Ardını oxu...
Naxçıvanda imkansız ailələrə verilən ünvanlı sosial yardımın şərtləri sərtləşdirilib. Bundan sonra dövlətdən yardım almaq istəyənlər həm də adlarına mobil telefon nömrəsi olmamasıyla bağlı Azərbaycandakı bütün mobil operatorlardan arayış gətirməlidir. Bu arayışı təqdim edə bilməyənlərin yardımla bağlı müraciətləri rədd ediləcək. Yeni qayda hələlik Sədərək rayonunda tətbiq olunur və bu arayış ucbatından bütün sosial müavinətlərin verilməsi dayandırılıb.
Teref.az yazır ki, yerli sakinlərin „Gündəlik Naxçıvan“a verdikləri məlumata görə, rayonda ünvanlı sosial yardımın verilməsi iki ay öncə dayandırılıb. Bu yaxınlarda isə, hamıya deyiblər ki, özünün, yaxud ailə üzvlərindən birinin adına mobil telefon nömrəsi olanlara yardımın verilməsi davam etdirilməyəcək. Rayon sakini Şahin Qurbanov deyir ki, üç aydır aldığı yardım kəsilib:
“Bu şərt o deməkdir ki, bundan sonra heç kimə yardım verilməyəcək. İndi hansı zəmanədir ki, kiminsə mobil nömrəsi olmasın? Fondsanteile dedilər ki, bütün mobil operatorlardan arayış gətirin ki, ailədə heç kimin adına mobil nömrə yoxdur. Əks təqdirdə yardımlar bərpa olunmayacaq. Əvvəl avtomobil, torpaq sahəsi olanlara sosial dövlət yardımı vermirdilər. İndi də adımıza mobil telefon nömrəsi olmasını bəhanə edirlər. Ailədə 5 nəfərik. Heç birimiz işləmirik. 3 aydır verdikləri sosial yardımı kəsiblər. Get-gələ saldılar. Yol polsi daxil bütün qurumlardan arayış aldım. Baxdılar ki, sosial yardım həqiqətən düşür. Mobil operatorlardan arayış gətirməyimi istədilər. Dövlət sosial yardımını dayandırıb, iş də tapa bilmirəm. İndi mən ailəmi necə dolandırım?”
Digər sakin R. Səfərov deyir ki, bu yaxınlarda rayona gələn nazrə şikayət etsələr də heç bir nəticəsi olmayıb:
“Ailəmiz 4 nəfərdən ibarətdir. Indiyə kimi 350 manat yardım alıb, birtəhər keçinirdik. İndi deyirlər ki, həm adına torpaq var, həm də mobil telefon nömrəsi. Bu səbəbdən sizə yardım düşmür. Nazrə dedik, heç əhəmiyyət də vermədi“.
Teref.az
 
Ardını oxu...
Bu günlərdə sosial şəbəkədəki dostlardan biri Azərbaycanda əhali sayının dinamikası ilə bağlı məlumat yollayaraq, müxtəlif illərə dair (2022 və 2023) rəqəmlər arasındakı ziddiyyətlərə diqqətimi çəkdi. İstinad olunan mənbələr kimi media götürüldüyü üçün daha etibarlı mənbələrə müraciət etməyə qərar verdim.

Məlum oldu ki, ildən ilə Azərbaycan əhalisinin sayı ilə bağlı Dövlət Statistika Komitəsinin verdiyi rəqəmlərdə formal baxımdan artım görünsə də əslində vəziyyət tam əksinədir: Azərbaycanda əhali sayı sürətlə azalmaqdadır. Bu faktı həm də bir sıra beynəlxalq institutların verdiyi proqnozlar da təsdiq edir.

O cümlədən BMT-nın verdiyi proqnoza görə 2050-ci ildə Azərbaycan əhalisinin sayı azalacaq yeganə müsəlman ölkəsidir. Amma məni bir araşdırmaçı kimi bu faktın özündən çox onun səbəbləri maraqlandırır və həmin maraq da bu gün yaranmayıb. Başqa sözlə, demoqrafik dinamikaya təsir edən amillər və onların səbəbləri.

Həmin səbəblərə gəldikdə isə onların bir çoxlarının elə demək olar ki, daim müzakirə edilənlər olduğu üzə çıxır. Məsələn, ölkədəki qurulan ailələrlə boşanmalar arasında olan nisbət və onun dinamikası, əhalinin (e)miqrasiyası və buna səbəb olan sosial-iqtisadi amillər, ölkə əhalisinin cinsi tərkibinin dəyişməsi, xəstəliklər və s.

Bunları və digər amilləri əks etdirən faktlara diqqət yetirəndə isə vəziyyətin yumşaq desək, ürəkaçan olmadığı üzə çıxır. Məsələn, aydın olur ki, bir çox kriteriyalar üzrə Azərbaycan MDB ölkələri arasında sonuncu yerdədir. Nə qədər təəccüblü görünsə də bunların arasında təhsil və elmlə bağlı göstəricilər də var.

Yəqin kimsə deyəcək ki, bunun əhali artımı ilə nə əlaqəsi? Birbaşa əlaqəsi var və bunu sonrakı yazılarımda izah edəcəyəm. Azərbaycanda illərdir israrla uşaqpulu verməkdən imtina olunur. Daim bunun səbəblərini bilmək istəsək də, əvəzində oyuncaq kukla deputatların psixiatriyanın predmeti ola biləcək “izahlarını” eşidirik.

Götürək elə ölkədəki insan ömrü uzunluğunu: Azərbaycanda həmin rəqəm 67 yaş təşkil edir ki, bu da bir çox Afrika ölkələrindəkindən aşağıdır. Ürək-damar xəstəlikləri üzrə Azərbaycan dünyada ikinci yerdədir, xərçəngin yayılması ilə bağlı statistik göstəricilər isə ümumiyyətlə gizlədilir, yayılanlar isə etimad doğura bilməz.

Ölkədə nə ərzaq (ərzaq məhsulları istehsalının həcmi), nə də qida təhlükəsizliyi (əhalinin aldığı qida məhsullarının keyfiyyəti) təmin olunmayıb. Təsisçilərinin və rəhbərlərinin Azərbaycan xalqına və dövlətinə heç bir aidiyyatı olmayan “Azersun Holding” kimi şirkətin ərzaq bazarında inhisarçı mövqe tutması da başqa bir problemdir.

Strateji göstərici olan əhali sayının dinamikasına birbaşa təsir edən sadalanan və hələlik sadalanmayan (onlara da mütləq toxunulacaq) onlarla məsələ ilə bağlı araşdırmalarımı yaxın zamanlarda diqqətinizə təqdim edəcəyəm. Bütün bu məsələlərlə bağlı hələlik yekun dəyərləndirmə vermək tələskənlik olardı.

Odur ki, onu müzakirələrin sonunda birlikdə təqdim edərik. Hələlik isə hər kəsi yaxın günlərdən başlayaraq paylaşacağım mövzularda təqdim olunan məsələlərin müzakirəsində fəal iştiraka dəvət edirəm. Çünki qarşımızda ciddi suallar durur. Onlardan ən əsası da xalq olaraq yaxın illərdə hansı təhdidlərlə üzləşə biləcəyimizdir.

Ərəstun Oruclu

Gununsesi.info
Ardını oxu...
"Ölkənin ən böyük mobil operatoru" kimi tərifli ünvanlarla təbliğ olunmağı sevən "Azercell"dən yenə də şikyətlər var. DİA.AZ bildirir ki, bu dəfə özünün "facebook" səhifəsində jurnalist Rəşad Sarıyev narazılıq edib.
Ardını oxu...
Jurnalist yazır: " "Azercell"dən həftəsonu paketi almışam. Dəysin təpəsinə. Heç bir videoya baxmaq olmur. Təmiz əsəblərim pozulub. Haramınız olsun..."

Qeyd edək ki, izləyicilər də adekvt reaksiyları ilə diqqətə gəliblər...
Ardını oxu...
Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
 
 
 
Ardını oxu...
Naxçıvandakı aztəminatlı ailələrə Zəfər Günü ərəfəsində sovqat paylanıb. Yardım almaq istəyənlərdən isə, əllərində bağlama kameraya baxıb, minnətdarlıq şəkili çəkdirmələri istənilib. Teref.az yazır ki, bu haqda „Gündəlik Naxçıvan“a yerli sakinlər məlumat verib. Məlumata görə, imkansız ailələrin bir çoxu bunu öz qüruruna sığışdırmayıb və yardımdan imtina edib. Onların arasında şəhid və qazi ailələri də var.
Başqa tənqid olunan məqam isə, bağlamaların içərisindəki ucuz ərzaqlar olub. Sakinlər deyir ki, yardım bağlamaları böyük görünsə də, içləri yarımçıq doldurulub. Onların hər birinin içərisində cəmi 1 litr günəbaxan yağı, 2 kilo düyü, 2 kilo un, iki ədəd yarım kiloluq makaron və bir qutu vafli olub.
Yardımın təşkilatçısı Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasıdır. Rəsmi məlumata görə, yardım şəhid və qazi ailələrinin də daxil olduğu 1250 ailə üçün nəzərdə tutulub.
Sovqatların mənzilbaşına yola salınma mərasimində Prezidentin Naxçıvan üzrə səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli və muxtar respublikada səfərdə olan konfederasiya sədri Səttar Möhbalıyev də iştirak ediblər.
Şəkil Fuad Nəcədlinin rəsmi İnstaqram səhifəsindən götürülüb.
 

Ardını oxu...
DİA.AZ bildirir ki, Abşeron rayonu, Saray qəsəbəsinin sakini Nəcəfov Yalçın Mehbalı oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi deyir ki, "insult" keçirib və müalicəsi yoxdur, amma sosial yardım ala bilmir:

"Diqqətinizə çatdırım ki, mən iki il bundan qabaq ağır "insult" keçirmişəm. Bu günə kimi baxıma ehtiyacı olan xəstəyəm.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə xəstəliyimi tanımayıb, mənə imtina sənədini göndərir. Həkim sənədlərdə də təsdiq edir ki, mən ağır xəstəyəm.

Nazirlik deyən kimi müalicə olunan xəstəyəmsə onda məni müalicə edə biləcək həkim tapsınlar. Axı heç bir həkim sənədlərimə baxan kimi məni qəbul etmir.

Mənim kimi baxıma möhtac xəstələrə sosial yardım verilmir, amma məndən qat-qat sağlam, adı xəstə olanlara verilir”.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxladıq. Vətəndaşın şikayətinin araşdırılacağı bildirildi.

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Pensiya orqanları dövlətin hüquqi, demokratik adını ləkələyirlər
Dövlətin adından çıxarılan məhkəmə qərarını borclu pensiya orqanı 6 ildən sonra ləğv edib (?)
Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsində Azərbaycan dövlətinin hüquqi,
demokratik respublika olduğu, dövlət hakimiyyətinin daxili məsələlərdə yalnız HÜQUQla, xarici
məsələlərdə yalnız dövlətin tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə MƏHDUDLAŞDIRILDIĞI
doğrulanıb. Ana Qanunun 129-cu maddəsinə görə, məhkəmə qərarları dövlətin adından çıxarılır və
icrası hamıya məcburidir; məhkəmə qərarlarının icra olunmaması qanunla müəyyən edilmiş
məsuliyyətə səbəb olur.
Pensiya təminatını, təyinatını gerçəkləşdirən orqanlar isə dövlətin hüquqi, demokratik respublika
olmadığənı, dövlət hakimiyyətinin daxili məsələlərdə yalnız hüquqla yox, özbaşınalıqla
məhdudlaşdırıldığını ortaya qoyurlar. Vətəndaşın Konstitusiyanın 68-ci maddəsi ilə təminat verilən
özbaşınalıqdan müdafiə və vicdanlı davranış hüququna da qadağa qoyulub. Özbaşınalqdan,
vicdansız davranışdan dövlət hakimiyyəti, hüquq mühafizə orqanlarına edilən şikayətlər barəsində
şikayət edilən qurumun , vəzifəli şəxsin özünə göndərildiyindən, qanunun aliliyi, hüququn üstünlüyü
yox, “dedığım dedığdır” özbaşınalığı hökm sürür.
Özbaşınalığa , dələduzluğa, korrupsiya cinayətinə baxın, borclu DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə
Mərkəzi Filialı 6 ildən sonra dövlətin adından Bakı İnzibati Məhkəməsinin (keçmiş 1 saylı BİİM)
çıxardığı 05.07.2017 tarixli , 2-1(81)-1889/2017 tarixli qərarını 6 ildən sonra ləğv edib .(?) Düşünmək
olardı, “siçanın çaşıb pişikdən pasport tələb etməsi” gülməcəsində olduğu kimi, borclu Filial çaşıb,
tələbkardan borc tələbi bir yana, hakim kimi dövlətin adından çıxarılan qərarı ləğv edib.
“Kəlləmayallaq” hüquq özbaşınalığının dövlətin sosial, hüquq siyasətini kəlləmayallaq etməsi göz
qabağındadır. Axı dövlətin adından çıxarılan məhkəmə qərarını , özü də 6 ildən sonra heç Prezident ,
Milli Məclis, Konstitusiya Məhkəməsi, Ali Məhkəmə də ləğv edə bilməz, hansısa pensiya qurumu,
özü də məhkəmə qərarı ilə üzərinə öhdəlik qoyulan qurum Konstitusiyanı necə ləğv edə bilər? Belə
hüquqi, demokratik dövlət , əlbbəttə, analoqsuzdur.
Ombudsman Aparatından Fond rəhbərinə göndərilən 07.07.2023 tarixli məktubda araşdırma
aparılması, insan hüquqları üzrə müvəkkilə bilgi verilməsi istənilib. 3 aydan sonra verilən cavabla
30.12.2020 tarixli qanunun məhkəmə qərarını ləğv etdiyi(?) bildirilib və ombudsman bu bildirişi
konstitusiya aktı kimi qəbul edib. (??) Bakı İnzibati Məhkəməsi (hakim Günel xanım Sevdimalıyeva)
isə 19.06.2023-cü il tarixli məktubla borclu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialından 6 il qabaq
çıxarılan 05.07.2017 tarixli, 2-1(81)-1889/17 saylı qərarın icra vəziyyəti və qaydası haqqında qısa
müddətdə cavab verilməsini TƏLƏB EDİB.
Məhkəmə tələbindən 5 ay “qısa müddət” keçməsinə baxmayaraq, hələ də bir sonuc yoxdur, hüquq
özbaşınalığı sürür. Məhkəməyə də borclunun məhkəmə qərarını ləğv etməsi “hüquq və azadlıq”
özbaşınalığı kimi sırınıb. (??) Özbaşınalığın, vicdansızlığın, hüquqsuzluğun sonu görünmür. Hələ ki,
“divar qurtarmır”, pensiya ödəyən orqanlar özbaşınalıq “divarından tutub gedirlər”. Haraya qədər ?
Qazilərin axırına çıxana qədər?..
Məğrur Bədəlsoy
Teref.az
 
 
 

Ardını oxu...
Vaxtilə Bakını altını üstünə çevirən, düz 20 il şəhəri qarış-qarış satan keçmiş mer Hacıbala Abutalıbov indi yalan olub, əksinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ona sağlığında rəhmət oxutmaqdadır. Abutalıbov heç olmasa bəzi hallarda paytaxtın abadlığı, nizam-intizamı, tikinti normativləri üçün müəyyən düzgün addımlar atırdısa, hazırda komitə şəhəri tamamilə bərbad vəziyyətə salmaqdadır. Komitənin sədri Anar Quliyevlə onun 1-ci müavini Namiq Hümmətov Bakıda eninə-uzununa bütün tikinti normativlərinin kobud şəkildə pozulmasına şərait yaradırlar, göz yumurlar. Bununla həm şəhərin arxitekturası, memarlıq quruluşu terror edilir, həm də qanunsuzluğa yol verilir.

Ardını oxu...

Prezident İlham Əliyev bir neçə dəfə qanunsuz tikintilər haqda sərt danışıb, şəhərin arxitekturasına kobud müdaxilə ilə bağlı xəbərdarlıq edib. Lakin görünən budur ki, komitə sədri Anar Quliyev və müavini Namiq Hümmətov tandemi bu tapşırıqları qulaqardı edərək öz işindədirlər. Artıq Bakının rayonlarının icra başçıları və Meriya da bu prosesdə az qala səlahiyyətsiz qurumlara çevriliblər, çünki bütün tikinti məsələlərinə Şəhərsalma komitəsi nəzarət edir, sərəncam verir. Amma adından, fərqli olaraq, bu komitəni Şəhərsalma deyil, şəhərdağıtma kimi təqdim etmək daha məntiqli görünərdi. Buna dair çoxsaylı faktlar göstərmək olar
Bu yaxınlarda araşdırmaçı jurnalist Cavanşir Həsənli Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Məhəmməd oğlu Hümmətovla bağlı geniş ictimai marağa səbəb olacaq məlumat paylaşmışşdı. “Namiq Məhəmməd oğlu Hümmətov 4 iyun 2020-ci ildən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavinidir. Bundan əvvəl sözügedən komitənin tabeliyində Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin Şəhər Ərazisinin Tikinti Planlaşdırma İdarəsinin rəisi, daha sonra Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi vəzifələrini icra edib. Namiq Hümmətovun qardaşı Natiq Hümmətov Məhəmməd oğlu 2015-ci ilin noyabrında HN (Hümmətov Namiq) GROUP MMC-ni qeydiyyatdan keçirib. Namiq Hümmətov sözügedən komitədə yüksək vəzifəyə təyin edildikdən sonra MMC Qapalı Səhmdar Cəmiyyətə çevrilib və nizamnamə kapitalı 2010 manata çatdırılıb. Şirkətin qanuni təmsilçisi Məmmədov Elşən Oqtay oğludur.Şirkətin ilk qeydiyyatda olduğu ünvanda – Yasamal rayonu Tbilisi prospekti ev 41, mənzil 47-də 2009-cu ildə “NN GROUP” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ də (qanuni təmsilçisi Əfqan Tapdıq oğlu Əliyev) qeydiyyatdan keçib. “NN” böyük ehtimalla Namiq və Natiq qardaşlarının adlarının abbreviaturasından götürülüb. Sonradan hər iki şirkətin qeydiyyat ünvanıarı dəyişdirilib. Hər iki şirkət Mənzil İnşaatı Dövlət Agentliyinin son 4 il ərzində elan etdiyi tenderlərdə ümumilikdə 177 milyon manatdan artıq sifariş əldə edib və “tender çempionu” adı qazanıb. “NN GROUP” MMC iştirak etdiyi dövlət tenderlərindən 88 milyon 528 min 835 manatlıq sifariş “tutub”. Şirkət bu sifarişləri cəmi 7 tenderlə əldə edib – bir tenderin orta qiyməti 12 milyon manatdır. «HN Construction» MMC də tenderləri “MİDA” MMC-dən qazanıb. Şirkət 7 tenderlə bu qurumdan 88,5 milyon manatdan çox sifariş əldə edib.
Açıq tenderlərdə məlum nəticələr:
* MİDA-nın sifarii əsasında Hövsan qəsəbəsində 7 mərtəbəli yaşayış binasının tikintisi üzrə tender – NN GROUP MMC (13655137.22 manat);
* MİDA-nın sifarii əsasında Sumqayıtda 9 mərtəbəli 2 yaşayış binasının tikintisi – NN GROUP MMC “Amal Group” MMC ilə birlikdə (7499824,8 manat);
* MİDA-nın sifarii əsasında Hövsanda 1920 şagird yerlik məktəb binasının tikintisi və avadanlıqlarla tam təchiz edilməsi işləri – “HN Construction” MMC (9281713.27 manat)
* MİDA-nın sifarii əsasında Gəncə şəhərində yeni yaşayış kompleksinin tikintisi (“Amal Group” və “NN Group” MMC-lərin konsorsiumu) – ümumi məbləği 15 milyon 179 min 898 manat olan 2 müqavilə (5 nömrəli 9 mərtəbəli 2 bloklu, 6 və 7 nömrəli 12 mərtəbəli 1 bloklu yaşayış binalarının tikintisi – 8 milyon 858 min 274 manat; 3 və 4 nömrəli 9 mərtəbəli 2 bloklu digər yaşayış binalarının tikintisi – 6 milyon 321 min 624 manat)
* MİDA-nın sifarişi əsasında Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında yerləşən Yasamal Yaşayış Kompleksində 1200 şagird yerlik tam orta məktəb binasının tikintisi və avadanlıqlarla təchiz edilməsi – NN Group MMC (7247166 manat)
* MİDA-nın sifarii əsasında Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında yerləşən Yasamal Yaşayış Kompleksində 12 mərtəbəli 1 bloklu 5 yaşayış binasının və 100 yerlik uşaq bağçasının tikintisi – HN Construction MMC (13281645.01 manat)
* MİDA-nın sifarii əsasında Yasamalda daha bir yaşayış binasının tikintisi – “NN GROUP” MMC (16171000 manat).
Adı çəkilən hər iki şirkət hazırda işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Şuşada bərpa və tikinti layihələrində də iştirak edir. Namiq Hümmətovun oğlu Toğrul Hümmətov Nyu-Yorkda təhsil alıb, 2018-2020-ci illərdə “NN GROUP”-da maliyyəçi (şirkətin sahibindən və direktorundan sonra ikinci şəxs) kimi fəaliyyət göstərib, 2020-ilin avqustundan ABŞ-da yaşayır, korporasiyalara, hökumətlərə və digər təşkilatlara peşəkar xidmətlər təklif edən McKinsey & Company qlobal idarəetmə konsaltinq şirkətində çalışır. 2014-cü ildə ABŞ-ın Men Ştatında “Thornton Academy” məktəbini qızıl medalla bitirdiyi üçün ABŞ-ın o zamankı prezidenti Barak Obama tərəfindən fəxri diplomla mükafatlandırılıb”.
Göründüyü kimi Namiq Hümmətov dövlətdən oğurladığı pullar hesabına oliqarxa çevrilməyi bacarıb. Aktualxeber.az-ın redaksiyasına daxil olan məlumata görə son günlər onun başı dərddədir. Belə ki, bəzi tikintilərə aldığı milyonlarla rüşvətin müqabilində qanunsuz olaraq verdiyi icazələrə görə onu təftiş etməyə başlayıblar. Bu yoxlamalar nəticəsində onun bir çox əməlləri və qazandığı çirkli pullar aşkar edilibdi. Aparılan yoxlamalar yekunlaşmadığından biz bəzi məsələləri açıqlamağı sonraya saxlayırıq. Bir onu deyə bilərik ki, bu yoxlamalardan sonra təkcə vəzifəsini deyil, azadlığını da itirə bilər.
Mövzuya qayıdacağıq və qarşı tərəfi də dinləməyə hazırıq.
 //TEZEXEBER//

Ardını oxu...
" "Rahat" market özünə hörmət eləmir. Ya da sırf mənim tez-tez getdiyim filialları özünə hörmət eləmir". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Əmirqulu Hüseyn adlı istifadəçi giley edir.

Narazı vətəndaş daha sonra qeyd edir: "Keçən dəfə bir paket xurma almışdım, 10 dənəsinin qiyməti vurulmuşdu bir məhsula. Satıcı da deyir 20 neçə manat. Mən fikir verməsəydim, 1 paketə 10 dənəsinin pulunu verəcəkdim.

Selofanlara hazır çəkilib qoyulmuş ləbləbiləri də eyni cürə. Üzərinə 2.60₼ yazılan badam kassada 3.10₼ çıxır. Soruşuram bunun qiyməti neçiyədir? Deyir, üzərində yazılıb. Deyirəm, bax üzərinə, üzrxahlıq etmək əvəzinə, mənə başa salır ki, bu endirimli qiymət olub zart-zurt.

Demək olar məhsulların 80%-inin altındakı qiymətlərinin razvalı qaçıb. Bir çox məhsulun qiyməti qarışıq qoyulub. Bu da müştərini çaş-baş salır. Mən məcbur vaxtımdan getsə də, barkodlarına baxmağa məcbur oluram. Vitirin düzülüşləri çox pintidir.

Rahatda bir çox xarici məhsulun üzərində tərkibi yazılmayıb. Səhv etmirəmsə, qanunla bütün paketləşdirilmiş məhsulların üzərində tərkibi azərbaycanca qeyd edilməlidir. Yanlışım varsa, bilənlər düzəltsin, zəhmət olmasa".
Ardını oxu...
Ardını oxu...
İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
 
 
 
Ardını oxu...
Doğmasını itirən üçün ölüm haqqında tibbi şəhadətnaməni almaq Azərbaycanda müşkülə çevrilib. Bu sənədin tərtibi və təqdim edilməsi proseduru həddindən artıq qəlizləşdirilib.
Ölüm haqqında tibbi şəhadətnaməni almaq üçün ən azı 5 tibbi instansiyadan keçmək lazım gəlir. Hansı ki, bu, vətəndaşlar üçün kifayət qədər vaxt itkisi deməkdir. Hələ şəhadətnamənin tərtibi üçün vətəndaşı saatlarla növbələrdə gözlədəndən sonra hansısa xırda sənədin gətirilməsi üçün bir neçə tibb müəssinə göndərdiklərini, müəyyən meyarlar uyğun gəlmədikdə isə təkrar sənəd tələb etmələrini demirik. Bir sözlə ölüsünün öldüyünü təsdiqləmək çətinliyi insanın sinirlərini əməlli-başlı tarima çəkir…
TƏBİB-in qoyduğu anormal qayda…
Belə bir anormal prosedurla bu günlərdə atasını itirən Sumqayıt sakini qarşılaşıb. Bizim.Media-ya müraciət edən vətəndaş atasının “ölüm kağızı”nı ala bilməsi üçün 6 ayrı-ayrı tibb müəssisəsinə yönləndirilib.
Hansı ki, həmin tibb müəssisələri də ötür-ötür oyunu oynayaraq vətəndaşı get-gələ salıblar.
Prosedurun lazımsız yerə mürəkkəbləşdirildiyindən gileylənən vətəndaş sistemsizlikdən və TƏBİB-in qoyduğu anormal qaydadan şikayətlənib:
“Atam 5 gün əvvəl evdə insultdan dünyasını dəyişib. Ölüm faktı və səbəbi hadisə yerinə çağırılan TƏBİB-in təcili yardım həkimləri tərəfindən təsdiqlənib. Mənə bildirildi ki, ölüm haqqında şəhadətnamə üçün əvvəlcə Sumqayıt Tibb Mərkəzinə yaxınlaşmalıyam. Orada akt və müəyyən məlumatlar əsasında arayış hazırlandı.
Həmin arayışla 13-cü mikrorayonda yerləşən 2 nömrəli Şəhər Xəstəxanasının Poliklinika şöbəsinə göndərildim. Atamın qeydiyyat kitabçası yoxlandı və mənə bildirildi ki, atamın bu tibb müəssisəsinə hər hansı şikayətlə bağlı müraciəti olmadığı üçün şəhadətnamə verə bilməzlər.
Oradan 5 nömrəli Ailə Sağlamlıq Mərkəzinə göndərildim. Mərkəzdə əməlli başlı biabırçılıq yaşandı. Əvvəlcə sənədləşdirmənin aparılması üçün mənə 12 vərəqli dəftər aldırdılar. Bu azmış kimi xeyli sayda tibb personalının çalışdığı mərkəzdə cəmi 1 kompüter olduğu üçün onun boşalmasını gözləməli oldum.
Sənədlər elektronlaşdırıldıqdan sonra TƏBİB-ə onlayn müraciət göndərildi. Hansı ki, TƏBİB müraciəti incələyib, təsdiqləyəndən sonra həmin cavab 4 nömrəli şəhər polinklinikasına göndəriləcək. Oradan isə Forma AZS-106 alıb ASAN Xidmətə təqdim etməliyəm ki, ölüm haqqında şəhadətnamə ala bilim. Hələki TƏBİB-in onlayn müraciəti təsdiqləməsini gözləyirəm”.
Özlərinin təsdiqlədikləri ölüm səbəbinə inanmırlar?
Vətəndaşın sözlərinə görə TƏBİB-in “ölüm kağızı” ilə bağlı bu cür bürokratik əngəl yaratması anlaşılan deyil:
“Təsəvvür edin ki, çalışan vətəndaşlar üçün bu prosedur nə qədər çətin və əlavə vaxt itkisidir. Yaxınını itirmiş, mənəvi cəhətdən çökmüş birinin bir parça kağız alması üçün 6 instansiya gəzməsinə nə ehtiyac var? Vətəndaşları niyə bu qədər incidirlər? Onsuz da mərhumun ölüm anı və səbəbi təcili tibb yardım vasitəsilə təsdiqlənib. Bəs, TƏBİB daha nəyi təsdiqləyir?”, – deyə şikayətçi etiraz edib.
Vətəndaşın işini yüngülləşdirəcək addımlar atılmalıdır
Məsələ ilə bağlı Bizim.Media-ya danışan millət vəkili Fazil Mustafa hesab edir ki, vətəndaşa sıxıntı verən proseslərin qarşısının alınması zəruridir:
“Bu məsələlər daha dəqiq və müəyyən informasiya almaq, eləcə də ölüm aktının təsdiqlənməsi üçün zəruri olur. Çünki sonradan bu məsələlərlə bağlı məhkəməyə müraciətlər olur. Çox güman ki, bunu sığortalamaq üçün belə bir prosedur qoyublar. Amma fikrimcə, prosedur asanlaşmalıdır və vətəndaşın işini yüngülləşdirəcək addımlar atmaq barədə düşünülməlidir”.
Xatırladaq ki, Ölüm haqqında tibbi şəhadətnamənin tərtibi və təqdim edilməsi proseduru Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası” ilə tənzimlənir.
Həmin Qaydanın 4.2-ci bəndinə əsasən ölüm hadisəsi evdə baş verərsə, Təcili və Təxirəsalınmaz Tibbi Yardım çağırılmalı, TTTY həkimi tərəfindən ölüm hadisəsinin təsdiqi barədə “xəbərdarlıq vərəqəsi” doldurulmalıdır. Həmin “xəbərdarlıq vərəqəsi” vətəndaşın qeydiyyatda olduğu ərazi üzrə tibb müəssisəsinə təqdim edilir.
Əgər ölümün səbəbi məlumdursa, həmin tibb müəssisəsi tərəfindən tibbi sənədlərə əsasən ölüm haqqında tibbi şəhadətnamə verilir.
Ölümün başvermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir.
Ölüm hadisəsi vəfat edən şəxsin müayinə və ya müalicə olunduğu stasionar tibb müəssisəsində baş veribsə, şəhadətnamə həmin tibb müəssisəsi tərəfindən verilir.
Ölüm faktı Təcili və Təxirəsalınmaz Tibbi Yardım gələnədək ( yəni həkimə qədər) baş veribsə, ölümün səbəbi məlum deyilsə (şikayəti olmayıb, heç bir poliklinikaya müraciət etməyib, tibbi sənədləri yoxdur, ölüm qəfil baş verib) ölüm haqqında tibbi şəhadətnamənin alınması üçün məhkəməyə müraciət edilir.
 
Ardını oxu...
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə faktı ilə bağlı məhkəmə araşdırmaları davam edir. Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə) maddəsilə təqsirləndirilən Məlikməmməd Qurbanovun işinə Bakı Hərbi Məhkəməsində baxılır.

Məlikməmməd Qurbanov Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin keçmiş rəisi, general-mayor Nizami Məmmədov və başqaları ilə əlbir olub külli miqdarda vəsaitlərin yeyintisində ittiham olunur.

Cinayət işinin materiallarında yazılıb ki, 2015-2019-cu illərdə büdcədən ayrılmış vəsaitlərin bir hissəsi o dövrdə Baş Qərargah rəisi olan Nəcməddin Sadıkovun tapşırığı ilə müəyyən şirkətlərin hesabına köçürülüb. Sonradan o şirkətlərin hesabından nağd şəkildə çıxarılaraq, geri qayıdıb. Alınan malların, göstərilən xidmətlərin dəyəri isə sənədləşmədə xeyli şişirdilib.

Cinayət işinin materiallarına əsasən, 4 il ərzində ordu üçün təkcə balıq məhsullarının alışı zamanı 400 min manat yeyinti olub. Bundan başqa, avtomobil, kompüter və s. avadanlıq, qida məhsullarının alışı zamanı da külli miqdarda mənimsəmə hallarına yol verildiyi iddia edilir.

Müdafiə Nazirliyinin keçmiş vəzifəli şəxslərilə bağlı cinayət işində ümumilikdə 92 milyon manatlıq mənimsəmədən söhbət gedir. Bunun 542 min manatlıq hissəsi Məlikməmməd Qurbanova aiddir.

Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin keçmiş rəisi, həbsdə olan polkovnik Məlikməmməd Qurbanov keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovu ittiham edib. Deyib ki, qiymət şişirtməsi və başqa üsullarla yeyinti nəticəsində əldə olunan milyonlarla vəsait Sadıqova çatdırılırdı. Bu barədə o, sentyabrın 15-də öz məhkəməsində danışıb.

M.Qurbanov bu ittiham üzrə özünü qismən təqsirli bilir. Deyir ki, nə tapşırıq verilibsə, onu icra edib.

“Mən hərbi hissələrdən gələn sifarişləri büdcə hesabına yerinə yetirirdim, vəzifəm bu idi. Mənə münasibətdə nə qədər mənimsəmə varsa, tam ödəmişəm”, - M.Qurbanov bildirib.

O, dindirmə zamanı prokurorun suallarını cavablandırarkən deyib ki, qiymətlərin şişirdilməsi və s. üsullarla əldə olunan vəsaitlər Baş Qərargah rəisinə çatırdı. Sonradan həmin vəsaitlərin hansı istiqamət üzrə gedəcəyini Nəcməddin Sadıkov özü müəyyənləşdirirdi: “Hara nə ödənilməlidir, bunu özü müəyyənləşdirirdi. Şirkətlərə verilən hər sifarişə görə şirkətlər bizə 15 faiz qaytarırdı”.

M.Qurbanovun sözlərinə görə, Silahlı Qüvvələr üçün ərzaq alışı ilə bağlı müxtəlif şirkətlərlə çalışsalar da, əslində onların hamısı bir adama məxsus şirkətlər idi. Amma təqsirləndirilən polkovnik konkret kimə məxsus olduğunu açıqlamaq istəməyib. Bununla belə, onu deyib ki, həmin adamın işlərini Avtandil Abdıyev görürdü.

“Biz də onunla işləyirdik. Süni şəkildə artırılan pulları da nağdlaşdırıb bizə o qaytarıb. 5 il ərzində Avtandil Abdıyev mənə hissə-hissə olmaqla, ümumilikdə 20 milyon manat pul verib. Mən də o 20 milyonun hamısını otağında Nəcməddin Sadıkova vermişəm”, - Qurbanov bildirib.

O əlavə edib ki, Sadıkovun tapşırığı ilə sonradan o puldan 1 milyon 200 min manat nazirin maddi-texniki təminat üzrə müavini Fuad Məmmədova, 800 min manat isə Maliyyə və Büdcə İdarəsinin rəisi Nizami Məmmədova verib: “20 milyon manatdan mənə 400 min manat pul verilib. Həmin pul da idarənin xərcləri və şəxsi xərclərimiz üçün verilib”. (musavat.com)

“Qafqazinfo” isə xəbər verir ki, hazırda məhkəməsi davam edən şəxslərin cinayət işindən əlavə Azərbaycan Ordusunun sabiq Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov və başqa bir neçə nəfər barəsində icraat ayrılıb. Onlarla bağlı istintaq orqanında araşdırma aparılır.

Hazırda ittiham olunan polkovniklərin vəkilləri növbəti iclaslarda N.Sadıkovla bağlı vəsatət qaldıracaqla
 

Dünyapress TV

Xəbər lenti