğun işləyirlər.

Daha bir maraqlı fakt isə odur ki, Q.Hüseynovdan çəkindiyi üçün keçmiş müavinlərindən, o cümlədən ASC-nin digər məsul şəxlərindən heç kim cəsarət edib “Azərsu” sədri olmaq istəmir. Hamı müxtəlif yollarla bu müzakirələrdən yayınır. Hətta Q.Hüseynovun yenidən öz postuna qayıdacağına inanalar da var.

Qeyd edək ki, “Azərsu” daxilində hökm sürən bu qeyri-müəyyənlik qurumun fəaliyyətinə mənfi təsir göstərməkdədir. Əhali arasında “Azərsu”un fəaliyyəti ilə bağlı narazılığın artması ilk növbədə bu amillə bağlıdır. Görünən odur ki, yeni sədr təyinatına kimi qurum daxilindəki xaos davam edəcək.

Yenicag.az
 
 

Ardını oxu...
İllər öncə paytaxtımızın ən gur yerləri (“Nərimanov”, “Gənclik”, “Əcəmi” və “Elmlər Akademiyası” metrosuna yaxın yerlər) qeyri-qanuni mərc oyunları üçün “münbit” məkanlar idi. Günün günorta çağı az qala məmə yeyəndən pəpə yeyənə hamı mərclərə girişir və xöşbəxtliyi onda axtarırdılar. 1995-ci ildən etibarən qurmarxana tipli oyun zallarının fəaliyyəti qanunla qadağan edilib. 2011-ci ildə isə ölkədə ilk və yeganə qanuni idman mərc oyunu “ToPaz” fəaliyyətə başlayıb. “Caspian Tech” QSC-nin ticarət nişanı olan “ToPaz” portalı dövlət təminatlıdır və qanuni hesab olunur. Amma cumhuriyyet.az olaraq araşdırmalarımız onu göstərir ki, “Topaz”ın gəlişi ilə açıq məkanlarda fəaliyyətlərini “donduran” “mərcovşiklər” başqa üsullara əl atdılar və öz bazarlarının dağılmasına imkan vermədilər. Amma qumar oyunlarının bu gün virtual məkanda mövcudluğu da heç kimə sirr deyil. Belə ki, son zamanlar sosial şəbəkələrdə kazino tipli mərc oyunlarının reklamları genişlənib. Bura insanları bonus vədləri ilə cəlb edir, hətta məşhurların da adından istifadə edirlər.
Bəxt çarxını fırlatmaq tələsinə internetdəki “Milyonçu olmaq istəyirsən?” “İndi qeydiyyatdan keç, varlan”, “Oyna və qazan” kimi təşviqedici reklamlar üzərindən düşmək su içmək qədər asandır. İnternetdə “1xBet”, “MotsBet”, “Vulkanbet”, “22bet”, “PinUpbet” oyunlarının reklamları yetərincədir. İstifadəçi bu platformalara pul köçürərək, mərc etməyə başlayır. Qalanı isə texniki məsələdir. Pullar xaricdəki hesablara gedir və azart həvəskarı çox vaxt da udmuş olsa belə, hesabında olan pula sahib çıxa bilmir. Təhlükəsizlik məsələləri ilə əlaqəli hesabdan pul çıxarılması bloklanır. Belə saytların internetdə geniş yayılmasının da səbəbi sadədir. Dünyanın dörd bir tərəfindən axan pullar hesabına geniş reklam kampaniyası aparılır, aylıq reklam müqabilində səhifələrə müəyyən məbləğdə pul ödənilir. Heç bir yerdə qeydiyyatı olmayan, məsələn, Rojbet, Qazanbet və s. saytlar vasitəsilə daimi müştərilərini başına cəm edən “Qara bazar” rəhbərləri çox keçmədən istəklərinə çatdılar. Əslində bu istəyin gerçəkləşməsini zəruri edən səbəblərdən biri də, Topazın oyunlara qoyduğu aşaı kofisentlər idi… Rojbet və Qazanbetin başında duranlar qazandıqları haram pullar vasitəsilə özlərinə işçi tutur və bu işçilərin əsas vəzifəsi əhalinin sıx yerləşdiyi (əsasən çayxanalar) məkanlarda asanlıqla müştəri toplamaq idi… Oyunçular arasında “Yaşıl sayt” kimi tanınan “Qazanbet”in bu cəhətdən işləri çox rəvan gedir. Bununla bağlı cumhuriyyet.az olaraq apardığımız araşdırmalarda saytın başında əslən şəkili olduğu deyilən Yusif, Ələddin və Murad adlı trionun durduğu aydınlaşıb. Araşdırmalarda “Nuxa” və “Medalyon” restoranlar şəbəkəsinin də adı keçir. Ev eşiyini, maşınını, son qəpiyini satıb yusifkimilərin varlanmasına səbəkar olan yazıq oyunçular(kütlə) üçün bu mərəzdən qurtulmağın yolu demək olar ki, yoxdu. Uduzduğu pulları qaytarmaq üçün dəfələrlə cəhd edən oyunçu onu gözləyən fəlakətin fərqində olmur. Birbaşa insanın psixolojisinə hesablanan və onun beynini “yeyən” bu oyunlar(futbol, tennis, basketbol, voleybol, eyni zamanda, müxtəlif kazino oyunları)günü bu gün də meydan sulamaqdadır. Açıq məkanlarda qanadları qırılan oyun dəllalları internet üstündən öz müştərilərini talanaqda davam edirlər. Milliön, E manat vasitəsilə pulları qəbul edən “mərcovşiklər” kart kodlarını nədənsə, tez-tez dəyişirlər. Səbəbini çox yaxşı anlayırıq. Hüquq-mühafizə orqanlarını azdırmaq üçün atılan addımlardı. Əlimizdə bunu isbatlayan kifayət qədər faktlar var. Hətta oyun mərəzindən xilas olmağı bacarmayıb intihar yolunu tutanların həyat hekayəsinin bütün çalarları önümüzdədi. Növbəti yazımızda qeyri-qanuni mərc oyunlarında 100 minlərlə uduzmuş insanları danışdıracaq, onların başına açılmış oyunlardan, qəsdən necə uduzdurulmaqlarından bəhs edəcək, ilginc faktları ortalığa qoyacağıq…
 //cumhuriyyet.az//

Ardını oxu...
11 illik təhsilin sonuna gələnlər bu günlərdə imtahan həyəcanı ilə yaşayır. İmtahan da, onun həyəcanı da normaldır. Alınan biliyin, sərf edilən vaxtın və ən əsası enerjinin hesabatı olmalıdır. Təhsil ekspertləri hesab edir ki, bu hesabat məsələni qəlizləşdirmədən, sadə və rahat olmalıdır.

Keçirilən buraxılış və qəbul imtahanlarının həddən artıq çətin, fənlərin çox olması, əzbərçiliyə qapı açması kimi problemlər şagirdlərin yuxusunu ərşə çəkir. İmtahanların, sualların çətinliyi sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub.

Təhsil eksperti, fəlsəfə doktoru İlqar Orucov Bizim.Media-ya mövcud problemlərdən danışıb:

“İnsan nəyə görə təhsil alır, bilik qazanmaq istəyir? Bunu gələcəkdə əldə etdiyi biliyi kapitala çevirməklə, loru dildə desək, öz çörəyini qazana bilmək üçün edir. Yəni, mənəvi dəyərdən başqa, biliyini həm də maddi dəyərə çevirə bilmək üçün edir. Dəyərlərin içərisində ən dəyərlisi sağlamlıqdır ki, onu heç bir kapitalla əldə etmək olmur”.

Müsahibimiz övladlarımıza münasibəti dövlətimizin gələcəyinə olan münasibətlə müqayisə etməyin vacibliyini vurğulayıb:

“Biz uşaqlarımızı bu imtahanlarla, bəlkə də gələcəkdə onun həyatında heç bir rolu olmayacaq o çətin suallarla hara aparırıq? Onların sağlamlığı ilə oynamırıqmı? Psixologiyasını zədələmirikmi? Gərginlik altında saxlamırıqmı? Mövzu yetişməkdə olan nəsildir. Onların inkişaf edən, təsirlərdən daha çox zərər gördüyü dövrdə biz bu uşaqlara nəyə görə bu qədər əziyyət veririk? Həqiqətən duşundurücudur. İmtahan belə ola bilməz və belə olmamalıdır.

Universitetlərə qəbul prosesinin sadələşdirilməsinin tərəfdarıyam. Bizim övladlarımız beynəlxalq, dünyada nüfuzu olan ali məktəblərə imtahan verir. Tutaq ki, beynəlxalq SAT imtahanı verir. Burada sadəcə iki əsas fəndən-riyaziyyat, məntiq və dil imtahanı verir. Suallar da kifayət qədər rahatdır. Bu suallarla nəticə qazanan bizim gənc gedib dünyanın ən məşhur universitetlərində təhsil ala bilir.

Amma gəlib Dövlət İmtahan Mərkəzinin imtahanından keçə bilmir. Bu şərtlərlə Bakı Dövlət Universitetində təhsil almaqdansa, Türkiyədə daha adi universitetə oxumağa üstünlük verir.

Fikirləşir ki, bu universitet mənə bilik, peşəkar vərdişləri verə bilmir. Ona görə də bizim gənclərimiz xaricə üz tuturlar və bir çoxu da geri qayıtmır.

Həqiqətən gənclərlimizlə çox pis rəftar edirik. Əlimdə imkan var,- deyə bu uşaqlarla bu cür rəftar etmək nə dərəcədə doğrudur? Birinci kursa qəbul olan uşaqların siması çox yorğun, əzgin görünür”.

Sabah övladlarımız bizi bağışlamayacaq

Biliyi verən qurum imtahanı da etməlidir. İlqar Orucov düşünür ki, imtahanlarla bağlı çox maraqlı təzad yaranıb:

“Təhsili Elm və Təhsil Nazirliyi verir, sualı Dövlət İmtahan Mərkəzi tərtib edir. DİM-in ləğvinin tərəfdarı deyiləm. Kifayət qədər şəffaf bir qurumdur. Amma nəyə görə sualları tərtib etməlidir? DİM yalnız imtahanların texniki işlərini həyata keçirməlidir”.

Müsahibimiz DİM-in suallarının SAT imtahanları ilə müqayisəsindən danışıb:

“Mənim övladım SAT imtahanı verib. Suallar rahatdır. Şagirdlərin baza biliklərinə malik olmasının tərəfdarıyam. Bunu onsuz da məktəblər verməlidir. Amma qəbul və buraxılış imtahanını bu qədər çətinləşdirmək doğru deyil. Bizim universitetlərə qəbul olmaq çox çətindir. Amma bitirmək asandır. Deputat Musa Qasımlının sözü ilə desəm, universitetin hüquq fakültəsinə 100 nəfər qəbul olur, 500 nəfər məzun olur.

Dünyanın heç bir yerində belə şey yoxdur. 100 nəfər qəbul varsa, onlardan 20-sinin diplom ala bilməsi göstəricidir. Bu üsulu dünyanın ən nüfuzlu universitetləri edir. Təəssüf ki, biz öz övladlarımızın üzərində eksperiment edirik. Sabah həmin övladlar bizi bağışlamayacaq. Onlara Vətən sevgisindən necə danışa bilərik? Biz bu torpağı onlara əmanət etməliyik”.

Qəbulda yeni yanaşmalar olmalıdır

İ. Orucov deyir ki, imtahanlarla bağlı mütləq yeni yanaşmalar olmalıdır: “İmtahan suallarının tərtibini Elm və Təhsil nazirliyi həyata keçirməlidir. Çünki biliyi onlar verir və proqramın məzmununu onlar tərtib edir. DİM texniki funksiyanı üzərinə götürməlidir. Hətta bu test məsələsi də çox zərərlidir. Universitetlərin də çoxunda bu üsul var. Savadlı gənclər tanıyıram ki, onlar yaza, fikirlərini ifadə edə bilmirlər. Testologiyaya hədəfləniblər, əzbərçiliyə meyilləniblər.

Vaxtilə də imtahanlarda neqativliklər var idi. Amma necə oldu ki, biz 30 il ərzində yaxşı müəllimlər yetişdirə bimədik? Ali təhsil müəssisələrində çalışanları mələk hesab etmirəm. Dünənə kimi onların arasında rüşvətin içində çabalayan çox olub. Amma biz yeni nəsilləri gətirməliyik. Təəssüf ki, universitetlərin strategiyaları yoxdur.

18-20 il rektor olan bir müəllimə imtahanları nə üçün hələ də testlə apardıqlarını soruşdum. “Etibar etdiyim müəllimlər yoxdur”-deyir. Necə olur ki, bu qədər vaxtda müəllim yetişdirə bilmirlər. Qapını istedadlı insanlara təmənnasız açmaq, xaricə göndərmək lazımdır ki, yaxşı müəllimlər yetişsin. Bunları etmirik və beləcə uşaqlarımızı, gənclərimizi incitməkdən sanki zövq alırıq.

Onlar sabah Ali Baş Komandanın bir əmri ilə ayağa qalxacaq gənclərimizdir. Məmurların onlara qarşı bu cür yanaşmasını təəssüf içində seyr edirəm. Övladlarımıza yeni biliklər ardınca qaçmağı öyrətmək əvəzinə, onlara şablon biliklər verməklə gələcəyə hazırlıqsız yola salırıq. Ortada övladlarımızın sağlamlığı imtahana çəkilirmiş kimi görüntü var”.

Uşaq və gənclərin sosial reabilitasiya mərkəzinin psixoloqu Asəf Kərimov Bizim.Media-ya açıqlamasında bildirib ki, imtahanların uşaqlarda yaratdığı gərginlik, stress onları çətin vəziyyətə salır:

“Gərginlik və stresli halı imtahanı uğurlu verən də, verməyən də yaşayır. Uşaqlar uzun aylar imtahanlara hazırlaşır. Bir tərəfdən dərslər, digər tərəfdən imtahan hazırlığı onları gərgin vəziyyətdə saxlayır. Eyni zamanda, bunun üstünə imtahan həyəcanı gəlir. İmtahanı verdikdən sonra isə gözləməyin nigarançılıq və həyəcanı başlayır.

Neçə suala düz cavab verdiklərinə əmin ola bilmirlər. Bir tərəfdən də evdəkilərin gözləntisi, uşaqların üstünə gəlməyi, hər dəfə bu mövzularda sual vermələri uşaqlarda bezginlik və stress yaradır. İnsanlar arasında intihar hallarının artması aprel- may-iyun aylarına təsadüf edir.

Valideynlər bunu mütləq nəzərə almalıdırlar. İmtahanla bağlı çox suallar vermək olmaz.
Nəzərə alaq ki, buraxılışdan sonra qəbul imtahanlarının həyəcanı başlayır. Eyni həyəcan davam edir”.

Psixoloq bildirib ki, hazırda abituriyentlər çox gərgin vəziyyətdə olduqlarına görə, valideynlər övladlarına çox ehtiyatla yanaşmalıdırlar.
Bizim.Media
Ardını oxu...
Azərbaycanda siyasi sahədə keçirilən islahatlar göz önündədir və bundan demək olar ki, bütün dövlət qurumları öz payını alıb. Bəlkə də yeganə qurum Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsidir ki, həyata keçirilən islahatlardan yayınmağa imkan tapıb. Deyəsən, bu Komitənin rəhbəri Mübariz Qurbanlı “dini üsullar”dan istifadə edərək gözəgörünməz olmağı bacarıb. Necə deyərlər, cənab Qurbanlı öz balaca köşəsinə çəkilərək “böyük işlər” görməkdədir. Onun biznes imkanlarına malik olması haqda kifayət qədər məlumatlar mövcuddur. Komitə sədrinin öz mənzilini milyonluq pəncərə sistemi ilə təchiz etməsi, onun hansı “işlər”lə məşğul olduğunu bilmək üçün kifayət edir. On ilə yaxındır ki, “gözdən uzaq, könüldən iraq” gəzməyi bacaran Mübariz Qurbanlının Dini Komitə ilə uzaqdan-yaxından bağlılığı olmadığı, din-dövlət münasibətlərinə xələl gətirdiyi, bu istiqamətdə heç bir iş görmədiyi gün kimi ortadadır. Nəzərə almaq lazımdır ki, Azərbaycan dini ideologiya cəhətdən çox həssas regionda yerləşir və cənub qonşumuz İranın bu mənada ölkəmizə təsir imkanları çox böyükdür.

Vəzifəsi QMİ ilə bərabər ölkədə dini-ideoloji mühiti sağlamlaşdırmaqdan, milli din xadimlərini yetişdirməkdən, dövlət-din münasibətlərini tənzimləməkdən və xarici təsirlərdən qorumaqdan ibarət olan Komitənin bu sahədə heç bir fəaliyyəti yoxdur. Heç Mübariz Qurbanlı özünə əziyyət verərək televiziya kanallarına çıxıb ölkədə baş verən dini proseslər haqda kəlmə kəsməyi də özünə rəva görmür. Məhz bu səriştəsiz fəaliyyətin nəticəsidir ki, ölkənin dini cameəsində İran təsiri öz sözünü deyir. Digər tərəfdən, axırıncı dəfə Mübariz Qurbanlının hansısa televiziya efirinə çıxıb Prezident tərəfindən həyata keçirilən islahatlar barədə danışdığını da xatırlamıram. Sanki cənab Qurbanlı Azərbaycanda yaşamır və ölkədə baş verən proseslərin bu şəxsə heç bir aidiyyatı yoxdur. Belə olan təqdirdə haqlı sual meydana çıxır: Görəsən, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi nəyə və kimə lazımdır? Ümid edirəm ki, Mübariz Qurbanlı uzun müddətlik sükutu pozaraq sualın cavabına özü şəxsən aydınlıq gətirəcək. Amma hər bir halda Komitənin və onun sədrinin fəaliyyəti haqqında aidiyyatı qurumlar araşdırmalara başlasalar, bir çox qaranlıq məqamlara aydınlıq gətiriləcəyinə şübhə etmirəm.

Mövzunu KONKRET.az-a şərh edən Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev bu şəxsin Azərbaycan xalqının var-dövlətinə susadığını bildirib: “Dini Komitə ləğv edilməlidir, bu qurum kimə lazımdır ki? Komitə rəhbəri Mübariz Qurbanlı ayrı işlərlə məşğuldur. Komitəyə rəhbərlik etməyə layiq deyil, pivə içəndir. Bu şəxs İslam dininə layiq deyil, ancaq xəyanətlə məşğuldur. Hamısı Ramiz Mehdiyevin kadrıdır və ölkədə qarışıqlıq yaratmaqla məşğuldur. Bu gün ölkədə böyük narazılıqlar hökm sürür. Bu narazılıq dalğasını isə həmin şəxs və onun kimi digərləri yaradır. Ona görə də, hesab edirəm ki, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinə böyük vəsaitlərin ayrılmasına ehtiyac yoxdur”.

Hafiz Hacıyev əlavə edib ki, həm “QMİ”nin, həm də Dini Qurumlarla Komitənin sədri yerində olmayan şəxslərdir: “Mübariz Qurbanlı Ramiz Mehdiyevin kadrıdır. Bu şəxs Mehdiyevin kabinetinə girərək onun əlindən öpüb və “Boz kardinal”a sitayiş edib. Şəxsən özü mənə deyib ki, Ramiz Mehdiyev bizim ağsaqqalımızdır. Onun əlindən öpsən sənə də vəzifə verəcək. Amma biz dövləti sevən və müdafiə edən insanlarıq və hər zaman Prezidentin yanında olmuşuq. Bizə təzyiqlər olsa da, nöqsanları hər zaman dilə gətirmişik. Bir daha deyirəm, Dini Komitənin mövcudluğunun heç biri xeyiri yoxdur. Ya QMİ olmalıdır, ya da Komitə. Bu qurumların ikisindən biri ləğv edilməlidir”.

Partiya sədri Mübariz Qurbanlının çox böyük biznesə sahib olduğunu vurğulayıb: “Kabinetlərdə oturub dövlət telefonları ilə bu məsələləri həll edirlər. Onların başqa vəzifələri yoxdur. Məqsədləri ancaq büdcəni dağıdıb yeməkdir”.
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, Sumqayıtda fizika müəllimi şagirdin saçını kəsib.

TEREF.AZ xəbər verir ki , məktəblinin saçını kəsən 29 nömrəli məktəbin müəllimi Mədinə Məmmədova Abşeron rayon Dövlət Yol Patrul Xidmətinin inspektoru Turqay Mirzəyevin anasıdır.

Qeyd edək ki, şagird dərsə "səliqəsiz" saçla gəldiyinə görə fizika müəlliminin onu vurduğu və saçını qırxdığı bildirilib.manset.az

 

Ardını oxu...
Cümləni düzgün yaza bilməyən qurum Xalqın balalarını imtahan edir

Dövlət İmtahan Mərkəzinə təcili bir Azərbaycan dili müəllimi lazımdır. Ölkənin ən böyük imtahan qurumunun açıqlamasından da hiss olunur ki, Azərbaycan dilindən xəbərləri yoxdur. Olsaydı belə bir açıqlama yaymazdılar.
İndi Sizi Dövlət İmtahan Mərkəzinin valideynlərin narahatlığı ilə əlaqədar yaydığı açıqlama ilə tanış edirik:
“Bununla əlaqədar olaraq bildiririk ki, şagirdlərə təqdim olunan yazılı cavab tələb edən açıq tipli bu tapşırıq qüvvədə olan təhsil proqramı və dərsliklərdə yer alan və tapşırıqda yoxlanılması nəzərdə tutulan biliklər əsasında elmi-metodiki qaydalara uyğun şəkildə hazırlanan meyarlar əsasında qiymətləndirilə biləcək bir tapşırıqdır. İmtahan iştirakçıları meyarlarla nəticələr elan olunanda tanış ola biləcəklər”.
Qurumun açıqlamasından da bu açıq-aydın hiss olunur ki, Dövlət İmtahan Mərkəzində Azərbaycan dili müəlliminə ehtiyac var. Əgər qurumda Azərbaycan dilini bilən yoxdursa, o zaman heç olmasa vakansiya elan edib bir Azərbaycan dili müəllimi işə götürsünlər.
Burdan ictimaiyyət nümayəndələrinə, jurnalistlərə və Azərbaycan dili müəllimlərinə səslənirəm: şagirdiniz belə cümlə yazsaydı, ona hansı qiyməti yazarıdınız?

Elmar Hüseynov - DİA.AZ
0
 
 
Ardını oxu...
“Media azadlığı, bütün digər fundamental azadlıqlar və insan hüquqları kimi, sülhün və uzunmüddətli təhlükəsizliyin təməl blokudur”.

DİA.AZ-ın Gununsesi.info-ya istinadən xəbərinə görə, bunu ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun direktoru Matteo Mecacci ATƏT regionunda media sahəsindəki durumdan danışarkən deyib.

Qeyd edək ki, bu gün Vyanada ATƏT sədrinin Media Azadlığı Üzrə Xüsusi Nümayəndəsinin, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun təşkilatçılığı ilə İnsan Ölçüsü üzrə Əlavə İclası keçirilib.

İclasda çıxış edən DTİHB direktoru Matteo Mecacci daha sonra deyib: “Media azadlığı, bütün digər fundamental azadlıqlar və insan hüquqları kimi, sülhün və uzunmüddətli təhlükəsizliyin təməl blokudur. Media azadlığına hörmətsizlik hər bir fərdin hüquqlarına və nəticədə cəmiyyətlərimizin sabitliyinə mənfi təsir göstərir. Seçkilər zamanı medianın oynadığı kritik rola, eləcə də hüquq müdafiəçilərinin işinə nəzər saldıqda aydın görürük ki, azad və müstəqil media demokratik təsisatlara ümumi etimad üçün həyati əhəmiyyət kəsb edir”.
Ardını oxu...
İki gündür Azərlotoreyanın keçirdiyi bəzi oyunları araşdırıram. Gəncliyimdə Türkiyədə 6/49 oynamışam. İnanırdım ki, udacağam. Çoxlu variantlar yazmış, kiçik bir sistem yaratmışdım. İki dəfə 4 nömrə də tutdum…

Sonradan başa düşdüm ki, fırıldaqdır. Uduş variantını əvvəlcədən müəyyən edirlər. Yəni lototrondan çıxan rəqəmlər təsadüfi deyil. Dövlət hərif deyil, heç vaxt təsadüfi adama milyonlar verməz.

Hazırda Azərbaycanda bütün televiziyalar, media 913 min manat udduğu deyilən Xaçmaz sakinin reklam edir. Bu, qumarın dövlət səviyyəsində təbliğidir. Özü də düzgün, şəffaf olmayan, şərtləri, mexanizmləri dolaşıq, müəmmalı olan qumar oyunlarının.

O xaçmazlı daşsatan adam (Kamran Məmmədsəidov) yetimin biridir, ona o qədər pulu heç kəs verməz. Öyrədib çıxardıblar efirə, deyir, 10 min Yaşat fonduna, 10 min Heydər Əliyev fonduna, 10 min də nə bilim nə fonduna köçürəcəyəm. Bədbəxt oğlu, Heydər Əliyev fondu sənin pulunu neynir? Özü ona-buna pul, ev verir. Udmusan, get problemini həll elə də, ağzında düz-əməlli dişin yoxdur, onu düzəltdir.

Deyir, daş satmağa davam edəcəyəm. Heç milyonçu da daş satar? Yenə daş biznesini genişləndirəcəyəm desəydi, dərd yarı idi. 900 min manatı olan adam da səhərdən axşamacan 5-6 yüz manat qazanmaq üçün toz-torpağın içində eşələnər? Onu qəsdən belə öyrədiblər ki, gələcəkdə kimsə araşdırsa, görsün ki, “gözütox” adamdır, milyonu olsa da, halal zəhmətlə dolanır. Halal zəhmətlə yaşamaq istəyən adam lotoreya niyə alır? Zalım oğlunun bir 20-30 minlik maşın alacağam deməyə də dili gəlmədi. Bilirsinizmi niyə? Çünki onda o pul sadəcə yoxdur. Ona uzaq başı efirə çıxdığına görə 5-6 min verəcəklər. Nə isə, yaşayaşarıq görərik…

Əgər bizdə düz-əməlli media olsaydı, o işin bütün arxa planını tapıb qoyardı ortaya. Təəssüf ki, yoxdur. Olmasında da heç kəs maraqlı deyil.

Məsələ burasındadır ki, “cek-pot” deyilən yüksək məbləği kefləri istəyən vaxt, kefləri istəyən oyunçu üçün çıxarmaq imkanları var. Müasir İT-nin, süni intellektin əlində bu heç nədir. Əgər uduş turajı keçirildikdən dərhal sonra, irili-xırdalı bütün uduşları qəpiyinə qədər elan edə bilirlərsə, lototrondan istənilən rəqəmləri çıxarmaq heç nədir.

Sual olunur: niyə cek-potdan başqa digər uduşlar çox cüzidir? Niyə oynayan adam yalnız ildə bir dəfə çıxaracağınız və milyonda bir şans verməyən cek-potda maraqlı olmalıdır? Əgər düzgün, xalqı əyləndirməyə yönəlik layihə olsaydı, aşağı və orta uduşlar da cəlbedici olardı. Amma cek-pot xaric, digər uduşlar qəpik-quruşdur.

Oyunların şərtlərini, cek-pot udma ehtimalını riyazi baxımdan hesablayanda açıq-aydın görürsən ki, bu ehtimal yox dərəcəsindədir. İnanın ki, arabir özləri yalandan kiməsə çıxdığını elan edib, hay-küy qaldırmasalar, illərlə heç kəs heç nə uda bilməz və zatən heç kəs heç nə udmur da. Çünki ehtimal nəzəriyyəsi bu şansın sıfra yaxın olduğunu təsdiqləyir.

Bir sözlə, Azərlotoreya dövlət səviyyəsində fırıldaqla, vətəndaşları aldatmaq və soymaqla məşğuldur.

Nadir QOCABƏYLİ,

Azinforum.az
 
Ardını oxu...
Deputat Etibar Əliyev Ali Məhkəmənin səlahiyyət müddəti bitən sabiq sədri Ramiz Rzayevə ağır ifadələrlə ittihamlar səsləndirib.

Tribunainfo.az onun çıxışını təqdim edir: “Məhkəmə – ədalətin simvoludur. Ali Məhkəmənin sədri Ramiz Rzayevin səlahiyyət müddəti bitib və mən etik prinsiplərə əməl etmədən deyirəm ki, adam rədd olub gedib, bu sistemdən. Bu adam nəyinsə müqabilində saxta diplomlu hakimləri müdafiə edib. Onları irəli çəkib. Bu adam aşağı məhkəmə orqanlarının qərarlarını maddi marağı səviyyəsində dəyərləndirib. Bu adam işində hər addımda Konstitusiyamızın maddələrini kobud şəkildə pozub. Bu adam məhkəməni şəxsi mülkiyyətinə çevirmişdi. Ən varlı adamlardan biridir. Obyektlərinin, evlərinin sayının həddi- hüdudu yoxdur. Və bu adamın işdən rədd olunmasını dəstəkləyən bir müsbət fikrə rast gəlmisinizmi? Mümkün deyil…Məhkəmə sisteminə vurduğu ağır və sarsılmaz zərbələrin bərpası üçün böyük vaxt itkisi tələb olunacaq. Məhkəmə sistemində də toy- bayramdır”.
 

Dünyapress TV

Xəbər lenti