Ardını oxu...
"Hörmətsiz "Azercell"..." DİA.AZ bildirir ki, bu barədə" Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Aygün Rufullazadə adlı istifadəçi giley edərkən xitab edib.

Narazı vətəndaş daha sonra qeyd edib: " "Trendyol"dan qayıdan pulumu geri verin də...

Daha bəsdirin insanları qoyun əvəzi gördünüz...

Öz pulumuzu da dilənə-dilənə istəyirik sizdən!!!"

Redaksiyadan: Hər halda burada məsələnin nə yerdə olduğu asanlıqla anlaşılır... Odur ki, əlavə şərhə ehtiyac yoxdur...

Məsələ ilə bağlı teref.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
 
Ardını oxu...
Ortalıq 20 günə istilik xətti olan binaların qızdırılmasına başlanacaq. Artıq çoxmənzilli binaların giriş qapısına mənzillərin qızdırılmasına cavabdeh qurumun xəbərdarlıq elanları asılıb. Çoxu, bu elanlara fikir vermir, sadəcə 15 noyabrdan istilik veriləcəyi ilə bağlı xəbərdarlıq edilməsini güman edirlər. Amma...
“Azəristiliktəchizat” bildirir ki, Nazirlər Kabinetinin 05.09.2023-cü il tarixli 303 saylı qərarı ilə istilik qiymətləri mənzilin ÜMUMİ SAHƏSİNƏ əsasən hesablanacaq. Xidmət qurumu bununla bağlı sakinlərdən müqavilə bağlamağa şərait yaradılmasını xahiş edir. Maraqlıdır, bəs indiyədək istilik xidməti müqaviləsiz xidmət göstərirdi? Daha maraqlısı odur ki, istilik qiymətlərini , digər kommunal və s. xidmətlərdə olduğu kimi Tarif Şurası müəyyən edir, NK-nın istilik qiymətini qaldırıb-endirmək səlahiyyəti yoxdur. Görünür, ya NK çaşıb istehlakçı hüquqlarını pozub, indiyədək yaşayış sahəsinə görə ödənilən qiymətin ümumi sahəyə görə ödənilməsini qərara alıb. Ümumi sahə isə yaşayış sahəsindən, ən azı, 1,5-3 dəfə çoxdur. Belə çıxır, hökumət-NK istilik qiymətlərini gizlincə, “incə ustalıqla” 1,5-3 dəfə artırıb? Bəs Tarif Şurası, bəs istehlakçıların hüquqlarının müdafiəsi necə olsun? Şuranın da, istehlakçı hüquqların müdafiəsinin də başında İqtisadiyyat Nazirliyi dayanır. Yenə də istehlakçı hüquqlarını Tarif Şurasının qiymət artımından aşağıda tutacaq?
NK-nın 05.09.2023-cü il tarixli, 303 saylı qərarında istilik sayğaclarının binanın girişində quraşdırılan mənzillərin ümumi sahələrinə əsasən Tarif Şurasının müəyyən etdiyi qiymətlərlə hesablanmalı olması vurğulanıb. Tarif Şurasının istilik qiymətləri haqqında qərarında isə yaşayış sahəsinin kvadrat metrinə görə 0,15 manat haqq nəzərdə tutulub.
İndi söz Tarif Şurasındadır, ya qərarını dəyişib qiyməti qaldırmalıdır , ya da NK-nın “çaşqınlığını” düzəltməlidir. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti istehlakçı hüquqlarını qorumaq görəvini yerinə yetirəcəkmi, axırı ? Görək, hökumət əhalini düşünəcək, yoxsa məmurların cibini?
Məğrur Bədəlsoy
Ardını oxu...
 
Ardını oxu...
Şikayətimiz ondan ibarətdir ki, bizim Nərimanov Tibb Mərkəzinin direktoru Fazil Alməmmədov məcburi şəkildə biz həkimləri növbə ilə 10 günlük Xankəndi xəstəxanasına göndərir. Getmək istəməyən həkimləri işdən azad etməklə və ya könüllü olaraq ərizə yazıb işdən çıxmaqla hədələyirlər. Artıq bizim Tibb Mərkəzindən 1 dəfə bizi 10 günlük Xankəndi xəstəxanasına göndəriblər. İndi növbəti heyəti göndərirlər. Bu proses nə qədər davam edəcək bilmirik.
Teref.az yazır ki, bunu Nərimanov Tibb Mərkəzinin bir qrup qadın həkimləri və tibb işçiləri saytımıza ünvanladıqları şikayət məktubunda yazıblar. Dha sonra xanım tibb işçilərimiz yazırlar:
Xankəndiyə göndərilən həkimlərimizin hamısı ailəli qadınlardır. Artıq hamımızın ailəsində bu məsələ ilə bağlı ciddi problemlər yaşanır.
Biz bir şeyi anlaya bilmirik ki, nəyə görə məhz biz Bakının Nərimanov rayonunda çalışan həkimlər Xankəndi xəstəxanasına ezam olunuruq?
Axı nə üçün biz 180 000 əhalisi olan Bakının mərkəzi rayonlarından biri Nərimanov rayonunun dövlət xəstəxanasının həkimləri evimizdən 400 km uzağda yerləşən Xankəndi xəstəxanasına məcburi şəkildə 10 günlük göndərilirik?
Nə üçün Xankəndinə yaxın rayonlardan olan xəstəxanaların həkimləri yox, Bakı şəhərindən məhz bizim xəstəxananın həkimləri ezam olunur?

Biz hamımız Azərbaycan qadınlarıyıq, bizim ailəmiz var, həyat yoldaşımız var, övladlarımız var. Ailəmizi Bakıda qoyub necə gedə bilərik axı. Belə haqqsızlıq olmaz!

Sizdən çox xahiş edirik, bu məsələni işıqlandırasınız və
TƏBİB, İcbari Sığorta, Nərimanov Tibb Mərkəzi rəhbərlərinə sual ünvanlayasınız ki, onlar öz həyat yoldaşlarına, bacılarına, qız övladlarına, evlərindən 400 km uzaqda yerləşən xəstəxanaya 10 günlük göndərilməsini rəva bilərdilərmi, icazə verərdilərmi?
Teref.az olaraq bizdə təəcüblənirik, axı niyə qadınları Bakıdan Xankəndi xəstəxanasına göndərirlər? Yaxın rayonların xəstəxanalarında bəyəm tibb işçiləri yoxdur? Həqiqətəndə ən azından bu xanım həkim və tibb işçilərinin ailə vəziyyətləri heç kimi maraqlandlrmlır?
Teref.az olaraq TƏBİB, İcbari Sığorta, Nərimanov Tibb Mərkəzi rəhbərlərindən bu məsələyə münasibət bildirəcəklərinə ümid edirik!
Teref.az
Ardını oxu...
"AZAL - Azerbaijan Airlines yarıtmaz fəaliyyətinə, vətəndaşlara hörmətsizliyə nə zaman son qoyacaq?!" DİA.AZ bildirir ki, bunu öz etirazında tanınmış jurnalist Fərid Şahbazlı ifadə edib.

Jurnalist daha sonra yazır: "Aylar öncə vacib tədbirdə iştirak etmək üçün 29 dekabr tarixinə Minsk şəhərinə bilet almışıq. Bu gün tam təsadüfən öyrənirik ki, həmin günə reys ləğv edilib. Bu haqda bizə heç bir məlumat verilməyib.

Xəbəri eşitdikdən sonra özümüz AZAL-ın maillərinə və Whatsap nömrələrinə yazdıq.

Sizə təqdim etdiyim cavabın birində şirkət biletin digər tarixlərə dəyişdirilə və geri qaytarıla biləcəyini yazır.

Digər cavabda isə Azərbaycan dilinin normalarına ciddi hörmətsizlik etməklə, biletin nə qaytarıla, nə də dəyişdirə biləcəyi qeyd olunur.

Bu nə soyğunçuluqdur, vətəndaşlara hörmətsizlikdir?"
Ardını oxu...
Ardını oxu...
Məsələ ilə bağlı teref.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
 
 
 
Ardını oxu...
Sosial şəbəkələrdə yeni parklama qaydaları ilə bağlı narazılıqların ardı- arası kəsilmir. Belə ki, Bakının yol-nəqliyyat infrastrukturu həll edilmədən parkinq məsələsi gündəmə gəlir ki, bu da böyük yanlışdır. Avtomobil idarə edən vətəndaşların iddiasına görə, əvvəllər dayanma-durmanın sərbəst olduğu əksər küçələr hazırda parkinq üçün ayrılıb. Arxa məhəllələrdə dayanma-durma və ödənişli parklanma nişanı quraşdırması narazılıqlara səbəb olub. Əgər yaxınlıqda parklama yerləri yoxdursa, məhəlləarası küçəni xətləmək, ora dayanmağı qadağan edən nişan qoymaq nə dərəcə doğrudur?
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) parklama siyasətini ciddi tənqid edən sürücülərin fikrincə, qurum həll olunası səbəbi qoyub, nəticə ilə əlləşir. Qeyd edək ki, avqust ayının əvvəlindən etibarən Bakıda Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş parklanma qaydaları tətbiq olunur.
İctimai nəqliyyat şəbəkəsinin bərbad vəziyyətdə olduğunu nəzərə alsaq, bu imkanlarla yeni qaydaların nə qədər effektiv olacağı sual doğurur.
Maraqlıdır, insanlar avtomobilini harada saxlamalıdır?
Xatırladaq ki, millət vəkili Naqif Həmzəyev parlamentin ötən iclasında parklanma mövzusunu gündəmə gətirib. O bildirib ki, əvvəllər vətəndaşlar parklanma üçün gün ərzində 1-2 manat ödəyirdisə, indi 8-10 manat ödəməli olurlar: “Avtomobili saxlamaq üçün yer tapa bilməyən vətəndaşlar isə maşınları binaların həyətlərində saxlayırlar. Bu da bina sakinlərinə əlavə problemlər yaradır. Hesab edirəm ki, gələcəkdə aidiyyəti qurumlarla ictimai dinləmələr keçirə və problemlərin həlli üçün işlər görə bilərik”. Deputat parklanma yerlərində elektromobillərin doldurulması üçün məntəqələrin də yaradılmasını təklif edib.
TEREF.AZ-ın xəbərinə görə, mövzu ilə bağlı “Sherg.az"a danışan nəqliyyat eksperti İlqar Hüseynli isə hesab edir ki, hərəkət hissəsində olan parklanma məsələlərini həll etmək üçün birinci növbədə yolların və yol hərəkətinin təşkili nəzərdə tutulmalıdır: “Parklanmaların təşkili, düzgün idarə olunması həmin yaşayış məntəqəsində mobillik planının vacib tərkib hissələrindən biridir”.
Ekspertin fikrincə, ödəmələrin yalnız onlayn qaydada olması, tariflərin həddindən artıq yüksək olması, həqiqətən də, əhali üçün çox ciddi problemlər yaradır: “Bir müddət əvvəl ödənişli parklanma yerlərində quraşdırılan parkomatlar vasitəsilə insanlar rahat şəkildə ödənişini edirdi. Həmin vaxt parklanma yerlərinin sayı da kifayət qədər idi. Milyonlarla vəsait xərcləyib quraşdırdıqları parkomatlar hansı siyasətin qurbanı oldu ki, onu ləğv elədilər, bilmirəm. Bizim ölkəmiz üçün ən ideal variant məhz o idi. Axı hər kəsin onlayn ödəmə imkanı olmur. Bəzi insanlar SMS ödəmə qaydalarını bilmir. İnsanları maarifləndirmədən bu qaydaların tətbiqi əlavə vaxt itkisidir. Yeni tətbiq olunan sistem isə sadəcə fiaskodur. Şəhəri kateqoriyalara bölmək isə ümumiyyətlə yanlış siyasətdir. Avropa ölkələrində parklanma prosesini diqqətlə izləyən biri olaraq deyim ki, heç bir ölkədə bu cür diskriminasiya yoxdur. Parklanma yerlərində vahid tarif siyasəti tətbiq edilməlidir.
Amma ən pisi odur ki, artıq tətbiq olunan qaydalarla bağlı geriyə addım atmaq imkanı da yoxdur. Təsəvvür edin ki, hələ bu qaydalar 3-4 il ərzində Bakı Şəhəri İcra Hakimiyyəti ilə aparılan müzakirələr fonunda tətbiq edilib”.
İnsanların haqlı olaraq narazılıq etdiyini vurğulayan İ.Hüseynli deyib ki, Bakıda parklanma imkanları yaradan böyük dayanacaqlar yoxdur. Dünyanın əksər ölkələrində çoxmərtəbəli dayanacaqlar sayəsində bu cür problem yaşanmır: “Bakının infrastrukturu isə buna imkan vermir. Ümumiyyətlə, paytaxtımızın infrastrukturunu idarə olunan parklanma qaydalarına uyğunlaşdırmaq çətindir. Amma müvafiq qurumlar başa düşmək istəmir ki, Bakı yolları onların istədiyi qaydalarla uzlaşmır. Əksinə, onlar öz siyasətlərini Bakının infrastrukturuna uyğun qurmalıdırlar ki, bəlkə nəsə nəticə əldə etmək olar. Demək ki, məqsəd əhali üçün normal şərait yaratmaq yox, insanların cibinə girməkdir.
Maşın saxlamaq üçün normal yerlər olmayan bir şəhərdə bu qədər yüksək tariflər müəyyənləşdirməyin başqa açıqlaması ola bilməz”.
P.S. Teref.az qeyd edir ki, əsasda bu layihənin sosial yönümü nəzərə çarpmır. Hanı parklanma qaydalarında əlillər üçün hansısa bir qeyd? Bütün beynəlxalq konvensiyalar imza atan Azərbaycan hökuməti bu konvensiyaları heç nəzərə belə almır. Konvensiyalar cəhənnəm, Prezidentin fərmanı belə yada düşmür!! nƏlillər sadəcə insan sayılmır və ....
Teref.az
Ardını oxu...
«Təzadlar»a bu dəfə daxil olan şikayət ərizəsi yenə də MTK-lardan birinin qanunsuz fəaliyyətindən və bu fəaliyyətə özlərinə məlum niyyətlə göz yuman bəzi hüquq mühafizə orqanı rəhbərlərinin və məhkəmə hakimlərinin ədalətsizliyindən bəhs edir.

Söhbət Bakıda və Sumqayıtda qanunsuz üsullarla və keyfiyyətsiz, qəzalı halda olan çoxmənzilli binalar inşa edən fiziki şəxs Şakir Hüseyn oğlu Hüseynov və o həbs ediləndən sonra çoxsaylı payçılardan canını süni surətdə qurtarmaq istəyərək fəaliyyətini sığortalamaq üçün müəmmalı yolla özünə «Şakir» MTK yaradan oğul Tural Şakir oğlu Hüseynovun məhkəmələrdən keçən fəaliyyəti barədədir.

Qısa olaraq deyək ki, uşaqlarının boğazından kəsib özünə mənzil alıb rahat yaşamaq istəyən 120 nəfər Hüseynovların əlindən bu günədək zülm içində həyat sürür… Hətta bizə verilən məlumatda o da qeyd olunur ki, bu insanların bəziləri Hüseynovların yaratdıqları dolaşıq fəaliyyətlərinə dözməyərək ağır xəstəlik tapıb, bu dərd-vərəmə və biabırçılığa dözməyərək dünyasını dəyişənlər də var…

Beləliklə, ötən həftə ata-bala mənzil tikintisi ilə məşğul olan Hüseynovların qanunsuz fəaliyyətindən zərərçəkmişlərdən bir neçəsi redaksiyamıza gəlmişdi. Təqdim edilən məhkəmə sənədləri və hökmlərdə Bakı Ağır Cinayətlər Məhkəməsində hakimlərin (Mirzə Xankişiyevin, Ələkbər Quliyevin və İlham Mahmudovun) qatığa «qara» deyərək 120 ailənin gününü göy əskiyə bükən Hüseynovlara necə vəkillik etdiklərinin şahidi oluruq (Hökm çoxsəhifəli olduğundan hazırda çapa hazırlanır, olduğu kimi təqdim ediləcək). Lakin nə yaxşı ki, Bakı Apellyasiya Məhkəməsində və Ali Məhkəmədə bu insanların fəryadını duyan hakimlər də olub və Bakı Ağır Cinayətlər Məhkəməsi hakimlərinin ədalətsiz hökmünün işə keçməsinin qarşısını alıblar, apellyasiya mərhələsində həmin hökm faktiki olaraq ləğv edilərək zərərçəkmişlərin mülkiyyət hüququ tanınıb…

Vicdan və hakimlər susanda qanun neyləsin???

Bircə epizodu xatırladaq: Təsəvvür edin, hakimlər -Mirzə Xankişiyev, Ələkbər Quliyev və İlham Mahmudov zərərçəkmişlər- Tahirə Nağıyeva, Şahin Mirzəyev, Çingiz Bəxtiyarov, Vüqar Nağıyev, Nina Popova, Ramin Rzayev, Rüfət Cəfərov, Adil Məmmədov (cəmi 120 zərərçəkmiş) məhkəmə istintaqında dindirilir, məlum olur ki, Hüseynovlar (Şakir, Vidadi, Tural və İlham Hüseynovlar-ata, qardaş və oğul) mütəşəkkil dəstə düzəldərək bu insanların (ümumilikdə 120 nəfərin) etibarından sui-istifadə etməklə və aldatma yolu ilə onların 4 milyon dollara yaxın pulunu dələduzluq yolu ilə talayıblar, bu azmış kimi hətta və 01 yanvar 2002-31 may 2007 və 31 may 2007-01 sentyabr 2007-ci illər ərzində 50 milyon manata yaxın pul vəsaitini isə saxta sənədlərlə Dövlət büdcəsindən yayındırıblar… Ən dəhşətlisi, məhkəmədə rəsmi sənədlərlə sübut olunub ki, Şakir Hüseynovun Sumqayıtda tikdiyi yaşayış binası ekspertizadan keçirilə bilməz və sökülməsi üçün FHN-nin iddiası əsasında 1 saylı Bakı Yerli İqtisad Məhkəməsi qərardad da çıxarıb, amma Şakir Hüseynov buna məhəl qoymadan vətəndaşları aldadaraq həmin qəzalı binadakı mənzillərin satışını həyata keçirib və s. Vergilər Nazirliyinin Bakı şəhər 1 saylı filialında fiziki şəxs kimi qeydiyyatda olduğu halda, o Bakının Nərimanov, Yasamal rayonlarında, eləcə də Sumqayıtda… çoxmənzilli binalar tikib, amma bir kimsə maraqlanmayıb ki, Dövlət Büdcəsinə bu qədər mənzillərin satışından ƏDV ödənilirmi?

Hakimlə niyə zərərçəkmişlərin göz yaşlarına inanmaq istəməyib???

Bu da yox… Bəs hakimlər sonda hansı hökmü çıxarıb? İnanmazsınız ki, bu qədər vurhavurdan sonra hakimlər nə edir… Məhkəmə özünü intihar həddinə çatdırmış zərərçəkmişləri sakitləşdirmək üçün əvvəlcə Şakir Hüseynovun 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsinə dair hökm verir, sonra isə Azərb. CM-nin 70-ci maddəsini tətbiq edərək ona 5 il sınaq müddətinə cəza kəsib məhkəmə zalından evə buraxır…

***

...Amma Bakı Apellyasiya Məhkəməsinin hakimləri əli hər yerdən, hətta hakimlərdən də üzülmüş zərərçəkmişlərin göz yaşına inanmalı olur və Bakı Ağır Cinayətlər Məhkəməsi hakimlərinin məlum ədalətsiz hökmünü ləğv edərək Şakir Hüseynovun və qeyrilərinin barəsində ədalətli hökm verir: «Şakir Hüseyn oğlu Hüseynov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilsin!».

Xatırladırıq ki, Azərbaycan Ali Məhkəməsi də bu hökmü qüvvədə saxlayır… Zərərçəkmişlər vurulmuş ziyanın ödənilməsini tələb etməkdə ikən... Şakir Hüseyn oğlu Hüseynov həbsxanada dünyasını dəyişir… Sonra kimlərinsə dəstəyi ilə oğlu Tural Hüseynov atasına məxsus mənzil inşaatı bazarında fəaliyyətini davam etdirmək üçün «Şakir» adlı MTK yaradaraq atasının tikinti missiyasını davam etdirmək qərarına gəlir (Hüseynovların cinayət dosyesi barədə daha ətraflı bəhs olunacaq).

***

Bu gün isə 7 saylı həbsxanadan «Təzadlar»a zəng edən Telman Ağalar oğlu Səlimov Şakir və Tural Hüseynovların onu necə aldadıb külli miqdarda pulunu mənimsəmələri və sonra da həbs etdirmələri barədə ətraflı müsahibə verdi…

(Davamı var)

«Təzadlar»
 
Ardını oxu...
“Şəkərli diabetdən əziyyət çəkən xəstələrə dərmanların, o cümlədən qanda şəkərin ölçülməsi üçün test çubuqlarının verilməsində çətinliklər yaranır. Bəzən poliklinikaların qarşısında saatlarla növbə gözləməli oluruq”.

TEREF.AZ bildirir ki, bunu Meydan TV-yə şəkərli diabet xəstəsi İlhamə Mehdiyeva bildirib. Onun sözlərinə görə, son vaxtlar bəzən günlərlə xüsusilə şəkər ölçən test çubuqlardan ala bilmirlər:

“Həkimlər deyirlər ki, onlarda günah yoxdur, dərman və preparatları çatdırılan kimi paylayırlar. Başa düşmürlər ki, xəstələr bu dərman və testlərin hesabına yaşayırlar. Hər sahədə olduğu kimi dərmanları almaq üçün də tanış tapmaq lazımdır? Axı, çoxunun bu dərmanı, testləri almağa imkanı yoxdur. Aptekdəki qiymətləri hamı bilir”.

Diabetdən əziyyət çəkən başqa bir vətəndaş Meydan TV-yə danışıb ki, şəkərölçən aparat veriblər. Cihaz 20-30 mol ya əskik, ya da artıq ölçür. Bu isə ciddi məsələdir. Bundan əlavə, məsələn, Cəlilabadda dərman və aparatların verilməsində xeyli vaxtdır problem var. Kim qarşıya düşsə, ya şansı gətirsə, dərmanı vaxtında ala bilir. Bəzən də lazım olan insulini kəsirlə ala bilirlər.

TƏBİB-dən isə Meydan TV-nin sorğusuna cavab olaraq bildiriblər ki, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə göstərilən illik tibbi yardımın (o cümlədən zəruri olan müayinələrin) həcmi, inyeksiya vasitələrinin, insulin və digər şəkərsalıcı dərman preparatlarının, özünənəzarət vasitələrinin siyahısı və miqdarı”nın və “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya və özünənəzarət vasitələri ilə təminatı Qaydası”nın təsdiq edilməsi haqqında 13 may 2005-ci il tarixli, Nazirlər Kabinetinin 87 nömrəli qərarına əsasən insulin və digər şəkərsalıcı dərman preparatları ilə təminat hər ay həyata keçirilir. Qanda şəkəri təyin etmək üçün vizual test-çubuqlar isə 3-4 ayda bir verilir.

Bu ilin birinci yarısınada şəkərli diabet xəstəliyi reyestrində 284 min 656 xəstə qeydiyyatda olub. TƏBİB-dən biliriblər ki, onlar dövlət proqramı çərçivəsində müvafiq tibbi xidmətlə və mərkəzləşdirilmiş qaydada verilən dərman preparatları ilə təmin olunurlar. Bu ilin birinci yarısında 4 min 839 yeni xəstə qeydiyyata alınıb.
 

Ardını oxu...
Taksi fəaliyyətində dəyişiklikləri nəzərdə tutan “Avtomobil nəqliyyatı haqqında” qanun oktyabrın 1-dən qüvvəyə minib. Amma hələlik sürücülər konkret tələblərlə üzləşməyib. DİA.AZ-ın məlumatına görə, Bizimyol.info xəbər portalına danışan sürücülər 2024-cü il yanvarın 1-dən mexanizmin tam işə düşəcəyini bildiriblər. Amma onlar dəyişikliklərdən narazıdır.

DİA.AZ Bizimyol.info-ya istinadla xəbər verir ki, taksi fəaliyyəti ilə məşğul olmaq istəyənlər xüsusi icazə vərəqi almalıdır. Bunun üçün 5 günlük təlim vacibdir. Rüsum 76 manatdır. Sərnişindaşıma üçün buraxılış vərəqi 150 manata veriləcək. Üstəlik, avtomobildə taxoqraf və taksometr olmalıdır. Bunların pulunu da sürücü ödəməlidir. Sonra 7 illik lisenziya veriləcək. Təxminən 500-700 manat xərcdən söhbət gedir. Sürücülər bu xərcə hazır deyillər.

Bizimyol.info xəbər portalına danışan Telman Mürsəlov böyük çətinliklə üzləşdiklərini deyir: “O məbləği ödəmək çətindir. Mən niyə 76 manat ödəməliyəm ki?! Bu boyda təcrübəm var. Mənim verməyə pulum yoxdur. Proses sadə olmalıdır. Nə qazanırıq ki, bu qədər pul ödəyək? Qazandığımız ərzağa güclə çatır. Əlavə nəsə ödəməyə gücümüz yoxdur. Mənim nə qədər ömrüm qalıb ki?! Bəlkə heç 7 il yaşamayacağam?”

Taksi fəaliyyəti ilə məşğul olmaq istəyən sürücülər qarşısında başqa tələblər də qoyulur. Onlar hər xəttə çıxacaqları gün tibbi müayinədən keçməli, üstəlik, avtomobili texniki baxış üçün hansısa qaraja aparmalıdırlar. Sürücülər bunu mümkünsüz sayır. Hər şeydən əvvəl günün əvvəlində qarajlar texniki baxış keçirməyə hazır olmaya bilərlər. Heç kim xüsusi olaraq sürücünü gözləməyəcək. Elə tibbi müayinə haqda da bunu demək olar.

Tutaq ki, sürücü səhər tezdən tibbi müayinədən keçdi. Hər şeyin qaydasında olduğu dəqiqləşdi. Günorta spirtli içki və ya narkotik vasitə qəbul edə bilməzmi? Mümkündür, axı.

Ümumiyyətlə, ortaya çoxlu suallar çıxır. Dəyişikliklərin müəllifləri bildirir ki, məqsəd keyfiyyətli xidmət, qeyri-formal məşğulluğun qarşısını almaqdır. Bunu sürücüləri böyük xərcə salmamaqla etmək olmur? Sürücü hər səhər avtomobilini texniki müayinədən keçirəcəksə, onda hər il tətbiq olunan texniki baxış nə üçündür?

Görünən odur ki, rüşvət üçün yeni şərait yaranır. Təəssüf, ölkədə dəyişikliklər insanların sosial vəziyyətinin yaxşılaşmasına xidmət etmir. Sanki bu yeniliklər camaatdan daha çox pul qoparmaq məqsədi daşıyır.
 
Ardını oxu...
“Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan sosial siyasətin bir istiqaməti də rəqabətqabiliyyətli insan kapitalının formalaşması və yüksəkixtisaslı kadrların yetişdirilməsidir. Bu məqsədlə son 20 ildə dövlət büdcəsindən təhsilə ayrılan xərclər 19 dəfə artıb”.

Bunu Baş nazir Əli Əsədov deyib. Qeyd edək ki, ötən müddət ərzində təhsilin inkişafı məqsədilə bir sıra addımlar atılıb və bunlardan biri kimi "2023-cü il dövlət büdcəsi haqqında" Qanunda təhsilə 4,4 milyard manat vəsait ayrılıb. Bu da 2022-ci illə müqayisədə 536,5 milyon manat və ya 13,8 faiz, 2021-ci ilin icra göstəriciləri ilə müqayisədə isə 1,3 milyard manat (42,4 faiz) çoxdur.

Prezident İlham Əliyevin diqqət və qayğısı, eyni zamanda, Birinci vitse-prezident Mehriban Əliyevanın, Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə ölkə üzrə təhsil ocaqlarının tikintisi, yenidən qurulması sahəsində irimiqyaslı layihələr həyata keçirilib.

Təhsilin inkişafı istiqamətində infrastrukturun yaradılması mühüm əhəmiyyət kəsb edir ki, bu baxımdan son 20 ildə paytaxtda və regionlarda 3 630 məktəb tiklib və ya əsaslı təmir olunub.

Qeyd edək ki, 2023-2024-cü tədris ilində nazirliyin sifarişi əsasında 23, Heydər Əliyev Fondunun sifarişi əsasında isə 19 təhsil müəssisəsi tikilib istifadəyə verilib. Beləliklə, bu gün təhsil sahəsində yeni infrastruktur yaradılır, məktəblər texniki avadanlıqla təchiz edilir. Bununla yanaşı hazırda bu sahədə mövcud olan bir sıra problemlərin təhsilin keyfiyyətinə mənfi təsir göstərdiyi bildirilir.

Ötən dövr ərzində təhsilə ayrılan xərclər 19 dəfə artdığı halda təhsilin keyfiyyətində bu rəqəmi görmək niyə mümkün olmur?

TEREF.AZ-ın məlumatına görə, təhsil üzrə ekspert Nadir İsrafilov Cebhe.info-ya bildirib ki, Baş nazirin fikirləri faktdır, ancaq ölkədə çox zaman təhsilin keyfiyyətinin aşağı olmasını müəllimin əmək haqqı ilə izah edirlər:

“Son zamanlar bizim bir çox müəllimlərin əmək haqqı 1000 manatdan yuxarıdır. Biz hazırda sosial siyasət yürüdürük. Büdcəmiz artdıqca sosial xərclər artır, hissə-hissə artımlar gedir. Fikrimcə, əmək haqqının artımını təhsilin keyfiyyəti ilə əlaqələndirmək doğru deyil. Çünki təhsilin keyfiyyətinə yanaşmamız düzgün deyil. Son islahatlardan biri kimi milli kurikulumları qəbul etmişik. Orada birbaşa izah olunur ki, ənənəvi təhsil proqramları bilikyönümlü idi, ancaq kurikulum şəxsiyyətyönümlüdür.

Yəni səriştəyə əsaslanan şəxsiyyətyönlü vətəndaş yetişdirməkdir. Ona görə də hələ təhsilə olan baxışlarımızı dəyişməmişik. Bu gün təhsilin keyfiyyətini onunla izah edirik ki, neçə nəfər 700, yaxud 600 bal topladı, neçə nəfər ali məktəbə qəbul oldu, eləcə də neçə nəfər Prezident təqaüdünə layiq görüldü. Məsələn, bizdə elə il olub ki, 25 nəfər 700 bal toplayıb, növbəti il bu say 3 nəfər olub. Yaxud elə il olub ki, 1 nəfər belə 700 bal toplamayıb. Bu, əsas verirmi ki, təhsilin keyfiyyətinin aşağı olduğunu deyək? Təhsilin keyfiyyəti nə 1-5 ildə aşağı düşə, nə də yuxarı qalxa bilər. Təhsilin keyfiyyəti sosial kateqoriyadır”.

Ekspert hesab edir ki, təhsilin keyfiyyətinə yanaşma dəyişməyincə, bu barədə söz demək olmaz:

“Heç bir rəsmi təhsil qanunvericiliyində orta məktəbin ali məktəbə tələbə hazırlamaq vəzifəsi qoyulmayıb. Bu gün bizim əsas vəzifəmiz şəxsiyyətyönümlü vətəndaş hazırlamaqdır. 44 günlük Vətən müharibəsindəki qələbəmiz, növbəti zəfərlərimiz sübut edir ki, biz vətəndaş yetişdirmək sahəsində müəyyən işlər görmüşük. Bilik ümumi vəzifənin tərkib hissəsidir. Bu gün təhsil dövlətin prioritet siyasətlərindən biridir. 2013-cü ildə ölkə başçısı tərəfindən təsdiq olunan “Təhsil Sahəsində Dövlət Strategiyası”nda 5 hədəf müəyyənləşib ki, onlardan biri müəllim nüfuzunun yüksəldilməsidir.

Müəllim nüfuzunun yüksəldilməsi üçün əmək haqqının yüksəldilməsi kimi bütün variantlara əl atılır. İldən-ilə əmək haqlarında artım müşahidə edilir. Hazırda sertifikasiya keçirilir və müəllimlərin peşə səviyyəsi müəyyənləşir. Yüksək bal toplayanların da əmək haqqında müəyyən artımlar olur. Ölkənin büdcəsi, sosial xərclər artdıqca, müəllimlərin əmək haqqında artım gözlənilir”.

Həmsöhbətimizin sözlərinə görə, ümumiyyətlə, hərbidən sonra dövlət büdcəsindən ən çox vəsait təhsilə ayrılır:

“Bu vəsait yalnız müəllimlərin əmək haqqı üçün nəzərdə tutulmur, burada strukturlar, texniki təchizat da yer alır. Bu gün Qarabağ ərazisində nə qədər məktəblər, bağçalar, universitet tikilməsi nəzərdə tutulur. Yəni infrastruktur məsələsi də xeyli vəsait tələb edir. Çox təəssüf ki, büdcədən çox vəsait ayrılanda elə hesab edirik ki, ancaq müəllimlərin əmək haqqı üçün nəzərdə tutulur.

Bundan başqa, dövlət ali təhsil müəssisələrində ödənişsiz qəbul yerlərinin sayı ildən-ilə artır. İşğaldan azad edilən ərazilərin bərpası təmin olunur və yəqin ki, bundan sonra yenidən bütün diqqət təhsilin keyfiyyətinin yüksəldilməsi üçün layihələrə, qərarların qəbuluna gətirib çıxaracaq”.
 

Dünyapress TV

Xəbər lenti