Ardını oxu...
Ağstafanın icra başçısı Seymur Orucov rayonun Xılxına kəndində görüş keçirib. Tribunainfo.az-ın verdiyi xəbərə görə, görüşə dair yayılan məlumat, fotolar bir sıra suallar doğurub. Əvvəla, İH-nin rəsmi saytında görüş haqda yayılan informasiyanın başlığında primitiv korrektə səhvinə yol verilib. Bunu oxuyan ən savadsız adam da görə bilər. Amma Ağstafa İH-nin diplomlu əməkdaşları səhvi düzəltmək belə istəməyiblər.
İkinci nüans görüşdən olan fotolardı. Adı kənd camaatı ilə görüş olsa, da, sakinlər arxada oturublar, ön sırada qalstuklu İH əməkdaşları əyləşiblər. Nəhayət, üçüncü məqam ondan, ibarətdir ki, görüş haqda verilən xəbərdə dövlət başçısının uğurlarından bəhs olunsa da, icra başçısının Ağstafa sakinləri üçün hansı, işlər gördüyü, sözügedən kənd əhlinin nədən şikayətçi olduğu qeyd olunmayıb.

Bundan bir qədər öncə isə, Aqstafa rayonu, Sadıqlı kənd sakini, Qarabağ qazisi Əfəndiyev Ramin Mübariz oğlunun yerli icra hakimiyyətindən gileyi mediada dərc olunmuşdu. Şikayətçi iddia edir ki, dəfələrlə rayon İcra Hakimiyyətində qəbulda olsa da, işlə təmin olunmasına kömək etmirlər: “Mən, Əfəndiyev Ramin Mübariz oğlu, yazaraq bildirirəm ki, İkinci Qarabağ Müharibəsinin iştirakşısı olmuşam. 2-ci qrup əliləm. Qardaşım Əfəndiyev Amil də veterandır. İşlə bağlı icra başçısının qəbulunda olmuşuq. Bizə bildirirlər ki, iş yoxdur. Bəs, biz nə edək, nə ilə məşğul olaq? Bu qədər işsizlik olar? Deyirlər ki, gedin gözləyin, iş olanda sizə məlumat verəcəyik. Amma heç bir məlumat vermirlər. Bu gedişlə heç vaxt da iş olmayacaq”.

Ağstafa rayon icra başçısı Seymur Orucovu da özünü doğrultmayan gənc kadrlar sırasına salmaq olar. Seymur Vaqif oğlu Orucov 1984-cü il oktyabrın 27-də Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olub. 2001-ci ildə Əli Bayramlı şəhərində orta təhsilini bitirərək, Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsinə daxil olub. 2005-ci ildə İqtisad Universitetinin bakalavr pilləsini bitirib, maliyyə-kredit ixtisası üzrə magistratura pilləsinə daxil olub. Seymur Orucovun qaynatasının keçmiş millət vəkili, “Narxoz”un sabiq rektoru Şəmsəddin Hacıyev olması onun bu ali məktəb karyerasında böyük rol oynayıb. O, 2007-ci ildən Maliyyə-kredit kafedranın aspirantı və müəllimi, 2006-2009-cu illərdə İqtisad Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri kimi çalışıb. 2010-cu ildə “Dövlət büdcəsinin gəlir və xərclərinin tənzimlənməsi istiqamətləri” mövzusunda dissertasiya işini müdafiə edərək iqtisad elmləri üzrə fəlsəfə doktoru adı alıb. Ən maraqlısı da odur ki, 24 yaşında Şəmsəddin müəllimin himayəsi altında dekan, saha sonra Tərbiyə işləri üzrə prorektor vəzifəsində olmağa qədər yüksəlib. Şəmsəddin Hacıyevin maliyyə fırldaqları və rüşvət məsələsi ilə bağlı vəzifədən uzaqlaşdırılması ilə Seymur Orucovun da Universitetdəki fəaliyyəti sona çatıb. Daha sonra sabiq rektorun qızı ilə evliliyə rəsmən son verilib. Növbəti karyera yüksəlişində onun dayısı Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının əbədi, əzəli sədri, millət vəkili Səttar Möhbalıyev rol oynayıb. S.Hacıyev 4 aprel 2011-ci ildə Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri vəzifəsinə seçilib. 21 may 2020-ci il tarixdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən S.Orucov rayonun sabiq icra başçısı Nizaməddin Quliyevin şəxsi ev əşyalarını geri qaytarmaqdan imtina etməsi və başqasına məxsus olan inventarları mənimsəməkdən də çəkməməsi ilə qalmaqal yaratmışdı. Azərbaycan reallığında ilk dəfə belə hal yaşanırdı və gənc icra başçısına yazılmamış qanunları izah etməklə bu situasiya ört basdır edildi. Bir müddət öncə isə Seymur Orucov ikinci evliliyi ilə gündəmə gəlib. Əlbəttə bəziləri hesab edə bilər ki, hər kəsin evlənmək haqqı var, burda qəribə heç nə yoxdur və bu, icra başçısını vurmaq üçün heç də yaxşı mövzu deyil; bəziləri sanır ki, media tiraj üçün şou tapıb və s…
Əlbəttə, mövzunun şou hissəsi də yox deyil. Ancaq bu toyun gündəmə çevrilməsini şərtləndirən səbəblər də çoxdur. Əvvəla, Seymur Orucov bu ölkənin iri rayonlarından birinin başçısıdır, dövlətin siyasi-inzibati iradəsini yerdə təmsil edir. Onun özəl həyat anlayışı ola bilməz – bütün addımları ictimaidir. Azərbaycanda ikinci yox, 8-ci dəfə də evlənən şəxslər var, onlar haqda kimsə nəsə yazmır. S.Orucovun toy məsələsi buna görə ciddi medianın da diqqətini çəkdi.
İkincisi, dövlətin siyasi iradəsini yerdə həyata keçirən şəxs olaraq S.Orucovun milli dəyərləri mütləq şəkildə qoruması artıq bir seçim deyil, vacibdir: sən bu ölkənin məmurusansa, ənənələri yaşatmağa borclusan. Azərbaycanda isə kişi 10 dəfə də evlənə bilər, ancaq yalnız bir dəfə “bəy” olur, özünə bir dəfə toy edir. Çox nadir istisnalar yalnız gənclərə aid ola bilər – o da əgər hansısa səbəbdən ayrıldıqdan sonra övladı yoxdursa. Bu baxımdan 4 uşaq atası olan bir şəxsin bu qədər irimiqyaslı toy-dügün keçirməsi diqqətləri özünə çəkməyə bilməzdi.
Hər kəsin doğrudan da ailə qurmaq, evlənmək, ərə getmək kimi təbii haqqı var. S.Orucov da birinin qolundan yapışıb, evinə aparsaydı, səssiz-küysüz – yəni musiqinin səsi bütün Bakını başına götürmədən – ciddi media bu olayı işıqlandırmayacaqdı. Anadolu türklərinin gözəl bir sözü var: “makamına sayğı göstərmək”. Özün istədiyin düşüncədə ola bilərsən, istədiyin həyatı yaşamaq haqqın da var, ancaq dövlət məqamındasansa, dövlət ərkanına, xalq ənənəsinə uyğun davranmaq öhdəliyini o vəzifəni qəbul edərkən götürmüsən demək.
İndi isə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısının adı 194 min manatlıq mənimsəmə işində hallanır. Belə ki, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Birləşmiş Həmkarlar İttifaqının sədri İsrafil Bəkirovla baş mühasib Rəşad Babayev 194 min manat mənimsəməkdə ittiham edilib. Rəşad Babayev məhkəmədə deyib ki, Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sabiq sədri Seymur Orucovun vasitəsilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Birləşmiş Həmkarlar İttifaqına baş mühasib vəzifəsinə təyinat alıb. Rəşad Babayev məhkəmədə Seymur Orucovun adını çəkməklə mənimsəməyə məcbur edildiyini deyib. Sabiq baş mühasib qurumda Seymur Orucovun tapşırıqlarını da yerinə yetirdiyini bildirib. Onun sözlərinə görə ittifaqda müqavilə əsasında xidmət göstərən Gülbəniz adlı qadının oğlu Fərid Bayramovun Rəqəmsal İnkişaf və Nəqliyyat (Rabitə) Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinə işə bərpa olunmasına köməklik göstərəcəyini, lakin qarşılığında 20 min manat alınacağını deyib. Bu barədə Seymur Orucovla danışıb və sonuncu Fəridi işə götürə biləcəyini bildirib. Rəşad Babayev məhkəmədə Fəridin işə düzəlməyinə görə ailəsindən aldığı 20 min manatı Seymur Orucova verdiyini də iddia edib. Seymur Orucov icra başçısı təyin olunduqdan sonra Fəridin işə düzəlməsi ilə bağlı məsələ dayandırılıb. Rəşad Babayev deyib ki, 194 min manatdan 135 min manatını Seymur Orucova şəxsən verib, 15 min manatı Gülbənizə qaytarıb, qalan 44 min manatı isə öz ehtiyaclarına sərf edib. Məhkəmənin qərarı ilə Rəşad Babayev Cinayət Məcəlləsinin külli miqdarda dələduzluq, mənimsəmə, vəzifə saxtakarlığı, vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə təqsirli bilinib və 7 il müddətə azadlıqdan məhrum edilib. İsrafil Bəkirov isə Cinayət Məcəlləsinin səhlənkarlıq maddəsi ilə təqsirli bilinib. Məhkəmə Rəşad Babayevin ifadəsi əsasında Seymur Orucov barəsində xüsusi qərardad çıxarmayıb.

cumhuriyyet.net
Ardını oxu...
Az əvvəl Milli Məclis sədrinin müavini Adil Əliyevin rayonlardan birinə rəhbər təyin ediləcəyi xəbəri yayıldı. Dia-az.İnfo qeyd edir ki, sözügedən iddianı dəyərləndirən Adil Əliyevin özü əslində dolayı yolla baş verəcəkləri yerli KİV-ə qaçıqlamasında təsdiqləyib. Yən onun təyinatı gözləniləndir və bu da onun növbəti parlament seçkilərində olmayacağı anlamına gəlir.

Onunla bağlı daha bir neçə hazırki deputatın da yenidən Milli Məclisin heyətində olmayacağı haqda iddialar var.

Dia-az.İnfo bildirir ki, bunlardan biri də 8 saylı Binəqədi birinci seçki dairəsini təms8il edən Azay Quliyevdir.

Qeyd edək ki, bir neçə gün əvvəl blogerlərdən birinin keçirdiyi sorğuda da seçicilərin Azay Quliyevə qarşı kökləndiyi aydın şəkildə sezildi. Görünür, bu ovqatı "yuxarılar" da yaxşıca dəyərləndiriblər.

Məlumatlara görə, Azay Quliyevin bu seçkilərdə namizəd olub-olmayacağı kiafyət qdər şübhəlidir: "Olsa belə onun yox, ona rəqib olan həmin dairədən bir başqasının qalib gəlmə ehtimalı yüksəskdir..."

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin...
 
Ardını oxu...
Şəhərin mərkəzində qala divarlarının ətrafında boş qalan ən balaca və dar yerlər də artıq zəbt edilir. Qoşa Qala qapılarının ətrafı, qalanın aşağı divarının yanında yeni restoran üçün hazırlıqlar gedir.

Tribunainfo.az xəbər verir ki, bu barədə sosial şəbəkədə narazı sakinlərlə yanaşı memar Elçin Əliyev də paylaşım edib. Aparılan işlərə etirazını bildirən memar bildirib ki, bu gedişlə Bakıda bir dənə də boş yer qalmayacaq:

“Dünyanın heç bir yerində şəhər büdcəsinə bu qədər xeyir vermək istəyi yoxdur! Tezliklə Bakıda bir dənə də olsun pulsuz yer qalmayacaq.
Sizi bilmirəm, amma şəxsən mən Azərbaycan məmurları ilə fəxr edirəm! Qalın dəri pul kisələrinizi hazırlayın, yastıqlarınızın, döşəklərinizin altından əmanətlərinizi çıxarın, əziz həmvətənlər – yaxın günlərdə qala divarının yaxınlığındakı kiçik meydanın yerində yeni bir restoran açılacaq”.

Qeyd edək ki, qala divarları boyunca oturacaqlar qoyulub. Restoranı avtomobil yolundan ayırmaq üçün də artıq dəmir çəpər çəkilib.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 

Ardını oxu...
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyindəki Ərazi Tikinti-Planlaşdırma Mərkəzi “Mitsubishi Pajero Sport” markalı avtomobilin satın alınması üzrə dövlət satınalmalarının vahid internet portalında keçirilməyən, bir mənbədən satınalma proseduruna yekun vurub. Satınalmanın qalibi “Diamond Motors” MMC seçilib və tərəflər arasında 79.100 manat məbləğində müqavilə bağlanıldığı barədə məlumat portalda 03.07.2024-cü ildə dərc edilib.

Qeyd edək ki, 2006-cı il noyabrın 20-də “Diamond Motors” MMC ilə “Mitsubishi Motors” regional distribütoru arasında imzalanmış sazişə əsasən “Diamond Motors” MMC Azərbaycanda “Mitsubishi Motors” şirkətinin rəsmi dileri olub. Sazişə əsasən, “Diamond Motors” MMC “Mitsubishi Motors”un yük maşınları və avtobusları da daxil olmaqla avtomobillərin bütün model sırasını satmaq hüququnu əldə edib. Azərbaycanda 2006-cı il dekabrın 25-dən “Mitsubishi Motors” avtomobillərinin rəsmi satışlarına start verilib.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “DİAMOND MOTORS” Məhdud Məsuliyyətli Cəmiyyətinin 20.11.2006-cı il tarixdə Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanının ABŞERON RAYONU, XIRDALAN ŞƏHƏRİ, BAKI-SUMQAYIT ŞOSSESİ, qanuni təmsilçisinin isə Əsədov Elçin Qamət oğlu olduğu göstərilir.

Dövlət reyestrinə edilmiş dəyişikliklərdə MMC-yə Hüseynov Rəşid Səmənd oğlu, “Audatex-Azərbaycan” şirkətinin icraçı direktoru Zakir Zahid oğlu Kərimzadə də qanuni təmsilçilik edib. 2016-cı ilin avqustundan Əsədov Elçin Qamət oğlu MMC -nin dəyişməz qanuni təmsilçisidir.

Elektron medianın 2021-ci ilin noyabrında yaydığı məlumatda bildirilir ki, yapon avtomobil markası olan “Subaru”nun Azərbaycanda rəsmi və yeganə distribyutor şirkəti “Subaru Azərbaycan”nın rəhbəri dəyişib. “Subaru Azərbaycan”a bu günə qədər rəhbərlik edən Şahin Şahverdiyev Əmiraslan oğlu vəzifəsindən azad edilib. Onun yerinə bu şirkətə Elçin Əsədov Qamət oğlu təyin edilib. Qeyd edək ki, E.Əsədov 2005-ci ildən Honda Azərbaycan-a rəhbərlik edirdi. Xatrıladaq ki, “Subaru Azərbaycan” MMC 2006-cı ildə yaradılıb və 3 700 020 manat nizamnamə kapitalına sahibdir. Mafraqlıdır, “Subaru Azərbaycan” MMC -dən fərqli olaraq “Diamond Motors” MMC-nin nizamnamə kapıtalı niyə cəmi 20 manatdır.

Şirkətin Ərazi Tikinti-Planlaşdırma Mərkəzinə satmaq istədiyi avtomobilin hansı ilə aid olduğunu müəyyən edə bilmədik. Çünki, tenderin bir mənbədən satınalma üsulu ilə keçirildiyindən şərtlər toplusunda Mərkəzin almaq istədiyi avtomobilin ümumi vəziyyəti haqqında ətraflı məlumat əldə etmək olmur. Buna baxmayaraq biz “turbo.az” saytı üzərindən apardığımız araşdırmada məlum oldu ki, Tikinti-Planlaşdırma Mərkəzinin almaq istədiyi 2024-cü il istehsalı olan 0 km “Mitsubishi Pajero Sport” markalı avtomobilin qiyməti 44 900 -46 500 ABŞ dolları arası dəyişir. Saytda 2022-ci ilin “Pajero Sport” markalı avtomobili 39 800 ABŞ dollarına, 2020-ci ilin sözügedən markalı avtomobilinin qiyməti 49 500 manata təklif olunur.

Qeyd edək ki, hələ 2011-ci ildə Baş nazir “Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” qərar imzalayıb. Qərarda bildirilir ki, məqsəd dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlar tərəfindən xidməti minik, xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələrinin alınması və istismarı zamanı büdcə vəsaitlərinin səmərəli istifadə olunmasını təmin etmək, bu sahədə nəzarəti gücləndirmək və normativ hüquqi bazanı təkmilləşdirməkdir. Eyni zamanda baş nazir dövlət orqanlarına tapşırıb ki, xidməti minik, xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələrinin dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitlər çərçivəsində alınması, təyinatı üzrə istifadəsi və saxlanılmasına nəzarəti gücləndirsinlər və bu sahədə neqativ hallara yol verilməsinin qarşısını alsınlar.

Bununla bağlı Prezident İlham Əliyev də dəfələrlə məmurları, dövlət qurumlarını Azərbaycanın özündə istehsal olunan avtomobillərdən istifadə etməyə çağırıb. Lakin görünən budur ki, nə yerli, nə də mərkəzi icra hakimiyyəti orqanları, eləcə də dövlət xidmət qurumları avtomobillərlə bağlı qoyulan tapşırıqlara əməl etmirlər.

Qeyd edək ki, Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin fəaliyyət istiqamətləri şəhərsalma, ərazi planlaşdırılması və memarlıq sahələrində mövcud mexanizmləri təkmilləşdirməklə bu sahələri inkişaf etdirmək, göstərilən xidmətlərin keyfiyyətinin artırmaq, həmin sahələr üzrə mövcud vəziyyətin təhlilini həyata keçirməkdən ibarətdir. 28.12.2021-ci il tarixindən Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsinə Ramin Abdullayev təyin olunub. Buna qədər o 12.04.2019-cu il tarixdən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin müvafiq əmrinə əsasən Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin İdarə Heyətinin üzvü vəzifəsinə təyin olunmuş, 05.06.2020-ci il tarixdən Mərkəzin İdarə Heyətinin sədri vəzifəsinin icrası həvalə edilmişdir.

Elektron medianın yaydığı məlumatlara görə Ərazi Tikinti-Planlaşdırma Mərkəzi İdarə Heyətinin sədri Ramin Abdullayevin adı da son vaxtlar bir sıra qanunazidd əməllərdə hallanmaqdadır. Onun öz vəzifəsindən sui-istifadə etməsi, şəxsi maraqları naminə dövlət və ictimai maraqları qurban verməsi ilə bağlı ölkə mediasında kifayət qədər geniş məlumatlar mövcuddur. Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin almaq istədiyi “Mitsubishi Pajero Sport” markalı avtomobil də çox güman ki, sədr Ramin Abdullayev üçün alınır. Amma burada maraqlı bir nüans var. Adətən dövlət məmurları sedan tipli lüks avtomobillərə üstünlük verirlər. Görsənən odur ki, Ramin Abdullayev “Mitsubishi Pajero Sport”u Bakı şəhərinin düz yolları üçün deyil, dağlarda səyahət etməyə, ov ovlamağa, quş quşlamağa alır.

Aktualinfo.org
 
Ardını oxu...
Tez-tez istifadə etdiyimiz ət məhsullarından biri də kolbasalardır. Belə məhsullardan istifadə edərkən müəəyən dadlandırıcı qatqılardan istifadə olunur amma bu cür qatqılar insan orqanizmi üçün təhlükədir.

“CF Kristal” servelat kolbasalarının tərkibində insan orqanizmi üçün olduqca zərərli olan qida əlavələrinin olduğu məlum olub. Belə ki, məhsulları zərərli hesab edilən E-450, E-451, E-452, E-621, E-300 maddələri qarışımı ilə hazırlanıb. Qida ekspertləri bildirir ki, bu maddələr insanların sağlamlığı üçün ciddi təhlükədir

Tərkibindəki E-450, E-451, E-452 maddələri insanda mədə pozğunluğu əmələ gətirir. Kolbasanın tərkibindəki E-621 qida əlavəsi də insan orqanizmi üçün zərərli hesab edilən maddələrdəndir. Ən çox yayılmış dad gücləndiricisi natrium glutamat olan E-621-dir. Bu maddə ilə zəngin olan qidaları qəbul edən insanların 30 %-i baş ağrıları, yüksək ürək döyüntüsü, əzələlərdə zəiflikdən şikayət edir.

Sözügedən şirkət tanınmış iş adamı Fəxrəddin Fərhadova məxsusdur. Onun Nizami rayon NZS adlanan ərazidə dəyəri milyonlarla ölçülən villası, “Qızıl Buta” şadlıq sarayı, “Jiquli” pivə zavodu, “Qəbələ” kafesi və s. kimi obyektlərin sahibi olduğu iddia olunur.

Tanınmış blogerlər Əlizamin Fərhadov və Elmira Elmira Namazova sözügedən iş adamının övladlarıdır.

Sosial şəbəkələrdə kifayət qədər izləyici kütləsi olan blogerlərin paylaşımlarına diqqət yetirsəz onlarında yetəricə zəngin həyat sürməsi açıq-aşkar öz sözünü deyir.

"Azərbaycan Reallığı"
 

Ardını oxu...
"Azəri Med" QSC-yə inzibati protokol yazılıb.

Pravda.az-ın xəbərinə görə, Mərkəzi Bank protokolu İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib.

İş Nərimanov Rayon Məhkəməsinin hakimi Vüsal Qurbanovun icraatındadır.

Qeyd: QSC-nin deputat Kəmaləddin Qafarova məxsus olduğu bildirilir
Ardını oxu...
"Quseynoff" MMC-nin dövlətə külli miqdarda vergi borcu üzə çıxıb.

32gun.az xəbər verir ki, şirkətin dövlətə olan vergi borcu 150 min manatdan çoxdur. (152492.12 AZN)

Bildirək ki, nizamnamə kapitalı 20 AZN olan Quseynoff" MMC-nin qanuni təmsilçisi, sahibi Emin Hüseynov Zahid oğludur.

Qeyd edək ki, yerli mediada gedən məlumatlara görə, E.Hüseynov sosial şəbəkədə "Baboş” ləqəbi ilə tanınan Babək Cabbarovun yaşadığı Bərdə rayonuna getmişdi.

Baboşun milyonçu dəstəkçisi kimi adı qeyd edilən Emin Hüseynov “TikTok”da “Quseynoff_009” ləqəbi ilə tanınır.

Emin Hüseynovun bahalı “Gelandewagen” maşını ilə onun evinə getməsi demək olar gündəmi və sosial şəbəkələri zəbt etmişdi.

Həmin şəxs Göygöl şəhəridə yerləşən “Quseynoff vodka” Məhdud Məsuliyyətli Cəmiyyətlərinin rəhbəridir.

Yerli mediada gedən məlumatlara görə, onun barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir neçə ittihamı ilə cinayət işi başlanılıb. Məlumatda qeyd edilib ki, elə həmin vaxt Satış obyektində aparılmış axtarışlarla sözügedən müəssisəyə məxsus külli miqdarlarda keyfiyyətsiz spirtli içki məhsulları və saxta aksiz markaları aşkarlanaraq maddi sübut qismində götürülüb. Həmçinin məlumatda bildirilir ku, onun barəsində bir neçə ay bundan öncədə Gəncə şəhərində dostu ilə birlikdə şəhər sakininin üzərinə hucum edərək ona müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər, buna görə də Cinayət Məcəlləsinin 221.2.1 ittihamı ilə məhkum olunublar.

32gun.az qeyd edir ki, Emin Hüseynov aktiv olaraq istifadə etdiyi "Quseynoff_009" "tik tok" hesabında bazar qiyməti orta hesabla 1 milyon manat olan "Mercedes-Benz GL Serisi" markalı avtomobilini də reklam etməkdən çəkinməyib.
Ardını oxu...
 
 
 
Ardını oxu...
Bakıda İçərişəhər ərazisində qala divarlarının bir neçə metrliyində iaşə obyektinin tikintisi işləri aparılıb.

TEREF Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə paylaşım edilib.
Qeyd olunur ki, İçərişəhərdəki qala divarlarının qarşısında restoran fəaliyyəti göstərilməsi üçün qanunsuz tikinti işi aparılır. Bu, qala divarlarının qarşısının kəsilməsinə və onsuz da gediş-gəlişin sıx olduğu ərazidə daha böyük hərəkət məhdudiyyətinin yaranmasına səbəb olacaq.
Məsələ ilə bağlı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilib ki, ərazi qoruğa aid deyil.
Səbail Rayon İcra Hakimiyyətindən isə qeyd olunub ki, koordinatlarla həmin ərazi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin inzibati ərazisinə aiddir.
 
Ardını oxu...
Deputat Cavanşir Feyziyevin prezidenti olduğu Mahmud Kaşğari adına Beynəlxalq Fond Dilçilik İnstitutunun direktoru Nadir Məmmədliyə “Beynəlxalq Mahmud Kaşğari mükafatı” verib.
Cənab Feyziyev buyurub: "Xoşbəxtlikdən “Divanü lüğat- it-türk” əsərinin tərcüməsi Dilçilik İnstitutunun arxivində qorunub saxlanılmışdır. 2021-ci ildə Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli akademik İsa Həbibbəylinin təşəbbüsü ilə kitabın axtarışına çıxır və bu axtarış uğurla nəticələnir...".
Bəh-bəh! Əməlli-başlı təhqiqatçı imişlər ki! Bunlar bir az gerçək əməyə munis olsaydılar, yəqin ki, dünyanı dağıdardılar...
Feyziyev bir tərəfdən Divanın institutun arxivində qorunub saxlanıldığıni deyir, digər tərəfdən, divanın tapılmasını hadisə lövhəsinə mıxçalayır. Hanı məntiqi mütabiqılik?! Əlimizin altında saxlanılan əsəri sanki Sakit Okeanın dibindən tapıb gətiriblər... Maşallah olsun fərasətinizə!
PS. Bayırdan uşaqların oxumaq səsi gəlir: Sən də qaqaş, mən də qaqaş, Hərəkət edək yavaş-yavaş!
PPS. "Рыбак рыбака видит издалека" frazelogiyasının tərcüməsini bilən olsa, yazar.
Idris Abbasov
TEREF
 
 
 
Ardını oxu...
"Mcdonald's"da müştəri bolluğu üzündən iyrənclik baş alıb.

32gun.az xəbər verir ki, yeməklərin təqdim edildiyi plastik sini çirk içərisindədir.

Qablar təmizlənmədən, sadəcə üzərindəki kağızları yeniləyərək müştəriyə yeməkləri təqdim olunur.

Videodan da aydın görünür ki, qablar çirkdən yapışqanlaşıb.

Görüntü "Gənclik Mall"da yerləşən "Mcdonald's"dandır.
 
 

Dünyapress TV

Xəbər lenti