Son günlər İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vergi borcunu vaxtında ödəməyən sahibkarların ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədilə məhkəmələrə çoxsaylı müraciətlər edib.
Yeniavaz.com xəbər verir ki, təkcə ötən gün (15 iyul 2022-ci il) Vergi Xidməti tərəfindən sahibkarlara qarşı Bakı Kommersiya Məhkəməsində 20-dən çox iddia qaldırılıb.
Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması istənilən sahibkarların bir-çoxunun vergi borcu bəzən 10 min manatdan aşağı olur.
Məsələn, ölkədən çıxışına qadağa qoyulması istənilən iş adamlarından biri “VMR” şirkətlər qurupunun rəhbəri Vüsal Həsənovdur.
Vüsal Həsənovun rəhbərlik etdiyi "VMR Estetik Gəncə” MMC-nin (VÖEN-1404163161) dövlət büdcəsinə 5 min 419,88 manat, "VMR Medical Center” MMC-nin (VÖEN-1403025661) isə 2 min 637,98 manat vergi borcu var.
Yaxud dünən yayılan xəbərlərdən belə görünür ki, 6 min manat vergi borcu olduğu üçün “Planet” şadlıq sarayının rəhbəri Vüqar Şirinovun ölkədən çıxışı məhdudlaşdırılıb.
Lakin maraqlıdır ki, hazırda dövlət büdcəsinə böyük həcmdə vergi borcu olan yüksək vəzifəli şəxslərin sahib olduqları hüquqi şəxslər barəsində analoji addım atılmır.
Məlumat üçün bildirək ki, dövlət büdcəsinə böyük həcmdə vergi borcu olan şəxslərdən biri millət vəkili İqbal Məmmədova məxsus olan “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsidir (VÖEN- 1600019501).
Bu müəssisənin dövlət büdcəsinə böyük həcmdə - 9 milyon 397 min 776 manat 75 qəpik vergi borcu var. Təxminən bir il əvvəl 2021-ci ilin iyun ayında şirkətin borc 9 milyon 520 min manat olub. Rəqəmlərdən də göründüyü kimi son bir ildə borcun olduqca kiçik (1,3%-i və ya 123 min manat) bir hissəsi ödənilib.
Məlumat üçün bildirək ki, “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsi 16.10.1996-cı il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 45 000 dollar olan şirkəti 78 saylı Lerik seçki dairəsindən millət vəkili seçilən İqbal Məmmədov tərəfindən təsis olunub.
Bu ilin yanvar ayında “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsinin Türkiyə vətəndaşı olan təsisçilərindən biri Rafet Ekmekçioğlu özünə məxsus 50% payı İqbal Məmmədova verib. Nəticədə “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsinin təsisçisi 100% pay ilə İqbal Məmmədov olub.
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır.
 
 
 
Ardını oxu...
Beyləqan Rayon İcra Hakimiyyəti "Aztimont” ASC ilə satınalma müqaviləsi imzalayacaq.
Hurriyyet.az xəbər verir ki, maliyyə dəyəri 129 419,57 AZN olan müqavilədə Beyləqan şəhər yollarının əsaslı təmiri nəzərdə tutulur.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Aztimont” ASC 20 iyul 2005-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 50 432 AZN olan şirkətin hüquqi ünvanı Sabirabad rayonu Qalağayn kəndində yerləşir. ASC-nin qanuni təmsilçisi Veysəlov Nəriman Mikayıl oğludur.
"Aztimont” ASC yarananda adı "Sabirabad Tikinti-23” ASC olub. Daha sonra ASC-nin adı dəyişdirilib və şirkət bir müddət "Azərtikinti-Quraşdırma-Servis-23” ASC adı altında fəaliyyət göstərib.
Maraqlıdır ki, şirkət cari ilin iyun ayında Beyləqan Rayo İcra Hakimiyyətinin keçirdiyi tenderin qalibi olub. Tender yolların əsaslı təmiri ilə bağlı keçirilib. Tərəflər arasında maliyyə dəyəri 437 175,6 AZN təşkil edən satınalma müqaviləsi imzalanıb.
Kiçik bir rayonun yollarının təmirinə yarım milyonun bəs etməməsi bir qədər inandırıcı görünmür. Bu halda yenidən eyni şirkətlə yolların təmiri ilə bağlı 129 min manatlıq müqavilə baəlanması bir qədər şübhəli görünür.
Digər tərəfdən, "Aztimont” ASC ötən ayın sonunda Şirvan Şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin keçiridyi tenderin qalibi olub.
Tender Şirvan şəhərinin yollarının əsaslı təmiri ilə bağlı keçirilib və təklifin məbləği 578 616,13 AZN olub.
"Aztimont” ASC haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur. Şirkətin veb-səhifəsinə belə, rast gəlinmir. Bu isə "Aztimont” ASC-nin maddi-texniki bazasının görüləcək işləri icra etmək üçün yetərli olmasına şübhələr yaradır. Hər halda şirkət həm Şirvanda, həm də Beyləqanda yolları təmir etməlidir. Bu, yalnız maddi-texniki cəhətdən kifayət qədər güclü olan şirkətlərin işidir.
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevdir. O, 2018-ci ildə bu vəzifəyə təyinat alıb.
qaynarinfo.az
 

Ardını oxu...


Sumqayıtda uzun illərdir ki, sakinləri narahat edən səki problemi hələ də qalmaqdadır. İnsanların daha çox hərəkət etdiyi ərazidə piyadalar üçün səkinin olmaması bu yolla gedən insanlar üçün təhlükə yaradır. Buna görə də sakinlər avtomobil yolu ilə hərəkət etməyə məcbur qalırlar. Piyada səkisi olmayan həmin ərazilərdə yaşayanlar, avtomobillərin sıx hərəkət etdiyi hissədə qalaraq ölümlə üz-üzə gəlirlər.
Səkisi olmayan yollardan biri də Sumqayıt Dəmiryolu Stansiyası istiqamətində olan Üzeyir Hacıbəyov küçəsidir. Bu yol insanların sıx hərəkət etdiyi yoldur. Qatardan düşən sərnişinlər səkinin olmaması səbəbindən yolun hərəkət hissəsi ilə hərəkət edirlər.
Xəbərle.com-un əməkdaşı mövzu ilə bağlı yoldan istifadə edən sakinlərlə hömsöhbət olub. Şəhər sakini Vüsal Cabbarov deyir ki, Sumqayıtın bir çox ərazilərində səkinin olmaması insanları ciddi narahat edir: “Mən hər gün qatardan düşüb gedəndə, səkinin yoxluğu səbəbindən avtomobil yolunun ortası ilə getmək məcburiyyətindəyəm. Üzeyir Hacıbəyli küçəsi istiqamətində yol qəzaları və piyadaları ölümləri də tez-tez baş verir. Piyadaların da bu cür hərəkət etməsi problemi daha da ağırlaşdırır”.
Sürücü Əli Sabirli isə qeyd edir ki, piyadaların yolun ortası ilə hərəkət etməsi sürücülərə də maneə yaradır: “Bəlkə də 10 ildən çoxdur ki, hələ də Sumqayıtda səkisiz yollar qalmaqdadır. Vəziyyəti düzəltmək əvəzinə daha da qəlizləşdirirlər. İnsanlar niyə maşın yolu ilə hərəkət etməldirlər?! Hansı zəmanədə yaşayırıq?! Bu məsələni müxtəlif media orqanları da dəfələrlə işıqlandırıb. Təəssüf ki, problem hələ də qalıb”.
Kadrlardan da göründüyü kimi sakinlər faktiki olaraq avtomobil yolu ilə hərəkət edir. Sumqayıtın bəzi yollarının kənarında obyektlər elə tikilib ki, qapısı az qala yolun hərəkət zolağına açılır. Hətta səkini də zəbt edən sahibkarlar var.
Onu da qeyd edək ki, piyadalar üçün nəzərdə tutulmuş hissələr tikinti normalarının əksinə olaraq müxtəlif obyektlər və ya tikinti şirkətləri tərəfindən hasarlanır.
Mövzunu davam etdirəcəyik.
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır..

Ardını oxu...

PA

Ardını oxu...
"Araz" Superstorun Azadlıq prospektindəki filialına böyük təşəkkürlər!!!

Allah sizdən razı olsun! "Araz" Supermarket...

Aşağıdakı fotofakt bu təşəkkürün nədənidir... Hər halda hər zaman sizin şəbəkədən şikayətləri çatdırmaq kimi bir marağımız yoxdur...

Bir daha təşəkkür edirik...

Ardını oxu...

Təqdim etdi: DİA-AZ.COM (ƏRSOYUN BLOQU)

Ardını oxu...
Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Taleh Heydərova məxsus "Libraff” MMC məcburi auditdən yayınmada ittiham edilir.

Qaynarinfo xəbər verir ki, MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü ("Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınma) maddəsi ilə inzibati iş başlanıb.

Bu maddəyə əsasən, vəzifəli şəxslər 300 manatdan 600 manatadək, hüquqi şəxslər isə 1500 manatdan 2500 manatadək məbləğdə cərimə edilir.

İş baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib. Günel Səmədova iş üzrə hakim təyin edilib. Məhkəmə iclasının vaxtı barədə məlumat yoxdur.

"Libraff” MMC 3 iyul 2017-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 200 151 AZN-dir. MMC-nin qanuni təmsilçisi İbrahimov Nicat Rüstəm oğludur.

Nicat İbrahimov Taleh Heydərova məxsus "Azhobco” MMC-nin də qanuni təmsilçisi olub. Bu ilin əvvəlində adıçəkilən şirkətin ləğv olunduğu barədə məlumat yayılıb.

Taleh Heydərov Kəmaləddin Heydərovun böyük oğludur. O, "Libraff”la yanaşı media, elm, təhsil və incəsənət sahəsində bir sıra qurumların təsisçisidir.

"Libraff” MMC kitab satışını həyata keçirir. Şirkətin Bakı ilə yanaşı Sumqayıt və Gəncədə də kitab mağazası var.

"Libraff” Azərbaycan ən iri kitab mağazası şəbəkəsi hesab olunur.


Mənbə: "Qaynarinfo"
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
 
Ardını oxu...
Bir müddət öncə sensasion xəbərlərlə gündəm olan Masallı rayon Sığdaş kənd icra nümayəndəsi İsrafil Əliyev vəzifəsindən azad edilib.

"Azərbaycan Reallığı" xəbər verir ki, rayonun icra başçısı məsələni dərhal nəzarətə götürüb və Sığdaş üzrə nümayəndəsini işdən çıxarıb.

Belə ki, vətəndaş Ağayev Eminin evini, vətəndaşın torpağını ələ keçirən İsrafil Əliyev hələ də mülkləri sahibinə qaytarmaq istəmir.

Əvvəllər Covid-19 üçün saxta arayış, oğluna karantin vaxtı dəbdəbəli toy, bələdiyyə aid olan antena gülləsindən aldığı qanunsuz pullarla tanınan İsrafil Əliyev indi də özünü müdafiə etmək üçün maraqlı addım atıb.

Yaxınları zərərçəkmişlərə bildirib ki, Masallı rayon İH-nın başçısı ilə İsrafil Əliyevin qohumları Rusiyada bərabər çalışır və yaxşı əlaqələri var.

Bu üzdən qanunsuz işlər görməsinə baxmayaraq icra başçısı onunla bağlı sərt qərar verməyəcək.

Qeyd edək ki, son dövrlər ciddi kadr islahatı yaşayan Masallıda bu xırda məmurun taleyi hər kəs üçün maraqlıdır.

Məsələni diqqətdə saxlayacağıq!
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır..

Ardını oxu...
Ağsu Rayon Ərəbuşağı kənd sakini Mürsəlov Azər Xandadaş oğlu Qaynarxett.az vasitəsilə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə mürəciət edib. Müraciəti olduğu kimi təqdim edirik:

"Cənab Prezident, mən 22 ildir istifadə etdiyim Şamaxı rayon Dərmirçi kəndi ərazisinə yaxın yerləşən yay otlaq sahəsindən artıq 1 ilə yaxındır ki, istifadə edə bilmirəm. Bunun əsas səbəbi həmin yay otlaq sahəsinə Ədalət Göyüşov adlı bir biznesmənin göz dikməsidir. Əslində həmin Göyüşov özünü biznesmənlikdən çox heç kimi saymayan “qoçu” kimi aparır. Onun sözündən, ətrafından, hədəsindən hətta İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov da qorxur. Məhz bu səbəbdəndir ki, mənim haqqım olan ərazi 1 ilə yaxın müddətdir ki, mənə verilməkdən imtina edilir. Bilərəkdən müxtəlif bəhanələr gətirilir. Mən Sizə, Mehriban xanıma dəfələrlə müraciət etmişəm. Sağ olun məsələyə biganə qalmamısınız. Amma qeyd edim ki, Sizin məsələni həll etmək üçün işi üzərinə göndərdiyiniz İsmayıllı Rayon İcra Hakimiyyəti başda olmaqla, heç bir dövlət qurumu mənə kömək etmir. Mənə konkret olaraq heç bir söz deyilmir və məsələmin həllinə çalışılmır.

Mən Sizdən xahiş edirəm bu məsələ ilə bağlı inandığınız normal bir nəfəri vəzifələndirin, gəlsin məsələni ədalətli araşdırsın. Əgər mən haqsız və günahkaramsa mənə lazımı cəza verilsin. Yox əgər haqlıyamsa mənim haqqım olan ərazinin mənə verilməsinə köməklik edilsin. Mən artıq bir vətəndaş, bir sahibkar olaraq bezmişəm. Bir tərəfdən İsmayıllı Rayon İcra Hakimiyyətinin süründürməçiliyi, digər tərəfdən Ədalət Göyüşovun hədələri artıq yaşama ümidimi azaldıb. İcra Başçısının belə gücü yetmədiyi insana qarşı tək, çarəsiz qalmışam. Mənim yeganə ümidim Sizsiniz Cənab Prezident. Xahiş edirəm bu məsələnin yaxın zamanda həlli yolunun tapılmasına, günahkarların cəzalandırılmasına, haqqın bərqərar olmasına köməklik edəsiniz.

Hörmətlə:

Mürsəlov Azər Xandadaş oğlu,
Ağsu Rayon Ərəbuşağı kənd sakini."




Mənbə: Qaynarxett.az
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
 
Ardını oxu...
Kanalımıza müraciət edən Gəncə şəhər sakini Hacıyeva İlahə xanım Azərbaycan Milli Elmlər Akademiyasınin Gəncə bölməsinin bioresursları İnstitutunda doktorantura şöbəsində qiyabi təhsil alib.Şikayəti Molekulyar Biologiya və texnologiyalar institutunun rəhbərliyinin İlahə xanımın elmi işinə olan münasibəti ilə bağlıdır.Sikayətci iddia edir ki,elmi seminar şurasında onun elmi işində əvvəl müsbət. daha sonra mənfi rəy yazılıb .o,bildirir ki, bu şəxslər dövlət idarəsində oturub dövlət sənədlərini saxtalasdirirlar.
Biz də kanal 13 olaraq, Hacıyeva İlahə xanımın şikayətli ilə bağlı Molekulyar Biologiya və biotexnologiya İnstitutunun rəhbəri Hüseynova İradə xanımla telefon əlaqəsi saxladıq və bu məsələ ilə bağlı açıqlamasını sizə təqdim edirik...

Ətraflı video süjetdə izləyə bilərsiniz.



Mənbə: Kanal13
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
Ardını oxu...
Son günlər sosial şəbəkələrdə kənd rayonlarında məktəb binalarının acınacaqlı, bir çox hallarda qəzalı vəziyyətini təsvir edən şəkillər paylaşılır. Bu kontekstdə Azərbaycan Elm və Təhsil Nazirliyinin ölkə ərazisindəki bir sıra təhsil müəssisələrində, o cümlədən onların qazanxanalarında, kommunal və kommunikasiya xətlərində cari və əsaslı təmir işlərinə dair son iki ildə elektron satınalma portalı vasitəsilə açıqlanan məlumatları diqqət çəkməyə bilməz.
Bunu iqtisadçı ekspert Hafiz Babalı deyib. Onun sözlərinə görə, nazirliyin müqafiq qurumunun təşkil etdiyi bu tenderlərin elanlarında görüləcək işlər tam təfsilatı ilə təqdim edilsə də, əksər hallarda həmin işlərin harada, yəni hansı rayonda və hansı kəndindəki məkbətə şamil olduğu ictimaiyyətdən gizli saxlanılır:

“Bir rayonda, bir kənddə elə güman edirlər ki, bu il nazirlik onları yox, başqa kəndin məktəbini təmir etdirir. Nəticədə isə məktəbin təmir olunub-olunmaması qalır nazirliyin insafına: İş ya görüləcək, ya da saxta bir Forma-2 tərtib olunub bağlanacaq”.

Ekspert deyir ki, bu cür yarıqapalı müqavilələrə ayrılan vəsait isə heç də az deyil: 59,9 milyon manat.

H.Babalı bu ilin yayından başlayaraq ETN-nin məktəblərin təmirinə dair etender.gov.az portalında yerləşdirilmiş müqavilələrin qısa xülasəsini təqdim edib:
Ardını oxu...
olke.az
 
 
 
Ardını oxu...
“30 manatlıq yağ 15 manata düşdü. Məhsullara 70% endirim. 1 alana 1 hədiyyə”.

Yəqin ki, bu elanları görən çox adam özünü həmin marketdəki endirimlərə çatdırır. Endirimlərin yalan yaxud gerçək olduğunu anlamaq isə xüsusən, mübahisəli məqamdır. Amma bu elanların altında malın əsl qiymətini gizlədib endirim şousu göstərənlər də var. Bu barədə hətta sosial şəbəkələrdə görüntülər də yayılıb.

Maraqlıdır, bu cür yüksək endirim təkliflərində ərzaq mağazalarının xeyri nədir?

Mövzu ilə bağlı Lent.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, endirim istehlakçını qapıdan içəri salmaq üçündür:

“Marketlərin endirim kampaniyasının əsas məqsədi istehlakçını qapıdan içəri salmaqdır. İstehlakçını içəri saldıqdan sonra ikinci məqsəd ona hansısa malı endirim adı ilə satmaqdır. Elə bu endirim məsələsində marketinq hiyləsi edirlər. Belə ki, istehlakçı vitrində endirimə qoyulmuş malı almaq üçün kassaya yaxınlaşdıqda onun endirimdə olmadığını görür. Çünki insanları aldatmaq üçün endirimə qoyulmuş məhsulun yanına bu siyahıya aid edilməyən məhsul yerləşdirirlər. Bir çox insan da kassaya gəldiyi üçün məcbur endirimsiz məhsulu alır.

Məhsullara aşağı qiymət qoyulması əsasən market sahibləri tərəfindən həyata keçirilir. Onlar təchizatçıların başlarına oyun açırlar. Təchizatçılar market şəbəkələrinə qoşulmaq üçün külli miqdarda pul ödəyirlər. Daha sonra, market sahibləri təchizatçıları endirim üçün məcbur edir ki, mağazaya çox müştəri gəlsin”.

Onun sözlərinə görə, son 1 ildə insanlar almadıqları məhsul üçün 500 milyon manata ödəyib:

“Birliyimizə gələn şikayətlərdən ən vacibi endirimlərlə bağlıdır. Məhsulun əvvəlki qiymətini endirim adı ilə vitrinə qoyurlar. Bu da alıcının aldadılmasıdır. Belə halla qarşılaşan istehlakçı məhsulun əvvəlki qiyməti yazılan sənədləri tələb edə bilər. Çox təəssüf ki, bu tələblərə cavab verilmir. Qiymət siyasətinə nəzarət etməli olan İqtisadiyyat Nazirliyinin müvafiq xidməti isə demək olar ki, heç bir iş görmür.

Apardığımız tədqiqat onu göstərir ki, 1 ildə Azərbaycan istehlakçıları kartla ödəniş zamanı almadıqları məhsul üçün 500 milyon manat pul ödəyirlər. Bu haqsızlıqla qarşılaşmamaq üçün məhsul alan zaman kassa çekinə nəzarət edilməlidir”.

İqtisadçı ekspert Pərviz Heydərov deyib ki, marketlərdə qiymət üzərində heç bir ucuzlaşdırılma siyasəti həyata keçirilmir:

“Marketlərdə qiymətlərin tənzimlənmə prosesi ciddi müzakirə tələb edən məsələdir. İqtisadi qanunlara görə, hər bir məhsulun istehsal, daşınma dəyəri və satış obyektində məhsulun üzərinə gələn ticarət əlavəsi var. Marketlərdə isə əksər malların qiyməti bu amillərdən xeyli kənarlaşır. Düzdür, bu amillərdən əlavə tələb və təklif məsələsi də var.

Yəni, bir məhsula yüksək dərəcədə tələb varsa, sadaladığım amillərdən başqa qiyməti şişirdilə bilər. Bu gün ölkəmizdə ticarət şəbəkələri inkişaf edib. Hər bir məhsul mağazalarda kifayət qədər ki, bu məqamda ərzaq qıtlığından söz gedə bilməz. Yəni, tələbin təklifdən yüksək olduğu deyilməsi mümkün deyil.

Nəticədə yüksək qiymətə qoyulan məhsulun satışı azaldıqda market qəfil kəskin qiymət enişi elan edir. Amma məsələ burasındadır ki, həmin malın real qiyməti elə endirimə qoyulandır.

Qiymətlərin qanunsuz yolla artırılmasını inzibati yollarla aradan götürmək çox çətindir, hətta mümkün deyil. Bazar bunu özü tənzimləməlidir”.

Görünən odur ki, təklifin tələbi ödədiyi bir iqtisadiyyatda olsaq da, hələ uzun bir müddət “qanunlu” qiymət artımı və “əla” endirimlərlə “sevinməli” olacağıq.
 

Dünyapress TV

Xəbər lenti