Ardını oxu...
Sağlamlıq imkanları məhdud şəxslər üçün xüsusi təhsilin dövlət standartları təsdiqlənib.

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Standartlarda xüsusi təhsilin məzmununa dair tələblər, xüsusi təhsilin idarə olunması, təhsil müəssisəsinin maddi-texniki bazası, infrastrukturu ilə bağlı məsələlər, təhsilin təşkili formaları və normativləri, eləcə də təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi növləri əks olunub.

Dövlət standartları aşağıdakıları müəyyən edir:

- xüsusi təhsilin məzmununu;

- xüsusi təhsilin idarə olunmasını;

- xüsusi təhsilin maddi-texniki və tədris bazasını;

- xüsusi təhsilin infrastrukturunu;

- xüsusi təhsildə təhsilverənlərin keyfiyyət göstəricilərini;

- xüsusi təhsilin təşkilini;

- təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsini.

Dövlət standartları mülkiyyət formasından asılı olmayaraq xüsusi təhsili həyata keçirən müəssisələr üçün məcburidir. Dövlət standartları təhsil müəssisələri üçün tədris planlarının və təhsilalanlar üçün fərdi tədris planlarının hazırlan masında əsas götürülür.

Dövlət standartları 5 il müddətinə qüvvədədir.

Xüsusi təhsilin məzmununa dair ümumi tələblər aşağıdakılardır:

- fərdin, cəmiyyətin, dövlətin maraq və tələbatlarının nəzərə alınması;

- təhsilalanların yaş, fiziki, psixoloji və fizioloji xüsusiyyətləri nəzərə alınmaqla, onların sosial, idraki, estetik inkişafının, sadə əmək vərdişlərinə, zəruri həyati bacarıqlara, sosial, milli və ümumbəşəri dəyərlərə yiyələnməsinin prioritet hesab edilməsi;

- korreksiyaedici məşğələlərin təşkil edilməsi;

- təhsilalanlara zəruri bilik, bacarıq və vərdişlərin aşılanması;

- təhsilalanlarda özünəxidmət bacarıq və vərdişlərinin formalaşdırılması;

- təhsilalanların müstəqil əmək və ailə həyatına hazırlanmasının təmin edilməsi;

- təhsilalanların potensial imkanlarını, yaşını, istək və maraqlarını nəzərə alaraq, onların əqli, fiziki, sosial, emosional və nitq qabiliyyətlərini inkişaf etdirməklə öyrənmə mühitinin yaradılması;

- təhsilalanların sağlamlığının qorunması, psixofiziki inkişafında olan pozuntuların qarşısının alınması və onların sağlam həyat tərzinin təmin edilməsi;

- təhsilalanın sosial mühitdə və cəmiyyətdə səmərəli şəkildə yaşamasına imkan verən fərdi sosial və mənəvi keyfiyyətlərin formalaşdırılması;

- təhsilalanlarda kommunikativ, əqli və digər fəaliyyətlərin stimullaşdırılması.

Xüsusi təhsilin məzmunu milli və ümumbəşəri dəyərləri əks etdirməklə dünyəvilik, şəxsiyyətyönümlülük, şagirdyönümlülük, nəticəyönümlülük, varislik və inteqrativlik prinsipləri əsasında hazırlanır. Xüsusi təhsilin məzmununa təhsilalanların ümumi inkişafına xidmət etməyən, tətbiqi və tərbiyəvi xarakter daşımayan, milli və ümumbəşəri dəyərlərə zidd olan, elmi cəhətdən təsdiqini tapmayan, mübahisə doğuran, habelə məzmunu ağırlaşdıran az əhəmiyyətli, ikinci dərəcəli məsələlərin daxil edilməsi yolverilməzdir. Xüsusi təhsilin idarə olunması aşağıdakı prinsiplər əsasında həyata keçirilir:

hesabatlılıq – təhsil müəssisələrinin fəaliyyətində iştirak edən kollektiv üzvlərinin qarşılıqlı hesabatvermə yolu ilə tapşırılmış iş sahəsində cavabdehliyinin və vəzifə məsuliyyətinin təmin edilməsi;

məsuliyyətin bölüşdürülməsi – demokratiklik, şəffaflıq və sistemlilik əsasında idarəetmədə çevik nəzarət mexanizminin tətbiq edilməsi;

inkişafın monitorinqi – təhsilalanların nailiyyətlərinin və pedaqoji işçilərin peşəkarlıq səviyyəsinin dinamikasının izlənilməsi yolu ilə perspektivlərin müəyyənləşdirilməsinin, habelə zəruri hallarda idarəetmə sistemində müvafiq dəyişikliklərin aparılmasının təmin edilməsi.

Təhsil müəssisəsində ali idarəetmə orqanı ictimai əsaslarla fəaliyyət göstərən Pedaqoji Şuradır. İdarəetmədə demokratikliyi və şəffaflığı daha yüksək səviyyədə təmin etmək məqsədilə təhsil müəssisələrində ictimai əsaslarla fəaliyyət göstərən özünüidarə orqanları (məktəb şurası, qəyyumlar (himayəçilər) şurası, valideyn komitəsi və s.) yaradıla bilər. Təhsil müəssisəsinə rəhbərliyi qanunla müəyyən olunmuş qaydada vəzifəyə təyin edilmiş direktor həyata keçirir.

Təhsil müəssisəsinin maddi-texniki və tədris bazası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 3 avqust tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri”nə uyğun olmalıdır. Təhsil müəssisəsinin maddi-texniki və tədris bazasına tədris laboratoriyaları, emalatxanalar, idman və akt zalları, tibb xidməti otağı, reabilitasiya və korreksiya kabinetləri, bufet və ya yeməkxana, təhsilalanlar və təhsilverənlər üçün mebel avadanlığı, informasiya- kommunikasiya texnologiyaları, audio-vizual avadanlıqlar, tədris- əyani vəsaitlər, təlimin texniki vəsaitləri, dərslik və elmi-bədii ədəbiyyat fondu və tədris-təcrübə sahəsi daxildir. Təhsil müəssisəsinin infrastrukturuna təhlükəsiz təhsil şəraiti, pedaqoji kadrlarla təminat, təhsil fəaliyyəti üçün zəruri imkanlara malik binalar, yardımçı binalar və qurğular, sadə idman, təlim meydançaları və qurğuları, müvafiq kadrlarla təmin olunmuş tibb xidməti və iaşə obyektləri, kitabxana, rabitə, su, istilik, elektrik sistemləri və internet xidməti daxildir. Təhsil müəssisəsinin infrastrukturu müvafiq standartlara cavab verməli və təhsilalanlar üçün əlçatan olmalıdır. Xüsusi təhsildə müvafiq ixtisas üzrə pedaqoji təhsilə malik olanlar, həmçinin müvafiq ixtisas üzrə pedaqoji təhsili olmayan ali təhsilli mütəxəssislər qanunvericiliklə müəyyən edilmiş qaydada pedaqoji fəaliyyətlə məşğul ola bilərlər. Ucqar yaşayış ərazilərindəki təhsil müəssisələrində ixtisaslı pedaqoji kadr çatışmadıqda, məzmun və mahiyyət etibarilə yaxın fənlərin müvafiq ixtisas müəllimi tərəfindən tədrisinə yol verilir. Təhsil müəssisələrində çalışan təhsilverənlər, əsasən aşağıdakı keyfiyyət göstəricilərinə malik olmalıdırlar:

- ixtisası üzrə dövrün tələbatına uyğun elmi-nəzəri biliklərə;

- təhsilalanlarla həssas ünsiyyətqurma və iş bacarığına;

- təhsilalanın yaşına, inkişaf səviyyəsinə və potensial imkanlarına uyğun tədris metodlarını seçmək qabiliyyətinə;

- təhsilalanın maraqlarını və imkanlarını müəyyən etmək və onları inkişaf etdirmək qabiliyyətinə;

- əxlaqi-mənəvi keyfiyyətlərə, pedaqoji etika və mədəniyyətə;

- əməkdaşlıq, tədqiqatçılıq, özünütəhsil və idarəçilik bacarıqlarına;

- öz fəaliyyətini təqdim etmək və qabaqcıl pedaqoji təcrübələrdən bəhrələnmək bacarıqlarına;

- ədalətlilik, məsuliyyətlilik və cavabdehlik keyfiyyətlərinə;

- yaradıcılıq və sağlam rəqabət tələb edən layihələrdə, müsabiqə və innovativ proqramlarda iştirak qabiliyyətinə.

Təhsil müəssisələri müvafiq kadr potensialı, maddi-texniki və pedaqoji-metodiki baza nəzərə alınmaqla, təhsilalanların sayı 100 nəfər və daha çox olduğu hallarda yaradılır. Təhsilalanların sayı 100 nəfərdən az olduqda, ümumi təhsil müəssisələrində xüsusi siniflər təşkil edilir. Təhsil müəssisələrində təlim-tərbiyə prosesi Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş müvafiq tədris planı və proqramlar əsasında aparılır. Təhsil müəssisələrində təlim-tərbiyə işləri təhsilalanların əqli və ya fiziki pozuntuları, onların səhhəti və imkanları nəzərə alınmaqla təşkil olunur, öz məzmununa görə təhsilalanların mövcud tədris proqramları həcmində bilik almasına, onların müəyyən sahələr üzrə bacarıq və vərdişlərinin inkişaf etdirilməsinə, cəmiyyət və təbiət hadisələri barədə məlumatlarının artırılmasına, fiziki və estetik tərbiyəsinin inkişafına xidmət edir. Təhsil müəssisələrində təhsilalanların korreksiyaedici məşğələlərə cəlb olunmaları təmin edilir. Korreksiyaedici məşğələ təhsilalanların məhdudiyyətindən (əqli, fiziki və psixi) asılı olaraq dəyişir və onların sosial, emosional, koqnitiv, əqli və fiziki inkişafına xidmət edir. Korreksiyaedici məşğələ təhsil müəssisəsində, yaxud ixtisaslaşmış reabilitasiya mərkəzində həyata keçirilə bilər.
 
Ardını oxu...
Ötən günlərdə xəbər vermişdik ki, seçkilərdən sonra hakimiyyət bir sıra kadr və struktur dəyişikliyinə gedəcək. Bunu həm komandanı yeniləmək, həm də idarəetməni optimallaşdırmaq üçün edəcəyi qeyd edilir.

JAMAZ.İNFO-ya daxil olan məlumatda deyilir ki, ləğv edilməsi nəzərdə tutulan qurumlardan biri Fövqəladə Hallar Nazirliyidir. FHN-in son illər adı bir çox qalmaqallarda hallanmaqla yanaşı, fəaliyyəti də sistemli olaraq tənqid olunub. Əgər nazirlik əvvəllər Kəmaləddin Heydərovun şəxsi nüfuzu sayəsində ayaqda dura bilirdisə, hazırda bu nüfuz da heç bir işə yaramır.

Gələn məlumatlarda iddia olunur ki, FHN ləğv edilsə də, onun səlahiyyətləri başqa bir nazirliyə veriləcək. Belə ki, FHN-in birləşdiriləcəyi əsas qurum kimi, DİN-in adı çəkilir. Bu isə səbəbsiz deyil. Çünki bu nazirliyin bir çox idarələri uzun zaman DİN-in tərkibində olub. Məsələn, Yanğından Mühafizə İdarəsi və sairə.

Nəzərə alaq ki, fövqəladə hallarda FHN-dən tez əraziyə polis əməkdaşları yetişir. Binəqədidə baş verən son partlayış zamanı da DİN əməkdaşları FHN-dən tez əraziyə çataraq, daha böyük fəlakətin qarşısını almağa nail olmuşdular.

Nüfuzdan düşən və getdikcə daha dərin “bataqlıq”da batan FHN-in başqa bir quruma birləşdirilməsi məsələsi də müzakirə mövzusu ola bilər. Bunun Müdafiə Nazirliyi ola bilmə ehtimalları irəli sürülür. Bu da onunla əsaslandırılır ki, FHN-in tərkibindəki mülki müdafiə qoşunları bir zamanlar elə MN-in tərkibində fəaliyyət göstərib.

Mümkün versiyalardan biri də odur ki, FHN ləğv edilərsə, onun tərkibindəki bəzi idarələr DİN-ə, bəziləri isə MN-ə veriləcək.

FHN ləğv olunarsa, Kəmaləddin Heydərovun aqibəti necə olacaq? JAMAZ.İNFO xəbər verir ki, Heydərovun vəzifəsiz qalması real görünmür. Elə gələn xəbərlərdə də bu xüsusi vurğulanır. Çünki FHN şefinin hakimiyyət qarşısında xidmətləri heç də az deyil. Və bu xidmətləri bu və ya digər şəkildə qiymətləndirmək lazım gələcək.

Heydərovun hansı vəzifəni tuta biləcəyinə gəldikdə isə bununla bağlı iki versiya mövcuddur. Birincisi, Təhlükəsizlik Şurasının katibi postudur. Hazırda həmin vəzifədə Ramil Usubov əyləşib. Onun fəaliyyəti isə yox kimi bir şeydir. Eyni zamanda, son zamanlar Usubovun qohumlarının adının narkotik ticarətində hallanması da, TŞ katibin vəzifədən getməsi üçün siqnal rolunu oynayır.

Digər vəzifə kimi isə Prezidentin müşaviri postlarından biri göstərilir. Lakin Heydərovun hansı sahə üzrə müşavir ola biləcəyi bəlli deyil. Çünki onun işinə uyğun müşavirlik postu mövcud deyil.
 
Ardını oxu...
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi müsabiqə keçirmədən bir mənbədən satınalma metodu ilə “Emiland” MMC-dən (VÖEN- 1502123641) hakimlər üçün xüsusi, rəsmi geyim forması satın alacaq.
Yeniavaz.com xəbər verir ki, Konstitusiya Məhkəməsi satın alacağı geyimlər üçün “Emiland” MMC-yə 13 min 499 manat 20 qəpik ödəyəcək.
Konstitusiya Məhkəməsinin hazırda 9 üzvünün olduğunu nəzərə alaraq qeyd edə bilərik ki, bir ədəd rəsmi geyim formasının qiyməti 1 500 manat təşkil edəcək.
Məlumat üçün bildirək ki, “Dövlət satınalmaları haqqında” Qanunun 49-cu maddəsində qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur:
- Satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda;
- Satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda;
- Satınalma predmetinə təcili tələbat yarandıqda;
- Təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə;
- Satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.
Konstitusiya Məhkəməsindən verilən açıqlamada bir mənbədən satınalma metoduna səbəb kimi satınalma predmetinə təcili tələbatın yarandığı göstərilib.
Konstitusiya Məhkəməsindən bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 7 dekabr tarixli Sərəncamı ilə 2024-cü il 7 fevral tarixinə növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini təyin olunması ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiyasının 103-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxsin həmin seçkilərin yekunları haqqında məlumatın elan olunduğu gündən başlayaraq 3 gün ərzində Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə andiçmə həyata keçirilir. Andiçmə və digər tədbirlərdə Kosntitusiya Məhkəməsinin hakimləri xüsusi, rəsmi geyim formasında iştirak etməlidir. Müddətin məhdudluğu nəzərə alınaraq “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 49-cu maddəsinə uyğun olaraq Kosntitusiya Məhkəməsinin hakimləri üçün xüsusi, rəsmi geyim formasının əldə edilməsi məqsədilə bir mənbədən satınalma metodu tətbiq edilir.
Qeyd edək ki, Konstitusiya Məhkəməsinin açıqlamasından da göründyü kimi, prezident seçkilərinin keçirilməsi ilə bağlı məlumat 2 ay əvvəldən məlum olub. Bu müddət isə ən azından kotirovka sorğusunun keçirilməsi üçün kifayət edir. Konstitusiya Məhkəməsi prezident seçkilərinin keçirilməsi ilə bağlı məlumat açıqlandıqdan sonra – 25 dekabr tarixində giriş-çıxış, video müşahidə və serverə texniki xidmətin göstərilməsi ilə bağlı kotirovka sorğusu elan edib. Sənəd qəbulu yanvar ayının 12-nə kimi davam edib. Zərflərin açılışı isə yanvar ayının 15-də baş tutub. Açıqlanan məlumatlardan da göründüyü kimi cəmi 20 gün ərzində kotirovka sorğusu vastəsiylə tender müsabiqəsinin keçirilməsi baş tutub. Bu səbəbdən Konstitusiya Məhkəməsinin 2 ay əvvəldən məlum olan bir tədbir üçün bir mənbədən satınalma metodu ilə məhsul alması başa düşülən deyil.
Məlumat üçün bildirək ki, Konstitusiya Məhkəməsinə geyim forması satacaq “Emiland” MMC 10 avqust 2012-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 103 min 270 manat olan MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, Teymur Əliyev, ev 86-da yerləşir. Şirkətin qanuni təmsilçisi Hüseynov Hikmət Nazim oğludur.
 
Ardını oxu...
Bu gün Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.

Dia-az.info-nun xəbərinə görə, prezident seçkilərində 7 namizəd mübarizə aparacaq:

- Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev;

- Prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc;

- Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev;

- Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa;

- Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev;

- Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev;

- Prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev.

Dia-az.info olaraq hər bir seçki hüququ olan vətəndaşımızı seçkilərdə fəal olmağa - Qarabağda Şəhid və Qazilərimizin canları, qanları bahasına əldə etdikləri mübarək QƏLƏBƏMİZİ seçki qutularında rəsmiləşdirməyə çağırırıq...

HAMI SEÇKİLƏRƏ...
 
Ardını oxu...
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov növbədənkənar prezident seçkilərinin ilkin nəticələrinin açıqlanacağı vaxtı elan edib.

Onun sözlərinə görə, ilkin nəticələr saat 21:00-da elan edilə bilər.

"Bütün təcrübəmizdən irəli gələrək deyə bilərik ki, saat 21:00-da ilkin nəticələri elan edəcəyik".

MSK sədri qeyd edib ki, fevralın 9-da isə ilkin, lakin qeyri-rəsmi nəticələri elan edəcəklər.
Ardını oxu...
Bu gün Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək.

Oxu.Az xatırladır ki, seçkidə yeddi prezidentliyə namizəd mübarizə aparır.

Prezidentliyə namizədliyi qeydə alınan şəxslər isə aşağıdakılardır:

1. Hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev;

2. Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc;

3. Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev;

4. Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa;
5. Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev;

6. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev;

7. Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev.

Qeyd edək ki, Azərbaycanda 125 seçki dairəsi üzrə 6 319 seçki məntəqəsi var.

Bildirək ki, xarici ölkələrdə olan vətəndaşların səsverməsi üçün 37 ölkədə 49 seçki məntəqəsi yaradılıb.

 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, Bakıda Azərbaycan dilində yazılmayan ticarət obyektlərinin reklam lövhələri sökülür. Məlumata görə, adları, mətnləri xarici dildə yazılan lövhələr Azərbaycan Dövlət Reklam Agentliyi tərəfindən de-montaj olunur.

Bəzi sahibkarlar isə “Turan”a deyiblər ki, onların obyektlərinin lövhələri illərdir bu şəkildə olub və heç kəs onlara bir irad bildirməyib. Sahibkarlar həmçinin qeyd ediblər ki, lövhələr onlara heç bir xəbərdarlıq edilmədən sökülür: “Əvvəlcədən desəydilər, biz heç olmasa başqa lövhə düzəltdirərdik. İndi obyektimiz lövhədən qalıb və biznesimizə ziyandır. Ölkəyə turistlər gəlir, ona görə də lövhələrin bir hissəsi xarici dildədir”.

Azərbaycan Dövlət Reklam Agentliyindən isə “Turan”a bildiriblər ki, bu, mütəmadi aparılan işdir və hazırda davam etdirilir: “Qanunvericiliyə əsasən, lövhələr xarici dildə də yazıla bilər. Bu zaman əvvəlcə Azərbaycan dilində yazılmalıdır, sonra xarici dildə və onun ölçüləri Azərbaycan dilində olan yazıdan böyük olmamalıdır”.

Qeyd olunub ki, qanunun tələblərinə cavab verməyən və xarici dildə reklamı yaymaqla məşğul olanlarla bağlı araşdırmalar aparılır və həmin reklam qurğuları de-montaj olunur.

Sirr deyil ki, xüsusən də paytaxt Bakıda, əsasən mərkəzi hissədə ana dilimizə və dövlət dili haqqında qanuna sayğısızlıq illərdir baş alıb gedir.

Mövzu ilə bağlı filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli Musavat.com-a danışıb:

“Əlbəttə, bu, çox ciddi məsələdir. Müstəqilliyin ilk vaxtlarından bu günə qədər dəfələrlə bu məsələlər qaldırılır. “Reklam haqqında” qanunda da qeyd olunur ki, sahibkar əcnəbi dildə lövhə vura bilər, lakin ilk növbədə ana dilində, daha sonra əcnəbi dildə lövhə vurmalıdır. Xarici dildə olan lövhə ana dilində olan lövhədən böyük olmamalıdır. Sahibkarlar öz ana dilinə hörmətlə yanaşıb, bu qaydaya riayət etməlidirlər. Nədənsə bizdə sahibkarların əksəriyyəti belə düşünür ki, onun mağazasının, iaşə obyektinin adı “Afrodita” və yaxud “Elen” olsa, ticarəti yaxşı gedəcək, amma “Leyla” və yaxud “Jalə” qoysa, ticarəti o qədər də uğurlu olmayacaq. Bu məsələ daha çox məhz psixologiyadan qaynaqlanır.

Çox təəssüf ki, bəzən Bakı Şəhəri Reklam İdarəsi sahibkarlara bu imkanı yaradır, icazəni verirlər. Mən hələ Dilçilik İnstitutunda çalışanda bu məsələni qaldırmışdıq, Bakı şəhər Reklam İdarəsinin rəhbərliyi ilə danışıqlar aparmışdıq.

Təxminən 1-2 il bundan əvvəl “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” İctimai Birliyinin (FADMM) xətti ilə Bakı Şəhər İcra Hakimiyyətində olduq, müvafiq şöbələrin əməkdaşları ilə çox səmərəli görüşümüz keçdi. Lakin təəssüf ki, bundan sonra da ciddi addımlar atılmadı”.

Qeyd edək ki, 2020-ci ildə Azərbaycanda dövlət dili normalarının pozulmasına görə cərimələr müəyyən edilib. Qanuna əsasən, kütləvi informasiya vasitələrində, internet informasiya resurslarında və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək, vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək, hüquqi şəxslər beş yüz manatdan min manatadək məbləğində cərimə edilir.
 
Ardını oxu...
Bu ilin 1 yanvar tarixinə olan məlumata görə, Azərbaycanda muzdla çalışan (əmək müqaviləsi) işçilərin sayı 1 milyon 741,8 min nəfər olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, muzdla çalışan işçilərin 899,1 min nəfəri dövlət sektorunda, 842,7 min nəfəri isə qeyri-dövlət (özəl) sektorunda fəaliyyət göstərib.
Müqayisə üçün bildirək ki, bir il əvvəl – 2023-cü il yanvar ayının 1-də Azərbaycanda muzdla çalışan işçilərin sayı 1 milyon 733,9 min nəfər olub, onlardan 903,3 min nəfəri dövlət sektorunda, 830,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Rəqəmlərdən də göründüyü kimi, son bir ildə muzdla çalışan işçilərin ümumi sayı 7,9 min nəfər və ya 0,5% artıb. Bu dövrdə dövlət sektorunda çalışanların sayı 4,2 min nəfər və ya 0,5% azalıb, qeyri-dövlət sektorunda çalışanların sayı isə 12,1 min nəfər və ya 1,5% artıb.
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən açıqlanan məlumatda isə bildirilir ki, əmək müqavilələrinin sayı 2022-ci illə müqayisədə 62,5 min müqavilə və ya 3,6 faiz artaraq 1 milyon 809 minə çatıb.
Son bir ildə muzdla çalışan işçilərin sayı 7,9 min nəfər artdığı halda, əmək müqavilələrinin sayı bundan 8 dəfə çox – 62,5 min ədəd artıb.
İki qurumun açıqladığı məlumatlar arasında bu qədər kəskin fərqin olmasına münasibət bildirən iqtisadçı-ekspert Allahverdi Aydın bildirir ki, əmək müqavilələrindəki artım əmək bazarında muzdla çalışan işçilərin sayının artması hesabına deyil, bir işçi ilə birdən çox əmək müqaviləsinin bağlanılması hesabına baş verib:

“Bildiyimiz kimi, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3-cü maddəsində göstərilir ki, işçi - işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. Bundan başqa Statistika Komitəsinin açıqladığı məlumatda da muzdlu işçilərin əmək müqaviləsi ilə çalışan şəxslər olduğu qeyd olunur. Belə olan halda biz görürük ki, muzdla çalışan işçi eyni zamanda əmək müqaviləsi ilə çalışan işçi deməkdir. Əgər yanvar ayının 1-nə olan məlumatda ölkədə 1 milyon 741,8 min nəfər muzdla çalışan işçi varsa, o zaman yanvar ayının 1-nə 1 milyon 809 min əmək müqaviləsinin olması o deməkdir ki, 67,2 min əmək müqaviləsə birdən artıq şəxslə bağlanılıb. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin açıqladığı məlumatda əmək müqavilələrinin sayının artması məşğulluq imkanlarının artırılması, qeyri-rəsmi məşğulluğun leqallaşdırılması istiqamətində görülən kompleks tədbirlərlə əlaqələndirilib. Lakin, Statistika Komitəsinin muzdla çalışan işçilərin sayı ilə bağlı açıqladığı məlumat nazirliyin bu məlumatını təkzib edir. Statistika Komitəsi əslində nazirliyin yalan məlumat verdiyini ortaya çıxarır. Əgər, əmək müqavilələrinin sayı nazirliyin dediyi kimi, məşğulluq imkanlarının artırılması və qeyri-rəsmi məşğulluğun leqallaşdırılması hesabına artsaydı, o zaman muzdla çalışan işçilərin də sayı buna paralel şəkildə artmalı idi. Amma, biz bunun əksini görürük”.
Məsələ ilə bağlı ƏƏSMN-in İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov Yeniavaz.com-un sorğusuna belə cavab verib:
“Əmək Məcəlləsinin 58-ci maddəsinə əsasən, əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər.
Əvəzçilik üzrə əlavə iş yerində işlədikdə də onunla əmək müqaviləsi bağlanır. Belə halda, göründüyü kimi, muzdlu işçinin adında əsas və əlavə iş yerləri üzrə olmaqla artıq bir yox, iki əmək müqaviləsi e-sistemdə qeydə alınır.
Əmək müqavilələrinin sayının muzdla (yəni əmək müqaviləsi ilə) çalışanların sayından çox olması da bununla əlaqədardır.
Son illər qeyri-formal məşğulluqla mübarizə tədbirlərinin, məşğulluq imkanlarının genişləndirilməsinin nəticəsi olaraq əmək müavilələri mütəmadi artır.
Əmək müqavilələrinin sayında artım olduğu kimi, eyni zamanda muzdla (yəni əmək müqaviləsi ilə) çalışanların sayında da davamlı artım mövcuddur. Dövlət Statistika Komitəsinin muzdla çalışanların sayı ilə bağlı açıqladığı məlumatlara nəzər saldıqda bu artım dinamikasını aydın şəkildə görmək olar”.
 

Dünyapress TV

Xəbər lenti