Ardını oxu...
Türkiyəli iş adamı Yıldırım Dəmirörənin Azərbaycandakı biznes tərəfdaşları ilə birlikdə “Azərlotoreya” adı altında qumar bazarına daxil olmasıyla “bir aktyorun teatrı” başa çatdı. İndi isə görünən odur ki, “Misli” və “Topaz” qeyri-sağlam rəqabət mühitinə arxalanıb, mərc həvəskarlarını soymağa çalışırlar...

Azərbaycanda qanuni mərc bazarı uzun müddət “Topaz”ın nəzarətinə verilmişdi. Şirkət rəsmi şəkildə 8 yanvar 2011-ci ildə fəaliyyətə başlamışdı. Bununla da Azərbaycanda 1998-ci ildən azart-qumar oyunlarına qoyulan qadağa da sona çatmış oldu. “Qumar bazarı” bütünlüklə “Topaz”ın nəzarətinə keçdi. Müxtəlif çayxanalarda, kafelərdə fəaliyyət göstərən “qara bazar”a qarşı da mübarizə başlanıldı, onların sayı sürətlə azaldıldı. Hətta yox dərəcəsinə çatdırıldı.

Türkiyəli iş adamı Yıldırım Dəmirörənin Azərbaycandakı biznes tərəfdaşları ilə birlikdə “Azərlotoreya” adı altında qumar bazarına daxil olmasıyla “bir aktyorun teatrı” başa çatdı. 2021-ci ilin yanvar ayında imzalanan müvafiq sərəncamla “Azərlotoreya” bu sahədə söz sahibinə çevrildi. “Misli” “Topaz”ın əsas rəqibinə çevrildi.

Diqqət çəkən o idi ki, “Azərlotoreya” “Misli” vasitəsiylə mərc oyunlarıyla yanaşı müxtəlif növ ani lotoreyaları da bazara buraxdı ki, asan varlanmaq arzusunda olan kasıb insanlar bir andaca “pozub-qazanmaq xəstəliyi”nə tutuldular. Artıq insanlar təkcə idman oyunlarına “kofisent yazmaqla” yox, “poz-qazan” tipli ani qumar oyunlarıyla da əllərin-ciblərində olan qəpik-quruşları uduzmağa başladılar. Özü də böyük sürətlə.

Az öncə qeyd etdiyimiz kimi, “Topaz”ın mərc bazarına ayaq açmasıyla kafe və çayxanalarda fəaliyyət göstərən “qara bazar”a qarşı genişmiqyaslı hücum başladı. Bununla da “Topaz” mərc bazarına tam nəzarəti ələ aldı. Bundan sonra şirkət mərc bazarında öz şərtlərini diqtə etməyə başladı. Mərc həvəskarları, “azartlı oyunların” əsirinə çevrilənlər də alternativi olmadığına görə “Topaz”ın “çaldığı havaya”, yəni təklif etdiyi əmsallara oynamağa məcbur qaldılar. “Misli”nin gəlişi ilə rəqabətin yaranacağını, mərc oynayanlara daha yaxşı əmsallar təklif olunacağını düşünənlər yanıldılar. Bu məqama az sonra yenidən toxunacağıq.

“Misli”nin gəlişi bir qədər fərqli dövrə təsadüf etdiyindən “qara bazarla” mübarizə üsulları da fərqli olmalı idi. Çünki artıq texnologiya inkişaf etmişdi. İnsanlar daha yaxşı əmsallar, daha çox mərc seçimi təklif edən kontorlarla oynamaq üçün kafe və çayxanalara yox, internetə üz tuturdular. Bu da “qara bazar”ın virtual növü idi. “Misli” ilə “Topaz” əl-ələ verib, aşağı əmsallarla azərbaycanlı mərc həvəskarlarının pullarını əllərindən almağa çalışırdılar. Buna görə də əlində telefonu, cibində bank kartı olanlar xarici şirkətlərə üz tuturdular. Çünki onlar bir oyuna cürbəcür seçim imkanları və yüksək əmsallarla mərc oynamağı təklif edirlər.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
“Misli” və “Topaz”ın proqramları isə o qədər kasad, əmsalları o qədər aşağıdır ki, oyunçu istər-istəməz daha çox risk etməli, yaxud da daha çox pul yatırmalı olur ki, sonda ziyana düşür.

Maraqlıdır ki, “Topaz” və “Misli” rəqabətdə uduzduqlarını anlayanda əməli fəaliyyətə başladılar. Normalda rəqabəti udmaq üçün daha yaxşı şərtlər təklif edib, müştəriləri özünə doğru çəkməlisən. Onlar isə başqa yola əl atdılar. Bu yol da inzibati üsullarla həmin internet resurslarına girişin bağlanması, yəni xarici mərc şirkətlərinin bloklanması idi.

Nəticəsi də göz önündədir. Azərbaycanda xarici saytlara qanuni yollarla giriş mümkün deyil. Bu saytlara Azərbaycan banklarının kartları ilə pul yatırmaq, ondan sonra ordan uduşu karta köçürmək qadağandır. Belədə mərc həvəskarları məcbur qalıb yenidən üzünü “Topaz”la “Misli”yə tərəf çevirməli olurlar. Onların təklif etdiyi əmsallarla, mərc seçimləri ilə qazanmaq isə mümkünsüzdür.

Sistem çox sadədir.Bir gün qazanırsansa, növbəti gün daha böyük məbləğdə uduzursan. Misal üçün, favorit görünən komandaların qələbəsinə ya mərc qəbul olunmur, ya da elə aşağı əmsal açılır ki, bu əmsaldan ötrü pulu riskə atmağa dəymir. Belədə oyunçu məcbur qalır daha çox riskli yuxarı əmsallara yönəlir ki, sonda da qazanan “Topaz”la “Misli” olur.

Bir sıra nümunələrə baxaq. Şənbə günü keçirilən Niderland – İrlandiya qarşılaşmasını “Misli” mərc proqramına salmamışdı. Bazar günü isə Belçika – Azərbaycan görüşündə isə meydan sahiblərinin qələbəsinə mərc qəbul edilmirdi. Baxmayaraq ki, son vaxtlar yüksəlişdə olan Azərbaycanı məğlub etmək qrupdan çıxmağı təmin edən Belçika üçün o qədər də asan görünmürdü.

Bazar günü keçirilən maraqlı qarşılaşmaların əmsallarının müqayisəsinə baxaq. Macarıstan – Çernoqoriya oyununda ev sahiblərinin qələbə əmsalı “Topaz”da 1,68, “Misli”nin proqramında isə 1,67 əmsalı ilə qiymətləndirilib. Göründüyü kimi, Azərbaycan bazarının iki inhisarçı şirkəti öz aralarında danışıb, bir-birinə yaxın əmsal qoyublar.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Halbuki, xarici kontorlarda bu oyunda ev sahiblərinin qələbəsinə pul qoyuluşu edənlər 1,77 əmsalı ilə qazanmaq imkanına sahibdilər. “Topaz”la “Misli” azərbaycanlıları məcbur edir ki, öz mümkün qazanclarının 10 faizindən imtina etsinlər. Şotlandiya – Norveç görüşündə bu fərq daha da böyükdür. Xarici kontorlar ev sahiblərinin qələbəsi üçün 2,24, qonaqların qələbəsinə isə 3,43 əmsalı ilə mərc qəbul edir. “Misli”də bu rəqəmlər 2,11 və 3,25-ə, “Topaz”da isə 2,12 və 3,22-ə bərabərdir.

Elə bu görüşə xarici mərc şirkətləri düz 1314 növ seçim təklif edirlər. Yəni ki, oyunçu bu 1314 variantdan ürəyinə yatanı, daha çox inandığı variantı seçə və normal əmsalla mərc edə bilər. “Misli”də bu say cəmi 285 kimi görünsə də, həmin variantların əksəriyyəti oynamaq üçün bağlı göstərilib. Ev sahiblərinin azı 1 qol vuracağına mərc qəbul edilməməsi isə ümumiyyətlə, mərc həvəskarının seçim imkanlarının əlindən alınmasıdır. Görünən odur ki, “Misli” və “Topaz” qeyri-sağlam rəqabət mühitinə arxalanıb, mərc həvəskarlarını soymağa çalışırlar.

Belə müqayisələrin sayını artırıb, ortaya başqa nümunələr də qoymaq mümkündür. Amma yekun qənaətə gəlmək üçün elə sadaladıqlarımız da kifayətdir. Növbəti yazılarımızda inhisarçı şirkətlərin saytlarının canlı yayım zamanı “donmasına” və sair məqamlara da toxunacağıq.
Mənbə: Poliqon.info
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır.
 
Ardını oxu...
Məlum olduğu kimi, ötən ildən ölkədə fəaliyyət göstərən məktəbəqədər tədris müəssisələri Elm və Təhsil Nazirliyinin (ETN) tabeçiliyinə qaytarılıb. Bu qərar uşaq bağçalarındakı xoşagəlməz vəziyyətin düzələcəyinə dair müəyyən ümidlər yaratsa da, ETN öz “sürprizləri” ilə təhsil ictimaiyyətini yenidən təəccübləndirdi.

Belə ki, qeyri-ixtisas tərbiyəçi-müəllimlərin vəzifə dərəcələrinin və maaşlarının azaldılması ilə bağlı qərar qəbul olundu və bu da öz növbəsində ciddi etirazlar doğurdu. Bundan sonra Nazirlik tərəfindən qeyri-ixtisasların dərəcələri və əməkhaqları təkrar bərpa olundu.

Ancaq... Bu qərar yalnız paytaxt ərazisində icra edilməyə başladı. Sumqayıt, Abşeron və digər regionlarda çalışan bağça işçiləri bu haqlarından məhrum oldular.

Və yenə ortaya absurd mənzərə çıxır. Belə ki, qeyri-paytaxt üzrə bağçalarda çalışan, dərəcə və maaşları azaldılan tərbiyəçi-müəllimlərdən yalnız ETN-ə rəsmi müraciət edənlərin, narazılığını bildirənlərin, şikayətlər ünvanlayanların haqları özlərinə qaytarılır, digərləri haqsızlıqla üz-üzə qalmaqda davam edirlər.

Bütün bunlarla bağlı redaksiyamıza Sumqayıt, Abşeron və digər bölgələrdən onlarla şikayət məktubu daxil olub. Təsəvvür edin: vətəndaşların maaş və dərəcələrinin kəsilməsi qərarı dərhal və bütün ölkə üzrə icra olunur, amma bu ədalətsiz qərarın ləğvi barədə ikinci qərarın icrası fərdi şəkildə və insanları süründürməçiliyə məruz qoymaqla həyata keçirilir.

Əgər qərar ümumidirsə, niyə hamıya şamil olunmur? Nazirlik niyə məhz müraciət edən müəllim və tərbiyəçilərin dərəcə və maaşlarını artırır? Bu qayda hansı qanunvericilikdə və təcrübədə nəzərdə tutulub? Yəni, “ağlamayan pəpə yoxdur”? Budurmu qanunlara və vətəndaşlara hörmət?!

Milli Məclisin Elm və təhsil komitəsinin keçmiş sədri, professor Şahlar Əsgərov mövzuya dair AYNA-ya açıqlamasında deyib ki, qərarların icrası zamanı ayrı-seçkiliyə yol vermək olmaz: “2022-ci ilin yanvar ayından məktəbəqədər tədris müəssisələri Elm və Təhsil Nazirliyinin tabeliyinə keçdi. Təbii ki, burada söhbət dövlət bağcalarından gedir. Qeyri-ixtisas müəllim və tərbiyəçilərin dərəcə və maaşlarının azaldılması ilə bağlı qərar qəbul olunarkən biz bunun səhv qərar olduğunu bəyan edirdik. Bağça müəllimliyi üzrə ixtisası olmayan şəxslər, fərqli-fərqli ixtisas sahibləri, ümumiyyətlə, bağça təhsili ilə bağlı biliklərə malik olmayan şəxslər var. Lakin onların kütləvi işdən çıxarılması yolverilməzdir. Bu məsələdə təcrübə və şəxsi bacarıqlar nəzərə alınmalıdır”.

“Təsəvvür edin ki, adamlar illərlə bu sahədə çalışb, bəziləri dərin təcrübə qazanıblar. İndi demək ki, “artıq sizə ehtiyac yoxdur” – bu, çoxlu sayda insanın hüquqlarının pozulması deməkdir. Bu qərar yanlış idi və sonradan Elm və Təhsil Nazirliyi bu yanlışlığı aradan qaldırdı”, - deyə sabiq deputat bildirib.

Əsgərovun sözlərinə görə, Nazirliyin maaş və dərəcələrin bərpası ilə bağlı qərarının yalnız paytaxtda icra edilməsi absurddur: “Necə yəni yalnız Bakı şəhərində fəaliyyət göstərən qeyri-ixtisas bağça müəllim və tərbiyəçilərin dərəcə və maaşları artırılır?! Bunun digər regionlara, Sumqayıt, Abşeron və əyalətlərə şamil edilməməsinin heç bir məntiqi izahı yoxdur. Hesab edirəm ki, bu neqativ hal təcili olaraq aradan qaldırılmalıdır. Biz müasir dövlətdə yaşayırıq və bu kimi ayrı-seçkiliyə yol vermək Nazirliyin reputasiyasına xələl gətirir”.

Hüquq müdafiəçisi İradə Cavadova da AYNA-ya şərhində söyləyib ki, bir qərarın paytaxtda icra edilib, regionlara şamil olunmaması kobud qanun pozuntusudur: “Əvvəla, Elm və Təhsil Nazirliyinin qeyri-ixtisas tərbiyəçi-müəllimlərin vəzifə dərəcələrinin və maaşlarının azaldılması ilə bağlı qərarı əsassız idi. Bu adamları işə qəbul edən kim olub ki? Təbii ki, dövlət qurumları. Adamlar da uzun müddət bu sahədə çalışıblar. Təcrübə qazanıblar, mütəxəssis kimi yetişiblər. Birdən-birə hamının dərəcə və maaşlarını azaltmaq bu radikal qərar idi. Çox təəssüf ki, Azərbaycanda bu cür radikal qərarlar qəbul olunur. Sonradan anladılar ki, bu qərar yanlış imiş. Nazirlik qərarını geri oxudu”.

“Bundan sonra bütün müəllim və tərbiyəçilərin dərəcə və maaşları artırılmalı idi. Amma nə edirlər? Paytaxtda icra olunur, regionlardan isə yalnız kimlər şikayət edirsə, onların müraciətlərinə baxılır. Buna son qoymaq lazımdır. Bu, açıq qanun pozuntusu olmaqla yanaşı, yüzlərlə, minlərlə insanın hüquqlarının kobud sürətdə tapdanmasıdır”, - deyə müsahibimiz vurğulayıb.

Cavadova diqqətə çatdırıb ki, ETN bu qanunsuzluğu təcili aradan qaldırmalıdır: “İctimaiyyət buna etiraz edir. Nazirlik isə yetərli açıqlama vermir. Qərar qəbul ediblər, sonra da geri oxuyublar. Bir halda ki, geri oxusumusunuz, zəhmət çəkin bütün müəllim və tərbiyəçilərin dərəcə və maaşlarını artırın. Əmək Məcəlləsində elə bir bənd, müddəa yoxdur ki, regionlara görə fərq qoyulsun. Respublika səviyyəsində bu qərar verilib və Respublika səviyyəsində də ləğv edilib. Bundan hamı bəhrələnməlidir, ancaq paytaxtdakılar yox”.

Müəllif: Azər Niftiyev - Mənbə: AYNA.AZ
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır.
 
Ardını oxu...
Astara rayon Şahağaçı kəndinin sakini , gəmi kapitanı olan Mədətov Rəşad Ramiz oğlu Azinforum.az-a ünvanladığı şikayətdə bildirir ki, Astara rayon icra başçısının Şirakaran kəndi üzrə ərazi nümayəndəsi işləmiş – Əliyev Tofiq Həsən oğlu torpaq sahəsi almaq adı ilə ona 396 min 500 manat ziyan vurub. Bu əməlinə görə o, cinayət məsuliyyətinə cəlb edilərək, 8 il 6 ay cəzaya məhkum edilib və hazırda Penitensiar Xidmətin 17 saylı cəzaçəkmə müəsissəsində saxlanılır.

Maraqlıdır ki, bu qədər dəymiş ziyanın müqabilində Mədətov Rəşad Ramiz oğlu nə istintaq, nə də məhkəmə tərəfindən zərərçəkən kimi tanınmayıb. Məhz buna görə də Mədətov Rəşad Prezident İlham Əliyevə müraciət edib, ondan ölkə başçısı kimi bu işə ədalətli baxılmasına göstəriş verməsini xahiş edir. Qeyd edək ki, külli miqdarda zərər vurulan şəxs peşəkar dənizçidir, hazırda gəmi kapitanı kimi fəaliyyət göstərir.

Bu şikayətlə bağlı jurnalist Məhəmmədəli Qəriblinin çıxışını təqdim edirik:

Mənbə: Azinforum.az
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır.
 
 
 
Ardını oxu...


"Azerinfo. Info" xəbər saytına daxil olan çoxsaylı məlumatlarda Cəlilabad ərazisində olan torpağların qazılıb daşınması və antisanitar vəziyyətin pik həddə çatdığıbildirilirdi.

Əməkdaşlarımız yuxarıda sözügedən məlumatları araşdırmaq məqsədi ilə həmin ərazidə olub və orada antisanitar vəziyyətdə böyük bir zibil "poliqon"u aşkar ediblər.

Eyni zamanda ərazidə olan zibil tullantılarının qanunsuz yandırılması və digər bir ərazidə isə müxtəlif dövlət qeydiyyatı nömrə nişanlı "Kamaz" markalı maşınlarla torpağların qazılıb daşınması əməkdaşlarımızın çəkiliş qrupunun kamerasına tuş gəlib.

Sözügedən ərazilərdə əməkdaşlarımız çəkiliş edən zaman qarşı tərəfin təzyiq və təhqirramiz ifadələrinə məruz qalıb.

Əməkdaşlarımız dərhal Daxili İşlər Nazirliyinin "102" qaynar xəttinə şikayət əsasında müraciət edib. Amma buna baxmayaraq çox təəssüflər olsun ki, Nazirlikdən bu barədə hər hansı bir açıqlama verilməyib.

Artıq bu, son bir həftə ərzində əməkdaşlarımızın ekosistemə mənfi təsir edən "quldurlar"la bağlı DİN-nə olan, kinci şikayətidir.

Araşdırma və keçirdiyimiz sorğu zamanı o da məlum oldu ki, bu işin başında 1 saylı Regional Təbii Sərvətlər Idarəsinin rəisi Ceyhun Hüseynovla , onun "Qara kassa"sı kimi tanınan Talıb Kərimovun durduğu deyilir.


Aldığımız məlumata görə, Cəlilabadın KAMXOZ müdirinin də bu zibil tullantılarının vaxtı-vaxtında təmizlənməməsində əli vardır.
Çünki dövlət tərəfindən ayrılan yanacaq mənimsənilir və zibil təmizləyən texnikalar isə başqa məqsədlər üçün istifadə olunur.

Ceyhun Hüseynov deyib ki, "Mən Bəylər Eyyubovun adamıyam və o, mənim arxamdadır. Odur ki heç kim mənə heç nə edə bilməz"

Biz də onu demək işləyir ki, Bəylər Əyyubov kimi ziyalı bir hörmətli şəxsiyyət heç vaxt təbiət "quldurlar"ın müdafə etməz.
Odur ki son zamanlar bəzi "məmurciklər"in nüfuzlu dövlət adamlarının adından sui-istifadə etmələri geniş vüsət alıb.

Yerli Ekologiya İdarəsi bir başa təbitə (meşə , qoruq , ətraf mühit) nəzarət edən qurumdur. Məgər bu qurumun ətraf mühitdə baş verən qanusuzluğlardan xəbəri olmaya bilərmi?!
Əlbəttə ki yox.

Korrupsiya Qarşı Baş Mübarizə İdarəsi və "Bandotdel" meşə və ekologiyanın digər sahələrində ola "cinayətkarlar"i tutur. Halbuki əsl tutulmalı olan cinayətkarlar yerli Ekologiya Idarəsinin işçiləridir.
Çünki bütün özbaşınalıqlar onların əli ilə həyata keçirilir.

Qarşı tərəfin mövqeyin dinləyib dərc etməyə hazırıq.


Ardını oxu...
Məşhur təşkilatçı Eyyub Hüseynzadə paytaxtda yerləşən restoranların birindən şikayətlənib.

Bu barədə o, “Facebook” hesabında paylaşım edib.

Hüseynzadənin iddiasına görə, restoranda ondan bir çaynik çay üçün 90 AZN ödəniş alıblar:
“Sizə böyük ayıb olsun. Gecə saat birdə depozit adı ilə bir çaynik çaya məndən 90 manat ödəniş aldınız. Yanımda xarici qonaq vardı deyə, səsimi çıxarmadım. Amma biləsiniz ki, bu məsələ belə qalmayacaq”.
Ardını oxu...
Ekspert: “Elə olur ki, bu müqavilələr digər məqsədlər üçün də istifadə olunur”

Dövlət satınalmalarının rəsmi portalında tez-tez müxtəlif qurumların az müddətdə bir neçə dəfə “cari təmir işləri” adı ilə müqavilə imzaladığı müşahidə olunur.

Bu cür “cari təmir işləri üzrə” satınalmaları əsasən dövlət orqanlarının əyalətlərdəki struktur bölmələrində görmək olur.

Məsələn, 2022-ci ilin martında Ədliyyə Nazirliyinin Ədliyyə Sahəsində Xidmətlər Baş İdarəsinin inzibati binasında cari təmir işlərinin satınalması ilə bağlı “Uğur Tikinti” MMC ilə dəyəri 27 min 103 manat olan müqavilə imzalayıb. Bundan 6 ay sonra yenə eyni şirkətlə, eyni iş üzrə 17 min 538 manat dəyərində müqavilə bağlanıb. Bundan 1 il sonra isə eyni şirkətlə bu dəfə 18 min 887 manat olan satınalma müqaviləsi imzalanıb.

İki il ərzində idarənin təmirinə toplam 63.528 manat xərclənib.

2022-ci ilin dekabrında Göyçay Rayon İcra Hakimiyyəti inzibati binada cari təmir işləri adı altında “Assa-18” MMC ilə dəyəri 9 min 942 manat olan satınamla müqaviləsi imzalayıb. Bunun üzərindən 1 il keçməsi, yeni “inzibati binada cari təmir işləri” adı altında bu dəfə “Göyçay İnşaat” MMC ilə dəyəri 7 min 694 manat olan satınalma müqaviləsi imzalanıb. İcra Hakimiyyəti iki il ərzində cari təmir işlərinə toplam 17.636 manat xərcləyib.

Maliyyə Nazirliyinin Lənkəran Şəhəri üzrə Maliyyə İdarəsi 2020-ci ildə “S.M.K. MMC” MMC ilə cari təmir işlərinin satınalınması üzrə 8 min 357 manat dəyərində müqavilə imzalayıb. Bundan 5 ay sonra isə eyni şirkətlə, eyni iş üzrə 13 min 825 manat dəyərində digər müqavilə imzalanıb. Bundan 1 il sonra isə idarə “Şahin-R” MMC ilə cari təmir işləri üzrə dəyəri 16 min 596 manat olan daha bir müqavilə imzalayıb. İki il ərzində təmirə ümumilikdə 38.778 manat xərclənib.

Açıq mənbələrdə şirkətlərin ixtisaslaşdığı sahələr və resursları ilə bağlı məlumat yoxdur. Əlaqə vasitələri də olmadığı üçün onlarla əlaqə saxlamaq mümkün olmayıb.

Ədliyyə Nazirliyinin Ədliyyə Sahəsində Xidmətlər Baş İdarəsinin məsləhətçisi Elnur Axundov Abzas Media-ya deyir ki, inzibati bina hissə-hissə təmir olunduğu üçün müqavilələr ard-arda olur:

“Bizdə 4 mərtəbəli inzibati binadır. Hər il bir mərtəbəsi təmir olunur. Əsaslı təmir üçün lazım olan vəsait ayrılmır deyə, biz onu hissə-hissə edirik. İlin əvvəlində planlaşdırılır hansı işlər görüləcək və vəsait ayrılır”.

Tenderdə qalib gələn “Uğur Tikinti” MMC haqqında açıq mənbələrdə heç bir məlumata rast gəlinməsə də, E. Axundov bildirir ki, şirkət öz resursları ilə bağlı qanunvericilikdə tələb olunan bütün sənədlərini onlara təqdim edib.

“Ona görə bu 3 tender müqaviləsi onlarla imzalanıb. Tenderdə başqa şirkətlər iştirak etsə də, ən səmərəli qiyməti onlar təklif ediblər” – deyə o, bildirib.

Göyçay Rayon İcra Hakimiyyətinin baş mühasibi Musa Salahov deyir ki, icra hakimiyyətinin inzibati binası əsaslı təmir olunmadığına görə tez-tez bu istiqamətdə müqavilələr imzalanır:

“Bina köhnədir, əsaslı təmir olunmayıb. Əsaslı təmirlə cari təmirin fərqi var. Əsaslı təmir olunmayanda, hər il cari təmir işləri ola bilər. Biz bilmirik əsaslı təmir üçün nə vaxt vəsait ayrılacaq, amma əgər dövlət büdcəsindən əsaslı təmir üçün maliyyə ayrılsa və təmir aparılsa, artıq növbəti illərdə cari təmir işlərinə ehtiyac olmayacaq” – deyə o, bildirib.

Məsələ ilə bağlı suallar ünvanlamaq istəsək də, nə Maliyyə Nazirliyindən, nə də Nazirliyin Lənkəran Şəhəri üzrə Maliyyə İdarəsindən zənglərimizə cavab verilməyib.

İqtisadçı Rəşad Həsənov deyir ki, bütün dövlət qurumlarının saxlanma xərcləri olur. Ancaq “cari təmir” adı ilə bağlanan müqavilələr bəzən digər məqsədlər üçün də istifadə edilir:

“Ona görə də, alınan bütün detallar parametrinə, detalına, keyfiyyətinə qədər ictimailəşdirilməlidir. Qalib şirkətin də hansı şərtlərlə qalib olduğu bidirilməlidir. Hətta tenderdə qalib olmayan şirkətlərin təklifləri də tender bitdikdən sonra açıqlanmalıdır. Bu məlumatlar ictimailəşdirilməlidir ki, hər kəs müqayisə aparıb şərtlərin real bazara uyğun olub-olmamasını aydınlaşdıra bilsin. Prosesin ədalətli aparılıb-aparılmaması müzakirə predmetinə çevrilməlidir”,-o bildirir.

Tenderlərə baxdıqda aydın olur ki, qısa müddətdə ard-arda keçirilən tenderlərin qalibləri eyni şirkətlər olur. İqtisadçı hesab edir ki, bu yanlışdır:

“Müxtəlif xarakterli təmir satınalmalarının bir şirkətə ötürülməsi xərcləri daha da böyüdür. Şirkət işi ümumi götürəndə işi subpodratçılara ötürəcəyini düşünüb, özünün komissiyasını da bu xidmətin üzərinə qoyur. Ancaq gələcəkdə bu xidmətin özündə iştirak edəcək o şirkətlər özləri birbaşa tenderdə iştirak etsələr, bu komissiyadan da yayınmaq olar”,- deyə iqtisadçı bildirib.
Teref: Xocanın bloqu
 
Ardını oxu...
“Azərbaycanın gömrük sisteminin vergi siyasəti tamamən soyğunçu xarakterə malikdir. Çünki dünyanın heç bir normal ölkəsinin büdcəsinə vergi daxilolmalarının az qala hər 3 dollardan biri gömrük kanalları ilə daxil olmur”.
Yeniavaz.com xəbər verir ki, bunu iqtisadçı ekspert Rövşən Ağayev bildirib.
“Məsələn, 2024-cü il üçün proqnozlaşdırılan vergi (gömrük də daxil) gəlirlərinin (təxminən 19,7 mlrd. manat) 30%-i (5,9 mlrd. manat) Gömrük Komitəsinin öhdəliyidir.
Ağırlıqlı olaraq vətəndaşın, qismən də biznesin cibini leqal yolla soyan soyğunçu gömrük sistemi mütləq dəyişdirilməlidir.
Beynəlxalq əhəmiyyətli “Trademap” portalının informasiyasına görə, Azərbaycanın gömrük sistemi üzrə orta tarif dərəcəsi (xarici ticarətin obyekti olan bütün əmtəə kodları üzrə tariflərin orta statistik səviyyəsi) 6,5% təşkil edir. Bunun nə qədər yüksək və ya aşağı olduğuna başqa ölkələrlə müqayisədə özünüz asanlıqla qərar verə biləcəksiniz.
Şübhəsiz ki, tariflərin aşağı olduğu ölkələrin dünya iqtisadiyyatına daha sağlam və rəqabətli əsaslarla inteqrasiyası, xüsusən Dünya Ticarət Təşkilatına üzvlük və onun tarif siyasətilə bağlı tələb və işlək mexanzimləri də həlledici səbəblərdən biridir”, - ekspert əlavə edib.
R.Ağayev ölkələrin gömrük sistemi üzrə orta tarif dərəcəsini də qeyd edib:
MDB və region ölkələri
Özbəkistan 12,4%
Azərbaycan 6,5%
Tacikstan 5,5%
Türkiyə 5,2%
Qırğızıstan 4,5%
Rusiya 4,4%
Moldova 2,9%
Ukrayna 2,6%
Ermənistan 4,4%
Belarus 4,3%
Qazaxıstan 3,5%
Gürcüstan 0,7%
Türkiyə
Şərqi Avropa ölkələri
Estoniya 1,3%,
Latviya 1,3%,
Litva 1,3,
Polşa 1,3,
Çexiya 1,3,
Macarıstan 1,3,
İnkişaf etmiş ölkələr
Böyük Britaniya 0,7%,
İsveç 1,3%
Danimarka 1,3%,
Finlandiya 1,3%,
Avstriya 1,3%
Almaniya 1,3%,
Avstraliya 1,4%
ABŞ 1,5%,
Yaponiya 1,6%,
İsveçrə 2,2
Norveç 2,1%,
“Bizdən daha betər gündə olanları siyahıya əlavə eləmədim. Çünki o siyahıda olan ölkələr istinasız olaraq vətənaşına dəyər verməyən, hər cür siyasi və iqtisadi azadlıqları boğan ölkələrdir.
Bu ölkələr klubunun başında gələnlərdən 1-2-nin adını yazım: İran (orta tarif dərəcəsi 19%-ə yaxın), Cibutti (20%-ə yaxın) və s”, - iqtisaqçı yazıb.

Mənbə: Yeniavaz.com
Tarix: Bu gün, 06:03 | Çap et
“Gömrük sisteminin vergi siyasəti soyğunçu xarakterə malikdir”
“Azərbaycanın gömrük sisteminin vergi siyasəti tamamən soyğunçu xarakterə malikdir. Çünki dünyanın heç bir normal ölkəsinin büdcəsinə vergi daxilolmalarının az qala hər 3 dollardan biri gömrük kanalları ilə daxil olmur”.
Yeniavaz.com xəbər verir ki, bunu iqtisadçı ekspert Rövşən Ağayev bildirib.
“Məsələn, 2024-cü il üçün proqnozlaşdırılan vergi (gömrük də daxil) gəlirlərinin (təxminən 19,7 mlrd. manat) 30%-i (5,9 mlrd. manat) Gömrük Komitəsinin öhdəliyidir.
Ağırlıqlı olaraq vətəndaşın, qismən də biznesin cibini leqal yolla soyan soyğunçu gömrük sistemi mütləq dəyişdirilməlidir.
Beynəlxalq əhəmiyyətli “Trademap” portalının informasiyasına görə, Azərbaycanın gömrük sistemi üzrə orta tarif dərəcəsi (xarici ticarətin obyekti olan bütün əmtəə kodları üzrə tariflərin orta statistik səviyyəsi) 6,5% təşkil edir. Bunun nə qədər yüksək və ya aşağı olduğuna başqa ölkələrlə müqayisədə özünüz asanlıqla qərar verə biləcəksiniz.
Şübhəsiz ki, tariflərin aşağı olduğu ölkələrin dünya iqtisadiyyatına daha sağlam və rəqabətli əsaslarla inteqrasiyası, xüsusən Dünya Ticarət Təşkilatına üzvlük və onun tarif siyasətilə bağlı tələb və işlək mexanzimləri də həlledici səbəblərdən biridir”, - ekspert əlavə edib.
R.Ağayev ölkələrin gömrük sistemi üzrə orta tarif dərəcəsini də qeyd edib:
MDB və region ölkələri
Özbəkistan 12,4%
Azərbaycan 6,5%
Tacikstan 5,5%
Türkiyə 5,2%
Qırğızıstan 4,5%
Rusiya 4,4%
Moldova 2,9%
Ukrayna 2,6%
Ermənistan 4,4%
Belarus 4,3%
Qazaxıstan 3,5%
Gürcüstan 0,7%
Türkiyə
Şərqi Avropa ölkələri
Estoniya 1,3%,
Latviya 1,3%,
Litva 1,3,
Polşa 1,3,
Çexiya 1,3,
Macarıstan 1,3,
İnkişaf etmiş ölkələr
Böyük Britaniya 0,7%,
İsveç 1,3%
Danimarka 1,3%,
Finlandiya 1,3%,
Avstriya 1,3%
Almaniya 1,3%,
Avstraliya 1,4%
ABŞ 1,5%,
Yaponiya 1,6%,
İsveçrə 2,2
Norveç 2,1%,
“Bizdən daha betər gündə olanları siyahıya əlavə eləmədim. Çünki o siyahıda olan ölkələr istinasız olaraq vətənaşına dəyər verməyən, hər cür siyasi və iqtisadi azadlıqları boğan ölkələrdir.
Bu ölkələr klubunun başında gələnlərdən 1-2-nin adını yazım: İran (orta tarif dərəcəsi 19%-ə yaxın), Cibutti (20%-ə yaxın) və s”, - iqtisaqçı yazıb.

Mənbə: Yeniavaz.com
Teref. Xocanın Blogu
Ardını oxu...
Göyçay rayonu Potu kənd sakini Abdullayev Elşad Arif oğlu tərəfindən

MÜRACİƏT

Azərbaycan Respublikaısnın Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edirəm.
Mənim evimi sələmiçi ələ keçirib iki azyaşlı uşaqla zirzəmidə qalmışam.
Belə ki, mənə pul lazım oldu deyə 2020-ci il tarixdə Göyçay rayon sakini Famil Xurşud oğlu Həmidovdan 10.000 manat sələminə pul götürdüm.Famil mənə bildirdi ki, bir ilə 10 min əvəzinə 20 min manat verəcəksən. Həmidov Famil evimi alqı-satqı yolu ilə həyat yoldaşının adına keçirib 10 min manatı sələmi ilə mənə verdi.
Bir ildən sonra pulu qaytarıb evimin sənədlərini öz adıma keçirmək istədikdə Famil mənə bildirdi ki, 50 min manat verməlisən ki, evini sənin adına sənədləşdirim.
Buna görə Famil Həmidov mənim öz evimdən çıxarılmağım üçün məhkəməyə müraciət edib pul gücünə ailəmlə birlikdə evdən çıxarılmağıma dair qərar çıxartdıra bildi.
Mən məhkəmələrdə tam subut etdim ki, Famil Həmidov 10 min manat pulu mənə sələmiyə verib deyə evi onun həyat yoldaşının adına keçirmişəm.Çünki hamı bilir ki, Göyçay rayonunun Potu kəndində belə yeni inşa edilmiş 20 sot torpağın içində hər il gəlir gətirən meyvə bağı olan evi 10 min manata qətiyyən almaq olmaz.
Təkcə hər il mövsümdə həyətimdəki bağdakı xurma meyvəsindən 5-6 min manat pul gəlir əldə etmək olur.
Mənə 2020-ci il tarixdə əlimyandı ilə pul lazım olduğu üçün Famil Həmidovdan 10 min manat sələmiyə pul götürüb evi alqı-satqı yolu ilə onun həyat yoldaşının adına sənədləşdirmişəm.Şərtimiz bir ilə 20 min manat qaytarmaq olub.
Mən əgər həmin evi 2020-ci il tarixdə Famil Həmidova satmışdımsa nəyə götə 3 il orada ailəmlə birlikdə yaşamışam, 20 gün əvvəl evimdən çıxarılmışam hazırda ailəmlə iki azyaşlı uşağımla birlikdə zirzəmidə yaşayırıq. Bunu subut edən komunal ödəniş qəbzləri, qonşular və digər subutlar var.Həmçinin Famil Həmidovun sələmi pul verməklə məşğul olmasına dairdə konkret subutlar var.Həttda məndən başqa bir nəfərində torpaq sahəsini oxşar qaydada əlindən alaraq özününküləşdirib.Bütün bunlar məhkəməyə təqdim edilsədə pul hesabına onların xeyrinə qərar çıxarıldı.
İndi mənim evimi Həmidov Famil 60 min manata satışa çıxarıb.Hüquq mühafizə orqanları Famil Həmidovun sələmiçiliklə məşğul olmasını çox asan aşkar edə bilərlər.Dövlət qanunlarında da İslam dinindədə sələmçiliklə məşğul olmaq qadağan edilib.Hazırda ailəmiz gözü yaşlı ürəyi dərdli zirzəmidə yaşayır.
Mən mətbuat vasitəsi ilə Azərbaycan Respublikaısnın Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət ünvanlayıb çox-çox xahiş edirəm qanunsuz sələmiçiliklə məşğul olub evimizi ələ keçirmiş Həmidov Famil Xurşud oğlunun barəsində tədbir görülməsinə və bizim evimizin geri qaytarılmasına köməklik göstərəsiniz.Xahiş edirəm imkan verməyin iki azyaşlı uşağım zirzəmidə acınacaqlı vəziyyətdə məhv olsun.
Teref. Xocanın Blogu
Səhifəmiz qarşı tərəfində üzünə açıqdır...

 
Ardını oxu...
Ağdaş Rayon Polis Şöbəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarəsinin əməkdaşları tərəfindən ətraf mühitin mühafizəsinin daha da gücləndirilməsi, sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə birgə tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən tədbirlər zamanı Pirkəkə kəndi ərazisində sənaye və məişət tullantılarının qalaqlanması halları aşkar olunub. İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələbləri pozulduğu üçün həmin kəndin bələdiyyə sədri barəsində protokol tərtib edilib.
Ardını oxu...
Ardını oxu...
 

Ardını oxu...
Bizim el içində bir misal var: atdan düşüb, eşşəyə minmək... Bu aqibəti yaşayan o qədər vəzifəli şəxs, məmur olub ki, sayı-hesabı bitməz. Adlarını çəkməyə ehtiyac yoxdur, amma onlara mətbuat leksikonunda portfelsiz məmur da deyilir. Yəni vəzifəsi var, amma səlahiyyəti yoxdur. Allah heç bir məmuru o günə qoymasın. Yaman ağır dərddi. Çünki günün birində gözünü açıb özünü başqa kresloda görürsən, di gəl heç bir işə yaramayan vəzifə sahibi olduğunu anlayırsan , istənilən vəzifə üçün yalvarasan və ürəyində deyingənlik edirsən ki, Allah kəssin belə rəhbər şəxs olmağı. Çox uzatmadan mətləbə keçirik, yəni nəyi demək istəyirik: bilirsiniz ki, bu günlərdə Bakı şəhər Təhsil İdarəsində sektor müdiri Fuad Babayevi işindən uzaqlaşdırıblar. Fuad Babayev yağlı bir tikədən, böyük gəlir mənbəyindən məhrum edilib. Onun qurduğu şəbəkə pullar qazandırırdı, məktəblərə direktor təyinatı biznesə çevrilmişdi. Kim istəyərdi ki, BŞTİ-də sektor müdiri vəzifəsini əldən versin?! İntəhası, yuxarıda gətirdiyimiz misalın lətifəsi Fuad Babayevdən uzaq, indi məlum olur ki, keçmiş şöbə müdiri Bakının 60 saylı orta məktəbinə direktor getməyə hazırlaşır. Özü məktəblərə direktor təyin etdirən, bu yolla adamlarını yerləşdirən, qaz vurub qazan dolduran Fuad Babayev indi o hala düşüb ki, məktəb direktoru olmaq istəyir. Əlbəttə, məktəb direktoru olmaq qəbahət deyil, çox da yaxşı işdir, burada da az pul yoxdur, ilboyu ordan-burdan pul çıxarırsan, amma Fuad Babayevin 60 nömrəli məktəbi direktoru olmaq eşqinə düşməsi daha çox əlacsızlığın nəticəsi kimi görünür. Gələn məlumatlarda vurğulanır ki, Fuad Babayev bu təyinatın artıq behini də verib, lazımı instansiya ilə də anlaşıb, bütün sövdələşmələri həyata keçirib, yeganə qalan Elm və Təhsil Nazirliyidir. İddialara görə, məsələ nazir Emin Əmirullayevin qulağına çatıb və onun razılığı olmadan 60 saylı məktəbə direktor təyin olunmasına qarşı çıxıb. Ona görə də Fuad Babayev üçün aşılması çətin olan tək sədd nazirdir və indi onu da razı salmalıdır ki, işi yağ kimi getsin. Təbii ki, razı salmaq dedikdə Əmirullayevə rüşvət verilməsi nəzərdə tutulmur, sadəcə, onun bu işə "hə" deməsi üçün ya minnətçi salmalı, ya beh verdiyi tərəf işi öhdəsinə götürməlidir. Ruubrika .az sayıtına verilən xəbərlərə görə, Fuad Babayev artıq öz ətrafında söhbət düşəndə bildirir ki, narahat olmayın, nazirə deyiləcək, məsələ həll olunacaq. Hətta bir qədər irəli gedərək danışır ki, nazir istədi-istəmədi bu təyinat olacaq. Çünki Fuad Babayev iddia edib ki, direktor olması üçün lazımı qədər haqq hesab verib, hətta "60 nömrəli məktəbi almışam, mənlikdir" kimi sözlər dilə gətirdiyi iddiaları səslənir. Hər halda portfelsiz keçmiş məmur, artıq böyük sahəni itirmiş Babayev indi məktəb direktoru təyinatına nazirdən əmr gözləməkdədir. Nə deyirik, məktəbə dükan kimi baxan təhsil adamının 60 nömrəli elm ocağını "alması" mübarəkdir!

Müəllif: Aqşin - Mənbə: Rubrika.az
Təqdim etdi: DİA-AZ.COM (ƏRSOYUN BLOQU)

Səhifəmiz bütün maraqlı tərəflərin rəy və mövqe ifadəsi üçün açıqdır...
 

Dünyapress TV

Xəbər lenti